Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə267/403
tarix26.12.2016
ölçüsü2,35 Mb.
#3719
1   ...   263   264   265   266   267   268   269   270   ...   403
__________________________________ Nübar Həkimova 
 
 
203 
baş  verən  iltihabın  aradan  qaldırılmasında  istifadə  olunur. 
Toxumlarından  hazırlanan  cövhərlərdən  böyrək  və  sidik 
kisəsindən  daş  və  qumun  kənar  olunmasında  istifadəsi,  duz 
mübadiləsi  pozulduqda  isə  daxilə  qəbul  edilməsi  məsləhət 
görülür. 
Yerkökü  qanazlığı,  ürək-damar,  böyrək  xəstəliklərinə 
yaxşı  təsir  göstərir,  bədəndə  olan  zərərli  mikrobları  məhv 
edir. O, bəlğəm, göyöskürəyin müalicəsində effectlidir. Bu-
nunla  yanaşı  yerkökü  sidik  yollarının  təmizlənməsinə  və 
böyrəyin  fəaliyyətinə  də  kömək  edir,  mədəni  möhkəmlədir, 
həzmi  yaxşılaşdırır.  Yerkökü  mürəbbəsi  əhvali-ruhiyyəni 
yüksəldir,  tərəfləri  fizioloji  cəhətdən  aktivləşdirir.  Bədəndə 
baş  verən  süstlüyün  qarşısını  alır,  bədəni  gümrahlaşdırır, 
müqavimətini  artırır.  O,  həmçinin  qaraciyərin  fəaliyyətini 
tənzimləyir, bağırsaqları yumşaq saxlayır, ifrazı asanlaşdırır. 
Dişdibi  ətlərinin  müalicəsinə  yaxşı  təsir  göstərir,  ağız  qu-
rumasının qarşısını alır, tüpürcək vəzisini tənzimləyir, iştah-
sızlığı  aradan  qaldırır,  gözün  görmə  qabiliyyətini  artırır. 
Yerkökü  şirəsi  qəbul  edən  adamın  sifəti  duru  olur.  Hamilə 
qadınlara yerkökü şirəsi qəbul etmək məsləhətdir. 
Kökdən  hazırlanmış  maskalardan  kosmetikada  geniş 
istifadə  olunur.  Qırmızı  rəngli  kök  meyvəsinin  tərkibində 
çoxlu  karotin  olduğuna  görə,  onu  nazik  hissələrə  bölür  və 
irinli yaraların, yanıqların üzərinə qoyub müalicə edirlər. 
 

Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   263   264   265   266   267   268   269   270   ...   403




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin