Xorasanın Fərah adlı yerində Hüseyn Sultan və qardaşı
Əlixan Sultanın qələndərlərlə cəng zamanı öldürülmələri:
Fərah hakimi Hüseyn Sultan Əfşar onun fitnəsinə dəf
etməkdən ötrü hücuma keçdi, arada hərb başlandı. Ğurlular qalib
gəldilər. Allahın qəzavü-qədəri nəticəsində Hüseyn Sultan döyüş
zamanı öldürüldü, əfşar tayfası əzilib Fəraha qayıtdı. Məsələ ali
saraya ərz olundu. Hüseyn Sultanın qardaşı və əfşar qorçilərinin
yüzbaşısı olan Əlixan Sultan qardaşının yerinə təyin edildi, Fəraha
gəldi, qardaşının qanını almaq üçün qələndərə hücum etdi.
Qələndərin adamları hərbə başladılar. Tərəflərin uzun sürən
döyüşündən sonra Əlixan Sultan da öldürüldü və əfşar tayfası bu
döyüşdə də qələbə qazanmadı. [Sonra] Yegan Sultan, onların
qohumu, Fəraha hakim təyin edildi. O, Ğura çatanda qələndərin
yalançılığı öz adamlarına bəlli oldu və onu öldürdülər.
Xülasə, İsgəndər şanlı nəvvabın hakimiyyətindən dörd-beş
il keçən müddətdə [yalançı] İsmayıl Mirzə əhvalatları camaatın
dilində dolaşmaqda idi.
DOQQUZ VÜZ SƏKSƏN DOQQUZUNCU (1581/82) İLAN
İLİNDƏ BAŞ VERMİŞ XORASAN HADİSƏLƏRİ VƏ
ALLAHIN TƏQDİRİ İLƏ ƏLAHƏZRƏTİN (ŞAH ABBASIN -
Ş.F.) O VİLAYƏT TAXTINA CÜLUSUNUN ZİKRİ
Keçən ilin hadisələri haqqında qələm bunları yazmışdır:
Müqəddəs Məşhədin hakimi Mürtəzaqulu xan Pornakın Herat
bəylərbəyi Əliqulu xan Şamlıya, [həmçinin] Mürşüdqulu xan Yegan
Ustaclı və yoldaşlarına qarşı üsyan və tüğyanı baş vermiş, onlar
müqəddəs Məşhədə və Nişabura hücuma keçmiş və bu hadisələr
barədə ali dərgaha ardıcıl olaraq ərz olunmuşdu. Əmir xan və
türkman omirləri oymaqların təəssübünü çəkərək bu haqda
danışıqlar aparmış, Mürtəzaqulu xana imdad və kömək göstərilməsi
476
təklifini irəli sürmüşdü. Müzəffər dövlətin başçıları də Xorasan
işlərinin nizamlanmasını Məhəmməd xan Türkmanın öhdəsinə
qoymuş və onu atasının qanını almağı tələb edən İsmayılqulu xan
Şamlı, Qorxmaz xan və bəzi əmir və döyüşçülərlə birlikdə həmin
fitnə atəşini əql və tədbirlə söndürməkdən, Xorasan əmirlərini
İsgəndər şanlı nəvvab və aləm şahzadəsi Sultan Həmzə Mirzə ilə
müxalifətdən çəkindirməkdən, Əliqulu xan və Mürtəzaqulu xan
arasındakı anlaşılmazlığı ya islah etməkdən, ya da zamanın və
dövlətin məsləhətiylə aradan qaldırmaqdan, qızılbaşlar arasında
başlayan iki tərəfliyi qadağan etməkdən və hamının başı bir yaxa
altından çıxarmasından ötrü yollamışdılar. Onlar fərmana əməl
edərək yola düşmüş, bir neçə gün İraqda qoşun və ləşkər tərtibi ilə
məşğul olmuş, yürüş cilovunu Xorasan tərəfə döndərmişdilər.
Onların gəlmə xəbəri Xorasanda yayılan vaxt Əliqulu xan və
Mürşüdqulu xan da müqəddəs Məşhədə yürüş məqsədilə öz
yoldaşlarına xəbər yollamış və adlı-sanlı əlahəzrət zilləllah
şahzadənin ordusunun tərkibində Herat darüssəltənəsindən yola
çıxmışdılar. Onlarla əhd-peymanda olan əmirlərin hamısı da öz
ləşkərlərini bəzəyərək ali orduya gəlmiş, əzəmət və təmtəraqla
müqəddəs Məşhədin sərhədinə çatmışdılar. Mürtəzaqulu xanın
məqsədi böyük bir qoşun hazırlayıb üstünə gələn ağır qoşuna qarşı
çıxmaq olduğundan o, müqəddəs Məşhədin bütün mədaxilini və
malikanə ixracatını özünə götürdü, adamlara saysız-hesabsız
ənamlar payladı, oymaq tayfalarına və döyüşçülərə qızıl verdi, uzun
müddət ərzində müqəddəs Məşhəddə yaşayan varlı adamlardan və
tacirlərdən kobud tələblər etdi. Onun müsadirə edib özünə
götürdüyü şeylər həddini aşdı və xan ətraf yerlərdəki hər şeyi öz
əlinə topladı. Hətta öz cəsarət əlini müqəddəs astananın xəzinəsinə
də uzadaraq, həmin rövzənin (İmam Rza məscidinin - Ş.F.) zər-
zivərini də özünə götürüb, oranın bütün qızıl-gümüş qəndil və
şamdanlarını da zəbt etdi və toplanmaş vəsaiti döyüşçülərin ülufə və
mərsumatına xərclədi. Elə buna görə də onun istəyi yerinə yetmir,
düşündüyü əks nəticə verir və bəyənilmirdi. Xülasə, Məhəmməd
xan və İsmayılqulu xan onlara göndərilən döyüşçülərlə birlikdə
müqəddəs Məşhədə çatdılar və orada Məhəmməd xanla Əliqulu xan
arasında nəsihətamiz yazışma baş verdi.
Amma Məhəmməd xan türkman oymaqlarının bir
təəssübkeşi kimi, İsmayılqulu xan isə Vəli Xəlifənin qan qisasını
almaqdan ötrü gəldiklərindən onlarla Mürtəzaqulu xan arasında iş
477
məsləhətdən keçmişdi. Buna görə də məktubların heç bir təsiri
olmadı. Əliqulu xanın iddiası beləydi: "Bizimlə Mürtəzaqulu xan
arasındakı fitnə və savaş atəşi elə alovlanmışdır ki, o, mövizə və
nəsihət suyu ilə sönməz və bizim aramızda heç bir vəchlə razılaşma
mümkün olmaz. Əgər onun yerini dəyişib Müqəddəs Məşhəd
hakimliyini başqa əzəmətli əmirlərdən birinə versələr və öz
alimiqdar atasının hökmü ilə bu sərhədə gələn şahzadə bununla
razılaşsa, Mürtəzaqulu xan məsələni belə görüb tapşırıqdan və lələ-
bəylərbəyinin məsləhətindən çıxmaz. Biz isə elə həmişəki kimi
dövlətxah bəndəyik".
Qürur badəsindən məst olan Məhəmməd xan və
Mürtəzaqulu xan türkman tayfasının çoxluğundan və ali dərgahda
sahib olduqları ali mərtəbəyə güvəndiklərindən məsələnin bu cür
həllinə yol vermədilər, məktublaşma və elçi gediş-gəlişini
dayandıraraq, ətraf yerlərdən öz təbəələrini toplamağa başladılar.
Müqəddəs Məşhəddə də çoxlu adam yığıldı.
Amma, Əliqulu xan və Mürşüdqulu xan müqəddəs
Məşhədə getməyin onlara fayda verməyəcəyini başa düşdülər,
çünki onlar keçən il Dərviş Məhəmməd xanın davranışından narazı
qalmışdılar. Zəmanəyə görə, belə məsləhət gördülər ki, əvvəlcə
Dərviş Məhəmməd xanı cəzalandırmağa yollansınlar. Dedilər ki,
əgər Məşhəd əmirləri ona kömək məqsədilə şəhərdən çıxsalar, hər
iki tərəf qarşılaşar və pərdə aradan qalxar, Nişaburdan xətircəm
olduqdan sonra müqəddəs Məşhədə hücuma keçərik.
Əliqulu xanın Nişabur qalasını tutmaq əzmi ilə gəlişi:
Beləliklə, Məşhəddən cilovu döndərərək Nişabura
yollandılar, şəhər ətrafına çatdılar. Dərviş Məhəmməd xan isə
qaladarlıq silahları toplamağa və qalanı möhkəmləndirməyə başladı,
şəhər qapıları bağlandı, xan üzünə maneçilik qalxanı tutdu. Qarşı
tərəf isə qalanı araya alaraq, qala tutmaq tədbirləri ilə məşğul
olmağa başladılar. Onların Nişabura getmələrindən xəbər tutan
Məhəhmməd xan və Mürtəzaqulu xan müqəddəs Məşhədi boş
qoymağın səhv fikir və günahkar tədbir olduğunu düşünüb, bu
hadisəni dəf etməyin asan olacağını sandılar, özləri şəhərdə qalıb,
İsmayılqulu xan Çekəninin sərkərdəliyi altında bir dəstə döyüşçünü
Dərviş Məhəmməd xana kömək üçün Nişabura tərəf rəvan etdilər.
Nişabur yaxınlığında tərəflər arasında cəng başlandı. Amnıa, iqbal
478
nəsimi Abbas dövləti əmirlərinin bayrağı üstündə əsdi və əlahəzrətin
adamları qələbə çaldılar. İsmayıl xan, Budaq xan və yoldaşları isə
məğlubiyyət yoluna düşərək məğlub və bədhal tərzdə gəlib
müqəddəs Məşhədə çatdılar. Bu hadisə Abbas əmirlərinin şövkət və
qüdrətlərinin artmasına Məhəmməd xan, Mürtəzaqulu xan və
Məşhəd əmirlərininsə pərişanlığına səbəb oldu və Məşhəd ləşkəri bu
vaqiədən sonra özündə onlarla döyüş qüdrəti görməyib, şəhərdən
kənara çıxmadı, onların sayca çox olmaları azalmağa başladı.
Məşhəd ləşkərinin məğlubiyyətindən sonra Abbasın əmirləri,
xüsusən ustaclı tayfası belə bir fikrə düşdülər: "Qəzavü-qədərin
hökmü ilə bizə bu qələbə qismət oldu. Bir halda ki, müzəffəər
İsgəndər şanlı nəvvab dövlətinin başçıları bizim tayfanın alnı üstünə
müxalifət və üsyan qələmi çəkmişdir, biz hamılıqla öz vasitəçilik
əlimizi əlahəzrət zilləllah şahın iqbal ətəyinə uzatmalı və o həzrəti
"padşah" adlandırıb Xorasan taxtına əyləşdirməliyik. Qoy hamıya
məlum olsun ki, bizim etdiyimiz səy və xidmətimiz fəqət o həzrətin
yolundadır. Qoy dost və düşmənin kimliyi məlum olsun".
Onlar bu haqda Əliqulu xan Lələ ilə də söhbət etdilər. O
həzrətin xilafət və padşahlığı artıq qəzavü-qədərin təqdir qələmi ilə
yazıldığından bütün xoşxah adamlar bu fikri münasib bilib, belə bir
ali mətləbin baş tutmasına çalışdılar.
ƏLAHƏZRƏT ZİLLƏLLAH ŞAHIN
XORASAN TAXTINA CÜLUSUNUN ZİKRİ
Doqquz yüz həştad doqquzuncu (miladi 1581/82) ilə
bərabər olan türkicə ilan ilində - ayın (qəmər) məsud şərəf
məqamında (beytüş-sərəf) olduğu və nəhs (mənhusə) ulduzların
çətinliyin (vəbal) ən aşağı nöqtəsində (həziz) düzüldiyi bir gündə
şahanə məclis qurub, sultanlıq və padşahlıq taxtımnı bəzədilər və o
iqbal ölkəsinin şahənşahı başqa sultanların qanun-qaydası üzrə cülus
etdi, bu vaxtadək gözəl adı xalq arasında "Abbas Mirzə" kimi
məşhur olan şahzadəni "Şah Abbas" adlandırdılar. O həzrət hərçənd
ki, yaşının azlığına görə bu işə qarışmır və məşhur atasının və böyük
qardaşının razılığı olmadan buna razılıq vermirdi, amma qəza və
qədər işbilənlərinin köməyi ilə bu böyük iş ixtiyarsız olaraq baş
verdi, şahlıq tuğrasına hökmlər yazıldı və Xorasanda sikkə və xütba
onun hümayun adı ilə bəzəndi. Dillər mübarəkbadlıq üçün açıldı,
Xorasanın əksər əyan-əfşarı, ərbabı və əhalisi ali dərgaha üz tutub
479
itaət və tabeçilik göstərdilər. O vilayətin böyük adamlarından və ali
orduda münşiül-məmalik olan Mir Şahhüseynin oğlu Mir
Məhəmməd Yusif Nişaburi başqalarından daha çox canfəşanlıq
etdiyindən, əmarət rütbəsinə çatdı və "Mir Məhəmməd Yusifxan"
adı ilə ləqəbləndi. O həzrətin maddeyi-tarixi "in sale-fərxəndefal"
355
oldu. Elə ki, bu xəbər müqəddəs Məşhədə yetişdi, Məhəmməd xanın
və Məşhəd ləşkərinin pərişanlığına səbəb oldu. Xan bu məsələni ali
dərgaha yazaraq məktubunu yel kimi surətlə gedən qasidlərlə
Azərbaycana göndərdi. Allah-təala o həzrətin vücud
cövhərini əzəldən parlaq və bəxt ulduzunu xürrəm və işıqlı yaratdığı
üçün o, hələ cocuqluq vaxtından hamının ürəyində yer tutmuşdu və
əhali onun hakimiyyətini arzulayırdı. Cülus xəbəri hər tərəfə
yayılaraq şadyanalığa səbəb olur, qeybdən müşahidə olunan
əlamətlər hamıya onun cülusu nıünasibətilə müjdə verirdi.
Xülasə, bu xoş səmərəli xəbər orduda yayıldıqda hamının
təəccübünə səbəb oldu, çünki belə bir əhvalat Səfəvi xanədanı
üzvləri arasında hələ görünməmişdi. Bu sətirlərin müəllifi əzəmətli
sədr Qazi xan əl-Hüseynidən bu sözləri eşitdi: İsgəndər şanlı
nəvvabın Qarabağda qışladığı ildə Aleksandr xanın müşrifi Xacə
Ziyaəddin Kaşi orduya gələrək məndən soruşdu: "Bu xoşbəxt
şahzadənin Xorasanda padşah olmasından xəbərin varmı?". Mən
onun cavabında dedim: "Bəli, bu görünür ki, belədir, amma, hələ
yəqinlik hasil deyildir". Kamal İsmayılın divanını açan Xacə
şahzadənin vəziyyəti barədə o kitabdan fal açdı. Elə ilk səhifənin
sağında (yəmin), bu qitə göründü.
Qitə
O cahan şahı öylə Xosrovdur
Ki, qılıncıyla dövrdür bərhəzər.
Bu fələk töhfə kimi verdi ona
Müjdeye-fəth, dövləte-digər.
Əqli müdrik, özü izə gəncdir,
Əli dəryadı, xəncəri gövhər.
Asiman böylə dünən ərz etdi:
"Bizə olduqca yaxındır bu xəbər.
Günəşin gəzdiyi hər bir tərəfi
355
"Bu xoşbəxt fallı il" - Ş.F.
480
Al günəş tək tutacaqdır ol ər. "
Əql də təsdiq eylədi bu işi:
"Tutduğu mülk olacaqdır o qədər?
Tutduğu mülk ilə müqayisədə
Yeddi gərdun özü də az görünər.
Sübh olarkən olacaq sərvəti çox,
Zəfəri bəlli olar xəlqə səhər. "
356
Əliqulu xanın məqsədə yetmədən Nişaburdan qayıtması:
Xülasə, bu hadisənin baş verməsindən sonra əmirləri (yəni
Abbasın tərəfdarları - Ş.F.) tam cidd-cəhdlə qala tutmağa çoxlu
səylər etdilər, amma ağıllı, mərdanə və tədbirli adam olan Dərviş
Məhəmməd xan qalanın mühafizəsi üçün bərk çalışdı. Qala
xaricində olanlar nə qədər çalışdılarsa da, oranı tutmağa müvəffəq
olmadılar. Mühasirə müddətinin uzanması və qışlaq vaxtının
yaxınlaşmasına görə, həmçinin İraq ləşkərinin gəlmə xəbəri
yetişdiyindən, onlar məcburiyyət üzündən Nişabur qalasından
uzaqlaşmağı məsləhət bilib, məqsədə yetişmədən Herat
darüssəltənəsinə üz tutdular. Əzəmətli əmirlərin hər biri izn alaraq
öz iqtasına getdi.
Xorasanda baş verən hadisələrin xəbəri Qarabağın
Meydancuq adlı yerində İsgəndər şanlı nəvvabın ordusuna gəlib
çatdıqda o, sərdar Sənan paşa ilə sülh danışıqlarına başladı.
356
Qitənin farscası
Xosrove-tacbəxş-o şahe-cəhan
Ke ze tiğəş zəmane bər həzərəst,
Tohfeye-çərx suye-u hər dəm
Mojdeye-fəth-o dovləte-degərəst.
Rəye-u pir-o dovləteş bornast,
Dəste-u bəhr-o xəncərəş govhər.
Aseman duş ba xerəd migöfl
Ke, benezdike-ma çenin xəbərəst
Ke, begirəd be tiğ çon xorşud
Hər çe xorşid-ra bər an gözərəst.
Xerədəş goft: "To çe pendari?
Ərseye-molke-u həmin qədərəst?
Nə ke, dər conbe-padşahiye-u
Həft gərdun hənuz moxtəsərəst.
Baş ta sobh dovlətəş bedəməd
K-in hənuz əz nəticeye-səhərəst."
481
Yuxarıda barəsində yazılan və elçi kimi İstanbula göndərilən
İbrahim xan Türkman İraqa qayıtmaq qərarına gəldi. Onlar köç-köç
səltənət paytaxtına yollandılar. Qış fəslini Qəzvin darüssəltənəsində
keçirib, at ilinin əvvəlində Xorasan fitnəsini yatırmaqdan ötrü yaraq
hazırlığı görmək məqsədilə qorçiləri əmir və əsgər çağırısı üçün
ətraf yerlərə yolladılar. Belə ki, bu varaqlardan sonra o ilin
hadisələri şirin söhbətli qələmimizlə yazılmağa başlayacaqdır.
XORASANLILARIN FİTNƏ-FƏSAD MƏŞƏLİNİ
SÖNDÜRMƏK MƏQSƏDİLƏ İSGƏNDƏR ŞANLI
NƏVVABIN ZƏFƏRNİŞAN MƏİYYƏTİNİN XORASANA
YOLLANMASININ ZİKRİ
Türki ilan ilinin qış fəsli mübarəkbadlıq və qələbə ilə
cilvələndiyindən bahar (rəbi) və fərvərdin aylarının məşşatəsi
özünün pərdəli (ehtecab) niqabını təzə reyhan gəlinlərinin
rüxsarından götürdü. Ürək açan bahar isə eyş-işrət dövlətini hamıya
göndərib zəmanə səhnəsindən paklıq və xürrəmlik bayrağını ucaltdı.
Şah və adlı-sanlı şahzadə səltənət paytaxtında olub eyş və müxtalif
dəvətlərlə məşğul idilər. Nəvvab isə işrət və kamranlıqla Mirzə
Salmanın qızına elçi göndərib öz meyli və istəyi ilə onunla nikah
kəsdirdi. Mirzə Salman şahanə bir toy qurdu və rəsmi evlənmə
mərasimi ləyaqətlə icra olundu. Bu işlə əlaqədar bütün məsələlər
tərəflər arasında yerinə yetirildi və qərara alındı ki, bu il o izzətli
gəlinin yaraq-yasağı və zəruri zinət əşyaları hazırlansın, Allah-
təalanın izni ilə toy və zifaf şənliyi isə gələn ilə qalsın. Bu
məsələdən Mirzə Salmanın iftixar başı ərşədək ucaldı, hər şeydən
üstünü bu oldu ki, o, müstəqil şəkildə vəzarət vəzifəsinin icrasına
başladı. Baxmayaraq ki, əmirlər və dövlət başçıları bu işlərdən
narazı idilər, amma şahzadənin xatirinə razılıq verdilər, özlərini
gözdən salmadılar. Xorasan hadisələri, yuxarıda bəhs olunduğu
kimi, bəlli olunduqda Xorasan əmirlərinin üzündən pərdə açıldı və
əlahəzrət zilləllah şahın padşah olunması xəbəri Xorasandan gedib
İraqa çatdı, məsələnin doğruluğu dəqiqləşdi. Məhəmməd xan,
İsmayılqulu xan və Xorasana gəlmiş əmirlər müqəddəs Məşhəddən
qayıdaraq, onun görüşünə yetmək şərəfinə çatdılar, Xorasan
əhvalatını olduğu kimi ona ərz etdilər. Mirzə Salman və İsgəndər
şanlı nəvvabın başqa dövlətxah və yaxın adamları, habelə aləm
şahzadəsinin yaxınları çaxnaşmaya düşüb, xorasanlıların fitnə-fəsad
482
məşəlini söndürməkdən ötrü Xorasan yasaqına başladılar. Bu məsəb
qorçibaşı, Şahrux xan və əmirlərin məcazlarına uyğun olmadı. Onlar
[canqi, canəqi] məclislərində deyirdilər: "Rumilərin sözlərinə
inanmaq olmaz. Xorasana hümayun yürüşün başlanması xəbəri
rumilərə çatan kimi Sinan paşa fürsəti qənimət bilib, biz olmayan
vaxt Azərbaycana tərəf hərəkət edər, həmin diyarda fitnə və
qarışıqlıq yaranar. İndi hümayun yürüşün Azərbaycana yönəlməsi
və düşmən şərinin dəf olunması dana məsləhətdir və dövlətin
xeyrinədir. Hal-hazırda isə o adlı-sanlı şahzadənin Xorasanda etibar
və iqtidarının yüksəlməsindən, əlbəttə, özbəkiyyə düşmənləri öz
hesablarını alarlarsa, Xorasan əmirləri də ona tabe olarlarsa, və
Xorasan əmirləri ona tabe olacaqlar ki, bu vəziyyətin əbədi
dövlətimizə heç bir ziyanı olmayacaqdır".
Mirzə Salman və özlərini nəvvabın tərəfdarı kimi göstərən
bir dəstə adam isə həmin əmirləri nifaq əhli sayıb;
İkilik ayini — həvəs və nifaq!
Qibleyi-eşq bircədir ancaq!
357
beytinin məzmununa uyğun olaraq, Xorasana getmək meylinə
düşənləri suçlayırdılar. Onlar yeri gəldikcə İsgəndər şanlı nəvvaba
və aləm şahzadəsinə xəlvəti və aşikar halda bu sözləri çatdırırdılar:
"Xorasan səfərini pozmaq istəyən əmirlər arasında ikilik ayini
(qarşıdurma - Ş.F.) qızışmaqdadır. Onlar çalışırlar ki, Xorasanda
qurduqları dövlətin əsası möhkəmlənsin və beləliklə də ali dərgahda
etibara nail olsunlar".
Belə söhbətlərin nəticəsində əmirlər yürüşü dayandırmaq
məsələsindən daha söz açmadılar, Xorasana səfər məsələsində bir-
birləri ilə müttəfiq oldular. Təbriz darüssəltənəsində olan Əmir xan
Mosullu da nəvvabın xatirinə, yaxud Mürtəzaqulu xana kömək
etmək məqsədilə yürüş barədəki həmin razılıq sənədinə imza atdı.
Xülasə, Xorasana yürüş etmək məsələsi xüsusunda bütün
qızılbaş əyanları razılığa gəldilər. Ustaclı tayfasını arxayın etməkdən
ötrü Salman xan Abdulla xan Ustaclının nəvəsi olan Şahəli Mirzənin
oğluna divanbaşı vəzifəsini verdi və ona tapşırdı ki, öz mərhum
357
Beytin farscası:
Həst ayine-dobini ze həvəs,
Qebleye-eşq yeki basəd-o bəs!
483
babasının yolu ilə gedərək ona əta olunan məktublara öz möhürünü
vursun. Cənnətməkan şahın onunla nişanlanmış qızlarından biri olan
Şəhrəbanu bəyimə layiqli toy edib onun evinə yolladılar. Şahqulu
Sultan Qarınca, Əhməd Sultan Asayişoğlu və ali ordudakı başqa
ülkasız ustaclu əmirlərinə şahanə şəfəqqət göstərildi, yasaq xərci
verildi və Xorasan səfərinə qoşulmaları haqda əmr olundu.
Tapşırıldı ki, əgər Xorasanda olan Mürşüdqulu xan və başqa üstaclı
əmirləri düzgün yoldan çıxsalar, onların dəf olunmalarından sonra
adları çəkilən əmirləri onlara əvəz təyin etsinlər. Salman xan,
əmirlər və ustaclı ağsaqqalları boyun oldular ki, etibarlı adamları
Xorasana yollayıb başqa ustaclı el və tayfalarına nəsihət etsinlər,
məsləklərinə xilaf çıxmasınlar, üsyana yol verməsinlər. İxtiyar
püşkü ustaclı tayfasının böyüklərindən və cənnətməkan şahın
hakimiyyəti vaxtı onun məsləhətçisi (müşir) və hazırda Mürşüdqulu
xanın əmisi olan Şahverdi bəy Yeganın adına düşdü. Buna görə də,
hamıdan əvvəl yürüşə onu yolladılar və Xorasana göndərdilər.
Fars bəylərbəyi Əli xan Zülqədər yasaqa əməl etməməkdə
taxsırlandığından və həmçinin bu iki-üç ildəki Azərbaycan səfərində
Kuh-Giluyədə qələndərin qiyamı bəhanəsilə fars ləşkərinin
yasaqdan qalmalarına görə Əli xan Zülqədər, həmçinin fars
zülqədər əmirlərinin bir neçəsi vəzifəsindən götürüldü. Amma,
zülqədər tayfasının böyüklərindən və ağsaqqallarından olan Ümmət
bəy Yüzbaşıya xanlıq rütbəsi və Süleymanın taxtgahı, kəyanilərin
darülmülkü sayılan o vilayətin əmirülümərası mənsəbi verildi.
Əmirlər yenidən öz vəzifələrinə təyin olundular, Ümmət xana Fars
ləşkərinin bir dəstə əsgərinin qələndərin dəfi, həmçinin İsgəndər xan
Əfşarın imdadı üçün Kuh-Giluyəyə göndərilməsi xüsusda hökm
verildi, ona tapşırıldı ki, özü ləşkərin qalan hissəsiylə birgə
Xorasana yollanıb müzəffər orduya birləşsin. Habelə belə bir fərman
da verildi ki, Həmədan hakimi Vəlixan Təkəli, Əlişəkər
hüdudunun bəylərbəyi və o sərhədin əmirləri, Kirman
darülamanının hakimi Vəlixan Əfşar o vilayətin döyüşçüləri ilə
birlikdə Xorasan yasaqına getsinlər, bu səfərdə hümayun orduda
olsunlar.
Xülasə, baharın üç ayını Qəzvin darüssəltənəsində işrət və
kamranlıqla keçirdilər, əbədi dövlətin başçıları Xorasan yasaqına aid
məsələlərlə məşğul oldular, məhsullar yetişmə vaxtında o istiqamətə
doğru yollandılar. Qorçilər vasitəsiylə Xorasan əmirlərinə
istimalətinamələr göndərildi və onlarda belə yazıldı: "Sədaqət və
484
şahsevənlik üzündən Mürtəzaqulu xan Pornakın ətrafında bir yerə
toplaşsınlar və onunla birlikdə gələrək ali orduya birləşsinlər".
Beləliklə, zəfərəsər əsgərlər dəstə-dəstə hər tərəfdən ayəsi
qələbə olan bayrağın kölgəsi altında toplaşırdılar. Az vaxt ərzində o
qədər adam yığıldı ki, qızılbaş ləşkərini heç zaman belə böyüklükdə
görməmişdilər. Yol əsnasında Şahverdi bəy Yegan Xorasandan
qayıdaraq Mürşüdqulu xanın bəzi üzrlərini ərz etdi, amma danışıq
vaxtı yekə-yekə danışdığı üçün töhmətə məruz qalıb vəzifəsindən
kənar edildi. Ox-kaman qorçisi və ustaclı tayfa böyük və
mötəbərlərindən olan Həsən bəy Çavuşluoğlu Mehdiqulu bəy də
əmirlərin məclisində oymaqların təəssübü, habelə el və qəbilələrin
himayəsi xüsusunda xoşagəlməz sözlər danışdığından etibarını itirdi
və cəzalandırıldı. Salman xan və ustaclı ağsaqqalları onların hər
ikisini qətl etdilər.
Amma, Əliqulu xan və Mürşüdqulu xan İraq ləşkərinin
gəlib-çatma xəbərini eşidərək şahzadənin, yəni həzrət zilləllah şahın
müqəddəs məiyyətində Herat darüssəltənəsindən çıxdılar. Əlahəzrət
şahzadə ilə müvafiqət, amma İsgəndər şanlı nəvvabla müxalifətdə
olmaq xüsusda bir-birləriylə əhd-peyman bağlayan əzəmətli
əmirlərin hamısı onların başında cəm oldular, bir neçə mənzil qət
edib, möminlər məkanı olan Səbzvaradək gəldilər. Hümayun şah
ordusu Damğana çatan vaxt onlar artıq Səbzvarda idilər. İraq
ləşkərinin qüvvət və şövkətinin şah ordusundan zəif olmasına
baxmayaraq, xorasanlıların qorxmazlığı və onların Səbzvara qədər
gəlib-çıxmalarından xatirləri kədərli və pərişan oldular. Adamlar
güman edirdilər ki, o iki dəstə arasında elə bu neçə gündə böyük
savaş vaqe olacaqdır. Böyüklərin və ağsaqqalların əksəriyyəti bu
savaşı arzuolunmaz hesab edirdi, çünki qızılbaş tayfalarının qohum-
əqrabaları bir-birləri ilə qaynayıb-qarışdıqlarından onların bir dəstəsi
bu tərəfdə, digər dəstəsi isə o biri tərəfdə qarşı-qarşıya durmuşdular.
Məsləhətçi əmirlərdən xüsusilə Qulu bəy Qorçibaşı və Şahrux xan
müxalifətin tərk olunması barədə fikir söyləyirdilər.
Dostları ilə paylaş: |