Məşhəd hakimi Mürtəzaqulu xanın
Herat hakimi Əliqulu xanla cəngi:
Əliqulu xan və yoldaşları Mürtəzaqulu xanı dəf, Müqəddəs
Məşhədi isə fəth etməyi qərara alıb, nizamlı ləşkərlə o tərəfə
hücuma keçdilər. Xorasana gəlməkdə olan İraq əmirlərindən Vəli
Xəlifə Şamlı hamıdan tez yetişib artıq Məşhədə yaxınlaşmışdı ki,
onun yolu üstünə bir adam yollayaraq dayandırdılar. Cəng başlandı.
Vəli Xəlifə məğlub olub, Mahmud xan Sufioğlunun mülazimlərinin
447
əliylə qətlə yetirildi. Onun öldürülməsindən sonra Əliqulu xan və
yoldaşları müqəddəs Məşhədə çatdılar. Mürtəzaqulu xan Xəbuşan
hakimi Budaq xan Qacar Çekəni, Nişahur hakimi Dərviş
Məhəmməd xan Rumlu, Tun (?) hakimi Süleyman Xəlifə Türkman,
Cam hakimi Şahqulu Sultan Əfşar və sair kimi özünün tabeliyindəki
əmirləri toplayaraq cəngə hazırlaşdı. Şəhərdən kənarda o iki ağır
qoşun bir-birilərinin qarşısında səf bəzədilər, tərəffərin igidləri
döyüş meydanına qədəm basdılar. Çoxlu döyüşdən sonra şamlı və
ustaclı tayfaları öz vuruş addımlarını irəli ataraq türkman ləşkərinin
səfinə şığıdılar və qələbə çaldılar. O igidlərin ardıcıl həmlələrindən
türkman tayfasının əhvalı pozuldu, Mürtəzaqulu xanın səbat və
qərar ayağının möhkəmliyinə və onları cəngə təhrik etməsinə
baxmayaraq, bunun faydası olmadı, məcbur olub döyüşdən əl
çəkərək məğlubiyyət vadisinə yollandılar, dağınıq halda şəhərə
qayıtdılar, bürc və barıları, habelə darvazaları möhkəmləndirməyə
başladılar, qalanı mühafizədən ötrü qala silahları tədarük etdilər.
Şamlılar və ustaclılar atlarını darvazayadək qovub onların bir çox
döyüşçüsünü öldürdülər və yaraladılar. Bu mərəkədə bayrağın
yanında dayanmış müqəddəs Məşhəd məscidinin mütəvvəllisi Mir
Əbdülkərim onu tanımayan döyüşçülər tərəfindən öldürüldü.
Türkmanlarla birlikdə olan Qubad xan Qacar özünü şamlıların
arasına atdı. Cam hakimi Şahəli
344
Sultan Əfşar əsir alındı.
Vəli Xəlifənin öldürülməsi və Xorasandakı çaxnaşma
xəbəri xəlifənin ardınca gəlməkdə olan Əmir Həmzə xana və
Şahqulu Sultan Qarınca Ustaclıya çatdıqda onlar qayıdış təbilini
döyüb İraqa qayıtdılar.
Xülasə, Əliqulu xan və Mürşüdqulu xan müqəddəs Məşhəd
şəhərini mühasirəyə aldılar. Mühasirə dörd ay davam etsə də, fəlh və
zəfər Öz üzünü onlara göstərmədi. Dərviş Məhəmməd xan
müqəddəs Məşhəd hakiminin yanında olub Nişabur qalasını
mühafizəsiz qoyduğu üçün Əliqulu xan və yoldaşları Nişabura
getməyi və o vilayəti tutmağı, Mürtəzaqulu xanın ətrafındakı yerləri
boşaltmağı və sonra onun dəfinə yollanmağı məsləhət bildilər. Bu
məqsədlə də müqəddəs Məşhədin mühasirəsindən əl çəkərək
Nişabura rəvan oldular. Bundan agah olan Dərviş Məhəmməd xan
Mürtəzaqulu xandan izn
alaraq Nişabura yollandı, həmin dəstədən
344
Qeyd: Yuxarıda bu ad "Şahqulu" kimi yazılmışdı - Ş.F.
448
əvvəl özünü şəhərə çatdırdı, qaladarlıq fikrinə düşdü. Amma,
Əliqulu xan və yoldaşları Nişapura çatdıqları vaxt Dərviş
Məhəmməd xan qala hazırlığına hələ layiqincə hazırlaşa bilməmişdi.
O, özünün çıxış yolunu itaət etməkdə gördü, əhd-peyman niyyəti ilə
çölə çıxdı, şahzadə ilə görüş şərəfinə çatdı, ali nəsilli xanla görüşdən
feyziyab oldu. Onlar Dərvişin Nişapurda qalmağını məsləhət
bilməyib, həmin vilayəti Mürşüdqulu xana verdilər, xan isə öz
etibarlı adamlarını qalada saxlayıb, Dərviş Məhəmməd xanla
birlikdə Mürtəzaqulu xanın qardaşı Fərrux xanın əlində olan
"Heydəriyyə türbəsi"nə yollandılar. Fərrux xan da Dərviş
Məhəmməd xan kimi əhd-peymanla qalanı onlara verib müqəddəs
Məşhədə getdi. Əliqulu xan həmin vilayəti Nişabura əvəz olaraq
Dərviş Məhəmməd xana verdi, qərara alındı ki, Dərviş adamlar
yollayıb əhalini oraya köçürsün.
Bu hadisələrin baş verməsindən sonra Əliqulu xan
şahzadənin ordusunun tərkibində Herat darülsəltənəsinə tərəf
yollandı, başqa əzəmətli əmirlər də, izin alaraq, hərə öz vilayətinə
qayıtdı.
Əliqulu xanın qayıdışından sonra Dərviş Məhəmməd xan
onlarla əhd-peyman etdiyindən peşiman oldu, çünki gözü Nişapur
ülkasındı qalmışdı. Yanındakı rumlu tayfası ilə "Heydəriyyə
türbə"sindən keçib, özünü hücumla Nişapura çatdırdı, gümansız
halda şəhərə daxil oldu. Amma, gəlişindən xəbər tutan adamların
əksəriyyəti onun ətrafında toplaşdı və onlar Mürşüdqulu xanın
adamlarını şəhərdən qovdular, hökumət işinə başladılar. Qayıdış
əsnasında bu xəbəri eşidən Əliqulu xan qoşunun dağınıqlığı və
yolun uzaqlığı səbəbindən Məhəmməd xanın bu yersiz hərəkətini
qulaq ardına vurdu, onunla haqq-hesablaşmağı gələn ilə saxladı,
Herat darülsəltənəsinə çatıb eyş-işrətlə məşğul oldu.
Mürtəzaqulu xan və müqəddəs Məşhədin sakinləri isə,
mühasirə darısqallığından xilas olduqları üçün, ləşkərlərin gəliş-
gedişləri zamanı baş verən şəhər dağıntılarını bərpa etməklə məşğul
oldular və Mürtəzaqulu xan olub-keçən hadisələri ali saraya ərz etdi.
Onun göndərdiyi xəbər Mirzə Salmanın və əmirlərin Şirvandan
Təbrizə gəldikləri vaxt gəlib çatdı, onların pərişanlıqlarına səbəb
oldu.
Xorasandan qayıdıb Qəzvin darülsəltənəsinə çatan Sultan
Hüseyn xan ona layiq olmayan bəzi əməllər etdi. Belə ki, onun
divan vəkilləri onu varlıların mallarını mənimsəməyə sövq etdilər,
449
xanın alver bazarı rəvac tapdı. O mülkün əhalisi və diyarın tacir və
varlı adamları cana doydular. Xan isə cahil və nəfskar şəxslərin
təhriki ilə o məmləkətdən xeyli pul və mal kənara aparıldı, hədər
məsrəflər xərcləndi, xanın etibar kisəsində bədnamlıq və söyüşdən
başqa heç nə qalmadı. O, ali dərgaha gəlməkdən də çəkinib, olduqca
yubandı. Ali ordunun fəsədkar və bəhanə axtaran adamları onun bu
yaramaz işlərini görüb, qarşı çıxmaq və onu cəzalandırmaq fikrinə
düşdülər. Nəhayət onların istədikləri vaxt gəlib çatdı və bu dəftərin
zeylində yazılacağı kimi, xana olan-oldu ki, bu haqda məlumat
veriləcəkdir.
NƏHƏNG (LUY) İLİ OLAN DOQQUZ YÜZ HƏŞTAD
SƏKKİZİNCİ İLİN (1580/81) ƏVVOLLƏRİNDƏ ALLAH-
TƏALANIN TƏQDİRİ İLƏ TƏBRİZ
DARÜSSƏLTƏNƏTİNDƏ BAŞ VERƏN
HADİSƏLƏRİN ZİKRİ
Qələm sabiqdə bəyan etdi ki, Şirvanda Əmir xan Türkman
və Şahrux xan arasında Xaxmirə getmək üstündə mübahisə
başlamış, başçıları Məhəmməd xan Ustaclu və Hüseynqulu Sultan
Eşikağasıbaşı Şamlı olan şanlı və ustaclı tayfaları da türkmanlarla
vuruşmağa başlamışdılar. Nəticədə, qorçibaşının səyi ilə sülh
yaranmışdı. Elə o vaxtlar da Xorasanda baş verən hadisələr -
Əliqulu xanla Mürşüdqulu xanın gedərək müqəddəs Məşhədi
mühasirə etmələri xəbəri Təbrizə yetişdi. Əmir xan və türkman
əmirləri [öz aralarında] danışmağa başladılar və onlar şamlı və
ustaclı tayfalarını qiyamda töhmətləndirib, təqsirləndirməyə
başladılar. Sultan Hüseyn-xanın qeyri-məqbul bir hərəkəti də onların
vəziyyətini ağırlaşdıran dəlil oldu. Əliqulu xanın anası olan Sultan
Hüseyn xanın arvadı cahan nəvvabı Sultan Həmzə Mirzənin dayəsi
(qabele) idi və əri Sultan Hüseyn xanla birlikdə Heratdan İraqa
gəlmişdi. O, ali hərəmxanada yaşayır və nəvvab mirzəyə analıq
edirdi. Onun qardaşı Hüseyn bəy isə nəvvab mirzənin vəziri idi.
Şamlı tayfasının əyanlarının çox hissəsi mirzənin xidmətində idi.
Məsələn, "Yoldaş" ləqəbli İsmayılqulu bəy
345
Vəli Xəlifə
oğlu, mötəbər eşikağasıbaşı Mehdiqulu bəy Hüseynqulu Sultan
oğlu, əmiraxurbaşı Əbülfəth bəy Fulad bəy oğlu, Təhmasibqulu bəy
345
Yuxarıda: Yoldaşbaşı - Ş.F.
450
Qorxmaz xan oğlu şahzədəyə yaxın adamlar silkindən idilər.
Türkmanlar şamlılara həsəd aparır, həmişə onların etibarının
azalmasına çalışırdılar. Vəzir Mirzə Salman da bu mənsəb
sahiblərinin bir-biri ilə olan münasibətlərini izləyir, cahan
nəvvabının vəziri Hüseyn bəyin əleyhinə gedərək, Əmir xan və
Türkman tayfasının tərəfini tuturdu.
Xülasə, Əmir xan, Məhəmməd xan Türkman, Müseyib xan
Təkəli və onların adamları fürsət tapıb [şaha] ərz etdilər ki, Əliqulu
xan və Mürşüdqulu xandan üsyan zahirdir və onlar İsgəndər şanlı
nəvvab və aləm şahzadəsi
346
ilə müxalifət mövqeyində dayanmışlar
və Əliqulu xanın anasının hərəmxanada qalmasına bizim etibarımız
yoxdur. Əgər məğlubedilməz dövlətin sütunlarından olan şamlı və
ustaclı tayfaları bu bədnamlıqdan uzaqlaşmasalar, qızılbaşlar
arasında saldıqları bu ikitirəliyi rəf etməsələr, şah və şahzadə ilə
yekdil olmasalar, onların izzət və etibarları dövlətin məqsədinə
müvafiq olmayacaqdır.
Onların aradan götürülməsinin əksinə olan Pirə Məhəmməd
xan Ustaclı və Hüseynqulu Sultan Şamlı Xorasanda baş verən
hadisələri oymaqlar arasında nifaq və inada çevirib [Əmir xanın]
niyyətinin əleyhinə idilər. Onlar deyirdilər: "Allah eləməmiş, birdən
bu iş şah və şahzadənin əleyhinə yönələ bilər. Bəlkə də Xorasan
əmirlərinin məqsədi belədir: Mürtəzaqulu xan Türkman
Məşhəddə istiqlal cəhdində olub Əliqulu xanın etibarını
çoxaltmağa çalışır. Qızılbaşların vəziyyətinin pisləşirdiyi və
rumiyyənin Azərbaycan və Şirvanı ələ keçirdikləri belə bir vaxtda,
Allah eləməsin ki, özbəklər də bizə qarşı hərəkətə başlasınlar, əgər
belə olarsa Xorasan əmirlərinin aralarındakı nifaq və inad
məmləkətin əldən getməsinə səbəb olar. Gərək Xorasanın bütün
əmirləri adlı-sanlı şahzadə və əlahəzrət zilləllah şah ilə müttəfiq
olsunlar və hər hansı bir hadisə baş versə onların başına yığışıb
nifaqı yerə qoysunlar. Onların bundan başqa bir niyyəti yoxdur.
Yayılan sözlər isə Mürtəza qulu xanın yalan və iftiralarıdır."
Hüseynqulu Sultanın qətli:
Belə vəziyyət bir neçə gün davam etdi. Tərəflər silahlanıb
savaşmaq niyyətində idilər. Xeyirxah adamların məsləhəti ilə hələlik
346
Yəni, Sultan Həmzə Mirzə - Ş.F.
451
qan tökülməsinin qarşısı alınırdı. Birdən-birə Vəli Xəlifə Şamlının
öldürülməsi xəbəri eşidildi. Onun oğlu İsmayılqulu bəy qiyama
qalxıb atasının qanını tələb etdi. Ustaclı və şamlılar arasında həmişə
razılıq və dostluq olduğundan Əmir xan, təkəli və türkman tayfaları
onların arasına nifaq və fitnə-fəsad salmaq istədilər. Onlar fürsət
tapıb İsmayılqulu bəyə dedilər ki, Vəli Xüləfanın başına gələn
hadisə Sultan Hüseyn xan və onun oğlu Əliqulu xanın əmri ilə
həyata keçirilmişdir. Onlar şamlı və ustaclılar arasına nifaq toxumu
səpərək, şaha və adlı-sanlı şahzadəyə inandırıcı sözlər dedilər,
onların hər ikisini bu tayfalardan bədgüman etdilər, Hüseyn bəyin
arvadını hərəmxanadan çıxarıb boğdular, bu işin arxasını
fikirləşmədilər. Sultanhüseyn xanın əvəzinə İsmayılqulu xanı
Qəzvinə təyin edib, onu xanlıq tituluna və təvaçibaşılıq vəzifəsinə
layiq gördülər və atası Vəli Xəlifənin qanını Sultan Hüseyn xanı
öldürməklə almasını tapşırdılar. İllərlə Vəli Xəlifənin xidmətində
olan və əmirlik dərəcəsinə qədər yüksələn Qorxmaz xan Şamlıya
eşikağası olan Əliqulu xanın tərəfdarı Hüseynqulu Sultanın
vəzifəsini verdilər. Beləliklə, onlar gah Vəli Xəlifənin qanının
alınması, gah da hakimlik və böyüklük təmənnaları barədə sözlər
danışıb öz əleyhdarlarının yağlı sözlərinə aldandılar, külüngü öz
ayaqlarına vurdular. İsmayılqulu xanın qardaşları əvvəlcə
Sürxab dağının ətəyindəki qəbirsanlıqda Mahmud xan Sürfoğlu
Ustaclının qardaşını öldürdülər və beləliklə həmişə bir-biri ilə
müttəfiq olan şamlı və ustaclılar arasında dava-dalaş qapıları açıldı.
Gecə yarısı Xəlifə Ənsar Qaradağlı bir dəstə şamlı ilə Hüseynqulu
Sultanın evinə gedib onu qətl etdi, vəziri Hüseyn bəy fərar etdisə də,
iki-üç gündən sonra Mir Məqtulbənb təkyagahında ələ keçirilib
öldürüldü. Şamlı tayfası bu əməlləri türkmanlıların təhrikləri ilə
etdiklərindən, zahirən belə görünürdü ki, guya bu işlərin baş
verməsində türkmanların əlləri yoxdur. Buna görə də, Pirə
Məhəmməd xan intiqam məqamına gəlmədi, ali divanın
vəzirliyindən əlavə şahzadənin divan vəziri vəzifəsi də Mirzə
Salmana verildi. Qəzvin əyaləti hakimliyi İsmayılqulu xan Yoldaşın
adına yazıldı və əmr olundu ki, Qəzvindəki Sultanhüseyn xanın
mülazimləri indi İsmayılqulu xana xidmət etsinlər. Sultanhüseyn
xanı isə tutub saraya gətirdilər. [Şahın] eşikağasıbaşı vəzifəsi
Qorxmaz xana, şahzadənin eşikağasıbaşı vəzifəsi isə Piri həy
Eynallı Şamlıya verildi. Şah Qazi Mustovfini Mirzə Salmana əks və
ona xilaf olanlarla müttəfiq olduğu üçün həbs etdirdi, mustovfiül-
452
məmalik mənsəbi İsgəndər şanlı nəvvaba sabiqdə xidmət göstərən
Xacə Məhəmmədbağır Herəviyə verdi.
İsmayılqulu xanın hakimliyi barədə hökm Qəzvinə gəlib
çatdıqda Sultan Hüseyn xan şəhərdən çıxıb, Çəkiçəki şəhərinə gəldi.
Onun mülazimlərinin bir hissəsi onunla idi, başqa hissəsi isə hələ
Qəzvində qalmışdı. Onlar Sultan Hüseyn xandan gördükləri hörməti
unudub ondan döndülər, ordusundakılar dağıldılar, ən mötəbər
adamları isə İsmayılqulu xanın xidmətinə girdilər.
Sultan Hüseyn xan öz vəziyyətini müşahidə edib həbs
olunma qorxusundan bir-iki nəfərlə Ərdəbil darülirşadına qaçdı,
oraya sığındı. Bu müddətdən sonra şeyxavənd tayfası, xüsusən
Şeyxşah bəyin qardaşı Vastar bəy hiylə ilə onu oradan çıxarıb
düşmənlərinə verdi və o, qətl olundu.
Təbrizdə baş verən bu hadisədən sonra vəzir Mirzə Salman
və qorçibaşı, habelə Şahrux xan Möhrdar ilə Əmir xan və Pirə
Məhəmməd xan arasında yenidən dostluq yarandı, aralarında görüş
və gediş-gəliş qapıları açıldı.
Əmir xanın toyu oldu. Təbriz darüssəltənətində üç gün eyş-
işrət baş verdi və iffət zirvəsinin Müştərisi və səltənətin pərdəneşini
(səradeq) olan və keçən il Əmir xanla kəbini oxunan cənnətməkan
şahın qızı Fatimə Sultan xanım Əmir xanın evinə aparıldı və Əmir
xan tərəfindən şaha və adlı-sanlı şahzadəyə layiqli töhfələr verildi.
Onun özünə də qiymətli xələtlər-bahalı daşlarla bəzənmiş tac,
xəncər kəməri, şəmsirbənd, daş-qaşlı qəbzə və qın (ğelaf), daş-qaşla
bəzənmiş yəhəri və yüyəni olan at, qızılla tikilmiş çəharğəb (?),
qəba, çaharzəri (?) və başqa geyimlər verildi. O da İskəndər şanlı
nəvvabın və aləmlər şahzadəsinin, xidmətçilərinə, nədimlərinə və
çalğı ərbablarına qiymətli xələtlər verdi. Əmir xan Pirə Məhəmməd
xanın və ustaclı tayfasının ürəyini ələ almaq məqsədi və aralarında
olan qohumluq münasibətinə görə - Pirə Məhəmməd xanın qızı
Əmir xanın oğlu Sultan Murad xanın evində idi - onu sağdış (tuye-
saqduşi), Müseyib xan Təkəlini isə solduş (tuye-soldişi) etdi. Onlar
da hər biri öz evlərində şahanə toy etdilər. İsgəndər şanlı nəvvabla
aralarında olan qohumluğa görə Müseyib xan özünü Əmir xandan
yüksək tuturdu. Səltənət dənizinin həmin pakizə gövhərində (yəni
Fatimə Sultan xanımda - Ş.F.) onun da gözü var idi, lakin bəzi
məsləhətlərə görə bu iş baş tutmadı və o böyük töfhə Əmir xana
nəsib oldu. Müseyib xan razılıq barmağını gözünün üstünə qoyub,
453
şahın əmri ilə solduşluğu qəbul etdi, türkcə bu rübaini yazıb
İsgəndər şanlı nəvvaba (şaha - Ş.F) göndərdi:
Rübai
Ey şahe-cəhən, biəsər oldi deməgim,
Tutdi qəm-əli, ələm tikani-ətəgim.
Yüzyildi kixidmətimlə dərgahində!
Solduş əməginə döndi axir əməgim.
Bu hadisələrdən sonra əmirlər və tayfalar arasındakı savaş
qapıları təmamilə bağlandı. Həmçinin Şahəli Mirzənin oğlu Salman
xan da [şah] ilə qohumluq şərəfinə yetməklə şərəfləndi,
cənnətməkan şahın qızı Şəhrbanu xanımın kəbinini onunla kəsdirdi.
Pirə Məhəmməd xan oymaqlar təəssübündən və Abgulla xanın sabiq
xidmətlərinə görə bu toyun xərcini öz öhdəsinə götürdü, nikah
mərasimi onun evində yüksək səviyyədə keçirildi. Əmir xan bu
zaman rəsmi təvazökarlıqlar göstərdi Şirvan məmləkətini Salman
xana və ustaclı əmirlərinə verərək onları yola saldılar. Onlan
Ərəsbar yolu ilə gedib Kür cayının kənarında hava bərk isti
olduğundan "Həmətərə" adlı məşhur yaylaqda dayandılar və
havaların dəyişəyəcəyini gözləyərək ləşkər və yaraq toplamaqla
məşğul oldular. O əmrlərin ən əzəmətlisi Şirvan və Şamaxı hakimi
Salman xan idi. Ondan başqa, "lələ" kimi məşhur olan Nəzər
Sultanın oğlu Hüseynqulu Sultana, Eşşək (?) Əvəz Çavuşlunun oğlu
Əliqulu Sultana, Mustafa Sultan Şərəfliyə, Ənut (?) bəyin oğlu
Mehdiqulu Sultan Çavuşluya, həmçinin cagirli, qaramanlı və başqa
tayfalardan olan iki-üç əmirə Şirvan ölkəsində tiyullar verib rəvan
etmişdilər. Bu il, ülkasını dörd il bundan əvvəl tərk edən Kuh-
Giluyə hakimi Xəlil xan Əfşar bir qələndərin qiyamı (xüruc) və
oradakı üsyan üzündən Kuh-Giliyəyə getməyə rüsxət aldı. Bu
məsələnin şərhi və Xəlil xan və övladlarının aqibətləri aşağıda
veriləcəkdir. Qərara alındı ki, Fars [vilayəti] bəylərbəyisi Xəlil xan
Zülqədər tabeliyindəki əmirlərlə, həmçinin Kurman hakimi Vəlixan
Əfşar Azərbaycan yasaqına getsinlər.
454
HÜMAYUN ŞAH MƏİYYƏTİNİN ƏŞKƏNBƏR VƏ
KƏLƏNBƏR YAYLAĞINAGETMƏSİ VƏ ONUN
QARABAĞDA QIŞLAMASI, BAŞ VƏZİR SİNAN PAŞANIN
MƏKTUBLARI VƏ O VAXTLARDA BAŞ VERƏN
HADİSƏLƏRİN ZİKRİ
Bahar fəsli bitdiyindən Təbriz havası istiləşməyə başladı.
Qəhətlik və məhsul [azlığının] təsirindən şəhərdə vəba xəstəliyi
yarandı. Hümayun şah məiyyəti yaylağa tərəf yola düşüb Əşkənbər
və Kələnbərdə dayandı. Bu il Rum xandgarı Sinan paşanı [qoşuna]
sərdar təyin edib, Şirvan məmləkətinin sair yerlərini ələ keçirmək
üçün Osman paşanın köməyinə yolladı. Sinan paşa saysız-hesabsız
döyüşçü ilə Ərzruma gələrək, ilk növbədə şah sarayına elçi
göndərdi. O, Mirzə Salmana məktubunda belə lüzumsuz sözlər
yazmışdı: "Osmanlı əsgərlərinin daxil olduqları hər bir vilayətdə
gərək şahın (sultanın - Ş.F.) adına xütbə oxunsun, yox, əgər
oxunmasa bu əməl osmanlı qayda-qanununa zidd bir əməl
sayılacaqdır. Şirvan, Şəki, Azərbaycanın bəzi yerləri və Gürcüstan
ale - Osman tərəfindən fəth olunduğu üçün, bundan sonra o yerlərə
qızılbaşlar tərəfindən hücum baş verməsin. Adı çəkilən vilayətlər
islama pənah verənlərə (yəni osmanlılara) mənsub olduğundan
[qızılbaşlar] münaqişədən əl çəksinlər. Sabiqdə etdikləri əməldən əl
çəkib, şah xandgara dostanə bir məktub yazsın, mötəbər və mahir bir
elçi yollasın. Bu xeyirxah isə (yəni Sinan paşa - Ş.F.) arada
vasitəçilik edib, həzrət xandgarı sülh bağlamağa rəğbətləndirəcəkdir.
Əgər belə etməsəniz, bütün İran məmləkətləri [bizim tərəfimizdən]
fəth olunacaqdır".
Xüdpəsənd qızılbaş əmirləri, xüsusilə Şahrux Möhrdar,
saysız-hesabsız Rum qoşunu ilə döyüşməyi özünün imkanı
xaricində bilməyinə baxmayaraq, bu təkliflə razılaşmadı və belə bir
cavab məktubu yazdı: “Əgər sülh cənnətməkan şahın zamanında
olduğu şəkildə bağlansa biz onu qəbul edərik, yoxsa yarım zər”
torpağı da öz xoşumuzla əldən verən deyilik. Əgər yüz min
qızılbaşdan cəmi bircəsi də sağ qalarsa, torpaq uğrunda
döyüşəcəyik. Sənin və sənə bərabər on nəfərin də hücumundan
qorxumuz yoxdu. Qoy o, (yəni Sinan paşa -Ş.F.) özünü Lələ paşa
347
ilə müqaisə etməsin. [Lələ paşa] bizə hücum edən vaxt bizim
347
Osmanlı sərkərdəsi Lələ Mustafa paşa - Ş.F.
455
padşahımız İraqda idi və Azərbaycan əmirləri arasında heç bir ittifaq
yox idi. İndi isə bütün qızılbaş ləşkəri Azərbaycanda şahın
ixtiyarında hazır vəziyyətdə dayanıb döyüş gözləyirlər. Sizin
yazdığınız "Şirvan ölkəsi ale - Osmanın əlinə keçmişdir" fikri
qələtdir. Dörd divardan başqa heç nəyi olmayan Dərbənd qalasından
başqa Şirvan qızılbaş əmirlərinin zəbtindədir. Əgər o vaxtlarda (yəni
osmanlıların hücumu zamanı - Ş.F.) qızılbaşlar arasında birlik
olsaydı,
düşmənlər
bizim
məhrusə
(qorunan
-
Ş.E)
məmləkətlərimizə əl uzada bilməzdilər".
Sinan paşa bu məktubdan ehtiyatlanıb, hücum barədə bir
daha söz yazmayaraq, yenidən sülh məsələsindən söhbət açdı. O, bu
dəfə yumşaq tərzdə bir məktub yazıb bildirdi "Osman paşa həzrət
xandgara yazıb ki, mən Şirvan məmləkətini fəth etmişəm. Əgər bu
doğrudan da belədirsə, gərək qızılbaşlar bir daha Şirvana hücum
etməyələr. Siz əgər mənim bu fikrimlə razılaşsanız, mən sülhə
boyun oluram".
Bu biri tərəfdən də (yəni qızılbaşlardan - Ş.F.) həmin
məktublara cavablar yazıldı və vaxtın tələbinə görə [paşaya] rəğbətli
sözlər ünvanlandı. Sinan paşa belə qərara gəldi ki, bu ili hər iki
ləşkər qoy öz olduqları yerlərdə qışlasınlar. Qoy rumilər tərəfdən
bir, qızılbaşlardan da bir adam Şirvana gedib, oranın kimin əlində -
rumilərin, yoxsa qızılbaşların əlində olmasını müəyyənləşdirsinlər.
Bu tapşırığı yerinə yetirməkdən ötrü [Sinan paşa] Ömər ağa
adlı bir şəxsə tapşırıq verdi və özü gedib Ərzrumda qışladı.
Hümayun şah məiyyəti Naxçıvan yaylağından yola düşüb
Qarabağa yollandı. Xorasandan xoşagəlməz xəbərlər gəlir,
Mürtəzaqulu xan dalbadal məktub yazaraq Əliqulu xan Şamlı,
Mürşüdqulu xan Ustaclı və onların tabeliyində olan adamların üsyan
etdiklərini bildirirdi. İşbilən adam olan Məhəmməd xan Türkmanı
Əliqulu xana qarşı çıxan əmirlərdən İsmayılqulu xan Şamlu və
Qorxmaz xan Şamlunu Xorasan əmirləri ilə danışmaqdan, onlarla
Mürtəzaqulu xan arasında yaranmış fitnə-fəsad alovunu
söndürməkdən və onu üsyandan çəkindirməkdən ötrü Xorasana
yolladılar. Bu hadisələr zamanı Adil Gəray xan Tatar və Səfi Gəray
xan ağır qoşunla hücum edib Şirvana gəldilər. Qızılbaş bəylərbəyi
Salman xan və əmirlər hələ öz yerlərində qalıb Şirvana
yollanmamışdılar. Onlar (rumilər - Ş.F.). Şirvanda qızılbaşlardan
əsər-əlamət görməyib etimadsız şirvanlılara bildirdilər ki, qızılbaş
bəylərbəyisi və Şirvana təyin olunan əmirlər filan yerdə
456
dayanmışlar. Tatar ləşkəri təxirə salmadan Şirvan dağlılarının
bələdçiliyi ilə çayı keçib, əmirlərin ordusu üzərinə tökülüşdülər.
Ordu döyüşçülərinin silah gətirmək və bir yerə toplaşmaq imkanı
olmadığından qızılbaş ləşkəri arasına dağınıqlıq düşdü. Onlar var-
dövlət və yaraq-yasaqdan əl çəkib həyəcanla bəzisi piyada, bəzisi isə
ata süvar olub fərar etdilər. Döyüşə girişən bir neçə adam isə
mərdliklə şəhadət şərbəti içdi. Qızılbaşların bütün var-yoxları tarac
olundu. Ustaclı əmirlərindən Eşşək Əvəzin oğlu Əliqulu Sultan
Çavuşlu qətl edildi, qalanları isə canlarını qurtarıb pərişan və
nizamsız halda Qızılağac yaxınlığında dayandılar. Tatarlar isə o gün
hədsiz-hesabsız qənimətlə geri döndülər.
Tatarların sözlərinə görə Osman paşa bir dəstə rumini
Badkubə qalasına yolladı və rumilər həmin möhkəm qalanı daha da
möhkəmlədib oraya çoxlu silah yığdılar.
[Şahın məiyyəti] Qarabağa qayıtdığı zaman bu xəbər ali
orduya yetişdi, şahın və döyüşçülərin acığına səbəb oldu. Onlar
qışlaq yeri olan Qızılağacın Sultanbud adlı yerində dayandılar. Vəzir
Mirzə Salman, Əmir xan, qorçibaşı, Şahrux xan, Pirə Məhəmməd
xan Ustaclı və başqa əmir, qorçi və müzəffər əsgərlər Şirvanı tatar
xanlarından müdafiə etmək üçün oraya yollandılar.
Dostları ilə paylaş: |