Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə258/403
tarix26.12.2016
ölçüsü2,35 Mb.
#3719
1   ...   254   255   256   257   258   259   260   261   ...   403
__________________________________ Nübar Həkimova 
 
 
195 
məsləhət görürlər; 
Çuğundurun  müalicəvi  xüsusiyyətləri  bizim  eradan 
çox-çox əvvəl o dövrün məşhur  tibb alimlərinə Hippokrata, 
Qalenə, Dioskoridə, İbn Sinaya, Paraselə və s. tanış idi. On-
lar  şəkər  çuğundurundan  hazırladıqları  reseptlərlə  qanazlı-
ğını,  mədə  və  onikibarmaq  bağırsaqda  baş  verən  nasasız-
lıqları,  qaraciyərdə  baş  verən  pozğunluqları  müalicə  edər-
mişlər. İbn Sina təzə çuğundurdan hazırladığı məlhəmi limfa 
düyünlərində  əmələ  gələn  Şişlərin  üzərinə  yaxıb  müalicə 
edərmiş.  Hippokrat  çuğundurdan  10-dan  artıq  müalicə  pre-
paratları  hazırlamışdır.  Qədim  əlyazmalarında  çuğundurla 
bir  çox  xəstəliklərin  müalicəsi  haqqında  maraqlı  məlumat-
lara  rast  gəlmək  olar.  Keçmişdə  çuğundurla  müalicə  edilən 
xəstəliklərin  nəzəri  və  praktiki  xüsusiyyətləri  işlənib  hazır-
lanmışdır.  Qırmızı  çuğundurun  tərkibində  alkoloid  təbiətli 
betain  və betanin zülal  maddələrinin aşkar olunması çuğun-
durun  dietologiya  sahəsində  birincilər  sırasına  sıxmasına 
səbəb  olmuşdur.  Çuğundur  şirəsi  zülalın  həzm  olunmasını 
asanlaşdırır, xolin maddəsinin əmələ gəlməsində iştirak edir, 
qanda  normadan  artıq  olan  xotesterini  normaya  salır,  yağ 
mübadiləsini  yaxşılaşdırır  və  s.  Betain  və  betanin  lipid 
təbiətinə yaxın olub qaraciyərdə gedən piy mübadiləsini qay-
daya  salır.  Orqanizmdə  olan  ağır  metalların,  zəhərli  toksiki 
maddələrin  kənar  olunmasında  çuğundur  şirəsi  böyük  rol 
oynayır.  Bu  yaxınlarda  çuğundurun  tərkibindən  tapılan  U 
vitamininin bişirilmiş çuğundurun tərkibində parçalanmadan 
qaldığı  aşkar  olunmuşdur.  U  vitamini  orqanizmdə  azlıq 
edərsə, onda mədədə və onikibarmaq bağırsaqda yaraların və 
eləcə  də  müxtəlif  təbiətli  bir  sıra  allergiya  xəstəliklərinin 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com



Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   254   255   256   257   258   259   260   261   ...   403




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin