Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə358/403
tarix26.12.2016
ölçüsü2,35 Mb.
#3719
1   ...   354   355   356   357   358   359   360   361   ...   403
Nübar Həkimova ___________________________________  
 
 
282 
sovlarını qurutmazdan əvvəl onları qaynadırlar. 
Xalq təbabətində sarıkökdən qankəsici, ağrı sakitləşdi-
rici, maddələr mübadiləsini tənzimləyən,  yorğunluğu aradan 
qaldıran,  ödqovucu  və  s.  xəstəliklərin  müalicəsində  istifadə 
olunur. 
Hazırda  dünyanın  20-dən  çox  ölkəsində  sarıkökdən 
müxtəlif növ dərman preparatları hazırlanır. 
 
Zəfəran 
 
Zəfərandan  hələ  qədim  zamanlardan  başlanmış  XX 
əsrin  əvvəllərinə  kimi  yun,  ipək  məmulatlarının  boyadılma-
sında geniş istifadə olunmuşdur.  
Hələ qədim zamanlarda el arasında zəfərandan dərman 
kimi də istifadə edilirdi. İndi də təbabətdə  müalicə məqsədi 
kimi tətdiq olunur. Belə ki, əsəb sakitləşdirmədə, qıcolmada, 
ağrıkəsmədə,  ürək  ağrılarında,  himeopatiyada,  göy  öskü-
rəkdə, mədə və göz xəstəliklərində və s.-də işlədilir. 
Zəfərandan hazırlanan çay ətirli olmaqla bərabər, böy-
rək  və sidik kisəsi ağrılarına  müsbət  təsir edir.  Bunun üçün 
3-5  ədəd  zəfəran  əzilib  toz  halına  salınır  və  50-60  dərəcə 
istilikdə 3-5 dəqiqə dəmlənir. 
Zəfəranın  dişicik  tellərinin  tərkibində  11,5-11,7%  su, 
5,85-6,21% kül, 0,4-,3% efir yağı, 3,5% boyayıcı maddələr – 
krosin,  pikrokrosin  (o  cümlədən  1,5%  karotinoidler),  9,8-
10,94% azotlu maddə, 16,86-21,9% şəkər, 8,9% sellüloz  və 
5,1-5,3 mq % B2 vitamini və s. vardır. 
Azərbaycan zəfəranı öz keyfiyyətinə görə ölkədə, eləcə 
də  bir  sıra  xarici  ölkələrdə  şöhrət  qazanmışdır.  Hazırda 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com



Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   354   355   356   357   358   359   360   361   ...   403




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin