Azərbaycan miLLİ elmlər akademiyasi nəSİMİ adina diLÇİLİK İnstitutu vəfa abdullayeva-nəBİyeva


Müasir Azərbaycan dilində terminoloji leksikanın inkişafı



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə5/119
tarix15.03.2023
ölçüsü1,35 Mb.
#87920
1   2   3   4   5   6   7   8   9   ...   119
Müasir Azərbaycan dilində terminoloji leksikanin inkişafi

Müasir Azərbaycan dilində terminoloji leksikanın inkişafı
13 
və s. Ancaq bununla yanaşı iqtisadi sahədə kalka yolu ilə 
yaradılan terminlər də üstünlük təşkil edir. Məsələn, səhmdar, 
sifarişçi, ödəmə və s. Avropa dillərindən alınan terminlərin 
əksəriyyəti beynəlxalq səciyyə daşımaqla yanaşı, mənbə dildə 
olduğu kimi işlənir: bank, audit, dividend və s. Qloballaşan 
dünyada universallıq meyli hər sahədə olduğu kimi
iqtisadiyyat terminologiya və anlayışlar sahəsində də xüsusilə 
özünü büruzə verir. Təbii ki, milliyyətindən və dilindən asılı 
olmayaraq, dünyanın hər bir vətəndaşı üçün internet, kompüter, 
e-mail və s. terminlər o qədər doğmadır ki, onları ana dilinə 
tərcümə etmək haqqında çox az sayda adam düşünür. Bu 
qəbildən olan dövlət maliyyəsi sahəsində bir sıra populyar 
anlayışları, məsələn, büdcə, bank, birja və s. kimi terminləri 
göstərmək olar. Amma bununla yanaşı, dövlət maliyyəsi sahəsi 
o qədər zəngin və mürəkkəbdir ki, burada çoxsaylı mürəkkəb 
anlayışları ifadə edən terminlər də mövcuddur. 
Cəmiyyətin bütün sahələrini getdikcə daha çox əhatə edən 
daşınma axınlarının inkişafı nəticəsində yeni texnologiyalara 
ciddi maraq yaranmışdır. Bununla da logistika elminin yüksək 
sürətlə inkişaf etməsi bu sahədə işlənən və yeni meydana çıxan 
anlayışların ifadəsi olan terminlərin sayının da sürətlə 
artmasına səbəb olmuşdur. Bu sahədə işlənən terminlərin 
əksəriyyətini milli sözlər (çıxarılma, çıxış, cürbəcür, 
dəyişdirilmə, bağlantı, ailə, etibarlılıq, yük, yükalan, anbar və 
s.) təşkil etsə də, rus, xüsusilə ingilis dilli (dok, dok-tu-stok, 
agent, autsayder, autsorsinq, biq-beq, implosion, indossament, 
inkoterm, hedc və s.) terminlər də çoxluq təşkil edir.


Vəfa Abdullayeva-Nəbiyeva____________________________________
 
14 
Müasir dövrdə inşaat işləri sahəsində beynəlxalq 
əməkdaşlıq vüsət almışdır. Bu baxımdan informasiya 
mübadiləsi aparılarkən yeni terminlərin istifadə edilməsinə 
xüsusi diqqətlə yanaşmaq tələb olunur. Hazırkı dövrdə 
Azərbaycan Respublikasında xarici investisiya hesabına icra 
olunan inşaat işlərinin miqyasının artması yeni anlayışların ya-
ranmasına səbəb olmuşdur. Yeni anlayış-yeni söz və bir çox 
hallarda yeni termin deməkdir. Araşdırmalara əsasən, inşaat 
sahəsində ingilis terminologiyasından istifadə açıq aydın 
nəzərə çarpsa da, layihələrdə texniki terminlərin daha çox rus 
dilində çap edilməsi bu sahədə rus dilli terminlərin daxil 
olmasına da səbəb olmuşdur. İlk dəfə T.Xəlilova “Azərbaycan 
dilində inşaat terminlərinin linqvistik təhlili” adlı namizədlik 
dissertasiyasında inşaata aid terminoloji leksika həm tarixilik 
və müasirlik baxımından, həm də nəzəri və praktik aspektdə 
tədqiq olunmuşdur. İnşaat terminlərinin yaranma üsulları, mən-
bələri, formalaşması monoqrafik tədqiqata cəlb olunmuş, 
onların ədəbi dildə normalaşması prosesi izlənilmişdir [40]. 
İnşaat terminləri üzərində aparılan linqvistik təhlillərin nəticəsi 
olaraq bu qənaətə gəlinir ki, “yeni terminlərin yaradılmasında 
semantik, 
morfoloji, 
sintaktik, kalka və abreviatura 
üsullarından istifadə edilir. Bu sahədə abreviatura üsulundan ən 
az istifadə edilir. Yaranan terminlərin əksəriyyəti rus dilindən 
və rus dili vasitəsi ilə Avropa dillərindən leksik, morfoloji və 
sintaktik birləşmələr variantında kalka olunmuşdur” [40,s.126]. 
Respublikamızda ordu quruculuğu işinin sürətlə və 
keyfiyyətlə yerinə yetirilməsi günün ən vacib məsələlərindən 
biridir. Müasir dövrdə dünya dövlətləri ilə diplomatiya və hərbi 



Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin