Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu


a) ümumiyyətlə, şair söz sənətkarını, o cümlədən özünü nəzərdə tutub məcazi nağılçı, söyləyici obrazı yaradır; b)



Yüklə 1,1 Mb.
səhifə23/78
tarix02.01.2022
ölçüsü1,1 Mb.
#40819
1   ...   19   20   21   22   23   24   25   26   ...   78
Nizami-folklor

a) ümumiyyətlə, şair söz sənətkarını, o cümlədən özünü nəzərdə tutub məcazi nağılçı, söyləyici obrazı yaradır;

b) istifadə etdiyi konkret yazılı mənbəni nişan verir;

v) nəhayət, şifahi söyləmələrə əsanlandığını bildirir.

Bəzən şair hadisənin mənbəyini obrazlı şəklə salıb namə­lum kənar şəxsə ünvanlayır, konkretlikdən çox uzaq olur və həmin nəqletmə formasından bədii priyom kimi istifadə edir:



Bu xəzinənin xəzinə açanı

Sinə xəzinəsinin qapısını belə açır.38

deyərkən Nizaminin heç kimi nəzərdə tutmadığı, öz təxəyyü­lünün məhsulu olan müxtəlif səpkili epizodları poemanın ümumi axarına qatmaqla bütöv sturuktur qurmaq məqsədi daşıdığı göz qabağındadır. Bölmədən bölməyə (epizoddan epizoda) keçdikcə onun xəyali nağılçıları, daha doğrusu, infarmatorları, təsvirçiləri də dəyişir. Şair sanki sehirli bir aləmin sakinlərini dilə gətirir:



Bu sazın ərğənununu (orqanını) çalan

Pərdədən belə ahəng çıxarır.39

Məna gövhərini dənizdən çıxaran

Dodağından belə gövhər səpmiş ki...40

Sanki Nizamiyə belə bir sualla müraciət olunur: “Leyli və Məcnun”u yaradan söz sənətkarları kimlərdir?” Şair də cavab ve­rir ki, “ xəzinənin xəzinə açanı”, “sazın ərğənununu (orqanını) ça­lan”, “məna gövhərini dənizdən çıxaran”lardır. Onun infor­mator köməkçilərindən biri də dünyagörmüş el ağsaqqallarıdır. Elə bir əsəri yoxdur ki, onların şirin söhbətlərini dinlədiyini yada salma­sın. “Leyli və Məcnun”da “Bağdadlı Salamın Məcnu­nun görüşünə gəlməsi” əhvalatı “Söz bilicisi belə xatırladır ki...”41 misrasıyla başlanır. Burada sinəsində şifahi xalq ədəbiy­yatı nümunələrini yaşadan nağılçılara üz tutduğu şübhəsizdir. Şair bir sıra epizodları xalq yaradıcılarından dinlədiyini dəfələrlə etiraf edir:

Əfsanə yaradan xəbər sahibi

Bu hekayə barədə belə xəbər verir.42

Nizaminin bilicilərin, sinədəftərlərin el arasında böyükdən kiçiyə hamı tərəfindən yaxşı tanınıb barmaqla nişan verildiyini nəzərə çatdırması folkloru yüksək qiymətləndirməsindən irəli gəlirdi. Azərbaycan türklərinin dilində «barmaqla göstərmək» ifadəsi bu gün də ancaq müsbət anlamda işlənir. Həmişə barmaq o adama tuşlanır ki, xeyrə, şərə yarayır, ağıllı məsləhətləri ilə ad-san çıxarır. Bu ifadə ola bilsin ki, başqa dillərdə mənfi an­lamda anılır.

Məsələn, farslarda barmaqlar əxlaqsızlara, əliəyrilərə doğ­ru dikilir. Nizamidə isə:

Söz söyləyənlərin barmaqla göstəriləni

Bu hekayəni belə sona çatdırır.43

Onu da vurğulayaq ki, bu nəqletmə forması bütün fəsillər üçün məcburi və ənənəvi xarakter daşımır. Nizami əhvalatların çoxunu birbaşa müəllif təqdimatıyla, yəni öz təxəyyülünün məh­sulu kimi söyləyir. Bir neçə fəslin başlanğıcındakı istinadların, ilk növbədə, bu səbəbdən xüsusi şərhə ehtiyacı vardı. Bunları göstərilən şəkildə verməklə bəlkə də şair poemanın rəsmi hissə­sində qaynaqlardan danışanda əmələ gələn boşluğu doldurmaq istəmişdi. Diqqət yetirsək, açıq-aydın görərik ki, “Leylinin xəya­lına Məcnunun şikayəti” epizodunda əfsanədən, yaxud mən­bədən gələn heç bir əlamət yoxdur. Şair əsas qəhrəmanının hiss və duyğularını daxili monoloqla təqdim edir. Nədənsə, bu par­çanı da kənar “təsvirçi”yə – informatora ünvanlayır:



Bu təzə əhd gəlininin [dastanın] bəzəkçisi,

Bu kəcavəni belə gilvələndirmişdir ki...44

Təqdim olunan misalların hər birinin əsərdə öz funksiyası var və mətn strukturunun elementlərindən biri kimi müxtəlif motivlər arasında daxili rabitə, bağlantı qurur. Çox ehtimal ki, heç birinin arxasında konkret şəxs durmur – üslubi füqurlardır. Lakin poemanın bir neçə yerində “infarmator” məcazi mənada deyil, gerçək söyləyici, yaxud əhvalatın müəllifi tək təqdim edilir. Onun adı çəkilməsə də, yurdu, soyu açıqlanmaqla kimliyini müəyyənləşdirmək imkanı yaradılır. Belə ki, şair “Məcnunun atasının oğlunu görməyə getməsi” fəslini hansı mənbədən götürdüyünü göstərərək yazır:



Fars oğlu fəsahətli [şirindil] dehqan,

Ərəbin əhvalını belə xatırlayır ki...45

Burada heç bir mübaliğə, yaxud məcazilik yoxdur, hansısa fars mənşəli və şair təbiətli, ola bilsin ki, ata-babadan qalma peşəsi dehqan olan müəllifə istinad edilir. “Nəğmələr kitabı” (“Kitab al-aqani”) əsərindəki “Banu Əmir tayfasından olan Mədinə haqqında hekayət” ilə ərəb əfsanəsini əsaslı şəkildə yazı yaddaşına göçürən Əbu-l-Fərəc əl-İsfahani (284/897-356/967) haqqındakı bəzi əlamətlər deyilənlərlə üst-üstə düşür. O, fars əyalətlərinin birində dünyaya gəlmiş və ömrünün çox hissəsini ərəb şairi haqqında məlumatlar toplamağa həsr etmişdir.

Nizami “Leylinin ərə getməsindən Məcnunun xəbər tut­ması” fəslində infarmatorun həyatı ilə bağlı başqa tutarlı fakta işarə edərək yazır ki:

Bağdadın o müdrik söz ustadı,

Sözün sirrini belə açmışdır ki,

O zəncirini qırmış eşq dəlisi...

Hara gəldi, gəzirdi.46

Görəsən, şair kimi nəzərdə tutur? Olmaya İbn Kütaybdan (213/828-276/889) bəhs açır? Y.E.Bertels yazır ki, o, Mərv şə­hə­rində dünyaya gəlsə də, ömrünün əsas hissəsini Bağdadda müəl­limliklə keçirmiş və orada özünün məhşur “Kitab əş şir və-ş-şüa­ra” (“Şeir və şairlər kitabı”) əsərini tamamlamışdır.47 Əbü-l-Fərəc də İsfahanda doğulsa da, təhsil illərindən başlayaraq Bağ­dadda yaşamış və orada da dünyasını dəyişmişdir. Məcnun haq­qında ilk yazılı mənbələrin hər iki müəllifi Nizami dövründə “Bağ­dadın müdrik söz ustadı” kimi xatırlana bilərdi. Lakin mənbələrdə ikin­cinin ulu babalarının bağdadlı olması barədə fak­tın aşkar­lanması Nizaminin burada da Əbü-l-Fərəc İsfahani­dən bəhs aç­dığını ay­dınlaşdırır. G.Baxşəliyeva Misirdə çap olunan qə­dim bir əlyazma kitabına əsasən göstərir: “Göstərilir ki, o İs­fa­han­da ana­dan ol­muşdur, onun ulu babaları Baqdadda yaşamışdır”.48

Eləcə də Nizami yazılı mənbələrdən faydalandığını poe­ma­nın son fəsillərində («Leylinin vəfatından Məcnunun xəbər tutması») açıq-aşkar bildirirdi:

Bu məşhur misalı yazıya alan

Əhvalatı tabloya belə yazmışdır.49

Şair «Bağdadlı Salamın ikinci dəfə Məcnunun yanına gəl­mə­si» əhvalatının da konkret ünvanını yazılı mənbələrlə bağla­yırdı:

Eşqbazlığın tarix yazanı,




Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin