Azərbaycan miLLİ elmlər akademiyasi nəSİMİ adina diLÇİLİK İnstitutu vəfa abdullayeva-nəBİyeva


Müasir Azərbaycan dilində terminoloji leksikanın inkişafı



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə52/119
tarix15.03.2023
ölçüsü1,35 Mb.
#87920
1   ...   48   49   50   51   52   53   54   55   ...   119
Müasir Azərbaycan dilində terminoloji leksikanin inkişafi

Müasir Azərbaycan dilində terminoloji leksikanın inkişafı
107 
sistem” anlayışını ifadə edərək xüsusiləşmişdir. Bu halda sözün 
terminoloji mənası onun ümumişlək mənası əsasında 
yaranmışdır. 
Terminlərin 
yaranması 
sözlərin 
semantikasındakı 
xüsusiyyətlərlə bağlıdır. Bu zaman məna xüsusiləşərkən 
obrazlılıq və emosionallıq olmamalı və sözün məna sərhədi də-
qiqləşməlidir. Məsələn: ümumişlək söz kimi müraciət “birinə 
üz tutub söylənilən söz, çağırış”, terminoloji sahədə isə 
“yaddaş qurğusu və orada yerləşən verilənlərin oxunması və ya 
yazılması üçün istifadə olunan fayl ilə əlaqənin yaradılması 
prosedurası” 
mənasında 
xüsusiləşərək 
terminləşmişdir 
[162,s.368]. 
Semantik qruplar arasında əlaqələr iki şəkildə özünü 
göstərir. Birinci, eyni sözün müxtəlif mənaları ilə ayrı-ayrı 
qruplara daxil olması şəklində, ikincisi, bir semantik qrup 
üzvlərinin sözdüzəltmə yolu ilə yeni bir leksik-semantik qrup 
yarada biləcək törəmələr verməsi şəklində; Termin mənsub 
olduğu sistemdə neçə sözlə semantik əlaqəyə girir-girsin, onun 
həmin sistemdəki yeri yalnız özünə mənsub olan sintetik 
səciyyəli fərdi semantikası ilə müəyyən olunur. Beləliklə, 
termin hansı mənada işləndiyini dəqiqləşdirmək üçün ilk 
növbədə, onların semantik inkişafını öyrənmək lazımdır. Ter-
minlərin semantik münasibətlərinin vahid şəbəkə əmələ 
gətirmək imkanını nəzərdən keçirsək görərik ki, terminlərin se-
mantik münasibətləri onlara daxilən xas olan, yaxud olmayan 
semantik xüsusiyyətlərlə əlaqəsinə görə təsnif edilə bilər. 
Semantik münasibətlərdə terminə xas olan məna gərək başqa 
terminlərdə də təkrar olunsun, yaxud onlarda semantik yaxınlıq 


Vəfa Abdullayeva-Nəbiyeva____________________________________
 
108 
müşahidə olunsun. Bu semantik yaxınlıq əsasında terminoloji 
leksikada müxtəlif elmi sahələr formalaşır. Məsələn, balta sözü 
“odun doğramaq, ağac kəsmək və s. üçün işlədilən saplı, enli 
və itiağızlı dəmir alət” deməkdir, neft termini kimi isə “neft və 
qaz quyularının qazılmasında tətbiq olunan qazma alətlərinin 
əsas elementi” hesab olunur [197,s.187]. 
Ümumişlək sözlərin ilkin mənası ilə birgə terminləşməsi 
prosesində sadə sözlər üstünlük təşkil etsə də, düzəltmə sözlər 
də xeyli saydadır. Dilimizin elmi-texniki, iqtisadi-siyasi 
terminologiyanın müxtəlif sahələri üzrə əmələ gələn 
terminlərin bir çox hissəsi bu üsulla yaranır. Morfoloji yolla 
termin yaradıcılığı dilimizin sözyaratma prosesinin üzvi tərkib 
hissələrindən hesab edilir. Bu qrup isimlər adlardan düzələn 
isimlər və feillərdən düzələn isimlər olmaqla iki qrupa bölünür. 
Məsələn: mövsüm+lük ismə -lük şəkilçisi əlavə etməklə 
düzələn bu isim ədəbi dildə “bir mövsüm üçün olan, mövsümlə 
əlaqədar olan” deməkdir, termin kimi isə dinamikada 
müntəzəm olaraq amillərin təkrarlanan dəyişmələrini əks 
etdirən anlayışdır [154,s.393], [181,s.461]. Bəzi isimlər isə 
sifətlərə artırılan –lıq şəkilçisinin köməyi ilə yaranır. Məsələn
sağlam+lıq-“orqanizmin sağlam vəziyyəti”, “bədən üzvlərinin 
hamısının düzgün işlədiyi, normal fəaliyyət göstərdiyi hal” 
anlamında işlənən bu söz termin kimi əhali və fərd üzrə 
fərqləndirməklə sosial səviyyədir [155,s.16]. Əhali sağlamlığı 
cəmiyyətin inkişafının, həyat səviyyəsinin vacib göstəricisi və 
şərtidir [181,s.563]. Yaxud da, həssas+lıq; Sifətdən düzələn bu 
isim “həssas adamın xüsusiyyəti, keyfiyyəti”, “həssas şeyin 
keyfiyyəti” mənalarını bildirir, epidemioloji termin kimi isə, 



Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin