2.2. Daxili təhkiyə formulları
Daxili təhkiyə (medial) formulları ənənənin o elementidir
ki, onunla hər bir yaradıcı şəxs fəxr edə və nağıla yüksək yaradı
cı qiymət verə bilər. Bu tip formullardan yalnız dili zəngin olan
çox bacarıqlı usta söyləyicilər yüksək səviyyədə yararlana bilər.
N.Roşiyanuya görə, daxili təhkiyə formulları əsasən beş qrupa
bölünür:
1. Nağıl qəhrəmanlarının simasını müəyyən edən və onlara
aid olan predmetləri müəyyən edən formullar;
2. Nağıl qəhrəmanlarının fəaliyyətini, hərəkətini təsvir edən
formullar;
3. Dialoqa girən formullar;
4. Sehrli formullar;
68
5.
Başlanğıc formullarına xarakterik olan elementləri daşı
yan formullar (121,98).
1. Birinci qrupa nağıl qəhrəmanlarının həm daxili aləmini,
qabiliyyətini, həm də xarici görünüşünü göstərən və həmin qəh
rəmana aid olan əşyaları təsvir edən formullar daxildir. Belə for
mullar Azərbaycan və Türkiyə nağıllarında demək olar ki, ortaq
dır. Məsələn, “Qız da ki, elə gözəldi ki, görən deyərdi elə baxım.
Ağlı da gözəlliyinnən bir gələrdi. Qərəz, nə deyim, gəl məni gör,
dərdimdən öl” (37, 275); “Qəhrəmanın atı suda balıq kimi üzür,
göydə də quş kimi uçurdu (32, 349); “Bir de bakar ki, doğar aya
doğma ben doğayım, çalan güne çalma ben çalayım, diyecek
kadar güzel bir kız çıkar” (96, 271); “Bakar ki, eşek öyle altın
saçıyor öyle altın saçıyor ki, yer yurt almıyor” (96, 148); Saf, tə
miz qəlbli insanların təsvirində Azərbaycan folklorunda işlədi
lən “Aydan arı, sudan duru” ifadəsi Türkiyə nağıllarında oxşar
“Aydan arı, günden dum; hiçbirinin kalbinde kara yok” (84, 28)
formulu ilə göstərilir. Həmçinin “əlinə su tökməyə yaramaz”
deyimi Türkiyə nağıllarında da rast gəlinir: “Eee, kocakarı de
mişlər ona, ne ofsunçu, ne düzenbaz, kimseler eline su dökemez
onun” (84, 79).
İ.Razumova isə personajlar sistemi ilə əlaqədar olan for
mulları, həmçinin motivləri iki yerə ayırır:
a) onlar personajları adlandırır və bununla da ifadə olunan
və tipikləşən funksiyaları yerinə yetirir;
b) bir çox formullar əsas nağıl qəhrəmanları ətrafında qrup
laşır, onların atributlarını, hərəkətlərini və ya deyimlərini, həm
də digər personajlara münasibətini göstərir (123, 81).
Sözügedən təhkiyə formullarına aid nümunələr Azərbayca
nın və Türkiyənin m üxtəlif bölgələrindən toplanan nağıllarda
həddindən artıq çox və rəngarəngdir. Əsasən kişi və qadın per
sonajların xarici görünüşünü, gözəlliyini göstərən formullar çox
sadalanır. Məsələn, “Bunun bir qızı oldu ki, bəeyni misli pəri,
aya deyər, sən çıxma, mən çıxım, günə deyər, sən çıxma, mən
çıxım. Bu elə bir qızıdı ki, allah-taala xoş gündə, xoş saatda
69
yaratmışdı” (32, 91); “Gördü ki, Güllü başını yuyur, bulud kimi
qara saçları üzünə tökülüb. Bir qızdı ki, günə deyir, sən çıxma,
mən çıxım, aya deyir, sən çıxma, mən çıxım” (32, 321).
Aşağıdakı formulda N igar adlı qızm hər bir cizgisi, əzası
xüsusi incəliklə, bənzətmələrlə təsvir olunur: ’’Nigar nə Nigar,
hər saç hörüyü bir salxım, qara şanı. Alnı ay kimi, zülmatlara
işıq salır. Qaşları elə bil qüdrəti - ilahinin qələmiynən çəkilib.
Gözləri qara, kiprikləri yayından çıxmış ox kimi, rəngi sürməyi
çalır. Bumu hind fındığı. Yanaqlarına elə bil şüşə qan çilənmiş
di, ləbləri şəkər, sinəsi mərmər kimi, par-par parıldayır. İncə
belli, uzunboylu, şux dayanıqlı, ceyran yerişli bir maraldı” (32,
311). Gözəl qızlar m üxtəlif bədii təsvir vasitələri ilə “Bunun
gözünün ağı-qarası Pəri deyilən bir qızı var idi. Özü də qız nə
qız... Qaşlar kaman, gözlər qan piyaləsi, burun hind fındığı, sinə
səmərqənd kağızı, zəri-ziba içində, on beş yaşmda, cavan tovuz
misalı bir qız” (31, 234); “Mələk elə gözəl qız idi ki, onun kimi
dünya üzündə gözəl yox idi. Qaşları qara, kiprikləri müjgan oxu,
yanaqları bir kasa qan, bumu püstə, dodaqları zərif, beli incə,
boyu sərv ağacı” (31, 308). Allahın yaratdığı gözəl bəndələrdən
bir neçəsi də aşağıdakı ənənəvi formullarla təsvir olunur: “Elə
gözəl qızdı ki, yanaqları yaqutun kənarı kimi, dişləri inci,
mirvari kimi, nazik-bədən, sünbül nişan bir qızdı ki, Allah-taala
xoş gündə, xoş saatda yaradıb”; “Elə bir qızdı ki, saç topuğunda
, qaşları qüdrət qələmiynən çəkilib, gözü ceyran gözü kimidi”
(33, 69); “Qızların gözəllyi hər ikisini valeh etmişdi. Qızlar nə
qızlar... Tanrının kərəmi cuşə gələndə bu nazəninləri yaratmışdı”
(33, 221). Qeyd edək ki, bu tip təsvir vasitələrindən yazılı
ədəbiyyatda da geniş şəkildə istifadə olunması məlumdur.
Sadalanan təhkiyə formulu nümunələrinin oxşar variantları
bəzi fərqli cəhətlərlə Türkiyə nağıllarında da mövcuddur: “Bir
güzel gız. Aya der sen dur da ben doğayım” (102, 52); “Kızlann
güzellikleri dünyanın her tarafmda dilden dile dolaşıyormuş. O
kadar ki, ayın on dördü günün on beşi kadar güzelmişler” (98,
74); “Bunun içinden de öyle bir kız çıkar, öyle bir kız çıkar ki,
70
ötekiler ne özüm! Misli menendi bir daha bu cahana ne gelmiş, ne
gelir, yanaklan al gibi, dudaklan bal gibi, boyu dersen çiçek
açmış dal gibi...” (84, 15); “Bu da binbir emekle meydana gelmiş,
güzeller güzeli, eşsiz emsalsız bir kızmış” (98, 188); “Bir az sonra
tül elbiseler içinde , güneş kadar parlak san saçlı, aym on dördü,
günün on beşi gibi güzel altın kız gelmiş” (99, 59); ”Kıza bakmış.
Hayretten küçük dilini yutmuş. Dünya güzeli bir kızmış.
Görenlere “Ya al, ya alayım der gibiymiş. Altın renginde sapsan
saçlan omuzlanndan aşağıya dökülüyormuş” (85, 117); “Kızlar
aya “Ya sen doğ yada ben doğayım” derlermiş. Güzellikleri ba-
kanların göz nurlannı eritecek kadar çokmuş” (98, 219) və s.
Bir çox türk xalqlarının nağıllarında xanımların gözəlliyi
əfsanəvi Züleyxanın gözəlliyi ilə müqayisə olunur. Məsələn,
“Gördü ki, qız əyləşib, amma doğrudan da heç özündən qalan
qız deyil. Gözəllikdə heç Züleyxa ona deyə bilməz ki, yerin əy-
ridi düz otur” (31, 299); “Murtuz bir qıznan yatıbdı ki, dünyada
heç misli yoxdu. Gözəllikdə bəeyni Züleyxa” (31, 299). Ancaq
formulun Türkiyə nağıllarında variantlarına rast gəlmədik.
Göründüyü kimi, həm Azərbaycan, həm də Türkiyə xalq
nağıllarında qadınların gözəlliyinin səma cismləri, əsasən Günəş
və Ayla, bəzən də ulduzlarla müqayisəsi, onlardan üstün olmala
rını göstərən formullar çoxluq təşkil edir. Türk xalqları tanrıçı
olduqlarına görə səma cismləri ilə müqayisələr çoxluq təşkil
edir. Azərbaycan və Türkiyə xalq nağıllarında gözəllər daha çox
on dörd və on beş gecəlik Aya bənzədilir. İslamiyyətdə Allahla
insanlar arasında əlaqə yaradan Ay hesab olunur. Hətta peyğəm
bərlər də Aya bənzədilirlər. Göy cismlərinin rəsulu sayılan Ayın
adı - Qəmər Quranda iyirmi yeddi dəfə çəkilir. Bu mənada
islamiyyətdə müqəddəs sayılan Ay həm də gözəllik simvoludur.
“Dastanlarda Ay kağan qadın başlanğıcı kimi təqdim olunur.
Aym kişi başlanğıcı kimi təsəvvür edildiyi mətnlər isə daha
çoxdur” (74, 141). İnanclara görə, Aym m üxtəlif vaxtlarda
aldığı aypara forması gənc qıza, bədirlənmiş forması yetkin qıza,
digər forması isə yaşlı qadına bənzədilirdi. Bir sözlə, eyni köklü,
71
oxşar mədəniyyətli, eyni dini paylaşan Azərbaycan və Türkiyə
xalqlarının folklor ənənəsində Ayın on dörd və ya on beşinci
gündə aldığı bədirlənmiş formasının gözəl görüntüsü qadınların
gözəlliyi ilə müqayisə olunur. Məsələn, “Bu elə qızdı ki, günə
deyir sən çıxma, mən çıxım, aya deyir, sən çıxma, mən çıxım’’
(36, 321); “Əhməd tacir gördü ki, vallah, bu elə bir zənəndi ki,
bu bayıra çıxanda ay, gün, ulduz hamısı batil olub getdi. Zalım
qızı elə bil on beş gecəlik aydı, buludların içindən görsənir. Saç
lar əbri-siyah kimi tökülüb bunun çiyinlərinə, elə bil ki, bəeyni
iki tərəfdən asılan iki dənə şahmardı, elə vaxt eləyirdilər ki,
dolaşsınlar gərdəninə” (31, 329); “Gördü paho, budu bir cüt na
zənin Sənəm gəlir, deyirsən on dörd gecəlik aydı, buludun altın
dan çıxıb. Yeriyəndə yerə naz edib deyir ki, ay yer, fəxr elə sənə
qədəm basıram” (32, 227).
Səma cismlərilə qadın, bəzən də kişi pesonajlann gözəlliklə
rinin müqayisəsini ifadə edən ortaq formulların Türkiyə nağıl
larında aşağıdakı nümunələri mövcuddur: “Bir güzel gız. Aya der
sen dur da ben doğayım” (102, 52); “İçeri giriyor bakıyor ki, ayın
on dördü gibi güzel. Hiç bir tarafdan noksanlık olmaksızın
oluşuyor” (81, 91); “Şimdi ayın on dördü kadar göz kamaşdmcı
güzellikte bir kız oturuyormuş” (98, 100); “Bir de görür ki, ne
görsün, bu turunç, turunç deyil, sana bir aym on dördü, acep insan
bakmayla doyarmı ki...” (83, 14); “Tulum üzerindeki torbayı atarak
ayin on beşi gibi güzel, yakışıklı bir delikanlı olunca, kiz sevincden
adeta uçacak gibi olmuş, kocasmın boynuna sanlmış...” (98, 68).
Kişi obrazların səma cismləri ilə müqayisəsini ifadə edən
formullar Azərbaycan nağıllarında azlıq təşkil edir: “İçəri girib
gördü, bir oğlanı zindana salıblar ki, misli bərabəri nə insdə, nə
cinsdə, nə mələkdə var... Allah-taala bunu xoş gündə, xoş saatda
xəlq edib. İşıq da bunun üzünün işığıdı ki, hər tərəfə düşüb, elə
bil gündü, şəfəqini dünyaya salıb” (33, 91). E.C.Güneyin topla
dığı nağıllarda tez-tez işlənən “Aydan arı, günden duru” (84, 28)
ifadəsinin “aydan arı, sudan duru” variantını nağıllarda aşkar et
məsək də, Azərbaycan folklorunda mövcud olduğu bəllidir.
72
Həm Azərbaycan, həm də Türkiyə nağıllarında Qəmər,
Şəms-Qəmər adlı baş qəhrəmanların adlan da çəkilir. Bu bir çox
Şərq xalqlarının nağıllarında və yazılı abidələr olan “Min bir
gecə” və “Kəlilə və Dimnə”də də oxşardır. İ.Rüstəmzadə hesab
edir ki, Azərbaycan nağıllarının süjet tərkibinə diqqət yetirdikdə
burada şifahi ənənədən gələn süjetlərlə yanaşı, yazılı mənbələr
dən, xüsusən də “Min bir gecə” və “Kəlilə və Dimnə” abidələrin
dən alınmalann da xüsusi çəkiyə sahib olduğunu görmək olar (68,
85). Məsələn, Azərbaycan nağılı olan “Şəms-Qəmər” “Min bir
gecə”dəki “Qəmər əz Zaman və şah qızı Budurun hekayəsi” ilə
forma və məzmun baxımından yaxındır (60, 139-157). Bu özünü
bəzən süjetin göstəricisinə çevrilən formullarda da göstərir.
Məsələn, “Sonra mən on dörd gecəlik ay kimi bir qız gördüm,
onun qaşlan çatma, kirpikləri qara, dodaqları çobanyastığı kimi
zərif idi, ağzı isə Süleyman möhürünə bənzəyirdi, dişləri də,
şairin dediyi kimi, elə bil ipə düzülmüş mirvari idi” (60,141).
N.Roşiyanuya görə, səma cismlərinin termin kimi müqayi
səsinə nağıllarda tez-tez rast gəlinir, onlann parıltısı gözəllik
təcəssümçüsüdür. Bu formul sintaktik nöqteyi-nəzərdən üç sadə
cümlədən ibarət mürəkkəb cümlədən ibarətdir: bir baş cümlə və
iki budaq cümlə. Formulun daimi komponenti bərabər olaraq
təkrarlanan, baş cümləyə aid olan budaq cümlədir. Söhbət iki
hissədən ibarətdir: onlardan biri xarakterik cəhətlərdən birini
göstərən müqayisə predmeti adlanır (gözəllik, parıltı, qürur və
s.), ikinci hissə onu günəşə aid edən uyğun keyfiyyəti müəyyən
edir. A.N.Veselovskiyə görə, “günəşdən alman” qadın gözəlliyi
nin xarakteristikası yeni yunan lirikasına aiddir (121, 99). Bir
sözlə, epik ənənədə baş qəhrəmanların Ay və ulduzlara bənzə
dilməsi çox geniş yayılmışdır.
Kişi obrazların xarici gözəlliyinin Səma cismlərinə bənzə
dilməsi Azərbaycan nağıllarında nisbətən az rast gəlinir: “İçəri
girib gördü ki, bir oğlanı zindana salıblar ki, misli bərabəri nə
insdə, nə sinsdə, nə mələkdə var... Allah- taala bunu xoş gündə,
xoş saatda xəlq edib. İşıq da bunun üzünün işığı ki, hər tərəfə
73
düşüb, elə bil gündü, şəfəqini dünyaya salıb” (33, 91). Yaraşıqlı
cavan oğlanlar digər fərqli formullarla da tərif edilir: Gördü,
bunların içində bir oğlan var, yemə, içmə, gecə, gündüz bunun
xətt-xalına, gül camalına tamaşa elə. Baxıb gördü ki, doğrudan
da bir oğlandı, dünyalar malına dəyər” (32, 22); “Başını qaldınb
gördü ki, nə, elə gözəl oğlandı ki, adam gözünü ondan çəkmək
istəmir. Bığ yeri bənəfşə kimi yenicə baş qaldırıb” (33, 297).
Həm Azərbaycan, həm də Türkiyə nağıllarında kişi qəhrəman
lar daha çox yaraşıqda gözəllik mücəssəməsi olan Yusifə,
qoçaqlıqda Rüstəmə bənzədilir: “O bir oğlan olmuşdu ki, daha ye
mə, içmə xətti-xalına, gül camalına tamaşa elə! Gözəllikdə misl-
Yusif, qüvvətdə, biləkdə də misl-Rüstəm bir oğlan olmuşdu...” (31,
290); “Gördü vallah, bir oğlan uzanıb zınldayır, deyirsən Yusifdi
qəbirdən çıxıb. Bığlan bənəfşə kimi təzə dit verir. Qaşlan kaman
kimi, üz ay kimi. İki yanaqlar solmuş qızıl gülə bənzəyir” (32,
225); “Gözəllikdə elə bir afəti-zaman idi ki, Yusif Kənan onun
əlinə su tökə bilməzdi” (31, 94); “Her taraf bembeyaz. Hüsn-ü
Yusufun abadi kağıt gibi olan tenine benzer” (86,146) və s.
Yalnız Türkiyə nağılları üçün xarakterik olan bir daxili təh
kiyə formulunun bir-birindən az fərqlənən müxtəlif variantlan
vardır: “Gız çok güzelmiş. O gadar güzel ki, gülünce güller, güna-
sırlar açarmış. Ağlayınca gözlerinden inciler mercanlar dökülür-
mtiş. Yürüyünce ardında otlar çimenner bitermiş” (102, 16);
“Padişahın oğluna dedilər ki, gülüncə güllər açan, yürüyünce
arkasmda otlar biter. Ağlayınca da gözlerinden inciler dökülür.
Ellerini ikayınca da ellerinden gümüşler dökülür” (102, 86); “Su
sunası melek huri dediginde, güldüyü zaman güller açar, ağladığı
zaman inci mercan dökülür, yıkanmca suyu altın kesilir” (96,
183). Naki Tezelin toplayıb nəşr etdirdiyi nağıllarda da bu tip
formul nümunələri çoxdur. Məsələn, “Bir gün haber almışlar ki,
falan memlekette ağladıkca gözlerinden inciler dökülen, güldükce
yanaklannda güller açan güzel bir kız var...” (98, 136). Yalnız
“Üç bacımn nağılf’nda rast gəlinən “Qızın bir ayağı qızıl kəsir,
bir ayağı gümüş” ənənəvi formulunu bu qəbildən hesab etmək
74
olar. Ancaq bu formul digər nağıllarda rast gəlinmir. Azərbaycan
nağıllannda təsadüf olunmayan personajın daxili aləmini,
qabiliyyətini təsvir edən digər daxili təhkiyə formullan belə
səslənir: “Gözü kor dediysem harama bakmıyor. Ayağı topal
dediysem haram yollara gitmiyor. Kulağı ağır dediysem kötü
laflar işitmek istemiyor” (81, 103); “Bir gün dedesi bunu gördü.
Uçarak keklik dutar, koşarak tavşan” (102, 91). Bu tip formullar
bir çox türk xalqlarının nağıllannda da işlədilməsinə baxmayaraq,
yazıya alman Azərbaycan xalq nağıllannda rast gəlinmir.
Yeni doğulmuş körpələr, xüsusən də oğlan uşaqlan Türkiyə
nağıllannda “nur topu kimi”, “nur parçası kimi” formul ifadələri
ilə təqdim olunurlar. Məsələn, “Biri aym on dördü gibi güzel bir
gız, o biri de nur parçası gibi yakışıklı bir oğlan olur ” (102, 67);
”Bir az sonra da nur topu gibi bir oğlan çocuğu doğurmuş” (98,
207); “Dünyalar güzeli, nur topu gibi bir kızları daha olmuş”
(85, 135). Bu formulun da Azərbaycan nağıllannda oxşar
variantına rast gəlinmir.
Xalq nağıllarının baş qəhrəmanları hər zaman müsbət xa
rakterli olmurlar. Azərbaycan və Türkiyə nağıllarında pis niyyət
li mənfi obrazlar da ustalıqla və oxşar formullarla təsvir olunur:
“Gəlin var elə düşmən, mala düşmən, ərə deyər can, qaynanaya
qusdurar qan” (32, 314); “Qarı var ipəkdi, qan var köpəkdi, qan
var iman, qurban nəsib olsun. Bu qarı köpək qandı” (33, 5);
“Belə deyirlər, qarı var imanlı, qarı var imansız, dad imansız
əlindən” (32, 303); “Deyirlər qarılar cürbəcür olurlar. Qarı var
mat-matı, qarı var çarğatı, qarı var mamılı-matan, yük üstə ya
tan, şıllaq atan, qarı var plov yeməz, üzü gülməz, dabanı çatdax,
baldırı çılpax, ipəyi qan, köpəyi qarı, yaxası açıx, ombası batıx,
tumanı cınx, dişləri qırıx, işləri fınx, küpəgirən, buzov minən,
sərçə yeyən” (34, 106); “İki büklüm, kara kuru, sivri burunlu,
sivri çeneli, dişsiz bir kocakan ile karşılaşmış...” (98, 53);
“Adamdan azma, dişleri kazma, üçbuçuk telli, kurbağa belli, kaş
göz dersen görünmüyor sürmeden! Gözlerine inanamamışlar”
(86, 18); “Kurban olduğum Allah “dünyası issız kalmasm!” diye
75
mi yaratmış, ne yapmış: yüzüne, gözüne bakılacak gibi deyil,
çilin, çopurun biri” (84, 55) və s.
Hər iki xalqın nağıllarında “ifritə” qadınlar (nağıllarda ifritə
sehrli, tilsimli, kinli, ən kafir bir varlıq kimi təsvir edilir (34,
210), divin arvadları, anaları, qorxunc ərəblər və başqa bədxah,
şər məxluqlar ortaq formulla- “alt dodağı yerdə, üst dodağı
göydə” və ya “alt dodağı yer süpürür, üst dodağı göy süpürür”
ortaq metaforik ifadələr ilə təsvir olunur. Məsələn, “Bir naham-
var ifritədi ki, alt dodağı göy süpürür, üst dodağı yer süpürür”
(24, 247); “Gördü bir dev anası əmcəklərini çiynindən aşırıb
yeddi qazan xörək bişirir” (26, 185); ’’Bakmış ki, ne baksın, bir
dev karısı! Bir ağzı Harekte, bir ağzı Terekde, ne gördüyü var,
ne ördüyü var...” (83, 8) “Kapının önünde bir dudakları yerde,
bir dudakları gökde olan kocaman korkunc arap görünce aklı
başına gelmiş” (99, 57). Sadalanan formullara uyğun olaraq,
Türkiyə nağıllarında qəhrəmanın düşməni olan divin qüdrətini
göstərmək üçün belə bir formuldan da istifadə olunur: “Dev o
kadar iriymiş ki, bir eliyle gökde uçan kuşları yakalıyor, öteki
eliyle de yerdeki yılanları, ciyanları topluyormuş” (98,151).
Qorxunc divin, hətta ifritə qadının gəlişini isə həm Azər
baycan, həm də Türkiyə söyləyicıləri təbiət hadisələrini təsvir
edən oxşar formullarla göstərməyə çalışırlar: “Dev bir qara bu
lud olub qızın yanına düşdü. Reyhan gördü ki, hər tərəfi qara
bulud basdı” (26, 150); “Məlikməmməd qulaq asmayıb bir az
oturdu, bir də gördü ki, göy guruldadı, ildınm çaxdı, dağ kimi
bir dev gəldi” (26, 194); “Birdən göy guruldadı, ildırım çaxdı,
gurultuynan göydən bir ifritə endi” (34, 210); “Gece yarısı
olduğundan tufan gibi bir yel çıkmış. Yer sallanmış. Her yan pus
bulanık olmuş. Ardından da gürültü kopmuş ama ortanca oğul
uyanamamış bile” (86, 79) və s.
Dünya xalqlarının sehrli nağılları üçün xarakterik olan “kü
pəgirən qarı” surəti Azərbaycan və Türkiyə nağıllarında özünə
məxsus fərqli şəkildə təsvir olunur: ’’Qarı neçə cürdür. Qarı var
mamlı-matan, yük üstə yatan, bəlxun sağrı, plov yeməz, üzü gül
76
məz, dabanı çattax, baldırı çılpax, ipəyi qara, köpəyi qara, yaxası
açıq, tumanı arıq, saçları qırıq küpəgirən, buzov minən qarı.
Bizim bu qarı şaman qarı idi” (38, 95); “Gəl sənə xəbər verim
kimdən. Su ağacı, cüvəllağı, şeytan əməlli, küpəgirən qarının
əlindən su içən tacir İlyasdan” (32, 315).
Misallardan da görünür ki, İ.Razumovanın atributiv adlan
dırdığı daxili medial formulların bir hissəsi, yəni vəzn düzümü
və qafiyə ilə xarakterizə olunanlar çox yayılıb. Bu sıradan olan
Azərbaycan və Türkiyə nağıllarmdakı ortaq “boyu bir qarış,
saqqalı yeddi və ya iki qarış” formulu daha məşhurdur. Formul
ilə həm müsbət, həm də mənfi xarakterlər təqdim olunur: “Hə
mən o boyu bir qarış, saqqalı yeddi qarış burada gəşt eləyip, bu
meşədə qalırmış” (74, 228); “Bı Məlik Əhməd bir də düdüyü
çaldı, genə özü bir qarış, saqqalı iki qarış gəldi” (36, 59); “Boyu
bir qarış, saqqalı iki qarış o saat gedib gətirdi” (34, 274); “Boy
ları bir karış, sakkalları iki karış iki cüce gelir...” (84, 216).
Yeraltı dünyaya girişi qoruyan bu obrazın gücü onun saqqalın-
dadır. Qədim təsəvvürlərə görə, saç (tük) ruhun və magik gücün
tapındığı yerdir. Onun yeri və mövqeyi o biri dünyaya girişlə
məhdudlaşdırılır (44, 60).
Digər tip formullar isə personaj və predmetlərə verilən daha
lakonik adlardır. Məsələn, hər iki xalqın şifahi ənənəsində “Nar
qızı” və “Nar tanesi” kimi tanınan ortaq motivli nağılda adı çəki
lən oxşar personaj Azərbaycan nağılında aşağıdakı nəzmdən,
təkrarlardan ibarət formul vasitəsilə təsvir olunur:
Mən bir Nar qızı idim, incim, düzül, düzül, düzül,
Almadan qırmızı idim, incim, düzül, düzül, düzül,
Çıxdım ağac başına, incim, düzül, düzül, düzül,
Məni ağacdan saldı quyuya, incim, düzül, düzül,
Bitdim, oldum gül ağacı, incim, düzül, düzül,
Məndən bir dəstə gül dərdilər, incim, düzül,düzül,
Otaqdan məni tulladılar küllüyə, incim, düzül, düzül,
Qalxdım, oldum, çinar ağacı, incim, düzül, düzül,
İndi gəldim inci düzməyə, incim, düzül, düzül (36, 110)!
77
Türkiyə nağılında isə Narlı ovada, Narlı şəhərdə, Narlı sa
rayda, Narlı bağçada yaşayan “Nar tanesi” belə təsvir olunur:
“El değmedik, göz görmedik, bir dünya güzeli...hem ne güzel,
ne güzel! Eşi yok menendi yok, kime benzeteyim? Nardan kır-
mızı, kardan beyaz, kumru, kumru duruşu, ahu ahu bakışı, bir
yana, sade gözleriyle kaşları, Acem ülkesinin tacma, tahtma
değer; hele dilleri, hele dilleri, günde yüz bin kan eder, eder de
sözmü? Neler etti, ne yiğitler narına yanıp gitti” (84, 158).
Beləliklə, Azərbaycan və Türkiyə nağıllarında adlarında
müəyyən dəyişikliklər olsa da, oxşar “küpəgirən qan”, “münəc-
cimbaşı”, “Nar qızı”, “Keçəl” (“Keloğlan”); ‘‘Zümrüd quşu”,
“Qırat”, fərqli “Ovçu Pirim”, “cırtdan”, ‘4əpəgöz”, “ərəb” və baş
qa bu kimi lakonik adlı obrazlar var. Ə.Əsgərə görə, Azərbaycan
folklorunda Kəlniyyət adı ilə də mövcud olan Keçəl digər türk
xalqlarının folklorundakı kal, kalça, kaloğlan adları ilə tanınan
eyni qəhrəmandır (54, 69). M.Təhmasibin “Aşıq Qərib” dastanın
da Güloğlan surətinin Kaloğlan kimi izah etməsi də bu baxımdan
maraqlıdır. Onun fikrincə, Azərbaycan dilində Kal-Kəl sözünün
“keçəl” mənası unudulmuşdur. Bunun nəticəsində Kaloğlan surəti
xalq etimologiyası yolu ilə Güloğlana çevrilmişdir. Azərbaycan
nağıllarında Kəlniyyət surəti də türk xalqlarının folklorunda
mövcud olan kal (kalça, kaloğlan) surətinin ifadə formalarından
biridir (54, 69). Bunlardan başqa, hər iki xalqın nağıllarında ortaq
“Beyrək”, “Beyböyrek”, “Dirsə xan”, “Şəmsi Qəmər”, “Cahan
şah”, “Şah Abbas”, “Məlik Məmməd”, “Koroğlan”, “Hızır”,
“Fərhad” kimi personajların adlarına rast gəlmək olar.
Nağıllarda təsvir olunan qəhrəmanların adları təkcə nomi-
nativ funksiya daşımır, xarakterlərin açılmasına da yardımçı
olur. Adlar söyləyicilər tərəfindən dəfələrlə söylənilərək, təkrar
lanaraq stereotipləşir, yaddaşlara həkk olunur. Minqajetdinova
görə, aydın olmayan sözlərdən nağıllarda qeyri-adi, ecazkar
personajları və sehrli realiləri adlandıran formulların yaranması
üçün istifadə olunur. Belə sözlər də aydın semantikaya malik
olanlarla (məsələn, “Ölməz Koşşey”) birgə yaşayırlar (122, 61).
78
Bu tip ffazeologizmlər janrın “əfsanəvi mahiyyəti”ndən irəli
gəlir, desək, yanılmarıq.
Nağıl qəhrəmanlarının xarakterlərinin açılmasım N.V.Novi-
kov da araşdırıb. O göstərir ki, pesonajlar ya doğum şəraiti, ya
şəxsi keyfiyyətləri, sosial mənşəyi, ya da həyat şəraiti və davra
nışından asılı olaraq adlandırılırlar. Bəzən də mifoloji dünyagö
rüşdən, arxaik-totemik təsəvvürlərdən irəli gələn qeyri-adi, sehr
li nağıl qəhrəmanlarına rast gəlmək olar (123, 62). C.Y.Nekl-
yudov da nağıl qəhrəmanlarının zahiri görünüşcə mifoloji qeyri-
müəyyənliyin varisləri olduğunu söyləmişdir (123, 63).
Daxili təhkiyə formullarının birinci qrupuna nağılların əsas
personaj lanna aid olan canlı varlıqların və predmetlərin təsviri
də daxil olur. Bunlar əsasən qəhrəmana aid olan atlar, onların
yaşadıqları saraylar, geyindikləri geyimlər, döyüş paltarları və
şairənin təsviri də ola bilər. Məsələn, “Oğlan baxdı qabaqdakı
ata, gördü doğrudan da at bir atdı ki, Qırat onun yanında bir pula
dəyməz” (36, 277); “At iki əlləri üstündə qalxdı göyə, ucadan
bir kişnədi, elə götürüldü ki, elə bil ox yayından çıxıb, bir göz
qırpımında gözdən itdi” (36, 281) Qəhrəmanın atının qeyri-adi
görünüşü və gücü ənənəvi formullar vasitəsilə ustalıqla təsvir
olunur: “Qəhrəman gəlir, özü də altında bir at var ki, altı ayağı,
alnında bir gözü, iki dənə də maral buynuzuna oxşar buynuzu”
(32, 347); “Elə söz ağzından qurtarmışdı ki, at iki əlləri üstündə
qalxdı göyə, ucadan bir kişnədi, elə götürüldü ki, elə bil ox
yayından çıxıb, bir göz qırpımında gözdən itdi” (31,212); “Qəh
rəmanın atı suda balıq kimi üzür, göydə də quş kimi uçurdu. Bir
aylıq yolu iki günə gəlib Rum vilayətinə çatdılar” (32, 349).
Atın quşa bənzədilərək yel kimi uçmasım, külək kimi hərəkət
etməsini göstərən formullar onun sürətinin, qaçarkən burun
deşiklərindən qığılcım, ağzından od, tüstü çıxması isə onun odlu
təbiətinin göstəricisidir. Məsələn, “At bunları yel kimi aparırdı.
Get ha get, get ha get bir şəhərə yetişdilər” (32, 283).
Bu qəbildən olan formullar Türkiyə nağıllarında da oxşar
variantlarla təsvir olunur: “Altın at o güne kadar gördüyü atların,
79
hatta hayvanların en güzeli imiş. Gözleri işıl-işıl parlıyor, altm
tellere benzeyen yelisi, ata bir gelin güzelliyi veriyormuş. İnce,
yüksek bacakları yerinde duramıyor, bırakılsa kuş gibi uçacak-
mış hissini veriyormuş. Derisinin parlaklığı, düzgünlüyü heç bir
hay vanda yokm uş... (99, 62); “Uçar gibi giden atlan, onları bir
kaç saat içinde A eann bulunduğu şehre ulaşdırmış” (98, 59);
“Ata dokunmuş. At yelle yarışıp bulutlara ulaşmış” (86, 22);
“Dağlarda, bayırlarda atmı dört nala sürüyor, adeta bir kuş gibi
uçuyormuş” (98, 11.0); “Rüzgar gibi giden atım dört nala sür
müş. Dereler, tepeler, dağlar, atının ayakları altmda uçuyormuş
sanki...” (98, 55-56) v əs.
Göründüyü kimi, bu metaforik ifadələrdə hansısa müqayi
sənin mövcudluğu göstərilir. Unutmaq olmaz ki, atm bu cür
göstəriciləri inanc elementi kimi əsasən Türk xalqlarının mifolo
giyasında rast gəlinir. At kultu ilə od kultunun eyniləşdiril-
məsinin isə Hind mifologiyasında və şamanizmdə mövcudluğu
bəllidir. N.M.Jirmunski, X.T.Zərifovun qəhrəmanın atının qeyri-
adi görünüşünü “xalq nağıllarının sadəlövh demokratizmi” kimi,
V.Propp adi nağıl kontrastı kimi xarakterizə edirsə, Ə.Əsgər
bunu onlarm marginal mənşəyi ilə əlaqələndirir. Ə.Əsgər hesab
edir ki, nağıl qəhrəmanının fəaliyyəti onun bahadırlıq atributları
(qılınc, qalxan, döyüş paltarı, at) əldə etməsi ilə başlayır (54,
122). V.M.Jirmunskiyə görə, eposda at döyüşkən dost və qəhrə
manın əsas köməkçisi kimi real şəraitlərə uyğun olaraq böyük
rol oynayır. Nağıllarda isə o, qəhrəmanın sehrli köməkçisi kimi
ecaskar xüsusiyyətlərə malikdir (108, 23). Novikov qeyd edir:
“Sehrli nağılların qəhrəmanının köməkçiləri və tərəfdarları müx
təlif və saysızdır. Qəhrəman onlarla hər addımda qarşılaşır və
məkrli düşmənlə mübarizədə onlarm dəstəyindən istifadə edir
(116, 131). Əsasən sehrli nağıllarda istifadə olunan sehrli kö
məkçi vasitələr qəhrəmanların qarşısında duran tapşırıqların
yerinə yetirilməsində yardımçı olur. F.Bayat onları aşağıdakı
şəkildə qruplaşdırır: a) silah- qılınc, qalxan, ox və s; b) meyvə
və giləmeyvələr- alma, armud, gavalı və s; c) məişət əşyaları -
80
xalça, süfrə, papaq, üzük (44, 52). Sadalanan əşyalar bütün
nağıllarda tətbiq olunur və onlarm daxil olduğu ifadə və cümlə
ləri ənənəvi formul hesab etmək lazımdır.
Bu medial formul qrupuna qəhrəmanın yaşadığı dəbdəbəli
sarayların, saraylardakı otaqlann, bağların, hamamların, qəhrə
mana aid olan döyüş silahlarının (qılınc, qalxan, dəmir əşyalar),
geyiminin təsviri də daxildir. Bu tip formullar həm Azərbaycan,
həm də Türkiyə nağıllarında geniş və fərqli variantlarda yayılıb.
Məsələn, “Burda bir imarət var idi. Şah Abbasm öz imarətindən
yaxşı idi. Şah Abbasla vəzir Allahverdi xan imarətə tərəf yaxın
laşıb gördülər ki, bu imarətdə çilçıraqlar yanıb, aləmi işıqlandı
rır” (33, 172-173); “Saray, ama ne saray!..Allah yapmış yapışını
devler açmış kapısını” (83, 12). Gözəl və səfalı bağ-bağatlann
geniş surətdə təsviri və cənnətlə müqayisəsini ifadə edən formul
lar Azərbaycan nağıllarında daha çoxdur. Məsələn: “Çəməni ba-
səfa yerdə düşdülər. Bura heç gördüyün yerə oxşamır, hər tərəf
gül, çiçək, ağaclar baş çəkib ərşəfələyə, bülbüllər cəh-cəh vurur,
vallah deyəsən bura cənnətin bir guşəsidi. Hər aşiq öz yarma
min dilnən naz eyləyir” (32, 41). Yaxud, “O getdi, mən getdim,
axırda gəlib çıxdıq dağın döşündə bir açıqlığa. Gördüm bura
basəfa bir yerdi. Sular şırhaşır hər tərəfdən axır, bülbüllər cəh-
cəh vurur, güllər pəh-pəh verir. Vallah bir yerdi, deyirsən, cən
nətin bir guşəsidi. Dünyada nə qədər gül-çiçək varsa, hamısın
dan burda var” (33, 118); “Bağ nə bağ, şair gərək ki, onu tərif
eləsin. Ağaclar baş çəkib ərş- fələyə, hər tərəf çəməni-basəfə, çi
çəklərin ətrindən qarın doyur, insan az qalır bihuş olsun. Sulann
şırıltısı, quşların nəğməsi, bülbüllərin cəh-cəhi insanı valeh edir”
(33, 234); “Gördü ki, Pəri Soltanın bu mülkü dörd tərəfdən
bağdı. Hər yana baxırsan mərmər hovuzdan su fəvvarə verib
qalxır. Ağaclar çəkilib ərşəfələyə, bülbüllər oxuyur, rəngbərəng
çiçəklər, güllər ətrafı bürüyüb, quşların nəğməsi, quş və çiçəklə
rin qoxusu insanı bihuş eləyir” (33, 243) və s. Azərbaycan
söyləyiciləri gözəl bağları Gülüstani-İrəmə bənzədirlər: “Bağın
adı xəzan bağı idisə də, amma bahar bağından da gözəl idi. Hər
81
tərəfdən sular gülab kimi axırdı. Bülbüllər cəh-cəh vururdu, gül
lər rəngbərəng çalırdı. Vallah, deyirdin Gülüstani-İrəmdən bir
parçadı. Hər şey öz məhbubunu yad eləyib öz dilində, öz aşiqinə
raziniyaz edirdi” (32,238-239).
Bunlara bənzər daxili təhkiyə formulları fəqli formada Tür
kiyə nağıllarında da mövcuddur: “Gide gide, ormanlar ortasında
büyük bir sarayın üzerine gelmişler. Kocakan, küpü hemen yere
doğru alçaltmaya başlamış. Küp alçaldıqca, saray yaklaşıyor,
yaklaşdıkca da çok büyük, etrafı yüksek duvarlarla geniş nehir-
lerle çevrili, beyaz mermerlerden ve billur gibi adeta camlardan
yapılmış işıl, işıl bir saray meydana çıkıyormuş” (99, 56); “Zira
önünç, ucu bucağı görünmeyen, cennet gibi bir bahçe çıkmış.
Bahçenin ortasında mermerden büyük bir bahçe çıkmış. Havu-
zun etrafında, padişahlarda bile bulunmayan, yakut ve zümrüt-
lerle süslü, pınl-pınl tahtlar duruyormuş. Havuzun fıskıyelerin-
den göz alıcı renklerde sular fıskınyor, bülbüllerin tatlı sesleri
hiç rastlamadığı çeşid, çeşid, renk, renk çiçeklerin kokuları insa-
mn adeta başını döndürüyormuş” (99, 195); “Bu da evvelki gibi,
göklere yükselen bahçe içinde, güneşte pırıl-pırıl parlayan bir
saraymış” (98, 154); və s. Göründüyü kimi, Azərbaycan və Tür
kiyə nağıllarında bağ və bağatların, sarayların epik formullarla
təsvirində eynilə ənənədən gələn vasitələrdən, mərmərlərdən, qı
zılı və ya gümüşü predmetlərdən, xalılardan və başqa əşyalar
dan, canlı varlıqlardan istifadə olunur. Hətta məscid, hamam və
başqa tikililər də bu formada təsvir olunur: “Cami o kadar göz
alıcıymış ki, göklere yükselen beyaz minareleri uzak şehirlerden
bile görülüyor, altın yıldızlı kubbeleri güneş gibi panldıyor,
yüzlerce penceresindeki renkli camlardan içeriye çeşitli işıklar
sızıyormuş” (98, 145). Formullarda təsvir olunan bağ və bağat-
ların cənnət ilə müqayisəsini də ortaq cəhət hesab etmək olar.
Hər iki xalqın folklorunda təqdim olunan saraylardakı çox
saylı' otaqların dolğun təsvirini də daxili təhkiyə formulu hesab
etmək olar. Qırx otaqdan ən gözləniləni, möcüzəlisi sonuncu
qırxıncı otaq epik formullarla daha ətraflı təsvir olunur. Məsə
82
lən: “Gördü nə, bu otaq ağ mərmərdən tikilib, hər tərəfdən zərrin
pərdələr, qiymətli qumaşlar asılıb, xalılar döşənib, hər divara bir
bədənnüma ayna vurulub, qızıl çilçıraqlar asılıb, ayağı zəbərcəd
daşlı sandallar düzülüb. Xülasə, bu evdə olan ziynət-dövlət heç
padşahda yoxdu, təzə gəlin otağı kimi bəzənib ətrafa işıq salıb”
(31, 242); “Nihayet en son açtığı kapınm önünde durarak
içerisini hayran hayran seyre dalmış. Burası, babasının sarayında
bile görmediyi kadar güzel bir yatak odası imiş. Pml- pırıl cilalı,
ceviz ağacından yapılmış, oymalı bir karyola odanın bir köşesin-
de duruyor, üzerindeki altın sırmalarla işlenmiş, kırmızı atlas
yorğun gözleri kamaştırıyormuş. Yerlerde bir karış kalmlığmda
acem halıları varmış. Karyolanın etekliyi, yastıklar, hep yakut-
larla süslüymüş. Kristal şimdanlardakı mumlar göz kamaştırı-
yor, kocaman pencerelerde yerlere kadar sarkan koyu kırmızı
renkli kadife perdeler, odaya başqa bir güzellik veriyormuş. Al
tın işlemeli terlikler karyolanın ayak ucunda duruyor, sahibini
bekliyormuş” (98, 78-79).
Söhbət açılan nümunələrdən görürük ki, nağıl qəhrəmanla
rının ən universal, dayanıqlı və çox istifadə olunan atributu qızılı
və gümüşü əşyalar və onları ifadə edən formullardır. Belə for
mullar həm Azərbaycan, həm də Türkiyə nağıllarında çox işlə
nir. Məsələn, “Qəsirdə Qəni şahın qızı Püstə xanım özünə yeddi
qələm ilə zinət verib, qızıl sandal üstündə qərar tutubdur” (38,
62); “O gecə sən qızıl pıçaq əlində gəldin, mən də gecə səni
yuxumda görmüşdüm” (38, 209); Ağa Həsən Mirzəzadənin top
ladığı “Lotu Kəmanə və lotu Cəfər” nağılında tez-tez qızıl sər-
pic, qızıl nimçə, qızıl ləgən, qızıl aftaba və şairədən söhbət ge
dir. Türkiyə xalq nağıllarında qızılı çalarlı canlı varlıqların təs
viri cansız əşyaların təsvirindən daha çoxdur: “Tavanları altın
kakmaklı, yerlerinde birer kanş kalmlığmda halılar serili, en
kiymetli kumaşlardan yapılmış divanlar ve döşemelerle süslü
odalarda, sofralarda inler, cinler top oynuyormuş..” (98, 35);
“Odanın içinde altın bir karyola pırıl- pm l yanıyor. Karyolanın
yanında da da gene altından bir beşik varmış. Beşikde nur topu
83
gibi bir çocuk yatıyormuş...” (98, 95); ”Bir altın elmamız var,
Birbirimize atar tutarız. Güleriz, eyleşiriz” (86, 404) və s. Hətta
Türkiyə nağıllarında “Qızıl dağ”, “Gümüş dağ”, “İnci dağ” lako
nik adlarına da rast gəlmək olar (86, 71).
Bu formullarda söhbət sözün əsl mənasında qiymətli əşya
ların parıltısından gedir. Bu zaman formulun mənası genişlən
miş olur. Qızılılıq təkcə paltarlara deyil, həm də fiziki görünüşə
də aid olmağa başlayır. Məsələn, “Oğlanın kəkli qızıl, alnı ay,
dişləri inci” (31, 199). Azərbaycan və Türkiyə nağıllarından nü
munə gətirilən formullarda qızılı çaların cansız əşyalarla yanaşı,
atlara, ilanlara və başqa canlı varlıqlara da şamil olunduğu görü
nür: “Altın atın yanına iyice yaklaşıb, şırma yeleli, altm nallı
altın atım”, demiş, seni görmeye geldim (99, 62); “Altm at o
güne kadar gördüyü atların, hatta hayvanların en güzeli imiş.
Gözleri işıl-işıl parlıyor, altın tellere benzeyen yelesi ata bir ge
lin güzelliyi veriyormuş. İnce, yüksek bacaklan yerinde duramı-
yor, bırakılsa kuş gibi uçacakmış hissini veriyormuş” (99, 62);
“Bakar ki eşek öyle altm saçıyor öyle altm saçıyor ki, yer yurt
almıyor” (96, 148); “Səfər kişi baş üstə deyib, qızıl ilana baş
endirib getdi” (31, 294).
V.Y.Proppa görə, qızılılıq allahlara, ölülərə və ithaf olun
muşlara xasdır və əzəmətə, uzunömürlülüyə, uğura işarədir. Na
ğılda isə qızılı çalar o dünyanın sabit komponenti kimi daxil olur.
Qızılı rəng sanki başdan başa qızıldan ibarət olan o biri dünyanın
möhürüdür. Qızılı çalar odun, atəşin sinonimidir. Yəni, dünyanın
o başı ilə əlaqəli olan əşyaların qızılı çalan Günəşin rəngidir,
oddan qaynaqlanır (120, 364, 375). H.Zeynallmm topladığı “Peşə
dalınca” nağılında buna bariz nümunə var: “Dərviş qonaqlar üçün
aş bişirif, üstünə bir cürə yağ töhdü ki. Qonaqlann əlləri dəyən
saat od alıf yandılar, qızıl oldular” (31, 161). İ.Razumova isə
hesab edir ki, “qızıl” epitetinin əsas anlamı ecazkarlığın, xüsusi
keyfiyyətlərin sübutu kimi göstərilir (122, 65). Onun fikrincə,
bəzən “qızıl” epiteti “gümüş” epiteti ilə semantik cütlük əmələ
gətirir və strukturuna görə simmetrik atributiv formul yaranır.
84
Məsələn, “Pınl-pınl elbiseleri içinde, altm, gümüş işlemeli silah-
lanyla bir heykel gibi görünen levent delikanlıyı begenmiş” (99,
106); “O imarət üç mərtəbə olsun. İmarətin bir kərpici qızıl, bir
kərpici gümüş, eyvanı da on altı sütunlu olsun” (39, 228); “Sa
rayın daşmm biri qızıl, biri gümüşdəndir” (46, 145); “Qız baxdı
ki, nə... oğlanm başının bir tərəfi qızıldı, bir tərəfi gümüş. Qız min
ürəkdən bir ürəyə vuruldu oğlana” (31, 124) və s. İslam inanc
larına görə, qızıl qadına, gümüş isə kişiyə yaraşdırılır.
Qorxulu, çətin keçilən, əlçatmaz yerlər hər iki xalqın nağıl
larında oxşar məzmunlu “quş uçmaz, karvan keçməz” və “quş
quşluğu ilə qanad sala bilmir” formulları ilə ifadə olunur: “Kuş
uçmaz kervan geçmez yerde sen nasılsm bakalım?” (86, 65);
“Ay axmaq, bura üç qardaşlar baxçasıdı, bura heç quş quşluğuy-
nan qanad sala bilmir, burda bəni-adəm nə qayırır” (31, 170).
Azərbaycan nağıllarında eyni məzmunlu və “bura qatır gələr-
dırnaq, quş gələr-qanad salar” fərqli variantına da təsadüf olu
nur: “Ana, adam-badam iysi gəlir, yağlı badam iysi gəlir. Bura
qatır gələr dırnaq, quş gələr qanad salar” (33, 215); “Ay nadü
rüst, buraya quş gəlsə qanad salar, qatır gəlsə dırnaq salar, sən
hara bura hara?” (31, 240). Türkiyə nağıllarında isə “kuş
konmaz, yılan bağrım sürümez” variantı səslənir: “Kuş konmaz,
yılan bağrını sürümez bu yerlerde ne edersin?” (85, 60) və s.
2.
Nağıl personajlarının hərəkətini, fəaliyyətini təsvir edən
formullarda qəhrəmanın getdiyi yol əks olunur. Burada keçid
formullarından fərqli olaraq gedilən yoldan deyil, qəhrəmanların
məhz özünəməxsus davranış və hərəkətlərindən söhbət gedir.
Məsələn, “Mələk xanım alıb paltarı başdan geyinib ayaqdan
qıfıllandı, ayaqdan geyinib başdan qıfıllandı, əlinə əsa alıb,
altdan qılıncını bağladı, qulu götürüb çıxdı küçəyə...” (31, 315);
“Məlik Əhməd altdan geyinib, üstdən qıfıllandı, üstdən geyinib
altdan qıfıllandı, qılıncı bağladı, qalxanı götürdü, düşdü yola”
(32, 274); Bu qrupa daxil olan “Keçəl bərkitdi çarıqların
dabanın, qırdı yerin damarın günə bir mənzil gedib bir şəhərə
çıxdı” (33, 258) və “Asiman düşdü yolun ağına, gəmilər mindi,
85
dəryalar keçdi, cəzirələr aşdı, uzaq yolu yaxın elədi, axır, gəlib
öz ölkəsinə çatdı” (33, 99) formulları Azərbaycan nağıllarında
geniş yayılıb. Bunlara oxşar Türkiyə nağıllarında “Keloğlan,
sihrli kuyunun yolunu tutar, tutar ama, o gider, yol gider, o gi-
der, yol gider, gölgesi de peşi sıra tin, tin eder, derken akşamm
bir saatinde kuyunun başına varır” (84, 125); “Çoban yola
çıkmış. Az bir az gittikden sonra üzerindeki sarsmtıyı atlatmış.
Tabanları yağlamış. Tozu dumana katmış, Pilav suyu kaynaya-
cak kadar bir zamanda şehre varmış. Sokak-sokak dolaşmış.
Sarraf aramış” və ya ’’Şehzade bu sözleri kulağma küpe yaparak,
az gider, uz gider, yokuşlarda ter dökerek, inişlerde tımak söke-
rek коса yümağın bittiyi yere kadar gider” (83, 11) və ya “Gön-
lündeki kızı bulmak için yine taban tepmeye başlamış. Yol
gitmiş, o gitmiş. O gitmiş, yol gitmiş” formulları mövcuddur.
Yaxud, “Nuşapəri xanım bir dəs pəhləvan paltarı götürüb,
başdan geyindi, ayaqdan qıfıllandı, ayaqdan geyindi, başdan
qıfıllandı, atını minib, özünü yetirdi dəryanın qırağına” (32, 21);
“Bəli, İbrahim altdan geyinib üstdən qıfıllandı, üstdən geyinib
altdan qıfıllandı, ya mədəd deyib düşü yola, başladı getməyə”
(31, 300); “Şehzade el ayak çekildikden sonra, demir çarık,
demir asa yola düşmüş” (84, 45).
Folklorşünaslar formullarda təsvir olunan dəmir çarıq və
dəmir əsanı o biri dünyanı göstərən atributlar hesab edirlər.
Həmçinin bir çox türk xalqlarının dəmir və dəmir materialdan
hazırlanmış bir predmetdən qorxuluğu götürmək üçün istifadə
etmək kimi inancları var (44, 134). Daha çox Azərbaycan
nağıllarında rast gəlinən belə bir formul tipini də xatırlatmaq
yerinə düşər: “Nigar xanım özünü otağa yeridib, vəzndə yüngül,
qiymətdən ağır əlinə düşəni yığıb düyünçə bağladı, özünü
yetirdi Məstana” (32, 314).
N.Roşiyanu sözügedən formul növünü sintaktik nöqteyi-
nəzərdən üç yerə bölür:
1. Hərəkəti bildirən;
2. Zamanı göstərən;
86
3. Məkanı göstərən feillər (121, 153).
Belə ki, yuxarıda nümunə gətirilən təhkiyə formulları bu
elementlərin yalnız birini, bəziləri isə hamısını əhatə edir. Bir
çox nağıllar isə bunların ən azı ikisini əhatə edir. Məsələn,
“Axşam qazı ağa başına bir top ağdan əmmamə, belində on beş
arşın parçadan qurşaq, ayağında bəzəkli başmaq, əynində əba,
əlində təsbeh, saqqalı yırğalana-yırğalana Güllü qıza qonäq
gəldi” (33, 322); “Atı minib, quyuya gedib alt paltarı geyinib,
yaraq əsbabmı taxdı, al ələmini götürüb qara atı mindi, yola
düşüb cədələ gəldi. Bir dövrə vurub qılıncını siyirdi, bir nərə
çəkib padşahın oğlu tərəfə atı çarpdı” (62, 16) və s. Bu qəbildən
olan formullar Türkiyə nağıllarında da var: “Ceylan gibi güzel
atma biner, yay gibi hızlı giden iki köpeyini yanına alır, her attı-
ğını vuran tüfegini de omuzuna asarak sabahlara ava çıkarmış”
(99, 37). N.Roşiyanu qəhrəmanın ilanla döyüşünü də bu
formullar qrupuna aid edir.
Bu tip formul nümunələri məhz Naki Tezelin topladığı
Türkiyə nağıllarında daha çoxdur. Məsələn: “İki arkadaş, konu-
şa, otura kalka, günlerce yol almışlar. Atlardan inip yaya yürü-
dükleri derelerden yüzerek geçtikleri oluyor, bazı gecelerini or
manlarda ağac dallarında geçiyor, bazan da köylerde müsafir
kalıyorlarmış. Durmadan gitmişler, gitmişler... Dere-tepe düz
gece gündüz gitmişler, bir memlekete varmışlar” (98,42); “Sağa
koşmuş, sola koşmuş, oraya gitmiş, buraya gitmiş, yok, yok...
Yorularak inine gidib, uzanmış, uyuya kalm ış...” (98, 100); “Ne
ise...Yolculuk hazırlığına başlanmış. Güneşli bahar gününde
atlas ve kumaslarla süslenmiş, her birini altışar atın çekdiyi on
altın araba, Mısıra doğru yola çıkmış” (98, 105). M.Gökçəoğ-
lunun topladığı Kıbns xalq nağıllarından olan aşağıdakı formul
variantı da Azərbaycan nağıllarında təsadüf olunmur: “Vurmuş
sandığı omuzuna. Seyirtmiş saraya. Yokuşlarda “Ah”, inişlerde
“Vah” demiş. Dump dinlenmemiş. Varmış saraya. Padişahın hü
zuruna çıkmış” (86, 130). Yuxarıda qeyd etdiyimiz qəhrəmanın
atla hərəkət etməsini təsvir edən formulları bu qrupa da aid
87
etmək olar. Məsələn, “Dərələrdən sel kimi, təpələrdən yel kimi,
badeyi-sərsər kimi, ata bir mahmız vurdu, atm quyruğu oldu
ələm, qulaqları oldu qələm. Ayaq üzəngidə, diz qabırğada, özü
nü yetirdi bir çəmənin qırağına...” (32, 300); “Rüzgar oğlu cey-
lan gibi güzel atma biner, yay gibi hızlı iki kopegini yamna alır,
her attığmı vuran tüfeğin de omuzuna asarak sabahları ava
çıkarmış” (99, 37) və s.
Qəhrəmanın yolu tez getməsini fantastik formada göstərən
fərqli formullardan Azərbaycan və Türkiyə nağıllarında istifadə
olunur. Məsələn, “Bəli, Hatəm çəkib çarığın dabanım, qınb ye
rin amanını, günə bir mənzil, təyyi-mənazil, nağıllarda mənzil
olmaz; az getdi, üz getdi, dərə-təpə düz geti, bir neçə gündən
sonra gəldi çıxdı həmin dərviş nişan verdiyi yerə” (32, 28);
“Hatəm dərələrdən yel kimi, təpələrdən sel kimi, badeyi-sərsər
kimi, dağların dabamynan, yolların kənanynan, gündə bir mən
zil, teyyi-mənazil bir müddət sonra gəlib çıxdı həmin kor padşa
hın vilayətinə” (32, 33); “Hiç vakit kaybetmeden yollara düş
müş. Her bir adımı atmış arşmmış. Bunda basmış, onda bulun
muş. Durmamış, dinlenmemiş. Yürümüş. Üç aylık yolu iki gün-
de almış” (85, 27); “Yedi saatlık yola ateş püskürterek, yedi
deniz karşıya geçti” (85, 67); “Dört iklim yedi deniz aşmış var
mış karşıya” (85, 68) və s.
Nümunələrdən də göründüyü kimi, Kıbrıs Türk nağılları
qəliblənmiş sözlər yönündən daha zəngindir. M.Gökçəoğlunun
təbirincə desək, yalnız bir yerdən başqa yerə getmə anı altmış-
dan çox qəliblənmiş sözlə anladılır. Məsələn, “Tabanlarını
yağlamış, koşa koşa kaçmış”, “Onda basmış bunda bulunmuş,
bunda basmış onda bulunmuş”, “Yel yepelek koşmuş”, “Yolğa-
lamış yola düşmüş”, “Git gitmemesine, git gitmemesine yürü
müş”, “Bir ayağı kalk gidelim, demiş, bir ayağı oturduğun yerde
su mu çıkdı, demiş” , “Meymele mesmele, don çözüp uçkur
bağlayana kadar iş işten geçmiş...” (85, 20) və s.
Azərbaycan nağıllarına uzun məsafəni uzun zaman və real
lıqdan uzaq olaraq qısa müddətə qət etməni bildirən aşağıdakı
88
təhkiyə formulları xasdır: “Bu minvalla otuz doqquz gün, otuz
doqquz gecə yol getdilər” (39, 133); “Beləliklə, tamam qırx gün,
qırx gecə yol getdilər, ta ki gəlib çıxdılar Gülüstani-İrəmin
sərhəddinə” (25, 34). Sözügedən formul qrupuna qismən reallığa
yaxın “ Səttarla Ülkər meşə ilə yeddi gün, yeddi gecə yol gedib,
bir böyük dağa çıxdılar” (39, 30); “Səttar qızla görüşüb, daban
aldı, üç gün, üç gecə gedib, bir gəmi düşərgəsinə çıxdı” (39, 32)
tipli formullar da çoxdur. Məsələn, “Altı gün, altı gecə yol getdi.
Dərələrdən keçdi, təpələrdən aşdı, gəldi bir dağın ətəyindəki
mağaraya” (34, 36); “Yeddi gün, yeddi gecə yol gedəndən sonra
gəlib çıxdılar həmin yeddi yolun ayrıcına” (28, 74) və başqa
formullar daxildir. Oxşar formullar Türkiyə nağıllarında da
mövcuddur: “Az gitmiş, uz gitmiş, dere tepe düz gitmiş, üç gün,
üç gece yol almış...” (98, 55).
Göründüyü kimi, həm Azərbaycan, həm də Türkiyə söylə-
yiciləri təhkiyə (medial) formullarında epik zamanın təsvirində
daha çox yer alan “yeddi” rəqəmindən yararlanırlar. “yeddi’Mə
yanaşı, “üç”, “qırx”, “on”, “altı” rəqəmləri də nağılların müxtəlif
yerlərində tez-tez işlənir. Bu rəqəmlər xalqların mifologiyasın
dan, İslam inanclarından, mərasim və adətlərdən irəli gələrək,
müqəddəs sayılaraq folklor janrlarında kök salıb. Y.V.Çəmənzə-
minliyə görə, hər bir irqin özünəməxsus bir rəqəmi var, türkün -
9, samilərin - 40, 7, qədim Misir və yunanın -1 2 və s. (49, 279).
D.N.Medriş hesab edir ki, bu məsələdə milli və regional ənənə
lər əsas rol oynayır. Əsasən milli ənənələrdən irəli gələn sakral
rəqəmlərin təhkiyədə variasiya olunması onların şərti xarakterli
olmasını xüsusi vurğulayır, hətta çox hallarda bu müddətlər real
lıqdan uzaqlaşır (111, 20-21).
Xalqımızın inamına görə, müəyyən “sehrli saylar” magik təsir
edir, belə ki, onlar xeyir, şadlıq və yaxud əksinə bədbəxtlik, itki
gətirir. Deməli, insanlar saylann “sehrli qüvvələrindən”, “bəd-
xahlar”dan xilas olmaq üçün kömək gözləmiş və nəsillərin ənənəsi
müəyyən saylar yaratmışdır (53, 118). Belə ki, “sehrli saylar”dan
ibarət olan formulları da sehrli formullar qrupuna aid etmək olar.
89
3.
Dialoqa girən formullar qrupu ən geniş yayılmış formul
lar qrupudur. Belə ki, ayrı-ayn nağıl qəhrəmanlarının işlətdiyi
ifadələr, icazələr, müraciətlər və xitablara Azərbaycan və Türki
yə xalq nağıllarında tez-tez rast gəlinir. Bura qəhrəmanla padşa
hın, düşmənin, qəhrəmanla xilaskarın, köməkçilərin, iki dostun,
tanış olmayan iki adamın, analıqla atanın, ögey uşaqların dialoq
larım təsvir edən formullar daxildir. Məsələn, aşağıdakı dialoqda
çətin situasiyadan çıxmağın, düşməndən xilas olmağın yollan
araşdırılır:
Dedi:
Quyunu görürsənmi?
Dedim:
- Görürəm.
Dedi:
- Üç dəfə əyilib quyuya deyəcəksən:
“Astan, Astan, Astan, çıx”. Çıxdı, çıxdı, çıxmadı, yay oxun
la göydə ulduzu paraladın, paraladm, paralamadm, bax bu
adamlar kimi, sən də daş olacaqsan, mən də...” (74,159).
Aşağıdakı dialoqlarda tanış olmaq məqsədilə gənc oğlanla
gənc qızın biri- birini sınaması özünü göstərir:
- Terzi kızı, terzı kızı! Dikersin, biçersin, gökde yıldız
kaçdır, bilirmisin?
- Beyoğlu, beyoğlu! Okursun, yazarsın. Karanfılin yaprağı
kaçdır, bilirmisin? (81,46);
- Nerden geliyorsun?
- Dere köyden?
- Nereye gediyorsun?
- Tepe köye?
- Adın ne?
- Ese!
- Benimki de Köse! (84, 92).
Sadalanan dialoqlar bir sıra nağıllarda rast gəlinir. Bunları
ənənəvi formullar hesab etməmək də olar. Ancaq söylədiyimiz
macəraları əhatə edən oxşar dialoq formullar var ki, onlar həqi-
90
qətən də ənənəviləşib və klassik formul növü kimi bütün nağıl
larda istifadə olunur. Məsələn, “Adam-badam iysi gəlir, yağlı
badam iysi gəlir. Qatır gələr dırnaq salar, quş gələr, qanad salar.
De görək bura kim gəlmişdi?” (25, 117) formuluna həm Azər
baycan, həm də Türkiyə nağıllarında rast gəlmək olar. Formul
qəhrəmanın düşdüyü mövcud şəraitlə uyğunsuzluğu, sonra bu
şəraitin qeyri-təbiiliyi, əfsanəvili və bunlarla əlaqədar olaraq, ya
xın gələcəkdə baş verəcək qəhrəmanla düşmən arasındakı döyüş
epizodu ilə bağlıdır. Formulun Ağa Həsən Mirzəzadənin topla
dığı “Məlik Məmməd” nağılındakı variantındakı sonluğu da ma
raqlıdır:
Ey çəpəl, adam-badam iysi gəlir, yağlı gödəm iysi
gəlir, de görüm buraya kim gəlib? - Ey kafir, o qədər yemisən
ki. Dişivin dibinnən gəlir” (62, 11). Formulun oxşar variantı
Türkiyə nağıllarında da var: “Bre oğul, buralarda in yok, çin
yok, insana dediyin ne gezer, olsa, olsa dişinin dibinde kalmış-
dır” (84, 46). Qəhrəmanla düşmənin dialoqunu bəzi sözlərdə və
sintaktik qaydalarda fərqlər olsa da, hər iki xalqın nağılları üçün
ortaq dialoq formul hesab etmək olar. Məsələn, “Üç Turunçlar
dediyin yedi başlı bir devin bahçesinde dalları göklere varan bir
ağacın tepesinde el ermez, göç yetmez ona: “İyisi mi, ahım yel-
lere, derdini sellere ver de gel bu sevdadan vaz geç” demiş, daha
da ne diller dökmüş ya, şehzade: “Dev kardeş, yel üfürür, sel
köpürür, söndürürse Üç Turunçlar söndürür ateşini. Ben de bu
başı bu yola koydum bir kere, kader ne ise öyle olur gayn” (83,
10); “Pəhləvan, onu bil ki, pəhləvanlarda üç nişan olar: bir-
birinə hərbə-zorba gəlmək, qılmc çalmaq, güləşmək. Mən üçünə
də varam, buyur, bu meydan, bu şeytan” (25, 154).
Ancaq Azərbaycan və Türkiyə nağılları üçün xarakterik
olan bir-birindən fərqli dialoqlar da var. Azərbaycan nağılları
üçün səciyyəvi olan qəhrəmanın sehrli köməkçilərinin (göyərçin
bacıların) dialoqunu əks etdirən formullar buna misal ola bilər:
’’Böyük göyərçin dilə gəlib kiçik göyərçinə dedi:
- Bacılı, bacılı.
- Can bacılı. Böyük göyərçin dedi:
91
- Bu qarını tanıyırsan? Kiçik göyərçin dedi:
- Bu qarının başına gələni Allah heç kafirə qismət elə
məsin. Kiçik göyərçin dedi:
- Bacılı, bacılı, danış görək, bu qarının başına nə gəlib?”
(33, 9).
Bacılı, bacılı, tanıyırsan bu oğlanı?
- Yox tanımıram.
- Bu Məlik Duçardı, atası bunun gözlərini çıxartdırıb” (25,
176).
Bu tip dialoqların ənənəviləşməsi təsadüfi deyil. Bir çox
xalqların mifologiyasında göyərçin quşu müqəddəs sayılır. Hətta
bəzi arxaik dinlərdə, sonralar isə xristianlıqda göyərçin göylə
yer, Allahla insan arasında vasitəçi hesab olunurdu (44, 43-44).
Azərbaycan nağıllarında çox təsadüf olunan şahm qəhrəma
na, sarayın işçilərinə əmrini əks etdirən cümlələri də bu qrupa aid
etmək olar:
Uzun danışma, qırx günə kimi almanı gətirdin,
gətirdin, gətirmədin, boynunu vurduracağam” (25, 95). Özündə
hədəni ifadə edən belə nümunələrin sayı çoxdur. Ögey ananın
uşaqları barədə hədə-qorxudan ibarət əmrləri də bu qəbildən olan
formul dialoqlardır. Gələcək döyüş təhlükəsi barədə xəbərdarlığı
ifadə edən bu dialoq formul daha çox Azərbaycan nağıllan üçün
xarakterikdir, desək, yanılmarıq:
H eyif deyilsən, bu quyuya
enmisən?! İndi səni bilsə, ətinə aşiq olar, qanma qaşıq! Məlik
Məmməd dedi: - De görüm div haradadır? Qız dedi: - Bu otaq
dan o otağa keçərsən, orada yatıbdır” (62,11).
Yalnız Türkiyə nağıllarında təsadüf etdiyimiz dialoq for
mullar isə bunlardır:
Ne yapıyorsun, ne ediyorsun, in misin, cin misin, ne işin
var burada? - demiş.
O da olayı anlatmış. Demiş: Böyle, böyle” (81, 34);
- Sen is misin, cis misin? — diye seslenmiş.
Limon kızı saklandığı yerden çıkarak: - Ne inim, ne de cin,
demiş. Bir peri kızıyım. Ama artık senin gibi bir insan oldum”
(99, 91). Yaxud,
92
- “Sen neyin nesi, kimin fesisin? Ben nereden bileyim?
- Ben senin dostunum.
- İn misin cin misin?
- İnsanoğluyum” (86, 295). Günahı üzə çıxan mənfi obra
zın cəzalandırılması üçün ona təklif olunan cəza üsulunu ifadə
edən müxtəlif variantlı dialoq formullara da yalnız Türkiyənin
bölgələrindən toplanmış nağıllarda rast gəlmək olar: “Padişah
oğlu sormuş: - At mı istersin, yoksa kılıç mı? - Kılıç düşman
boynuna. At isterim, binip seyran edeymiş, demiş” (86, 165).
Yaxud: - “Ay mı güzel, gün mü güzel, sen mi güzel ben mi gü-
zel, Nardane mi güzel? - Ne ay güzel, ne de gün güzel. Ne sen
güzelsin, ne de ben güzelim. İlla Nardane Hamm, illa da Narda
ne Hanım, diye bir ses eşitir” (96, 137) dialoq formuluna da
Azərabaycan nağıllarında rast gəlinmir.
Bəzən nağıllar bütünlüklə dialoqlardan ibarət olur. Məsə
lən, H.Zeynallınm topladığı Azərbaycan nağıllarının birinci cil-
dindəki “Keçəlin divanı” nağılı demək olar ki, dialoqlardan iba
rətdir. (36, 303). M.Oğuzun Kıbrıs Türk folklorundan topladığı
“Sarılı ipim pırla yopuzum” (85, 452); “Kambur Ahmet” (102,
200) nağılları da bütünlüklə dialoqlardan təşkil olunub. Bu amil
daha çox heyvanlar haqqında nağıllara xasdır. Ümumən, dialoq
oyunu həqiqətən ifa - oyun mədəniyyətinin bir sıra mərhələləri
nin meydana gəlməsinə gətirib çıxarır. Bu söyləyicinin əyləndi-
rici oyun qabiliyyəti ilə izah olunur ki, dinləyicilər yorulmasın.
4.
Nağıllarda sehrli qüvvələrə, əşyalara, vasitələrə müraciət
lərdən, məsləhətlərdən, əmrlərdən ibarət magik mahiyyət daşı
yan formullar da mövcuddur. Cadu, tilsim şifahi xalq yaradıcılı
ğının ən qədim formalarından biridir. O, hər hansı dini etiqadlar
meydana gələnədək insanların təbiətin gücünə təsir etmək məqa
mında yaranıb. N.Roşiyanuya görə, bu formullar nağıllarda ya
ovsunun sonrakı təsiri altında meydana gəlir, ya da ovsundan
asılı olmayaraq, birbaşa ənənədən irəli gəlir (121, 118-119).
Azərbaycan folklorşünaslığında uzun müddət iyirmi dörd oğuz
boyundan biri olan Bayat boy adına bağlı olaraq izah olunan
93
“bayatı” termini və slavyan dilindəki “bayat” sözü həm söylə
mək, həm də sehrləmək mənalarını verməsi də məlumdur.
İ.Razumova hesab edir ki, nağılın nəql olunması ilə bağlı
olan “tabu” (qadağa) sistemi, həmçinin tipoloji cəhətdən mətnə
uyğun digər birbaşa dəlillər təhkiyənin ilkin funksiyalarından
xəbər verir (122, 87). Belə müşahidələrdən sonra D.K.Zeleninə
görə, bir çox xalqların şifahi ənənəsində başlanğıc və sonluq
formullarına görə nağıllara qadağa qoyulurdu (122, 87). Çünki
başlanğıc və sonluq formullarına xüsusi magik əhəmiyyət
verilirmiş. N.M.Gerasimova da nağıl eposunun inkişafının ilkin
mərhələsində başlanğıc və sonluq formullarının xüsusi magik
əhəmiyyət daşıdığını vurğulayıb. D.K.Zeleninin fikrincə, sözü
gedən qadağalar sözün guya insanlara doğru “meşə şeytanlarf’nı
cəlb etməyə çağırış kimi rolunun göstərilməsindən doğur. Digər
tərəfdən isə sonluğun magik funksiyası əksinə, xeyirli ovsunla
əlaqədardır (122, 88). Neklyudov hesab edir ki, ümumiyyətlə,
nağıl sehri “klassik” sehrli nağıllardan qədimdir (90, 195).
Hətta bu günədək bəzi yerlərdə belə bir inam var ki, nağılın
nəqli axşamlar şər qüvvələri uzaqlaşdırır, onların evə daxil
olmasma mane olur. Belə ki, həm tilsimə, həm də nağıla aid
olan sehrli formullar insanın sözə verdiyi əhəmiyyəti ilə bağlı
dır. İnsanın şüuruna təsir edə bilən qeyri-adi, cazibəli sözlərlə,
formullarla nağıllardakı personajlar öz istəklərinə nail ola
biləcəklərini düşünürlər. Belə formullar həm müstəqil, həm də
dialoq tərkibində mövcud olur. Azərbaycan və Türkiyə nağılla
rında qəhrəmanlar “sehrli at”, “sehrli süfrə”, “özü yeriyən ayaq
qabı”, “sehrli üzük”, “uçan xalça”, “sehrli çubuq”, “sehrli alma”,
“sehrli süfrə”, “sehrli dovşan”, “sehrli bulaq” “sehrli ayna”,
“sehrli xoruz”, “sehrli əncir ağacı”, “sehrli dəyirman” və başqa
köməkçi vasitələrdən ibarət ənənəvi formulların köməyi ilə ar
zularının həyata keçməsinə nail olurlar. “ Sehrli alma”dan ibarət
epik formullar Azərbaycan və Türkiyə nağıllarında daha geniş
yayılıb. Məsələn, “Bu almanı görəndə o saat başa düşdü ki, bu
almada bir sirr var. Xudavəndi-aləmin qüdrətindən deyir, yaxa
94
qurtarsa, təbib qarşı gələr öz-özünə (74, 139); “Aldım ele, vur
dum yere, veren Allah bir can vere, deyip alır elmayı, vurur ye-
re, şehzade de elma gibi kızara, bozara gelir meydana” (84,46);
“Sehrli üzük” nağılında möcüzəli xalçanı və üzüyü ələ
keçirən keçəl çətinliyə düşən kimi onlara müraciət edir:
- “Üzük, Həzrət Süleyman eşqinə səndən bir imarət istəyi
rəm bir kərpici qızıldan, bir kərpici gümüşdən. Özü də o qədər
hündür olsun ki, başı buluddan binəsi də yerdən nəm çəksin”.
Bu mürəkkəb formulda həm dialoq, həm personaja aid olan
predmetin təsviri, həm də sehrli formul öz əksini tapıb.
Yaxud keçəl:
- “Xalça, Həzrət Süleyman eşqinə bizi apar öz qızıl kərpicli
evimizə» - deyir, arzusu yerinə yetir” (53, 108)
Azərbaycan nağıllarında az rast gəlinən “Açıl süfrəm, açıl”
sehrli formulunda söhbət bir anda üstü naz-nemətlərlə dolan
möcüzəli süfrədən gedir. Məsələn, “Açıl sofram açıl, bir iki tür
saçıl” (96, 148). Epik əsərlərdə sehr-cadu, falabaxma ilə məşğul
olan “Münəccimbaşı” obrazı və onun dili ilə deyilən sehrli formul
lar da həm Azərbaycan, həm də Türkiyə nağıllarında rast gəlinir.
Şah Abbasın arvadı nağıllar toplusunda “Münəccim”, “Rəmmal”
adlı nağıllarda sehrli formullardan istifadə olunub: “Münəccimlər
nə illah elədilər bu vəğiyəni yoza bilmədilər. Münəccimbaşı dedi: -
Şah sağ olsun, bizə qırx gün möhlət ver, tapaq” (74) və ya “Mü-
neccimbaşı baxandan sonra: “Allah encamım hayra tebdil etsin!”
demiş” (84, 42); “Dünyada cinci, sihrbaz, efsuncu, düzenbaz
kalmamış, gelip toplanmış. Bey oğlunin sağına geçmişler, soluna
geçmişler, allem etmişler, kallem etmişler, nafile...” (84,76).
Zümrüd quşu və onunla bağlı olan formulları Azərbaycan və
Türkiyə nağılları üçün ortaq təhkiyə (medial) formulları hesab
etmək olar. Hər iki xalqın nağıllarında sehrli Zümrüd quşu
qəhrəmandan onu qaranlıq dünyadan işıqlı dünyaya çatdırmaq
üçün eyni müraciəti edir: ’’Padşahdan qırx şaqqa ət və qırx tuluq
su al. Elə ki, mənim dediklərimə əməl elədin, bu tükümü oda tut,
mən hazır olaram, səni işıqlı dünyaya çıxararam” (33, 306); “Kırk
95
gövde etle kırk tulum su olsa, olsa ile bulsa bir araya gelse,
dileyin yerini bulur, senin için dügün menim için bayram olurdu”
(84, 267). Türkiyə nağıllarında Zümrüd ağacında yatan
“Zümrütanka” adLı bu quş E.C.Güneyin topladığı nağıllarda
hərtərəfli təsvir olunur: “Hani gördüyümden, bildiyimden degil
ya, ben de ilin yalancısıyım; sözde bu kuşun yüzü insane yüzüne
benzermiş ama iki yanında dört kanadı varmış. Tüyleri öyle yeşil,
öyle yeşilmiş ki, her göz ne ise ne ya, kem gözler kaşını kaldmp
da bakamazmış. Ağzında bir dili varmış, her kanadıyla bir fili
kaldınrm ış...Bu kuş her yıl, ne bir eksik, ne bir fazla iki yumurta
yumurtlarmış; hem de nasıl, bu dağ büyüklüyünde deyilse, şu dağ
büyüklüyünde...Velakin
yumurtalardan
çıkanlar,
kabuğunu
begenir mi, begenmez mi orasını bilmem ama kendileri ufak mı
ufak; bıldırçmdan büyük, güverçinden küçükm üş...” (84, 265).
Azərbaycan nağıllarında isə xeyirxah Simurq quşu qısa şəkildə
təsvir olunur: “Simurq elə bir quşdu ki, yerin altını da, üstünü də
bilir. Simurq elə bir quşdu ki, fəqirləri çox sevər” (31, 53).
Azərbaycan və Türkiyə nağılları üçün ortaq olan aşağıdakı
dialoq həm sehrli, həm də dialoq-formula yaxınlaşır: “Sinan
Güle neyledi, Gül Sinana neyledi?” (96, 159); “De görüm, Gül
Sənavərə neynədi, Sənavər Gülə neynədi?” (31, 132). Çünki
küpəgirən ifritəyə çevrilən qoca qarı ilə baş qəhrəmanın bu dia
loqu tilsimli sözlərdir. Əgər qəhrəman bu sözlərin mənasını aça
bilməzsə, küpəgirən qan onu sehrli çubuqla daşa çevirir. Ümu-
mən, “Gül Sənavərə neynədi, Sənavər Gülə neynədi?” adlı bu
sehrli nağıl əvvəldən sonadək sehrli çubuq vasitəsilə müxtəlif
heyvanlara çevrilmələr və ovsunlarla zəngindir. Məsələn, “Qız
bir kasa su gətirdi, bir əfsun oxuyub pilədi suya, tökdü mənim
başıma. Sonra çubuqla məni vurub dedi: - Ol Sənavər padşahı!”
(31, 139). Sözügedən dialoq yalnız bir neçə nağılda rast gəlinsə
də, forma və ritm baxımından onu qəlib ifadə hesab etmək olar.
Dünya xalqlarının nağıllarında bağlı qapıya müraciət olu
nan oxşar “Sim sim açıl” sehrli formulu çox yayılıb. Həmçinin
Azərbayacan və Türkiyə sehrli nağıllarında müəyyən dəyişiklik
96
lərə uğramış bu tip formullara rast gəlinir. Məsələn, “Açıl ka-
pım, açıl!” der, açılır kapı; gümüş eşiyi geçerler. Akça kız da
sabırsızlanır: “Örtül kapım, örtül!” der , örtülür kapı; bir bahçe-
ye girerler ama...” (84, 202); “O devlər gedəndə bir lov oxuyur
lar, qapılar açılır, çıxırlar bağçadan çölə” (32, 40) və s.
Türkiyə nağıllarında müraciət olunan “sehrli dovşan”,
“sehrli eşşək”, “sehrli xoruz”, “sehrli div qarısı”, “sehrli dəyir
man”, “küpəgirən q arf’dan fərqli olaraq, yalnız xoşniyyətli
“Akca nine”, “Акса baba” köməkçi vasitəli formullar isə Azər
baycan nağıllarında təsadüf olunmur. Məsələn, “Küçük şehzade
sihrli tavşana binmiş, hemen yola koyulmuşlar kuşlar gibi uçub,
rüzgarlar gibi eserek kuşlar padişahının sarayına varmışlar” (99,
63); “Tır eşeyim, dur eşeyim”, deyə müraciət olunan sehrli
uzunqulağı Türkiyə söyləyiciləri belə təsvir edirlər: “Bu horoz
yenmek için deyildir. Çok marfetleri vardır. Gördüyünü bir
görür, duyduğunu bir duyar. Sorana anlatır” (86, 226); “Sağa
çevirirsen, altın öyütür, sola çevirirsen, gümüş ögütür, bugüne
de yeter, yarına da yeter, dügüne de yeter bayrama da yeter!
Bilegine kuvvet, çek çeke bildigin, çevir, çevirebildigin kadar”
(84, 126); “Akca nine! Altında bir hasır, karşısında bir ayna,
hemen egilip eline varmış. Meger o ayna devran aynası im iş...”
(84, 3) və s. Türkiyə nağıllarında geniş yayılan tüklərin bir-
birinə sürtülərək, yandırılaraq sehrli ata və paltarlara malik
olaraq düşməndən qurtulma motivinə (Kanayan kanadımdan üç
tüy alıp da sakla; günlerden bir gün başın derde düşerse, ne şuna
bak, ne buna bak; bu tüylerden birini yak; ateşi bitip dumanı
tütmeden beni karşında bularsan) (84, 157) Azərbaycan
nağıllarında da rast gəlinir. Məsələn, “Elə ki, o getdi, oğlan
durdu ayağa, atın tükünü çıxardıb tutuzdurdu. At hazır o ldu...”
(36, 281); “Simurq atın tükünü çəkdi bir-birinə, o saat Simanın
atı gəlib hazır oldu” (31, 80).
Ümumiyyətlə, düşməndən qorunmaq üçün sehr-cadu oxu
yub cildini dəyişmə motivli təhkiyə formulları həm Azərbaycan,
həm də Türkiyə nağıllarında mövcuddur. Məsələn, “Qız bir
97
sehr-cadu oxuyub M əlik Məmmədi bir süpürgə etdi, qoydu bir
divarın küncünə” (62, 11); “Qorxma ağacda almalar dil açıb
deyəcəklər ki: “m əni dərdilər”, səs gələcək: “kim dərdi”. Deyə
cək ki, “ağac”, ağac ağacı dərməz. Bu kimi sözlər eşidəcəksən,
qulaq asma, çıx gəl! İbrahim tilsimi oxuyub oldu quş, qanad
çalıb qalxdı'göyə, gəlib çatdı həmən yerə” (31, 91); “Dev karısı
şahzadenin iki yanağına iki tokat vurmuş, ne Amasya, ne Yafa,
bir Tokat elması yapar onu, götürüp kor rafa”, sonra isə “Aldım
ele vurdum yere, veren Allah bir can vere” (84, 45) sehrli
sözlərini deyərək, əvvəlki cildinə qayıdır. Qorunmaq üçün həya
ta keçirilən bu m otiv düşməni aldadıb ona qalib gəlmək məqsədi
daşıyır. O.Əliyev vurğulayır ki, nağıl qəhrəmanlarının müxtəlif
cildlərə düşməsi, çevrilməsi və ya başqalarım müxtəlif şəkillərə
salması sehrli nağıllar üçün xarakterikdir. Geyim-paltardəyişmə
motivlərinə isə sehrli nağıllarla yanaşı, digər nağıllarda da
təsadüf etmək olar. M əsələn, sehr, cadu öyrənməklə cildini də
yişmənin üstünlük təşkil etdiyi “Sehrkar padşahla sehrkar vəzir”
nağılı məhz çevrilmələr üzərində qurulmuşdur. Müəyyən işləri
yerinə yetirmək üçün geyim - paltardəyişmə, ümumiyyətlə,
folklor poetikasının mühüm xüsusiyyətlərindən biridir (53, 90).
Araşdırıcılar nağıllardakı fərqli süjetlərdə rast gəlinən cilddəyiş-
mələrin, çevrilmələrin mifdən keçməsi, əski inamlardan qaynaq-
lanması fikrini irəli sürürlər. E.Tursunov hesab edir ki, adam o
dünya sakinləri ilə kontakt nəticəsində cildini dəyişir, eybəcər
şəklə, o dünya sakinlərinin şəklinə düşür (125, 111). Motiv və
süjetlərin göstəricisinə çevrilən sehrli sözləri də sehrliu formul
lar qrupuna aid etmək lazımdır.
L.Parpulova sehrli (magik) formulları canlı nitqin nağıllar
da kvintenssensiyası hesab edir. Maddi sübut, güc kimi deyilən
hər bir sözə münasibət ona gətirib çıxarır ki, nağıl yaxınlaşdırır
və həmin an da cadunu, deyilən adi sözü qaydaya salır (123,92).
İ.Razumova qeyd edir ki, “sözün magik funksiyasının qalıqları
yazılı ədəbiyyatda da özünü göstərirsə, nağıl onu xüsusən qoru
yub saxlayır (123, 87). Ancaq nağıllarda sözlər hər zaman sehr
98
effektinə hesablanmayıb, sözlər daha çox hərəkəti müşayiət edir,
onu təkrarlayır. Bununla İ.Razumova “müraciət olunan” tipin
təkrarlarının dominantlığını izah edir: 1. köməkçinin qəhrəmanı
antoqonistə qalib gəlməyə öyrətdiyi sözlər; 2. stereotip replika
lar; 3. döyüşün ətraflı təsviri. Azərbaycan və Türkiyə nağılların
dan gətirilən nümunələrdə daha çox birinci və ikinci növ ifadə
cümlələrə rast gəlinir.
5.
N.Roşiyanu daxili təhkiyə formulların beşinci qrupuna
başlanğıc formullara xarakterik olan elementlərdən ibarət for
mulları daxil edir. Bu qrup çox zəif təqdim olunub. Çünki, baş
lanğıc formulunun xüsusiyyətlərini daşıyan formullar həm azdır,
həm də onları müəyyən etmək çox çətinlik törədir. Yəni giriş
formulunun ifadə etdiyi hadisələrin baş verdiyi zaman və məka
nı göstərən formullardan bəzən nağılların ortasında istifadə olu
nur. Bu formulların çoxu keçid formullarının tərkibində olur.
Azərbaycan və Türkiyə nağıllarının ortasında hadisələr nağılla
rın başlanğıcında olduğu kimi, qeyri-müəyyən zaman kəsiyində
baş verir, əsasən “günlərin bir günündə” zaman formulundan
istifadə olunur, bəzən də həftənini günləri və günün müxtəlif
saatları göstərilir. Məsələn, “Günlərin bir günü bu şəhərə bir
tacir gəlmişdi” (36, 172); “Bir gün gec idi. Təzəcə yatmışdım ki,
qapı döyüldü” (74, 204); “Günlerden bir gün, dağ, bayır dola-
nırken bir dalda bir kuş görmüş...” (84, 302); “Günler günleri
izlemiş. Pazar olmuş...” (84, 226). Hadisələrin baş verdiyi mə
kanlar da başlanğıcda adlan çəkilən məlum (Çin, Yəmən, Misir,
İsfahan, Qahirə, Şam, Bəndər, Batum, Şirvan, Təbriz, Marağa,
Gəncə, Şəki və s.) və naməlum (Gülnahar, Gül, Maçin, Hazan-
dastaran, və s.) yerlərdir: “Bir neçə gündən sonra Qahirə şəhə
rinə çatdı” (55, 161); “Kağal köyün Yəmən şəhərində bir qala
çası vardı..” (74, 42); “Nasıl olsa Mısıra gidiyorum” (99, 115).
Türkiyə nağıllarının təhkiyə formullarında da başlanğıcda
adları çəkilən və çəkilməyən dəqiq və naməlum məkan adlan
özünü göstərir. Məsələn, “Nardan kırmızı, kardan beyaz, kumru
kumru duruşu, ahu ahu bakışı bir yana, sade gözleriyle kaşlan,
99
Асеш ülkesinin tacına, tahtına deger” (84, 158), “Ulu ulu bezir-
ganlarım Hindde, Yemende; türlü türlü kuşlarım yurtta, yuvada”
(84, 171) və s. N.Tezelin topladığı Türkiyə nağıllanndakı bu
qanşıq medial formul nümunəsində həm zaman, həm də məkan
adlan təqdim olunur: “Ne ise... Yolculuk hazırlığına başlanmış.
Güneşli bir bahar gününde, atlas ve ipek kumaşlarla süslenmiş,
her birini altışar atm çekdiyi on altın araba, M ısıra doğru yola
çıkmış” (98, 105). Bu formulda günün müəyyən vaxtından və
bir şəhərdən samşılır: “Səhər İsfahanın şahı oyananda baxdı ki,
şəhərin hər tərəfində çadır çadıra söykənib” (74, 112). İraqın
şimalından toplanmış “Arzu Qəmbər” Kərkük nağıl variantında
Azərbaycan və Türkiyə nağıllarında olduğu kimi, Səfəvilər
dövründə mövcud olmuş Əcəm yer adı xatırlanır: “He burda, he
orda, az getti, uz getti, yeristi Acem şahı yanma” (101, 273).
Həmin nağılda qəhrəmanın dilindən deyilən bayatıda Şirvan,
Təbriz və Marağa şəhərlərinin adlan çəkilir:
“Arzum endi bulağa
Sesi geldi qulağa
Arzuya peşkeş olsun
Şirvan, Tebriz, Marağa” (101, 272) və s.
Ə.Bəndəroğlunun topladığı “Palançı qızı” nağılında Çin,
Maçin, Gül şəhərlərinin adları çəkilir (46, 163-165). Həmin
topludakı “Arzu Qəmbər” nağılında söylənilən bayatıda Araz
çayının adı çəkilir:
“Quruyasan ey Araz,
Əlimizdən düşdü saz,
Qəmbəri çay apardı
Yetiş ey Xızır İlyas” (46, 188)
Azərbaycan və Türkiyə nağıllarının əsasən başlanğıcında
istifadə olunan oxşar və fərqli məzmunlu atalar sözləri və de
yimlərdən bəzən təhkiyə boyu da istifadə olunur. Məsələn,
“Yaxşı deyiblər, kor nə istər, iki göz, biri əyri, biri düz” (40, 29);
“Neye derier ki “anasına bak, kızını al; kenarma bak, bezini al!”
(84, 289). Artıq birinci fəsildə xatırlatdığımız kimi, həm Azər
100
baycan, həm də Türkiyə nağıllarında İslam dini ilə bağlı qəlib-
ləşmiş ifadələr çoxluq təşkil edir. Deyimlərdə, xitablarda, dia
loqlarda da yaranışın, hər şeyin Allahdan gəldiyi bir daha vurğu
lanır, dini sözlər, etiqadlar və müqəddəslərin adları tez-tez xatır
lanır. Məsələn, “Allaha da qurban olum, qonağına da” (36, 148),
“Hər kimsən çıx, and olsun Süleyman peyğəmbərin başının cıq-
qasma sənnən işim yoxdu” (36, 28), “- Ey Məhəmməd hümməti!
Allah yolunda bu dəvələrin altısını mana ver, əhli-əyalım acdır”
(36, 162),
Əşi, gəl sən get Məkkəyə, Xorasana ziyarət elə, bu
Ömrüyün axır çağında” (36, 349); “Yönümü çevirdim ulduza:
“Allah, Məhəmməd, ya Əli” dedim. -Xudavəndi-aləm, Əli hamı
darda qalanın dadma çatsın” (74, 159); “Veren Allah verdikden
geri er de verir, gec te verir; er de verir, yer de verir” (84, 200),
“Ama Allah ne yapmaya kadir deyil, dokuz yıl, dokuz ay, dokuz
gün, dokuz dakika sonra bir ikiz çocuklan dünyaya gelmesin
mi?” (84, 236); “İslamın şartı beş, altıncısı da haddini bilmek-
dir” (84, 39); “- Mağrurlanma padişahım, senden büyük Allah
var. Mağrurlanma, padişahım, senden büyük Allah var!” (84,
149- 150). “Şah Abbasın arvadı” nağıllar toplusunda tez-tez
işlənən təəccüb və təəssüf hissini bildirən “lələ köçüb yurd ağla
yır, dönüb-dönüb bir də ağlayır” formulu Türkiyə nağıllarında
rast gəlinmir: “İspin şah gəldi gördü, oho, lələ köçüb yurd ağ
layır, dönüb-dönüb bir də ağlayır” (74, 130).
Hər hansı bir hadisənin, hərəkətin yasaq olunması da ənənə
vi formulda ifadə olunur. Həmin yasaq olunan olay və ya hərə
kətin pozulması yeni olay və hərəkətin baş verməsi ilə nəticələ
nir. Bəzən bütöv süjet xətti yasaq olunmanın pozulmasından
sonrakı hadisələr üzərində qurulur, bəzən isə yasaq olunmanın
pozulması süjetdə ancaq bir epizodu təşkil edir. O.Əliyev belə
hesab edir və “Şahzadə və qurbağa”, “İlan və qız” xalq nağılla
rından nümunələr gətirir. Məsələn, “Əgər donumu yandırsan,
mən yoxa çəkiləcəyəm, məni tapmaq üçün gərək bir dəmir əsa,
bir də dəmirdən çarıx geyib, yeddi il gecə-gündüz axtararsan.
Çarığın dabanı yırtılanda, hasanın da ucu yeyiləndə bəlkə məni
101
tapasan” (53, 109). Kiçik qardaş böyük qardaşın sözü ilə qızm
donunu yandınr. Və qız yoxa çıxır. Bundan sonra nağılın əsas
süjet xətti başlayır. Bəzən isə həm Azərbaycan, həm də Türkiyə
nağıllarında qırxıncı otağa girmək yasaq olunur. “Ax-vay” nağı
lında qoca Səlimə xəbərdarlıq edərək qırxıncı otağa girməməyi
tapşırır: “... Burada hər nə istəsən var. Bu otaqlar hamısı sənin.
Ancaq qırxıncı otağa girmə. Bizim hamımızın ölməyinə səbəb
həmin otaqdı” (24, 208); “Cebinden çıkarttığı kırk anahtan
padişah oğluna verdi. Otuz dokuz anahtarı bir yana, birini de öte
yana koydu. -H epsini aç, bunu açma dedi” (86, 395) və s.
Yasağı əks etdirən formulda təhkiyənin mühüm epizodu qeyd
edilir. Bu formulda hərəkətin sonrakı inkişafını müəyyənləşdirən
mühüm an əks olunur. Bu epizodsuz nağıl sona çatmalıdır, an
caq bu epizodla qəhrəman əvvəlki simasını alır, hadisələr yeni
axarda cərəyan etməyə başlayır (53, 110).
Ənənəvi formullar epik əsərləri üslubi baxımdan nizamla
yan ən uğurlu bədii vasitələrdən biri olan təkrarların köməyi ilə
də yaranır. Bu təkrarlardan həm əsas hadisələrin (müharibə,
döyüş və s.) təfərrüatlarının açılması zamanı, həm də qəhrəman
lar, at, müdrik qoca və s. ilə bağlı detalların təsviri zamanı istifa
də olunur. Məqsəd təhkiyəni daha canlı və cəlbedici aparmaqdır.
Yəni hadisələrin və fikirlərin ardıcıl olaraq və təhkiyənin müxtə
lif yerlərində təkrarı dinləyicilərin beyninə nəyisə yeritmək üçün
deyil, sadəcə mətnin gözəlliyinə rəng qatmaq üçün edilir.
Dediyimiz kimi, bu təkcə feil qoşalaşması deyil, formulların tər
kibindəki ayrı-ayrı sözlərin tavtologiyası da ola bilər. İ.Razumo-
va hesab edir ki, üslubi təkrarlamalar nağıllarda müxtəlif cür
özünü göstərir. Onun növləri kifayət qədər fərqlidir: tavtoloji
söz birləşmələrindən bəzən bütün nağılları əmələ gətirən mətnin
vacib fraqmentlərinin təkrarınadək (123, 93). Bununla yanaşı,
təkrarlamalar təhkiyənin monotonluğu təəssüratım əmələ gətirir,
nağılların dərk olunmasına mane olmur, əksinə bədiilik vasitəsi
rolunu oynayır. Təkrarlamalar folklor poetikasının və üslubunun
ümumi qanunudur. Qədim təsəvvürlərdən çıxış edərək demək
102
olar ki, nağıllarda təkrarlar əvvəldən məhz janrın vəzifələrinə
uyğun gəlir. A.Nikiforov hesab edir ki, söyləyicinin ağlına gələn
daha təbii və ilkin üsul təkrarlamadır. Zamanla bu ilkin üsullar
ənənəyə çevrilir və poetik şəkil alır (123, 94). Azərbaycan və
Türkiyə nağılçılarının söyləyicilik təcrübəsində epik təkrarlar
dan çox istifadə olunur. Bu da söyləyicinin təhkiyəsinin daha
maraqlı və rəngarəng olmasına xidmət edir.
Epik təkrarlamaları həyata keçirtmək hər bir söyləyici üçün
çox asandır. Çünki təkrarlamalardan fərqli olaraq, formullar şi
fahi improvizasiya şəraiti ilə bağlıdır. Bu özəllik daha çox
yuxanda nəzərdən keçirtdiyimiz keçid formullarına xarakterik
dir. Məsələn, “Gidiyorlar aha öte aha beri, aha öte aha beri...”
(100, 87); “Öyle asker gider, öyle asker gider...”, “Asker kırar,
asker kırar...”, “O'tarafı arar, bu tarafı arar” (97, 97); “Akca kız,
içinden böyle alıp vere dursun, uğradığı bin manaya yora
dursun. Gide gide gider; vara vara varır, sırça sarayın kapısına
dayanırlar” (84, 202); “Az gedib çox dayandılar, çox gedib az
dayandılar, gəlib çıxdılar bir mağaraya...” (33, 56), yaxud, “Ç
m q çırıq, qızı uddu. Çırıq-çırıq, başladı yavaş- yavaş qızı
çəkməyə. Nə vardısa, hamısını uddu. Mülkü də uddu, qızın
özünü də uddu. Oğlan dustaqları da uddu...” (74, 86); “Burada
yeyənə bax, içənə bax, tutana bax. Vurana bax.” (74, 60); “Gəz,
gəz, gəz...məmləkəti kəşf edillər”; “Qalxar get, get, get... gider
baxar bir dev oturup” (101,278, 280) və s.
Təkrarlamalan paralellər də müşayiət edə bilər. Sintaktik
paralellər leksik reduplikasiyalar və çoxsaylı təkrarlara uyğun
gəlir. Onlar bir-biri ilə sıx bağlıdır (123, 53-54). V.M.Jirmunski-
nin fikrincə, qəhrəmanlıq nağıllan məhz türk xalqlarının epik
əsərləri üçün xarakterik olan ritmik-sintaktik paralellizm əsasın
da yaranır (108, 680). Ümumiyyətlə, folklor üslubunu xarakteri
zə edən təkrarlar və parallelizm formul stereotiplərinin yaranma
sında iştirak edir, ancaq formulun əsas yaradıcı elementi hesab
olunmur. Sadaladıqlanmız təkrarlar, müraciətlər, epitetlər, rif-
malar, məcazlar və ritmikalar formulları sadəcə bədii cəhətdən
103
maraqlı edir. Bu mənada oxucunun zövqünü oxşamaq üçün söy-
ləyicilərin hər biri öz dünyagörüşünə, anlayışına görə nağılların
dilini, üslubunu dəyişdirir və formalaşdırır.
Deyilənlərdən belə nəticəyə gəlmək olar ki, ənənəvi təhkiyə
formulları çox böyük rəngarəngliklə seçilir. Onlar ilk növbədə
nağıl personajlarının çoxobrazlılığına borcludur. Hər bir tip, bir
qayda olaraq, spesifik formula malikdir, yəni formulun köməyi
ilə nağıl söyləyiciləri onun müəyyən xüsusiyyətlərini, hərəkətlə
rini qeydə alırlar, təsvir edirlər. Bu mənada N.Roşiyanu nağıl
təhkiyəsində formul kimi qeydə alman personajların funksiyala
rını nağılda araşdırarkən onları V.Proppun sxeminə uyğun ola
raq, ziyankarlıq, bədbəxt hadisə barədə xəbər, qəhrəmanın əmri
yerinə yetirmək üçün evi tərk etməsi, qəhrəmanın gələcək məs
ləhətçisi ilə görüşü, qəhrəmanın məsləhətçimn sınaqlarına reak
siyası, qəhrəmanın sehrli vasitələr əldə etməsi (heyvanlar, pred-
metlər), qəhrəmanın sehrli vasitələr əldə etdikdən sonra istədiyi
yerə getməsi, mübarizə, qələbə, qəhrəmanın qayıtması, qəhrə
manın izlənilməsi- xilası, yalançı qəhrəmanın meydana gəlməsi,
çətin vəzifənin yerinə yetirilməsini əhatə edən və gələcək qəhrə
manın, antoqonistin, köməkçinin, xəbər gətirənin, məsləhətçi
nin, şahzadənin formullar qrupu kimi göstərir. Belə ki, qəhrə
manların vacib hərəkətləri, funksiyaları formul kimi qeydə
alınıb. Bu nəticə daha başqa bir maraqlı faktla təsdiqlənir: me
dial (“daxili”) formulları bilən adam uyğun formullardan yarar
lanaraq (həmçinin bunlarla əlaqədar olan sözlərdən istifadə edə
rək) nağıl süjeti tərtib edə bilər; əgər “xarici” medial formulları
və ya inisial (başlanğıc) və ya final (sonluq) formullarım da
əlavə etsək, onda nağıl “bitmiş” olar (121, 130). Odur ki, ənənə
vi formulun epik təhkiyə üçün necə vacib ünsür olduğunu
diqqətdən qaçırtmaq olmaz.
Fikrimizcə, sadalanan cəhətlər də daxil olmaqla ənənəvi
təhkiyə formullarına Azərbaycan və Türkiyə nağıllarının timsa
lında bu fəsildə geniş surətdə toxunmuş olduq.
104
Dostları ilə paylaş: |