Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə260/403
tarix26.12.2016
ölçüsü2,35 Mb.
#3719
1   ...   256   257   258   259   260   261   262   263   ...   403
__________________________________ Nübar Həkimova 
 
 
197 
dəmirovotundan,  fenol  və  antosian  birləşmələrindən  8  dəfə 
güclüdür.  Uzun  sürən  yuxusuzluğu  aradan  qaldırmaq  üçün 
yatmağa  bir  saat  qalmış  çuğundur  şirəsinə  bal  qatıb  içməyi 
məsləhət bilirik. Kök şirəsi ilə çuğundur şirəsini qatıb, «sağ-
lamıq  eliksiri»  hazırlayırlar.  Bu  şirənin  tərkibinə  əlavə  ola-
raq, kərəviz, alma və xiyar şirəsi əlavə edib daxilə qəbul edə-
rək  orqanizmin  sağlamlıq  durumunu  artırırlar.  Xalq  təba-
bətində  çuğundur  şirəsini  balla  qatışdırıb  vərəm  və  qan-
azlığında istifadə edirlər. 
Siz  çox  dəhşətli  səslənən  iki  kəlmədən  ibarət  «döşdə 
xərçəng»  sözünü  eşitməmək  üçün,  bunun  qarşısını  almaq 
üçün, çuğundurdan alınmış şirədən istifadə etməyi  məsləhət 
görürlər. Xalq təbabəti ilə məşğul olan bir qoca qadın nəvə-
sinə məsləhət görmüşdür ki, əgər istəyirsənsə döş vəzilərində 
«xərçəng»  əmələ  gəlməsin  onda  həmişə  döş  nahiyəsinə  çu-
ğundur  şirəsi  sürt.  Çuğundur  bitkisi  qadınların  əsl  tərə-
vəzidir. 
Yarpağını bişirib, qatıq-sarımsaqla yemək mədə-bağır-
saq  xəstəliklərinə,  dalaq  şişməsinə,  ağrıların  tənzimlən-
məsinə,  böyrək  xəstəliyinə  yaxşı  təsir  göstərir.  Çuğundurun 
özünün  və  yarpağının  həlimi  bəlğəm,  göyöskürək  xəstəlik-
lərinə,  soyuqdəyməyə,  sətəlcəmin  müalicəsinə  yaxşı  kömək 
edir. 
Çuğundur  yarpağının  təpitməsi  çiban,  sızanaq,  yanıq, 
oynaq ağırlarına,  yel xəstəliyinə müalicəvi  təsir göstərir, bu 
saçtökmənin  də  qarşısını  alır.  Çuğundur  həlimi  bağırsaqları 
yumşaldır. Kökəlməyə müsbət təsir göstərir. 
Çuğundur  qiymətli  tərəvəz  bitkisi  olduğundan  ondan 
müxtəlif  xörək  növləri:  borş,  vineqret,  şoraba  və  istənilən 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com



Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   256   257   258   259   260   261   262   263   ...   403




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin