Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə268/403
tarix26.12.2016
ölçüsü2,35 Mb.
#3719
1   ...   264   265   266   267   268   269   270   271   ...   403
Pomidor 
 
Adi pomidor – Bu, birillik ot bitkisi olub, mədəni hal-
da geniş  surətdə əkilib-becərilir. Yarpaqları  lələkşəkilli par-
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Nübar Həkimova ___________________________________  
 
 
204 
çalanandır, çiçəkləri sadə  və  yaxud  mürəkkəb olub,  tacı sa-
rımtıldır.  Meyvəsi  giləmeyvə  olub  ətli,  şirəli  və  çoxtoxum-
ludur. Pomidorun vətəni Cənubi Amerika hesab edilir. 
Meyvəsindən  təzə  və  konserv  halında  qida  kimi  geniş 
surətdə  istifadə  edilir.  Birinci  dəfə  pomidor  hindu  tayfaları 
tərəfindən Peruda mədəni halda əkilib becərilmişdir. Oradan 
da, şimala doğru yayılaraq Meksikaya qədər gəlib çıxmışdır. 
XVI əsrin ortalarında pomidor İspaniyaya gətirilmiş, oradan 
da Avropa ölkələrinə yayılmışdır.  
Birinci  dəfə  pomidordan  bəzək  bitkisi  kimi  istifadə 
edilmiş,  sonralar  dərman  bitkisi  kimi  əkilib  becərilmişdir. 
Nəhayət,  XIX  əsrdə  qida  kimi  istifadə  edilməyə  başlan-
mışdır.  Avropalılar  pomidorun  qida  və  müalicəvi  xüsu-
siyyətləri  haqqında  biliklərə  yiyələndikcə,  bu  bitkiyə  maraq 
ildən-ilə  artmağa  başlanmışdır.  İlk  anlar  rus  xalqı  bu  bit-
kidən qida kimi istifadə etməyə çox ehtiyatla yanaşmış, uzun 
müddət  tərəddüd  etmiş  və  onu  «quduz  giləmeyvə»  ad-
landırmışlar.  Ona  görə  də  pomidordan  uzun  müddət  qida 
kimi  yox,  ancaq  müalicə  məqsədləri  üçün  istifadə  etmişlər. 
Buna görə də Krımda, Volqanın aşağı sahələrində Astraxan 
vilayətində  pomidoru  dərman  bitkisi  kimi  əkib  becərməyə 
başlamışdılar.  Pomidor  meyvəsindən  müvəffəqiyyətlə  müx-
təlif növ çibanların müalicəsində istifadə etmişlər. XIX əsrin 
axırlarında isə pomidordan qida kimi  istifadə edilməyə baş-
lanmışdır.  Bu  dövrdən  başlayaraq  pomidordan  şi,  şolyanka, 
borş,  ət  xörəklərinin,  quş,  balıq,  istənilən  salat  növlərinin 
tərkibinə  iştahaçıcı ədviyyat kimi əlavə etməyə başlamışlar. 
Hazırda  pomidordan  qida  kimi  dünyanın  əksər  ölkələrində 
istifadə edilir. Pomidorun meyvəsinin tərkibində 95% su, 6% 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com



Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   264   265   266   267   268   269   270   271   ...   403




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin