Azərbaycan miLLİ elmlər akademiyasi nəSİMİ adina diLÇİLİK İnstitutu vəfa abdullayeva-nəBİyeva


Müasir Azərbaycan dilində terminoloji leksikanın inkişafı



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə8/119
tarix15.03.2023
ölçüsü1,35 Mb.
#87920
1   ...   4   5   6   7   8   9   10   11   ...   119
Müasir Azərbaycan dilində terminoloji leksikanin inkişafi

Müasir Azərbaycan dilində terminoloji leksikanın inkişafı
19 
uzaqlaşaraq tamamilə yeni mənada terminləşir. Beləliklə
sözlər səs tərkibi, formaca sabit qalmaq şərti ilə yeni 
mənalardan əlavə terminoloji mənalar da qazanır, məsələn: 
qırış sözü ümumişlək söz kimi “bir şeyin büküldüyü və 
qatlandığı yerdə qalan iz”, maliyyə sahəsində “investorlar üçün 
maraq doğuran, onların diqqətini çəkən maliyyə innovasiyası, 
maliyyə bazarında qeyri-adi hadisə”dir. 
Müasir Azərbaycan dilində terminlər üzərində aparılan 
müşahidələr göstərir ki, semantik üsulla formalaşmış 
terminlərin əksəriyyəti qrammatik mənsubiyyətinə görə 
isimdirlər. Həmçinin bu isimlərin hamısı ümumişlək sözlərdir 
və semantik inkişaf nəticəsində termin funksiyasında işlənirlər. 
“Elmi-texniki inkişaf nəticəsində meydana çıxan anlayışları 
yeni sözlərlə ifadə etmək əvəzinə, dilin daxili imkanlarına 
əsaslanaraq lüğət tərkibində işlənən sözlərə yeni semantik 
məna vermək daha məqsədəuyğundur” [53,s.54]. Semantik 
üsuldan hazırda geniş şəkildə istifadə olunur. Daha doğrusu, 
müasir ədəbi dillərin terminologiyasında sözlərin mənasının 
dəyişdirilməsi üsulu geniş tətbiq olunur. Hazırda elm və 
texnikanın ayrı-ayrı sahələrində bu üsullarla yaranmış terminlər 
çoxdur. Hamıya məlum olan Azərbaycan sözlərindən terminlər 
yaratmaq, yaxud onlardan termin kimi istifadə edilməsi daha 
məqsədəuyğundur. Çünki Azərbaycan dilində terminologiyanın 
yaradılması və zənginləşməsi üçün ən əlverişli yol dilin daxili 
imkanları əsasında terminlərin yaradılmasıdır. Müasir 
Azərbaycan dilində terminoloji sistemin təhlili göstərir ki, bü-
tün terminoloji sahələrdə ümumişlək sözlərin terminləşməsi ilə 
bağlı yaranmış çoxlu sayda terminoloji vahidlər mövcuddur.  


Vəfa Abdullayeva-Nəbiyeva____________________________________
 
20 
Dilin daxili imkanları hesabına termin yaradıcılığı 
prosesində 
kalkalar 
müasir 
dövrdə 
istifadə 
olunan 
üsullardandır. Kalkaetmə prosesinin öyrənilməsi ictimai-siyasi 
əhəmiyyət kəsb edən dil əlaqələrinin tədqiqi probleminin bir 
tərkib hissəsidir. Bu prosesin öyrənilməsi, həmçinin müasir 
dildə baş verən hadisələrin təhlili və tədbiqi ilə bir həma-
hənglik təşkil edir. Bu baxımdan X.V.Quliyevanın “Rus 
dilindən Azərbaycan dilinə kalkaetmə yolları” adlı 
monoqrafiyası kalkaların yaranmasını şərtləndirən dildaxili və 
dilxarici amillər, kalkaların çoxaspektli xüsusiyyətləri təhlil 
olunması baxımından diqqəti cəlb edir. O yazır: “Kalkalaşma 
meyli müasir dövrdə sözalmaya nisbətən xüsusilə fəaldır. Çün-
ki yeni sözlərin əsas qismi mətbuatda işlənir, ümumişlək 
səciyyə qazana bilmir. Ona görə də təbii yolla həmin sözlərin 
kalkasının yaradılmasına zərurət əmələ gəlir” [54,s.113]. 
Azərbaycan dilində kalka yolu ilə termin-söz birləşmələri 
yaradılarkən həm dilimizin terminlərindən, həm də 
sözdüzəldici şəkilçilərindən geniş istifadə olunur. Hal-hazırda 
kalka üsulu ilə yaradılan yeni termin-söz birləşmələrinin 
miqdarı daha çoxdur. Bu üsulla yaradılan terminlərin böyük bir 
qismini sintaktik yolla əmələ gələn terminlər təşkil edir. Mə-
sələn: aralıq istehlak, artırılmış balans, bilik iqtisadiyyatı, borc 
neytrallığı və s. Terminologiyada kalka üsulu ilə yaradılan 
terminlərin üstünlük təşkil etməsi elmlərin inkişafı, bir-birinə 
inteqrasiya etməsi, müstəqillik qazandıqdan sonra başqa 
ölkələrlə azad, siyasi, iqtisadi əlaqələrin artması ilə bağlıdır. 
Tərcümə üsulu ilə termin yaradıcılığı prosesi müasir dildə 
ən çox müraciət olunan üsullardandır. Son dövrlər bir çox elmi 



Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin