Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə352/403
tarix26.12.2016
ölçüsü2,35 Mb.
#3719
1   ...   348   349   350   351   352   353   354   355   ...   403
Nübar Həkimova ___________________________________  
 
 
276 
keyfiyyətcə üstün hesab olunur. Darçının qabıq hissələrini və 
yeni  əmələ  gələn  budaqlarını  uzunluğu  1-2  metrə  çatan  za-
man  toplayırlar.  Bundan  sonra,  soyulmuş  qabıq  hissələrini 
iki və üç dəfə buraraq onu boru şəklinə salır və günəş altında 
qurudurlar.  Qurudulmuş  qabıq  hissələri  nazik  və  açıq 
qəhvəyi rəngdə olur. Çin darçınının qabığında 1-2%-ə qədər 
efir  yağı  vardır.  Efir  yağının  90%-i  darçın  turşusunun 
aldehidindən ibarətdir. 
Darçını  dəmləyib  içmək  susuzluğu,  ağız  qurumasının 
qarşısını alır, oynaqlarda, mədə-bağırsaqda, döş nahiyəsində 
baş  verən  şiddətli  ağrıları  azaldır,  bədənin  temperaturunu 
tənzimləyir, ağızdan gələn pis qoxunu aradan qaldırır.  
 
Mixək 
 
Mixək  ağacının    hündürlüyü  10-12  metrə  qədər  çatır. 
Yuxarı hissə piramida formasında, sıx kölgəlik əmələ gətirən 
həmişəyaşıl ağacdır. 
Yarpaqları  qarşı-qarşıya  düzülmüş,  enli  lansetvan,  bü-
töv,  tünd  yaşıl,  dərivari  parlaqdır.  Çiçəkləri  budaqların  yu-
xarı  hissəsində  mürəkkəb  çətirdə  toplanmışdır.  Çiçəkləri 
parlaq  qırmızı  rənglidir.  Erkəkcikləri  çoxsaylı  olub,  aşağı 
hissədə bitişikdir. 
Mixəyin  vətəni  Cənubi-Şərqi  Asiyanın  bir  çox  tropik 
ölkələri  hesab  edilir.  Buna  eyni  zamanda  Afrikanın  şərq 
sahillərində,  Zanzibar,  Yamayka,  Braziliya  və  s.  ölkələrin 
ərazilərində də rast gəlmək olar. 
Mixəkdən ədviyyə və dərman kimi hələ çox qədim za-
manlardan istifadə edirdilər. Ondan müalicə məqsədləri üçün 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com



Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   348   349   350   351   352   353   354   355   ...   403




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin