Vəfa Abdullayeva-Nəbiyeva____________________________________
22
terminlərin
digər qismi isə dilin fonetik, qrafik, qrammatik
normalarına uyğun olaraq mənimsənilir. Son dövrlər alınma
terminlərin mənimsənilməsi prosesində transkripsiya və
transliterasiya ən çox müraciət olunan vasitələrdir. Hər bir söz
transliterasiya edilərkən ana dilinin tələbləri-tələffüz və
qrammatik
cəhətləri, yazının isə qrafik xüsusiyyətləri nəzərə
alınır.
Veb-brauzer, vay-fay, tvist, tvitter, skayp, skrinşot, selfi
və s. tipli sözlər milli dildə bu üsul vasitəsilə mə-
nimsənilmişdir.
Bir qrup alınma terminlər isə transkripsiya olunaraq mənbə
dildəki formasını itirərək fonetik dəyişikliyə məruz qalırlar:
veb-sayt, tyutor, stəndap, qap, keş və s. Bu prosesin mahiyyəti
haqqında A.Qurbanov yazır:
“Tədqiqatlar,
elmi nəticələr də
sübut edir ki, fonetik transkripsiyadan məharətlə istifadə
olunması hər bir dilin incəliyi ilə eşidilməsinə, duyulmasına və
qavranılmasına kömək edir” [60,s.447].
Bəzi alınma terminlərin milli dildə qarşılıqları var.
Fikrimizcə, bu tip alınma terminləri işlətməyə ehtiyac yoxdur.
Məsələn,
virtual-mümkün, mobil- sürətli, informator-məlumat
verən, informasiya- məlumat-xəbər, plenar-geniş və s.
İ.Abdullayeva bu cür hallara münasibətdə haqlı olaraq qeyd
edir ki, dilə biganə yanaşmaq olmaz. Dilin lüğət tərkibində
olduğu halda digər sözlərin dilə daxil olması
həm onun
saflığına xələl gətirir, həm də sadə xalq nümayəndələri üçün
onu çətin anlaşılan edir” [3,s.24]. Zənnimizcə, yalnız
ehtiyac
duyulduqda alınma söz və terminlərə müraciət olunmalıdır.
Alınma terminlərin özünəməxsus struktur xüsusiyyətləri
vardır. Onlardan bir qismi mənbə dildə sadə, digərləri isə