AZƏrbaycan milli elmlər akademiyasi a. A. Bakixanov adına tariX İnstitutu



Yüklə 299,73 Kb.
Pdf görüntüsü
səhifə4/15
tarix01.04.2017
ölçüsü299,73 Kb.
#13185
1   2   3   4   5   6   7   8   9   ...   15

II FƏSİL 
QARABAĞIN PARÇALANMASI, 
XANKƏNDİNİN ERMƏNİLƏŞDİRİLMƏSİ VƏ 
VİLAYƏT MƏRKƏZİNƏ ÇEVRİLMƏSİ PROSESİ
(1920-1923)
XIX 
yüzillikdə olduğu kimi XX yüzilliyin əwəllərində də Xankəndində 
ermənilərin sayı süni surətdə, məqsədli şəkildə xeyli artmışdı. Əraziyə köçü- 
rülən ermənilər hər cür vergi və mükəlləfiyyətlərdən azad edilir,  onlara külli 
miqdarda vəsait verilir, evlə, işlə təmin.olunur, azərbaycanlı bəylərə məxsus 
torpaqlarda məskunlaşırdılar. Təkcə bir faktı qeyd edək ki,  1.823-cü ildə Xan- 
kəndində  ermənilər ümumi əhalinin 8,4%-ni təşkil edirdilərsə,  1832-ci  ildə 
ermənilərin xüsusi, çəkisi 34,8%-ə qalxmışdı [2, i.186, v.4]. Apanlan araşdır- 
malardan məlum olur ki,  1813-cü ildə Xankəndində bir nəfər də olsun erməni 
yaşamırdı. Artıq 1813-cü ildə Xankəndində 80 erməni,  52 rus ailəsinin yaşa- 
dığı ev qeydə alınmışdı. Hətta burada kilsə də inşa edilmişdi [26, v. 21].  1917-ci 
ildə  Rusiya  imperiyasında  baş  verən  Oktyabr  inqilabmdan  sonra  Cənubi 
Qafqazda cərəyan edən mürəkkəb proseslər Xankəndindən də yan ötmədi.
Qeyd edək ki,  1918—1920-ci illərdə Azərbaycan Demokratik Cümhuriy- 
yəti  dövründə  Xankəndində  Azərbaycanm  hərbi  hissələri  yerləşdirilmişdi. 
Ermənistanm təcavüzü zamanx AXC-nin həyata keçirdiyi tədbirlər dövlətimi- 
zin  ərazi  bütövlüyünün  qorunub  saxlanmasma  şərait  yaratdı.  Lakin  1920-ci 
ilin maymdan Dağlıq Qarabağda,  o cümlədən Xankəndində rus qoşunları və 
erməni quldur dəstələri yerləşdirildi.
Ermənilərin  dünyanm  müxtəlif bölgələrindən  Qafqaza  köçürülməsi  ilə 
burada yaşayan xalqlann çətin və məşəqqətli  günləri başlamışdır.  Azərbay- 
canın qədim tarixə malik torpaqlarmı zaman-zaman, hissə-hissə qopanb «Er- 
məni Vilayəti» yaradan ermənilər təəssüflər olsun ki, bununla kifayətlənmə- 
dilər. Onlar dənizdən-dənizə «Böyük Ermənistan dövləti» yaratmäq niyyətinə 
düşdülər.  Erməni daşnaklarmm bu mənfur, bəd və  ədalətsiz niyyəti  1905-ci 
ildən başlamış  1914—1915-ci,  1918—1920-ci illərdə davam edərək Azərbay- 
canda sovet hakimiyyəti qurulduqdan sonra çox ciddi və kəskin şəkildə yeni- 
dən ortaya atılmışdır. Ermənilər açıq elan edirdilər ki,  «Qafqazda Gürcüstan 
və Azərbaycan ola bilməz,  burada ancaq təkcə Ermənistan qalmalıdır.  Qaf- 
qazın hamısı ya gərək Ermənistan ola,  ya da Ermənistana tabe kimi bir  şey 
(yəni müstəmləkə -  M.N.) olmalıdır [35, s.4].

Azərbaycanm tarixi torpaqlanm «mübahisəli ərazi»yə çevirən erməni daş- 
nakları Respublikamızda ağır milli problem yarada bilmişdilər.  Bir məsələni 
xüsusi qeyd etməliyik ki, bu problemin inkişafı və «həlli»ndə Azgrbaycanda, 
ilk  növbədə  özünün  hakim  millətçilik niyyətlərini  ardıcıl  güdəıi  Rusiyamn 
böyük rolu var idi.
Azərbaycanda  çox  mürəkkəb  və  gərgin  siyasi  ziddiyyətlər  şəraitində 
«Dağlıq Qarabağ məsələsi» gündəmə gətirilmişdi. Azərbaycan ərazisinə müx- 
təlif vaxtlarda köçürülmüş ermənilər ölkədəki milli azlıqlar arasında faiz eti- 
barilə  çoxluq təşkil  edirdilər.  Onlann böyük  əksəriyyəti  Dağlıq  Qarabağda 
yığcam  şəkildə  azərbaycanlılarla qonşuluqda yaşayırdılar.  Bir məsələni  xü- 
susi olaraq qeyd etmək lazımdır ki, Dağlıq Qarabağda yaşayan əməkçi erməni 
icması daşnaklann fitnəkar antiazərbaycan siyasətinə baxmayaraq, Qarabağm 
bölünməzliyinə qətiyyətlə tərəfdar çıxırdılar.
Bəhs  edilən dövrdə Dağlıq Qarabağı hərbi yolla Azərbaycandan qopanb 
Ermənistana birləşdirmək cəhdi boşa çıxdı. Lakin Azərbaycanda sovet rejimi 
yarandıqdan sonra Ermənistanm Azərbaycana qarşı əsassız ərazi iddialan və 
Dağlıq Qarabağı Azərbaycandan ayınb Ermənistana birləşdirmək cəhdləri ye- 
nidən baş qaldırdı.  Bunun üçün erməni daşnaklan siyasi, diplomatik və hətta 
hərbi yolla öz mənfur niyyətiərinə çatmaq istəyirdilər.  1920-ci illərdə «müba- 
hisəli ərazi» kimi Dağlıq Qarabağ məsələsi çox ciddi və kəskin xarakter aldı.
Güclü dəstək alan və silahlanan general Dronun başçılığı altmda erməni 
daşnaklan  1920-ci  ilin  aprelində  Qarabağda onlarla azərbaycanlılar yaşayan 
kəndləri məhv etmiş, yerli dinc əhalini güllələmişdir.
Həmin vaxt erməni vandallan tərəfindən Şuşa, Qaryagin, Cavanşir, Zən- 
gəzur  qəzalannda  150-yə  yaxm müsəlman kəndi  dağıdılmış  və  qarət  olun- 
muş, külli miqdarda qaçqın arasıkəsilmədən Ağdama və başqa rayonlara get- 
mişdilər [10].  Vəziyyətin çətin olduğunu görən Azərbaycan İnqilab Komitə- 
sinin sədri N.Nərimanov Çeçerinə və Orconikidzeyə Azərbaycanm Qarabağ 
'və  Zəngəzur  bölgələrində  ermənilərin  törətdikləri  cinayətləri  açıqlamış  və 
əgər  xalqımıza  qarşı  törədilən  faciələr  bu  cür  davam  edərsə,  Azərbaycan 
Respublikasmm Ermənistan hökuməti ilə müharibə vəziyyətində  sayılacağı 
bildirilmişdir. Vəziyyətin çətin olduğunu görən Mərkəz 1920-ci il mayın 1-də 
Orconikidze,  Kirov və Levondovskinin imzalan ilə Ermənistan hökumətinə 
Azərbaycan ərazilərindən qoşunlarımn  çıxanlması radioqramı  göndərmişdir 
[11]. Buna cavab olaraq Ermənistan Xarici İşlər Nazirliyi 1920-ci il mayın 3-də 
Leninə  və  Çeçerinə  teleqram  göndərərək  Dağlıq  Qarabağda  baş  vermiş  bu 
irimiqyaslı hərbi münaqişə üçün təqsiri artıq devrilmiş Azərbaycan Cümhu- 
riyyəti hökumətinin boynuna atmağa çalışdı. Guya Ermənistan yox, Azərbaycan
hökuməti Dağlıq Qarabağ erməniləri ilə  1919-cu il avqustun  15-də bağlanan 
müvəqqəti  sazişi pozublar [300,  s.230].  Lakin bu iddianm  heç  bir əsası  yox 
idi.  Məhz  Ermənistan  Dağlıq  Qarabağı  Azərbaycandan  iddia  etməklə 
məsələni hərbi yolla həll etməyə girişmiş və qanlı faciəyə bais olmuşdur.
1920-ci il maym 9-da Bakıda yaşayan qarabağlı və zəngəzurlu azərbaycan- 
lılann və  ermənilərin həmrəylik  mitinqi  keçirildi.  Mitinqdə  mübahisəli  ərazi 
məsələlərinin dinc yolla, qan axıdılmadan nizamlanması qərara almdı [30, s.184].
1920-ci il iyunun əvvəllərində N.Nərimanov Moskvaya göndərdiyi məlu- 
matda bildirmişdir;  «Qarabağ  və  Zəngəzur  Sovet Azərbaycamnm  tərkibinə 
daxil olmuşdur. Qəti bildiririk ki, bu yerlər mübahisəsiz olaraq Azərbaycanın 
tərkibində olmalıdır» [12].
1920-ci  il  iyulun  10-da AK(b)P  MK bürosu XI  Qırmızı  Ordunun  siyasi 
şöbəsinin  nümayəndələrinin  və  RSFSR-in  Ermənistandakı  nümayəndəsi
B.V.Lerqanm iştirakı ilə Qarabağ Partiya Təşkilatının FK-nin rəhbəri A.N.Ka- 
rakozovun  məruzəsi  dinlənildi.  O  çıxışında  göstərdi  ki,  ingilislər  regionda 
ikili  siyasət  yeridirlər...  Qarabağ  kommunistləri  «Qarabağın  Azərbaycana 
birləşdirilməsini» zəruri  sayır.  Qarabağın ermənilər yaşayan kəndləri Ermə- 
nistanın  tərkibinə  daxil  olmaq  istəmirlər.  Hazırda  müsəlman  və  erməni 
hissələrinin birləşməsi prosesi baş verir [13].
1920-ci il iyulun  10-da Azərbaycan inqilab komitəsinin sədri N.Nərima- 
nov,  RK(b)P  Qafqaz  bürosunun  üzvü  B.Midvani,  AK(b)P  MK  üzvləri 
A.İ.Mikoyan,  V.Naneyşvili,  XI  Ordunun  HİŞ-nin  üzvləri  Vesnik,  Levon- 
dovski, Mixayılovun iştirakı ilə RK(b)P MK-ya müraciət göndərdilər. Müra- 
ciətdə göstərilirdi: «Zəngəzur və Qarabağ» məsələsi barəsində vahid rəyimizi 
biz MK-ya  çatdırmağı  özümüzə  borc  bilirik.  Bu  məsələnin  həlli  Ermənis- 
tanla  danışıqlarda  aralıq  məsələ  kimi  nəzərdə  tutulur  və  bu  hal  Qafqazda 
inqilabm mənafeyinə ziddir...  Əgər erməni və gürcüləri məzluma çevirmək 
istəmiriksə,  Qarabağ,  Zəngəzur  məsələsində  Mərkəzi  tərəddüd  etməkdən 
çəkindirməliyik.  Qarabağla Zəngəzur Azərbaycana birləşdirilməlidir» [15].
1920-ci il iyulun  15-də AK(b)P MK N.N.Nərimanovun,  Q.X.Orcanigid- 
zenin, Y.D.Stasovanm, M.D.Hüseynovun, D.X.Bünyadzadənin, A.İ.Mikoya- 
nm,  XI  Ordunun  hərbi-inqilab  şurası  nümayəndələrinin  və  B.V.Leqranm 
iştirakı ilə Ermənistanla sülh haqqmda məsələni müzakirə edərək qərara aldı 
ki, «Qarabağ və Zəngəzur Azərbaycana birləşdirilməlidir» [14].
1920-ci il iyulun  19-da RSFSR xarici işlər komissarı G.V.Çiçerin Ermə- 
nistanm  xarici  işlər  nazirinə  xüsusi  teleqram  göndərdi  ki,  «Ermənistan  ilə 
Azərbaycan  arasında  «mübahisəli  ərazilər»  Rusiya  tərəfmdən  tutulubdur». 
«Dinc  dostluq münasibətləri  haqqmda  müqavilə»  bağlamaq  üçün  B.V.Leq-

ram  Yerevana göndərirəm»  [7].  Əlbəttə,  B.V.Leqra Moskvanın inandığı  və 
ermənilərin ümid bağladığı şəxs idi.
1920-ci ilin iyulunda ermənilər Qarabağda «sifarişli» daşnak' qiyamı qal- 
dırdılar. Məqsəd Qarabağı Ermənistana birləşdirmək idi. Həmin vaxt erməni 
quldurlan  azərbaycanlılar yaşayan bir neçə  kəndi,  o  ciimlədən Xankəndini, 
Quşçuları, Malıbəylini, Xocalmı və başqa kəndləri dağıtmış, yerli sakinlərin 
bir hissəsini qətlə yetirmiş, kəndləri qarət etmişdilər.
1920-ci  il  iyulun 20-də,  Qarabağ ermənilərinin XI qurultaymda bir qrup 
erməni  Qarabağm  Dağlıq  hissəsinin  Ermənistana  birləşdirilməsi  haqqında 
qərar çıxardı. Lakin bu qərar Qarabağ əhalisinin böyük əksəriyyətinin iradə- 
sini ifadə etmədiyindən qəbul edilmədi.  Hətta həmin ilin 26 iyulunda Qara- 
bağm mərkəzi  olan Şuşa şəhərində  əhali  arasında keçirilən rəy sorğusu za- 
mam Qarabağ əhalisinin hər iki millətə mənsub olanlann hamısı Azərbaycanın 
tərkibində qalmaq arzulanm qəti şəkildə bildirmişdilər [4].
1920-ci il avqustun 10-da Yerevanda RSFSR ilə Ermənistan daşnak hökuməti 
arasmda müqavilə bağlandı.  Həmin müqaviləyə görə  Sovet Rusiyası Ennə- 
nistamn  istiqlaliyyətini və müstəqilliyini tanıdı.  Həmçinin Qarabağ,  Zənge- 
zur, Naxçıvan «mübahisəli vilayətlər» elan olundu. Göstərildi ki, həmin əra- 
zilər Rusiya tərəfindən tuttılduğu üçün Ermənistan Respublikası və Azərbaycan 
SSR-in həmin ərazilərin hüquqlan haqqında məsələyə baxa bilməzlər [15].
1920-ci  ilin  avqustun  15-də  Sovet  Rusiyanım  təzyiqi  ilə  Azərbaycanla 
Ermənistan  arasmda yenidən  saziş  bağlandı,  erməni  basqınlanna  son  qoyu- 
lacağı barədə razılıq əldə edildi. Sazişə görə Dağlıq Qarabağa, Zəngəzura və 
Naxçıvan ərazisinə «nəzarət» etmək üçün bu yerlərə rus qoşunlan yeridildi. 
Lakin bu sazişin də ömrü uzun çəkmədi. Belə ki, Daşnak hökumətinin başçısı 
Oqançanyamn bilavasitə göstərişi ilə avqustun  19-da erməni silahlı dəstələri 
Bazarçayı  deyilən  ərazidən Naxçıvan üzərinə basqm etdilər.  Erməni  silahlı 
qüwələrinin  güclü  basqmlarma  məruz  qalan  70  min  nəfər  silahsız  azər- 
baycanlılar İrana qaçmağa məcbur oldular. Daşnak quldur dəstələri Zəngəzur 
bölgəsində  8  kəndi,  Dərələyəzdə 74 kəndi,  Şərurda isə  76 kəndi dağıtmış və 
yandırmışdılar.  Qatı  şovinist Sərkiz Mikoyamn başçılığı  altında erməni  qul- 
dur dəsteləri Qarabağm azərbaycanh kəndlərinə soxulmuş, mal-qara, paltar- 
palazla bərabər, qızıl, gümüş və başqa qiymətli əşyalar qarət etmişdilər.
Beləliklə, XX yüzilliyin əwəllərində Azərbaycanm Dağlıq Qarabağ böl- 
gəsi müxtəlif partiyalann və siyasi qüwələrin mübarizə meydanına çevrildi. 
Yuxanda qeyd etdiyimiz kimi Qarabağın dinc,  əməkçi erməni əhalisi Azər- 
baycanda qalmağa daha çox üstünlük verirdi, nəinki heç bir təsərrüfat iqtisadi 
əlaqələri olmayan Ermənistana birləşmək.
1920-ci il noyabnn 29-da Ermənistanda «inqilab» baş verdi. Həmin il noyab- 
nn 30-da AK(b)P MK Təşkilat bürosu və Siyasi büronun birgə iclası keçirildi. 
İclasda  Ermənistanda  Sovet  hakimiyyəti  elan  olunması  Ermənistan  inqilab 
Komitəsinin  teleqramı  nəzərdən  keçirilmiş  və  sovet  Ermənistanma  «Bəyan- 
namə» ilə müraciət etmək qərara alınmışdı.  Qərarda göstərilirdi:  a) Sovet Azər- 
baycanı ilə Sovet Ermənistanı arasmda heç bir sərhəd mövcud deyildir; b) Qa- 
rabağın dağiıq hissəsinə öz müqəddəratını təyin etmək hüququ verilir; c) Sovet 
Azərbaycanım Sovet Ermənistanı ilə sıx hərbi və təsərrüfat ittifaqı bağlayır» [33].
Çox təəssüflər olsun ki,  «qərar»ın birinci bəndinə xüsusi don geyindirə- 
rək «mübahisəli ərazilərin» Ermənistana verilməsi kimi qiymətləndirmişlər. 
Lakin Azərbaycan hökuməti həmin bəndi «ictimai quruluşu eyni olan dövlət- 
lərin sərhədlərinin biri-birinin üzünə açıq olması» baxımından vurğulamışdır. 
«Bəyannamə»nin  müzakirəsində  N.Nərimanovla  birlikdə  Q.Kaminski  və 
Q.K.Orcanigidze də iştirak etmişlər. «Bəyənnamə» Azərbaycan hökumətinin 
başçısı N.Nərimänov tərəfmdən  1920-ci il dekabnn  1-də Bakı Sovetinin tən- 
tənəli iclasında elan edilmişdir [33]. Orconikidze «Bəyannamə»ni A.M.Naza- 
retsyana göndərmiş və Ermənistanda da müzakirə etməyi tövsiyə etmişdir [29].
Zaqafqaziyada Sovet hakimiyyəti  qurulduqdan sonra 3  sovet respublika- 
sının ərazi məsələləri ilə yaxmdan məşğul olmaq mümkün oldu. Lakin 1921-ci 
ilin əwəllərində Qarabağın dağlıq hissəsində hələ də vəziyyət gərgin olaraq 
qalırdı. Nijde, Ruben kimi cəlladlar Qarabağda günahsız azərbaycanlılann qa- 
nını axıdaraq çox ciddi qarşıdurma yaratmışdılar. N.Nərimanov AK(b)P MK-nm
1921-ci il 5 fevral tarixli iclasmda qeyd edirdi ki,  1200 kommunist onlara ve- 
rilmiş tüfəng və patronlarmı da götürüb daşnaklann tərəfınə keçmiş və inqi- 
lab komitələri ləğv edilmişdir [2].  Daşnak erməniləri zəhmətkeşlər arasında 
qırğmlar törətmişlər.  N.Nərimanov Azərbaycan İnqilab  Komitəsinin 7  mart
1921-ci il plenumunda «Qarabağ məsələsi»ni həll etmək üçün belə bir təklif 
irəli sürür: Azərbaycanla Ermənistan şəhərlərində cəbhə ləğv edilsin, silahlı 
qarşıdurma dayandınlsm, hərbi Komissarlıq bu sahədə təcili tədbirlər görsün [9].
1921-ci  ilin  maymda  RK(b)P  MK-nm  Qafqaz bürosu  Zaqafqaziya  Respub- 
likalan  arasmda  sərhədləri  müəyyənləşdirmək üçün  S.M.Kirovun  sədirliyi 
ilə Azərbaycan, Gürcüstan və Ermənistanm nümayəndələrindən ibarət komis- 
siya  yaratmağı  qərara  aldı.  Belə  bir  şəraitdə  Dağlıq  Qarabağa  sahib  olmaq 
uğrunda Ermənistan yeni genişmiqyaslı mübarizəyə başladı.
1921-ci il iyunun 3-də RK(b) P MK Qafqaz bürosunun plenumu keçirildi. 
Plenumda  daşnak  qruplaşmasınm  tezliklə  ləğv  olması  və  saxta  «dəlillər»ə 
əsaslanaraq Ermənistan  hökumətinə  tapşırdı ki,  öz bəyannaməsində  Dağlıq 
Qarabağm Ermənistana məxsus olduğunu göstərsin [18]. Əlbəttə, Qafqaz bü-

rosunun yuxandakı «qəran» siyasi oyun olmaqla qərar qəbul edənlərin qey- 
ri-ciddilik əlamətlərini göstərirdi. Ermənistan SSR hökuməti XKS-nin  sədri 
A.Myasnikov və XKS-nin bütün üzvləri  1921-ci il iyunun  19-da bəyannamə 
imzaladılar.  Həmin bəyannaməyə görə  «Dağlıq Qarabağ Ermənistana yeni- 
dən  birləşdirildi».  Bununla  əlaqədar dekret  çap  olundu.  Dekretdə  deyilirdi: 
«Azərbaycan SSR İnqilab Komitəsinin bəyanatı, Ermənistan və Azərbaycan 
SSR hökumətlərinin sazişi əsasında elan edilir ki, bu gündən etibarən Dağlıq 
Qarabağ Sovet Ermənistanmm aynlmaz hissəsidir» [3].
1920-ci il iyunun 20-də Ermənistan hökuməti A.Maravyam Ermənistanm 
Dağlıq Qarabağda fövqəladə müvəkkili təyin etdi.
Ermənistan hökumətinin yuxarıda adı gedən «dekreti» («yenidən» birləş- 
mə və Azərbaycan hökuməti ilə «razılaşma») yalan və uydurmadan başqa bir 
şey deyildir. Çünki bütün tarix boyu, bir gün də olsun Dağlıq Qarabağ Ermə- 
nistanm  tərkibində  olmamış  və  həmin  ərazinin  Ermənistana  verilməsinə 
Azərbaycan  hökuməti  heç  vaxt  razılaşmamışdır.  N.Nərimanov  Ermənistan 
hökumətinin qərəzli «dekreti»nə öz etirazım bildirmiş və bu barədə Tiflisdə 
olan Xarici İşlər Komissarı M.D.Hüseynova bəzi tapşınqlar vermişdir.
1921-ci  il iyunun 25-27-də  Tiflisdə  «Mübahisəli ərazi» məsələləri üzrə 
komissiyanm  iclası  keçirilir.  İclasda  Eımənistan  nümayəndəsi  Bekzadyan 
bildirdi  ki,  «Zaqafqaziyamn  inzibati  bölgüsü  ədalətsiz  aparılmışdır.  Əgər 
dostcasına  yaşamaq  istəyiriksə  erməni  əhalisinin  yığcam  şəkildə  yaşadığı 
ərazilər Ermənistana güzəşt edilməlidir».  O, eyni zamanda bildirdi ki,  Stalin 
Moskvada  onunla  və Myasnikovla  söhbət zamanı  «bu fikrə tamamilə  şərik 
çıxmışdır» [16]. Azərbaycan və Gürcüstan nümayəndələri, əksinə, hər hansı 
ərazi güzəştlərinin yolverilməzliyini bildirdilər. Komissiyanm sədri S.M.Ki- 
rov da onlan dəstəklədi. İclasda müzakirə olunan məsələ həll edilməmiş qal- 
dı və PK(b)R MK-nın Qafqaz bürosunun müzakirəsinə verildi.
1921-ci il iyunun 25-də A.Maravyan Qarabağa getmək üçün Tiflisə yola 
düşdü.  Bu zaman N.Nərimanov Ə.H.Qarayev vasitəsilə A.Maravyanı müəy- 
yən məsələlərə  aydınlıq  gətirmək üçün  Bakıya  dəvət  etdi.  A.Maravyan  bu 
dəvətə məhəl qoymadı və qasid vasitəsilə Q.K.Orcanigidzeyə məktub gön- 
dərdi ki, «Dağlıq Qarabağ məsələsinin həllini sürətləndirsin».
1921-ci il iyunun 26-da Q.K.Orcanigidze və S.M.Kirov Tiflisdən N.Nəri- 
manova  təcili  teleqram  göndərərək  «Qarabağ  haqqında  məsələ»ni  dərhal 
AK(b)P  siyasi  bürosunda və Azərbaycan  SSR XKS-də baxmağı xahiş  etdi- 
lər.  Onlar həm də belə bir prinsip irəli sürdülər ki,  «məsələ müzakirə edilə- 
rək heç  bir erməni  kəndi Azərbaycana birləşdirilməməli və  heç  bir müsəl- 
man kəndi Ermənistana birləşdirilə bilməz» [4].
1921-ci il iyunun 27-də N.Nərimanovun Q.K.Orcanigidze və A.F.Myas- 
nikova ünvanladığı  teleqram  nəzərə  ahnaraq  A.Maravyan  Qarabağdan  geri 
çağınldı [32,  s.230].
AK(b)P  MK-nm  Siyasi  və  Təşkilat  büroları  1921-ci  il  iyunun  27-dəki 
birgə  iclasmda  «Qarabağ  məsələsi»ni  müzakirə  etdi.  İclasda  N.Nərimanov 
başda olmaqla milliyyətcə azərbaycanlı olan büro üzvləri birləşərək yekdil- 
liklə  obyektiv  qərar -   Ermənistanm,  Qarabağın yuxarı  hissəsinə  iddialanm 
rədd etmək qəranm çıxardılar [6].
1921-ci  il  iyunun  27-də  RK(b)P  MK-nm  Qafqaz  bürosunun  plenumu 
keçirildi.  Plenumda  M.D.Hüseynovun  məlumatlan  dinlənildi.  Plenum  belə 
qərar  qəbul  etdi  ki,  «respublikalann  sərhədlərini  müəyyənləşdirmək  üçün 
PK(b)P  MK  Qafqaz  bürosunun  təcili  plenumu  çağınlsm;  N.Nərimanov  və 
M.Myasnikov dərhal Tiflisə yola düşsünlər».

iyun 1921-ci ilRK(b)P-nin Qafqaz bürosunun plenumunda Qarabağ mə- 
sələsinə yenidən bäxıldı. Həmin plenumda N.Nərimanov, F.Maxaradze, S.Orco- 
nikidze, S.M.Kirov, A.F.Myasnikov, M.Orxolaşvili, V.Nazaretyan, Fiqner, Sta- 
linin katibi Breytman və Gürcüstan KP MK-nm üç üzvü iştirak edirdi. Moskvanm 
himayəsi  nəticəsində  «Qarabağ  məsələsi»  Ermənistanın  xeyrinə  həll  edildi. 
Belə ki, N.Nərimanovun etirazına baxmayaraq, plenum «Dağlıq Qarabağı Ermə- 
nistan SSR-ə daxil etdi»  [32]. Belə bir ədalətsiz qərarla razılaşmayan N.Nəri- 
manov bəyanatla  çıxış  edib bildirdi ki,  «Qarabağ məsələsi  Azərbaycan üçün 
böyük əhəmiyyət kəsb etdiyindən, onun haqqmda daha obyektiv qərar çıxarmaq 
üçün həmin məsələnin RK(b)P MK-da keçirilməsini zəruri hesab edirəm» [7].
Nərimanovun  ciddi  müqaviməti  və  prinsipial  qəti  mövqeyi  nəticəsində
1921-ci il iyulun 5-də RK(b)P MK-nm Qafqaz bürosunda «Qarabağ məsələ- 
si»nə yenidən baxıldı. Həmin plenumda Stalin və Azərbaycan xarici işlər ko- 
missan Hüseynov da iştirak edirdilər. Plenumda qəbul edilmiş qərarda göstə- 
rilirdi ki,  «azərbaycanlılar və  ermənilər arasmda milli banşığın zəruriliyini, 
Qarabağın  yuxarı  və  aşağı  hissələri  arasındä  iqtisadi  əlaqələri,  onun  daim 
Azərbaycanla  bağlı  olduğunu  nəzərə  alaraq,  Dağlıq  Qarabağ  Azərbaycan 
SSR-in tərkibində saxlamlsm, inzibati mərkəz muxtar vilayətə daxil olan Şuşa 
şəhəri olmaqla,  ona geniş vilayət muxtariyyatı verilsin» [6]. AK(b)P MK-ya 
tapşırıldı  ki,  «muxtar  vilayətin  sərhədlərini  müəyyənləşdirsin  və  təsdiq 
olunmaq üçün RK(b)P MK-nm Qafqaz bürosuna təqdim etsin». Muxtar vila- 
yətin yaranması qərarı da Azərbaycan ictimaiyyəti tərəfindən razılıqla qarşı- 
lanmadı.  Ona  görə  də  Azərbaycan  MİK  rəyasət  heyətinin  19  iyul  1921-ci 
ildə  keçirilən  iclasında  «Dağlıq  Qarabağa  daxili  özünüidarə  hüququ  veril- 
məklə Azərbaycamn tərkibində saxlamlmasmı zəruri hesab etdi» [1].

AK(b)P rəhbər işçilərindən Ə.Qarayev və L.Mirzoyan vəziyyəti  öyrən- 
mək üçün Qarabağa göndərildi. L.Mirzoyan Bakıya qayıdarkən Ə.Qarayevlə 
razılaşdınlmış məruzə gətirdi. Həmin məruzədə deyilirdi: «Hiss olunurdu ki, 
kənddə  Qarabağ  məsələsi  mövcud  deyildi.  Yalnız  düzgün  həll  olunmayan 
tam bir sıra praktik məsələlər vardır. Mənim dərin əqidəm belədir ki, həmin 
xırda narazılıqlar bir tərəfdən bizim yuxan partiya və sovet rəhbər dairələri- 
miz tərəfındən, digər tərəfdən bir sıra millətçi əhvali-ruhiyyəli ziyalı erməni- 
lər  tərəfindən  yaradılmışdır  və  yaradılmaqdadır...  Xalis  şəkildə  Qarabağ 
məsələsi yoxdur.  Erməni kəndlisi deyir ki, o Bakı ilə Ağdamla sıx əlaqəsiz 
yaşaya bilməz. Ona yalnız düzənlik hissəyə gedən yolu təhlükəsiz etmək və 
mədəni cəhətdən inkişaf etməyə imkan vermək lazımdır. Azərbaycanm tabe- 
çiliyində  Dağlıq  Qarabağ  Muxtar  Vilayətinin  yaradılması  əhalinin  çox 
əksəriyyətinin fikridir» [17].
1921-ci il avqustun 1-də Şuşada keçirilən fövqəladə Sovetlər qurultayında 
Azərbaycan SSR tərkibində muxtar vilayətin yaradılması məsələsi müzakirə 
olunub qərann düzgün olması qeyd edildi [22]. Lakin Dağlıq Qarabağ Muxtar 
Vilayətinin  (DQMV)  yaradılması  haqqında  qərar Azərbaycanın heç  də  hər 
yerində  və  ictimaiyyətin nümayəndələrinin hamısı tərəfindən razılıqla,  bir- 
mənalı  qarşılanmadı.  Odur  ki,  1921-ci  il  avqustun  8-də  AK(b)P  MK-nın 
siyasi  və  təşkilat  bürosu  «Qarabağda  vəziyyət  haqqında»  L.İ.Mirzoyan  və 
Ə.H.Qarayevin məruzələrini dinləyərək Şuşa qəza partiya Komitəsinin yeni 
tərkibini, habelə Ə.H.Qarayevi Qarabağ üzrə fövqəladə müvəkkil təsdiq etdi.
AK(b)P MK-nın Siyasi və Təşkilat bürosu 26 sentyabr 1921-ci il iclasmda 
Qarabağ məsələsi müzakirə edilərkən belə bir qərar qəbul olundu:  «Qafqaz 
bürosundan xahiş olunsun ki, Dağlıq Qarabağın muxtariyyat vahidə ayrılması 
haqqında öz qəranna yenidən baxsın, buna qədər muxtariyyat elan etməməli» [7].
Qarabağ məsələsinə dair yeni materiallan cəlb etməklə məsələni bundan 
sonra da öyrənmək üçün Ə.H.Qarayev, S.M.Əfəndiyev və D.X.Bünyadzadədən 
ibarət xüsusi komissiya yaratmaq qərara alındı.  Komissiya dərhal Qarabağa 
yola düşməklə oradakı partiya və sovet işçilərinə rəhbərlik etməli idi.
1922-ci il oktyabnn 30-da Azərbaycan K(b)P MK Rəyasət Heyəti Qara- 
bağa  Muxtariyyat  verilməsi  üzrə Ağamalıoğlu,  Karakazov  və  Siviridovdan 
ibarət komissiya yaratdı.  Eyni  zamanda Azərbaycan XKS  nəzdində  Dağlıq 
Qarabağ işləri üzrə xüsusi komitə təşkil etdi [19].
1922-ci  ilin  noyabnnda  AK(b)P  Bakı  Komitəsinin  Plenumu  keçirildi. 
Plenumda Dağlıq  Qarabağın muxtariyyat məsələsi müzakirə  edildi.  Plenum 
AK(b)P Rəyasət Heyətinə tapşırdı ki, Dağlıq Qarabağın Muxtariyyat haqqmda 
məsələnin işlənib hazırlanmasma dair komissiyamn qəti tərkibini təsdiq etsin.
1922-ci  il  dekabnn  5-də  RK(b)P  Zaqafqaziya  Ölkə  Komitəsində  (ZÖK) 
Dağlıq Qarabağ haqqmda məsələ müzakirə edildi [44, s.85, i.249, v.418]. Qərara 
almdı ki, Dağlıq Qarabağ məsələsi ilə bağlı ZÖK-nin sədri, 7 üzvü və Şuşa, Ca- 
vanşir,  Cəbrayıl qəzalarmdan 3 nəfər daxil olmaqla Dağlıq Qarabağ işləri üzrə 
Mərkəzi Komissiya yaradılsm. Həmin qərara uyğun olaraq  1922-ci il dekabnn 
15-də AK(b)P MK-nm Rəyasət Heyəti  S.M.Kirov başda olmaqla Azərbaycan 
SSR XKS yarunda Dağlıq Qarabağ işləri üzrə Mərkəzi Komissiyanm və A.Ka- 
rakozovun sədirliyi ilə Dağlıq Qarabağ işləri üzrə komitənin tərkibini təsdiq etdi. 
Komissiyaya Şuşa, Cəbrayıl, Cavanşir qəzalan icraiyyə komitələrinin sədrləri də 
daxil idilər. Komitə həm də torpaq, təhsil və səhiyyə işlərinə rəhbərlik edirdi [28].
1922-ci il dekabnn 17-də AK(b)P MK-mn Rəyasət Heyəti və XKS «Dağlıq 
Qarabağ haqqmda Azərbaycan MİK və XKS-nin layihəsi»ni təsdiq etdilər [21]. 
Dağhq Qarabağ işləri üzrə komissiya Karakozovun sədrliyi ilə yerlərdə vəziyyəti 
hərtərəfli öyrəndikdəh sonra Qarabağ məsələsinin həlli layihəsini təsdiq etdi.
AK(b)P  MK-nın  Rəyasət  Heyəti  Kirovun  sədrliyi  ilə  təqdim  olunmuş 
sənədləri nəzərdən keçirərək 20 iyun  1923-cü ildə qərara aldı ki,  Qarabağın 
bir inzibati vahid şəkildə aynlması zəruridir» [22].
1923-cü  il  iyunun  30-da  RK(b)P  ZÖK-nin  plenumunda  Dağlıq  Qarabağ 
işləri  üzrə  komissiyamn  rəyi  əsasında  Qarabağ  məsələsi  yenidən  müzakirə 
olundu və Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) aynlması haqqmda qərar 
qəbul edıldi. Azərbaycan K(b)P MK Rəyasət Heyətinin 1 iyul 1923-cü il qəran 
bunu təsdiq etdi [22].  DQMV-nin yaradılması haqqmda Azərbaycan MİK-nin 
7 iyul dekreti verildi. Dekretdə Vilayətin mərkəzi Xankəndi göstərilirdi [23].
Ermənistan hökuməti Dağlıq Qarabağın ali hakimiyyət orqanlannda möh- 
kəmlənmək üçün Dağlıq Qarabağda «kadr çatışmamazlığı»m bəhanə edərək
1923-cü il yanvann 22-də S.Kirovun və A.Karakozovun məktubu ilə Ermə- 
nistandan  milliyyətcə  erməni  olan  6  nəfər  rəhbər  işçini  həmin  bölgəyə 
göndərdi. Bu «proses» sonrakı dövrlərdə də davam etdirildi.
DQMV-nin yaradılması haqqmda layihə hazır olsa da məsələnin qəti həlli 
xeyli uzandı. Çünki Azərbaycan dövləti daxilində belə bir üzdəniraq qurumun 
yaradılması Azərbaycan rəhbərliyini, ilk növbədə N.Nərimanovu qane etmirdi. 
Onlar başa düşürdülər ki, bu qondarma qurum Azərbaycan üçün gələcəkdə bö- 
yük fəlakətlər gətirəcəkdir. Eyni zamanda partiya və sovet orqanlan məsələni 
dəfələrlə müzakirə edir və cürbəcür təkliflər irəli sürürdülər. Məsələn,  1923-cü 
ilin maymda Karakozov başda olmaqla 4 erməninin iştirak etdiyi Qarabağ Ko- 
mitəsi tam öz mənafelərinə uyğun belə bir layihə hazırladılar: «Qarabağ 2 his- 
səyə bölünsün:  a)  Şuşa  şəhəri  mərkəz  olmaqla,  Kürdüstan da  daxil  olmaqla 
Dağlıq Qarabağ; b) mərkəzi Ağdam ohnaqla Düzən Qarabağ» [23].

Nazim Məmmədov
1923-cü il iyulun  1-də AK(b)P MK-nm Rəyasət Heyəti Qarabağa Mux- 
tariyyat barədə dekret verməyi qərarlaşdırdı [24]. Həmin il iyunun 20-də isə 
Mərkəzi  Komissiyanın  təqdim  etdiyi  layihəni  nəzərdən  keçirən  Rəyasət 
Heyəti  Dağlıq  Qarabağı  inzibati  vahid  kimi  yaratmağı  qərara  aldı.  Lakin 
Ə.H.Qarayevə  tapşınldı ki,  yaradılmış komissiya vasitəsilə məsələni  ətraflı 
öyrənib təqdim etsin [12].
1923-cü  il  iyunun  27-də  RK(b)P  ZÖK-nin  plenumunda  «Dağlıq  Qarabağ 
məsələsi»  ilə  əlaqədar  Qarabağ  Komitəsinin  məruzəsi  dinlənildi.  Plenumda 
«DQMV-nin yaradılması haqqında» rəy təsdiq olundu [25]. RK(b)P MK Rəyasət 
Heyətinin 1  iyul  1923-cü il qəran da bunu təsdiq etmişdir. Qərarda göstərirdi ki, 
«AMİK-ə təklif olunsun ki, Dağlıq Qarabağa muxtariyyat verilməsi barədə dekret 
versin. Xankəndi mərkəzi olmaqla Qarabağ Muxtar Vilayəti yaradılsın.  İcraiyyə 
Komitəsi yaradılanadək Vilayəti idarə etmək üçün 5 nəfər üzvdən ibarət İnqilab 
Komitəsi və 5 nəfor üzvündən ibarət Vilayət Partiya Komitəsi yaradılsın» [26].
Dağlıq Qarabağ muxtariyyatının sərhədlərini və düzən Qarabağın hüdud- 
larım  müəyyən  etmək  üçün  Ə.H.Qarayev,  A.N.Karakozov,  Ç.İ.İldırım,
D.X.Bünyadzadə və Svirdovdan ibarət Xüsusi Komissiya yaradıldı.
1923-cü  il  iyulun  7-də  Azərbaycan  SSR MİK  «Dağlıq  Qarabağ  Muxtar 
Vilayətinin  təşkili  haqqında»  dekret  verdi.  MİK-nin  qərannda  göstərilirdi: 
«Dağlıq Qarabağm ermənilər yaşayan hissəsində Xankəndi mərkəzi olmaqla, 
Azərbaycan  SSR  tərkib  hissəsi  kimi  Muxtar  vilayət  təşkil  edilsin.  Muxtar 
Vilayətin idarəetmə orqanlan vilayət icraiyyə Komitəsi və yeni yerli sovet- 
lərdir. İcraiyyə komitələri yaradılanadək müvəqqəti inqilab komitəsi yaradıl- 
sın».  Muxtar  Vilayətin  Əsasnaməsini  hazırlamaq  və  inzibati  vahidləri  ona 
faktiki surətdə vermək, sərhədlərini müəyyənləşdirmək üçün Dağlıq Qaraba- 
ğm, Düzən Qarabağın, Kürdüstamn və Azərbaycan SSR-in mərkəzi hökumə- 
tinin nümayəndələrindən ibarət qarışıq komissiya təşkil edildi [23].
1923-cü il iyulun 7-də Azərbaycan MİK-nin dekreti ilə Azərbaycan SSR-in 
tərkibində Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) yaradıldığı elan edildi [29].
1924-cü il noyabnn 26-da Azərbaycan MİK-nin Rəyasət Heyəti «DQMV-i 
haqqında Əsasnamə»ni təsdiq etdi.  «Əsasnamə»də  DQMV-nin Azərbaycan 
dövlətinin tərkib hissəsi olması göstərilirdi. Eyni zamanda imperiyanın təhriki 
ilə Şuşa, Xankəndi və  115 kənd, Cavanşir qəzasından 52 kənd, Qaryaqindən 
30  kənd,  Qubadlıdan Qaladərəsi  DQMV-nə verildi.  Belə  bir «səxavətlilik» 
isə xalqımıza qarşı cinayət olmaqla, Vətənimizin gələcəyinə ciddi ziyan vur- 
du. Qeyd edək ki, «Əsasnamə» DQMV-nin erməni icmasınm rəyi və Moskva- 
nın  diktəsi  əsasında  hazırlandı.  Erməni  xəyanəti  «Əsasnamənin»  hazırlan- 
ması prosesində özünü daha qabarıq şəkildə göstərirdi.
Azəi'baycamn Xankəndi şəhərinitı tarixi
Belə ki,  1923-cü il sentyabnn 18-də Azərbaycanm qədim yaşayış məskəni 
olan Xankəndinin adı yağı düşmən tərəfindən erməniləşdirilərək Stepan Şaum- 
yanın şərəfinə  Stepanakert adlandırıldı.  Oktyabrm 6-da Azərbaycan MİK-si 
həmin qəran təsdiq etdi.  Qeyd edək ki, yalnız 68 il sonra,  1991-ci ildə Xan- 
kəndinir  tarixi  adı özünə qaytanlmışdı.  Bundan  sonra Dağlıq  Qarabağm er- 
məni rəhbərliyi Xankəndinin sosial-iqtisadi inkişafmı ön plana çəkdi. Burada 
ermənilərin sayı, süni surətdə artınldı. Belə ki, Xankəndindəki 85 təsərrüfatda 
398 azərbaycanlı, 226 təsərrüfatda 981  erməni yaşayırdı. Hansı ki, XIX əsrin 
əwəllərində burada bir nəfər də olsun erməni yaşamırdı.  Sonrakı dövrlərdə 
Xankəndində ermənilərin artınlması prosesi sürətlə davam etmişdi.
Azərbaycanm aynlmaz tərkib hissəsi olan Qarabağm dağlıq hissəsinin mux- 
tariyyətləşməsi və onun ətrafinda yaranan məsələlərə münasibət AK(b)P MK-nın 
birinci  katibi  S.M.Kirov  AK(b)P-nm  VI  qurultaymdakı  çıxışmda  yekunlaşdır- 
mışdır: «Bizim bu sahədə ən böyük, nəzəri cəlb edən nailiyyətimiz budur ki, «Qa- 
rabağ məsələsi» deyilən məsələni o qədər tam olmasa da xeyli dərəcədə...  axır 
ki, nəhayət, həll edə bildik, şübhəsiz, tamamilə düzgün iş gördük. Bu məsələni, 
əsasən, yenidən həll etməyə qayıtmayacağımıza heç bir şübhə yoxdur» [199].
Doğrudan da,  Azərbaycanda dövrünün «birinci  şəxsiyyəti» kimi  tanınan 
S.M.Kirovun  yuxarıdakı  nitqini  nəzərdən  keçirərkən  Azərbaycan  xalqına 
qarşı əsl xəyanəti, fitnəkarlığı, namərdliyi, cinayəti görürük.
Kirov, Mirzoyan, Dövlətov və digər obyektivlik hissini itirən, simasız er- 
məni  millətçiləri  özlərinin  alçaq məharətlərindən  layiqincə  istifadə  edərək 
qondarma DQMV-nin yaradılmasma nail olmaqla Azərbaycan millətinin mə- 
nafeyinə, Vətənimizin gələcəyinə ciddi, ağır ziyan vurdular və bu saxta qurum- 
dan sonrakı dövrlərdə müsəlmanlara qarşı bir «qaba silah» kimi istifadə etdilər.
Beləliklə, DQMV-nin yaranması ilə o illərin Qarabağ problemi yekunlaşdı. 
Qərbin və Rusiyanm havadarlığı ilə Azərbaycan əraziləri hissə-hissə itirildi. 
Dağlıq Qarabağm Azərbaycanın tərkibində qälması Azərbaycanın öz torpaq- 
lannın qorunması uğrunda müvəffəqiyyəti kimi qiymətləndirilsə də,  vilayət 
statusunun yaradılması gələcəkdə ermənilərin Azərbaycana qarşı məkrli ərazi 
iddiası  siyasətinin  mənbəyi,  xəyanətkarlıq  və  nankor  qonşuluq  nümunəsi 
olmuşdur. DQMV-nin yaranması uzun illər boyu erməni millətçilərinin, milli 
təşkilatlanmn, Ermənistan hökumətinin planı və vahid xətt əsasmda apardığı 
siyasətin  həyata  keçirilməsinin  nəticəsi,  Azərbaycana  qarşı  «parçala  və 
hökm sür»  imperiya siyasətinin davamı idi.  XX əsrin əwəllərində başlanan 
bu siyasət yüksələn xətt üzrə davam edərək, əsrin sonlanna yaxm əraziləri- 
mizin 20 faizinin işğalı ilə nəticələndi. Xalqımız öz doğma torpağmdan didər- 
ginə, qaçqına, köçkünə çevrildi.

Yüklə 299,73 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin