Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə256/403
tarix26.12.2016
ölçüsü2,35 Mb.
#3719
1   ...   252   253   254   255   256   257   258   259   ...   403
__________________________________ Nübar Həkimova 
 
 
193 
təpitmə  edib,  yatmamışdan  əvvəl  10-15  dəqiqə  üzdə 
saxlamaq,  sonra  onu  ilıq  su  ilə  yumaq,  üz  dərisində  əmələ 
gələn  ləkələri  səpgiləri  təmizləyir.  Qarpızı  acqarına  yemək 
məsləhət  deyil,  isitmə,  qızdırma  əmələ  gətirir.  Yatarqarına 
da qarpızı çox yemək narahatçılıq yaradır. 
 
Yemiş (qovun) 
 
Müalicəvi  əhəmiyyətə  malikdir.  Yemiş  istilik  verdiyi 
üçün acqarına yemək məsləhət deyil. Onu xörəkdən sonra da 
yemək həzmi ağırlaşdırır. Bununla belə,  yemişin özünün və 
qurudulmuş  qabığının  yeyilməsi,  oynaqlarda,  böyrəklərdə, 
sidik yolunda əmələ gələn duzlaşma, kirəcləşmə, daşlaşmanı 
əridir.  Xüsusilə,  yemişin  qurudulmuş  qabığının  təpitməsi 
zökəmi  aradan  qaldırır,  şişlərin,  göyərmənin,  bədəndəki 
zədələrin də müalicəsini tezləşdirir. Ümumiyyətlə yemiş qa-
bığı (quru), toxumu (tumu) qaraciyər xəstəliyinə, bağırsaqda 
və  sidikdə  olan  yararsız  maddələrin  ifrazına  sidik  yolunda 
olan ağrılara, quru öskürəyə  və bəlğəmin müalicəsinə  yaxşı 
təsir göstərir, sinə ağrısını azaldır. 

Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   252   253   254   255   256   257   258   259   ...   403




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin