Azərbaycan miLLİ elmlər akademiyasi nəSİMİ adina diLÇİLİK İnstitutu vəfa abdullayeva-nəBİyeva


 Alınma terminlərin mənimsənilmə formaları



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə88/119
tarix15.03.2023
ölçüsü1,35 Mb.
#87920
1   ...   84   85   86   87   88   89   90   91   ...   119
Müasir Azərbaycan dilində terminoloji leksikanin inkişafi

 
3.3. Alınma terminlərin mənimsənilmə formaları 
 
Elmlərin inkişafı və qloballaşması, onların bir-birləri ilə 
qarşılıqlı əlaqədə olması yeni terminlərin yaranmasına, milli 
terminologiyanın alınma sözlər hesabına zənginləşməsi ter-
minoloji sistemin inkişafına, təkmilləşməsinə, öz əhatə 
dairəsini daha da genişləndirməsinə səbəb olur. Hazırda bu 
proses dildə Avropa dillərindən alınmaların sayının sürətlə 
artması ilə müşayiət olunur. Müasir Azərbaycan dilinin sovet 
dövründəki Avropa mənşəli leksik alınmalarını tədqiq etmiş 
A.Qarayev alınma problem və onun tarixini geniş şərh etmişdir 
[45]. Müəllif H.Paul, H.Şuxardt, V.Pizani, E.Rixter, İ.Kreyn, 
E.Hauqen, A.Slensov və bir çox başqa alimlərin bu problemlə 


Müasir Azərbaycan dilində terminoloji leksikanın inkişafı
177 
bağlı fikirlərini təhlilə cəlb etmiş, həmin fikirlərə münasibət 
bildirmiş, ümumiləşdirmələr aparmışdır. O göstərir ki, leksik 
alınma alınma söz tipinin bir növü olmaqla, yalnız lüğət vahidi 
kimi sözlərin alınması prosesinin yekunlaşmış aktıdır [45,s.19]. 
Dillər fonetik, leksik və qrammatik quruluş baxımından 
fərqli olsalar da, əslində, onlar arasında sərhəd yoxdur. Belə ki, 
dil faktlarının yayılması hər hansı vərdişin yayılması ilə eyni 
xarakterə malikdir. Hər hansı insan vərdişlərinə sahib olmaq, 
onları inkişaf etdirməklə yanaşı, digər insanlarla ünsiyyət 
vərdişinə da sahibdir. Bu ünsiyyətin nəticəsi olaraq yeni 
ifadələr və sözlər yaranır və yayılır. Bəzən heç bir baxımdan 
oxşarlığa malik olmayan dillər və ya tamamilə uzaq məsafədə 
işlək olan dillər arasında oxşar ifadələrə rast gəlirik. Bu yeni 
yaranmış anlayışın və ya məfhumun realisinin heç nə ilə 
məhdudlaşmadığının əyani sübutudur. Bu oxşarlığı yaradan 
vasitələrdən biri də fonetik dəyişmələrdir. Fonetik mənimsəmə 
sözlərə yox, səslərə təsir edir. Dəyişməyə yalnız fonem məruz 
qalır. Fonetik dəyişmə və hadisələr heç də həmişə mütləq 
olmur, əvəzlənməyə məruz qalan səs müəyyən vurğu altında 
yaxud vurğusuzluq şəraitində baş verir. Fonetik əvəzlənmə 
mütləq və nisbi olmaqla iki yerə bölünür. Bunlara spontan və 
kombinator dəyişmələr də deyilir. Əgər fonetik dəyişmə 
müəyyən tarixi şərait nəticəsində dil daxili qanun və ya 
proseslər əsasında baş verirsə bu spontan, bir və ya bir neçə 
fonemin iştirakı sayəsində baş verirsə kombinator dəyişmə 
hesab olunur. Kombinator əvəzlənmə üçün mütləq bir izah və 
ya səbəb olur, spontan əvəzlənmədə isə belə bir izah və ya 
səbəb bəzən olmur.


Vəfa Abdullayeva-Nəbiyeva____________________________________
 
178 
Alınma sözlər arasında bir çox sözlər vardır ki, onlar bir 
iki elementlə fərqlənir. Eyni fərq bir sıra sözlərdə təkrar olunur. 
Bu fonetik dəyişmənin ən çox və ən sadə yayılmış üsulu olan 
fonetik əvəzləmə hadisəsidir. “Əvəzlənmə adətən dilin bəzi 
əlaqədar elementləri arasında mütəmadi olaraq bölünür və 
funksiya, kateqoriya, determinasiya xətti üzrə əhəmiyyətli 
qarşılaşmalarla uyğun gəlir” [27,s.284]. 
Alınma terminlərin mənimsənilməsi prosesi mürəkkəb 
hadisə kimi dilimizin müxtəlif səviyyələrində aparılır. Alınma 
terminlər o zaman mənimsənilmiş hesab edilir ki, reseptor dilin 
daxili xüsusiyyətlərinə uyğunlaşır və beləliklə, onlar milli dilin 
fonetik, qrafik, leksik və qrammatik normalarına uyğun 
gəlmədə milli sözlərlə eyni səviyyədə olur. İngilis dilindən 
alınma terminlərin tədqiqi onların həm yazılış, həm də 
tələffüzündə müəyyən dəyişmələrin baş verməsini göstərir. 
N.Məmmədli yazır: “Alınma söz və terminlərdə fonetik cə-
hətdən müəyyən dəyişiklik edilməsi isə, şübhəsiz, aşağıdakı 
səbəblərdən irəli gəlir:
1. Azərbaycan dilinin fonem tərkibinin və əlifbasının digər 
dillərindən fərqlənməsi; 
2. Sözlərin alındığı dillə Azərbaycan dilinin orfoqrafiya 
qaydalarının bir-birindən fərqlənməsi;
3. Alınmaların tələffüzünü Azərbaycan dilinin xüsusi 
tələffüzünə tabe etmək cəhdi” [69, 268]. 
Alınma terminin fonetik tərkibinin dilin fonetik 
qaydalarına uyğunlaşdırılması elmi dilçilikdə transkripsiya
dilin qrafik qaydalarına uyğunlaşdırılması isə transliterasiya 
adlanır. Transkripsiya- elmi-tədqiqat məqsədi ilə nitqin yazılış 



Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin