PEYĞƏMBƏR VƏ NƏZƏRÇİ
Deyir, peyğəmbərrərdən biri olur, əsabələriynən gedir. Gəlillər meşənin içiynən. Görüllər kü, belə yarıçılpax bir adam qaşdı girdi kolun dalına. Bir nəfər göndərillər ki, get gör o kimdi, onu bura gətirin. Bunu gətirillər. Peyğəmbər soruşur:
– A kişi, bu nədi, sən niyə burdasan?
Deyir:
– Məni qovuflar.
Deyir:
– Niyə?
Deyir:
– Mənim çox pis gözüm var, nəzərim var. Ona görə məni qovuflar.
Deyir:
– Bə burda sən nəynən dolanırsan?
Deyir ki:
– Ov ovluyuf dolanıram.
Deyir:
– Ə, sənin oxun yox, kamanın yox, nəynən ovluyursan?
Deyir:
– Nəzərimnən.
Deyir:
– Nətəər? Ola bilməz.
Deyir:
– Olar.
Deyir:
– Mənim bu atıma bir nəzər sal, görüm.
Deyir:
– Məni bağışda, atın ölər axı, mən eliyəmmərəm.
Deyir:
– Yox ey, sən nəzər sal.
Belə baxır eyir:
– Ay dədə, ata bax ey!
At ölür, hamı məətəl qalır.
Peyğəmbər Meraca gedəndə gördüyünü Allaha danışır. Deyir ki:
– Allah-taala, bu nəydi? Bəs mənim qavağıma belə bir şey çıxdı. Pütün sirrəri verifsən da maa.
Allah-taala deyir:
– Bədnəzərdən mənim xəvərim yoxdu. Ordan da, məsəl qalıf ki, bədnəzərdən Allahın xəvəri yoxdu.
PEYĞƏMBƏRİN ALQIŞI VƏ QARĞIŞI
Peyqəmbər yolnan gedir, qumluxnan. Bir dənə cavan oğlan gəlir bunu saxlıyır, deyir, Allahın peyqəmbəri, sənə qurban olum, gəl səni aparım da atnan. Bir dənə ağsakqal gəlir, peyğəmbəri basır toza. Bu qayıdıp deyir ki cavana, görüm Allah sənin canını tez alsın. O birsinə də deyir ki, görüm sana uzun ömür versin. Ama buna qarannığ qalır ki, bu, niyə bu sözü desin? Bəs buna yaxşılığ eliyif. Birisinə qarğış eliyir, birisinə uzun ömür deyir. Deyir, Allahın peyqəmbəri, sən bu sözü niyə dedin buna? Qayıdıf deyir ki, mən buna qarğış eliyirəm ki, bu cənnətdihdi, ölsün, havaxsa şeytan bunu poza bilər. Ama o biri havaxtsa din yoluna qayıda bilər.
HƏZRƏT ƏLİ
I mətn
Cənabi Əli çox quvvəli pəhlivan olufu. Cənabi Əli bir dəfə (deyilişi danışıram ha, eşitdiyim belədi, ona qırmızıgöz Əli də deyirmişdər) dünyanın ağırrığın yığır bir dağarcığa, oturur yolun qırağında. Yox, Cənabi Cəbrayil yığır. Cənabi Cəbrayil yığır, gəlir oturur yolun qırağında. Görür kü, Cənabi Əli gəlejehdi. Deyir, bını çox quvvəli deyillər dayna. Görüm bı neyləməh isdiyir? Bir ağırrığı, yüngüllüyü hesav eləsin. Gəlir yolun qırağına, oturur. Bir də görür, Cənabi Əli gəldi. Deyir ki, ya Əli, gəl bı dağarcığı, bı meşoğu qaldır belimə. Bı gedir, nəkqədər eliyir, görür qalxmır axı, bına güj verir, dizinə qədər torpağa girir. Belə tullamağ isdəəndə deyir, ya Əli, dayan, dünyanı dağıtmağ isdirsən, nə qayırırsan? Dünyanı tari-mar elədin. Belə eşitmişəm.
II mətn
Oturmuşdu peyqəmbər yolda. Həzrət Əli əleyhəssalamın gücünü yoxlamağ üçün oturur bir daşın üsdündə. Bilir ki, Əli burdan gələjəy atınan. Əli gəldi Düldülünən. Mindiyi atının adı Düldüldü, bilirsən. Qoca bir formada oturub. Həzrət Əli əleyhəssalam da ağsakqallara hörmət elədiyinə görə qoyuf keçməzimiş. Atdan düşüfdü. Deyif ki, ya qoca, gəl, hara gedirsən? Deyif, mənim də yolum bu istiqamətədi. Atdan düşdü, dedi, gəl min ata. Dedi, yox, mən mimmirəm. Mənim elə bu torvamı götüsən, mənə bəsdi. – “A kişi, yox, gəl min, nədi”. – “Yox e, dedi, bu torvamı götü, elə mən sənnən gedim”. Yerin, göyün ağırrığın, Allahın hökmüynən, balaca bir torvıya yığıfdı. Düzdü, indi bırda çoxları elə bilir ki, bu əfsanədi. Yox, əfsanə dəyil. Həqiqətdə olan bir əhvalatdı bu. Həzrət Əli əleyhəssalam əyilir ki, o torvanı götüsün, torva qalxmır. İkinci səfər əl atır, torva qalxmır. Üçüncü səfər hirsdənif “bismillah, Allahu Əkbər” deyir torvanı götürür. Düldül dizinə qədər torpağa batır. Əlinin də gözünə qan damır. Onnan sonra peyqəmbər deyir ki, bəli, Allahın şirisən ki, şirisən. Əlimsən ki, Əlim. Bu yanı peyqəmbərrər hədislərində var. Onçun da deyillər, bəli, Əli birinci imamdı.
III mətn
Bir dəfə bir dənə sayil, kasıb biri birinnən borc alır. Günortuya qədər vaxdı tamamdı də, verməlidi pulu. Pulu çatdıra bilmir. Gedir Əlinin yanına. Deyillər ki, bəs Əli səfərdədi. Bunun yolun gözdüyür kü, gəlsin. Əliyə müraciyət eliyif ki, bəs dardayam, mənə köməhliy elə. Vax gəlif çatanda görür kü, Əli gəldi. Dedi, ya Əli, bəs mən borşduyam birinə, günortuya qədər mənim vaxdım varıdı. Artıx vax keçifdi. Məni öldürəjəhlər, asajaxlar, kəsəjəhlər, nə bilim məni qul eliyəjəhlər. Günortuya qədər mən pulu, borcu aparıf verməliyəm. Mənim də imkanım yoxdu. Deyir, onda Həzrəti Əli əleyhissalam (Allah hökmünə bax ha, gör nə qədər güjdü bir imammış) deyir, barmağın bir dəfə belə eliyir, Günəş gəlir durur günorta yerində. Onçün deyillər, Günü günortadan qaytaran Əli. Onu qaytarır, həmən o kişi aparıf pulu, borcun verir, ödüyür, yəni onu bağışdıyır.
Bir də peyqəmbərin bir müqəddəsdiyi ondadı ki, ən böyüh möcüzələrdən biri Ayı iki yerə bölüfdü barmağıynan. Amerika kasmanavatdarı çıxmışdı Ayın üsdünə. Həmən o Ayın üsdündə o şırımı görüflər. Düşənnən soora təsdiq ediflər ki, bəli, Ay peyqəmbərin zamanında onun hökmüynən bölünüv iki yerə. Bir dənə Aqra kasmanavatı çıxıfdı Ayın üsdünə, orda azan səsini eşidif. Düşənnən sonra müsəlmançılığı qəbul eliyifdi.
IV mətn
Həzrət Əli bir gün bir əvə qonax getmişimiş. Arvadnan kişi bir-birinə xısınnaşır ki, arpa çörəyidi çörəyimiz, nətəər qoyax bunnara. İndi surfa salıllar, çörəyi gətirif qoyullar. Qoyanda, sırfanı salanda Həzrət Əli qılıncı çəkir, qoyur sırfanın qırağına. Bılar da qorxullar ki, görən bu qılıncı niyə çəkif qoyur sırfanın qırağına. Yeyillər, Allaha şükür eliyillər, yığışdırıllar. İndi kişi əl çəhmir ki, ya Əmir, sən Allah, bax o qılıncı niyə sırfıya çəhdin qoydun? Deyir ki, siz desəniz ki, bu çörəy arpa çörəyidi, mını sizə nətəər qoyax? Onda ikinızın da boynunu vurajeydım. Onnan sora şükür eliyillər, yığışdırıllar.
LOĞMANIN TƏƏCCÜBÜ
Deyir, Loğman üç şeyə təəcüblənir. Birinci, deyir, niyə səhərrər ilıx yumurta yeyən adam günüz ulduzdarı görmür? Təəcüplənirəm, deyir. Səhərrər bir ilıx yumurta yeməh gözə o boyda xeyirdi, deyir. Gör ha. İkinci, niyə ölünün əyağını isdi suya qoyanda, ölü dirilmir? Yəni əyağı isdi suya qoymax bütün dərtdərin dərmanıdı, ölünün belə. Loğman məhətdəl qalır ki, bı, niyə dirilmir? Axı dirilməlidi. Üçüncüsü, niyə axşamnarı yumurtanı bərk bişirif yeyən ölmür? Üş dənə şeyə təəcüf qalır da, bı.
SEYİD HƏMZƏ NİGARİ
I mətn
Seyid Həmzə Nigariyə el arasında Şıx Əfəndi deyirdilər. O, deməh, bütün şeyirrərini Seyit Nigari ləqəbiynən yazıfdı. Mənim böyüh babam Alı Çələbiynən, deməh, həmfikir oluflar, dosd oluflar, məsləhdaş oluflar. Bəli, onun da möcüzələri olufdu. Onun möcüzəsi belədi ki, o vax bırda onu hökümət incidir, mollalar incidir Seyit Mir Həmzə Əfəndini. O köçür gedir Türkiyiyə. Türkiyədə Xarput kəndində başdıyır yaşamağa. Türk sultanı bını qəbul eliyir, ümmiyətnən, bının möcüzəsin-zadın görür-eliyir. Deyir ki, yaşa da bırda. Amma sənin hakqında o qədər məhtuplar gəlir ki. Soora ömrünün sonuna yaxınnaşanda min səkgiz yüz həşdat beşinci ildə Amasyada rəhmətə gedir, orda dəfn olunufdu. Hiss eliyir ki, uje ölümü yaxınnaşır, mürütdərinə deyir ki (çoxlu mürüdü varımış), məni aparıv Amasyada dəfn eliyərsız. Hansı ki, Xarput kəndinə də Amasyadan bir həfdəlih yolumuş. O vax da yanı atnan, eşşəynən aparırdılar aparanda. Nəysə o mürütdərdə (bəzisində) şüpə qalır ki, ya seyit, nətəər, bəs bir həfdə ərzində sənin nəşin korrana bilər, qırx dərəcə isdi var. Deyif ki, həşdat ildi Allah, Allah deyirih, əgər yolda məni görərsız ki, nə bilim, nəşim belə olufdu, atın çaya, hara gəldi atın, çıxın gedin. Yanı bı həşdat ildə bı Allah, Allah deyif da, yanı mənim nəşim pozulmaz. Aparıf dəfn eliyillər.
II mətn
Mir Həmzənin oğlunun adı nəydi? Hə, Siracəddin. Bı namaz üsdeymiş. Arvadı gəlif xəbər verir ki, oğlun ölür, Siracəddin. Orda deyifdi ki, Allah, sənin ciyarını yandırsın. Niyə məni bu namazdan, məni Allahdan ayırırsan? Allahın xoş vaxdına düşüf, Siracəddin ölüf. Arvadın ciyarı yanıf.
HACI QARAMAN OCAĞI
I mətn
Diyarbəkirdə buna (Hacı Qaraman babıya) hakimiyyətdih veriflər ki, məsələn, gəl bu əyaləti idarə elə. Din adamı oluf də. O deyif ki, mənə üç gün vax ver. Üç gün vax verənnən sonra bu gecə ailəsini də götürür, ona inanan adamları da götürür, çıxır. Diyarbəkirdən, Türkiyə torpağınnan çıxır. Üç günnən sonra şah xəbər alır ki, bəs nooldu, gəlip çıxmadı? Dalıncan adam göndərillər, gəlif görüflər ki, o bir misal var e deyir, lələ köçüf, yurdu qalıf! Kişi yoxdu də, düşüflər dalına, adam göndərir. Gəlir, nə bilim hansı bir əraziyə çatannan sonra deyiflər ki, mən o hakimiyyəti isdəmirəm, mənim tutduğum yolnan o düz gəlməz. Olardan da gələnnərin də bir neçəsi buna tabe olur, qalır, bir hissəsi qayıdır. Və buna Allahdan çəlih qismət olufdu. Ayə gəlifdi Allahdan ki, Çələbi, hansı ərazidə o çəlih dursa, lövbərini orda salırsan. Bu çəlih gəlir fırrana-fırrana, ümmiyətlə də, gəlir-gəlir Tatar kəndi var, (Tatar kəndi Cəbrayıldan bir az bərdədi, bu Sirih kəndinə yaxındı) orda çəlih dayanır. Çəlih dayanır, çəlih bunnan yerimir də. Yəqin ki indi bir işarələri olufdu də, onnan hərəkət eləməyə. Orda bir neçə gün qalır. Burda da bir dənə kişi varrıymış, bir də xəsdə qızı varıymış. Anadan olannan elə xəsdeymiş, Yetərmiş qızın adı. Kişi də üş gün, dört gün buların evinin qavağında ocax qalıyırmış, hava da soyuğumuş də. Kişi gəlir ki, ay balam, gedin görün o kimdi, nəçidi, bəlkə elə oğrudu, elə bizim bu heyvanımızı gəliv oğurramağa. Nəsə, göndərillər adamı. Həmən adam geder deyir ki, kimsən, nəçisən? Deyir ki, bəs mən beleyəm də, bala, qərif bir adamam, burda da heş kimim yoxdu, onnan sora tanışım yoxtu. Elə bir üç-dört gün burda qalır, acınnan-susunnan birtəər olur. Götürüf gəlillər evlərinə. Gətirillər evlərinə, gecə yatır. Tezdən, deməli, ev yatıf, duranda görür kü, Yetər addı qız başdıyır qapını süpürür. Arvat deyir ki, kişi, dur ayağa, kişi, dur ayağa. Deyir, ay arvat, nədi? Deyir, bəs, qarnın yammasın, Vallah, bu kimdi, nəçidi, bu xeyir-şəfa bu kişidən gəlifdi. Qız danışır da, qapını süpürür.
Nəsə, səhər açılır, çaydan, çörəhdən yiənnən sonra həmən Hacı Qaraman deyir ki, mən artıx getməliyəm də. Kişi deyir ki, yox, səni hara boşduyuram. Sən kimsən, nəçisən, mən səni tanımıram, amma sənin kəramətinnən mənim bu qızım şəfa tapdı. Bu qızımı verəjəm sənə, bax budu e malımnan da, qoynumnan da, varım-dövlətim çoxdu, get yaşaynan. O, onu da götürür gəlir o Hacı Qaraman pirinin, ocağının yanına. Hansı ki, o ocağ soradan pir oldu, inanıldı, müqəddəs yer oldu, orda elə o dünyasını dəyişdi. Marallar gəlirdi, orda maralları Yetər nənə sağarmış, çıxıf gedərmiş. Hacı Qaraman da barmağın salıf uyundurarmış. Həmin o məçid, orda bir məçid vardı, tupulğu deyirdilər, tupulğudan düzəltmişdilər. Molla Vəli Vidadi gəliv orda dərs deyifdi, həmən məçiddə. Hacı Qaramanı, Çələbilər kəndi deyillər, olardı nə bilim 300-400 metr aralı. Molla Vəli Vidadi orda molla dərsi deyifdi. Tupulğu, adətən, onnan çalğı düzəldirih qapını süpürməyçün, çox naziy olar, belə barmax nəzihlihdə. O möcüzə kimi Allah onu o qəddər böyüh yaratmışdı. Yanı sən heç harda o böyühlühdə ağaca rast gəlməzdin, o tupulğu ağacına ha. Meşələri də axdarsan, ras gəlməzdin. O tupulğu ağacı ancax nəzihdi, o deməli, o qəddər böyühdü, sijim hərriyərdin, o uzunda sijim gücnən ona gələrdi çatardı, dolıyardı. Helə böyüh əmələ gəlmişdi. Ağaşdı o da.
II mətn
O vax İrannan addıyıf bizim kətdəri çalıp-çapırmışdar dayna. Oğurrux, nə bilim. Ofşim, irannılar bizə çox ziyan eliyifdi. Bı Arazboyu kətdər var bizdə, ordan – İrannan addıyıf gəlirmişdər, bizim kətdəri talan eliyif qayıdırmışdar. Bir gün o tayda nəysə deyillər, o nə Hacı Qaramandı, nə Hacı Qaramandı e, gedəy oranı dağıdax. Nəysə, gəlillər. Hacı Qaraman özü evdə olmur, arvadı Yetər nənə evdeymiş. Bıllar da qırx atdıymış, əlli-atmış atdıymış. Yetər nənə deyir ki, düşün, qonağımız olun. Deyir, ay arvat, sən bizə nə verə bilərsən ki, bir belə atdı düşəh. Nəysə, düşüllər, deyillər ki, atımıza arpa ver. Yetər nənə bir balaca torba gətirir. Bıllar gülüllər, lağ eliyillər ki, ə, bı hansı ata çatar? Nəysə, bınnan ovuşduyup atdara verillər, bı qutarmır. Nə arpa qutarır, nə bir şey. Soora bir balaca qazan asır. Deyillər, ay arvat, bı qazan kimə bəs eliyəjəh? Deyir, sizdih dəyil. Otuz-qırx atdının hamısın bı yedizdirir. Ofşum, baxıllar kin, bir qadın xeylağı bı qədər adamı yola saldı, ordan qayıdıf gedillər. Həə, orda bir də Hacı Qaraman gəlif çıxır. Deyillər ki, sənin adın çox çıxıfdı, səni sınıyajıyıx. Bizə bir möcüzə gösdər, sənnən əl çəkəh. Orda marallar gəlir, dağdan marallar yenir gəlir. Maralları Yetər nənə sağır, sonra o qaçaxlar çıxıf gedillər, day toxummullar ki, həqqətən də, böyüh övliya ocağı olufdu.
III mətn
Kimin qazanda yeməyi bir az azdısa, ya qonax çoxdusa, deyillər, Yetər nənənin qazanı olsun qazanınız. Yanı bərəkəti artsın da.Yetər nənənin qazanı olsun. O məsəl var.
IV mətn
Hajı Qaraman Diyarbəkirdən gəlifdi. Onun əsil adı olufdu Diyarbəkirdən gələn Əziz Əfəndi oğlu Əhməd Çələbi. Belə qara xalı oluf deyə adına Qaraman deyiflər. Cavan oğlanımış. Çəliyin atıf Diyarbəkirdən, deyif, bı harda dursa, mən orda məsgən salajam. Deyir, gəliv o qalıfdı bir evdə. Görüf bir ev var, o kişinin də adı Əhmədimiş. Deyir, deyif, Allah qonağı isdərsiniz? Deyif, Allaha da qurban olum, sənin kimi əziz qonağına da. Buyurun, gəlin. Axırı ki, qalır gejə bırda. Bir çavısdanımış dayna. Allah verənnən yeyif yatıflar. Bunun da bir qızı varımış, anadangəlmə gözdəri korumuş. Tezdən arvat durur yerinnən, görür, qızı yoxdu yerində. Ora baxır, bıra baxır, çıxır çölə, görür qız çölü-çəməni silif-süpürüf, mal-qaranı qoşuf. Girif qurban olduğum Qaramanın yıxılıv əlinə-ayağına:
– Saa qurban olum, necə aşdın?
Deyif:
– Mən adicə bir insanam.
Deyif:
-
Hər kimsənsə, sənnən açılıf bının gözü.
O qızı verif, deyif, nökər işdət, neynirsən, elə, bı qızı verirəm saa. O da onnan aylə quruf. Onnan soora elə bı babalarımız, elə bı törəmələr onnan sonra bir-bir dayna əmələ gəlif. Maral gəlif süd verərmiş. Yetər nənə o maralları sağarmış, qatığın çalarmış. Yaralananın yarasın bağlarmış, gedərmiş, axşam gəlif südün yenə verərmiş. Heylə möcüzələri çox oluf.
V mətn
Hajı Qaraman bavam çox dedihcən, möcüzəli oluf, kərri-kəramətdi oluf. Hajı Qaraman bavam gedif İranın şahıynan söhbət eliyif. Arazın bəri tayınnan Hajı Qaraman baba danışıf, o taydan da İranın patşahı danışıf. Söhbət eliyif, deyifdi kin, sənin nə cür mən kəramətini bilim? Deyifdi ki, o İrannan gələn difarı minif adicə, ilannan da qamçını alıv əlinə, Hajı Qaraman babanın görüşünə gəlif. Deyifdi ki, ay Hajı Qaraman baba, sən görsət maa hünərıı, göstər görüm. Yanında bir nəfər adam oluf, deyifdi ki, get Arazın üsdə ojax qala. Deyif, a kişi, uşağ-uşax danışma, Araz durajax, orda sən ojax qaleyjaxsan? Deyifdi ki, olar. Gətirif bu bir nəfər bu ojağı qalıyır Arazın üsdündə, Araz da dayanıf. Qalıyanda deyiv, ay Hajı Qaraman baba, axı yanmadı? Deyif, deynən, İnşallah, yanar Hajı Qaraman babanın ojağı! Ojax bəyax yanıf. Yananda deyiv, a kişi, sənə şəkg eliyənə nəhlət, mənim sənnən işim yoxdu, sən ayrı şeysən.
İndi Hajı Qaraman bavam çox, hər bir şeydə təcrübəli oluf. Suruxtalarda bizim Çələbilər qışdağında atamgilin evləri olub. Bulqey babamgilin dədəsinin də əvi orda oluf, əlqərəz üçünün əvi orduymuş. Hajı Qaraman evlatlarının o dağın ətəyində evləri oluf. Nəysə, gəlif yığışıflar hər gün. Bir gejə bir əmimin əvində qalırmışdar. Söhbət eliyirmişdər. Oruşdarını açarmışdar. Namazdarını qılır, səhər gejə o birisində, biriyün o birisində, helə-helə bir-birilərində görüş keçirirmişdər. Bu İranın xannarı onnan, şahları yığışıf gəliflər Hajı Qaraman bavanın bax o qışdağına. Ora yığışıflar. Orda görüflər ki, ilan gəlir, axıf gəlir, niyə gəlir? O İranın şahı belə qaçıf, bu belə qaçıf. Canına fida olduğum Hajı Qaraman baba belə vırıf. Onıynan gediv öyündə məhv oluf.
VI mətn
Çələbi babama bir dənə kasada süd veriflər. Barmağın salıf, mayalandırıf, qatığ oluf. Eləjə çeçələ barmağın salırmış.
Aşıx Qaramannıdı,
Xalın Qaramannıdı.
Soruşsalar nəslini,
Deyin Qaramannıdı.
HACI QASIM ÇƏLƏBİ
I mətn
Savet höküməti təzə gəlmişimiş. Yaşdı adamnardı, nə bilim, bir az da savatsız insannardı, yığışıllar, deyillər, ay Çələbi, bı Şura hökuməti nədi e, bını qov getsin dayna. Bıllar kənd adamıdı. Bilmillər ki, Çələbi bını qovan dəyil, bir şey dəyil. Bı hökümət quruluf da. Nəysə, bir az fikirrəşif deyif ki, balam, bı, kasıf-kusuf hökumətidi, kasıflara yaxşı olajaxdı. Bı bir dəfə dizin qoyajax yerə, sora bir də davam eliyəjəhdi, ama dağılajaxdı. Özü öz içinnən dağılajaxdı. Yaz qarı kimi bir gün səhər duruf görəjəhlər ki, Savet hökuməti yoxdu. Ağacı içinnən qurt yeyən kimi. Bını bütün Qubatdı, Zəngilan, Fizuli – bı zonanın hamısı bilir. Bu sözü, deməh, Hacı Qasım Çələbi təxminən min dokquz yüz iyirmi beşinci ildə deyifdi. O söz gəldi yerin aldı. Savet hökuməti dağıldı, heş kimin ağlına gəlmiyən bir mamentdə.. Yəni kimin ağlına gələr ki, Savet hökuməti kimi hökumət dağılar.
II mətn
Hacı Qasım Çələvi bavam dəyirmannan gəlirmiş. Bınnan irəli qulflu-qulflu çualı olardı, öküzə yühlərdilər. Həə, elə bil ki, xaşa kimi, siz görməmısız. Heylə çual tikərdilər, bı de qapının ağzına səriv e birin. Ona qulf tikərdilər iki tərəfinnən, belə çatardılar, yühlərdilər öküzə, ata. Bir yoxuşun ayağında dağılır, yüh düşür yerə. Ay Allah, mən nağayrım, neyliyim? Bı tayı götürüf qoyur, o tay düşür, o tayı götürüf qoyur, ağacı dayax verir, o tay düşür. Biraz bınnan əlləşir. Bir kişi gəlir çıxır. Vallah, bilmirəm o kişi haralıymış, o yadımnan çıxıfdı. Bir kişi gəlif çıxır. Deyir, Qasım Çələvi, başına hərrənim, nədi bu? Deyəndə deyir, öküzün yükü dağılıf. – “Bəri gəl, mana köməh elə, bını yühlüyüm”. Deyif, Allah hakqı, möcüzatını görsətməzsən, yühləmiyəjəm yükünü. Öküzün yükün düşürüf səni qoyajağam bı yoxuşun ayağında. Deyəndə deyifdi ki, ay bala, nə möcüzat görsədim sana? Deyir, nə görsədirsən, görsət, axırı ki, mana bir möcüzat görsət. Götürüp belə daşı atır göyə. A daş, deyir, Allahın izniynən dur orda. Hə, deyir, daşa sarı qayıdıp baxma ha, qoy gedəh. Öküzü sürüllər. Biraz bayana gedəndə (Boynu qırılmış kişi kim isə, Allah ona nəhlət eləsin. İnammırsan, neynirsən onun möcüzatın?) qayıdır daşa baxır. Daşa baxanda daş qayıdır düşür yerə. Xeylax getmişimişdər. Deyir, Allah əvını yıxsın, niyə onu atdıdın göyə, mənim əməyimi zay elədin? Mən Allaha üz tutdum ku, o daş dura orda.
III mətn
İki çoban varımış, nəysə heyvan otarırmışdar, ağılsız adamlarımış da. Çələvi babam da o yannan bıllara doğru gəlirmiş. Deyir ki, ə, Çələbi gəlir, gə bını sınıyax, görəh bı, əsl Çələbidi, övliyadı, yoxsa elə camahat küyə-kələyə gedir? Bını alladax, görəh bı, nə dərəcədə belədi. O birsi isdiyir razı olmuya. Nəysə, opşum, biri vaxdı çatmışımış da. Hə, nəysə, deyir, mən özümü vırajam ölülüyə, sən deyir, Çələbinin qabağın kəs, denən ki, bəs belə çoban yoldaşım ölüpdü, gəl onun namazın qıl. Bı, özün vırır ölülüyə, yıxılır, guya ölüpdü. Bı birsi yüyürür Çələbinin qabağına. Çələbi də iki-üç adamnan gəlirmiş da, mürütdəriynən. Ay Çələbi, bəs özunu yetir, bəs bırda çoban yoldaş öldü. Nəysə gəlir belə baxır, çobana deyir ki, nə deyirsən? Deyir ki, bının namazın qıl. Deyir ki, diri namazı qılım, ölü namazı qılım? Çələbi soruşur. Üş dəfə soruşur. Bıllar da axı kələh quruplar, alladıllar. Deyillər ki, yox, ay Çələbi, ölüb e, ölü namazı qıl, diri nədi? Üş dəfə təkrar eliyir, nəysə, bıllara çatmıyıv, oturuv ölü namazın qılıpdı. Duruv axırı ki, nəysə çıxıf gedəndə, bı, nə qədər, ə, qalx, ə, qalx, getdi, görüpdü ki, ölüpdü. Çığırıp, qayıdıp çığırıp, ay Çələvi baba. Axırı ki, deyip, bala, mən sənnən üş dəfə soruşdum. Mən bilirdim, o diridi. Mən indi onu qaytarıp bir də diriltmərəm ha. Ölü namazı qıl dedin, ölü namazı qıldım. Oların möcüzələri çoxdu.
IV mətn
Qubatdının Xannıx kəndi var, böyüh kəntdi, əvvəl rayon mərkəziydi. Həkəri çayının qırağındadı. Nəysə, Nuru paşa qoşunuynan gələndə Çələbi babanın başında qırx mürüdü, camahatı yığıf deyir ki, çıxax Nuru paşanı qarşılayax. İki dənə də öküz götürüllər ki, deməh, bını kəssinnər, qoşuna yeməh versinnər. Bınnan qabax da, deməh, Türkiyədə vəzyət ağır olur 1918-ci illərdə. Bilirsız da, Çanakqala hadisələri, sonra İzmit, Adana tərəfdə, onnan sonra... Nəysə, deməh Nuru paşanın, deməh, qoşunu ofşum, yunannarnan, fransızdarnan vırışan mamentdə bı, gecə yatır, yuxusunda görür kü, bir kişi bını yuxudan durquzur ki, paşam, qalx, paşa, qalx, oyan, oyan. Bəs belə-belə, sənin bütün toplarına toz-torpax dolduruflar. Səhər də hücüm olajaxdı. Paşa hövlanah qalxır, nəysə, Yavərin adamların çağırır, deyir ki, topları yoxlan. Baxıf görüllər ki, həqqətən də, topların hamsına torpax dolduruflar ki, yəni səhər hücum başdıyanda atəş açmasın. Bının da içində bir erməni olufdu. Nəysə, bını biliflər, erməni eliyif bının hamsın. Bının dərsin veriflər. Bu yuxu Nuru paşanın beynində qalır. Gəlillər, Qubatdının, deməh, Xannıx kəndi Həkəri çayın keçəndə ulu babam – Hacı Qasım Çələbi qırx mürüdüynən, bütün camahat, el-oba çıxıllar bını qarşılamağa. Çıxanda Nuru Paşa belə baxır, çığırır, deyir ki, bax bı kişiydi, mənim yuxuma girən bı kişiydi. Gəlir düşür əlinə-əyağına, öpür, ziyarat eliyir, deyir, a kişi, sən kimsən, mən bilmirəm. Sən məni yuxudan durquzdun, dedin ki, toplarına torpax dolduruflar. Həə, o vax da bir dənə, deməh, uşağ olur, təxminən on iki-on bir yaşında. Türk qoşunu Azərbaycana gələndə, bı da yəni fakdı ha, mən fakdınan danışıram. Gələndə uşax belə qoşulur Nuru paşanın qoşununa ki, mən də gedirəm. Mən də əsgər oluram. Nə qədər əlləşillər ki, bala, sən uşaxsan da, sən körpəsən, olmur. Anası deyir ki, Nuru paşa, bunu saa əmanət verirəm. Bu uşax da qoşulur qoşunnan gəlir, gəlir heylə Xannıx kəndinə, deməh, orda Hacı Qasım Çələbiynən Nuru paşa görüşür, orda iki dənə öküz kəsillər, qoşunu yedirdillər. Nuru paşa deyir ki, ay Çələbi, Vallah, bir uşax qoşuflar mana, qorxuram da, biz Bakıya gedirih. Bını elə verim sizin yanızda qalsın. Deyir, hə, noolar. O uşağı alıf saxlıyıllar, uşağı Mollu kəndi deyillər (Aşağı Mollu, Yuxarı Mollu Qubatdının kətdəridi), hə, Mollu kəndinnən də evləndirillər boyüyənnən soora. Qalır, ofşum, Azərbaycanda. İndi onun deməh, nəvəsi Sumqayıtda yaşıyır. Bax bı sahat həmən o türk – deməh, o kiçih Mehmetciyin, deməh, nəvələri bı sahat Sumqayıtda yaşıyır. Bax belə hadisələr çox olufdu, yəni övliya oluflar da, bizdə şıx deyillər. Elmi dildə şeyx deyillər, bizdə loru dildə şıx deyillər. Öz də bu, deməh, yəni bir-birinə ötürürmüşdər də. Elə bil ki, deyəh, Hacı Qasım Çələbi verif Alı Çələbiyə. Alı Çələbi verif Əli Çələbiyə, bax belə. O şıxlıx irsən verilif. O, hamıya verilmir. Hamıya yox, beş övlat varsa, beşinə də yox. Verif Yasin Çələbiyə, Həvəzə Çələbiyə...
V mətn
Həmən o Seyit Mir Həmzə Əfəndinin özü də mənim babalarımnan həmfikir oluflar, dosd oluflar, yoldaş oluflar. Seyit Mir Həmzə Əfəndinin də mürşüdü, yəni məllimi Kürdəmirri, Şirvannı Şıx İsmayıl deyillər el arasında, o olufdu. Türbəsi-zadı var. Yəni olar da, deməh Şeyx Şamilnən oluflar. O vax danışıllar ki, Çələbilər bırdan qoşun – köməh göndəriflər Şeyx Şamilə. Həmən o Şıx İsmayıl, sonra Böyüh Alı Çələbi, sonra Seyit Mir Həmzə Əfəndi. Bıllar da hamsı, Şeyx Şamil də bu qoldandı. Bizə nəxşibəndi deyillər. Yəni Hənəfi məhzəbidi. İslam aləmində dört məhzəp var: şəfi, hənəfi, maliki... Yəni bax bu həmən hənəfi məhzəbinnəndi. Mən yenə deyirəm da, sünnüyüh biz. Ama necə sünnüyüh? Bizim babalarımız deyif ki, orda-bırda soruşan olsa, sünnüsən, şiyə? Denən ki:
Nə sünnüyəm, nə şiyə,
Əhli-müsəlmanam mən!
Yəni on iki imamı sevən. Deməh, elə bil ki, həm on iki imamımızı sevirih, həm peyğəmbərin əsabaların sevirih, yəni heş birinə qarışacağımız yoxdu. Ən düzgün yoldu də. O vax Çələbi baba məhərrəmlihdə qazan asdırır, imam ehsanı verməyə. O vaxd oranın qazisi olufdu. Çələbi babanın qaynı olufdu. Gəlif belə təpihnən qazana vuruf ki, ay Çələbi, indi biz dönüf şiyə olajıyıx? Bı nədi? Bı da deyif, ay bədbax nə şiyə, nə sünnü? Bəs biz on iki imamın nəsliyih də. Yəni bütün seyitdər, bütün övliyalar, ojaxlar hamısı imamnarın nəslidi da. Ayrı nəsil yoxdu ha. Yəni on iki imamın soyudu. Sonra Əli Çələbinin atın camahat Həzrət Əlinin atı Düldülə bənzədərdilər. Görənnər danışır. Səmənd at deyillər. Həmən səmənd ata heç bir at çatmazımış. Heş kim onu minə bilməzimiş. Hətda aparıv onu suvarmağa da qorxurmuşdar.
Soora şıxlar – bizimkilər qırxa girərmişdər. Eşitməmisən, qırxa girməh? Yəni qırx gün heç bir yernən təmasda olmazmışdar, ancax, deməh, giriv otaxda Allaha ibadat edərmişdər, qırx günnən sonra çıxırmışdar çölə. Qırx gün, deməh, bir yana çıxmazmışdar.
Dostları ilə paylaş: |