Azərbaycan miLLİ elmlər akademiyasi nəSİMİ adina diLÇİLİK İnstitutu vəfa abdullayeva-nəBİyeva


Müasir Azərbaycan dilində terminoloji leksikanın inkişafı



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə11/119
tarix15.03.2023
ölçüsü1,35 Mb.
#87920
1   ...   7   8   9   10   11   12   13   14   ...   119
Müasir Azərbaycan dilində terminoloji leksikanin inkişafi

Müasir Azərbaycan dilində terminoloji leksikanın inkişafı
25 
türkcəsindən yeni söz və ifadələrin alınması diqqəti daha çox 
çəkməkdədir. “90-cı illərdən sonra Türkiyə Respublikası ilə 
əlaqələrin genişlənməsi, gediş-gəlişin intensivliyi, Türkiyə 
televiziya kanallarının Azərbaycanda geniş yayımı türk 
sözlərinin dilimizə keçməsinə səbəb olmuşdur” [66,s.96]. Bu 
alınmalar Türkiyə və Azərbaycan türkcələrində yeni yaranan 
sosiolinqvistik şərtlərə əsaslanır: xüsusi-özəl, iclas-toplantı, 
mənbə-qaynaq, hadisə-olay, nəşr-yayım//yayın, müasir-çağdaş, 
dövr-dönəm və s. Yeni-yeni anlayışlar meydana gəlib inkişaf 
etdikcə mövcud terminologiyada da dəyişikliklərin olması 
təbiidir və bu prosesin qarşısını almaq mümkün deyil. “Türkiyə 
türkcəsində -sal, -səl şəkilçisi vasitəsilə sözyaratma 
nümunələrinin bəzilərinə bizim dildə də rast gəlinir. Həmin 
dildə işlənən kumsal, rakamsal leksik vahidlərinin qarşılığı 
olaraq milli dildə qumsal, rəqəmsal sözləri işlənir. Hətta 
rəqəmsal sözü dildə termin yaradıcılığı prosesində iştirak etmiş 
və onun əsnasında rəqəmsal imza, rəqəmsal video texniki ter-
minləri yaranmışdır. “Terminlər sistemində millilik prinsipinin 
pozulması 
tez-tez 
təsadüf 
olunur. 
Türk 
dillərinin 
əksəriyyətində, o cümlədən, Türkiyə türkcəsində millilik daha 
qabarıq görünür” [66,s.153]. Beləliklə, qohum xalqların dil 
təcrübəsindən istifadə etmək termin və terminologiya 
problemlərinin inkişaf etdirilməsində xüsusi əhəmiyyət kəsb 
edə bilər.
Yeni sözlərin, terminlərin işləklik qazanmasında, 
cəmiyyətə çatdırılmasında mətbuatın rolu danılmazdır. Müasir 
mətbuatda terminlərin bir çoxu Avropa dillərində olduğu kimi 
işlənir, bir qismi isə dilimizə tərcümə edilir. Azərbaycan 


Vəfa Abdullayeva-Nəbiyeva____________________________________
 
26 
dövlətinin 
əldə 
etdiyi 
müstəqillik 
bizim 
dünyaya 
inteqrasiyamızı sürətləndirdiyi üçün son illərdə dilimizə çoxlu 
alınma terminlər keçmişdir, məsələn: infrastruktur, qrant, 
treninq, telekommunikasiya, multikultirializm, trans, tempus, 
lizinq və s. 
“Fond tərəfindən maliyyələşdirilmiş güzəştli kreditlər 
hesabına 2014-cü ildə 39 iri istehsal, emal və infrastruktur 
müəssisəsi istifadəyə verilmişdir.” “Fermer və sahibkarlar 
güzəştli şərtlərlə kredit toxum, “Aqrolizinq” Açıq Səhmdar 
Cəmiyyəti tərəfindən lizinqə verilən və lizinq yolu ilə satılan 
gübrə, texnika, damazlıq mal-qara almaq imkanlarına ma-
likdir. (Respublika 19 aprel, 2015-ci il №082 (5243) səh.1) “ 
Avropa standartları çərçivəsində təhsil sahəsində təcrübə 
mübadiləsi, təhsil sistemlərinin təkmilləşdirilməsi, peşəkarlıq 
treninqleri, xaricdə təhsil və digər mühüm islahatları əhatə 
edir”. (Elm, 23 yanvar 2015-ci il, №02(1119) 
Terminlərin çox işlək olması onların ümumişlək vahidə 
çevrilməsinə səbəb olur. Məsələn: kredit, bank, bankomat
kreditor, biznes; Bu proses ictimai-siyasi terminologiyada daha 
çox müşahidə olunur. Terminin determinləşməsi onun dilin 
müxtəlif üslublarında işlənərək ümumişlək söz funksiyasını 
yerinə yetirməsinə səbəb olur. Belə prosesi keçən terminlər 
ümumişlək sözə çevrilərək dili zənginləşdirən vasitə olurlar. 
“İlk baxışda sırf termin kimi nəzərə dəyən texniki leksikanın 
qısa müddətdə ümumişlək sözlərə çevrilməsi buna əyani 
sübutdur” [7,s.118].
Müasir Azərbaycan dilində terminlər quruluşlarına görə 
müxtəlifdir. Dilimizdə sadə, düzəltmə, mürəkkəb terminlərlə 



Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin