S .1 6 8 J .
Bəhs olunan dövrdə Xankəndi şəhərində
hər cür şəraitlə təmin edilmiş çoxtutumlu yeni bir klub tikilib istifadəyə
verildi. Klublar yaradılarkən də, azərbaycanlılar yaşayan kəndlər diqqətdən
kənarda qalmışdı.
1950-ci ildə DQMV-də əhali arasmda mədəni-maarif işi aparan 2 muzey
fəaliyyət göstərirdi. Bu muzeylərdən biri 1946—1950-ci illərdə Xankəndində
yaranmış ölkəşünaslıq muzeyi idi. 1950-ci ildə DQMV-də muzeylərə gələn-
lərin sayı 12000 nəfər olmuşdu [89, s.l 12].
Bəhs etdiyimiz dövrdə DQMV-də Azərbaycan Yazıçılar İttifaqınm Xan-
kəndi şöbəsi, 120 mədəniyyət evi, istirahət və mədəniyyət parkları və sair
fəaliyyət göstərirdi. 1946—1950-ci illərdə-DQMV-də mətbuat və radio veri-
lişi sahəsində böyük müvəffəqiyyətlər əldə edilmişdir. Vilayətdə 6 adda qəzet
nəşr olunurdu ki, bunlardan da 4-ü erməni dilində, 1-i Azərbaycan dilində, 1-i
isə rus dilində buraxılırdı [80, s.85]. Xankəndində buraxılan qəzet «Sovetakan
Karabax» («Sovet Qarabağı») adlanır və erməni dilində nəşr edilirdi. Sonra-
lar Xankəndində «Sovetskiy Karabax» qəzeti nəşr edilməyə başlanmışdır.
Bəhs etdiyimiz dövrdə «Sovetakan Karabax» qəzeti bütün qəzetlərdən 10 dəfə
artıq tirajla nəşr edilir və yayılırdı.
1946—1950-ci illərdə Xankəndi şəhərində xalq təsərrüfatı, mədəniyyət
və maarifin inkişafı ilə yanaşı, səhiyyənin də inkişafmda irəliləyiş diqqəti
cəlb edirdi. Şəhərdə insanlara tibbi xidmət ilbəil yaxşılaşır, əhalinin sağlam-
lığınm mühafizəsinə sərf edilən vəsait artır, müalicə-profilaktika müəssisələ-
rinin şəbəkəsi genişlənirdi. Belə ki, 1913-cü ildə Dağlıq Qarabağa daxil olan
ərazilərdə 30 çarpayılıq xəstəxana, 1926-cı ildə 150 çarpayılıq 5 xəstəxana,
1940-cı ildə 372 çarpayılıq 15 xəstəxana olduğu halda, 1950-ci ildə 587 çar-
payılıq 16 xəstəxanavar idi [99, s.178]. Bu zaman Azərbaycanda cəmi 12min
çarpayısı olan 222 xəstəxana fəaliyyət göstərirdi [93].
Həkimlərin və orta tibb işçilərinin sayı da durmadan artırdı. Belə ki,
1913-cü ildə bölgədə cəmi .2 həkim olduğu halda, 1940-cı ildə həkimlərin
sayı 86-ya, 1950-ci ildə isətəxminən 2 dəfə artaraq 153-ə çatmışdı [61]. Bun-
dan əlavə, DQMV-də 42 hərbi həkim var idi. 1950-ci ildə Xankəndi şəhərin-
də 62 həkim işləyirdi. Hərbi həkimlərin də əksəriyyəti şəhərdə fəaliyyət
göstərirdilər.
1932-ci ildə Xankəndində açılan tibb məktəbi DQMV-nin xəstəxanala-
nnı ixtisaslı mütəxəssislərlə təmin etməkdə böyük işlər görmüşdü. 1940-
1950-ci illər ərzində orta tibb işçilərinin sayında çox böyük irəliləyiş müşa-
hidə edilmişdir. Belə ki, 1940-cı ildə Dağlıq Qarabağ müalicə müəssisələ-
rində 260 orta tibb işçisi var idisə 1950-ci ildə onların sayı 621-ə çatmışdır.
1950-ci ildə Xankəndində daha bir xəstəxana tikilib istifadəyə verilmişdir.
200 çarpayılıq bu xəstəxanada aptek, laboratoriya və müxtəlif kabinələr ya-
radılmışdır. 1950-ci ildə Xankəndi şəhərində xəstoxanaların sayı 4-ə çatdı.
Bu dövrdə Şuşada 2 xəstəxana fəaliyyət göstərirdi. Bundan başqa, 1950-ci
ildə DQMV-də 8 poliklinika, 6 qadın və uşaq məsləhətxanası, 68 feldşer -
analıq məntəqəsi və ambulatoriyalar fəaliyyət göstərirdi [34, s. 181].
Dünya müharibəsi əhalinin həyat səviyyəsinin aşağı düşməsinə səbəb
olmuşdu. Əhalinin ərzaq məhsullarma olan tələbatmı ödəmək üçün dövlət
1944-cü ildən kommersiya ticarətinə icazə verdi. Kommersiya ticarəti kolxoz
bazannda qiymətlərin aşağı düşməsinə kömək edir və azad ticarətin inkişa-
fına təkan verirdi. 1940-cı illə müqayisədə 1950-ci ildə DQMV-də illik mal
dövriyyəsində böyük irəliləmə müşahidə edilmişdir. Belə ki, müvafiq illərdə
5950000-dən 12770000-ə qalxmışdır [59]. Bundan kommersiya ticarətinin
illik mal dövriyyəsi 4255000-dən 8835000-ə, dövlət ticarəti mal-aövriyyəsi
isə 1695000-dən 3935000-ə çatmışdır [34, s.198].
Müharibə illərində şəhər əhalisinin mühüm ərzaq və sənaye malları ilə
təchizi üçün kartoçka sistemi tətbiq edilmiş, 1947-ci ildə isə ləğv edilərək,
onların vahid dövlət pərakəndə qiymətləri ilə satışına keçilmişdir. Bəhs
etdiyimiz dövrdə pul islahatı da keçirilmişdir ki, bu da kənddə pul sisteminin
möhkəmlənməsinə imkan vermişdir. İstehsahn ardıcıl olaraq artması Xan-
kəndi şəhərində əhalinin gəlirlərinin çoxalmasına səbəb olmuşdur. 1945-
1947-ci illər ərzində fəhlə və qulluqçuların orta aylıq əmək haqqı 3 faiz art-
mışdırsa, 1950-ci ildə isə 1940-cı illə müqayisədə 81 faizi ötüb keçmişdir [85].
Şəhərdə əhalinin gəlirlərinin çoxalmasmı əmanət kassalannın və əmanətçi-
lərin sayınm artması faktlannda da görmək olar. Belə ki, 1950-ci ildə Vila-
yətdə əmanət kassalarımn sayı 34, əmanətçilərin sayı isə 11237-yə çatırdı.
Bu ısə əw əlki dövrlərlə müqayisədə 2 dəfə artıq demək idi. 1948-ci ildən
başlayaraq ərzaq və qeyri-ərzaq məhsullannm pərakəndə satışı qiymətlərin-
də aşağı enmə halı müşahidə edilmişdir. 1950-ci ildə 1947-ci illə müqayisədə
ümumi pərakəndə satış qiymətləri 43 faiz, ərzaq məhsullan 47 faiz, sənaye
mallan 35 faiz aşağı düşmüşdü [99, s. 199].
1946-1950-ci illərdə Xankəndi nəqliyyat sahəsində də xeyli müvəffəqiy-
yətlər əldə edilmişdi. Bəhs etdiyimiz dövrdə şəhərə bərk örtüklə yol çəkildi.
Eyni zamanda Xankəndi-Şuşa yolunun inşasmda xeyli işlər görüldü. Xan-
kəndi-Yevlax təyyarə xətti açıldı. Beləliklə, 1950-ci ildə Xankəndi şəhərin-
də yolların uzunluğu 1923-cü illə müqayisədə 2,2 dəfə, o cümlədən şose
yollarınm uzunluğu 7 dəfə artmışdı [82].
Beş il ərzində Xankəndində nəqliyyatın təkmilləşdirilməsi sayəsində
mühüm nailiyyətlər qazanılmışdır. 1950-ci ildə avtomobil nəqliyyatımn yük
dövriyyəsi 1940-cı ilə nisbətən 3,5 dəfə, ümumi istifadədə olan avtomobil
nəqliyyatı ilə səmişin daşmması isə 2 dəfə artdı.
Əhalinin sağlamlığmın mühafizəsində sanatoriya-kurort müalicə və isti-
rahət evləri mühümrol oynayırdı. 1950-ci ildə Azərbaycanda 38 istirahət evi
və sanatoriya fəaliyyət göstərirdi ki, bunlardan biri də Şuşa şəhərinin payma
düşürdü. Şuşa şəhəri özünün təbii mənzərəsi, gözəl havası, saf suyu, tərifli
İsa bulağı, Turş suyu ilə hamınm hörmətini qazanmışdır. Şuşa Azərbaycanın
gözəl istirahət şəhəri, sağlamlıq və gümrahlıq məskənidir. 1946-1950-ci il-
lərdə Şuşada istirahət və müalicə ocaqlarmın sayı xeyli artmışdır. Bəhs etdi-
yimiz dövr ərzində respublilcamızın müxtəlif rayonlarmdan minlərlə insan
Şuşaya istirahətə gəlmiş, xəstələr burada şəfa tapmışlar. 1950-ci ildə Şuşada
istirahət edənlərin sayı 1940-cı illə müqayisədə 3 dəfə çox olmuşdur. 1947-ci
ildə Şuşada Ümumittifaq maliyyə-bank işçilərinin sanatoriyasında 420 nəfər
respublikamızm vətəndaşlan istirahət etmiş və 1948-ci ildə həmin sanatoriya
istirahət evinə çevrilmişdir. 1950-ci ildə həmin istirahət evində 1800 nəfər
istirahət etmişdir. Ümumilikdə 1950-ci ilin yayında Şuşada 2500 nəfər insan
istirahət etmişdir [45]. Havasmın və suyunun təmizliyinə görə, 1946—
1950-ci
illərdə Azərbaycanın ayrı-ayrı rayonlan Şuşa şəhərində pioner düşərgələri
açmışdılar. Uşaqlann sağlamlığım təmin etmək üçün Şuşada «Respublika
sağlamlıq məktəbi» yaradılmışdır. Həmin məktəbdə 1948-ci ildə Azərbayca-
nın 3 rayonundan gələn 160 uşaq istirahət edirdi.
Bundan əlavə, 1946—1950-ci illərdə Şuşa şəhərində «Respublika Uşaq
Sanatoriyası» da fəaliyyət göstərirdi. 1950-ci ildə bu sanatoriyada olan uşaq-
lann sağlamlığı üçün 2340000 manat vəsait xərclənmişdi.
1946-1950-ci illərdə Şuşadakı «Xan qızı» və «Tətavüz» su kəmərləri
əsaslı təmir edilib istifadəyə verilmişdir. Təəssüflər olsun ki, 1992-ci il
mayın 8-dən basılmazlıq, əyilməzlik rəmzi olan qäla divarları, igidlər oylağı
Cıdır düzü, gözəllik çələngi Topxana meşəsi, həzin zümzüməli Daşaltı çayı,
məşhur İsa bulağı, min bir dərdin dərmanı olan yaylaqlarımız, təbiətin
möcüzəsi hesab olunan Xan bülbül - Qala adı ilə tanman Şuşamız yad əl-
lərdədir.
1946—1950-ci illərdə Xankəndinin abadlaşdırılmasma xüsusi diqqət
yetirilmişdir. Xankəndi şəhər Sovetinin İcraiyyə Komitəsinin sədri V.Ste-
panyanm yazdıqlarma görə, «son 20 il ərzində Xankəndinin siması əsaslı
surətdə dəyişilib tanmmaz olmuşdur. 25 il bundan öncə bir neçə evdən və zir-
zəmilərdən ibarət olan, Qarabağ xanlığımn axırmcı xanı Mehdiqulu xanın
mülkü olan Xankəndi Azərbaycan dövlətinin qayğısı sayəsində respublika-
mızm mədəni və abad şəhərlərindən birinə çevrilmişdir» [55].
Xankəndi şəhərində 1946—1950-ci illərdə böyük dəyişikliklər baş verdi.
Yeni yaşayış binaları, idman qurğuları, klub, kinoteatr binalan və sair tikilib
burada yaşayanlann istifadəsinə verildi. Lakin
çJüx
təəssüflər olsun ki, bəhs
olunan illərdə DQMV-də azərbaycanlılarm yaşadıqlan kəndlərə biganəlik
göstərilmiş və həmişə məqsədli şəkildə diqqətdən kənarda qalmışdı. Məsə-
lən, 1300 nəfər əhalini və 4 yaşayış məskənini özündə birləşdirən Xocahda
orta məktəb olmadığı halda, 1 yaşayış məskəni və 500 nəfər əhalisi olan
erməni kəndlərində nəinki orta məktəb, hətta kitabxana, uşaq bağçalan,
müalicə-profilaktika mərkəzləri, idman qurğulan, radioqovşağı və sair yara-
dılmışdı.
BeləJiklə, 1946-1950-ci illərdə Xankəndinin erməni rəhbərliyinin həyata
keçirdiyi «kompleks tədbirlər» nəticəsində şəhərdə milliyyətcə azərbaycanlı
olanlar sıxışdırılmağa başlamış, erməni əhalisinin maddi rifah halınm yüksəl-
dilməsi təmin olunmuş, onlann əmək və məişət şəraiti yaxşılaşmışdır.
Ümumilikdə isə, sovet imperiyasmm 1940—1950-ci illərdə Xankəndi şəhə-
rində həyata keçirdiyi mədəni quruculuq «siyasəti» öz bəhrəsini verdi. İlk
növbədə, DQMV-də erməni və rus dilində məktəblərin ğeniş şəbəkəsinin
yaradılmasma nail olundu. Müxtəlif ixtisaslı erməni, rus və digər millət-
lərdən olan kadrlann sayı xeyli artınldı və onlarm yerləşdirilməsinə «beynəl-
miləlçilik» pərdəsi altmda xüsusi diqqət verildi. Milliyyətcə qeyri-azər-
baycanlılann Xankəndi dövlət idarə orqanlannda işlə təmin olunması Sovet
imperiyasımn bölgədə dayaqlarınm daha da möhkəmləndirilməsinə ciddi
təsir göstərdi.
Müharibədən sonrakı illərdə Sovet höküməti kommunist ideologiyasımn
hakim mövqe tutması siyasətini davam etdirirdi. İnsanların şüuruna sosializm
cəmiyyətinin ədalətli, xalqın azadlıq və səadətini təmin edən, millətlər ara-
sında dostluq və qardaşlığın qarantı olması ideyası yeridilirdi. Həmin ideya-
larm həyata keçirilməsində məktəblər əsas rol oynayırdı. Bu dövrdə təhsil
sahəsində qarşıdakı ən başlıca vəzifələr xalq maarifı şəbəkəsinin tədris-mad-
di bazasını möhkəmləndirmək, məktəbləri pedaqoji kadrlarla təmin etmək,
təlim-tərbiyə sistemini yaxşılaşdırmaq və tədrisin səviyyəsini yüksəltmək
üçün əməli tədbirlərin həyata keçirilməsi müəyyən edildi. Belə ki, Xankəndi
şəhər maarif şöbəsinin 24 mart 1965-ci il tarixli «Xankəndi şəhərində mək-
təbləri pedaqoji kadrlarla təmin etmək və xalq maarifı şəbəkəsinin tədris-
maddi bazasım möhkəmləndirmək tədbirləri haqqmda» qəran qəbul edildi.
1965-ci ildə Azərbaycan höküməti tərəfindən Xankəndi xalq təhsilinə
65 min manat vəsait aynldı. Sonrakı dövrlərdə Azərbaycan höküməti Xan-
kəndi şəhərində maarifm inkişafma qoyulan vəsaitin miqdannı artırdı.
1967/68-ci tədris ilində ayrılan vəsaitin həcmi 135 min manata çatmışdır [90].
Bu, Naxçıvan, Ağdam, Tərtər şəhərlərindəki maarifə aynlan vəsaitdən
25 faiz çox demək idi. Nəticədə bölgədə Tədris-tərbiyə müəssisələrinin
şəbəkəsi tədricən genişlənir, şagirdlərin sayı artırdı.
1941—1961-ci illərdə Naxçıvan MSSR-də məktəblərin sayı 196-dan 198-ə,
müəllimlərin sayı isə 1039-dan 2018-ə çatdı. Həmin illərdə Naxçıvan MSSR-də
2 məktəb, Bakı şəhərində 8 məktəb tikilmişdirsə, DQMV-də 10 məktəb
tikilib istifadəyə verilmişdir. Bundan 4-ü Xankəndi şəhərinin payına düşür-
dü. 1960/61-ci tədris ilində Azərbaycanda 300 səkkizillik məktəb tikilmişdir
ki, bundan 13-ü Naxçıvan MSSR-də, 24-ü. isə DQMV-də, 5-i Xankəndi şəhə-
rində inşa edilmişdi. Bəhs etdiyimiz tədris ilində Xankəndi şəhərində hər
məktəbə 13 müəllim düşürdüsə, Naxçıvan MSSR-də bu göstərici 11-ə çatır-
dı. Həmçinin ümumrespublika üzrə bu göstərici 11-ə bərabər idi. Diqqəti
cəlb edən məsələlərdən biri də ondan ibarətdir ki, arxiv materiallarından
yaradılmış məktəblərin yerləşdiyi ərazilərin hamısmın ermənilərin cəmləşdi-
yi kəndlərdə olması faktlan müəyyənləşmişdir. Xankəndi şəhərində bütün
kargüzarlıq, məhkəmə işləri, erməni məktəblərində təhsil erməni dilində
aparılırdı. Şəhərin idarə orqanlarmda az-çox çalışan azərbaycanlılar erməni
dilində damşmalı, dövlət sənədləri, rəsmi yığıncaqlardakı mühazirələr və s.
erməni dilində apanlırdı. Hər yerdə erməni daşnaklan tərəfindən məqsədli
şəkildə Azərbaycan dili sıxışdmlır, tariximiz, ədəbiyyatımız yaddaşlardan
silinirdi.
Xankəndi şəhərində gənclərin və yaşlılann istehsalatdan ayrılmadan təh-
sil alması üçün 1967/68-ci tədris ilində 4 ümumtəhsil məktəbi fəaliyyət gös-
tərirdi. Bu məktəblərdə 268 istehsalatçı təhsilini artınrdı. Şəhərdə yeddillik
və orta qiyabi axşam məktəbləri də fəaliyyət göstərirdi ki, onlann sayı ümum-
respublika səviyyəsindən 2 dəfə yüksəkdə dayanırdı.
Xankəndi şəhərində 1950-1960-cı illərdə məktebəqədər və məktəbdən-
kənar uşaq müəssisələri şəbəkəsi genişləndi. Belə ki, 1950-ci ildə vilayətdə
694 uşağı əhatə edən 24 uşaq bağçası fəaliyyət göstərirdisə, 1968-ci ildə uşaq
bağçalarmm sayı 6-ya, uşaqlann sayı 360-a, tərbiyəçilərin sayı isə 6-dan
24-ə çatmışdı. Bəhs etdiyimiz ildə Naxçıvan MSSR-də 22, Bərdədə 1, Cəb-
rayılda 1, Füzulidə 2, Zəngilanda 2 uşaq bağçası var idi. Çox maraqlı fakt-
lardan biri də ondan ibarətdir ki, Xankəndi şəhərində hər 1 uşaq bağçasma
təxminən 4 tərbiyəçi düşdüyü halda, başqa ərazilərdə 2 tərbiyəçi düşürdü.
Əksər uşaq bağçalanmn nəzdində körpələr evi də fəaliyyət göstərirdi. 1968-ci
ildə Xankəndi şəhərində 60 uşağı əhatə edən 3 əlahiddə körpələr evi var idi
[97, s.372, 386].
1970-ci ildə Xankəndi şəhərində məktəbdənkənar uşaq müəssisəsi, pio-
ner və məktəblilər sarayı, gənc texniklər, təbipt stansiyalan, park və idman
məktəbləri də vardır [98].
i
DQMV-dəki müəllimlər Respublika və Bakı müəllimləri təkmilləşdirmə
institutlarında elmi və metodiki cəhətdən öz bilik səviyyələrini yük-
səldirdilər. Təsadüfi deyildir ki, Xankəndi şəhərində 1940-cı illə müqa-
yisədə 1961-ci ildə ali təhsilli müəllimlərin sayı 2 dəfə artdı. Bu, Xankəndi
müəllimlərinin ümumi saymın 41 faizi demək idi. Naxçıvan MSSR-də isə
bütün müəllimlərin 29,9 faizi (597 nəfəri) ali təhsil almışdılar. Bu hal
Azərbaycan hökümətinin Xankəndi şəhərinə göstərdiyi qayğımn nəticəsi
kimi qiymətləndirilməlidir. Ümumrespublika üzrə bu göstərici 38,9 faiz
təşkil edirdi [96].
XX yüzilliyin 50-60-cı iilərində Xankəndi şəhərində təlimin məzmunun-
da bəzi dəyişikliklər edildi. VIII X siniflərdə erməni dilinin tədrisinə həf-
tədə 1 saat əlavə vaxt ayrıldı. Rus dili və erməni dilinə ciddi fikir verilir, rus
dili müəllimlərinin hazırlanması genişləndirilirdi. 1950-ci ildən II-X siniflər-
də rus dili və ədəbiyyatımn tədrisinə tədris planlarmda həftədə 5-6 saat ay-
rıldı. Erməni və rus ədəbiyyatı, habelə Qərbi Avropa ölkələri ədəbiyyatmm
tədrisinə xüsusi diqqət yetirilirdi. 1958/59-cu tədris ilində orta məktəblərdə
«Azərbaycan tarixi»nin tədrisinə həftədə 1 saat ayrılsa da, həmin fənn tədris
edilmirdi. 1960/61-ci tədris ilindən orta məktəblərin tədris planına «İctimaiy-
yət» fənni də əlavə olundu. 1949—1950-ci illərdə Xankəndi şəhərində ümumi
yeddiillik təhsil, 1959-1960-cı illərdə isə icbari səkkizillik təhsil tətbiq olun-
du. 1966-cı ildən orta təhsil - ümumtəhsil elan edildi. Xankəndi şəharində
məktəblərin şəbəkəsi genişləndi və 1950/51-ci tədris ilində məktəbləriiı sayı
müharibədən əvvəlki səviyyəni ötüb keçdi. Bəhs etdiyimiz dövrdə Xankəndi
şəhərində politexnik təlimə diqqət artırıldı. Məktəblərin nəzdində tədris
emalatxanaları, kənd məktəblərində isə məktəb nəzdində tədris-təcrübə sa-
hələri yaradılırdı. Məktəblərdə istehsalat təliminin tətbiqi ilə vilayətdə
minlərlə ixtisash mütəxəssıs hazırlanmışdır. Aparılan tədqiqatlar nəticəsində
məlum olur ki, XX yüzilliyin 50-60-cı illərində Xankəndi şəhərində ipək
kombinatınm, elektrotexnika məmulatları zavodunun, ayaqqabı fabrikinin və
digər müəssisələrin istehsal etdikləri məhsulların keyfıyyəti əvvəlki dövrlə
müqayisədə xeyli yüksəlmişdir. Bu onunla izah edilir ki, zavod və fabriklərə
yüksək texniki və ümumtəhsil hazırlığı olan yeni nəsil gəlmişdir. Texniki
peşə məktəblərini bitirən gənclər müəyyən əməli vərdişlərə yiyələnmişlər.
Təkcə Xankəndi peşə məktəbi xalq təsərrüfatı üçün 3 min nəfərdən çox
müxtəlif ixtisaslı fəhlə hazırlamışdır.
İkinci Dünya müharibəsindən sonrakı illərdə Azərbaycanın hər yerində,
o cümlədən Xankəndi şəhərində ali təhsil daha da inkişaf etdi. 1938-ci ildə
Xankəndində Müəllimlər İnstitutunun yaradılması Vilayətin məktəblərini ali
təhsilli mütəxəssislərlə təmin etməkdə böyük işlər gördü. 1970-ci ildə
Xankəndi Müəllimlər İnstitutunun həm müəllimlərinin, həm də tələbələrinin
sayı 1950-ci illə müqayisədə 2 dəfə artdı.
Beləliklə, 1950-1960-cı illərdə Azərbaycanm başqa bölgələri ilə müqa-
yisədə, Xankəndi şəhərində təhsil səviyyəsi üstün idi və sürətlə inkişaf edirdi.
Həmin dövrdə yeddiillik, səkkizillik və orta icbari təhsilə keçid baş verdi.
Qeyd edək ki, Azərbaycan dövlətinin derin qayğısı nəticəsində Xankəndi şə-
hərində, 20 il ərzində məktəblərin, müəllimlərin sayı artdı. Artıq 1970/71-ci
tədris ilində şəhərdə 10 ümumtəhsil orta məktəbi var idi ki, bu məktəblərdə
10000 şagird təhsil alırdı. Eyni zamanda məktəblərin maddi-texniki bazası
xeyli təkmilləşdirildi. Bütün bunlar isə dövlət başçısı H.Ə.Əliyevin bölgəyə
dərin qayğısmm nəticəsində əldə edilmişdir. Bu dövrdə ali təhsilin şəbəkəsi
genişləndi və Xankəndi şəhərində müxtəlif ixtisaslı erməni, rus və digər mil-
lətlərdən olan kadrlann sayı xeyli artdı. Eyni zamanda həmin kadrların yer-
ləşdirilməsinə «beynəlmiləlçilik» pərdəsi altmda xüsusi diqqət yetirildi.
Xankəndi idarə orqanlarmda qeyri-azərbaycanlılann yerləşdirilməsi sovet
imperiyasının bölgədə dayaqlarmın daha da möhkəmlənməsinə ciddi təsir
göstərdi. İstər mərkəzdə, istərsə də Xankəndi şəhərində təhsil işinə rəhbərlik
edən qeyri-azərbaycanlılar «Azərbaycan dilində təhsilin gələcəyinin olmadığı»
iddiası ilə gördükləri tədbirlər nəticəsində Azərbaycan dilində tədris işlərinə
ağır zərbə vurmuşdular.
Müharibədən sonrakı dövrdə Xankəndi şəhərində başqa sahələrdə olduğu
kimi, mədəni-maarif və mətbuatın inkişafmda da çox böyük tərəqqi müşa-
hidə edilmişdir.
1950—1960-cı illərdə Azərbaycan hökuməti Xankəndində mədəni-maarif
müəssisələrini inkişaf etdirmək üçün bütün lazımi tədbirləri həyata keçirirdi.
Mədəni-maarif müəssisələri içərisində kitabxanalar, əwəlki illərdə olduğu
kimi, bəhs etdiyimiz dövrdə də Azərbaycan hökumətinin xüsusi diqqət mər-
kəzində olmuşdur. Azərbaycan hökuməti Xankəndi şəhərində kitabxana işi-
nin inkişafı üçün 1950-ci illərdə 495 min manat vəsait ayırdı. 1960-1962-ci
illərdə Xankəndində yeni müstəqil kitabxanaların və səyyar fondların təşkili,
fəaliyyətdə olan kitabxanalarm yeni ədəbiyyatla təmin edilməsi, kitabxana-
ların yeni bina, avadanlıq və bəzi texniki vasitələrlə təchizi sahəsində böyük
işlər görüldü. Azərbaycan hökumətinin gördüyü bütün bu və ya digər təd-
birlər öz müsbət nəticəsini verdi. 1940-cı illə müqayisədə 1970-ci ildə
Xankəndi şəhərində kitabxanalann sayı 3 dəfə, kitab fondu isə 20 dəfə art-
mışdı [51, s. 184].
Apanlan tədqiqatlar nəticəsində məlum olur ki, istər bütövlükdə Dağlıq
Qarabağda, istərsə də Xankəndi şəhərində istər kitabxanalann sayına görə,
istərsə də kitab fondu cəhətdən ümumrespublika səviyyəsindən çox böyük
üstünlüyə malik olmuşdur. Məsələn, 1961-ci ilin yanvar məlumatma görə,
Naxçıvan MSSR-də 135, Astarada 20, Bərdədə 27, Saatlıda 22, Mingəçevir-
də 18 kitabxana olduğu halda, DQMY-də bu göstərici 166-ya bərabər idi [89,
s.90]. Bu vaxt Bakı şəhərində 172 kitabxana fəaliyyət göstərirdi [89, s.90].
Həmçinin kitab fondunda da bu üstün mövqe Vilayətdə mövcud olmuşdur.
Belə ki, həmin ildə kitab fondu Naxçıvan MSSR-də 596 min nüsxə olduğu
halda, DQMV-də 857 min nüsxəyə bərabər idi [40]. Bu vaxt Bərdədə 128 min,
Ağcabədidə 169 min, Mingəçevirdə 103 min kitab oxuculann istifadəsində
olmuşdur [89, s.91]. Bütün bunlar Azərbaycan hökumətinin Vilayətə göstər-
diyi diqqət və qayğmın nəticəsi idi.
Bəhs etdiyimiz dövrdə, Vilayətin erməni rəhbərliyi azərbaycanlılar
yaşayan kəndlərə biganə münasibət göstərmişdi. Belə ki, 1951-ci ildə Xan-
kəndi rayonunda 50 kitabxana olduğu halda, Şuşada bu göstərici 8 kitab-
xanaya çatırdı. Həmçinin Xankəndinin ermənilər yaşayan bütün kəndləri
kitabxanalarla təmin olunduğu halda, rayonun azərbaycanlılar yaşayan 10 kən-
dində yalnız ikisində - Kərkicahan və Kosalarda kitabxana var idi. Şuşada
cəmi 8 kitabxana fəaliyyət göstərirdi [8, s.9, i.73, v.285]. Hələ bu azmış kimi
Xankəndi rayonunda azərbaycanlılar yaşayan kəndlərin kitabxanalanndakı,
onsuzda az olan kitablann, demək olar ki, 10 faizi Azərbaycan dilində,
70 faizi erməni dilində, 20 faizi rus dilində idi [77, s. 18]. Məkrli siyasət
sahiblərinin xalqımıza qarşı bu cür «səxavətliliyi» sonrakı dövrlərdə də
davam etdirilmişdir.
Bəhs etdiyimiz illərdə, Xankəndi şəhərində kino xidməti işi xeyli yaxşı-
laşmış, geniş və rahat qış və yay kinoteatr müəssisələri tikilib istifadəyə
verilmişdir. Apanlan tədqiqatlar nəticəsində məlum olur ki, kinofilmlərə ta-
maşa edən insanlann sayına və kino seanslarınm sayına görə Xankəndi şəhə-
ri keçmiş ittifaq miqyasında ən yüksək yerlərdən birini tutmuşdur. Məsələn,
kino qurğularmın sayına görə hər 1000 nəfərə ittifaq məkanında 5,4, Ermə-
nistanda 2,9, ümumi respublika miqyasmda 3 qurğu düşdüyü halda, Xankəndi
şəhərində bu göstərici 11,2-yə bərabər idi [84].
Xankəndi şəhərində yaşayan əhalinin mədəni səviyyəsinin yüksəldilmə-
sində 1958-ci ildə yaradılmış Xankəndi Dövlət Mahnı və Rəqs Ansamblımn
xidmətləri böyük olmuşdur. Ansambl 1959-cu ildən fəaliyyət göstərməyə
başlamışdır. Ansamblın repertuan zəngin və rəngarəng idi [35, s.44]. Onun
repertuannda keçmiş SSRİ xalqlarınm mahm və rəqsləri mühüm yer tuturdu.
Kollektivə Petrosyan Svetlana rəhbərlik edirdi. Konsertlərdə qədim Azər-
baycan mahmlanmn erməni dilində səslənməsi halları müşahidə edilmişdir.
Qədim Azərbaycan el havaları və mahnılarınm erməni dilində oxunması
təsadüfi hadisə deyildi. Onlann məqsədi bir neçə ildən sonra həmin qədim el
mahnılarımızı özününküləşdirmək olmuşdur və sonrakı hadisələr bir daha
deyilənləri sübut etdi.
XX əsrin 50-60-cı illərində Xankəndi şəhərində mədəni-maarif işinin
inkişafmda muzeylərin rolu böyük olmuşdur. 1959-cu ildə Xankəndi şəhə-
rində; Xankəndi Vilayət və Ölkəşünaslıq Muzeyi fəaliyyət göstərirdi.
Muzeylərdəki daim yeniləşən tarixi eksponatlar tamaşaçılann diqqətini cəlb
edirdi. Muzey daxilində keçirilən elmi-kütləvi iş, habelə muzeylərin təşkil
etdikləri ekskursiyalar, səyyar sərgilər, müharibə veteranlan və əmək qəhrə-
manları ilə görüşlər əhali arasmda rəğbətlə qarşılamrdı. 1970-ci ildə Azər-
baycanda cəmi 27 muzey var idi [88, s.44]. Azərbaycamn rayonlarınm əksə-
riyyətində muzey olmadığı halda DQMV-də bir neçə müxtəlif muzey
fəaliyyət göstərirdi. Bunlardan ən böyüyü isə Xankəndi şəhərində yara-
dılmışdı.
Xankəndi şəhərində yaşayan əhalinin maariflənməsində, ictimai-siyasi
fəaliyyətinin artmasmda mətbuat əhəmiyyətli rol oynayırdı.
1960-cı ildə Azərbaycanda 107 qəzet çıxırdı ki, bundan 1-i Naxçıvan
MSSR-in, 3-ü DQMV-nin payına düşürdü [89, s.144]. 1969-cu ildə isə onla-
nn sayı ümumrespublika üzrə 118-ə çatdı ki, bundan 5-i DQMV-də nəşr olu-
nurdu. Qəzetlərin tirajında da böyük irəliləyiş müşahidə edilmişdir. Belə ki,
1960-cı ildə DQMV-də qəzetlər 9,3 min tirajla buraxılırdısa, 1969-cu ildə
24,3 min tiraja çatmışdı [17]. Vilayətdə nəşr olunan qəzetlərdən 1-i Azərbay-
can dilində, qalanlan erməni dilində buraxılırdı. Bundan əlavə, Vilayətdə rus
dilində «Sovetski Karabax» adlı qəzet də nəşr olunurdu.
XX yüizilliyin 50-60-cı illərində vilayət əhalisinin mədəni və ümumi təh-
sil səviyyələrinin yüksəldilməsində radio mühüm rol oynamışdı. 1933-cü il-
dən Xankəndində yerli radio verilişi studiyası fəaliyyətə başlamış və XX yüz-
illiyin 60-cı illərində DQMV-nin 4 rayonunda radio verilişləri studiyası
yaradılmışdı [99, s. 157] Belə ki, 1962-ci ildə Hadrud və Xocavənd, 1965-ci
ildə Şuşada, 1966-cı ildə Ağdərədə yerli radio verilişləri studiyası fəaliyyətə
başlamışdır. İlk yaranan vaxt vilayətdə 20 radio nöqtəsi fəaliyyət göstərir-
disə, 60-cı illərin sonlannda radio nöqtələrinin sayı 23 minə, radioqə-
buledicilərin sayı 6 minə çatdı [35, s.44]. Aparılan tədqiqatlara əsasən
müəyyən edilmişdir ki, adambaşına düşən radio nöqtələrinin və radıoqə-
buledicilərinin sayı Xankəndi şəhərində ümumrespublika göstəricilərindən
2 dəfə çoxdur.
Beləliklə, 1950-1960-cı illərdə Azərbaycan hökumətinin böyük qayğısı
nəticəsində Xankəndi şəhərində mədəni-maarif və mətbuat, mürəkkəb və
ziddiyyətli hal müşahidə edilsə belə, çox mühüm irəliləyiş olmuşdur. Xan-
kəndi şəhərində mədəni-maarif müəssisələrinin sayı ilbəil çoxalırdı. Onlarla
yeni kitabxanalar təşkil edilmiş, kino qurğuları istifadəyə verilmişdir. Şəhər-
də yeni klublar, mədəniyyət sarayları yaradılmış, muzeylər açılmışdı. Bəhs
edilən illərdə Xankəndi şəhərində qəzetlərin nəşri 2,7 dəfə artmış, yeni yerli
radio verilişləri studiyası yaradılmışdı. 20 il ərzində şəhərin radio verilişləri-
nin məzmunu dəyişərək daha cəlbedici olmuşdu. Bütün bunlar isə Xankəndi
şəhərində yaşayan əhalinin mədəni və ümumi təhsil səviyyələrinin yüksəl-
məsinə müsbət təsir göstərmişdir.
1967-ci ildə Xankəndi şəhərinin girəcəyində heykəltəraş Sarkis Baqda-
saryanm «Biz və bizim dağlar» adlı abidəsi açılmışdı. Qısa bir zamanda
heykəl kompleksi məşhurlaşmış və hal-hazırda Azərbaycan mədəni irsinin
ayrılmaz hissəsini təşkil edir. Əsərin milliyyətcə erməni müəllifi tərəfındən
yaradılması heç də o demək deyil ki, bu məşhur Azərbaycan abidəsi Ermə-
nistana aiddir. Məsələyə bir az aydmlıq gətirərək, qeyd edək ki, erməni
siyasətbazları «Biz və bizim dağlar» abidəsini ermənilərə və Ermənistana aid
hesab edirlər. Belə bir fikrə yalnız sərsəmlər gələ bilərlər. Əsər heç vaxt
Ermənistanm «milli sərvəti» hesab edilə bilməz, çünki əsər Azərbaycanın
büdcəsindən ayrılan vəsait ilə, Azərbaycan ərazisində yaradılmışdır. Bir hə-
qiqəti də demək yerinə düşərdi ki, dünyanm hər yerində bütün sənət əsərləri
yerləşdiyi ölkənin sərvəti sayılır. «Biz və bizim dağlar» heykəl kompleksi
Azərbaycanm mədəni irsinin ayrümaz hissəsi olmuşdur və olaraq qalacaqdır.
1970-1985-ci illərdə Xankəndi şəhərinin ictimai-iqtisadi həyatmda olduğu
kimi, mədəni həyatında da mühüm irəliləyişlər olmuşdur. Bu dövr ərzində
Xankəndi şəhərində uşaq müəssisələrinin, məktəblərin maddi-texniki və təh-
sil bazası möhkəmlənmiş, tədrisin keyfiyyət səviyyəsi yüksəlmişdir. Azər-
baycan höküməti Xankəndi şəhərində maarif və mədəniyyətin inkişafı üçün
1970-1985-ci illərdə xeyli vəsait ayırmış və ildən-ilə bu vəsaitin həcmini
artırmışdır [58].
1976-1980-ci illərdə Xankəndi şəhərində məktəb və maarifə 38 milyon
manat, 1981—1985-ci illərdə isə 40 milyon manat vəsait ayrılmışdı. Ümumiy-
yətlə, 1970-1985-ci illərdə Azərbaycan höküməti DQMV-də təhsil, elm və
maarifın inkişafma 260 milyon 431 min manat vəsait ayrılmışdır. Aynlan və-
sait hesabına 1970—1985-ci illərdə DQMV-də 25 daimi məktəbəqədər uşaq
müəssisəsi tikilib istifadəyə verildi ki, bundan 5-i Xankəndi şəhərinin payına
düşürdü. DQMV-də 1970-ci ildə 60 daimi məktəbəqədər uşaq müəssisəsi var
idisə, onların sayı 1985-ci ildə 85-ə çatdı. Təkcə bir il ərzində, yəni 1986-cı
ildə məktəbəqədər uşaq müəssisələrində 1970-ci illə müqayisədə 2 dəfə çox
uşaq tərbiyə olunmuşdu. Bu müəssisələrdə 250 tərbiyəçi və xidmətçi çalı-
şırdı. Tərbiyəçilərin 50 faizinin ali, 22 faizinin orta ixtisas təhsili var idi
[76, s.138]. 1970—1985-ci illərdə Naxçıvan MR-də 3 daimi məktəbəqədər
uşaq müəssisəsi tikilib istifadəyə verilmişdi ki, bu da DQMV-də tikiləndən
təxminən 8 dəfə az idi, Bəhs etdiyimiz dövrdə Naxçıvan MR-də daimi mək-
təbəqədər uşaq müəssisələrinin sayı 65-dən 73-ə çatdı. Aparüan araşdırma-
lardan məlum olur ki, əhalinin məktəbəqədər uşaq müəssisələri ilə təmina-
tmda Xankəndi şəhəri istər ümumrespublika səviyyəsində, istərsə də Nax-
çıvan MR ilə müqayisədə üstün olmuşdur. Məsələn, 1985-ci ildə əhalinin
məktəbəqədər uşaq müəssisələri ilə təminatı ümumrespublika səviyyəsində
20 faiz, Naxçıvan MR-də 12 faiz təşkil etmişdirsə, Xankəndi şəhərində bu
göstərici 35 faizə çatmışdır [93].
Azərbaycänm başqa bölgələrindən fərqli olaraq, Xankəndi şəhərində
1970-1985-ci illərdə məktəb tikintisi sürətlə getmişdir. Azərbaycan höku-
məti 1971—1975-ci illərdə Xankəndi şəhərində 2 məktəb, 1976—1980-ci il-
lərdə 1 məktəb, 1981—1985-ci illərdə isə 1 məktəb tikib istifadəyə verdi
[86, s.131]. Orta məktəblərin sayının artması ilə səkkizillik və ibtidai mək-
təblərin sayı azalırdı. Səkkizillik və ibtidai məktəblərin sayınm azalması isə
məktəblərin ümumi sayınm azalmasına təsir etmişdi. 1970-ci ildən başlaya-
raq Xankəndi şəhər ərazisində fiziki cəhətdən qüsurlu olan uşaqlar üçün
məktəb tikilib istifadəyə verildi və 1974—1975-ci tədris ilində belə məktəb-
lərin sayı 2-yə çatdı. Həmin məktəblərdə isə şagirdlərin sayı 60-dan 296-ya
qalxdı [86, s.136]. Bundan əlavə, Xankəndi şəhərində axşam (növbəli) ümum-
təhsil məktəbi də fəaliyyət göstərdi ki, bu məktəblərdə istehsalatdan ayrıl-
madan yaşlı nəslə dərslər tədris olunurdu [90]. Xankəndi şəhərində ümum-
təhsil məktəblərində işləyən müəllimlərin 80 faizindən çoxu ali, 3,3 faizi
natamam ali, 15 faizi orta-pedaqoji təhsilli idi. Məktəblərin 98 faizində fənn
kabinələri, emalatxanalar fəaliyyət göstərirdi [86].
1985-ci ildə Naxçıvn MR-də 6,3 min müəllimi, 64,8 şagirdi birləşdirən
217 ümumtəhsil məktəbi var idi. Maraqlı cəhət ondan ibarətdir ki, Naxçıvan
MR-də hər məktəbə 296 şagird düşdüyü halda, Xankəndində 177 şagird düş-
müşdür. Eyni zamanda Naxçıvan MR-də hər müəllimə 10 uşaq düşürdüsə,
Xankəndində 8,5 uşaq düşürdü [93, s.281]. Ümumiyyətlə, aparılan tədqiqat-
lar nəticəsində məlum olmuşdur ki, ümumrespublika səviyyəsində əhalinin
sayı ilə müqayisədə müəllimlərin, məktəblərin sayma görə Xankəndi şəhəri
üstün mövqeyə malik olmuşdur. Bu isə Azərbaycan hökumətinin Xankəndi
şəhərinə göstərdiyi dərin qayğınm nəticəsi idi.
1975/76-cı tədris ilində Xankəndi şəhərində müxtəlif fənlər üzrə dərin-
ləşmiş, proqramlarla təlim keçən təmayüllü intemat məktəbləri fəaliyyətə
başladı [16, s.230].
1970-1985-ci illərdə Xankəndi şəhərində sənaye, nəqliyyat, tikinti və di-
gər işlərdə işləyən gəncləri təhsilə cəlb etmək üçün gündüz məktəbləri ya-
nında müstəqil qiyabi məktəblər təşkil olundu. Bundan əlavə, Xankəndi
şəhərində məktəbdənkənar uşaq müəssisələri, pioner və məktəblilər sarayı,
50 pioner düşərgəsi, uşaq idman məktəbi, musiqi və bədii özfəaliyyət mək-
təbi, uşaq parklan, gənc texniklər və turistlər stansiyası, uşaq kitabxanalan
fəaliyyət göstərirdi [86, s.159].
1971—1975-ci illər ərzində Xankəndi şəhərində ümumi orta təhsilə keçid
başa çatdınldı. Yeni məktəblərin tikilməsi hesabma Xankəndi şəhərində
dərslər bir növbədə keçirilirdi. Dağlıq Qarabağm 42 məktəbində, o cümlədən
Xankəndi şəhərinin 8 məktəbində dövlətimizin ayırdığı xüsusi vəsait hesa-
bına yemək verilirdi. Şagirdlərə isti yemək verilməsi sahəsində DQMV mək-
təblərinin təcrübəsi Azərbaycan SSR Maarif Nazirliyinin kollegiyası tərəfın-
dən bəyənilmişdir. Çox təəssüflər olsun ki, bu təcrübə Şuşa şəhərində yalmz
bir məktəbə tətbiq olunmuş, bölgənin azərbaycanlılar yaşayan kəndləri isə
tətbiq edilməmişdir.
1970-1985-ci illərdə Xankəndi şəhərində peşə təhsili sistemi də sürətlə
inkişaf edirdi. Şəhərin 8 orta məktəbində şagirdlərə müxtəlif peşələr öyrədi-
lirdi. 1970-1985-ci illərdə Xankəndi şəhərinin məktəblərində peşə təhsili
alanlar 20 faiz artdı. Hər il orta hesabla 300 nəfərdən çox şagird sənaye, tikinti,
nəqliyyat, kənd təsərrüfatj, məişət xidməti və başqa sahələr üzrə 100-dən
artıq peşəyə yiyələnirdilər [10, s.16, i.l, v.7].
1970-ci illərdə Xankəndi şəhərində təsərrüfat, maarif, mədəniyyət, səhiy-
yə və başqa sahələr üzrə orta ixtisas kadrları hazırlayan məktəblər fəaliyyət
göstərirdi. Həmin texnikumlarda 1000-dən çox tələbə təhsil alırdı. Bir ildə
həmin məktəblər 250-dən çox mütəxəssis buraxırdı. Bəhs etd^imiz illərdə
tələbələrə verilən təqaüdlər 3 dəfə artırıldı.
Azərbaycan KP MK-nm və Azərbaycan SSR Nazirlər Sovetinin 23 no-
yabr 1973-cü il tarixli qəran ilə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun
filialı kimi Xankəndi Pedaqoji İnstitutu təşkil edildi [86, s. 139]. İnstituta hər
il 500-ə yaxm tələbə qəbul olurdu ki, bundan 300-ü əyani təhsil alırdı. 1980-ci
ildə Xankəndi Pedaqoji İnstitutunda 2 min tələbə oxuyurdu. 1985-ci ildə isə
həmin institutda təhsil alanlann sayı 2100 nəfərə çatmışdı. Burada tədris Azər-
baycan, rus və erməni dillərində apanlırdı [86, s.32].
1970-1985-ci illərdə Xankəndi şəhərində yaşayan əhalinin biliyinin
mədəni səviyyəsinin yüksəldilməsində təhsil müəssisələri və kütləvi infor-
masiya vasitələri mühüm rol oynamışdı. Mədəni-maarif müəssisələrinin
inkişafmda kitabxanalarm rolu xüsusi əhəmiyyət kəsb etmişdir. Azərbaycan
hökuməti Xankəndi şəhərində kitabxana işini inkişaf etdirmək üçün mühüm
tədbirlər həyata keçirdi. Azərbaycan Respubliiası Nazirlər Sovetinin 1967-ci
il iyunun 17-də qəbul etdiyi «Respublikada kitabxanalann vəziyyəti və onları
yaxşılaşdırmaq tədbirləri haqqmda» Sov.İKP MK-nın «Zəhmətkeşlərin kom-
munist tərbiyəsində və elmi-texniki tərəqqidə kitabxanaların rolunu artırmaq
haqqmda» 8 may 1974-cü il qərarlan kitabxana işinin inkişafında mühüm rol
oynadı. Azərbaycan hökuməti Xankəndi şəhərində yeni kitabxana binalan
tikintisi üçün əvvəlki dovrlə müqayisədə qoyulan vəsaitin miqdannı 2,5 dəfə
artırdı. 70-ci illərdə DQMV-də kitabxana işi öz inkişafmm yeni mərhələsinə
daxil olmuşdu. Azərbaycan hökumətinin «1976—1980-ci illərdə kitabxana
işinin daha da inkişaf etdirilməsi» haqqında qərarından sonra kitabxanalann
mərkəzləşdirilməsi planı işlənib hazırlandı [11, s.15, i.6, v.7]. Həmin plana
uyğun oläraq, Xankəndi şəhərində 70-ci illərdə Mərkəzləşdirilmiş Kitab-
xana Sisteminin (MKS) təşkilinə başlandı [8, s.30, i.6, v.4]. Kitabxana fondu
əwəlki illərə nisbətən yeni ədəbiyyatla daha zəngin komplektləşdirildi,
oxuculänn sayı, dövriyyəsi xeyli artdı.
1970—1975-ci illərdə Xankəndi şəhərində yeni tipli kitabxana binası tiki-
lib istifadəyə verildi [79, s.72]. 1975-ci ildə Xankəndi şəhərində kütləvi kitab-
xanalann sayı artdı, onlann kitab fondu isə 440 minə çatdı [10, s.16, i.2, v.4].
Kitabxanalarda oxucularm sayı isə əvvəlki dövrlə müqayisədə xeyli çoxaldı.
1980-ci illərdə Xankəndi şəhər kitabxanalanndan 27,8 min oxucu istifadə
etmişdir ki, bu da 1975-ci illə müqayisədə 10,4% çox idi [92, s.162].
Aparılan tədqiqatlar nəticəsində məlum olur ki, Xankəndinin kitabxana
ilə təıtıinatı, adambaşına düşən kitablar və kitabxanaların sayı həm ümumres-
publika səviyyəsində, həm də Ermənistanla və keçmiş SSRİ ilə müqayisədə
üstün olmuşdur. Məsələn, 1986-cı ildə Xankəndi şəhərində hər adama 10,2
kitabxana kitabı düşdüyü halda, respublikamızda 5,8 kitab, Ağdamda 6,1,
Tərtərdə 5,9, Naxçıvan MR-də 7,1 kitab düşmüşdü.
1980-ci illərin sonlarmda Xankəndinin kütləvi kitabxanalarla təmin
edilməsi 100 faiz olduğu halda, ümumrespublika üzrə bu göstərici 94,4 faiz,
Naxçıvanda 98,4 faiz idi. Bundan əlavə, əhalinin hər 10 min nəfərinə düşən
kütləvi kitabxanalann sayı keçmiş SSRİ məkanında 4,8, Ermənistan SSR-də 4,1,
Azərbaycanda 6 olduğu halda, Xankəndi şəhərində bu göstərici 13-ə çatmışdı.
Faktlardan göründüyü kimi, hər adama düşən kitabxanaların sayı Xankəndi
şəhərində ümumrespublika səviyyəsini 2 dəfədən də artıq üstələmişdir [79,
s.22]. Bütün bunlarla yanaşı, Xankəndi rayonunda azərbaycanlılar yaşayan
kəndlərdə mövcud kitabxanalar azərbaycandilli ədəbiyyatla tam təmin edil-
mirdi. Apanlan tədqiqatlardan məlum olur ki, azərbaycanlılar yaşayan kənd-
lərdəki kitabxanalardakı kitabların təxminən 80 faizi erməni dilində, 10 faizi
Azərbaycan, 10 faizi rus dillərində idi [98, s.263].
Bəhs etdiyimiz dövrdə Azərbaycan hökuməti Xankəndi şəhərində mə-
dəni-maarif müəssisələri içərisində klublarm inkişafma xüsusi diqqət yetir-
mişdir. Xalqın mədəni səviyyəsinin yüksəldilməsində klublar mühüm rol
oynayırdı. Çünki burada həm kino, teatr göstərilir, həm də özfəaliyyət
dəməkləri fəaliyyət göstərir və mühüm əhəmiyyətli yığmcaqlar, iclaslar
keçirilirdi.
1970-1985-ci illərdə Azərbaycan hökumətinin ayırdığı xüsusi vəsait
hesabına Xankəndi şəhərində klub tikintisi xeyli artdı. Belə ki, həmin illərdə
2 klub tikilib Xankəndi şəhəri əhalisinin istifadəsinə verildi.
Aparılan tədqiqatlar nəticəsində məlum olur ki, əhalinin sayma görə
klublarm sayı Xankəndi şəhərində ümumrespublika səviyyəsindən 3 dəfə,
Ermənistanla müqayisədə təxminən 4,5 dəfə artıq olmuşdur. Belə ki, 1986-cı
ildə əhalinin hər 10 min nəfərinə düşən klublann sayı SSRİ məkanmda 4,8-ə,
Azərbaycan Respublikasında 5-ə, Ermənistanda 3,8-ə çatırdısa, Azərbayca-
nm Xankəndi şəhərində bu göstərici 15-ə bərabər idi. 1980-ci illərin ortala-
rmda DQMV-nin 300-dən 500-ə qədər əhali yaşayan bütün yaşayış məntəqə-
lərinin 32-dən 31-i klub müəssisələri ilə təmin edilmişdir. Ümumrespublika
səviyyəsində isə klub müəssisələri ilə təmin edilmiş belə yaşayış məntə-
qələri 40 faizə çatırdı. Azərbaycanda 746 iri yaşayış məntəqəsindən yalnız
319-da klub var idi [78].
Əhalinin ideya-siyasi tərbiyəsində kino mühüm rol oynayırdı. Azərbay-
can hökuməti 1970—1985-ci illərdə Xankəndində kinoteatr şəbəkəsinin inki-
şafını daha da yaxşılaşdırdı. Klublann saymın artınlması bu baxımdan böyük
əhəmiyyətə malik idi. Hətta şəhərdə yay kinoteatrları da fəaliyyş^göstərirdi.
Dövlətimizin Xankəndi şəhərində həyata keçirdiyi mühüm tədbırlərdən biri
də, bölgəni kinoqurğuları, avtomühərriklər və kinolentləri ilə tam təmin
etməsi olmuşdur.
Apanlan araşdırmalardan məlum olur ki, 1980-ci ildə DQMV-dəki kino-
qurğuları ümumrespublika üzrə mövcud kinoqurğulann 10 faizini təşkil
etmişdir. Həmin il respublikamızda 2002 kinoqurğu var idi ki, bunun 202-si
DQMV-nin payma düşürdü. Bəhs olunan dövrdə Xankəndi şəhərində 30 ki-
noqurğu fəaliyyət göstərirdi. Qonşu şəhərlərlə (Ağdam, Tərtər, Şuşa və s.)
müqayisədə bu göstərici 2 dəfə artıq demək idi. 1970—1985-ci illərdə
respublikamızda 163 kinoqurğu yaradılmışdı ki, bunun 36-sı DQMV-nin
payına düşmüşdür. Həmin illərdə Dağlıq Qarabağda yaradılmış kinoqurğu-
lann 11-i Xankəndi şəhərində yerləşdirilmişdi. 1970—1985-ci illərdə respub-
likamızda kinoqurğulann sayı 2004-dən 21^7-yə, Azərbaycanm DQMV-də
isə 170-dən 206-ya çatmışdı [25, s.29]. 1980-ci illərdə kinoseanslanna baxış
orta hesabla il ərzində respublikamız üzrə 60 milyon təşkil etmişdirsə,
Naxçıvan MR-də 3 milyon 100 min, DQMV-də 3 milyon 300 minə çatmışdır
ki, bunun üçdə biri, yəni 1 milyon 80 mini Xankəndi şəhərinin payma
düşürdü. 10 min nəfər hesabilə əhaliyə düşən kinoqurğulann sayı keçmiş
SSRİ məkanmda 5,4-ə, Azərbaycan Respublikasında 3-ə, Ermənistanda 2,9-a,
Azərbaycanm DQMV-də 11,2-yə, Xankəndi şəhərində isə 12,5-ə çatmışdır
[75, s.75]. Həmçinin kinoya baxış səviyyəsində də, DQMV və onun Xan-
kəndi şəhər birinciliyi saxlanılmışdxr. Təkcə bir faktı qeyd edək ki, Naxçıvan
MR+də əhalinin sayı Dağlıq Qarabağdakmdan təxminən 2 dəfə çox olmasına
baxmayaraq, 1985-ci ildə Naxçıvan MR-də kino seanslarmda iştirak edən-
lərin sayı 3 milyon 166 minə, DQMV-də isə 3 milyon 259 minə çatmışdır
[83, s.77]. Bütün bunlar isə Azərbaycan hökumətinin bütövlükdə Dağlıq
Qarabağa, onun Xankəndi şəhərinə göstərdiyi dərin qayğımn nəticəsində
əldə edilmişdir.
1970-1985-ci illərdə Xankəndi şəhərində əhali arasında mədəni-maarif
işinin apanlmasında muzeylərin də rolu böyük olmuşdur. Dövlətimizin
ayırdığı xüsusi vəsait hesabına 1970-1985-ci illər ərzində Xankəndi şəhərin-
də 2 yeni muzey açıldı. Şəhərdə muzeylərin sayı 2-dən 4-ə çatdı. Xankəndi
şəhərində şəkil qalereyası və Bakı muzeylərinin fılialı açılmışdı. Muzeyə gə-
lənlərin sayı ilbəil artırdı. Belə ki, 1970-ci ildə Xankəndi şəhərində muzeyə
gələnlərin sayı 15 min nəfər idisə, 1980-ci ildə 45 min nəfərə, 1985-ci ildə
isə 60 min nəfərə çatmışdı. Muzey daxilində keçirilən elmi-kütləvi işlər, səy-
yar sərğilər, müharibə veteranlan və əmək qəhrəmanlan ilə görüşlər əhali
arasında böyük rəğbətlə qarşılanırdı. Xankəndində fəaliyyət göstərən muzey-
lərdə ekspozisiya ilə yanaşı, hər il mühüm hadisələr və əlamətdar günlərə
həsr edilmiş tematik və səyyar sərgilər təşkil edilirdi. Xankəndi şəhərinin
muzeylərində sərgi zalı, uşaq şəkil qalereyası, ədəbiyyat və incəsənət xadim-
lərinin xatirə lövhələri nümayiş etdirilirdi. Xankəndi şəhərində yerli diyar-
şünaslıq muzeyi də fəaliyyət göstərirdi ki, onun fondlan getdikcə zənginləşir
və ekspozisiyaları daim təzələnirdi. 1980-ci illərin sonlannda A^ərbaycanda
124 muzey fəaliyyət göstərirdi [43, s.82].
XX yüzilliyin 70-80-ci illərində ümummilli liderimiz H.Ə.Əliyevin məq-
sədyönlü siyasi fəaliyyəti nəticəsində Azərbaycanda xalqın milli özünüdərk
prosesi xeyli güclənmişdi. Yaradıcı ziyalılarımız üçün sərbəst düşüncə və iş
şəraiti yaradılmışdır. H.Ə.Əliyev dövlətimizə rəhbərlik etdiyi illərdə Xan-
kəndi şəhərinin mədəni tərəqqisinə diqqəti daha da artırdı.
Bəhs etdiyimiz dövrdə, DQMV-də tarixi abidələrin tikintisi və bərpası
uğurla apanlırdı. Belə tikintilərdən biri də Ağdərə rayonunda erməni əhalisinin
xahişi ilə 1978-ci ildə inşa etdirilmişdir. Həmin abidə ermənilərin Ağdərəyə
köçürülməsinin 150 illiyi münasibətilə inşa edilmişdi. Abidənin üzərmə böyük
rəqəmlərlə «1828-1978» və «150» rəqəmləri həkk olunmuşdur. Ancaq bu abid j
bəzi «qaranlıq məsələlərə» aydmlıq gətirdiyi üçün, ermənilər 1985-ci ildə hə-
min abidəni dağıtmağa, xüsusilə rəqəmləri yox etməyə başladılar [93, s.281].
1970—1980-ci illərdə Xankəndi şəhərində mədəni-maarif işinin ən küt-
ləvi vasitələrindən biri teatr idi. Bəhs etdiyimiz dövrdə şəhərdə M.Qorki adı-
na Xankəndi Dövlət Dram Teatn fəaliyyət göstərirdi. Həmin teatrla yanaşı,
Xankəndində həvəskar dram dəməkləri də fəaliyyətdə idi. Bəhs etdiyimiz
illərdə teatra gələnlərin sayında da xeyli artım müşahidə edilmişdir. Belə ki,
1970-ci ildə Xankəndi şəhərində teatra tamaşa edənlərin sayı 48 min nəfər
idisə, 1985-ci ildə onlarm sayı 56 min nəfərə çatmışdır [17]. Statistik məlu-
matlara əsaslanaraq sadə riyazi analiz aparsaq görərik ki, ümumrespublika
səviyyəsində hər 350 min nəfərə 1 dövlət dram teatrı düşdüyü halda, Naxçı-
van MR-öə 275 min nəfərə, 1 dövlət dram teatn, DQMV-də isə 162 min
nəfərə 1-i düşmüşdür. Teatra tamaşa edənlərin ümumi səviyyəsinə gəldikdə
isə DQMV və onun Xankəndi şəhəri ümumrespublika səviyyəsindən 30 faiz
yüksəkdə dayanmışdır.
1970—1985-ci illərdə Xankəndi şəhərində kütləvi informasiya şəbəkəsi
inkişaf etməkdə idi. Əhalinin maariflənməsində, mədəni səviyyəsinin yük-
səlməsində, ictimai-siyasi fəaliyyətinin artmasmda mətbuat mühüm rol oyna-
yırdı. Bəhs etdiyimiz dövrdə, Xankəndi şəhərində 6 qəzet erməni dilində, 1-i
Azərbaycan dilində və 1-i rus dilində buraxılırdı. Bunlardan «Sovetakan Ka-
rabax» («Sovet Qarabağı»), «Metaksaqorst» («İpəkçi»), «Karmir Droş» («Qır-
mızı Bayraq»), «Berekatyun» («Dostluq»), «Aşxatan» («Ər^&k»), «Koltite-
sakan» («Kolxozçu»), «Şuşa» və «Sovetskiy Karabax» qəzetləri çox tirajla
yayılırdı. Qəzetlərin illik tirajmda da artım müşahidə edilmişdir. Belə ki,
1970-ci ildə 27 milyon nüsxə qəzet buraxılmışdırsa, 1985-ci ildə 3 milyon
nüsxə artaraq 30 milyon nüsxəyə çatmışdır [42].
Bəhs etdiyimiz dövrdə Azərbaycan Yazıçılar İttifaqımn Xankəndi birliyi
fəaliyyət göstərirdi. Burada nasirlər, şairlər dramaturqlar elmi yaradıcılıqla
məşğul olurdular. Xankəndi şəhərində Azərbaycan hökuməti tərəfindən ya-
radılmış poliqrafiya idarəsi əsərlərin, müxtəlif ədəbiyyatlann nəşr olunma-
sında mühüm rol oynayırdı. 1971—1980-ci illərdə Xankəndi şəhərində ümumi
tirajı 500 min nüsxə olan 84 adda kitab buraxılmışdır ki, bundan 366 min
nüsxə (66 adda) erməni dilində olmuşdur. Buraxılan əsərlərin xeyli hissəsi də
rus dilində, cüzi nəşr Azərbaycan dilində idi [80].
Xankəndində «ideoloji cəbhə» anlamırtdan istifadə edən şəhər rəhbərliyi
azərbaycanlılann bir çox adət-ənənələrini sıxışdmrdı. Qədim dövrlərdə
xalqımızm məişətinə daxil olmuş, əməksevərliyi, nəcibliyi tərənnüm edən,
müəyyən dərəçədə beynəlmiləl xarakterli Novruz bayramı Xankəndi şəhə-
rində yaşayan azərbaycanlılara qəti qadağan edilmişdi. Şəhərdə yaşayan azər-
baycanlılar bu bayramı gizli şəkildə keçirirdilər. Bürada 21 «sosialist» bay-
ram və mərasimi rəsmi «ənənəyə» çevrilmişdi. Dini mərasimlər açıq şəkildə
sıxışdırılırdı. İslam dini əleyhinə Xankəndi şəhərinin erməni rəhbərliyinin
ideoloji əks-təbliğatma baxmayaraq, burada yaşayan azərbaycanlılar dini
bayram və mərasimləri gizli şəkildə qeyd edirdilər. Xalqımız öz milli ənənə-
lərini qoruyub saxlamağa çälışırdı. H.Ə.Əliyevin xalqımız üçün misilsiz xid-
mətlərindən biri də ondan ibarət olmuşdur ki, o, Dağlıq Qarabağdakı «məs-
cidlərin bərpası haqqmda qərar» (4 noyabr 1976-cı il) qəbul etmişdir. Həmin
vaxtdan Şuşadakı məscidlərimizin bərpasma başlandı [81].
1970—1985-ci illərdə Xankəndi şəhərində DövlətMahnı və Rəqs Ansamb-
lırnn və «Qarabağ» Dövlət estrada orkestrinin repertuan daha da zənginləşmişdi.
XX yüzilliyin 60-80-ci illərində Xankəndi şəhərinin arxitektura siması
genişləndirilmişdi. 1960-cı ildə məşhur arxitektor Q.Məcidovun layihəsi əsa-
smda şəhərin mərkəzi meydam olmaqla Vilayət Partiya Komitəsinin binası
istifadəyə verilmişdir. 1972-ci ildə isə arxitektor N.Kəngərlinin layihəsi əsa-
smda Vilayət İcraiyyə Komitəsinin binası tikilmişdir. Çox təəssüflər olsun
ki, xalqımızm zəhməti bahasına tikilmiş bu gözəl binalarda, bu gün separatçı
rejiıhin administrasiyası yerləşir.
1970-ci illərdən DQMV-də maddi-mədəniyyət abidələri yenidən qeydə
almdı. Onlarm tədqiqinə, mühafizəsinə və səmərəli istifadə olunmasına diq-
qət artırılırdı. Lakin ictimai elmlərin inkişafına «hakim ideologiya»nın güclü
təzyiqi mənfi təsir göstərirdi. Xüsusilə Dağlıq Qarabağda qədim tarixə malik
Oğuz-türk abidələrini erməni vandallan saxtalaşdırmağa çalışırdılar. Hətta
Şuşanı «abadlaşdırmaq» adı altmda qədim maddi-mədəniyyət abidələrimiz
Vilayətin hakim dairələri tərəfındən dağıdılmışdı. 70-ci illərdə Azərbaycan
Milli Elmlər Akademiyasımn Tarix İnstitutunun əməkdaşları M.Hüseynovun
rəhbərliyi altmda Xankəndi ərazisində arxeoloji qazmtı tədqiqat işlərini da-
vam etdirmiş və ərazidə tapılan qədim maddi-mədəniyyət izləri, əşyalar
ibtidai insanlann burada yaşamasmı sübut etmişdir.
1970—1985-ci illərdə Xankəndi şəhərində fəaliyyət göstərən elmi idarə-
lər - Xankəndi Zona Təcrübə Stansiyası, Qarabağ Elmi Təcrübə bazası,
AMEA-nın Dağlıq Qarabağ fılialı, Azərbaycan Kənd Təsərrüfatı Texnikası
Birliyinin DQMV filialı, Xankəndi Aqrar Sənaye Birliyi və başqa idarələr böl-
gədə xalq təsərrüfatı sahəsində yüksək məhsuldarlıq əldə etmək üçün yeni
ixtiralar edir, səmərələşdirici təkliflər irəli sürürdülər. Həmin idarələr DQMV-nin
təbii sərvətlərini dərindən öyrənib, aşkarlamış və mənimsəmişdilər. Xankəndi
nəbatatçılarmın səyləri Vilayətin florasmı öyrənməyə və xalq təsərrüfatmda
ondan istifadə etməyin genişləndirilməsinə, kənd təsərrüfatı bitkilərinin məh-
suldarlığımn artırılmasında həllinə köməklə əlaqədar bitkilərin fiziologivası
və mühafizəsi məsələlərinin tədqiqinə yönəldilmişdi. Eyni zamanda bəhs
etdiyimiz illərdə bölgədə kənd təsərrüfatı heyvanlarınm məhsuldarlığını artır-
mağın bioloji əsaslarmı hazırlamaq sahəsində mühüm işlər görüldü. AMEA,
Dövlət Plan komitəsi, elm-iqtisadiyyat idarələrində tədqiqatlann miqyasımn
genişlənməsi DQMV-də iqtisadiyyatın inkişafı üçün ehtiyat mənbələrdən
istifadəni genişləndirdi.
Beləliklə, 1970—1985-ci illərdə Azərbaycanm Xankəndi şəhərində mə-
dəniyyətin inkişafmda mühüm dövr oldu. Azərbaycan dövlətinin başçısı
Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Xankəndi şəhərində təhsil,
elm, mətbuat, ədəbiyyat və incəsənətin tərəqqisi üçün münasib imkanlar
açıldı. Şəhərin mənəvi sərvəti, kadr potensialı daha da artdı. Dövlətimizin
dərin qayğısı nəticəsində Xankəndi şəhərində mədəniyyət dinamik inkişaf
etdi. Artıq XX əsrin 80-ci illərinin ortalarmda Xankəndi şəhəri Azərbaycanın
inkişaf etmiş mədəniyyətə malik şəhərlərindən birinə çevrilmişdi. Şəhərdə
Pedaqoji İnstitut, Müəllimləri Təkmilləşdirmə İnstitutu, Kənd Təsərrüfatı
Texnikumu, tibb, 2 musiqi, texniki-peşə, uşaq incəsənət məktəbləri, texniki
məktəb, Tarix Diyarşünaslıq Muzeyi, Dram Teatn, Konsert zallan, Azərbay-
can Yazıçılar İttifaqınm Xankəndi filialı, kitabxanalar, qış və yay kitabxana-
lan, mədəniyyət saraylan, idman meydançası, istirahət parkları, istirahət ev-
ləri, mahnı və rəqs ansambllan, satış, ictimai-iaşə müəssisələri, 10 min
nəfərdən artıq uşağm təhsil aldığı 15 ümumtəhsil məktəm, 800 çarpayılıq
8 xəstəxana, 35 uşaq-ana məntəqəsi, 2 dəri-zöhrəvi, vərəm dispanseri, sani-
tariya-epidemioloji stansiya, yüzlərlə yaraşıqlı və uca inzibati idarə binalan
və digər mədəni məişət obyektləri fəaliyyət göstərirdi. Təəssüfiər olsun ki,
1988-ci ildən Ermənistanın Azərbaycana qarşı başladığı işğalçılıq siyasəti
Xankəndi şəhərinin, bütövlükdə Dağlıq Qarabağm və ona bitişik 7 rayonun
ərazisinin (ümumilikdə torpaqlanmızın 20 faizinin) işğalı ilə nəticələndi.
Qiymətli mədəni sərvətlərimiz düşmən tərəfindən məhv edildi. Müharibədə
20 min azərbaycanlı əlilə çevrilmiş, 4861 nəfər əsir və girov düşmüş, qaçqm
və məcburi köçkünlərimizin sayı 1 milyonu keçmişdir [73]. Azərbaycan tor-
paqlarına ermənilər tərəfindən edilmiş təcavüz nəticəsində Azərbaycan xal-
qınm çoxəsrlik tarixini, şərəfli keçmişini özündə əks etdirən dünya əhəmiy-
yətli 11, ölkə əhəmiyyətli 223, yerli
əhəm iyyətli
453 tarix və mədəniyyət
abidələri, dünya əhəmiyyətli arxeoloji abidələr, mağaralar, əvəzolunmaz gö-
zəlliyə malik tarix memarlıq qoruqlan, qədim qəbiristanlıqlar, saraylar işğal
edilmişdir. Ennənistanm işğal etdiyi ərazilərdə 1025 məktəb, 798 səhiyyə
ocağı, 22 muzey və onlann filiallan, 6 rəsm qalereyası, 85 uşaq musiqi mək-
təbi və onlann filiallan, 4 teatr, 100 min qiymətli eksponat, 2 konsert müəs-
sisəsi, 1892 mədəniyyət və incəsənət müəssisələrinin binaları, 1240 ədəd
dünya əhəmiyyətli nadir xalça məmulatlan, tarixi əhəmiyyətli 9 saray, 40 min
muzey sərvəti və eksponatı, 44 məbəd, 9 məscid, 927 kitabxana, 4,6 milyon
kitab və qiymətli tarixi əlyazmalar qarət edilmiş, yandmlmış və özününkü-
ləşdirilmişdir [4, 23, 39, 46]. Hazırda işğal zonasında erməni vandalları tərə-
findən geniş miqyasda qanunsuz arxeoloji qazıntı işləri apanlır, nadir və qiy-
mətli tapmtılar Ermənistana daşınır. İşğal altında olan ərazilərimizdəki ekspo-
natlann dağıdılıb məhv edilməsi ilə yanaşı, süni yollarla, həmin eksponatlann
üzərində müxtəlif fiqurlar çəkərək «erməni xalqına mənsub olması» təbliğ
edilir və beynəlxalq ictimaiyyətdə yanlış rəy yaradılır.
Tədqiqatlardan məlum olur ki, son 18 il ərzində Avropamn və Amerika-
nın auksionlarında və antikvar mağazalannda «ermənilərə məxsus olması»
adı ilə satılan Azərbaycan mənşəli xalça və xalça məmulatlarmm sayı artmış-
dır. Azərbaycan mədəniyyəti bazasında özlərinə «tarix» yaradan ermənilər
tərəfindən təxminən 300 min xalça zəbt olunmuşdur. «Ekspress qəzeti»nin
26 fevral 2004-cü il saymda göstərilir ki, «Dağlıq Qarabağm erməni xalça-
ları» adı ilə satmaq istəyən 2 erməni tutulub, 11 xalça isə müsadirə edilib.
Xalçalan «Dağlıq Qarabağ ermənilərinin qədim mədəniyyət abidələri» kimi
satmaq istəyən ermənilər bu xalçalardan dördünü, hər biri 31 min avro,
altmcısım 18 min avro, birini isə 22 min avroya satmaq niyyətində olmuşlar.
Onlar hərraca müraciət etdikdən sonra «OVF Saler» şirkətinin ekspertləri
satılacaq xälçalara baxış keçirmiş və həmin xalçaların Dağlıq Qarabağ
ermənilərinin əl işləri deyil, Şuşa və Ağdamda saxlanılan əsirlər tərəfındən
toxunmasmı müəyyənləşdirmişlər» [46].
Məkrli niyyət və mənfur siyasət sahibi olan ermənilərin azərbaycanhlara
qarşı törətdikləri vandalizm hərəkətləri müasir dövrdə daha da yeniləşmiş və
onlar işğal altmda qalmış ərazilərdə yanğmlar törədərək Azərbaycah xalqmın
mədəni irsinin məhv edilməsini davam etdirirlər. Belə ki, 2006-cı ilin iyun
ayında ermənilərin işğal olunmuş Xocavənd ərazisində törətdikləri yanğmlar
nəticəsində, yaşı 800 il olan XII əsr abidəsi «Qaraca Çobanm» qəbri yan-
mışdır. Ermənilərin törətdikləri yanğmlar, e.ə. II minilliyə aid Nərgiztəpə
mədəni abidəsini külə döndərmiş, yanğımn yaratdığı yüksək temperatur
nəticəsində «Qaraca Çobanm» qəbri parça-parça olmuşdur. Yanğınlar nəticə-
sində qədim türk tayfalarına məxsus «Əfşarlar qəbiristanlığı» da məhv edil-
mişdir [103]. Hadisə ilə bağlı cəbhə xəttində olmuş Milli Məclisin deputatı
Q.Paşayeva ermənilərin yanğınlar törətmək məqsədlərinə belə aydınlıq
gətirmişdir: «Yanğınlar Azərbaycan silahlı qüwələrinin nəzarətində olan
ərazilərə keçərək burada kənd təsərrüfatma və maldarlığa böyük ziyan vur-
muş və Azərbaycanın tarixi və mədəniyyət abidələri tamamilə yer üzündən
silinmişdir» [39]. Yeri gəlmişkən, onu da qeyd edək ki, 1993-cü ildə Azər-
baycan dövləti Haaqa, 1997-ci ildə Paris Konvensiyalarma qoşulmuşdur. Bu
konvensiyaların «Silahlı münaqişələr zamanı maddi dəyərlərin qorunması
haqqmda» və «Milli dəyərlərin qeyri-qanuni olaraq ölkəyə daxil olması və
ölkədən çıxarılması qadağası» maddələrində bəşəri sivilizasiyanm maddi və
mədəni dəyərlərinin beynəlxalq hüquq prinsiplərinə uyğun qorunması
nəzərə almmışdır [22]. Lakin ermənilər bunlara məhəl qoymadan zəbt etdiyi
ərazilərdə Azərbaycan xalqma məxsus olan milli dəyərləri talan edir, başqa
ölkələrdə satır və özününküləşdirirlər. Bunları nəzərə alaraq Azərbaycan
Respublikasmm Milli Məclisi 19 aprel 2002-ci il tarixdə «Azərbaycanm
mədəni sərvətlərinin dağıdılması və mənimsənilməsi haqqmda, Azərbaycan
Respublikası Milli Məclisinin Bəyanatının təsdiq edilməsi barədə» qərar
qəbul etmiş və bu bəyanatı dünya ölkələrinə çatdırmışdır. Bəyanatda deyilir:
«Azərbaycan Respublikasmın işğal edilmiş ərazilərində olan dünya
əhəmiyyətli 100.000-dən artıq mədəniyyət nümunəsi dağıdılmış və qəsb
edilmiş, 500-ə yaxın tarixi və 100-dən çox arxeoloji abidənin, 22 muzeyin
əksəriyyəti tamamilə və ya qismən dağıdılmışdır. Erməni millətçiləri maddi
mədəniyyət abidələri ilə yanaşı, Azərbaycan xalqmın folklorunu, musiqisini,
ədəbiyyatım və digər mənəvi sərvətlərini ardıcıl və sistemli şəkildə
mənimsəməklə, əslində, işğalçılıq müharibəsini mədəni sərvətlər
müstəvisində genişləndirir» [14]. Buna baxmayaraq, erməmİer Azərbaycan
xalqma məxsus olan milli dəyərləri hal-hazırda da talan etməkdə davam
edirlər.
Ümumiyyətlə, ermənilərin Azərbaycanm tarix və mədəniyyət abidələ-
rinə qarşı təcavüzü bir neçə yolla həyata keçirilir: Belə ki, Azərbaycanm tarix
və mədəniyyət abidələrinin erməniləşdirilməsi; Azərbaycanm tarix və mə-
dəniyyət abidələrinin başqa xalqların abidəsi kimi təqdim edilməsi; Azər-
baycanm tarix və mədəniyyət abidələrinin dağıdılması; Azərbaycanın tarix
və mədəniyyət abidələrini xarici dövlətlərin bazarlanna çıxararaq külli
miqdarda qazanc əldə etməsi.
Erməni işğalçılannın işğal olunmuş Azərbaycan torpaqlarmda Azərbay-
canın tarixi və mədəni irsinə qarşı törətdiklərinə vandalizmdən başqa ad ver-
mək olmaz! Belə ki, işğal olunmuş ərazilərdə qalmış Azərbaycanm qiymətli
tarixi, mədəni və arxitektura abidələri ermanilər tərəfindən dağıdılmış, çoxlu
muzey eksponatlan, qiymətli əlyazmalar, qədim xalçalar, dekorativ incəsənət
nümunələri və s. qənimət kimi Ermənistana daşmmışdır. Ən qədim insan məs-
kənlərindən biri olan, qədimliyinə görə dünyada dördüncü, keçmiş SSRİ-də
birinci yer tutan Azıx mağarası ermənilər tərəfindən işğaldan sonra silah
anbanna çevrilsə də, sonradan bu qədim abidənin tarixini də saxtalaşdırmaqdan
çəkinməmişlər. Belə ki, 2003-cü il avqustun 30-da «Arminfo» agentliyinin
intemet saytmda «Dağlıq Qarabağın Azox (Vorvan) mağarasmda qazmtılar
davam edir» adlı məqalə dərc olunmuşdur [102]. Məqalədə qədim Azərbay-
can torpağı olan, hazırda Ermənistan tərəfindən işğal edilmiş Azıx mağara-
sında Ermənistan arxeoloqlarmm İngiltərə, İrlandiya və İspaniyadan gəlmiş
politoloqlarla birlikdə qazmtı işləri aparmasmdan söhbət gedir. Ermənistan
Elmlər Akademiyası və Ermənistan Dövlət Universitetinin xətti ilə qazıntı
işlərində iştirak edən 12 nəfərdən ibarət arxeoloq qrupunun üzvü Barselonada
yaşayan erməni mənşəli arxeoloq.İolantay Femandes bildirib ki, Dağlıq Qara-
bağda äpardığı arxeoloji qazıntılar zamanı əldə etdiyi tarixi abidələri, digər
qiymətli əşyaları İspaniyanm elmi tədqiqat mərkəzlərinə, laboratoriyalanna
daşıyıb. Arxeoloq, həmçinin əldə etdiyi sənət inciləri əsasında «Dağlıq Qara-
bağ Respublikası»ndakı erməni abidələrinin tapılması» adlı kitab da yazdığım
qeyd edib [39]. Baş verən olay Azərbaycan ictimaiyyətinin kəskin narazılığı
ilə yanaşı, Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatı ilə də müşayiət
olundu. 29 sentyabr 2003-cü il tarixli bəyanatda deyilir: «...Azərbaycan Res-
publikasmın icazəsi olmadan respublikamızın, xüsusən də işğal altında olan
ərazilərdə əcnəbilərin arxeoloji qazmtı aparması Azərbaycan Respublikası
qanunvericiliyinin, habelə beynəlxalq hüquq normalannın kobudcasma po-
zulmasıdır».
Qeyd edək ki, «Silahlı münaqişələr zamanı mədəni dəyərlərin qorunması
haqqında Konvensiya»nın (14 may 1954-cü il) 4-cü maddəsinə görə, dövlətlər
öz ərazisindəki və digər dövlətlərin ərazisindəki mədəni dəyərləri hər hansı
formada oğurlamaq, qarət etmək, yaxud qanunsuz surətdə mənimsəmək
hərəkətlərini, həmçinin göstərilən dəyərlər barəsində hər harjsı vandalizm
hərəkətlərini qadağan etməyi, onların qarşısım almağı və lazım gələrsə,
kökünü kəsməyi öhdələrinə götürürlər. Konvensiyanm digər bir müddəasma
görə isə, dövlətlər mədəni dəyərlərə qarşı yönəldilmiş hər hansı repressiya
tədbirləri görməkdən çəkinməlidirlər. İşğal amilindən istifadə olunaraq, mə-
dəni dəyərlərin bu və ya digər formada qələmə verilməsi, izahatın xüsusi
maraqlara uyğun surətdə təqdim edilməsi, beləliklə də, onun öz həqiqi ma-
hiyyətindən və mənasından uzaqlaşdırılması repressiya aktı kimi qiymətlən-
dirilərək beynəlxalq hüquq tərəfındən pislənilməlidir. Ona görə də Ermənis-
tan Respublikası arxeoloqlarınm və onların hansısa vasitələrlə cəlb etdikləri
əcnəbi alimlərin Azərbaycan Respublikası ərazisindəki dünya əhəmiyyətli
qədim abidələrdə özbaşma iş aparması beynəlxalq normalann kobudcasına
pozulması, bəşər mədəniyyətinə qarşı təxribat məqsədi daşıyan cinayət kimi
qiymətləndirilməlidir və bununla əlaqədar bütün məsuliyyət Ermənistan
tərəfinin üzərinə düşür [15].
Təəssüflər olsun ki, bütün beynəlxalq normalara və qaydalara zidd olaraq
ermənilər Azərbaycana məxsus mədəni dəyərləri mənimsəmək, oğurlamaq,
qarət etmək və dağıtmaqdan belə heç vaxt çəkinməmişlər və bu gün həmin
mənfur siyasət erməni vandalları tərəfmdən davam etdirilir.
Yeri gəlmişkən onu da qeyd edək ki, Azərbaycanda uzun illər aparılmış
kompleks arxeoloji tədqiqatlar və aşkarlanmış tapıntılar nəticəsində bu ərazi-
də 1,5 milyon il bundan əvvəl qədim insanların yaşadığı elmi əsaslarla sübut
edilmişdir. 1960-cı ildə görkəmli arxeoloqumuz M.Hüseynovun rəhbərliyi
altında alimlərimiz Azərbaycamn Quruçay və Köndələnçay ərazilərində
dünya şöhrətli Azıx və Tağlar düşərgələrini qeydə almışlar. Azıxda əldə edil-
miş tapıntılar 1981—1982-ci illərdə Parisin «İnsan» muzeyində təşkil olunmuş
«Avropanm ilk sakinləri» adlı sərgidə nümayiş etdirilmiş və orada həmin dü-
şərgə haqqında elmi məqalə dərc olunmuşdur. Azıxda tapılmış maddi mədə-
niyyət qalıqlan geniş şərh edilmiş, ibtidai insanın çənə sümüyünün qalığmın
Qafqazda və Yaxm Şərqdə ən qədim paleoantropoloji tapmtı olduğu bildiril-
mişdir [4]. Lakin arxeoloqlanmızın bütün bu elmi nailiyyətlərinə baxmaya-
raq, bəzi erməni alimləri Azıx düşərgəsinin tarixini saxtalaşdırmağa cəhd
göstərmişlər. Ş.Mkrtçyan 1988-ci ildə çap etdirdiyi «Dağlıq Qarabağın tarixi
və memarlıq abidələri» adlı kitabında Azıx mağarasınm ot^T&ra məxsusluğunu
iddia etməklə yanaşı yazır ki, guya, XIX əsrin sonunda yepiskop M.Barxu-
daryans tərəfindən Azıx düşərgəsində daş dövrünə aid qadm heykəli tapılıb
və hətta onun paltarı və örtüyü müasir erməni qadmlannm paltarma
bənzəyir». Baxmayaraq ki, Azıx düşərgəsində qadınabənzər heykəl yoxdur,
lakin belə gülünc fıkir söyləməklə Mkrtçyan «erməni xalqının tarixini» aşel
dövründə axtarmağa çalışırmış. «Məşhur» erməni alimi həm də bir məsələdə
yanılır ki, qədim daş dövründə heç bir xalq, millət olmayıb. Deməli, Mkrtç-
yanın «fikirləri» boş, cəfəng, uydurmadan başqa bir şey deyildir.
Saxtakarlığı özlərinin həyat simvoluna çevirən erməni alimləri daim
Qarabağm dağlıq hissəsindəki tarixi və arxeoloji abidələri öz adlarma çıxar-
mağa çalışırlar. Bu uydurmanm məqsədi aydmdır: Həmin ərazinin əzəldən
ermənilərə məxsus olduğunu «sübut» etmək. Amma tarixi mənbələr birmə-
nalı təsdiq edir ki, Qarabağ qədim Azərbaycan torpağıdır, ermənilər isə bu
əraziyə 1828-ci ildə İran ilə Rusiya arasmda bağlanmış və faktiki olaraq
Azərbaycanm şimal hissəsinin Rusiya tərəfindən işğalını rəsmiləşdirən Türk-
mənçay sülh müqaviləsindən sonra gəlmişlər. Çar Rusiyası öz müstəmlə-
kəçilik siyasətinin maraqlanna uyğun olaraq, təkcə 1828-1830-cu illərdə
Türkiyə və İrandan Qafqaza 120 mindən artıq erməni əhalisini köçürmüş və
onların əksəriyyətini Qarabağda yerləşdirmişdi. N.N.Şavrov özünün
«Zaqafqaziyada Rusiya mənafeləri üçün yeni təhlükə» kitabında bu tarixi
faktı belə qeyd edir: «Müharibədən sonrakı iki ildə (1826-1828-ci illər
rus-İran müharibəsi nəzərdə tutulur - M.N.) biz Zaqafqaziyaya İrandan
40 min, Türkiyədən 84 min erməni köçürmüş və onları ermənilərin azlıq
təşkil etdikləri Erivan və Yelizavetpol qubemiyalarmda yerləşdirmişik. Onlar
üçün 200 min desyatin xəzinə torpağı ayrılmış, həmçinin onlar üçün müsəl-
manlardan 2 milyon manatlıq xüsusi sahibkar torpağı satm almmışdır. Həmin
ermənilər Yelizavetpol qubemiyasımn dağlıq hissəsi və (İndiki Yuxarı və
yaxud Dağlıq Qarabağ - M.N.) Göyçə gölü sahilində məskunlaşdırılmışdır...
Rəsmi köçürülən ermənilər 124 min olsa da, qeyri-rəsmi köçənlərlə birlikdə
onların sayı 200 min nəfəri ötüb keçmişdi. Belə ki, XX əsrin əwəllərində
Zaqafqaziyada yaşayan 1,3 milyon erməninin 1 milyonu həmin diyarın yerli
əhalisi olmayıb, bizim tərəfımizdən oralarda yerləşdirilmiş adamlardan ibarət
idi» [101, 59-61].
Ermənilərin Qarabağ torpağına gəlmə oduqlarmı Marağadan Dağlıq Qa-
rabağa köçürülən ermənilərin bu regionda məskunlaşmalarmm 150 illiyi mü-
nasibəti ilə 1978-ci ildə Mardakert rayonunun Marağa (sonrakı Leninavan)
kəndində özlərinin ucaltdıqları obelisk də sübut edir. Düzdür, Qarabağ müna-
qişəsi başlayan kimi bu abidə üzərinə həkk olunmuş yazılar ermənilər tərə-
fındən pozulsa da, bu, onların Azərbaycan torpaqlanna gəlmə olduqlan fak-
tmı tarixdən heç bir vəchlə silə bilməz.
Azərbaycanın maddi və mənəvi mədəniyyətini, tarixini özündə yaşadan
qədim və müasir qəbir daşlarımız, məzarlıqlanmız da erməni jvandalizminə
məruz qalmışdır.
Azərbaycanın işğal olunmuş ərazilərində azərbaycanlılara məxsus qəbi-
ristanlıqlar dağıdılaraq, məzarlarm təhqir edilməsi faktlarım əsirlik həyatım
yaşamış Rəsul Ramazanov, Vüqar Məmmədov, Sahib Bağırov, Rəsul Mus-
tafayev və digərləri təsdiqləyiblər. Şuşa, Ağdam, Füzuli, Cəbrayıl, Kəlbə-
cər, Laçın, Qubadlı, Zəngilan rayonlarmda azərbaycanlılara məxsus yaşayış
və inzibati binalarm, qəbiristanlıqların sökülərək daşmması danılmaz faktlar,
bütün qəbiristanlıqlanmızm acı taleyidir. Ermənistanm hərbi təcavüzü nəti-
cəsində işğal olunmuş ərazilərimizdəki Azərbaycamn maddi-mədəniyyət abi-
dələri erməni vandalizminin, erməni saxtakarlığınm qurbamna çevrilmişdir.
Ermənilər tərəfindən işğal olunmuş hər bir şəhər və rayonlarımız özündə
Azərbaycanm qədim tarixini yaşadan abidələrlə zəngin idi. Hazırda erməni
vandalları tərəfındən viran edilmiş torpaqlarımızdakı abidələrimiz yer üzün-
dən silinməkdədir.
Çox təəssüflər olsun ki, Ermənistamn Azərbaycana qarşı başladığı təca-
vüzkarlıq müharibəsi, müəyyən obyektiv və subyektiv səbəblər ucbatından
müvəqqəti məğlubiyyətimizlə nəticələndi. Bu gün Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsinin həlli üçün iri dövlətlər və beynəlxalq təşki-
latlar haqqın, ədalətin bərpası üçün dövlətimizlə hesablaşırlar. Bunun ən
başlıca səbəbi 1993-2010-cu illərdə Azərbaycan rəhbərliyinin uğurla həyata
keçirdiyi daxili və xarici siyasət, ölkəmizin iqtisadiyyatınm sürətli inkişäf
yoluna düşməsi, milli ordu quruculuğu sahəsində böyiik irəliləmələr, milli
birliyin yaranması, iqtisadi-siyasi, mənəvi və psixoloji potensialımızm tam
gücü ilə hərəkətə gətirilməsi, müasir hərb elmi əsasmda güclü ordımun yara-
dılması, gənc və istedadh prezidentimizin ölkəmizə səriştəli rəhbərlik etməsi
ilə bağlıdır. Bütün bunlar isə Azərbaycanın ərazi bütövlüyünün bərpa oluna-
cağından xəbər verir. Biz tarixi hüququmuzu qoruyuruq. Haqq-ədalət bizim
tərəfimizdədir. Tarixi və strateji baxımdan haqq işimizin qalib gələcəyinə
zərrə qədər də şübhə olmamalıdır. Ümummilli liderimiz H.Ə.Əliyev 2002-ci
il Praqada keçirilmiş Zirvə görüşündə bildirmişdir ki, bugünkü real vəziyyət
«müharibə variantını istisna etmir... Lakinnə qədər ki, gec deyil dünyabirliyi
beynəlxalq hüquq norma və prinsiplərinə uyğun olaraq, Azərbaycanm suve-
renliyinin və ərazi bütövlüyünün tam bərpa olunması əsa^fnda münaqişənin
sülh yolu ilə tənzimlənməsi üçün əlindən gələni etməlidir» [23].
Dostları ilə paylaş: |