Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə263/403
tarix26.12.2016
ölçüsü2,35 Mb.
#3719
1   ...   259   260   261   262   263   264   265   266   ...   403
Nübar Həkimova ___________________________________  
 
 
200 
ən  geniş  yayılmış  xəstəliklərindən  olan  öd  kisəsində  və 
böyrəkdə  toplanmış  daşı  əritmək,  eyni  zamanda  atereskle-
rozun (huşsuzluğun) qarşısının almaq üçün istifadə edilir. Bu 
məqsədlə gündə 3 dəfə olmaqla  yeməkdən 15 dəqiqə qabaq 
hər dəfə də 33 ml şirə qəbul etməyi məsləhət görürlər. 
Ağ  turpdan  dilin  iflici  zamanı  da  istifadə  etmək  olar. 
Bunun  üçün  xəstələnmiş  şəxsə  ağ  turpun  kəsilmiş,  olduqca 
zəif,  xırda  hissəsini  yavaş-yavaş  çeynətmək  məsləhət  görü-
lür. Ağ turpun şirəsini yağla (xüsusən badam yağı) ilə qarışı-
ğından istifadə etməklə qulaq ağrısı xəstəliklərinin, o cümlə-
dən  qulaqda  yaranmış  qıjıltının  müalicəsində  yaxşı  nəticə 
verir. Həmin qarışıqdan azacıq qulağa damcıladıb ağrını ara-
dan götürürlər. 
Ağ  və  qırmızı  turpdan  mədə-bağırsaq  yaralarının, 
qastrid  xəstəliyinin  müalicəsində,  mədədə  olan  turşuluğun 
azaldılıb normaya salınmasında, həm də bağırsaq soyuqdəy-
mələrində istifadə etmək olar. Turp beyin fəaliyyətini artırır, 
mərkəzi sinir sisteminin işini  yaxşılaşdırır. Bədənə istilik və 
quruluq  verir,  gəyirmə  yaradır,  köpü  azaldır,  üzün  rəngini 
yaxşılaşdırır. 
Qədim  xalq  təbabətində  turpun  yerüstü  hissəsini  qay-
nadaraq suyunu toplayıb ondan sidik kisəsində olan daşı ərit-
mək üçün istifadə etmişlər. Turpun kök meyvəsinin içərisini 
oyub  oraya  gülyağı  tökür,  sonra  od  üzərində  isidib  qulaq 
ağrısı zamanı damcıladırlar. Turpu deşib ora 4  ədəd şalğam 
toxumu  qoyur,  ağzını  isə  kəsiyi  ilə  bağlayır,  onu  xəmirə 
büküb od üzərində tam bişirdikdən sonra təbii  həb kimi bal 
ilə  üç  gün  yeyirlər.  Bir  neçə  gün  fasilə  verdikdən  sonra 
əməliyyat  bir  də  təkrar  olunur.  Bu  sidik  kisəsindəki  daşı 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com



Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   259   260   261   262   263   264   265   266   ...   403




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin