Vəfa Abdullayeva-Nəbiyeva____________________________________
12
aviasiya terminlərinin struktur-semantik və funksional təhlili”,
M.Musayevanın “Azərbaycan dilində mülki aviasiya
terminlərinin formalaşmasında tərcümənin rolu” adlı monoqra-
fiyaları diqqəti cəlb edir [24,76]. M.Musayeva
monoqrafiyada
aviasiya terminlərinin spesifik xüsusiyyətləri, yaranma yolları,
formalaşmasında tərcümənin rolu və mənbələrini nəzəri
aspektdə araşdırmışdır. Bu sahə daim inkişafdadır və yeni
yaranan terminlər struktur cəhətdən diqqəti cəlb edir.
Terminologiya elmin, texnikanın, istehsalatın,
sənaye və
kənd təsərrüfatının, ədəbiyyat və incəsənətin, iqtisadiyyat,
ictimai-siyasi həyatın müxtəlif sahələrinə məxsus anlayışları
dəqiq və dürüst ifadə edən xüsusi funksiyalı leksikanı əhatə
edir. Terminologiya leksikologiyanın ən fəal,
dəyişkən, artan,
təkmilləşən, yeniləşən hissəsi olmaqla yanaşı, sosial-iqtisadi
inkişaf, elmi texniki tərəqqi, mədəni inqilab, istehsalın inten-
sivləşməsi nəticəsində yaranan
çoxlu sayda elmi səciyyəli
sözlərin toplum olaraq yaratdığı sistemdir. Yəni dilin leksik
qatının xüsusi funksiyalı hissəsini təşkil edən vahidlər termi-
noloji sistem yaradır. Bu sistemə daxil olan sözlər fərqli
xüsusiyyətləri, spesifik əlamətləri ilə digər sözlərdən seçilir və
dilin elmi üslubunun formalaşmasında başlıca rol oynayır. Son
dövrlər ölkə iqtisadiyyatında aparılan
iqtisadi islahatlar bank-
maliyyə fəaliyyətinin inkişaf xüsusiyyətlərinə və terminoloji
bazasına təsirini göstərir, onun fasiləsiz dəyişməsini tələb edir.
Bazar
iqtisadiyyatına
keçidlə
bağlı
iqtisadi-siyasi
terminologiyaya aid dilimizin lüğət tərkibinə yeni terminlər
daxil olmuşdur. Bu sahədə işlənən terminlərin böyük qismi ana
dilimizdə işlənən sözlərdir:
borc, gəlir, bazar, xidmət, iştirakçı