AZƏrbaycan milli elmlər akademi­yasi­ folklor institutu ­­­­­­­­­­­­­­­­­ ZÜMRÜd məNSİmova zaqatala



Yüklə 1,53 Mb.
səhifə9/13
tarix31.01.2017
ölçüsü1,53 Mb.
#7102
1   ...   5   6   7   8   9   10   11   12   13

Aldı Valeh

Havadan nəm almır, torpaqdan qida,

Ətri yox, parlayır həddən ziyada,

Odda yanmır, xəta törədir suda,

O andırır, şam-çırağı bəllidir.
Aldı Camal

Torpaqdan yox, sudan alır qüvvəti,

Gecələr nur saçır, budur qüdrəti.

Özü oddur, nəmlik sevmir xisləti,

Hərdən yanıb qaralmağı bəllidir (78).

Məclis Aşıq Camalla Aşıq Valehin xeyirinə qurtarmışdır (78).

O, məclislərdə həmişə iki istiqamətdə deyişir. Ustad sənətkar istər vətəndə, istərsə də vətəndən kənarda, Rusiya və Dağıstan ellərində olsun, iştirak etdiyi məclislərdə qarşısında ona meydan oxuyan sənətkarlarla bədahətən deyişmişdir. Yeri gəldikcə, ustad­ların açılmamış və deyilməmiş deyişmələri ilə onları sınağa çək­miş­dir. Digər tərəfdən o görəndə ki qarşısındakı aşıq bilərəkdən başqasının sö­zünü öz adına bağlayır, onda sözünü mərdanə deyir. Çox zaman meydanda rə­qibi, ustadı zəif zənn edib, öncə ona hədə-qorxu, hər­bə-zorba gəlir. Amma gö­rəndə ki, Aşıq Valeh haldan-qaldan, İlahi gözəl­lik­dən­ insana, var olan hər bir varlığa hörmətdən danışır, onda səssizcə kənara çək­il­­məli olur.

Aşıq Valeh deyişmələri oxucusuna doğruluq, düzlük, hörmət və sevgi aşı­la­yır. O, yersiz hərbə-zorbadan, hədədən çox uzaqdır. Yalnız meydanda qar­şı­sın­­da­kından haqsızlıq görəndə kimliyini nişan verir. O həmişə yalandan, sax­ta­kar­­lıqdan və ikiüzlü­lük­dən özünü uzaq tutur. Eyni zamanda sənət­kar dostlarını da, bü­tövlükdə cəmiyyəti də be­lə görmək istəyir.

Aşıq Valeh yaradıcılığında təsəvvüf dünya­gö­rüşünün ele­ment­ləri vardır. Təsəv­vüf elementləri insan düşüncəsində kök sa­lan xəyali pak varlıqların qeyri-adiliyindən yaran­mışdır. Xüsusən də ən incə məqamların, ən geniş, əvəzsiz təxəyyülün ifadəsi zamanı ortaya çıxır. Fikrimizcə, təsəv­vüfün əsas elementləri içə­risində baş­lıcası tərki-dünyalıq, dün­ya varından uzaq olmaq, özü­nə qapılmaqdır. Prof. Mə­hər­­rəm Qasımlının fikrinə görə, hər bir ustad aşıq, həm islama, həm də ürfani rəmzi və işarələrə yaxşı bələd olmalıdır (67, 22-23).

Əksər halda məhəbbət dastanlarının inkişaf xətti, xüsusən də, qəhrəmanın buta alması, saz çalma məqamları haqq aşığının Allah dərgahına yetişmək üçün keçdiyi dörd yolla eyniləşdirilir. Zöhrə Qafarova «Folklorda təsəvvüf ele­ment­lə­ri» məqalə­sin­də qeyd etmişdir ki, dastanda çox zaman aşıqlıq yuxu ilə bəxş olunur. Bu zaman haqq aşiqinə çevriləcək qəhrəman yuxuda eşq badəsinin nurunu içir, sonra bir neçə gün yatır. Ayılanda artıq haqq aşığı öz sevgilisini axtarmağa baş­la­yır. Həmin andan etibarən, aşiqin eşqinə çatması üçün cəfa mərhələləri başlayır ki, bu yolu məha­rətlə keçən aşiq öz eşqinə yüksəlir. Bu məqamda biz təsəvvüflə qar­şılaşırıq. Sufilikdə də aşıq ilk öncə eşqin mərifətini dərk edir və sonda haqqa çatır (64, 27).

Aşıq Valeh dini-ürfani səpkidə şeirlər yaz­maqla yaradıcılı­ğını daha çox dolğunlaşdırmış və şaxələndirmişdir. Haqqın, həqi­qətin yolunu tanı­yan, Allahın ən müqəddəs bəndələri olan ərən­lərin, pirlə­rin, övliyaların adlarına çox hörmətlə yanaşır, yara­dıcılığında onları tez-tez yada salır. O, hər ad­dım­da Allahın, Haqq-Təalanın qüdrə­tinə güvənir, «Pərvər­digar»­ rədifli divanisin­də bu barədə yazır:

Sığınmışam qüdrətinə, ya şahi-mərdan xuda,

Sayılı borcdan qutaran, Məsihi dardan xuda.

Ayrı salma bu kimsəsiz Valehi yardan xuda,

Yalvarıram, Tanrı kimi bir ada, pərvərdigar (78).

Aşıq Valeh yaradıcılığında qul, dərd, qəm-qüssə, hal-qal, şah­lar şahı, şahi-mərdan, qırxlar piri kimi təsəvvüfi ifadələrə tez-tez təsadüf edirik. Əslində ürfan elminin incəliklərinə bələd ol­ma­dan, təriqətin yolunu tutmadan aşıq bu tip şeirlərini yarada bil­məz­di. «Ya Məhəmməd, Əl Mustafa», «Başabaş», «Pərvər­di­gar»­ və s. kimi şeirləri buna gərəkli nümunə ola bilər. Ustadın yaradı­cılığı ilə ta­nış olarkən məlum olur ki, o dini-ürfanı elmləri gözəl bilən sənət­karla­rı­mız­dan­dır. Bu təbii ki, onun genindən və böyük bir şəcərədən olması ilə əlaqə­dar­dır. «Başabaş» rədifli divanisi Allaha müraciətlə yazılmışdır. Maraqlı olan xüsusiy­­yət­lər­dən biri də budur ki, aşıq bir tərəfdən Allaha müraciət edərək ondan mər­həmət istəyir, digər tərəfdən isə öz qəlbini dindirərək onu qınaq yerinə çevirir. Bu xüsu­siy­­yəti biz klassiklərdən hesab olunan varxi­yanlı Aşıq Məhəm­mə­din poezi­ya­sın­da da izləyirik. Bu diva­ni­sində aşığın fərdi yaradıcılıq istedadı və bacarığı açıq­lanır:

Şahlar şahı, mürvət eylə, gəlmə mənnən başabaş,

Şər-böhtana salma məni, hər yetənlə başabaş.

Şeytan-iblis məclisindən dedim könül uzaqlaş,

Şümür xislət yol gedərmi söylə sənlə başa-baş (78).

«Ş» hərfi misranın əvvəlində, həm də sonunda işlənilir. Bu kimi xüsusiy­yət­lərə eynən ustad sənətkar­larımızdan olan Layıskılı Molla Cuma və varxiyanlı Aşıq Cahangir Dalğının yaradıcılığında da təsadüf olunur. Molla Cumanın bu səp­kidə yazdığı «M əvvəl axır», «B», «N əvvəl axır» qoş­ma və təcnis­lə­ri­nin ideya istiqaməti də real gözəlin tərənnüm və təsvirinə həsr olunmuşdur. Molla Cu­ma­nın «M əvvəl axır» təcnisinə diqqət edək:
Molla Cumada

Molla Cuma, qulum deyər mən olum,

Mah camalın zəkatın ver mən olum,

Mehribanım, yar qapında mən olum,

Meyit düşsəm Allah üçün yüz olum.
Aşıq Dalğında

Layiqli hər işə olar həmayil,

Ləngiməyin, gəlib çatar təzə il.

Laləli ömürdən, Dalğın, sən də bil,

Laf eləmə, illər ötər dalbadal (78).

Aşıq Valehin Aşıq Mədət, Aşıq Cuma kimi ustad aşıqların əhatəsinə düş­mə­si, qaynayıb-qarış­ması, məclislər aparması, ənənələrində qo­vuş­­ma­­­sında bö­yük ro­­l oynamışdır. Nəhayət, bu xüsusiy­yət onun yaradıcılığının daha da püx­tə­ləş­məsinə gətirib çıxarmışdır. Aşıq Valehin dini-ürfani bilgi­lə­rə dərin­dən bələd olması onun «Pər­vər­di­gar» rədifli divani­sində aşkarlanmışdır:

Altı gündə yaratmısan on səkkiz min aləmi,

Ondan əvvəl xəlq eylədin yarəb, lohi-qələmi,

And verirəm Kərbəladan simvol olan ələmi,

Vermə cavan ömrümü gəl, sən bada pərvərdigar (78).

Sənətkarın bu şeiri ilə tanış olarkən məlum olur ki, o, Qurana və onun ayə­lərinə çox yaxşı bələddir. Biz «löhü-qal», dünyanın 6 gündə yaran­ması haq­qın­dakı fikirlərə Qurani-Kərimin «Yunus» surəsinin 3-cü ayəsində təsadüf edirik (69, 97-98). Dünyanın altı gündə yaranması Qurandan savayı, ayrı-ayrı mifləri­mizdə və müxtəlif mövzuları əhatə edən kitablarda da öz əksini geniş şə­kildə tapır. Müxtəlif ayələrdən ibarət olan «Əsrarül-Quran» da qeyd olunur ki, «O ha­man Allahdır ki, asimanları və yeri altı gündə yaratdı» (41,26).

Qeyibdən eşitdi gizli bir səda,

Yamənhu sədası saldı fəryada,

Qalanda Cəbrayıl bəhri dəryada,

Ustad gördü Şahi-mərdan Əlini (78).

Şahi-Mərdan və Həzrət Əlinin digər adlarına aşıq ədəbiy­yatında tez-tez təsadüf edirik. Prof. H.İsma­yılov “Aşıq yaradı­cılığı, mənşəyi və inkişafı mərhə­lə­ləri” kita­bın­­da qeyd etmişdir ki, «öncə bu ondan irəli gəlir ki, bütün urfan təriqətləri, təsəvvüf elmi­nin bü­tün nəzəri əsasları Əli-əleyhissalamın gizli elm­lərin­dən qay­naq­la­nır (52, 298).

Şahi-Mərdan Əli və başqa müqəddəslərin ad­la­rına məhəbbət dastan­la­rı­mız­da,­ aşiqə buta veril­mə­si məqamında da rast gəlirik. Məsələn, «yu­xuda föv­qəltəbii bir qüvvə tərəfindən mükafat­lanan aşiq eşq şərabını pirlərin, qırx­la­rın,­ Xızırın, Əlinin vasi­təsilə içmiş, mərifət sahibi olmuş və həqiqətin nuruna boyanmışdır» (11, 80-81). Maraqlıdır ki, aşıq hər bir müqəddəsin özünəxas xüsu­siy­yətlərini olduğu kimi verir. Bu təbii ki, sənətkarın dünya­görüşü, dini və ürfanı yaxşı bilməsi ilə əlaqədardır. Şeirlərinin birində qiyamət gününü xatırlayaraq deyir:

Yarəb, qiyamət gününün,

O, məhşər zülmət gününün,

Millətə zillət gününün,

Sahibi-Zaman xatirinə (78).

Göründüyü kimi, sənətkar on ikinci İmam Mehdi Sahib əz-Zamanın qeybi və zühuru barədə müəyyən məlumatlara malikdir («Qeybət» ərəb­cə­dən «qeybə çəkilmək», «yox olmaq», «zühur» isə «zahir olma», «üzə çıxma» mənasındadır). Sələf­lə­rinin irsini gözəl bilən Aşıq Valeh bu sirlərin hər birini yaxşı mənim­sə­miş­dir.

Aşıq Valehin yaradıcılığı rəngarəngdir. Onun şeirlərinin, elə­cə də hər bir misra­sının məna yükü ağırdır. Bədii ifadə tərzi özü­nəməxsus və zəngin, poezi­ya­sı­nın dili isə xəlqi və bəşəridir. Bu baxım­dan onun vücudnamələri məz­mu­nuna görə xüsusi ma­raq do­ğurur. Aşığın vücüdnamə­lərində uşağın ana bət­ni­nə düşdü­yündən dünyaya gəlişi, keçdiyi ömür yolu və nəhayət, ölümdən sonrakı hə­yatı tam təsvir olunur. Vücud­na­mə­lə­rin­də aşıq insanı bəd əməldən, pis düşün­cə­dən uzaqlaşdır­maq, Allaha yaxın ol­maq kimi əxlaqi keyfiyyətləri aşılayır. Prof. Qara Nama­zov “Azər­baycan aşıq sənə­ti” kitabında vücud­na­mə­lə­rin insan hə­ya­tın­­­­­­­da keçdiyi yolu, təsvir edən şeirlər tərcümeyi-hal olduğunu qeyd etmişdir (82, 60). Prof. Azad Nəbiyev isə «Azərbaycan aşıq məktəbləri» kitabında vücud­na­maləri bir mənalı şəkildə qoşma poetik sis­teminə əsas­la­nan, onun ölçülərində yaranan və qoşmanın tipi kimi tanınan şeir şəkil­lərindən bi­ri hesab etmişdir (85, 54, 58 ). Maraqlı xüsu­siy­yət­lər­dəndir ki, ustad «Olar» rədifli vücud­na­mə­sin­də sırf qız övladının dün­­yaya gə­li­şin­­dən, bö­yü­yüb boya-başa çatmasın­dan, nəhayət, ölümü və axi­rə­tin­dən danışır. Eyni zamanda aşıq qız övladını bəyən­mə­yən, ona xor baxan in­san­­ları tənqid hə­də­finə tutur:

Ey qıza xor baxan naşükür bəndə,

Anan da qız olub, düşünsən sən də.

Üstünə kiçicik bir meh əsəndə,

Ana öz canıyla qoruyan olar (78).

Doğrudur ki, aşıq poeziyasında xüsusən, Xal­tan­lı Tağının, Ab­bas Tufar­qan­lı­nın, Molla Cuma­nın, Bozalqanlı Aşıq Hüseynin, var­xiyanlı Aşıq Mə­­həm­­­mədin, Aşıq Mədətin də yaradıcılıqlarında Vü­cud­namələrə təsadüf edirik. Amma bu vücud­namələrin bəzilə­rində, xüsusən ölümdən sonrakı həyat təsvir və təhlil olu­nur. Əslində təhlil şeirin təsvirində açıq­lanır. Aşıq Valeh bu vücud­na­mə­sin­də qız övladının ana bətninə düşdüyündən dün­yaya gəlişinə, körpə vaxt­la­rın­dan öm­rü­­nün so­nuna kimi yaşadığı ayrı-ayrı yaş dövrləri ilə yanaşı, ölümdən son­ra­kı hə­ya­tı da təsvir etməyə çalışmışdır:

Əllisində qrov düşər qaşına,

Altmışında qar ələnər başına.

Elə ki yetişdi yetmiş yaşına,

Fikir, xəyal eylər, pərişan eylər (78).

Burada insanın dünyaya gəlişindən xəbər verilir. «Göründü gözümə iki pəhli­van» dedikdə isə sənətkar insanın dünyaya gəlişindən yaxşı və pis əməllərini ya­zan mələkləri nəzərdə tutur. Dini dünyagörüşə görə körpənin ana bətninə düş­dü­yü anda Allah tərəfindən ilk öncə onun bəxti və ruzisi verilir. Digər tərəf­dən isə «göründü gözümə iki pəhlivan» dedikdə aşıq Allahın müqəddəs bəndə­lərindən sa­yı­­lan Həzrət Əli və onun qulamı Qən­bəri nəzərdə tutur. Görü­nür,­ sənətkar bütün bun­lara yaxşı bələd imiş, ürfan və dini dünya­gö­rüşünə kifayət qədər malik imiş. Burada axirət, din və ürfanla əlaqəli maraqlı ideyalara da rast gəlirik:

Əməlinə görə bax, qəhri-qəza,

Çəkərlər məhşərə verərlər cəza.

Ya atarlar oda, yada ayaza,

Kimi mömin, kimi bədiman olar (78).

Bu vücudnamədə Allahın müqəddəs hesab olunan imamla­rının adları çəkilir və axirət dün­yası yada salınır. Axirət günündə məhz Allah və bu müqəd­­dəslər tərəfindən saya sayılmağımız is­tənilir. Allahın seçdiyi müqəddəsləri, imamları yaxşı tanıyan, pirlərin, ərənlərin adını hörmətlə xatır­la­yan Aşıq Valeh onlardan yalnız yaxşılıq gö­rür. Elə burada xatırlatmaq istəyirik ki, prof. Q.Na­ma­zov vücud­­namələrdə axirət dünyasının təsviri hissəsini bəzən «mehracnamə» də ad­lan­­dırmışdır. Digər tə­rəf­dən müəllif vücudnamlərində dini etiqadlardan uzaq­la­şaraq real həyat həqiqət­lərinin əks olunması qənaətinə də gəlmişdir (82, 60-61). Əslində gör­dü­yümüz kimi bu vücudnamə əvvəldən sona kimi dini dünya­görüşünə əsas­la­na­raq yazılmışdır:

Pirim Şahi-Mərdan, sən yetiş dada,

Həsən, Hüseyn, Zeynal gəlsin imdada.

Nağı, Tağı, Əsgər, Cəfər bəs harda?

Musa, Rza, Baqir tez çatan olar (78).

Aşıq Valehin vücudnamələri tərbiyəvi-əxlaqi dəyərlər və dini tövsiyələr əsa­­sında yazılmışdır. Prof. A.Nə­bi­yev «Azərbaycan xalq ədəbiyyatı» kita­bın­da vücud­na­mə­lərin ümumi məzmununda ibrə­ta­miz­lik oldu­ğunu qeyd etmişdir (86, 234).

Sonda ustad öz qəlbinə müraciət edir, qız öv­la­dını bəyən­mə­yənlərə isə müy­yən tövsiyələr verir:

Valeh, sən də sığın Şahi-Mərdana,

Nadanlara söylə mərdi-mərdana.

Cəsur qəhrəmanlar doğur mərd ana,

Bunu anlamayan çox nadan olar (78).

Göründüyü kimi, birinci misrada müqəddəs Şahi-Mərdan, ikinci misrada cəsarət, üçüncü misra­da isə cəsur, qeyrətli anaların mərd qızlar dünyaya gətir­mə­sin­dən bəhs olunur.

Qeyd edək ki, Aşıq Valeh yaradıcılığında təsa­düf edilən ürfa­ni-dini dünya­gö­rüş element­lə­rinin varlığı, sözü səmərəli və yerin­də işlətmək bacarı­ğının olması onun poetik imkanlarını təsdiq edir. Ustad sənətkarın şeirlərinin hər biri­nin­ ay­rı­lıq­da öz məna yükü, öz ruhu və öz poetik çaları var. Onun yara­dı­cı­lı­ğın­da təcni­sin də xüsusi yeri var. Ümu­miyyətlə götürdükdə, Zaqatala aşıqlarının yara­dı­cılıq­larında təcnisə, digər janrlara nisbətən az təsadüf edilir. Bu şeir formasını varxi­yanlı Aşıq Məhəmməd, Cahangir Dalğın, Aşıq Yusif və nəha­yət, Aşıq Va­leh­ poeziya­sında da izləyirik. Konkret olaraq Aşıq Valehin təcnislərindən danı­şar­kən cəsarətlə deyə bilərik ki, ona bu tükənməz istedad çox təbii ki, Allah tərə­findən verilən nemətdir. Ümumiyyətlə, Aşıq Valehin poeziyasında Qərb aşıq mü­hiti ənənəsi daha çox duyulur. Bu da onun Göyçə aşıq mühitində böyüyüb bo­ya-başa çatması və ustad oğlu olması ilə əlaqə­dardır:

Dərdini deyincə naqis qardaşa,

Get ürək sözünü yaxşı yada de.

Aşıq, yaxşı yada de,

Düşdük yaxşı yada de,

Ağ Aşıq həsrət qaldı,

Yarı yaxşı yada de.

Hərcayı qardaşdan, sarsaq soydaşdan,

Yaxşıdır nə desən yaxşı yada de.

Bu nümunədə həm öyüd-nəsihət, doğruluq, həm də gələcəyə inam kimi bir çox tərbiyəvi-əxlaqi dəyərlər aşılanır. Sənətkar ya­ra­dıcılığında bütün təcnis for­ma­­larında qələmini sınamış və böyük uğur qazanmışdır. Ustad yeri gəldikcə işti­rakçısı olduğu istənilən məclisdə qarşılaşdığı rəqibini deyişmə, qıfıllama ilə ya­naşı, təcnislə də sınağa çəkib çaşdırır. «Sərinə» rədifli ayaqlı təcnisində ustad bü­­­tün yaradıcılıq imkanlarından istifadə edir. Sənət­kar bu­rada həsrətin iki se­vən qəlb üçün nə dərəcədə ağır olmasını yerinə düşən müqa­yisələr aparır:

Yar yarından üz döndərsə, könül dönər ya daşa,

Yar həsrəti eşq atəşi, toxunarsa ya daşa,

Aşıq deyər ya daşa,

Ya kəsəyə, ya daşa.

Yar yara həsrət qalar,

Könül dönsə ya daşa.

Aşıq Valeh, eşq atəşin ya qaynaya, ya daşa,

Qorx o gündən şər xülyalar yol axtara sərinə (78).
Və yaxud:

Qətlimə fərmanı yazdın əlinlə,

Cənazəm önündə götür əl, inlə.

Endir dar məzara sən öz əlinlə,

Qoy yönün Kəbəyə yar sinə, sinə (qəbrə məna­sın­da).

Prof. A.Nəbiyevə görə təcnis sözün poetik gö­zəl­­lik­lə­rini nümayiş etdirən şe­ir şək­­li olmağı ilə yanaşı, eyni zamanda daha dərin məna yüklərinin aparıcısı ki­­mi milli-kulturoloji düşüncənin nəsillər­arası daşı­yı­cı­sıdır (86, 246).

Ümumiyyətlə, Aşıq Valeh poeziyası sözün hə­qi­qi mənasında tam, dolğun və tükənməz bir xəzi­nəyə bənzəyir, zənnimizcə, ona İlahidən veri­lən bu söz xəzi­nə­si, eldən aldığı ilhamı aşıq sənə­ti­mizə hələ çox-çox yeni töhfələr bəxş edəcək.

Bu mühitdə özünə xas ifa tərzi və zil səsi ilə seçilən aşıq­larımızdan biri də Muxaxlı Əlidir. Əli Abdulla oğlu Gəncəliyev 1950-ci ildə Zaqatalanın Muxax kəndində anadan olmuşdur. Onun uşaq yaş­la­rında olarkən saza-sözə maraq gös­tər­mə­­si heç də təsadüfi olmamışdır. Aşıq Əlinin əmisi oğlanları tən­bur çalmış, məc­lis­lə­­rə getmiş, elinin-obasının rəğ­bə­tini qazan­mış­­dırlar.

Sənətkarlar nəslində böyüyüb boya-başa çat­ma­sı onda aşıq sənətinə olan həvəsi daha da artırır. Deyişmələrinin birində bu barədə deyir:

Muxaxlı Əliyəm sinəmdə sazım,

Elin xoş günündə gəlsin avazım,

Eldən ayrı sənətkarlıq nə lazım,

Sazdan ayrı düşmək fəlakətimdir (78).

Aşıq Əlinin dediyinə görə, o uşaq yaşlarında ikən öz-özünə saz çalmağı öy­rənmiş, yetkin yaş­la­rına çatarkən isə iki ustaddan dərs almışdır. Bun­lar­dan biri Muxaxlı Ramazan, digəri Aşıq Va­leh olur. Muxaxlı Ramazan ömrünün cavan çağında məclisləri tək sazla aparmış, amma bütün bunlara baxmayaraq, özünü el şairi hesab edir. O, aşıq havalarını mükəm­məl bilməklə yanaşı, bəda­hə­tən şeir­lər de­yir. Belə us­tad­lardan dərs alan aşıq Əli istər oynaq havaları, istərsə də qəmli havaları çox bö­yük məharətlə ifa etməyi bacarır. Aşıq Əli «Baş Sarıtel», «Dil­qə­mi», «Osman­lı di­vanisi», «Misri», «Şahsevəni», «Ov­şa­rı», «Gəraylı», «Təc­nis», «İn­cə­­gülü» və s. havaları məharətlə ifa edir. Aşıq Əli yaradıcılığında klas­sik ənənəyə sadiq qalmaqla yanaşı, zamanın tələbi ilə səsləşən digər mövzulara da mü­raciət edir. Vətənini, onun zəngin təbiətini bö­yük məhəbbətlə sevən sənət­kar elinə-obasına bağlıdır. O, şeirlə­rində böyü­yüb boya-başa çat­dığı, suyundan içib zümrüd me­şə­lə­rin­dən, ürək açan yaşıl dağlarından, xoş mən­zə­rə­lə­rin­dən ilham aldığı Zaqatalanı «cənnət məkan», «qızılgüllər diyarı» adlan­dırır. Sənətkar «Za­qa­tala» rədifli şeirində həm burada yaşayan insan­ların qonaq­pər­vər­liyindən söz açır, həm də öz töv­si­yə­lə­­­rini verir:

Muxaxlı Əliyəm deyim ürəkdən,

Süfrən əskik olmur duzdan, çörəkdən,

Yamanı yaxşıdan, şəri gerçəkdən,

Sərraf tək seç axtar, ay Zaqatala (78).

Onun şeirlərinin hər birində axıcılıq, saz hava­la­rına uyarlıq var. Bu ba­xım­dan­ «Dağlar» rədifli gəray­lısına diqqət edək:

Çiskin, dumanlı başına,

De kim bələddir yaşına,

Koroğlu tək savaşına

Nə vaxt gəlim, nə vaxt dağlar.
Və yaxud:

Əli bir az toxda, gözdə

Səbr etsən sönər köz də,

Alışar sinəmdə söz də

Dil yanıb dodaq çəkibdi (78).

O, ənənədən gələn saf məhəbbətin tərənnü­mü­nə, təbiət təs­vir­lərinə poezi­ya­sında böyük önəm verir, eyni zamanda vətən­pərvərlik, tarixi, siyasi mövzulara da üstünlük verir. Ustad aşıq yaxşılıq edib sonunda pislik gördüyündə sarsılır, öz kön­lünə mü­raciət edib, dərdini içinə boşaltmaq­dan başqa ça­rə­­si qalmır: «Ağ­la­ma»­ rədifli gəraylısında sənətkar öz qəlbinə müraciət edərək onu yalan­dan, böh­tan­dan, pislərdən və pisliklərdən kənar olmağa səsləyir. Hər çətin anında saza, sözə, qələmə sarılan ustad bu üç varlığı həyatda ən yaxın etibarlı sirdaşı, dostu he­­sab edir. Sazın möcüzəli səsindən ilham alan, təskinlik tapan sənətkar sazı «könül dünyasının müjdəçisi» hesab edir. Şeirlərinin birində saza, sözə böyük də­yər­ verən Aşıq Əli bu barədə deyir:

Nələr yoxdu sazda nələr,

Ha dinlərsən azlıq edər.

Könülləri yazlıq edər,

Ağlama könlüm, ağlama (78).

Onun poeziyası əsasında gözəllik, mübariz­liklə yanaşı, hə­yat­dan küskünlük də duyulur: «Belə getdi» gəraylısında təbiətlə öz daxili aləmi arasında zəngin bədii boyalarla qəribə bir bən­zətmə yaradır. Ömrün­dən keçən acılı-şirinli gün­ləri dağ­ları-daşları dəlib gələn boz-bulanıq sellərə bənzədir. İşğal olun­muş vətən tor­paqlarının, gözü yaşlı qalan qız-gəlin­ləri­mizin dərdini düşüncələ­rində dolan­dı­ran sənətkar şeirinin birində «Güllü bağım oldu talan» deyə gözəl Qarabağı yada salır:

Qohum-qardaş oldu yalan,

Qarabağım oldu talan,

Yaddaşlarda oldu qalan,

Axdı ömrüm belə getdi (78).

Onun bu gəraylı örnəyində bədii təsvir vasi­tə­lə­ri bir-birini əvəzləmək baxım­ın­dan çox dəyər­lidir:

Sözüm qaldı ürəyimdə,

Arzu murad diləyimdə,

Qasırğalar küləyində,

Əli, ömrün belə getdi (78).

Sevgi, doğulub boya-başa çatdığı eldən baş­la­nır. Aşıq Əlidə bu sevgi son­suz­dur. O vətənin hər qarışını sevir. Vətəninə gələn acı onun da ümumi dərdinə çev­­­rilir. Sənətkar tarixi ha­di­sə­lərə bi­ganə qalmır. Özgə torpağına göz dikənlərə sö­­zünü belə ünvan­layır:

Necə qəhrəmanlar gəldi dünyaya,

Tut vaxtı yetişdi, tez oldu getdi,

Rüstəmin zərbindən titrədi dağlar,

Düşdü dastanlara söz oldu getdi (78).

Aşığın yaradıcılığında deyişmənin xüsusi yeri var. Sənətkarın qüdrətini ar­­tıran əsas xüsusiy­yətlərdən biri də onun məclislərə düşüncə bədahətən deyiş­mək ba­carığına malik olmasıdır. Onun Zaqatala aşıqlarından Aşıq Valeh və el şa­iri Ra­mazanla da de­yişmələri olmuşdur. Bu deyiş­mə­lərin hər birində dostluq, bö­yük yo­lu gözləmək, ustad­lara hörmət duyulur. Bu xüsusiyyətləri biz bütün Za­qa­tala aşıq­larının yaradıcılığında izləyirik. Aşıq Əli ilə el şairi Ramazan məc­lis­lə­rin bi­rin­də olar­kən deyişirlər:



Aşıq Əli

Xudam nəzərindən salmasın səni,

Səni duymayanlar duysun qüssəni.

Kədər dünyasına çatan naməni,

Nikbin könüllərdə duyulan dostum.
Aşıq Valeh

Çoxları döş vurub çıxar sürəyə,

Çox can atar, çata bilməz bərəyə.

Çoxları zirvədən enər dərəyə,

Bəd xisləti ahu-vay olan dostum (78).

İnanırıq ki, Aşıq Əli öz dəsti-xətti ilə, özü­nə­­məxsus yara­dı­cılıq imkanları, ifa­­sı ilə Azərbaycan aşıq sənəti üçün yeni-yeni töhfələr bəxş edəcəkdir.

Zaqtala aşıq mühitinin nümayəndələrindən biri Muğanlı kəndində dünyaya göz açmış Aşıq Sabirdir. O, Azərbaycan ozan-aşıq sənə­tinin layiqli davamçı­larından biridir. Çox dərin, mənalı, keşməkeşli ömür və yara­dıcı­lıq yolu keçən Aşıq Sabir yaşadığı, böyüyüb boya-başa çatdığı obasında, gəzib dolaşdığı uzaq ellərdə belə zəmanəsinə boyun əyməyən mübariz bir insan, ustad aşıq, ailə­sinə bağlı, sevgisinə layiq, incə ruhlu bir sənətkar kimi tanınıb. Zaqatala aşıq mühitində istər tarixən, istərsə də çağdaş dövrümüzdə onlarla ustad və ifaçı sənətkar­ları­mız yetişmişdir. Onların hər birinin Zaqa­tala aşıq mühütində özünəməx­sus yeri və rolu olmuşdur. Muğanlılı Aşıq Sabir Abdulməcid oğlu İbrahimov bu mühütdə öz dəsti-xətti, şirin ürəyə yatımlı ifası, səsi ilə bəda­hətən şerlər deməyi ilə yadda qalan sənət­karlarımız sıra­sın­dadır. Təəssüf ki, Aşıq Sabirin həyat və yaradıcılıq irsi günümüzə kimi tədqiqata cəlb olun­ma­mış­dır.

Aşıq Sabir Abdulməcid oğlu İbrahimov 1950-ci ildə Zaqa­talanın saz-söz diyarı olan Muğanlı kəndində zəhmətkeş bir ailədə anadan olmuşdur. Şeirlərinin birində böyü­yüb boya-başa çatdığı yer haqqında belə deyir:

Muğanlı elimdir, doğma obamdır,

Yazda yaylağımdır, qışda sobamdır.

Ürəyim qan tökər olsam da bir xan

Mənim doğma yurdum Azərbaycan!

Aşıq Sabir öz ilham pərisi ilə məhz Muğanlı elin­də görüş­müş, hər zaman güc aldığı torpağı, doğma elini-obasını poetik obraza çevirib qəlbinin ən dərin guşəsində saxlamağa çalışmışdır.

Aşıq Sabirin dediyinə əsasən, bu sənətə vurğun­luq onda hələ uşaq yaşlarından yaran­mış­dır. Ustadın babası aşıq Allahverdi Həsilov zəmanəsinin adlı-sanlı sənətkar­la­rın­dan biri olmuşdur. O, XIX əsrin sonu XX əsrin əvvəllərində yaşayıb yaratmışdır. Babası dün­yasını dəyişəndən aşıq Sabirin anası atasının sazını götürüb saxlamış, evlərinin yuxarı bir küncündə asmış və bu sazı hər zaman özünə doğma və müqəddəs bilmişdir. Çöx keç­mir ki, Hürü ananın oğlu Sabir bu saza həvəs göstərmiş öz üzərində işləyə, el məclis­lə­rində çala-çağıra məşhur bir sənət­kara çevrilmişdir. Prof. Qara Namazov el şənlik­lərinin sənətkarın bir sənətkar yetişmə­sində böyük təsiri olduğunu qeyd etmişdir (83, 19-30). Aşıq Sabir vətənini diyar-diyar gə­zib məclislər keçir­diyindən xalqın həyatını, adət-ənənələrini, dilini gözəl bilmişdir. Məhz bu amil­­lər onun yazdığı şeirlərin daha canlı, daha təbii alınmasında böyük rol oynamışdır. Aşıq Sabirin sənətkarlıq irsi nüəyyən bir şəcərə təşkil edir. Ustad sənətkarın babası zəmanəsinin tanınmış sənətkar­ların­dan ol­maqla yanaşı qardaşı Şirin Qəlbunur da el şairi kimi fəaliy­yət göstərməkdədir. Aşıq Sabirin oğlu Sübhan, qızı Aytən də atasının layiqli davamçıla­rından hesab oluna bilər. Hər ikisi sazda çox məharətlə ifa etməyi bacarırlar. Aşıq Sabirin qızı Aytən Aşıq Ulduzun şagirdi olmuşdur.

Aşıq Sabir gəncliyindən başlayaraq ustad sənətkarların ədəbi irsini dərindən öyrəndiyi üçün onun yaradıcılığı getdikcə zəngin­ləş­mişdir. Aşıq Sabir yaradıcılıq qüdrəti ifa tərzi vətəndən uzaqda Rusiya, Qazaxıstan, Gürcüstan, Dağıstan ellərində də sevilmiş və dəfələrlə müxtəlif məclis­lərə dəvət almışdır. O, bu gün el məc­lislərinə dəvət alır. «El aşıq­­la­rı, onların oxuduqları hava və ifa tərz­ləri, danış­dıq­ları nağıl və dastanlar, indiki mədəni tələblər mə­nasında desək, əhali üçün vaxtı ilə müəllimi də, mətbuatı da, ki­no­nu da, professional teatrı da, radionu da əvəz etmişdir» (50, 168)

Aşıq Sabir yaradıcılığı çoxşaxəli və müxtəlif yönlüdür. Onun poeziyası əvvəldən sona vətən­pərvərlik, yaşadığı elə-obaya, ailə­sinə, ömür-gün yoldaşı Yaxşıxana sevgi, hörmət hisləri üzərində qu­rulmuşdur. Sevgi ilə nəfəs alan aşıq, yarının gözün­dən də, özün­dən də uzaq getməməsi üçün canını belə qurban verməyə hazırdır:

Gecə-gündüz damarımda axan qan,

Görən nə düşünür indi Yaxşıxan.

Vərəqlədim keçən ömür yolumu,

O sevgi dastanın yadıma düşdü.

Aşıq Sabir ailəyə bağlı olduğu kimi vətənininə, yaşadığı eli­nə-obasına bağlı insandır. Onun poeziyasında hərdən qəriblik, və­tən həsrəti duyu­lur, hərdən də sinədən gələn misralarında sevinc-qəm bir-birinə yoldaş olurlar. Prof. Mürsəl Həki­mov haqlı olaraq Aşıq ədəbiyyatını vətənpərvər, bey­nəl­miləl xəlqi olduğunu qeyd et­mişdir (49-242). Aşıq Sabir poeziyasında bu vətənpərvər­lik mo­tiv­­ləri də­rin iz salır. “Düşmüşəm” rədifli şeirində sənətkar belə deyir:

Sabir qan yaş tökər vətəndən ayrı,

Başı nələr çəkər sevgidən ayrı.

Qardaşdan, bacıdan, anadan ayrı

Şaxtalı boranlı qara düşmüşəm.

Aşıq Sabirin poetik irsini dürüst dəyərlən­dir­­mək üçün onun şeirlərinin mövzu dairəsinə, estetik mahiyyətinə, məna-məzmun tutumuna, sənətkarlıq xüsusiyyətlərinə həs­sas­lıqla yanaşmaq lazımdır. Bu xüsusiyyətlər mövzu əlvanlığı ilə seçildiyi kimi yeni fikir aşılamaq və deyim tərzi baxımından da fərqlə­nir:

Hicran yaraları bağrımı dəldi,

Düşündüm ömrümün sonudu gəldi.

Daş da olsa dözməz insanın qəlbi,

Ey baharım, zimistanım hardasan?

Sənətkar yaşadığımız fani dünyamızın təzadlı olaylarına aydınlıq gətirmək üçün alleqorik pred­metlərdən ustalıqla istifadə edir. Belə şeirlərində təbliğ etdiyi ibrət insanları saflığa, doğru­luğa, imana vətənpərvər olmağa səsləyir. Ümumiy­yətlə, böyük humanizm, xeyir­xah­lıq, səxavət, inam, ailəyə bağlı­lıq, səmimiy­yət, igidlik, mərdlik, vətənpərvərlik kimi atributlar aşıq Sabir poeziya­sının əsasını təşkil edir:

O gözəl şəhərim Zaqatalanı,

Könül coşa gəlib çəkə nazını,

Səs salıb dünyaya qazanıb ad-san

Mənim doğma yurdum Azərbaycan!

Ustad sənətkarın yaradıcılığında təbiət və vətən­pərvərlik möv­zularında yazılmış bütün şerlə­rində vətəndən ayrı bir ağrı-acı həsrət boy verir. O, doğma elinin hər qarışına, mamır bağla­mış daşına kimi nəğ­mə­lər qoşur. Bunun əsas səbəbi sənətkarın tez-tez vətəndən kənarda Rusiya, Dağıstan, Gürcüs­tan ellərinə məclislərə dəvəti ilə əlaqədar yaran­mış­dır. Tez-tez və uzun müddətli ailə­sindən, vətənindən ayrı qalan sənətkarı həsrət, qəriblik tipli şeirlər yazdıran da məhz qürbət olmuşdur. “Bu yerlərdə qalaydım” rə­difli qoşmasında Aşıq Sabir belə deyir:

Tale mənə qismət etsə, a qardaş,

Dönüb elə bu yerlərdə qalardım.

Yadıma düşüfdür hər qaya, hər daş.

Vallah, elə bu yerlərdə qalardım.

Sonrakı bəndlərdə aşıq yaşadığı elinin əsra­rən­­giz meşələrin, gözəl təbiətini vəsf edir. Vətən təbiə­ti­nin gözəl vaxtında müvəq­qəti yurdundan ayrı düşdüyü üçün təəssüf hissi keçirir.

Gözəl mənzərəsi, sıx meşələri,

Ətirli bağları, yaşıl düzləri,

Kim ayrı düşəndə ağlar gözləri,

Gərək elə bu yerlərdə qalardım.

Sənətkar diğər bəndi üzünə həsrət qaldığı təmiz saf sevgisini xatırlayır:

Sevgilim hardadır özüm hardayam.

Bəxtimə qar yağıf yaman dardayam.

Vətən də darıxıf mən soraxdayam.

Gərəh elə bu yerlərdə qalaydım.

Sonrakı bəndə ustad insan ömrünü axar suya bənzədir. Necə ki, su öz çuxurunda durmur, sürətlə axır gedir, insan ömründəki illər də eləcə bir-birini üstələyir.:

İnsan ömrü sudur, dayanmaz, axar.

Gələn gələcəkdir, qalanlar baxar.

Sabirəm, sinəmdə ürəh sızıldar,

Gərəh elə bu yerlərdə qalardım.

Zaqatala aşıq mühiti, aşıq yaradıcılığı mənəvi və əxlaqi də­yər­lər məcmusudur. Burada insan ömrünün ağrı və acıları, sevgi və iztirabları, sevinc və göz yaşları, kini, nifrət və məhəbbəti cəm­ləş­mişdir. Ona görə də sənətkar bu ömür yolunda “Ömür karva­nım­dan can alır həyat”, “Ömrüm, günüm qəm sazını çalandı” söy­ləyir. Eyni za­manda qəl­bi­­nin dərinliklərində olan ümüdünü də hə­yatdan qırmır. «Gələcək bir ümüd çırağım mə­nim» deyə düşünür.

Aşıq Sabir qürbətdə keçirdiyi günlərində vaxtının çox his­səsini telli sazıyla bölü­şür:

Bir sinə dəftərəm vətən bağında,

Dərdi kimə deyim, a telli sazım?

Hayana baxıram bir kimsənəm yox.

Gəl mənə həmdəm ol, a telli sazım.

Aşıq Sabirin bu şeiri telli saza, ümumiyyətlə, saz-söz sənə­tinə olan hörmət və sevgidən, soraq verir. O, saz ilə həmsöhbət, sirdaş olduğu anlarını ən dəyərli anlarından hesab edir. “Ay telli sazım” qoşmasında bu barədə belə deyir:

Telinə həsrətəm xeyli zamandı,

Sənsiz nə sevincim olar, amandı.

Səndən sayrı düşdüm, halım yamandı,

Gəl sinəmdə dillən, a telli sazım.

Dərdli-kədərli anlarında hər zaman sazını sinəsində görmək istəyən sənətkar ömrə vəfa yoxdur deyə düşünür:

Sabir səni hər anında arzular,

Yoxdur ömrə nə dövrana etibar.

Təbiətdən əsər qanlı ruzigar

Yanımda sızlarsan a telli sazım.



Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin