Azərbaycan dilində aralıq dili ingilis dili olan xeyli sayda
alınma terminlər var. Onları aşağıdakı kimi qruplaşdırmaq
olar:
1. Aralıq dili ingilis dili olan latın mənşəli alınma
terminlər: visa (ing)- visa (fr.)- viza (az.)- “bir xarici ölkəyə
daxil olmaq, orada yaşamaq, yaxud oradan getmək üçün xarici
pasportda edilən xüsusi qeyd, rəsmi icazə”, “rəsmi vəzifə
sahibinin, hər hansı bir kağız üzərində onun məzmunu ilə razı
olduğunu göstərən qeydi” deməkdir. Audit (ing)-audit (fr.)-
audit (az.) və s.
2. Aralıq dili ingilis dili olan alman mənşəli alınma
terminlər:paket (ing)-packet (fr.)-paket (az.), slogan (ing) –
slogan (fr.)- sloqan // slogan (az.) və s.
3. Aralıq dili ingilis dili olan fransız mənşəli alınma
terminlər: Balance (ing.)- balance (fr.)- balans (az.); Bu termin
mühasibatda “aktiv və passiv hesabların qalıqlarını göstərən və
hər hansı bir təsərrüfat və ya müəssisənin müəyyən dövr
ərzindəki maliyyə vəziyyətini əks etdirən ümumi cədvəl”,
“gəlir və çıxarın müvazinəti” anlamında işlənir. Yaxud, raund -
(ing.)-raund (fr.)-raund (az.)- “bəzi orqanların, idarələrin,
təşkilatların və s.-nin rəhbərlik edici hissəsinin adı”, “bəzi
idarələrin, yaxud onların şöbələrinin, kontorlarının və s.-nin
adı”, boksda isə “vuruşun bir hissəsinin davam etdiyi iki və ya
üç dəqiqəlik müddət” deməkdir.
Bütün deyilənləri ümumiləşdirsək, dilimizdə işlənən
alınma terminləri iki istiqamətdə qruplaşdırmaq olar:
1. Olduğu kimi alınan alınma terminlər;
2. Orijinaldan fərqlənən alınma terminlər;
Müasir Azərbaycan dilində terminoloji leksikanın inkişafı
173
Olduğu kimi alınan alınma terminlər orijinalda yazıldığı
kimi, heç bir dəyişiklik edilmədən dildə işlənirlər. Məsələn,
immiqrant (immigrant), radar (radar) və s. Orijinaldan fərq-
lənən alınma terminlər isə birinci bölgüdə qeyd etdiyimiz
terminlərdən fərqli olaraq dilin qanun və normalarına müvafiq
fonetik, leksik və ya qrafik baxımdan dilə uyğunlaşdırılmış
alınma sözlərdirlər. Məsələn, brifinq (briefing), komissar
(commissioner) və s.
Azərbaycan dilinə daxil olan Avropa mənşəli alınma
sözlərin
birinci
böyük
hissəsi
müasir
informasiya
texnologiyaları, xüsusən də kompüter və internetdən istifadə ilə
bağlıdır. Avropa mənşəli alınmaların ikinci böyük qismi isə
ictimai-siyasi və sosial sahələrə aiddir. İşlənmə sahələrinə görə
dilimizdə olan alınma terminləri belə qruplaşdırmaq olar:
1.Diplomatiya
sahəsinə
aid
alınma
terminlər:
memorandum (ing) –memorandum (fr.) –меморандум (rus)-
memorandum (az.) - “hər hansı bir məsələ haqqında hökumətin
fikirləri izah edilmiş diplomatik sənəd”, sovereignty (ing.)-
souveraineté (fr.)- суверенитет (rus)- suverenlik (az.)-
“müstəqillik, öz dövlətində hökmran olma, başqa dövlətlərdən
asılı olmama”, “hakimiyyət hüququ”; mission (ing)- mission
(fr.)-миссия (rus)-missiya (az.)- “vəzifə, borc” və s.
2. Siyasi və hərbi alınma terminlər: separatism (ing.)-
séparatisme (fr.)- сепаратизм (rus) separatçılıq (az.)-“daxildən
parçalama”, terrorism (ing.)- le terrorisme (fr.)-терроризм
(rus)-terrorizm (az.), forum (ing.)- forum (fr.)- форум (rus)-
forum (az.) və s.
Vəfa Abdullayeva-Nəbiyeva____________________________________
174
3.İdarəçilik sahəsi ilə bağlı alınma terminlər: arbitration
(ing.)-arbitrage
(fr.)-арбитраж
(rus)-arbitraj-“münsiflər
məhkəməsi”, “idarələr, müəssisələr, təşkilatlar arasındakı mü-
bahisəni həll edən idarənin adı” deməkdir. Mandate (ing.)-
mandat (fr.)-мандат (rus), mandate (az.); bureau (ing), bureau
(fr.), бюро (rus), büro (az.)- “bəzi orqanların, idarələrin,
təşkilatların və s.-nin rəhbərlik edici hissəsinin adı”, “bəzi
idarələrin, yaxud onların şöbələrinin, kontorlarının və s.-nin
adı” deməkdir.
4.Politologiya sahəsi ilə bağlı alınma terminlər:
propaganda (ing) - propaganda (fr.) - пропаганда (rus) -
propaqanda (az.)- “təşviqat” və s.
5.Mühasibat sahəsi ilə bağlı alınma terminlər: budget
(ing.)-budget (fr.)-бюджет (rus)-büdcə (az.)- “dövlətin və onun
idarə və müəssisələrinin illik gəlir və çıxar cədvəli”, “bir -
adamın müəyyən vaxt ərzindəki gəlir və çıxarı”, dividend (ing.)
-dividend (fr.)-дивиденд (rus)- dividend (az.)- “səhmdarlar
cəmiyyəti üzvləri arasında bölünməli olan gəlirin bir hissəsi”,
“hər bir səhmdarın payına düşən gəlir” və s.
6.Hüquq sahəsi ilə bağlı alınma terminlər: monitoring
(ing.)-surveillance (fr.)- мониторинг (rus)- monitorinq (az.)-
“nəzarət, nəzarət etmək” deməkdir. Devaluation (ing.), déva-
luation
(fr.)-
девальвация (rus)- devalvasiya (az.),
disinformation (ing)- désinformation (fr.)- дезинформация
(rus)- dezinformasiya (az. ) və s.
7.Kompüter
sahəsi ilə bağlı alınma terminlər:
calculator: kalkulyator-matematiksel əməliyyat etmək üçün
istifadə edilən kompüter proqramlarına verilən ad; Kalkulyator
|