AZƏrbaycan miLLİ elmlər akademiyasi folklor institutu qarabağ: folklor da bir tariXDİr VI kitab



Yüklə 3,1 Mb.
səhifə25/28
tarix02.12.2016
ölçüsü3,1 Mb.
#665
1   ...   20   21   22   23   24   25   26   27   28
DEYİŞMƏ-BAYATILAR


  1. Çilovlar, ay çilovlar,

Çil kəhlih çilovlar.

Burdan bir tərlan keçdi,

Əldə qaldı çilovlar.
Çilovlar, ay çilovlar,

Çil kəhlih çilovlar.

Tərlan özgə malıdı,

Yel qalmasın çilovlar.




  1. Əli bellilər, haray,

Şana tellilər, haray!

Balam ölüf, dəhnədən arxım üçüf,

Əli bellilər, haray!


Əli belli neynəsin,

Şana telli neynəsin?

Bir adamın ki, baxdı Allah-taaladan hebelə ola,

Ona əli belli neynəsin?




  1. Ceyran, çölə bir də gəl!

Ördəh, gölə bir də gəl!

Nənən, dədən ağlamaxdan ölür, bala, səni ant verrəm Allaha,

Bizim elə bir də gəl!


Sizin elə gəlmərəm,

Ceyran, çölə gəlmərəm,

Ördəh, gölə gəlmərəm!

Gəlmişəm qoşa dayılarımın yanına, gəlmişəm

xalamın yanına,

Ay nənə, tay sizin elə gəlmərəm!



  1. Çirkin oluf yoldaşı, gəlin də gözəl oluf. Bir atdı o yannan gəlir. Bıın da yaanda bi çəlimsiz kişi xeylağı. Gələn deer:

Ay bu yaldan aşan gəlin,

Ayağına vaz dolaşan gəlin,

Yarın çirkin, özün gözəl,

Gəl, bu yardan boşan, gəlin.
Gəlin də cavavında deer ki:
Bax bı dağdan aşan mənəm,

Ayağına vaz dolaşan mənəm.

Yarım çirkin, özüm gözəl,

Talehimdi, boşanmaram.FAL BAYATILARI (VДSFİ-HALLAR)


1. Axır çərşənbədə vəsmi-hal keçirirdih. Bayatı deyirdih. İynələr atırdığ orya, bayatı deyirdih, kimə çıxırdı, çıxırdı.

İynənin qırmızı sapı,

Görünən sizin qapı.

Səni mənnən eliyən,

Dilənsin qapı-qapı.
Dəyirman üsdə çinar,

Yarpağı dinar-dinar.

Ay cüt gəzən baxdəvər,

Demirsən ki, tək də var?


2. Belə bir qabı, qazançanı qoyurux buraya, axır çərşəmbənin qurtaran gejəsi. Üzüh – belə barmaxcıl, kimin nəyi var, atır onun içinə. Mən də bayatı deyirəm, üzüyü çıxardıllar. Kiminkinə çıxsa, bəzisi ehildiyir, bəzisi ağlıyır, bəzisi də irazı qalır, bəzi də heylə çıxır. Cavannar da söyünür.

Oğlan, adın Yaqufdu,

Gün dağlara doğufdu.

Verdiyin qızıl üzüh,

Barmağımı boğufdu.
Oğlan, adın Cümşüddü,

Gün dağlara düşüfdü.

Verdiyin qızıl üzüh,

Barmağımdan düşüf itifdi.


Oğlan, adın Alıdı,

Boyun qarğıdalıdı.

Verdiyin qızıl üzüh,

Barmağımın malıdı.

Su gəlir qalxa-qalxa,

Tökülür bizim arxa.

Qonşudan bir qız sevdim

Anamnan qorxa-qorxa.

Bunu da bunun adınnan (yanımızda oturan nəvəsini göstərir – top.) deyirəm.

Qırmızını kim boyar?

Kim götürər, kim qoyar?

Nəhlət beyvəfa yara, onu düz deyir,

Sevdiyin əldən qoyar.
Əzizim, əzəlisən.

Qızılgül xəzəlisən.

Dönmərəm, Vallah sənnən,

Sovdamın əzəlisən.

Pisini deyəndə küsürdülər, ağlıyırdılar, ona yaxşısını dedın, mana pisini deyif.
3. Vəsmi-halı, Allahın adı hakqı, nəyə deyirdih, ona uyğun gəlirdi e. Kim nəyi tuturdu, ona uyğun gəlirdi o vəsmi-hal. Axır çərşənbədə keçirirdih vəsmi-halı. Yeyiv, içif, çərşəmbəni odduyuf, otururdux vəsmi-halda. Mis qabda hərə bir üzüy, sancağ, heylə şeylər salardıx. Qabın başında da bir azyaşdı qız uşağı (yeddi yaşında, altı yaşında) oturdardıx. Bayatını deyirsən, o da (qabın başında oturan qız – top.) divində belə hərriyir, deyirih birini çıxart. Çıxardır, hamısı uyğun gəlir. Vəsmi-halda ağı demirdilər. Ancax yaxşı şeylər deyirdilər. Ama bəzən də deyirdilər, pisin də de. Hamıya yaxşı çıxsa, tay nooldu? Bax bir xəsdə arvadı niyyət tutmuşdular, tay çox ağır idi, ölürdü. Görəh ölür, ya qalır? Ona çıxdı ki:

Gedin deyin o qıza,

Köynəyi qırmızıya,

Bu il parça bahadı,

Toyun qaldı payıza.

O arvad ölmədi, qaldı. Hə, heylə, sınanmışıdı dayna.

Bu bağlar, verən bağlar,

Gülü yox dərəm, dağlar.

Sənnən ayrılannan bəri,

Ürəyim vərəm bağlar.

Onu da deyirdilər vəsmi-halda.



LAYLALAR VД NAZLAMALAR


1. Güllü ətəyim,

Balım, pətəyim,

Evim-eşiyim,

Balaca pişiyim.

Sən rahat uyu,

Çəkim keşiyin.


2. Laylay dedim ucadan,

Tüstü çıxar bacadan.

Sən yat, sənə pişirim,

Hünduşqadan, beçədən.


3. Allah, Allah, balam Allah.

Gülüm Allah.

Allah sizi saxlasın, balam Allah.

Allah, Allah, Allah.

Allah deyən mağmın olmaz,

Yoruluf yollarda qalmaz.

Balam Allah, balam Allah,

Cəhənnəm oduna yanmaz. Gül yasdığa batasan.

Gül yasdığın içində

Şirin yuxu tapasan.

Allah, Allah, can Allah.

Can sana qurban, Allah (avazla oxuyur – top.).


4. Laylay, ay Rozam96, laylay,

Balam, laylay,

Balamın balası, laylay.

Fəridə çalmışam:

İmanım, laylay,

Dinim, laylay,

Kabam, laylay,

Qıvlam, laylay.

Axırda:

Bir atım duzum, laylay!



Bir atım duz ta hər yerdən şeydən şirindi. Duzsuz heş bir şey ola bilməz.
5. Laylay, beşiyim, laylay.

Əvim-eşiyim, laylay.

Sən get şirin yuxuya,

Çəkim keşiyin, laylay.


6. Laylay çalım yatasan,

Qızılgülə batasan.

Qızılgülün bağında,

Şirin yuxu tapasan.


7. Laylay dedim yatasan,

Qızılgülə batasan.

Qızılgülün içində

Şirin yuxu tafasan.

(Yuxarıdakı bəndi musiqi ilə oxuyur – top.)
Laylay, balam, a laylay,

Laylay, gülüm, a laylay.

Laylay, quzum, a laylay.

8. Laylay, beşiyim, laylay,

Evim-eşiyim, laylay.

Sən get şirin yuxuya,

Mən çəkim keşiyin laylay.

Laylay, balam, a laylay,

Laylay, quzum, a laylay.
9. Laylay, həyatım, laylay,

Qolum, qanadım, laylay.

Laylay dedim həmişə,

Taxdın üsdü tamaşa.

Döşəyində gül bitsin,

Yasdığında bənööşə.


10. Laylay dedim ucadan,

Ünüm çıxar bacadan.

Allah səni saxlasın,

Hər dərtdən, qızılcadan. Laylay dedim, yat deyim,

Yasdığa baş at deyim.
11. Karvan gedər enişə,

Yükü dönər yemişə.

Yasdığında gül bitsin,

Döşəyində bənöşə.


12. Layla dedim adına,

Allah yetsin dadına.

Allah dadına yetəndə,

Məni də sal yadına.


13. Dağların lalasına,

Lalanın piyalasına,


Həmi özünə qurban,

Həmi də balasına.


14. Nazım, nasdanım,

Balaca məsdanım.

Bir az tez böyü,

Sən ol asdanım.


15. Ah canımsan, canımsan,

Gözdəri mərcanımsan.


16. Naz balam, nazdı balam,

Ördəhli, qazdı balam.

Ağzı şirin kəlməli,

Qəmzəli, forsdu balam.


17. Nazım var, ay nazım var,

Bir alagöz qızım var.


18. Balım, pətəyim,

Ciyar-pötəyim.


19. Nağıl balam,

Noğul balam,

Xırdaca oğul balam.
20. Gücüm, təpərim,

Düşmən çəpərim.


21. Gülüm, gül dənəm,

Mənim bir dənəm.


22. Canım, nəfəsim,

Həyat həvəsim.


23. Barım, bəhərim,

Sübhi-səhərim.


24. Qolum, qanadım,

Mənim həyatım.


25. Qızım qızdar içində,

Əyrisi var qıçında.


26. Ay sənə qurban iki adam,

Biri şəfdəli, biri badam.


27. A baxtı sənin, baxtı sənin,

Olsun qızıl taxt sənin.


28. A sarı qaçağım mənim,

Hamıdan qoçağım mənim.


29. Bir əli telində balam,

Bir əli belində balam.


30. A qız səni, qız səni,

Olsun şirin söz sənin.


31. Ay nazım var, nazım var,

Gözəl-göyçək qızım var.


32. Günüm, ayım,

Şirin payım.

Arzum, muradım,

Qol-qanadım.


33. Damım, dirəyim,

Vuran ürəyim.

Nazdı mələyim,

Küyüm, kələyim.


34. Bir balam, bircə balam,

Gül balam, gülcə balam.

Gümüş nədi, qızıldı,

Qızıldan külçə balam.


35. Nazım, nazım, nazanda,

Düyüsü qaynar qazanda.


36. Gül balam, güllü balam,

Şirincə dilli balam.


37. Başına dönüm, döndərim,

Səni bazara göndərim,

Sən bazardan gəlincə,

Özümü itə döndərim.


38. Sarıdı, sarmalıdı.

Hər yeri də düyməlidi,

Gə görüm, dağlar lalası,

Qardaş balası, gə görüm.




SAĞIN NДĞMДLДRİ VД SAYAЗI SЦZLДR
1. Nənəm, nənəm, ay nənəm,

Məmələrin ağrımasın,

Səni sağan mənəm,

Qorxma, səni incitmərəm.


2. Anam, ay anam,

Bajım, ay bajım, ay anam,

Hamının bajısı var, mənim bajım yoxdu,

Səni özümə bajı tutmuşam, ay bajım laylay.

Süduu ver, başaa dönüm,

Anam, laylay, anam, laylay.

Nehrəni də çalxıyanda deyirəm, nehrə, tez ele, yağın yeyim, şorun qatım yağa, yeyim.
3.Məni elə əlli,

Adını eliyim bəlli.

Məni elə yüz,

Düş içimdə üz.

Məni elə min,

Qızıl taxdı min!

Bax bınnar çovannarın sözüdü. Deyirdilər ki, əlli eliyax, yüz eliyax, min eliyax. Bir-biriin həvəsinə qoyunu artırırdılar.
4. Deyir, öküz boynun yağlaram,

Düşmən gözün dağlaram.



Onda da belə deyirdi- holavar hoooo,

Malım getsin, gülüm getsin, canım getsin



belə deyirdi.
Deerdi bı kotanın majdarı,

Ölüv kotanın majgalı,

Ağlasın hodaxları.

Holavar hoooo,

Malım qurban,

Ala öküz belə gəldim, qara öküz belə getdim.


5. Xışın dəsdəyin tutana majgal deyirdilər. O, öküzdərin adın çəkir, öküzdəri yumşaldır, həm də hodaxlara yol gösdərir ki, bı öküzü belə elə, o öküzü belə. Deyir:

Öküz, boynun yağlaram,

Düşmən gözün yağlaram.

Ək, ruzunu bol eylə,

Səma, bulut bağlaram.

Öküznən danışır ha.

Deyir:


Qara öküz, xan öküz,

Boynu qızıl qan, öküz.

Əsgilməsin tavaxdan əpbəy,

Qoy bol olsun nan, öküz.


Xış əlimdə teyrənsin97,

Qara torpağ ələnsin.

Cığal zirəg endir (cığal öküz xama çəkib, zirəh endir),

Təpəl xama əylənsin.

Təpəl xama düzəlsin.

Bını hodaxları holavar hoy, deyə-deyə, holavar çəkə-çəkə hodaxları buyurur. İndi deyir ki:

Kotanın hodaxları98,

Qaymaxdı dodaxları.

Qisməti payız çata,

Majgalnan99 olar yarı.

6. Nənəm, a narış qoyun,

Yunu bir qarış qoyun.

Nənəm sənnən küsüfdü,

= Çovan sənnən küsüfdü,

Bol süt ver, barış, qoyun!
7. Nənəm, ay qoçax qoyun,

Yunu bir saçax qoyun.

Bulamanı buleynan,

Gözdüyür uşax, qoyun.


8. Nənəm, ay şişək qoyun,

Yunu bir döşək qoyun.

Bulamanı bol eylə,

Gözdüyür uşax, qoyun.



TAPMACALAR



  1. Ağ atı atda gördüm,

Çulunu qatda gördüm.

İyirmi dörd ildizı,

Dörd ayın altda gördüm

(at, nal, ildız nala vurulan mıx, ay da atın ayağı)



  1. Gəlirdim kəntdən,

Səs verdi bəntdən.

Ağzı sümühdən,

Sakqalı ətdən.

(xoruz)


  1. Çığırıram hündürdən,

Səsim gəlir kəndirdən.

(telefon)


  1. Atdım atana,

Dəydi kotana.

Dəryada balığa,

Düzdə ceyrana.

(ildırım)


  1. Başı kələm bağlar,

Dili vərəm bağlar.

Balaların yığıb başına

Zülüm-zülüm ağlar.

(samovar)


  1. Yatanda yumru yatar,

Ətin dərmana satar.

Kimi istəsən tutar.



(kirpi)

  1. Ay baba, dur, gedəh,

Karvanını sür, gedəh.

Səysən səkgiz qapıya

Bir qıfılı vur gedəh.

(qəbiristanlıq)


  1. Ağ atımı nalladım,

İsdanbula yolladım.

(məktub)


  1. Ağaç başında boğça,

Nə boğçadır, nə taxça.

(quş yuvası)


  1. Ağaç başında düzülər,

Əl vursan, giləsi süzülər.

(xar tut)


  1. Ağac başında sarı yumax,

Üsdünə səpilib ağ sumax.

(heyva)


  1. Ağacım var, dərədən böyüh,

Meyvəsi var, sərçədən kiçih,

Qabığı var, zəhərdən acı.



(qoz)



  1. Ağa nə himdir,

Gözləri cindir,

Yerin altında,

Xidmətçi kimdir?

(siçan)


  1. İlim-ilim düyməsi,

İlim xatun düyməsi,

Hər kəs onu tapbasa,

Yeddi ilin xəsdəsi.

(üzərlik)


  1. Çil toyux, çiləmə toyux,

Başını kəsdim, qanı yox.

(gəbə)


  1. O yanı taxda, bu yanı taxda,

Şakqulu bəy otaxda.

(tısbağa)


  1. Dört dərviş bir quyuya daş atır.

(inək sağmaq)


  1. O yanı çəpər, bı yanı çəpər,

İçində atdı çapar.

(nehrə)


  1. Mən gedirəm, o qalır.

(ayaq izi)


  1. Mən gedirəm, o da gedir.

(kölgə)


  1. Yük üsdə para fətir.

(Ay)


  1. Biz-biz biz idih,

Yüz qız idih.

Qırqın gəldi, qırıldıx,

Şükür haqqa, haqq bizi diriltdi.

(baramaqurdu)


  1. Bir quşum var alaca,

Gedir qonar ağaca.

Özünə bir ev tikər,

Nə qapı qoyar, nə baca.

(baramaqurdu)


  1. Uzun qız oba gəzər.

(qarğı)


  1. Uzun qız (= uzun-uzun) uzanar,

Özünə köynəh qazanar.

(qarğı)


  1. Dağdan gəlir dağala,

Qolları budağala.

(sel)


  1. Dağdan gəlir, daşdan gəlir,

Qudurmuş bir aslan gəlir.

(sel)


  1. Dağdan gəlir, dağ kimi,

Qolları budağ kimi.

Əyilir su işməyə,

Bəyirir oğlax kimi.

(çay)


  1. Dağdan gəlir dağ kimi,

Qolları budax kimi.

Əyilir su içməyə,

Bəyirir oğlax kimi.

(cəhrə)


  1. Yol üstə yoğun oflax.

(koramal)


  1. Yük üsdə yumuru yastıx.

(pişik)


  1. Hajılar Haja gedər,

Cəhd edər, gejə gedər.

Bir yumurtanın içində,

Qırx-əlli cüjə gedər.

(nar)


  1. Hajılar hajıdı,

Hajı dööl, Mirhajıdı.

Bir ağajım itif yarpaxsız,

Tafın görəh nə ağajıdı?

(mərəvcə100)



  1. Dəyirmana dən gəldi,

Çıxın görəh kim gəldi?

Toxummamış çuyallarda,

Yuyulmamış un gəldi.

(iydə)


  1. Hürü Pərini dindirər,

Pəri Hürünü dindirər.

Bir ağaşda beş yarpax,

Bir dirini dindirər.

(saz və ya tar)


  1. Dam dambıldar,

Su gumbuldar.

Heyva çalar,

Nar oynayar.

(su dəyirmanı)


  1. Tap tapbaca, qav altdaca.

(qatıx)


  1. Bir dirəyim var üç haçalı,

Qabağı ikidi, dalı bir.

(sacax)


  1. Min bir ata

Minif bir ata.

(qarğıdalı)


  1. Bizdə bir kişi var,

Nənəminən (= anamınan) işi var.

(cəhrə)


  1. Uzun qız oba gəzər.

(iynə)


  1. Geydim qartanqazı,

Mindim törəməzi.

Gedirəm tərpənməzə.



(paltar, at, kənd)


  1. Səhər tezdən duraram,

Ağ oğlanı yerə vıraram.

(burun seliyi)


  1. Aşıx eldən yuxarı,

Şana teldən yuxarı.

Aşıx bir əcəyib gördü,

Dizi beldən yuxarı.

(çəyirtkə)


  1. Mən aşıx, sən güneylər,

Qəm məni, sən güneylər

Həcər qaçar, ov qovar,

Dolanar sən güneylər.

(dəyirman)


  1. Yer altdan qaz gedər,

Qakqıldar qaz gedər.

Lələ bir heyvan görüb,

Yeddi il boğaz gəzər.

(fil)


  1. O nədir ki, göydən düşər sallanar.

O nədir ki, hər bir şeyə allanar.

(yağış, uşax)

  1. O nədir ki, atdan düşər atdanar,

O nədir ki, hər zəhmətə qatlanar.

(insan)


  1. Qoja kişi dağdan ilxı endirir.

(dəllək)


  1. Aşığın qan əli,

Qan ayağı, qan əli.

Aşıq bir əcəyib gördü,

Üş başı, on əyağı.

(buzov, inək, inəyi sağan arvad)





  1. Aşıq aşı bişirdi,

Qələm qaşı bişirdi.

Aşıx bir az zəyif gördü,

Əyax-başı bişirdi.

Aşıx Rəhmətulla gedirmiş. Görür ki, sünbülü yığıflar, əyağının küləşiynən başın bişirillər. Onda bayatı çəkir, deyir ki, aşıx bir az zəyif gördü, əyax-başı bişirdi. Bu görür kü, sünbülün əyağıynan başın bişirillər.




  1. Bir də dənçi, dəyirmançı, dəyirmançının arvadı, dənçinin qızı, üş də fətir. Dört adam olur. Elə böl ki, hərəsinə biri düşsün.

Cavab: Onun qızı, bunun arvadı – eyni adamdı.


  1. Bir ağaş var. Ağajın altı, bir tərəfi sudu, bir tərəfi daşdı, bir tərəfi otdu, bir tərəfi çınqıldı. Onun üsdündə ağaşda bir xoruz var. Bı yumurtdasa, yumurtası harıya düşər?

Сavab: Xoruz yumurtdamır.


  1. Biri deyir:

– Dur, gedəh.

Biri deyir:

– Hara gedəh?

Biri də başın buluyur.



(Dur, gedəh dəən sudu, hara gedəh dəən qumdu, başını buluyan da qamışdı).


  1. İki nəfər olur, bınnarın ikisin də öldürməlidi şah. Çox yalvar-yapışdan sora deyir ki, yaxşı, birini bağışlayaram, amma bir şərtnən. Hərəsinə bir at verəjəm. Çapsınnar. Kimin atı mənzil başına tez çatsa, onu da öldürəjəm. Hərəsinə bir at verdirir: bir ağ at, bir də qara at verir. Deyir ki, hansı adamın atı ora birinci çatsa, onu mən öldürəjəm. Bınnar da sürməy isdəmillər axı. Gözdüyüllər. Bir sahat, iki sahat... Bı da deyir ki, axşama kimi sürməsaaz, ikinizi də öldürəjəm. Günortuya kimi yatıllar. Bir ağsakqal gəlir, deyir, nə məsələdi? Deyir, belə. Ağsakqal da bıllara bir məsləhət verir, bıllar çapıllar, var-güjdərinnən çapıllar. Ora birinci çatanı şah öldürür, birin bıraxır. Bı nə məsləhət verir?

Cavab: Axı şah demişdi ki, kimin atı birinci çatsa, onu öldürəjəm. Heş birisi də atın çapbax isdəmədi. Düzdümü? Ağsakqal da məsləhət verdi ki, atınızı dəyişdirin, çapın. Axı onda hər kəs canın qutarmağ üçün o biriin atın tez çapajax ki, onun atı tez çatsın.


  1. İki dənə atdı, üzbəüz axurda dayanıflar, arpa yeyillər. Atın biri o birsinə deyir ki, sən gəl o arpannan bir kilo mənə ver, mən sənnən birəz kökəm. Mənim arpamın çəkisi səninkinnən iki qat artığ olsun. Mən sənnən birəz cannıyam axı. O birsi deyir, niyə? Noolsun arığam, mən sənnən də yaxşı yeyirəm, sən öz arpannan bir kilo ayır, ver mana, ikimizinki də bərabər olsun, yəəh. Bılların nə qədər arpası var ki, bu, buna versə, iki qat artır buunku?

Cavab: Birinci atın yeddi kilo, ikinci atın beş kilo arpası var.

ATALAR SЦZLДRİ VД MДSДLLДR


  1. Axsax atın kor nalbəndi olar.

  2. Allah dərdi dağa-daşa yox, insana verər.

  3. Allahdan kəpəyi üzülmüyənə zaval yoxdu.

  4. Başımda turp əkip, sarmısax piçir.

  5. Bildirçinin başı kolda olur,

Elə bilir, arxasını görən yoxdu.

  1. Buğda çörəyin yoxdusa, buğda dilin olsun.

  2. Büdrəy atı güdəllər.

  3. Dada-dada heç olar,

Dama-dama göl olar.

  1. Dama girməy üçün dəhlizə baş əyməh lazımdı.

  2. Deyir, itin arzusu belə olur ki, yiyəmin yeddi oğlu olsun, maa çörəh atsın, hərəsinin bir loxmasın yeyim, qarnım doysun. Pişih də deyir, yiyəmin yeddi qızı olsun, hamsı da kor olsun, təpəsinə vurum, çörəyi əlinnən alım, yeyim. Gör pişih nə pis arzu eliyir, aaz. Kor olsun e, deyir.

  3. Dədəm evində də balıx başı,

Ər evində də balıx başı?

  1. Dəlinin başında palıd ağacı olmur ha.

  2. Elə maa, örgən özaa.

  3. Əlini, dilini, milini (dinc saxla).

  4. Əslini gizdiyən haramzadadı.

  5. Faytonçu çalır, kürd oynuyur,

Ağlı kəsən bir də oynuyur.

  1. İtə sual verillər, a it, niyə hürürsən? Deyir, qorxduğumnan hürürəm. Deyillər, axı sən itsən, nədən qorxursan? Deyir, bə niyə qorxmuram ki? Mənnən güjdü maa ras gəldi, məni qovar, mən də bəri başdan hürürəm ki, qoy mənnən uzaxlaşsınnar. Bir də ki, it görür ki, sən qorxursan, ona gora saa cumur.

  2. Filankəs başına buynuz alıp.

  3. Filankəs bir əlində od, bir əlində alov gəlir.

  4. Filankəs filankəsə ot yoldurur.

  5. Filankəs qırx atdıynan bazara girməz.

  6. Filankəsin bir gözü aya baxır, biri çaya.

  7. Filankəsin ələyi ələnir, xəlbiri də göydə tavlanır.

  8. Filankəsin əli dəhrəli, biri nəhrəlidi.

  9. Filankəsin əlinnən lələdağlıyam.

  10. Filankəsin hər gözündə səkgiz gəlin yatır.

  11. Filankəsin sağ yanı ağrıyanda sola dönür, solu ağrıyanda sağa.

  12. Filankəsin toyu küllühdə çalınır.

  13. “Görmədim, bilmədim” min qada savar.

  14. Gərəhsizi saxla, bir gün gərəyin olar.

  15. Gəzdim İranı, Turanı,

Cənnət gördüm buranı.

  1. Gur-gur eliyən qarına arpa çörəyi bəhanədi.

  2. Haq-hesaf var, dinar-dinar,

Baxşeyiş var, tümən-tümən.

  1. Havıya bulut gəldi, vay sarının halına,

Təhnədən çörəh qutardı, vay qaranın halına.

  1. Hər gecəni qədri bil, hər keçəni Xiziri bil.

  2. Xanım qıran qabın səsi çıxmaz.

  3. Xasiyyətini bilmədiyin atın dalına keşmə.

  4. Xaşıl da daşarmış.

  5. Kimsə də deyir, pulum yoxdu, ya çörəyim yoxdu. Bizdə deyərdilər, Şah Abbasın nənəsi təki elə hey sızıldıyırsan. Şah Abbasın nənəsi yəqin ancax sızıldıyırmış. Ona görə.

  6. Kor koru tapar,

Su çuxurunu.

  1. Küsülü qardaş, küsümüz küsü olsun, gəl öküzümüzü yühlüyəh.

  2. Qəm qəmi gətirər, bəm bəmi.

  3. Qovağ əkirsən, qovax bitir,

Ərih əkirsən, ərih bitir,

Gilas əkirsən, gilas bitir.



  1. Qız adamı düşman qapısına aparar.

  2. Qızın oldu, qırmızı donunu çıxart.




  1. Qızını beşiyə,

Cehizin eşiyə.

  1. Quru ağaş kölgə salmaz.

  2. Nə ətdi, nə balıx.

  3. Nə qəərı gördüm, nə saçını hördüm, ay bala.

  4. Oğulun beqeyrəti ətə tüşməz.

  5. Oxumax isdiyənin yeri isdi, dalı yasdı olmalıdı.

  6. Paydan soruşdular:

– Pay, hara gedirsən?

Dedi:


– Gedirəm, pay gətirməyə.

  1. Pis usdanın insdurumenti çox olar.

  2. Toyux yumurtduyur, başdıyır qakqıllamağa. Xoruz deyir, a səni qara vurğun101 vursun, yumurtdadığın bu deyil? Yəni nə hay-küy salmısan.

  3. Yağış yağıp, çatdaxlar örtülüp.

  4. Yarı arxa, yarı çarxa.

  5. Yatan öküzü oturan öküz əyaxlayar.

  6. Yağ-yağnan qaynıyar,

Yarma yavan oynar.

  1. Yağ yeyəni yağ saxlıyar,

Yağ yemiyəni haqq saxlıyar.

  1. Yağış yağır, yarçılar,

Qapını kəsir elçilər.

  1. Yayın yaxantısı,

Qışın yavannığı.

  1. Yüz gün yarax, bir gün gərəh.

Yüklə 3,1 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin