V FƏSİL
AZƏRBAYCANDA İDARƏÇİLİYİN
MÖHKƏMLƏNDİRİLMƏSİ VƏ XANKƏNDİ ŞƏHƏRİNDƏ
SƏNAYENİN DİNAMİK İNKİŞAFI
(XX YÜZİLLİYİN 70-80-ci İLLƏRİ)
1969-cu il iyulun 14-də Heydər Əlirza oğlu Əliyev Azərbaycan KP MK-mn
birinci katibi seçildi [7, s.191]. 1969-cu ildən Azərbaycan tarixində dönüş
mərhələsinin təməli qoyuldu və Respublikamızm iqtisadi, siyasi və mənəvi
həyatında dinamik inkişaf baş verdi [14, s.18].
1969-cu il avqustvm 5-də H.Ə.Əliyev Azərbaycan KP MK Plenumundakı
çıxışmda respublikamın iqtisadiyyatmı dərin və hərtərəfli təhlil edərək, tə-
sərrüfata rəhbərlikdə, mədəni quruculuqda, ideoloji işdə ciddi nöqsanlar oldu-
ğunu qeyd etdi və onlann aradan qaldırılması yollarmı göstərdi. Plenumda
dövlət əmək intizamım möhkəmləndirmək və respublikada mənəvi-psixoloji
sağlamlıq yaratmaq vəzifələri irəli sürüldü [32, s.13]. Heydər Əliyevin rəh-
bərliyi altmda Azərbaycan KP-nin 28 (10-12 may 1971-ci il), 29 (28-30 yan-
var 1976-cı il), 30-cu (28-30 yanvar 1981-ci il) qurultaylannda, MK-nm ple-
numlannda, vaxtaşan çağnlan müşavirələrdə respublikamızın iqtisadi, mənəvi
və sosial-mədəni inkişafının konkret vəzifələri, təşkilati tədbirlər müəyyən
edildi [13, s.492].
1970-ci illərdə Azərbaycanda idarəçilik sistemi xeyli möhkəmləndi. Kor-
rupsiyaya və rüşvətxorluğa qarşı ciddi tədbirlər görüldü. Bəhs etdiyimiz
dövrdə bütün dövlət hakimiyyət orqanlarmm işi xalqm iqtisadi, sosial-mədəni
tərəqqisi və milli oyanış siyasətinin reallaşmasına yönəldi. Heydər Əliyevin
xalqımız üçün ən böyük xidmətlərindən biri Azərbaycanda xalq təsərrüfatmm
inkişafı üçün ittifaq fondundan külli miqdarda vəsait ayrılmasına nail olma-
sında idi. Hətta dövlət başçımızın bilavasitə təşəbbüsü ilə SSRİ rəhbərliyi
bəhs etdiyimiz illərdə Azərbaycanm iqtisadi inkişafı üçün 5 mühüm qərar
qəbul etmişdir [4, s.412, i.43, v.257]. Heydər Əliyev hakimiyyətə gəldikdən
sonra regionlann iqtisadi, sosial və mədəni inkişafına qayğısı daha da artdı.
O cümlədən Azərbaycanm ayrılmaz hissəsi olan DQMV-i həmişə uzaqgörən
dövlət başçımızm diqqət mərkəzində olmuşdur. Şuşa şəhərinin inkişafı üçün
Azərbaycan KP MK-sı bir neçə dəfə qərar qəbul etmişdir. 1970-ci ilin əw əl-
lərindən başlayaraq Şuşa şəhərinin tarixi abidələrinin bərpa olunmasına, yeni
binalarm tikilməsinə başlanmışdır. 1980—1981-ci illərdə Molla Pənah
Vaqifın qəbri üzərində böyük məqbərə ucaldılmışdır. Azərbaycamn qədim
mədəniyyət mərkəzi olan Şuşa şəhərində Üzeyir Hacıbəyovun, Bülbülün ev
muzeyləri açılmış və Xan qızı Natəvanm heykəli qaldırılmışdır [508, s.49].
Şəhərdə böyük mehmanxana, çoxmərtəbəli yaşayış binaları, inzibati binalar
tikildi. Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi altmda həyata
keçirilən tədbirlər nəticəsində Şuşa ümumittifaq səviyyəli kurort şəhərinə
çevrildi [7, s.69]. Dağlıq Qarabağda əhalinin təminatı həmişə Azərbaycan
SSR üzrə orta göstəricilərdən yüksəkdə dayanmışdır. Hansı ki, aşağıda bu ba-
rədə geniş bəhs ediləcəkdir. 1973-cü ildə Xankəndində Azərbaycan Pedaqoji
İnstitutunun filialı əsasında Pedaqoji İnstitut açıldı. 1979-cu ildə Ağdamdan
Xankəndinə dəmiryolu çəkildi [23, s.16]. Heydər Əliyevin ağıllı və uzaq-
görən siyasəti nəticəsində 70-ci illərdə erməni separatçıları açıq çıxışlardan
çəkinmişdilər. 1977-ci ildə Dağlıq Qarabağ məsələsi növbəti dəfə qaldınlsa
da, Ümummilli liderimiz tərəfindən onun qarşısı qətiyyətlə almmışdır [33].
1970—1985-ci illər Azərbaycanm, o cümlədən onun ayrılmaz tərkib his-
səsi olan DQMV iqtisadiyyatı əvvəlki inkişaf illəri ilə müqayisədə böyük
yüksəliş dövrü kimi tarixə daxil olub. 1969-cu ildə Azərbaycan KP MK-mn
birinci katibi seçilən H.Ə.Əliyevin yaradıcı fəaliyyəti başqa sahələrdə olduğu
kimi sosial-iqtisadi tərəqqidə də, əsl dönüş mərhələsi yaratdı. H.Ə.Əliyev
həmin dövrdə iqtisadiyyatm mövcud şəraitində mümkün olan ən münasib
strateji inkişaf məqsədlərini əzm və cəsarətlə müəyyən etdi [27]. O, müəy-
yən etdi ki, Azərbaycanda, xüsusilə onun ayrılmaz hissəsi olan DQMV-də
məhsuldar qüvvələrin inkişafmda hökm sürən bir sıra yanlış prinsiplərin
əksinə olaraq, onun yüksəlişi Dağlıq Qarabağm böyük imkanlannm istifadə-
sinə və zəruri tələblərinin ödənilməsinə əsaslanmalıdır. İqtisadiyyatın nəzərdə
tutulan böyük miqyaslı inkişafınm sürətlə və tələb olunan səviyyədə geniş-
ləndirilməsi məqsədilə, ilk növbədə, yaranmış istehsal potensialmdan tam
istifadə edilməsi tələb olunurdu. Bütün bunlar üçün isə ittifaq hökumətindən
əlavə vəsait almaq lazmı idi. H.Ə.Əliyevin təşəbbüsü ilə SSRİ hökuməti
Azərbaycanda sənaye və kənd təsərrüfatınm intensiv inkişafı üçün 5 xüsusi
qərar qəbul etdi, xeyli vəsait və maddi-texniki resurslar ayırdı. 1971—1985-ci
illərdə Azərbaycanda xalq təsərrüfatınm inkişafı üçün sərmayə qoyuluşunun
həcmi 32 milyard manata çatmışdır ki, bu da sovet dövrünün əwəlki 50 ilin-
də cəmi istifadə edilən vəsaitdən 2,1 dəfə çox idi.
Azərbaycanm regionlannın inkişafı, Respublikamıza rəhbərlik etdiyi dövr-
də ümummilli liderimiz H.Ə.Əliyevin həmişə diqqət mərkəzində olmuşdur.
Müasir sənayeyə, çoxsahəli kənd təsərrüfatına, geniş sosial strukturaya malik
DQMV-nin inkişafı üçün Azərbaycan hökuməti 1971—1985-ci ildə 483 milyon
manat vəsait ayırdı ki, bu da əwəlki on beş il ərzində olduğundan 2,8 dəfə
çox demək idi [28, s.23]. Aparılan tədqiqatlar nəticəsində məlum olur ki, son
20 il ərziıxdə (1965-1985) adambaşına düşən əsaslı vəsaitin həcmi 4 dəfə artmış-
dır. 1970—1985-ci illərdə DQMV-də ümumi dəyəri 470 milyon manat olan əsas
fondlar, 15 sənaye müəssisəsi və başqa istehsal sahələri istifadəyə verilmişdir.
Apanlan tədqiqatlar nəticəsində məlum olur ki, 1970—1985-ci illərdə ümu-
milikdə respublikamız üzrə regionların xalq təsərrüfatma ayrılan vəsaitin
həcmi nəzərdən keçirilərkən Bakı və Sumqayıt şəhərlərindən sonra Xankən-
dinə aynlan vəsaitin həcmi sayca 3-cü yerdə dayanırdı. Halbuki erməni daş-
naklan əsassız ərazi iddialanna haqq qazandırmaq, ictimai rəyi öz tərəfınə
çəkmək, ənənəvi əzabkeş obrazı yaratmaq məqsədilə, guya respublika rəh-
bərliyi Xankəndi şəhərinə diqqət yetirmir və şəhərdəki iqtisadi inkişaf
göstəriciləri başqa şəhərlərdən aşağı səviyyədədir. Bütün bunlar isə əsassız
boş cəfəngiyatdan başqa bir şey deyildir. Çünki bəhs etdiyimiz illərdə təkcə
adambaşma düşən kapital qoyuluşunun həcminə görə Xankəndi şəhəri
respublikamızm başqa şəhərlərini arxada qoymuşdur.
Təkcə bir faktı qeyd etmək yerinə düşərdi ki, ümumilikdə Dağlıq Qara-
bağda yeni sənaye müəssisələrinin tikintisi üçün 1923-cü ildə əsaslı vəsait
qoyuluşu 1 milyon manat idisə, 1970—1985-ci illərdə hər il əsaslı vəsait
qoyuluşu 30-35 milyon manata çatmışdı [30, s.100]. Sözsüz ki, bu vəsaitin
80%-i Xankəndi sənayesinin inkişafma istiqamətlənmişdir. Çünki Dağlıq
Qarabağ rəhbərliyinin buna «hüququ» var idi.
1970—1980-ci illərdə Xankəndi şəhərində sənaye dinamik inkişaf etmişdi.
1980-ci illərin statistik məlumatlarma görə Dağlıq Qarabağda 52 müasir sə-
naye müəssisələri vardır ki, həmin müəssisələr yüzlərlə növ məmulat bu-
raxırdı [37]. Bəhs etdiyimiz illərdə Xankəndi şənaye müəssisələrində ipək
məmulatlan, elektirik cihazları, lüminessent lampalan, kondensatorlar, musiqi
alətləri, mebel, dekorativ lövhə və suvenir məmulatları, tikinti materiallan,
üzlük bəzək plitələri, ayaqqabı, tikili mallar, ət və süd məhsulları, qənnadı və
un məmulatılan, konyak, spirt, şərab və başqa məmulatlar istehsal olunurdu.
1980-ci illərin ortalarmda Dağlıq Qarabağda 35 növ sənaye məhsullarma
Dövlət Keyfiyyət nişanı verilmişdir ki, bundan 26-sı xalq istehlakı malları idi
[30, s.83]. 1983-cü ildə Xankəndi şəhərində sənaye istehsalmm həcmi 1923-cü
ildəkinə nisbətən 912 dəfə artmışdır.
XX yüzilliyin 70-80-ci illərində Azərbaycanda 218 yeni sənaye müəssi-
səsi istifadəyə' verildi ki, bundan 15-i DQMV-nin üzərinə düşürdü [36].
DQMV-də yaradılmış belə müəssisələrdən biri SSRİ-nin 50 illiyi adına
«Xankəndi ayaqqabı fabriki» idi. Əsası 1970-ci ildən qoyulan həmin sənaye
Nazim Məmmddov
müəssisəsi 1972-ci ildə tam ı'stifadəyə verilmişdir [12, s.42]. Xankəndi ayaq-
qabı fabrikinin layihəsi H.Əliyevin təşəbbüsü ilə Kiyevdə hazırla|tımışdxr.
Onun tikintisində və avadanlığm quraşdırılmasında Bakı, Mingəçevir,
Moskva, Krasnadar, Odessa, Gəncə şəhərinin mütəxəssisləri iştirak etmişlər.
Müəssisənin sexlərində Çexoslovakiyadan, ADR-dan, Moskva, Leninqrad,
Bakı, Tbilisi, Odessa, Kursk, Oryol şəhərlərindən Azərbaycan hökuməti tərə-
findən gətirilmiş maşın və cihazlar quraşdırılmışdır. İlk fəaliyyətə başladığı
illərdə fabrikdə 8,4 min cüt ayaqqabı istehsal olunmuşdursa, 1980-ci ildə is-
tehsal həcmi təxminən 5 dəfə artaraq 4 milyon 181 minə, 1985-ci ildə 4 mil-
yon 514 minə çatmışdır [36, s79].
XX yüzilliyin 70-ci illərində DQMV-də yaradılmış sənaye müəssisələrin-
dən biri də Xankəndi tikinti materiallan kombinatıdır. Burada istehsal olunan
mərmər bloklar keçmiş SSRİ məkanmm 160-dan çox müxtəlif şəhərlərində
geniş istifadə olunurdu. Kombinatda istehsal olan yüksək keyfıyyətli mişar
daşı, kərpic, üzlük tavanlar, mərmər bloklar ittifaqın hər yerində şöhrət qa-
zanmışdır. Xankəndi Tikinti Materialları Kombinatı həm məhsulun həcmini,
həm də əmək məhsuldarhğını ildən-ilə artırmışdır. Təkcə 1982-ci ildə, 1975-ci
illə müqayisədə məhsul istehsalınm həcmi 5,5 dəfə, əmək məhsuldarlığı isə
3,5 dəfə artmışdır [20, s. 113].
70-ci illərdə yerli xammal əsasında Xankəndi şəhərində ipək parça məh-
sullannm, geniş çeşidli trikotaj, tikiş məmulatları və digər hazır məhsul
istehsalmm həcmi artırdı. Bəhs etdiyimiz dövrdə Azərbaycanda 2-ci böyük
ipək kombinatı olan Xankəndi şəhərində fəaliyyət göstərən «Qarabağ İpək
Kombinatı»nm yeni füiallan yaradıldı [38]. İpək Kombinatı Azərbaycan hö-
kuməti tərəfındən yeni avadanlıqla təmin olundu və aynlan vəsaitin miqdarı
3 dəfə artırıldı. Nəticədə məhsul istehsahnın həcmi dəfələrlə çoxaldı. Təkcə
bir faktı qeyd etmək yerinə düşərdi ki, 1929-cu illə müqayisədə 1975-ci ildə
«Qarabağ İpək Kombinatı»nın məhsul istehsalı 250 dəfə artmışdır [10,
s.315]. Müəssisədə ümumi məhsul istehsalının həcmi ildən-ilə çoxalmışdı.
Belə ki, 1965—1970-ci illərdə kombinatda 24603 min manatlıq məhsul isteh-
sal olunmuşdursa, 1981—1985-ci illərdə isə artaraq 42217 min manata çatmış-
dır [9]. 1980-ci illərdə «Qarabağ ipək kombinatı»nda 12 adda ipək parça ha-
zırlanmışdı. Qarabağ ipək kombinatı Azərbaycan ipəkçilik sənayesi məhsul-
larınm 36 faizini verirdi.
Burada istehsal olunan məhsullar təkcə ittifaq miqyasmda deyil Yapo-
niya, İtaliya, Macanstan və digər dövlətlərdə tanınırdı. İpək kombinatı
xammal çatışmazlığmı Ukrayna, Özbəkistan, Tacikistan, Qazaxıstan döv-
lətlərindən və Azərbaycanm DQMV-nə qonşu rayonlarmdan almaq hesabına
aradan qaldırırdı. Kombinatda 3 minə yaxın işçi çalışırdı ki, bunun 52 faizini
qadmlar təşkil edirdi [35, s.98]. 1970—1985-ci illərdə Xankəndi şəhərində
İpək parça istehsalmda dinamik inkişaf müşahidə edilmişdir. Belə ki,
1960-cı illərdə Qarabağ İpək kombinatmda 2259 min kvadrat metr parça
istehsal olunmuşdursa, 1985-ci ildə isə artaraq 16864 min kvadrat metrə
çatmışdır [36].
DQMV-i ipək istehsalma görə Azərbaycanda ikinci mərkəz idi. Dağlıq
Qarabağın yüngül sənaye məhsulunun üçdə iki hissəsi və respublikamızm
ipəkçilik sənayesi məhsulunun təxminən 25 faizi DQMV-nin payma düşürdü
[28, s.60].
Xankəndi elektrotexnika zavodu şəhərin sənayesində mühüm yer tuturdu.
1970-ci illərdə zavodun beş min kvadrat metrlik daha bir istehsalat körpüsü
tikilib istifadəyə verildi [30, s.86]. Zavodda əw əllər yalnız stolüstü ventilya-
torlar və məişət kaloriferləri istehsal olunmuşdursa, 70-ci illərin sonlarmda
burada istehsalm çeşidində xeyli irəliləyiş əmələ gəldi. Artıq 70-ci illərin
ortalarmda zavodda ictimai binaları, məişət və müalicə binalannı işıqlan-
dırmaq üçün müasir tipli elektrik çıraqları buraxmağa başlandı. 80-ci illərin
əwəllərində müəssisədə 14 növ məhsul istehsal olunurdu [30, s.87].
1960-1970-ci illərdə məhsul istehsalı 32 dəfədən çox artmışdı [19, s.109].
1962-ci ildə zavodda 212 min manatlıq məhsul istehsal edilmişdirsə, 1985-ci
ildə bu rəqəm 25 milyonu keçmişdir [43]. DQMV-nin 60 illiyi adma Xankəndi
elektrotexnika zavodu artıq 80-ci illərdə lampa istehsalı sahəsində ixtisaslaş-
mışdı. Təkcə 1976-1980-ci illər ərzində zavodda əmək məhsuldarhğı 4 dəfə
artmışdı. Zavodun istehsal etdiyi məhsullar Leypsk yarmarkasmda Azərbay-
canm digər eksponatlan ilə birlikdə müvəffəqiyyətlə nümayiş etdirilmişdir.
Zavodda istehsal olunan məhsullar keçmiş SSRİ məkanmdakı bütün respub-
likalara və dünyanm 14 dövlətinə ixrae olunurdu [30, s.86]. Müəssisədə
istehsal olunan məhsullann 30%-ni Moskva və Kiyev şəhərlərinin sakinləri
ahrdılar. 1985-ci ildə Xankəndi elektrotexnika zavodunun sifarişçilərinin sayı
2500-ə çatmışdı. Təkcə 1985-ci ildə Xankəndi Elektrotexnika Zavodu planı
35% artıqlaması ilə yerinə yetirmiş, nəzərdə tutulduğundan əlavə 500 min
manatlıq məhsul istehsal etmişdilər [11, s. 179].
1971—1985-ci illərdə Azərbaycan hökuməti Xankəndi elektrotexnika zavo-
dunu yeni maşmlarla, texnika ilə təmin etmiş, müəssisədə kompleks mexa-
nikləşdirilməsi və avtomatlaşdınlması prosesi sürətlənmişdir.
XX yüzilliyin 70-ci illərində Xankəndində yaradılmış sənaye müəssisə-
lərindən biri də lüminessent lampaları üçün işıq armaturları istehsal edən kom-
binatm inşa edilməsi idi. Bu kombinat Xankəndi Elektrotexnika Zavodunun
nəzdində fəaliyyət göstərirdi. Azərbaycan hökuməti tərəfindən armatur kom-
binatmın kompleks mexanikləşdirilməsi istehsalatın ilbəil arjtmasma şərait
yaratdı. Belə ki, 1970-ci ildə kombinatda 474 min ədəd işıq armatur istehsal
edilmişdirsə, 1980-ci ildə bu rəqəm 780 minə, 1985-ci ildə isə 2,1 dəfə arta-
raq 1 milyon 19 min ədədə çatmışdır [37, s. 165].
1970—1985-ci illərdə Azərbaycan SSR-in Xankəndi şəhərində dinamik
inkişaf etmiş sənaye sahələrindən biri də Şərabçılıq sənayesidir. Bəhs etdiyi-
miz illərdə Azərbaycan hökumətinin ayırdığı vəsait hesabma ümumilikdə
DQMV-də 5 yeni şərabçılıq zavodlan tikilib istifadəyə verildi [12, s.40].
Dövlətimiz DQMV-də tikilmiş şərab zavodlarmda, elektrikləşmə və mexa-
nikləşdirmə işlərini tam həyata keçirmiş, elmi-texniki nailiyyətləri burada
tətbiq etmək əsasmda yeni maşın, avadanlıq, aparat və cihazlarla təmin
etmişdir. Bunun nəticəsində zavodda həm istehsalın həcmi artmış, həm də
yüksək keyfiyyətli, beynəlxalq standartlara uyğıın məhşul istehsal edilmişdir.
Xankəndi zavodlarmda Şərab istehsalı 1985-ci ildə, 1960-cı illə müqayisədə
4,5 dəfə artmışdı [40]. Konyak istehsalı isə 1960-cı illə müqayisədə 1980-ci
ildə təxminən 5 dəfə çoxalmışdı [30]. DQMV-də üzümçülüyün və şərəb-
çılığın maddi-texniki bazası ilbəil möhkəmlənir və inkişaf edirdi. Xankəndi
şəhərində istehsal olunan yüksək keyfiyyətli məhsullar keçmiş ittifaq
miqyasmda 15 respublikaya, Macanstana, Çexoslovakiyaya və başqa dövlət-
lərə ixrac olunurdu. 1980-ci illərdə ümumilikdə Dağlıq Qarabağm şərab
emalı müəssisələri Azərbaycan şərabçılıq sənayesinin ümumi məhsulunun
12-17 faizini verirdi [12].
70-ci illərdə Azərbaycan hökumətinin ayırdığı xüsusi vəsait hesabma
DQMV-də yeni yaradılmış sənaye müəssisələrindən biri də «Qarabağ pivə
zavodu» idi. Bünövrəsi 1969-cu ildə qoyulan bu zavod çox sürətlə tikilərək
1970-ci ildə istifadəyə verilmişdir. 1971-ci ildə zavodda 171 min dekalitr,
1980-ci ildə 205 min dekalitr məhsul istehsal edilmişdir [37, s. 121].
Bəhs etdiyimiz dövrlərdə DQMV-də yerli sənayenin 5 yerli istehsal kom-
binatlarmm da inkişafında çox böyük irəliləyişlər müşahidə edilmişdir. Bun-
larm içərisində Şuşada fəaliyyət göstərən və Azərbaycanda yeganə olan Şuşa
Şərq Musiqi alətləri fabrikinin adını xüsusi qeyd etmək lazımdır. Fabrikdə
istehsal olunan musiqi alətləri Orta Asiyaya, habelə İrana, İraqa, Əfqanıstana
və başqa dövlətlərə ixrac edilirdi.
1970-1985-ci illərdə Dağlıq Qarabağın dağlarında böyük mərmər, tuf,
qranit, əhəngdaşı və başqa qiymətli və nadir tikinti materialları ehtiyatları
kəşf olunmuşdu. 1976—1985-ci illərdə vilayətdə yeni sənaye karxanaları
açıldı [37].
1980-ci illərin əwəllərində Xankəndi tikinti materialları kombinatmda
istehsal gücü 50 min kvadrat metr olan konveyer işə salınmışdı. 1985-ci ildə
kombinatda istehsal olunan məhsullar 1980-ci illə müqayisədə 3,5 dəfə art-
mışdır [30, s.98]. Dağlıq Qarabağm mərmər və daş karxanalarında Azərbay-
can hökuməti tərəfindən göndərilən 30 yeni, müasir tələblərə cavab verən
daşkəsən maşın işləyirdi. Burada istehsal olunan mərmər, qranit üzlük tava-
lan keçmiş SSRİ-nin yüzlərlə şəhərlərinə göndərilirdi.
Azərbaycanm DQMV-dəki meşələri fısdıq və qalınyarpaqh ağac növləri
ilə zəngindir. Qiymətli və tayı-bərabəri olmayan bu ağaclarm oduncağından
hələ qədimdən müxtəlif məişət əşyalan düzəldirdilər. 1928-ci ildə Xankəndin-
də kiçik emalatxana kimi fəaliyyətə başlayan mebel sexi sonralar böyük
fabrikə çevrilmişdi. 1960-cı illərdə Xankəndinin müasir avadanlıqla təchiz
olunmuş iri Mebel Fabriki işə düşmüşdü. 1970-ci illərdə isə həmin fabrikin
bir neçə fılialları yaradıldı. Xankəndi mebel fabriki keçmiş İttifaq miqyasmda
ixtisaslaşmış böyük müəssisə kimi tamnırdı. Bura istehsal olunan məhsullar -
mebel, masa, kürsü, kreslo, çarpayı, dolab, bufet, altlıq, məişət əşyalan və
başqa məmulatlar keçmiş ittifaq məkanmda satılır və müəssisəyə yüksək
gəlir gətirdi. Müəssisənin istehsal həcmi ilbəil yüksək templə artırdı. 1960-cı
illə müqayisədə fabrikin istehsal həcmi 1985-ci ildə 5,9 dəfə artmışdır.
1970-1985-ci illərdə Azərbaycan SSR DQMV-nin inkişaf edən sənaye
sahələrinin biri də M.Əzizbəyovun admı daşıyan Xankəndi tikiş fabriki idi.
1970-ci illərdə Azərbaycan hökumətinin ayırdığı xüsusi vəsait hesabma tikiş
fabrikində əlavə korpuslar inşa edildi. Keçmiş dəzgahlar yeniləri ilə əvəz-
ləndi. Belə bir fabrikin DQMV də fəaliyyəti və onun lazım olan şəraitlə
təmin edilməsi dövlətimizin bölgəyə göstərdiyi çox böyük qayğınm nəticəsi
idi. Çünki həmin müəssisədə yüzlərlə əhali işləyir və lazımi əmək haqqı ilə
təmin olunurdular. Fabrikin istehsal etdiyi məhsullar nəinki respublikamızda,
keçmiş SSRİ məkamnda, hətta ittifaqıri hüdudlarından kənarda da olduqca
məşhur idi. Fabrikdə istehsalın həcmi ildən-ilə artırdı. Belə ki, 1975-ci ildə
fabrikdə ümumi məhsul istehsalm həcmi 91,6 faiz yerinə yetirilmişdirsə,
1985-ci ildə 121,8 faizə çatmışdı [18].
Xalçaçılıq, Qarabağ qadmlannm qədim və sevimli sənəti olmuşdu. Bu zərif
sənətin sirləri qayğı ilə qorunaraq nəsildən-nəsilə verilmişdi [30, s.94]. 1970-ci
illərdə DQMV-nin ermənilərin daha çox cəmləşdiyi ərazisində xalçaçılıq fabri-
kinin yeni fıliallan yaradılmışdı. Azərbaycan hökuməti Xankəndi şəhəri ərazi-
sindəki xalçaçılıq kombinatlannı yeni dəzgahlar və avadanlıqla təmin etdi. Bu-
rada istehsal olunan xalçalar orijinal və gözəl naxışlan, əla yaradıcılıq üslubu,
müstəsna dərəcədə davamlılığı ilə keçmiş SSRİ məkanmda, İngiltərədə, İtali-
Nazim Məmmədov
yada, İsveçdə, Danimarkada, MƏR-də və başqaxarici dövlətlərdə şöhrət qazan-
mışdı. Dünya bazarlannda Xankəndi şəhərində istehsal olunmuş xalçalar çox
baha qiymətə satılır və vilayətin büdcəsinə xeyli qazanc gətirirdi. 1970—1985-ci
illərdə Xankəndi xalçaçılıq fabrikində istehsal olunan xalçalann 90 faizi key-
fıyyət nişam ilə buraxıhrdı [44]. Həmçinin bəhs etdiyimiz illərdə xalçanm isteh-
salında da böyük artım müşahidə edilmişdir. Belə ki, Xankəndi Xalçaçılıq Fab-
rikində 1970-ci illə müqayisədə, 1985-ci ildə məhsul istehsalı 35% artmışdır [43].
1982-1983-cü illərdə DQMV-də inşa edilmiş sənaye sahələrindən biri də
Xankəndi süd kombinatımn yeni pendir sexi idi. Bəhs etdiyimiz dövrdə Xan-
kəndi şəhərində fəaliyyət göstərən süd kombinatınm bütün sexləri Azərbay-
can hökumətinin göndərdiyi yeni avtomat qurğularla təmin edildi və sexlər
mexanikləşdirildi. I960-cı illə müqayisədə 1970-ci ildə Xankəndi Süd Kom-
binatmda tikinti, yenidənqurma işlərinə ayrılan vəsaitin həcmi 52,4%) artıq
idi. Dövlətimizin göstərdiyi dərin qayğı nəticəsində Xankəndi şəhərində
1970—1985-ci illərdə süd və süd məhsulları, pendir, yağlı brmza və yağ
istehsalında çox böyük artım müşahidə edilmişdi. Belə ki, Xankəndi Süd və
Süd məhsulları Kombinatmda 1968-ci illə müqayisədə 1988-ci ildə məhsul
istehsahnm həcmi təxminən 3 dəfə artmışdı [28, s.61].
Xankəndi şəhərindəki süd kombinatmda respublikada quru süd zərdabı
hazırlayan yeganə sex işləyirdi. Dövlətimizin xaricdən aldığı avadanlıq
həmin sexdə quraşdırılmışdı. Süd və süd məhsullanmn adam başma düşən
istehsal səviyyəsinə görə Xankəndi şəhəri Azərbaycan SSR-in şəhərləri ara-
sında ilk yerlərdən birini tuturdu. Burada istehsal olunan məhsullar nəinki
yerli əhalinin tələbatım ödəyir, hətta Ermənistana və İttifaqm digər regionla-
rma da göndərilirdi [644].
Azərbaycanm Yuxarı Qarabağ ərazisi tikinti-xammal materialları ilə zən-
gindir. Ona görə də burada yerli xammala əsaslanan inşaat materialları səna-
yesinin müxtəlif sahələri yaranmış və inkişaf etmişdi. 1975—1980-ci illərdə
Xankəndi ərazisində yeni əhəng, taxta-şalban, kərpic, kirəmit sexləri
yaradılmışdı [38]. 1970—1985-ci illərdə Azərbaycan hökuməti tərəfindən la-
zımı və müasir avadanlıqla təchiz edilən müəssisələrdə, sıçrayışlı inkişaf
müşahidə edilmişdi. Belə ki, 1960-cı illə müqayisədə 1985-ci ildə taxta-şal-
ban istehsalı 4 dəfə, əhəng istehsalı 1,4 dəfə, kərpic istehsalı 6 dəfə artmışdır.
Bütün bunlar isə Xankəndi şəhərində tikinti-abadlıq işlərinin genişlənməsinə
güclü təkan vermişdi [14, s.22].
1970—1985-ci illərdə Azərbaycan hökuməti Xankəndi şəhərində un və un
məhsullan, şirniyyat sexləri, ət kombinatlan, kolbasa sexi və başqa müəssi-
sələr tikib əhalinin istifadəsinə vermişdir.
Eneıji tutumlu sahələrin inkişafı Azərbaycanda elektrik enerjisi istehsah-
nın artmasmı tələb edirdi. XX yüzilliyin 70-ci illərində Azərbaycan hökuməti
DQMV-nin elektrik eneıjisi ilə tam təmin olunması üçün əhəmiyyətli işlər
gördü. Ağdam-Xankəndi yüksək gərginlikli elektrik xətti vasitəsilə Mingə-
çevir SES-dən DQMV-nə verilən elektrik eneıjisi artınldı. 1970—1985-ci illər-
də DQMV-də elektrik enerjisi istehsalı 46,3 dəfədən çox artmışdı. Belə ki,
1970-ci ildə DQMV-də elektrik enerjisi istehsalı 1,6 milyon kilovat saata ça-
tırdısa, 1980-ci ildə bu rəqəm 45,9 milyon kilovat şaata, 1985-ci ildə isə di-
namik inkişaf edərək 74,1 milyon kilovat saata qalxmışdı. Aparılan tədqiqat-
lar nəticəsində məlum olur ki, DQMV-də adambaşına düşən elektrik
enerjisinə görə ümumrespublika səviyyəsində öndə getmişdir. Təkcə bir faktı
qeyd edək ki, 1985-ci ildə Naxçıvan Muxtar Respublikasmda elektrik enerjisi
istehsalı 69,1 milyon kilovat saata çatırdı. Apanlan tədqiqatlardan məlum
olur ki, 1985-ci ildə Naxçıvan, Bərdə, Gəncə, Tərtər, Ağdam şəhərlərində
adambaşına 237 kilovat saat elektrik enerjisi düşdüyü halda, bu rəqəm Xan-
kəndi şəhərində 2 dəfə artıq idi. Bütün bunlar isə Xankəndi şəhərində enerji
tutumlu sahələrin, xüsusilə sənayenin inkişafma və əhalinin maddi rifah
halmın yaxşılaşmasma güclü təkan verdi [26, s. 49].
Azərbaycan hökuməti Vilayətdə energetika təsərrüfatmm inkişafı üçün
xüsusi tədbirlər həyata keçirərək 1970-1985-ci illərdə 1300 kilometrlik yük-
sək voltlu elektrik xətti çəkmişdir. Dağlıq Qarabağ Azərbaycanda üçtərəfli
elektrik təchizatı olan yeganə regiondur. Belə təchizat vilayətin elektrik
eneıjisi ilə daha yüksək dərəcədə etibarlı olmasmı təmin edir [30, s.80].
1970—1985-ci illərdə DQMV-də energetika obyektləri tikintisi böyük vü-
sət almışdır. Sərsəng SES-i nəinki lazımı qədər elektrik enerjisi istehsal edir,
həm də bu mürəkkəb hidrotexniki qurğu Qarabağ düzündə 120 min hektar
sahədə yeni əkinləri və çoxillik bitkiləri suvarmaq imkanma malik idi. Yeri
gəlmişkən, onu da qeyd edək ki, Sərsəng Su anbannm 130 metrlik tökmə
bəndi dünyanm ən hündür bəndlərindən biridir. Sərsəng SES-nin hər il
istehsal etdiyi 125 milyon kilovat saat elektrik enerjisi Zaqafqaziyamn vahid
energetika sisteminə daxil olmuşdur [36].
Beləliklə, 1970—1985-ci illərdə respublikamızm rəhbəri H.Ə.Əliyevin
şəxsi təşəbbüsü, inadlı fəaliyyəti nəticəsində Azərbaycan SSR-in Xankəndi
şəhərində sənaye üstün, sürətlə və dinamik inkişaf etdi. Xankəndi sənayesi
1970-ci illə müqayisədə 1980-ci ildə 249 faiz, 1985-ci ildə isə 300 faiz artdı
[28, s.58].
Aparılan tədqiqatlar nəticəsində müəyyən olunur ki, bəhs etdiyimiz illər-
də Xankəndi sənayesindəki göstəricilər Respublikamızm şəhərləri ilə müqa-
yisədə üstün olrauşdur. 15 il ərzində Xankəndi sənayesi istehsal artım göstə-
ricisinə görə ümumrespublika səviyyəsini 3 dəfə ötüb keçmişdir [35, s.103].
1986-cı ilin sonlarında Xankəndi sənayesi istehsal fondlarımn dəyəri 1980-ci
illə müqayisədə 55,6 faiz artmışdır ki, bu da bütövlükdə respublika üzrə olan
rəqəmdən 46,5 faiz çoxdur. 1985-ci ildə Xankəndi sənayesində 1923-cü illə
müqayisədə 50 dəfədən çox adam çalışırdı ki, bundan 52 faizi qadın idi.
Əhalinin hər 10 min nəfərinə düşən sənaye işçilərinin sayma görə Xankəndi
şəhəri Naxçıvan, Bərdə, Ağdam, Şamaxı, Füzuli və digər şəhərlərdən təxmi-
nən 2 dəfə artıqdı. Sənayedə məşğulluq göstəricilərinə görə Xankəndi şəhəri
yalnız Bakı-Sumqayıt şəhərlərindən geri qalırdı. 1970-1985-ci illərdə Xan-
kəndi şəhərində sənaye kompleksinin əsasını elektrotexnika, ipəkçilik, maşın-
qayırma, elektroenergetika, tikinti materialları, toxuculuq, mebel, ayaqqabı,
ət-süd sənayesi və başqaları müvəffəqiyyətlə inkişaf etmişdi [14, s. 18].
Bəhs olunan illərdə Xankəndi şəhərində əhalinin ictimai istehsalla məş-
ğulluq səviyyəsi kifayət qədər yüksək idi. Əhalinin məşğulluq strukturu get-
dikcə yaxşılaşırdı. Xankəndi şəhərinin sürətli inkişafı, sənaye müəssisələri,
onların filiallanmn, sexlərinin yaradılması, evdə işləyənlərin sayınm çoxal-
ması və başqa sahələrdə Azərbaycan hökumətinin gördüyü tədbirlər şəhərdə
əmək qabiliyyətli əhalinin məşğulluğunu daha səmərəli və tam təmin
etmişdir. Bunun nəticəsi idi ki, 1985-ci ildə Xankəndi şəhərində əhalinin
adambaşma pul gəlirləri 1113,5 manatdan çox olmuşdur ki, bu da bütövlükdə
ümumrespublika üzrə olan göstəricilərdən 97,8 manat, Naxçıvan MR-dəkin-
dən 170,4 manat çoxdur. Xankəndi şəhərinin inkişafı haqqında yuxarıdakı
qərəzsiz araşdırmalar və əsaslı faktlar minlərlədir. Yəqin ki, tariximizi saxta-
laşdırmağa çalışan erməni lobbisi yuxandakı tarixi faktları ya bilmirlər, ya da
bilərəkdən onu saxtalaşdırırlar.
Dünya siyasətçisi H.Ə.Əliyev çıxışlarmdan birində 1970—1985-ci illərdə
sənayenin inkişafına münasibətini belə ifadə etmişdi: «1970-1985-ci illərdə
Azərbaycanda sənaye dinamik inkişaf etmişdi. Bu illər ərzində 213 yeni iri
sənaye müəssisəsi istismara verilmiş, 250-dən çox iri zavod, fabrik və isteh-
salat sexləri tikilmiş, sənayedə əmək məhsuldarhğı 2,1 dəfə, məhsul istehsalı
3.3 dəfə, mənfəət 3,2 dəfə, sənaye-məhsuldar personalın fondlarla təchizatı
1.4 dəfə artmış, 451 adda məhsula dövlət keyfıyyət nişanx verilmişdir. Ölkə-
mizdə buraxılan sənaye məhsullarx dünyanın 65 ölkəsinə ixrac olunmuş və
xalqxmxzm maddi rifah halı xeyli yaxşılaşmışdır [26, s. 128].
XX əsrin 80-ci illərinin ortalarında SSRİ-nin ictimai-siyasi, iqtisadi və
mənəvi həyatxnda böhran yarandx. Bu dövrdə sovet ölkəsində maddi ehtiyat-
lar azalmış, istehsalın artım sürəti, məhsuldarhğı, səmərəliliyi aşağx düşmüş,
ETT ləngiməklə, infrastruktur zəifləmiş, təbii ehtiyatlar azalmış və bahalaş-
mışdı. Bu dövrdə kommunist ideologiyasma inam azalmış, müttəfiq respubli-
kalarda (o cümlədən Azərbaycanda) hüquqlarxn tapdalanması, sərvətlərin
talan olunmasma etiraz və xalqın milli özünüdərk prosesi güclənmişdi [34].
Sov. İKP MK ölkəni böhrandan çıxarmaq məqsədilə 1985-ci ilin aprelində
«sürətləndirmə konsepsiyası»nı, 1987-ci ilin yanvarında «aşkarlıq və demo-
kratiya» xəttini, 1988-ci ilin iyununda «Humanist, demokratik sosializm» şüa-
rım irəli sürdü [29]. Lakin mərkəzin «yenidənqurma» xətti imperiyanm daha
dərin böhrana saldı və onun süqutunu sürətləndirdi. Moskva SSRİ-nin dağıl-
ması prosesinin qarşısmı almaq üçün həmişə istifadə etdiyi «Parçala və hökm
et» siyasətindən yenə də istifadə etdi. Hakim dairələr münaqişələri, antitürk,
antislam siyasətini genişləndirdilər. Azərbaycanı və deməli, həm də Cənubi
Qafqazı əldə saxlamaq, eyni zamanda türk xalqları ilə Türkiyə arasmda körpü
olan Azərbaycam əldən verməmək üçün Azərbaycan dövləti SSRİ rəhbər-
liyinin əsas zərbə hədəfınə çevrildi. Azərbaycanm Dağlıq Qarabağ bölgə-
sində azərbaycanlılann soyqırımmı törətməklə Azərbaycanı parçalamağı,
zəiflətməyi və özündən asılı vəziyyətə salmağı, bununla da regionda ağalıq
etməyi qarşısına məqsəd qoyan rus şovinistləri erməni millətçilərindən yenə
də bir qaba silah kimi istifadə etdilər. 1988-ci ildə bədnam yenidənqurmanm
yaratdığı aşkarlıqdan sui-istifadə edən erməni millətçiləri, onların lobbisi
Azərbaycan xalqına qarşı kütləvi yalan və böhtan kampaniyasına başladılar.
Onlar Dağlıq Qarabağda vəziyyəti gərginləşdirmək, ictimai rəyi öz tərəflə-
rinə çəkmək üçün ənənəvi «əzabkeş» obrazı yaratdılar. Erməni millətçiləri
əsas diqqəti ona yönəltdilər ki, guya Azərbaycan rəhbərliyinin qərəzlı siya-
səti nəticəsində DQMV-nin iqtisadi inkişaf səviyyəsi bütün Azərbaycan üzrə
olduğundan xeyli aşağıdır. Guya bu fakt erməni əhalisinin narazılığma səbəb
olmuş, onlann səbir kasasım daşdınb hadisələrin detanatoru olmuşdur. SSRİ-də,
xariedə görkəmli iqtisadçılardan sayılan, M.Qorbaçovun iqtisadi məsələlər
üzrə müşaviri olan akademik Aqambekyanın irəli sürdüyü yalançı tezisləri,
erməni millətçilərinin əl-qolunu daha da açdı və onlarda Dağlıq Qarabağın
Azərbaycandan qopanlması inamını xeyli artırdı. Halbuki qərəzsiz elmi araş-
dırmalar nəticəsində məlum olur ki, erməni millətçilərinin ortaya atdıqları
sosial-iqtisadi gerilik konsepsiyası bəhanədən başqa bir şey deyildir.
DQMV respublikamızm inkişaf etmiş sənaye regionlanndan biridir. 1987-ci
ilin əwəllərində bölgədə sənaye istehsal fondlannın dəyəri 140,2 milyon
manat təşkil etmişdir. 1980-ci illə müqayisədə 1987-ci ildə sənaye istehsal
fondunun dəyəri 55,6 faiz artmxşdxr ki, bu isə ümumrespublika üzrə olan
göstəricilərdən 46,5 faiz çox demək idi [37, s.270]. 1987-ci ildə DQMV əha-
lisinin hər 10 min nəfərinə düşən sənaye məşğulluq göstəricisİnə görə yalnız
Bakı-Sumqayıt regionlanndan geri qalırdı. 1940-cı illə müqayisədə 1987-ci
ildə Dağlıq Qarabağda sənaye istehsalmın həcmi 25 dəfə artaraq 240 milyon
manata çatmışdır. Yeni obyektlərin istifadəyə verilməsi, müəssisələrin ava-
danlıq və xammalla təmin edilməsi nəticəsində sənaye istehsalımn yüksək
inkişaf sürəti təmin olunmuşdur. Apanlan tədqiqatlar nəticəsində məlum olur ki,
1970—1987-ci illər ərzində DQMV sənaye istehsalının inkişaf sürətinə görə
ümumrespublika səviyyəsini 3 dəfə ötüb keçmişdir. 1987-ci ilin dekabr mə-
lumatma görə DQMV-də adambaşma 1,4 min manatlıq sənaye məhsulu is-
tehsal olunmuşdur ki, bu da Bakı-Sumqayıt regionu istisna olmaqla Azərbay-
canm yerdə qalan bütün regionlarmdakı göstəricilərdən yüksəkdir [36, s.376].
Xankəndi Azərbaycamn müasir sənayeyə malik şəhərlərindən biri idi. Şə-
hərin sənaye kompleksinin əsasını elektrotexnika, ipəkçilik, maşınqayırma,
tikinti materialları sənayesi, toxuculuq, mebel, ayaqqabı, ət-süd sənayesi və
digərləri təşkil edirdi. 1986—
1988-ci illərdə Xankəndi şəhərində xalq istehlakı mal-
lan istehsalınm artırılmasma xüsusi diqqət yetirilmişdi. 1987-ci ildə Xankən-
di şəhəri ipək istehsalına görə respublikamızm ikinci mərkəzi idi. DQMV-də
yüngül sənaye məhsulunun 67 faizi və respublikamızın ipəkçilik sənayesinin
25 faizi Dağlıq Qarabağ ipək emalı sənayesinin payına düşürdü [28, s.60].
1986—1987-ci illərdə Xankəndi ipək emalı sənayesində inkişaf prosesi getsə
də, 1988-ci ildə erməni millətçilərinin bölgədə törətdikləri fıtnəkarlıq bu
sahəyə güclü zərbə vurdu. İlk növbədə xammal ehtiyatlan təxminən yarıba-
yan azaldı ki, bu da istehsalın aşağı düşməsinə çox böyük təsir etdi. Çox-
şaxəli istehsala malik Xankəndi ipək emalı sənayesində 1985—1988-ci illərdə
inkişaf prosesi aşağı düşdü. Belə ki, bəhs olunan dövrdə xam ipək istehsalı
117 tondan 50 tona, ipək sap istehsah 108 tondan 78 tona, ipək parça istehsah
16,5 mln. m2-dən 9 mln. m2-ə endi [37, s.273].
1986-1988-ci illərdə Xankəndi sənayesində artma, azalma və hətta isteh-
salın tamamilə dayandırılması hallan müşahidə edilmişdir. Məsələn, bəhs
edilən illərdə «alkoqolizmə qarşı mübarizə» pərdəsi altmda DQMV-də üzüm
sahələri 40 faiz azaldı. Eyni zamanda Dağlıq Qarabağda başlayan erməni se-
paratizmi üzüm bağlanna baxımsızlıq yaratmış, ağır zəhmət və külli miqdar-
da vəsait hesabına yaradılmış məhsuldar bağlar ləğv edilmişdi. Xammal çatış-
mazlığı nəticəsində 1985—1988-ci illərdə Xankəndində şərab emalı təxminən
9 dəfə azalmışdı. Ayaqqabı istehsalı isə 1986, 1987-ci illərdə öz əwəlki isteh-
sal həcmin saxlasa da, 1988-ci ildə təxminən 2 dəfə azalaraq 2 milyon 279 min
cüt ədədə düşmüşdü [37, s.271]. Məlum səbəblər ucbatmdan Xankəndində
elə sənaye sahələri vardır ki, 1988-ci ildən istehsalı tamamilə dayandırmışdır.
Belə ki, lüminessent lampalar üçün armatur-beton dirək istehsalı 1985-ci ildə
1 milyon 19 min ədəd, 1987-ci ildə 1 milyon 136 min ədəd istehsal olunmuş-
dursa, 1988-ci ildə həmin zavodda da istehsal şıfıra enmişdir [37, s.172].
1986-1988-ci illərdə Xankəndi şəhərində ərzaq məhsullan istehsal edən
sənaye müəssisələrinin istehsalında artım müşahidə edilmişdir. Məsələn,
pendir və yağlı bnnza istehsalı 1985-ci ildə 767 ton, 1986-cı ildə 909 ton isteh-
sal olunmuşdursa, 1988-ci ildə artaraq 944 tona çatmışdır. Mal-qara yağı
istehsalmda isə cüzi azalma halı olmuşdur. Belə ki, 1985-ci ildə Xankəndi
yağ zavodunda 946 ton yağ istehsal olunmuşdursa, 1988-ci ildə 929 tona
enmişdir. Bəhs etdiyimiz illərdə Xankəndində artan sənaye sahələrdən biri
də konyak istehsalı idi. Konyak istehsalı 1985-ci ildəki 44 min dekalitrə
qarşı, 1986-cı ildə 58 min dekalitrə, 1988-ci ildə isə 75 min dekalitrə qalx-
mışdır [36, s.377]. 1986—1988-ci illərdə Xankəndində yeyinti sənayesində
şəhər əhalisinin tələbatmı ödəməli olan köməkçi sahələr - süd, ət, çörəkbi-
şirmə, qənnadı və başqa sahələr üstünlük təşkil edirdi. 1988-ci ildə Xankəndi
şəhərində süd kombinatmda, respublikamızda quru süd zərdabı hazırlayan
yeganə sex işləyirdi.
Dekabr 1987-ci il məlumatma görə DQMV-i üzrə sənaye məhsulu isteh-
salı respublikanın ümumi məhsul istehsalınm 2,8 faizini, istehsal fondlannm
1,6 faizini, sənayedə çalışanlann 2,8 faizini təşkil etmişdir. İqtisadi rayonun
məhsul istehsalma kapital qoyuluşu artaraq hər adama düşən istehsal məhsul-
lannm həcmi 1987-ci ildə ümumrespublika üzrə 21 manata qarşı, Vilayətdə
29,5 manat olmuşdu. Son 20 il ərzində DQMV-də 30-dan çox sənaye müəs-
sisələri yaradılmış və il ərzində məhsul istehsalınm həcmi 3 dəfə artaraq
respublika səviyyəsini ötmüşdü [15, s.202].
Bəhs etdiyimiz dövrdə Dağlıq Qarabağda tikinti sənayesi yerli xammallar
hesabma inkişaf etdirilirdi. Respublikamızdakı üzlük daşın 15 faizini, tikinti
daşlannın 30 faizini, mişar daşlarmm 10 faizini, sənaye əhəmiyyətli gilin
10 faizini DQMV-i vermişdir [15, s.204].
DQMV-nin infrastrukturunda yüksək voltlu elektrik xətlərinin çəkilmə-
sində və bununla elektrik təchizatı sahəsində şəbəkələr yaradılması böyük
rol oynamışdır. 1986—1988-ci illərdə DQMV-də uzunluğu 110 kilometr olan
yüksək voltlu elektrik xətti çəkildi. Artıq 1988-ci ildə DQMV-i ərazisində
yüksək gərginlikli elektrik xətlərinin uzunluğu 1410 kilometrə çatmışdır
[2, s.30, i.6, v.27]. Azərbaycan hökumətinin dərin qayğısı nəticəsində
DQMV-i üçtərəfli elektrik enerjisi ilə təchiz edilmişdi. Respublikamızda üç-
tərəfli elektrik təchizatı yalnız DQMV-ə nəsib olmuşdu. 1986—1988-ci illər-
də Dağlıq Qarabağda elektrik eneıjisi istehsalı 2,4 dəfə artaraq 140,8 milyon
Nazim Məmmədov
kilovat saata çatmışdı [28, s.83]. Bəhs etdiyimiz dövrdəı respublikamızda
23,2 milyard kilovat saat, Naxçıvan MR-da 124,1 milyon kilovat saat elektrik
enerjisi istehsal olunurdu [36, s.377]. Adambaşma düşən elektrik enerjisinin
həcminə gəldikdə isə DQMV-i ümumrespublika səviyyəsində birinci yerdə
dayanmışdı. Vilayətdə adambaşına düşən elektrik eneıjisi ümumrespublika
səviyyəsindən 2,5 dəfə, Naxçıvan MR ilə müqayisədə isə təxminən 2 dəfə
çox olmuşdur. Əlbəttə, bu faktm özü tariximizi saxtalaşdıran erməni millətçi-
lərinə tutarlı cavabdır. Apardığımız tədqiqatlardan məlumdur ki, Dağlıq
Qarabağda sənaye müəssisələrinin əsas hissəsi Xankəndi şəhərində və ermə-
nilərin daha çox cəmləşdiyi digər ərazilərdə yerləşdirilmişdir. Dağlıq Qara-
bağm erməni rəhbərliyi «Sənaye müəssisələri və onlann fıliallannm yerləş-
dirilməsi səlahiyyətləri»ndən çox məharətlə istifadə edərək bölgənin qədim
sakinləri olan azərbaycanhlann yaşadığı qədim kəndlərdə sənaye infrastruk-
turu yaratmadı. Erməni rəhbərliyinin məqsədi süni surətdə azərbaycanhlar
yaşayan kəndlərdə işsizlik problemi yaratmaq və azərbaycanlılann bölgədən
uzaqlaşdınlmasma nail olmaq idi.
1988-ci ilin əwəllərində Azərbaycan SSR-in DQMV-i ərazisində, o cüm-
lədən Xankəndi şəhərində «antitürk mitinq», yürüş və nümayişlərin keçiril-
məsi, şəhərdə erməni fıtnəkarlığmm genişlənməsi, sənayedə çox ağır və
böhranlı vəziyyət yaratdı [33]. Xankəndi şəhərinin erməni rəhbərləri tərəfin-
dən buradakı sənaye müəssisələri əmlak mın äağıäılması, rüşvətxorluq və
korrupsiya əməllərinin getdikcə daha açıq şəkildə yer alması da iqtisadiyya-
tın geriləməsi prosesini gücləndirdi.
Xankəndi adı bu gün dünya gəmiçiliyində də tanınır. 2009-cu il dekabnn
24-də Türkiyənin məşhur «Palmalı» şirkətlər qrupunun sifarişi ilə «Xankən-
di» tankeri hazırlanaraq suya buraxıldı. 142-98 metr uzunluğu 21-7 metr eni,
yük tutumu 14 min ton olan gəmi dünya sularmda kımya sənayesi məhsulları
äaşımaq üçün nəzərdə tutulub.
Xankəndi Azərbaycamn Milli Qəhrəmanı Nizami Məmmədovun, Milli
Qəhrəman Şirin Mirzəyevin, Respublikanın Xalq artisti Fəxrəddin Mana-
fovun vətənidir. Qonşu Ermənistanın keçmiş başçısı Robert Koçaryan, indiki
Prezident Serj Sarkisyan və Rusiya Elmlər Akademiyasmın müxbir üzvü,
atom energetikası üzrə alim Armen Abaqyan da Xankəndi şəhərində doğul-
muşlar.
Dostları ilə paylaş: |