Məhdülyanın, anasının və bir dəstə Mazandaran əhlinin qətli:
Xülasə, əmirlər hər oymaqdan bir neçə nəfər ayırıb öz
dəhşətli qərarını yerinə yetirmək üçün saraya yolladılar. Sədrəddin
xan Səfəvi, Hüseynəli bəy Əlkəsənoğlu Zülqədər, İmamqulu Mirzə
Mosullu, İsgəndər şanlı nəvvabın anası Sultanımın bir adamı da
onların arasında idi. Onlar hümayun dövlətxanaya gəlib, qorxu-
hürküsüz hərəmxanaya daxil oldular, həmin əməllisaleh seyid qadını
tutub boğdular. Bununla kifayətlənməyib, onlar nəvvab
Məhdülyanın qoca, abid anasının mənzilinə soxulub onu və
Mazandarandan gəlib saraya yaxın yerdə yaşayan bir neçə
qohumunu, həmçinin bir neçə Mazandaran əyanını da qətl etdilər.
Onlar nəvvab Məhdülyanın xəzinədən öz anası və qohumlarına
çoxlu pul və mal vermiş olduğu gümanı ilə onun sandıqlarını çölə
çıxarıb, içindəki bütün şeyləri tarac etdilər. Başqa camaat da küçə və
məhəllələrdə yaşayan bütün mazandaranlılarla elə rəftar etdilər ki,
onları lüt-üryan qoydular. Hər dəqiqə qəbahət və həyasızlıq
artmaqda idi.
337
İfadənin ərəbcəsi: "əl-hökmu-l-lahi-l-ali-l-kəbiri"
438
Bu hadisələr baş verərkən vəzir Mirzə Salman əmirlərin
arasında yox idi. O, Xəlil xan Əfşarın evində olduğundan özünə
bəraət qazana bildi.
Xülasə, bəziləri sadəlövh, xeyrxah və saf etiqad sahibləri
olan həmin ağılsız və nadan əmirlər bir necə etibar etdiklə adama
inandıqlarından o amansız əmələ əl atmış oldular. Günün axırında
İsgəndər şanlı nəvvab üləmaları çağırıb onlara öldürdürülənlərin
dəfninə başlamalarını tapşırdı. Üləmalar o gecə bu işə başlayıb,
onları İmamzadə Hüseynin - ona və əcdadına salam olsun -
müqəddəs astanəsində dəfn etdilər.
Bu hadisədən sonra əmirlər Xorasana Sultan Hüseyn xan
və Əliqulu xanın yanına adam yollayıb onları baş verən hadisədən
xəbərdar etdilər. Belə qərara gəldilər ki, kamlı şahzadə heç yana
çıxmasın və Heratda oturub gözləsin, amma Sultan Hüseyn xan geri
qayıtsın.
Amma, cahan nəvvabı (nəvvabe-cahanbani) Sultan Həmzə
Mirzə bu üsyan və qovğa zamanı yaşının az olması səbəbindən dərk
edə bilmədi ki, onu məşhur atasının vəliəhdi bilən qızılbaş əmirləri
vəlinemət sülaləyə qarşı belə hörmətsizliyi rəva bilərlər. [Həmzə
Mirzə] öz halının qeydinə qaldı, inandığı bir neçə fədakar mülazimi
ilə hərəmxananın damına qalxdı, özünə ehtiyaca görə azuqə topladı,
damın yolunu torpaqla bağladı, oranı qalaya çevirdi, bir neçə gün
qorunmaq və qaladarlıq etməkdən ötrü tüfəng və başqa silahlarla
yaraqlandı. O, əmirlər sarıdan tam arxayın olmayınca damdan yerə
enməmək qərarına gəlmişdi. [Düşündü ki,] əgər əmirlər ona qarşı
çıxsalar, öz gizli niyyətinə dərhal (filfovr) yetə bilməsinlər. Belə
qərara gəldi ki, onlardan arxayınlaşmayınca yerə enməsin.
Yoldaşlarından olan Vəli Xəlifənin oğlu İsmayılqulu bəy Şamlı ona
tam sədaqətlə xidmət etdiyi üçün "Yoldaşbaşı" ləqəbini aldı.
Xülasə, nəvvab Məhdülyanın - daha ona "nəvvabe-
mərhum" deyiləcəkdir - qətlindən sonra əmirlər hümayun
dövlətxanaya toplaşdılar. İsgəndər şanlı nəvvabın hərəmxanasına bir
adam yollayıb ona belə ərz etdilər:
Misra
Dosta əvvəldə olan mehrü vəfa qalmaqda!
338
338
Misranın farscası:
439
"Bizim şahla bağladığımız əhd-peyman qırılmamış və
sədəməyə məruz qalmamışdır. Təmənna edirik ki, şərafətli nəvvab
(yəni şah Məhəmməd Xudabəndə - Ş.F.) qəzavü-qədər nəticəsində
baş vermiş bu qarşısıalınmaz hadisəyə görə bizi cəzalandırmasın".
Onlar belə üzrxahlıq etməklə özlərinə haqq qazandırmağa
çalışdılar, üzrxahlıq məqamına gəldilər, şahın mülazimi kimi
saxlanmalarını xahiş etdilər. Şərafətli nəvvab uzaqgörənliyindən
onları məzəmmətə başlamadı, amma əmirlər iki-üç gün mülazim
kimi tanınmadılar. Onlar bu müddətdən sonra [yenidən]
dövlətxanaya toplaşıb, üləma və müctəhidləri də dəvət etdilər,
üləmalar qarşısında onların hər biri nə qədər ki, İsgəndər şanlı
nəvvab sağdır, heç kimi özlərinə padşah etməyəcəyik" deyib əlli bir
dəfə and içdilər.
Sonra əmirlər Sultan Həmzə Mirzəni valiəhd kimi qəbul
etdilər, bu gündən sonra şahın mübarək sözlərindən çıxmayacaqları
barədə söz verdilər, üləma və müctəhidlərin iştirakı ilə
"qəsəmnamə"
339
hazırlayıb və onu onların möhrü ilə möhürləyib
şaha yolladılar. İsgəndər şanlı nəvvab əmirlərə qarşı ikrah [hissi ilə]
saraya (Çehelsütün sarayına - Ş.F.) gəlib, ayaqlarının öpülməsinə
razılıq verdi. Əmirlər şaha öz batini əqidə və sungəriliklərini
dəfələrlə izhar etdilər. İsgəndər şanlı nəvvab da baş verən bu
qəziyyənin qəza-qədər nəticəsində olduğunu dilinə gətirdi. Əmirlər
məsləhətamiz sözlər ilə şaha bir qədər təsəlli verdilər. Amma
özünün bir neçə fədakar (fədəvi) adamı ilə orada olan cahan nəvvabı
(Sultan Həmzə Mirzə - Ş.F.) əmirlərə etimad göstərmədi. Əmirlər
bir daha əhd-peyman etdilər və İsgəndər şanlı nəvvabdan xahiş
etdilər ki, cahanbani nəvvabı onların saf əqidələrindən arxayın etsin.
Kamyab nəvvab əmirlərin iltimasını şərafətli oğluna
çatdırdı, xoş sözlərlə onu arxayın etdi və əmirlər gəlib onun ayağını
öpməklə şərəfləndilər. Əmirlərin məsləhəti ilə Mirzə Salmanı Xəlil
xanın evindən çıxarıb gətirdilər və o, heç bir mübahisə olmadan
vəzarət və sahibdivan vəzifəsinə təyin edildi, etibarlı və istiqlalı
əvvəlkindən üstün oldu.
Əmirlər o neçə gün ərzində ləyaqət və cidd-cəhdlə ali
rütbəli şaha və uca məqamlı şahzadəyə gözəl xidmət göstərdilər,
Be həman mehr-o vəfayim ke, bəstim be dust.
339
And sənədi – Ş.F.
440
lakin o qəddarlardan həqiqi qisasçı olan Allah tədricən elə qisas aldı
ki,
Misra
Bəsirət sahibinin gözləri mat oldu buna
340
tədriclə intiqam alındı və onlara üz verən bəlalar barədə
inşallah bu [kitabın] zeylində o [əmirlərin] hərəsi haqqında, yeri
düşdükcə, məlumat veriləcək, xüsusilə ədalət şüarlı, kamkar, ölkələr
alan əlahəzrət zilləllah şah (Şah Abbas Beyt - Ş.F.):
Beyt
Bu cahan şaddır - ədaləti var,
Hamı asudədir ki, dövləti var
341
haqqında yazılacaqdır.
HÜMAYUN [ŞAHIN] (ŞAH MƏHƏMMƏD XUDABƏNDƏNİN
- Ş.F.) AZƏRBAYCANA YÜRÜŞÜNÜN VƏ O SƏFƏR
ZAMANI ALLAHIN TƏQDİRİ İLƏ BAŞ VERƏN
HADİSƏLƏRİN ZİKRİ
Xoy, Səlmas, Urmi, Uşni ülkaları və Marağanın bəzi
yerləri müxalif kürdlərin əlinə keçdiyindən onlar rumiyyə
[qoşununun] himayəsi ilə məmləkətin ətraf yerinə basqınlar
edirdilər. Gürcüstan hakimlərinin paytaxtı olan Tiflis və Qori
qalaları rumiyyənin əlinə keçmiş, Osman paşa Dərbəndqalasında
yerləşmişdi. Şəki və Şabran ləzgiləri Bürhanın
342
oğlunun başına
yığışıb Osman paşanın və Dağıstan hakimlərinin köməyi ilə Şirvan
məmləkətinə basqınlar edir və qızılbaş əmirlərinin həmin ölkədə
rahat yaşamalarına imkan vermirdilər. Rumilər o diyarı ələ
340
Misranın farscası:
Ke xire mand dər u dideye-ulul-əbsar.
341
Beytin farscası:
Cəhane-xorrəm əz ədaləte-ust,
Həme asudegi ze dövləte-ust.
342
Şirvan hakimi Bürhanəddin - Ş.F.
441
keçirməyi qərara almışdılar və Ərzrumda əyləşən Rum ləşkərinin
sərdarı Bəhram paşanı otuz min əsgər, ərzaq və yaraqla Şirvan
qalalarını tutmağa yollamışdı və özü də gələcək səfərə hazırlaşırdı.
Dövlət başçıları belə məsləhət gördülər ki, zəfərli ordu Azərbaycana
tərəf hərəkət edib bir müddət əbədi dövlətin Təbriz
darüssəltənətində dayansın və irsi məmləkətləri müxaliflərin
hücumlarından qorusun, baş verə biləcək hadisələrin önü tədbirlə,
qol qüvvəsi və cəbr qılıncı ilə alınsın. Əmir Həmzə xan Ustaclı, Vəli
Xəlifə Şamlı, Şahqulu Sultan Qarınca Ustaclı və başqa ölkə əmirləri
ali sarayda idilər. [Şah] Xorasan əmirləri arasında bir neçə dəyişiklik
edib, həmin əmirlərə orada ülkalar verərək öz yerlərinə yolladı.
Şahın məiyyəti isə xoşbəxt bir saatda Qəzvin
darülsəltənəsindən hərəkət edib, mənzil-mənzil tələsmədən yol qət
edərək, gəlib Təbriz darüssəltənəsinə yetişdilər. Əmir xan və onun
tabeliyindəki əmirlər onları ehtiramla qarşıladılar. Təbrizin
sahibləri, əyanlan, böyük-kiçiyi, qocalı-cavanı şah qoşununun
qarşısına çıxdılar və şah şahzadə ilə Təbrizin qədim
dövlətxanasında, dövlətin paytaxtında, öz əcdadlarının səadətli
məskənində iqamət etdi. Əmir xana müxtəlif inayətlər olundu və o,
bu dudmanın (xanədanın - Ş.F.) imtiyazlı adamlarından birinə
çevrildi. Cənnətməkan şahın pak qızı Fatimə Sultarı bəyim ona ərə
verildi və kəbinləri kəsildi. Bu arada tatar Məhəmməd Gəray xarını
gəlməsi barədə Şirvan tərəfdən xəbər çatdı. Hadisə belə olmuşdur:
Əhali arasında deyildiyinə görə, Məhəmməd Gəray xana belə xəbər
çatmışdı ki, Adil Gəray xana qızılbaş padşahı izzət və ehtiram
göstərərək, onu öz ölkəsinə yola salmağı qərara almışdır və Adil
Gəray hal-hazırda şahanə dövlətxanədə yaşamaqdadır. Buna görə
də, [Məhəmməd Gəray xan] Adil Gəray xanın anasını şahanə töhfə
və hədiyyələr və bir dəstə etibarlı adamla, şəhriyarn iltifatı sayəsində
Dərbənd-Şabran yolu ilə əziz oğlunu öz vilayətinə gətirmək üçün
yola salmışdı ki, bu gündən başlayaraq arada məhəbbət və dostluq
münasibəti qorunub saxlanılsın. Lakin, bunun ardınca Adil Gərəyin
öldürülmə xəbəri yetişdi və eşidildi ki, tatar padşahının, yaxud da
Rum xandgarının hökmü, ya da işarəsi ilə Adil Gəray xanın
intiqamını almaq və qənimət əldə etmək üçün Cuci nəslindən olan
tatar sultanları və Adil Gərayın qardaşları Qazi Gəray, Səfi Gəray,
Səadət Gəray və ağır qoşunla Şirvana gəlməkdədir. Onlar Dərbəndə,
Osman paşanın yanına çatanda Məhəmməd Xəlifə bu barədə
padşaha ərz etdi. Yığışıb belə qərara gəldilər ki, nəvvab şah və
442
şahzadə həmin darüssəltənədə qışlasınlar, Mirzə Salman isə əmirlər
və qoşun başçıları ilə Şirvana gedib oranı tatar ləşkərinin
hücumlarından müdafiə etsin. Əmirlər Mirzə Salmanla birlikdə elə
də etdilər. Xəlil xan Əfşarı, bəzi ağsaqqalları və münasib adamları
şah və şahzadənin xidmətində saxlayıb, Məhəmməd Xəlifəni zəfərli
ordunun gəlişindən xəbərdar etdilər.
Məhəmməd Xəlifənin Şirvan cəngində öldürülməsi:
Amma əmirlər hələ gedib Qarabağa çatmamışdılar kı,
tatar sultanları böyük qoşunla Şirvana gəldilər. Şücaətli və igid
adam olan Məhəmməd Xəlifə Zülqədər qaçmağı özünə layiq
bilməyərək, igid ləşkəri ilə müxaliflərin qarşısına çıxdı. Tərəflər
arasında böyük cəng oldu. Qızılbaş qoşunu müxalif qoşundan zəif
olduğundan məğlubiyyətə uğradı və Məhəmməd Xəlifə qoşunun bir
çox dilavərləri ilə birlikdə öldürüldü, sağ qalanlar isə Şirvandan
çıxdılar. Tatarlar Şirvan və Qarahağda çox dağıntı törətdilər,
müsəlmanların çoxlu qadın və qızını əsir apardılar, xeyli basqınlar
edib qarətə başladılar. Bu hadisədən sonra Məhəmməd Gəray çoxlu
qənimət ələ keçirən tatarların bir dəstəsi ilə, qızılbaş qoşununa
kömək gəldiyini eşidib, öz vilayətlərinə döndülər. Qazi Gəray isə
özünün iki-üç qardaşı və döyüşçüləri ilə Osman paşaya kömək üçün
Dağıstan və Dəbənddə qaldılar. Paymal olan Şirvan əhalisinin bir
hissəsi Osman paşanın yanına getdi, Şirvan dağlılarının digər hissəsi
isə Xaxmirdə Bürhanın oğlunun ətrafına toplandı. Mirzə və əmirlər
Şirvana gələrək baş verən vaqiəni eşitdilər. Əmir xan Türkman
Xaxmirdə toplaşan Şirvan və Dağıstan müxaliflərini dəf etməkdən
ötrü hücuma keçdisə də, bir uğur əldə etmədən geri qayıtdı. Şamlı
və ustaclı qızılbaş əmirlərinin bir neçəsi Şahrux xanla birlikdə əmir
xana qarşı çıxdılar. Şahrux xan özü sərkərdə olmaq və döyüşə
yollanmaq istədisə də bu hərəkət Əmir xana toxundu, onların
arasında dava-dalaş düşdü. Əmir xan bu işin ləşkərin sərkərdəsi
Mirzə Salmanın təhriki ilə olduğunu düşünüb onunla kobud danışdı.
qızılbaş əmirləri iki dəstəyə ayrıldı, hər dəstə yaraqlanıb, bir-birilə
döyüşə hazırlaşdı. Xeyirxah adam olan qorçibaşı araya girdi və onlar
arasında barışıq oldu və Şahrux xan Xaxmirə getməkdən imtina etdi.
Buna baxmayaraq, zahirən aralarında dava-dalaş başlanmamışdısa
da daxilən ürəklərində bir-birlərinə qarşı nifaq atəşi alovlanmaqda
idi.
443
Xülasə, əzəmətli əmirlər müxtəlif səbəblər üzündən,
xüsusilə ölkənin viran edilməsi, azuqə çatışmazlığı, nifaqın
meydana çıxması və ittifaqın olmaması səbəbindən Dərbənd
qalasına hücum edib Osman paşanı dəf edərək Şirvanı yenidən geri
qaytarmağı bacarmadılar. Şirvanı hər hansı bir əmirə təklif
edirdilərsə də, heç kim onu qəbul etmirdi. Nəticədə, Təbrizə geri
qayıdıb şah və şahzadənin xidmətinə gəldilər.
Bu il əksər yerlərdə qəhətlik baş verdi. Təbrizdə zəif və
kasıb adamların çoxu acından öldü. Azərbaycanın, Qarabağın, İraqın
və Gilanın çox yerində aclıq yarandı. Əhali çox əzab-əziyyətə düçar
oldu.
SULTAN HÜSEYN XAN ŞAMLININ GETMƏSİNDƏN
SONRA XORASANDABAŞ VERMİŞ HADİSƏLƏRİN ZİKRİ
Sabiqdə, gözəl xətli qələm yazmışdı ki, Sultan Hüseyn xan
Durmuş xan Şamlının nəvəsidir. O, öz əsilzadəliyinə və əhaliyə
etdiyi sadiq xidmətlərinə görə ali dərgahda məşhur şamlı tayfasının
ağsaqqalı olmuşdu və onun razılıq
və məsləhəti olmadan o tayfanın
heç bir işi həll edilə bilməzdi. Amma onun oğlu Əliqulu xanın üsyan
xəbəri mələkəyə çatdı, Məryəm şanlı nəvvab Məhdülya Hüseyn xanı
məzəmmət etməyə başladı, onu Xorasana getməyə və padşah nişanlı
əziz oğlunu Qəzvinə gətirməyə məcbur etdi. Mələkə [o üsyan
hadisəsindən sonra] Hüseyn xan nəslinə iltifatsızlıq göstərərək, onun
razılığı olmadan Xoşxəbər xan Şamlıya Fuşənc və Guryan
hakimliyini verib, onu o səmtə rəvan etdi. Xan Guryanda Məryəm
şanlı nəvvaba güvənib kobud hərəkətlərə başladı, get-gedə elə
hərəkətlərini daha da dərinləşdirdi. Cənnətməkan şah zamanında
hətta əzəmətli xanlar və bəylərbəyinin də elə hərəkət etməyə
qüdrətləri çatmazdı. Amma, Xoşxəbər xan Əliqulu xanın ona nəsə
bir zərər yetirəcəyini ehtimal etmirdi. Əliqulu xan da onun kobud
hərəkətlərini hələlik qulaq ardına vururdu. Sultan Hüseyn xanın
[Qəzvinə] getməsindən sonra Xorasan əmirlərinin əksəriyyətinin
aləm şahzadəsinə tabe olmaları və onların Əliqulu xanla
razılaşmalarından sonra Xoşxəbər xan öz təkəbbür və zülm
bayrağını yuxarı qaldırdı. O, bütün Xorasanın işlərini özünün ixtiyar
pəncəsinə keçirmək fikrinə düşmüşdü. Əliqulu xan xanın belə
sərbəstliyinə dözməyərək, onu cəzalandarmaqdan ötrü Heratdan
Guryana getdi və xan müqavimət edə bilməyib Guryandan Esfezara
444
qaçdı, Əliqulu xan isə bir dəstə döyüşçünü onun arxasınca yolladı.
Yegan Sultan tərəfindən Esfezar hakimi olan Murad bəy Əfşar
Xoşxəbər xanı himayə etdi və tərəflər arasında savaş oldu. Bir neçə
nəfər öldürüldü və şamlılar geri qayıtdılar. Yegan Sultan isə
Xoşxəbər xana izzət və ehtiram göstərib, onu İraqa rəvan etdi.
Bundan qəzəblənən əmirülüməraya o hələ Guryanda olarkən
mələkənin başına gəlmiş qəziyyə xəbəri yetişdi. Xan oradan Herat
darüssəltənəsinə qayıdıb qışı orada keçirdi və doqquz yüz səksən
səkkizinci (miladi 1580/81) balıq ilində Yegan Sultanı və
yoldaşlarını cəzalandırmaq məqsədilə Herat darüssəltənəsindən
çıxaraq Esfezara yollandı. Adı çəkilən Murad bəy onun hücum
xəbərini eşidib fərar etdi və Fəraha getdi. Əliqulu xan isə Esfezarı
şamlı tayfasına verib geri döndü.
Mürşüdqulu xanın Məşhəd hakimi Mürtəzaqulu xana məktubu:
Amma, müqəddəs Məşhədin hakimi və Xorasanın yarısının
bəylərbəyisi olan Mürtəzaqulu xan Əliqulu xandan da çox əzəmət və
iqtidar dükanını bəzəyib, onu saya almırdı, buna görə də
onların arasında savaş hazırlığı görülməkdəydi. Sultan Hüseyn xanın
getməsindən
və
Səbzvarda
toplaşan
əzəmətli
əmirlərin
dağılışmasından sonra Mürtəzaqulu xan öz adamlarından olan
Səbzvar hakimi Qubadxan Qaçar üzərinə hücum və onun tənbeh
olunması əzmi ilə bu ilin əvvəlində müqəddəs Məşhəddən çoxlu
ləşkərlə yola düşdü, Səbzvar darülmömininə çatdı, çünki ittifaq
xüsusunda Əliqulu xanla razılaşmaş Qubad xan Qaçar öz xanına
iltifatsızlıq etmişdi. Qubad xan ona müqavimət göstərə bilməyərək,
silahlı döyüşçülərin hərəkətə gəldiklərini gördükdən sonra peşiman
oldu, üzə çıxdı. Mürtəzaqulu xan onu danlayıb özünün etibar
bəzəyindən xaric etdi, özü ilə müqəddəs Məşhədə aparıb Səbzvar
tabeliyindəki adamlardan birinə verdi.
Esfezardan qayıtdıqdan sonra bu xəbəri eşidən Əliqulu
xanın qeyrət tonqalı şölələndi və o, gənc hümayun şahzadənin, yəni
əlahəzrət zilləllah şahın ordusu ilə Mürtəzaqulu xanı cəzalandırmaq
üçün, Herat darüssəltənəsindən çıxaraq, adamlarının tərəfdarı olan
əmirləri toplamağa göndərdi. Əliqulu xanla razılığa gəlmiş olan
Mürşüdqulu xan, Mahmud xan Sufioğlu, Vəlixan Çərxçi və başqa
əmirlər gəlib ali orduya birləşdilər. Ali divanda Xorasanın bəzi
əmirlərinin tiyullarında dəyişiklik edildiyindən Vəli Xəlifə Ovçu
445
Şamlını, Abdullah xan Ustaclının oğlu Əmir Həmzə xanı, Şahqulu
Sultan Qarıncam və başqalarını Xorasana göndərmişdilər. Bu xəbər
Əliqulu xanın ordusunda yayıldıqda ülkaları dəyişilən əmirlərinin
hər biri Əliqulu, xanın ətəyindən yapışaraq əvvəlkindən daha artıq
ona mütəi oldular. Buna görə də Abbas Mirzənin ordusunda böyük
izdiham yarandı, Mürşüdqulu və başqa əmirlər Mürtəzaqulu xanı öz
ittifaqlarından agah və xəbərdar etmək məqsədilə ona belə
məzmunda bir məktub göndərdilər: "Bizlər və sizlər hamımız bu
dərgahın dövlətxahlarıyıq, İsgəndər şanlı nəvvabı özümüzün mürşidi
və vəlineməti bilirik, bu dərgaha qarşı müxalifətdə olmaq qətiyyən
bizim xəyal səhifəmizdə yazılmamışdır. Bir halda ki, adlı-sanlı
şahzadənin və ali nəsilli xanın razılığı ilə belimizə xidmət kəməri
bağlamışıq, iki məsələnin baş verməsinin şahidi olmuşuq: Birincisi
budur ki, Rum padşahı əvvəlki əhd-peyman sazişini pozaraq
Azərbaycan və Şirvan məmləkətlərini fəth etməyə gəldiyindən, o
sərhəddə fitnə və qarışıqlıq başlamış, bizim padşahımız isə İraq və
Azərbaycan ləşkərləriylə onların fitnəkarlığını dəf etməyə məcbur
olmuşdur. Özbək sultanları da fürsəti qənimət bilərək Xorasan
məmləkətinə hücuma keçə biliblər. Herat darüssəltənəsi Xorasanın
paytaxtı, aləm şahzadəsi isə bizlərin və sizlərin vəlineməti
olduğundan o, bu torpaqda yerləşmişdir. Məqsədimizin mahiyyəti
budur ki, əzəmətli əmirlər arasında razılıq və birlik olsun, küdurət və
nifaq aradan çıxsın. Əgər, Allah göstərməsin, bir hadisə baş verərsə,
padşah tərəfindən heç bir kömək gəlməyəcəkdir. Gərək hamımız
bir-birimizlə yekdil olaq, vəlinemətimizin başına yığılaq, onun
müqəddəs ordusu tərkibində düşmənlərini aradan qaldırmağa
qalxaq. O həzrətin lələsi Əliqulu xanı da qüvvətli dövlətimizin
məsləhətiylə ağsaqqalımız və xanlar xanı bilək, onun tapşırıq və
məsləhətindən kənara çıxmayaq. Əgər bizim aramızdakı nifaq və
ayrılıq özbək müxaliflərinin qulaqlarına çatarsa, hərəkətində
cürətlənib müxtəlif fitnə-fəsada səbəb ola bilərlər və bu mülkdə
qarışıqlıq olar:
Dövlət gücü ittifaq iləndir,
Gücsüzlük isə nifaq iləndir.
343
343
Beytin farscası:
"Dövlət həme z-ettefaq xizəd,
Bidövləti əz nefaq xizəd".
446
İkinci məsələ isə budur: Məlumdur ki, ali dərgahda səltənət
işlərinin ipi və dövlət məsələlərinin qaydaya salınması vəzir Mirzə
Salmanın və bir neçə əmirin əlindədir. Onlar bizim tiyullarımızda
daim dəyişiklik edir, etibarımızı azaltmağa çalışırlar. Bizlər və sizlər
xidmətdə bəlkə də ata-babalarımızdan, əsil-nəsildəsə onlardan əskik
deyil, hətta ola bilsin ki, xidmət və sədaqətdə hamımız onlardan
irəli, saydasa onlardan çoxuq. Əgər İraq, Azərbaycan sərhədləri,
Fars və Kirmanın işləri onların qüdrəti altında qalarsa, ola bilər ki,
Xorasanın bütün işləri bizim ixtiyarımızda qalar və biz də dövlət və
dinin məsləhət gördüyü hər işi həyata keçirərik. Bu məsələ
Xorasanın əzəmətli əmirləri tərəfindən bəyənilmişdir və onlar adı
çəkilən xanlar xanı ilə əhd və peyman bağlamışlar. İndi bu dövlətə
layiqdir ki, o cənab da (Mürtəzaqulu xan - Ş.F.) başqa əmirlərlə
razılığa gələrək, şahzadənin mülazimi olmaq və xanlar xanı ilə
görüşmək izzətinə yetişsin, küdurət və nifaq qapılarını bağlasın,
etibardan saldığı Qubad xandan üzr istəyərək onu Səbzvara
göndərsin".
Amma, təkəbbürlü, özündən razı adam olan Mürtəzaqulu
xanın bu sözlərdən xoşu gəlmədi. O, türkmanların pornak
oymağındandı və təkəlilərlə pornakların şamlılar və ustaclılarla
qədim ədavətləri vardı, onlara heç bir etimad etmirdilər. O, cavab
məktubunda kobud ifadələr və çirkin sözlər yazıb gördərdi,
mülayimlik və dostluq qapılarını təmamilə bağladı, baş verənləri
İsgəndər şanlı nəvvaba qarşı üsyan və tüğyan adlandırıb özünü
şahsevən, qarşı tərəfisə düşmən adlandırdı, hadisələr barədə alçaq
sözlər yazıb ali saraya ərz etdi, bir-birinin ardınca Azərbaycana
adamlar yolladı. Xülasə bu iki dəstə arasında inadkarlıq
möhkəmləndi.
Dostları ilə paylaş: |