Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə359/403
tarix26.12.2016
ölçüsü2,35 Mb.
#3719
1   ...   355   356   357   358   359   360   361   362   ...   403
__________________________________ Nübar Həkimova 
 
 
283 
zəfərandan  ətriyyat  və  yeyinti  sənayesinin  bir  çox  sa-
hələrində, qənnadı məhsulları istehsalında, aşpazlıqla, yağ və 
pendir istehsalında və s. istifadə olunur. 
Qənnadı sənayesində zəfəran məhsula xoş rəng və ətir 
vermək üçün işlədilir. 
Azərbaycan  kulinariyasında  zəfəran  əlavə  edilməklə 
50-dən çox müxtəlif xörək və 10-dan artıq müxtəlif şirniyyat 
məmulatı  hazırlanır.  Milli  xörəklərin  (plov,  piti,  bozbaş  və 
s.) hazırlanmasında zəfərandan daha çox istifadə ediir. Ət və 
balıq  xörəklərinə  zəfəranın  sulu  məhlulu  əlavə  edildikdə 
həmin məhsullar xoşagələn rəng alır, dadlı, xoş ətirli olur. 
Zəfəranın  başqa  bir  əhəmiyyətli  növü  də  vardır.  Buna 
gözəl zəfəran deyirlər. Bu növ zəfəranın öyrənilməsi ədviy-
yat və qida boyağı kimi böyük əhəmiyyət kəsb edə bilər. 
 
Sumaq 
 
Xalq  təbabətində  sumaq  yarpaqlarından  və  meyvə-
lərindən  çay  dəmləyib  qarın  ağrısında,  ishala  və  dizinteri-
yaya  qarşı  işlədirlər.  Meyvəsindən  ədviyyat  kimi  ən  qədim 
zamanlardan  hazırki,  dövrə  qədər  müxtəlif  xörəklərin  –  ət, 
piti,  tikəkabab,  lüləkabab,  qutab  və  s.  tərkibinə  qatqı  kimi 
əlavə  edilir.  Meyvəsinin  qabığı  kəskin  tamlı  ədviyyat  kimi 
kulinariyada  geniş  istifadə  olunur.  Sumaqdan  hazırlanan 
ədviyyat  iştahartırıcı,  həzmyaxşılaşdırıcı  xüsusiyyətlərə 
malikdir. 
 Sumaq  qan  təzyiqi  yuxarı  olanlara  dərmandır.  15-20 
gün  ərzində  hər  gün  bir  stəkan  qaynadılmış  suya  bir  xörək 
qaşığı sumaq töküb, axşamdan səhərə qədər ağzı qapalı sax-
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com



Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   355   356   357   358   359   360   361   362   ...   403




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin