AZƏrbaycan miLLİ elmlər akademiyasi folklor institutu qarabağ: folklor da bir tariXDİr VI kitab



Yüklə 3.1 Mb.
səhifə2/28
tarix02.12.2016
ölçüsü3.1 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   28

II mətn

Allah-taala deyir ki, bəla gələjəh. Hamı dua eliyir ki, o bəla yan keşsin. Şeytan hamıya dua eliyir, özü yadına düşmür. İndi gedillər torpax gətirməyə. Həzrət Cəbrayıl gedir, hər təpədən bir az torpax götürür. Yeddi təpədən torpax gətirir. Torpağı götürəndə arı kimi şeylər uçurmuş. Bunnardan soruşullar ki, sən kimsən? Deyir, “sən sənsən, mən də mənəm”. Bunu deyənnər xristiyannardı. “Sən talıfsan, mən məxlux” deyənnər musurmandı. Allah-taala torpağı insan şiklinə salır. Deyir ki, hamınız muna səjdə eliyin, bu dirilsin. Hamı muna səjdə eliyir. Bu şeytan muna tükürür. Mının ayıb olmasın, göbəyinin yerin burub atıllar. Atıllar oyənə ki, muna Şeytan tükürdü. Elə göbəyin yerinnən atılan torpaxdan it əmələ gəlir. Bu itin də bir tərəfi Şeytandı, bir tərəfi insandı. Onunçün o, insanı görəndə tez tanıyır. Allah-taala nəhləti keçirdir Şeytanın boğazına ki, sən mən yaratdığımı bəyənmədin, tükürdün. Bu nəhlət, elə bu bəla sana gəldi. Onnan Adam ata yaranır, onnan soora Havva ana yaranır. Onnan soora bu Şeytan Allaha deyir ki, mən qıyamatacan sənin insanınnan varam.

Adəmnən Havva da cənnətdədilər. Elə bil bılara tafşırıflar ki, o iki meyvədən yemiyin, buğduynan arpadan. Qalannarınnan yeyin. Bu Şeytan hənki heyvana deyir, məni apar cənnətə. Heş bir heyvan Allahın qorxusunnan aparmır. İndi Şeytan girir ilanın qulağına. İlan da onda qanatdıymış, əyaxlıymış. Onçun ilan qiyamatacan sürüncəkli qalıf. Girir qulağına, munu aparır bıların yanına. Adam ata yatmışımış, Havva ana da uyağımış. Görüf kü, bir ağsakqal kişi gəldi. Dedi ki, hənki meyvədən yeyirsız? Dedi ki, filan meyvədən, filan meyvədən yeyirih. Deyir ki, ə, elə sizi alladıllar ki, sizi cənnətdən çıxardalar. Siz bu meyvədən yeyin, sizi onda cənnətdən çıxartmıjaxlar. Buları alladır. Bunacan da insanın elə bil ki, ayıb olmasın, çölə çıxmağı yoxumuş da. Buları yeyillər. Yeyən kimi arvad ağrıyır. Arvatda nəcis əmələ gəlir. Ağrıyanda kişi durur deyir ki, ey dili-qafil, səni Şeytan allatdı. Deyir, Şeytan dəyildi. Nəcif bir ağsakqal kişi gəldi dedi ki, bu işi görün, onda mən də onu yedim, onnan bəri başıma bu iş gəldi. Havva yalvarır, ağlıyır ki, sən də o meyvədən ye, çıxartsalar da, ikimizi bir çıxartsınnar. Onnan soora buların ikisini də cənnətdən çıxardıllar. Bu arpanın, buğdanın içinin o cızığı var ha, onu kəsif Şeytan bılara yedirdif. Bılar, bala, qırx il zulmatda qalır. Ağlamaxdan gözdərinnən yaş yerinə qan gəlir. Soora Allah-taaladan səda gəlir ki, siz tööbə eliyin, sizi bu çətinnihdən qutarax dana. Onnan soora gəlillər yerdə yaşamağa. Allah-taala bıllara cənnətdən iki öküz çıxardır. Bılara cüt gətirir, toxum gətirir, deyir, burda əkin, səpin, yeyin. Yeyin, bejərin, ta olun adam. Onnan soora gəlillər, əkillər. Deyir, öküz ağladıxcan (öküzü də cənnətdən çıxardıflar) onun gözünün yaşınnan noxud əmələ gəlir. Arvadnan kişi ağladıxcan gözünün yaşınnan istiyot əmələ gəlir. İstiyot onunçün elə acıdı. Bıların ajılı vaxdıdı.

Dünya yaranır, insannar artıllar. Deyir, əvvəllər bajını qardaşa alırmışdar. Soora bir bajı üsdündə iki qardaş dalaşır. Onacan ölüm-zad yoxumuş. Dalaşıllar, elə bil deyir, Habil vırır, Qabili öldürür, nahax qan düşür. Düşəndə bı qalır məhətdəl, deyir, mən mını neyniyim? Soora Həzrət Cəbrayıl iki quşu göndərir ki, gedin siz də bir-birinizi vurun öldürün. Quşun biri vurub o birini öldürür. Yeri oyalıyır, oyalıyır, quşu basırıllar yerə. Habil deyir, bı mını basırdı, elə mən də mını helə basırım. Ta onnan soora bu bajını qardaşa verməh qadağan oluf. Artımdan ötrü Allah-taala yol verdi. Ta nahax qan olannan soora bılara yol vermir.


Söyləyici mətni anasından eşidib.
III mətn
Deyillər, Allah-taala bir gün Adəmi yaradır. Sora ona görə cənnəti xəlq eliyib ona bəxş eliyir ki, xoşbaxt yaşasın. Adəm də cənnətdə şad-xürrəm yaşayır.

Bir gün Allah-taala deyir, gedip bir yaratdığımı yoxluyum görüm nətəhərdi, nətəhər yaşıyır.

Gəlip görür kü, Adəmi fikir-xəyal götürüp. Yaxınnaşıp soruşur:

– Ey Adəm, mən səni yaratdım, cənnəti yaratdım. Cənnəti də sənə verdim. Hər yanın gözəllih, gül-çiçəhdi. Niyə bikefsən? Niyə danışıp-gülmürsən?

Adəm deyir:

– Qurban olum, ay Allah, pütün bunnara görə sağ ol, ama nəsə darıxıram, elə bil nəyimsə çatmır.

Allah-taala tez Adəmin qabırğasınnan Həvvanı yaradır.

– İndi darıxmazsan, – deyip gedir.

Adəm də üş gün Həvvaynan şad dolanır. Soora yenə bikeflənir.

Allah-taala bu dəfə Adəmi yoxlamağa gəlir. Görür kü, yox ey, yenə Adəmin halı hal döyül. Yenə fikri-xəyalı göylərdədi.

Bu dəfə də soruşur:

– Ey mənim yaratdığım, indi niyə sevinmirsən?

Adəm deyir:

– Ay məni yaradan, Həvva səhərdən axşamacan o qədər danışır ki, bezirəm. Bunu apar, bəlkə eynim açıla.

Allah-taala Həvvanı götürüb aparır. Deyir, qoy Adəm bunnan belə şad-xürrəm yaşasın.

Nəysə, Həvva gedənnən soora Adəmin elə bil qol-qanadı yanına düşür. Könlü qan ağlıyır e. Bunu görən Allah-taala yaratdığının halına acıyır, soruşur:

– Ey Adəm, indi sənin dərdin nədi? Niyə deyip-gülmürsən?

Adəm cavap verir:

– Ay Allah-taala, onsuz da qala bilmirəm. Onu hərdən-hərdən göndər.

DÜNYANIN SONU
Deyillər, yernən göyün arası suynan dolajax. Ölənnər kəfəndə çıxajax suyun üzünə, qalannar da öləjək. Əməli salahlar diriləjəh, əməli pislər öləjəhlər. Heylə deyillər, heylə eşitmişəm.
O DÜNYA
Anamın da dörd uşağı olmuşumuş. İki qardaşım irəhmətə gedif, bir bajım Bakıda, bir də mən burda. Anam gələr ölər. Ölər, buna qəvir qazmaa gedən kim, çöldə su qoyan kim – yuada götürməyə. Bu arvad ölər, üzünü çəkəllər. Anam gözün açar. Biz yekə olanda bizə danışdı. Deyir, getmişdim o dünyaya. Deyir, gördüm kü, anamın öz anası, qardaşı arvatdarı, hamısı o dünyadadı. Deyir, gördüm bular gülün-çiçəyin içində nəsə təmizdiyillər. Deyir, dedim, aaz, Həcər, Həlimə, nağayrırsınız burda? Qardaşı arvatdarının adıdı da. Deyir, dedi ki, buy, aaz, sən nə gəzirsən burda, Hava? Deyir, dedim ki, mən də gəlmişəm yanınıza. Deyir, dedi, aaz, sən görmürsən, ora dört dənə qara qarqa qonuf, sənin balalarındı, nətəəri qırıldaşıllar ağacın üsdündə. Sən burda nə gəzirsən, aaz, yeri, yeri. Deyir, gəldi hərəsi bir qolumnan tutdu, məni ötürdü kü, çıx get, olar sənin balalarındı, dalınca gəlif dördü də. Bir də anam gözünü açıf görüf ki, qoom-qardaşdarının hamısı burda. Mən o dünyanı gördüm, gəldim deyir, bala. O düzdü. Var o dünya, Vallah var, deyir.
QARAÇUXA
I mətn

Biz bəy nəslindənih. Bizim babalarımız bəy oluplar. Kəlbayı Ələsgər bəy olup. Onun neçə min qoyunu olupdu. Atam söyləyirdi ki, Kəlbayı Ələsgərin bir naxırçısı varıymış. Bu aparıp qoyunu otarmağa. Uzanır, yuxu tutur, qoyun baş alıp çıxıp gedir. Kəlbayı Ələsgər də çox yaman adam olupdu da. Çoban onnan qorxurmuş. Durur ayağa, görür sürü yoxdu. Biz də Ermənisdanla sərhəd idih. Gedir görür kü, orda bir dənə belə çala yerdə Kəlbayı Ələsgər özü durup qoyunun qabağında, qoyunu qoymur addıya o tərəfə. Qorxudan gedir yaşavca deyir ki, ağa. Ağa deyəndə görür kü, adam yoxa çıxdı. Sora gəlir, danışır. Deyillər ki, o Kəlbayı Ələsgərin qaraçuxasıymış. Özü öz malın qoruyurmuş. Olmuş əhvalatdı. Çoban özü xəsdəliyə düşüb onnan. O vaxd Kəlbayı Ələsgər özü də yox imiş, tacir imiş, gedipmiş Qubatdıya kişmiş gətirməyə. Deyiplər, əşi, Kəlbayı Ələsgər nə gəzir. Deməli, onun qaraçuxasıymış.


II mətn

Qaraçuxasız heş kəs olmasın, bala. Görürsən, salavat verəndə deyillər, filankəsin Qaraçuxasına salavat. Bizi Qaraçuxa saxlıyır, bax dalımızcan yeriyir. Hara gedirih, orya gedir. Kölgəmizdi da elə bil. Allah uzağ eləsin, Qaraçuxa yatdı, mən də yatdım.


III mətn

Qaraçuxam mənim vayemə1 girifdi. O da nətəəri haa. Yatmışdım, gördüm kü, qapımın ağzında bir dənə kişi xaylağı bax belə uzanıv, ağzı göyə, əyaxları da belə qapıya sarı. Oyandım, isdədim, bissimillah deyəm. Dedi, bissimillah demə, mən sənin qaraçuxanam. Bissimillah desən, yoxa çıxajam. Bissimillah demədim, gəldi belə dayandı. Heş deməynən yatanda çöl qapımı açıx qoymuşam, kilitdiyirdim həmməşə. Qapım açıx olduğuna görə, qaraçuxa gəliv orda maa qaraltı eliyifdi. Belə görmüşəm.


CİNLƏR HAQQINDA
I mətn

Ağdam tərəfdeymiş e, bizdə yox. Kişinin bir dəşt yaxşı kasdumu olur sandıxda. Onı həmeşə qatdıyıf qoyurmuş sandığa, toya geyirmiş. Bir yol bı kasdumu çıxardır ki, bının yaxasına yağ dəyif. Deyir, ay arvat, mənnən başqa bını kim geyir? A kişi, bı and, bı çörəy, nətəər qatdamısansa, sandıxda duruf eləjə. Kişi deyir, bını güdejem. Əvlərində də bir yekə pişih varmış. Həmmeşə ojağın qırağında yatarmış. Bı kişi bını pusur. Bir gejə pusur, görür yavaşca durdu pişih kasdumu çıxartdı, getdi. Qapıdan çıxdı, getdi. Gejəyarıdan sora qayıtdı, gətdi kasdumu qoydu yerinə, yatdı. Bir də o biri gün gedəndə düşür dalına. Gedir görür bir biyabannıxda pişiyin boynunda bir toxlu, həmən paltar da əynində oynuyur. Toxlunu gətirir gəlinin əyağının altında kəsir, pişih e. Gedir oynuyur, yorulur. Deyir ki, komalan, gedirəm. Pissimillah deyəllər. Gözdüyüllər, bının qavırğasının biri tapılmır. Toxlunun e. Gedir ağacın çöpünnən belə eliyir, gətirir çöpü qavırğa əvəzinə salır toxluya, aparır. Kişi də gizdin gəliv əvdə yatır. Sabah elə açılmışımış, durur kü, pişih genə yatıf. Toyda da pişiyə Şəfi bəy deyillərmiş. Deyir, Şəfi bəy, xoş gəlmisən! Pişih kişinin üzün-gözün təmiz cırıxlıyıf qaçır. Bax həylə işdər var e.


II mətn

Bizdə bir qarı varıdı. O deyirdi ki, həmməşə evimizdə dəyişihlih olurdu. Bı qav ora gedirdi, orda dururdu, bı qav bırıya gəlirdi, ya da ki, palazı sürüyüv aparırdılar əənə. Deyir, bunnan şüpələndim, bir çüalın üsdünə iynə taxdım. Gəlif deyir çüalı sürüyəndə, o iynə ilişiv onun bədəninə. Bı dəmir, metal onun düşmənidi, cinnərin düşmənidi. İlişəndə, deer, gedə bilmiyiv, özün maa gösdərdi. Mən deyir, onnan çox şey örgəndim. Ayran çalxıyırdım, deer, nehrədə. Maa deyir, bilmirəm nə verdi (söyləyici əşyanın adını unudub – top.). Onu nehrənin üsdünə, çatmaya bağladım. Mənim deyir, nehrəmin yağı o biri nehrələrdən üç dəfə, dört dəfə çox çıxırdı. O arvat heylə danışırdı. Kimi inanırdı, kimi inammırdı.


III mətn

Birini də mənim babam danışıfdı – Əsgər kişi. Onda mən balacaydım, amma yadımdadı. O danışıf ki, cinnər bılların atdarın, heyvannarın saçını, yalını hörürmüş. Cini tutuflar, bir müddət Əsgər əmimgil bını saxlıyıf. Guya, deyilənə görə, rəvayətə görə, bu cini onnar təsərfat işdərində işdədirmişdər. Bu evdə hamilə gəlin olufdu. Cin bu gəlinə çox yalvarıf ki, məni boşdasanız, davanımnan kəsif atajam un çuvalınıza. Ömrü boyu evinizdən urzunuz əysilmiyəjəh, nə qədər yeyilsə də, elə unnuğunuzda dayima un olajaxdı. Rəvayətə görə, bı da bını eliyif, yanı kəsif davanınnan atıv o un çuvalına. Hə, illər də olların urzası əysiy olmuyufdu. İndi son vaxda qədər bizim qojalar, çox yaşıyannar da danışırdılar ki, cinin urzası bərəkətdi olur, üzülmür. Hə, bax belə şeylər eşitmişəm.


IV mətn

Bıde, bizim kişi deyir ki, Diridağında çörəh yeyirdim, gəlirdilər aşıxlar çalırdılar, oynaşırdılar, gözümnən görürdüm. Di gəl, dururdum əyağa, görürdüm heş kəs yoxdu. Toyun səsi, qavalın səsi qoymurdu ku, yatam. Deyir, dururdum ağacı alırdım əlimə, ə, köpəhuşağı, cəhənnəm olun bırdan, rədd olun gedin dana bırdan. Deyir, qavırdım, gəlirdim yatırdım, bir də həylə, bir də həylə. Deyir, bissimillah deyirdim, iynəni tuturdum, deyirdim sən öl, sizi tutub öldürəjəm, köpəh uşağı. Bax heylə. Okqədərə bizim kişinin başına həylə oyunnar açıflar.


V mətn

Cinnər mamamın gözünə görünüflər. Mamamı çağırıflar ki, bəs gəlginən xalam ölüf, gedirih. Arvat deyir, durdum gedim qapını açam. Birdən deyir, yadıma düşdü kü, qaynanam maa demişdi ki, bala, birdən hal-cin səni çağırar, qırxlısan ha, allanarsan. Deyir, qapıya çatanda birdən dedim, pissimillah, pissimillah. Deyir, bir də gördüm heş nə yoxdur. Pəncərədən çəkildilər, getdilər.


VI mətn

Mənim babam görücü kişi olup. Onun öz babası İmam dərəsinnən gəlirmiş, görüf cinnər çalır, oynuyur, çalır, oynuyur. Vallah, yalandı, gerçəhdi, mən də eşitmişəm də. Gedir görür kü, bının arvadının tumanı cinin əynində, vırhavır cinnər oynuyur. Aş qoyuflar. Bir qav da aş bunun qavağına qoyuflar. Kişi də bic kişiymiş. Aşdan belə əlinə vırıp, silib arvadın tumanına. Gəlib evə deyif ki, Pəri, ged o filan tumanını gətir, baxım görüm. Deyif, ay qağa, neynirsən? Elə həmişə qağa deyirdi, danışığı oydu. Deyir ki, get, gətir baxım da. Gedir gətirir. Baxır görür elə əlini necə yağlı sürtüb, elə də qalıb. İndi Vallah, bilmirəm düzdü, gerçəhdi. Ona görə deyərdi geyinmiyən qadın paltarının üsdündə iynə, sancax olmalıdı. Yəni cinnər gəlir aparır.


VII mətn

Küllüh2 deyilən yer varıydı. Çilliynən3 orda oynuyurdux. Əliqulunun çəpərinin yanınnan bizim çavısdana yol keçirdi ee. Bir də gördüy qırmızı donnu, tumanı uzun, bəlkə də beş-altı metr hündürrüyündə bir qız bax belə, oynuya-oynuya gəldi. Dedim, ayə, gördün? Vayy dədə, elədim. Bu da gördü, görmədi, bilmədim. Mənim vahiməmnən durdux qışqırdıx, qaşdığ evə. Soruşdular, a bala nooluf, a bala, nooluf? Dedim ki, bıde, orda belə-belə. Dedilər, a bala, bissmillah de, bissmillah de. Sora gətirdilər su verdilər. Onnan sora da keşdi, getdi.


HAL HAQQINDA
I mətn

Hal irəli olufdu. İndi yoxdu hal. Halı mənim qoja nənəmin nənəsi tutufdu. Hal iynədən qorxur. Halın yaxasına iynə sancırmışdar. O arvadın adı Nərgiz oluf. Bı, zahı yatmışımış. Birdən görür kü, hal bajadan yenir. Elə bil ki, halın da (bilmirəm, yazırsan, yazmırsan) iri döşü olurmuş. Birinci görüfdü, döşü sallanır yenişə. İrəli zahı yatanın yanına şişdər qoyurmuşdar da. Belə uju ərdəmir şiş. Halın iri, ala muncuxları varımış. Bı Nərgiz arvad belə ilişdirir, muncuxları tökür yerə. Tökəndə yalvarır ki, Nərgiz nənə, sana heç nə eləmiyjəm, mənim muncuxlarımı ver özümə. Deyir, yen bıraya gəl, verəjəm. Bı yenir gəlir. Bının yanına gələndə gətirir bı bir iynə sancır bının yaxasına. Sancır, yeddi il bınnarda bı qalır. İynəni çıxarda bilmir də, qorxurmuş.

Hal cinsinə az deyəndə çox eliyir, çox deyəndə az eliyir. Bı gedirmiş oduna, deyirmişdər ki, az gəti. Gəlirmiş ki, meşəni yığıf gətirifdi. Çox gəti deyəndə ikijə-üşcə dənə çırpı gətirirmiş. Nəysə, bir gün də bı qızdarnan gedir, indi harıya gedirmişdərsə, gələndə bir qıza yalvarır ki, bını al yaxamnan, verrəm sana bı sancağı. Bını alır yaxasınnan. Alannan soora bı, azad olur dayna, ta qaçır. Gedir, deməli, aralı durur, deyir, ay Nərgiz nənə, çölə çıx! Çıxır. Deyir, Nərgiz nənə, bərəkətimi nəyinizə salım? Deyir, zibilimizə. Elə bilir ki, elə-belə şeydi. Ta demir ki, yağımıza sal, pendirimizə sal, çörəyimizə sal, pulumuza sal, malımıza sal. Mənim bircə qızım var, o göörsən deyir, Nərgiz nənəni dərin getsin (gülür – top.)
II mətn

Bir yoldaşımın maması varıdı, gözəl bir gəlinidi. Bu uşax olanda dedilər, bunu hal apardı. Babam, deer, örkəni getdi gətdi, doladı gəlinin ətrafına. Soruşdum ku, baba, bu nə olan şeydi? Dedi ki, hal qıldan keşmir. Örkən da keçi tükünnən olurdu. Soora getdilər çayı qılışdadılar. Dedilər ki, hal aparanda gedin suya... Soora papağın götürdü həmin gəlinin başına qoydu. Dedih, baba, bu nə deməhdi? Kişi papağın həmin qadının başına qoyanda hal yaxın durmaz, qorxar.


III mətn

Bizdərdə bir Şəhrabanu vardı. Çox qoja arvad idi. Qaynanam nağıl eliyirdi ki, biri halı tutuf, düz üç il əvində saxlıyıf. Oğlunnan da bir uşağı olup. Əv yiyələrinə deyirmiş ki, mənim uşağımın yüyrüyün altına süpürgə çəhməyin, süpürgə çəhsaaz, ölər. Yoldaşına yalvarırmış ki, səni ant verirəm Allaha, kimi çox isdiyirsan ona, mənim iynəmi çəh, mən gedim, balalarım ağlaşır. Soora iki-üç il onu işdədiflər qapıda, helə saxlıyıflar uşağı da, yekəlif. Bir qammıyan adam əvi süpürəndə yüyrüyün altını süpürüf, uşağ ölüf. Hal elə bil kin, çox yalvarıf. İynəsin çəkiflər dört-beş ildən soora, çıxıf gedif. Elə bil, bunnan irəli dam-zad varımış dana. Çıxıf damın bajasına deyif ki, Şəhrəbanı xala, resbublikada nə qədər tör-töküntun var, onun birinə dəymiyəjəm. Amma əvin zibilli olsun, çualın boş olsun. Ona görə də gün uzunu bir belə əv süpürərıx, gənə zibilli olar bax Allah hakqı. Bir belə qazanarıx gətirərıx, həmişə çörəyimiz az olar, tez qurtarar unumuz, dənimiz, – deyərdi. Bir həylə qarqış eliyif gedifdi.


IV mətn

Məmmətsəfi kəndi var, qonşu kətdi. Orda hal gəlir, evə girir. Evə girəndə bir döşün belə atmışımış, bir döşün belə atmışımış. İri döşdəri varmış. Nəysə, bilən adam gətirir bının üsdünə bir dənə sancax taxır. Sancax taxır, özdəri də gəbə toxuyurmuşdar. Bunu da oturduf gəbə toxutdurullar. Onu tutan tayfıya Məşədilər deerdilər. Çoxdan oluf bu. Tutuf bunu oturdullar, gəbə toxutdurullar, hər bir işi də eliyirmiş. Bir gün gələr ki, mən sizin nəyinizə bərəkəti verim ki, məni buraxasız? O məşədilər də qorxuflar, demiyiflər ki, bizim varımıza, kürəmizə ver. Qorxuflar yaxşı şeylər deməyə. Deeflər ki, külümüzə ver, ojağımızın külünə. Nəysə, day bu bərəkəti də verif. Bir gün evin qızıynan gediflər bulağa, suya. Sənəh götürüf, qız da bir sənəh götürüf, gediflər. Qıza deyifdi ki, sən mənim üsdümnən bu sancağı çəh, mən də sənnən gedim suya, doldurum, gətirim. Qız sancağı çəkəndə o da qeyb oluf. İndi həmin Məşədilərin nə qədər təmizdih eliyələr, neyniyələr (mən olları tanıyıram, qonşu kətdi), evləri zibilli olar. Zibilləri, bitdəri, külləri əysiy olmaz...

Ama halın deellər davanı düşür. Yoldaşımın atasıgilin atı vardı. Onu böyüh yerdə hörühlüyürdülər, at otduyurdu. Soora gəldi, babam dedi ki, mən ordan hal dabanı tapbışam. Əlində belə gösdərirdi, deerdi, hal dabanın salır.
V mətn

Bizim kətdə bir kişi olufdu. Atı ötürərmiş çölə, gedif çöldə otduyuf gələrmiş. Arada bir gün görür kü, at nəysə tərri gəlir. Bu deyir ki, ə, mənim bu atımı kim minər, nolar? Bını çox araşdırır, tapa bilmir. Atın üsdün qırrıyır. Nəsə, bir mələfə atır üsdünə, qırrıyır. Bıy, axşam gələndə görür kü, üsdündə bir dənə kadın gəldi. Kadın haldan olur də, kişidən olmur ku. Hal gəlir. Uje tutur bunu. (Bəlkə də bunu nənəm yaxşı bilir.) Sancağı taxır üsdünə. Halın üsdündə ya iynə olmalıdı, ya sancağ olmalıdı ki, qaşmasın, sənnən itməsin. İndi həmən o ev yiyəsinin adını bilmirəm kimdi, guyə bunnan da evlənir. Hətda bu haldan da bir övladı olur. Adı Bayram olur. Bayramnı tayfası onnan törəmədi. Hə, onnan sora qapını, evi-zadı süpürəndə (bu ev yiyəsinin də bir uşağı varmış) buna çox yalvarır ki, bu sancağı, bu iynəni mənim üsdümnən götür. Uşax da nə bilir? Bunu elə yoldan çıxardır, iynəni götürənnən sora deyifdi ki, əvi süpürəndə süpürgəynən vurmazdar yüyrüyə. Deyir, niyə? Deyir, uşağ ölər. O suya gedəndə qız da qəsdən vurufdu ki, qoy görüm nolur. Ordan o sahat görür kafır çığıra-çığıra gəlif ki, uşağ öldü. Onda kişiyə yalvarıfdı kı, mən tay qala bilmərəm. Uşax da öldü, çıxım gedim. Bulara qarğış eləmiyif. Deyif, yeddi arxa dönəninizə dəymiyəjəm. Mənim iynəmi alın, balamı götürüm gedim. Alıflar, balasın götürüf gedif. Boylu olan kadınnar, o Bayramnı deyilən tayfadan iynədən, sancaxdan alıf vuruf üsdə ki, toxummasın buna.


VI mətn

Zahı yatır, heş kəsi olmur arvadın yanında, təhcə özü olur. Ev damıymış. Hal gəlir, bacadan çağırır, ay kim, (adı yadımnan çıxdı) çölə çıx, maa bir od ver. Camahat, hamı gəlmışimiş kəndə, iclasa. Arvatdakı ürəyə bax ee, belin bağlıyır, çağanı da qoyur yerə, çırax yandırır. Deyir, yen, yen, yen, ala, yen, ala, yen ala. Döşdəri az qalıf yerə dəyə. Əl atır boyunbağısına arvat. Döşünnən tutur bunu o ki var çırpır, boyunbağısını da qırır. Deyir, get, kopahqızı, bir də buralara gəlmə. Hal savax açılıncay gedir, gəlir. Deyir, ver göyərtməmi, ver babaqulumu, ver göyərtməmi, ver babaqulumu. Savağ açılır, kişilər gəlir. Gəlir ki, əyə, qırıf töküf ojağın qırağına, hal da çıxıf gedif. Bu səfər həmin halı o, tova dedizdirif yola salıf. Deyir, elə həmən muncux o arvadın boğazındaydı.



VII mətn

O vaxtı cin də oluf, hal da oluf, dev də oluf. Bizim ulu babamız, Minə nənənin atası tutuf halı. Altı ay, bir il işdədif halı. Biri, deyir, arvad idi, biri kişi. Bax deyir, iynəni belə sıvax salmışdı yaxasına. Ona deyirmiş bunu çəh yaxamnan, buna deyirmiş. Hər nəysə. Kişi qaçır, arvat qalır. Deyir, gedir bulağın üsdə. Balaca ağlı kəsmiyən uşax varımış. Buna deyir ki, bu yaxamdakiləri çəh. Çəkir. Deyir ki, Hajı Oruja deynən ki, hər şeyi mənnən örgəndi. İkicə şeyi ögrənmədi. Bir demədi ki, arvadın ölümü nədəndi? Bir də bir şey də deyif, nə nəyə dərmandı. O iki şeyi Hajı Oruş mənnən soruşmadı. Arvadın ölümü ayıv olmasın, zahı yatmaxdandı. Gah qutarır, gah qutarmır dayna. Ama bir şeyi də Minə gənə deyirdi, o yadımdan çıxıf.


VIII mətn

Bax hal tutma söypəti bizim kətdə də oluf. Güllər addı bir qarı vardı bizim kətdə, mənim qoja nənəmin – atamın anasının əmisi qızıydı. Onnar o vaxları İraxdan gəlifdilər. Dayan görüm onnara nə deyirmişdər, ay Allah? İndi ağlıma düşəjəhdi, dayan. Hə, o vaxdan gəlmişimişdər. Cini tutmaxdan ötürü tas quranda o arvadı oturdurmuşdar. O arvat mənim yadıma gəlir. Cannı-cantarax bir arvadıdı, nur tökülürdü üzünnən. Onnara Zilan deyirdilər. İndi Zilan hardan gəlmədi, nətəərdi, nejədi, daa orasın bilmirəm. Bu kadınnarın (ta məni bağışda da, siz də mənim balam, nəvəm) hamilə olan vaxdı ürəyi gedir. Deyillər ki, bını hal apardı. Mis qazan döyərmişdər gejə vaxdı. Tas qurullar, bı Güllər qarı dediyim həmən tasda oturur, bayax sana dedim ki, axunt belə bir iş görür, onun atası – Molla Mirzə kişi rəhmətdih, cini qamışa tutuf yığırmış. Quran möcüzəsiynən ha. Əliynən yox. Tas qurur, arvat da tası döyür: “Gəlin, gəlin!” Cinnəri və yaxut da o halı zornan gətirtdirirmiş. Həə, hal gəldi, hal gəldi. Ta məni bağışda, deyir, döş sallanır bırıya, arvat danışırmış. Mana yox ha, mənim nənəmgilə, babamgilə danışırmış ki, halın döşdəri o qədər yekəydi ki, dizinə tökülürdü. Döşün birin bu çiyninə, birin o çiyninə atırmış. Orda ona tovalatma vermişdər ki, sənin bınnan işin olmasın. Ba belə də eşitmişəm.



IX mətn

Bunnan əvvəl çuxa toxuyardılar. Çox nazih sap əyirərmiş cəhrədə Saray nənəm, əyiriv onu hanada toxuyurmuş. Anamın babası kətdə seçilən, sayılan bəylərdən biriymiş. Bu çəkilir meşiyə. Tatar kəndində bir alaçıx qurur, sora ev tikir, burda məskən salır. Bu, bir gün harasa gedir. Arvadının da adı Nənəxanımmış, həmiləymiş. Elə olur ku, bunun əri gedən gejəsi zahı yatır təh. Özü təhcə zahı yatır. Nəysə, bı uşağı rahlıyır, göbəyin kəsir, qoyur. Bı eşidifdi ki, zahı yatan adamın üsdünü hal alır. Ojağı qalıyır, maşanı möhkəm qızdırır, qoyur böyrünə. Dünya görmüş arvadımış. Bu bilif ki, hal gələjəh. Maşanı möhkəm qızdırır, görür kü, çağrıllar orta bajadan. Ev damının üsdən bajası olurdu. O vaxtdarı baja deerdilər. Görür kü, çağrıllar: “Nənəpəri xala, susamışam, maa bir su ver”. Deer ki, yaxşı, əyil aşağı, verim. Birəz da əyil, birəz də əyil, birəz də əyil. Bı əyiləndə bının boynunda boyunbağı olur. Deer qarannıxdı, ojağın isdisi vırıfdı, muncuxlar par-par yanır. Hərəsi bir irəh çalır. Birəz də əyil, birəz də əyil, ojaxda qızmış maşanı ilişdirir, bının muncuxları qırılır, dağılır, tökülür ev damıynan bir olur. Deer, səhər işıxlaşana qədər evin üsdündə təpih döydü kü, ver muncuğumu, yandım, öldüm. Nəysə, bu axdarır, durur evi-eşiyi tökür. Bunun muncuxların bir-bir tapır tofluyur, bağlıyır bir şeyə, verir. Baxır ordan deer, biri qalıfdı, taf ver. Evi ələy-vələy eliyir, tapa bilmir. Deer, sabax işıxlaşana qədər deef: “Öldüm, ver muncuğumu, tap ver muncuğu”. Nəysə, ona tobalatma verir. Axır görür kü, işıxlaşır. İt hürür, irağ üzünnən, pişih çıxdı, mal-heyvan... Bu aralaşır, çıxır gedir.


X mətn

Bir dəfə də genə anamın babası gedir suyun üsdünə. Görür kü, bir hal var, ciyarı suya çəkir. Halı tutur. Deer, bu ciyar kimin ciyarıdı? Deer ki, Səmərqət şəərində filan evdə bir zahı yatmışdı, onun ciyarıdı, uje day gejdi. Bunu suya çəhmişəm, day gejdi, mümkün deel. Axırı anamın babası bını tutur aparır özünə ayilə kimi. Üsdünə iynə-sancax taxanda tilsimi sınır, olur adi bizim kimi adam. Əlini iyniyə vuruf götürə bilməz, gərəh onu kimsə çəhsin. Onun canı, tilsimi o iynədədi elə bil. Aparır bını bir ayilə kimi saxlıyır. Bınnan bir oğlu olur. Oğlu yekəlir, altı-yeddi yaşına çatır. Bir gün bu sənəyi götürür. Kişi evdə yoxumuş, uşağı da alır yanına deer, gə gedəh suya. Gedir, suyun üsdündə oğluna deer ki, oğlum, bı iynəni cəh, oğlum, o iynəni cəh. Uşax nə qanır ki... Bir-bir iynələri çəkir. Ama tobalatma verdirir babam onu tutanda. Deef ki, filankəs (adıynan deef ey, yadımnan çıxıf), yeddi arxa dönəninə toxummuyajam. Yani ki, sənin yeddi arxa dönənin zahı yatar, toxunulmazdı. Yanı bizim nəsil-nacabatımız tööbəlidi. Uşağa deer, bu iynəni cəh. Uşağ o iynəni çəkənnən soora o uşağ olur onun gözündə heş nə. Bir əyağın qoyur əyağının altına, bir əyağın alır əlinə. Uşağı iki şakqa eliyir, atır suyun üsdünə, çıxır gedir. O gedən gedir. Anamın babası gözdüyür, görür gəlif çıxmadı. Gedir suyun üsdə. Görür sənəyi orda, uşağı da öldürüf çıxıf gedif.

1   2   3   4   5   6   7   8   9   ...   28


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə