Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə355/403
tarix26.12.2016
ölçüsü2,35 Mb.
#3719
1   ...   351   352   353   354   355   356   357   358   ...   403
__________________________________ Nübar Həkimova 
 
 
279 
Vanil 
 
Ətirli vanilin – Çoxillik, sarmaşan lian bitkisidir. Ətir-
li  vanilinin  100-ə  qədər  növü  vardır.  O,  tropik  zonalarda 
yayılmışdır. 
Becərilən vanilin gövdəsinin uzunluğu 5-10 metrə, ya-
banı halda  isə 25 metrə çatır. Əlavə kökləri  vasitəsilə ağac-
lara sarmaşır. Gövdəsi silindrvari, ətlidir. Yarpaqları parılda-
yan,  iri,  oturan  və  itidir.  Çiçəkləri  15-20  ədəd,  ağımtıl-sarı 
rəngdə  olub,  hamaşçiçəkdə  toplanmışdır.  Meyvələri  qına-
oxşar qutucuq olub uzunluğu 15-25 sm, eni isə 3-8 sm-dir. 
Ətirli vanil bitkisi istilik və kifayət qədər də nəmlik se-
vir. Vətəni sayılan Meksikanın şimal və dağlıq rayonlarında 
ən aşağı temperaturda (-3
°
 -5
°
), illik yağmur 1500-2500 mm 
olan şəraitdə normal  inkişaf  edib  meyvə  verir.      -5
°
  şaxtalı 
küləklərə davamsızdır. 
Vanil epifit bitki olduğundan onu həmişə kakao ağacı-
nın  yanında  əkirlər  ki,  ona  dırmaşsın  və  öz  həyatını  davam 
etdirsin. 
Vanil toxumla çətinliklə əkilib-becərilir. Ən çox vege-
tativ üsulla artırılır. Bu üsul ilə əkilib-becərildikdə vanilin 2-
3  ildən  sonra  meyvə  verməyə  başlayır.  Təbii  halda  bitən 
vanilin həşəratlarla çarpaz tozlanır. 
Bir dəfə  əkilən  vanil sahəsindən 6-7  il  yüksək  məhsul 
alınır.  1  hektar  sahədən  hər  il  150-200  kq  məhsul  yığılır. 
Onun  qurudulmuş  və  fermentləşdirilmiş  meyvələrinin 
tərkibindən  0,75-2,9  faiz  vanilin,  4-oksid,  3-metookil-
benzolaldehidli  maddə,  0,5-0,8  faiz  efir  yağı,  selikli  və  aşı 
maddələri  tapılmışdır.  Yeyinti  sənayesində  bu  maddələrdən 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com



Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   351   352   353   354   355   356   357   358   ...   403




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin