Azərbaycan miLLİ elmlər akademiyasi nizami adina əDƏBİyyat institutu



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə24/93
tarix18.03.2023
ölçüsü1,04 Mb.
#88717
1   ...   20   21   22   23   24   25   26   27   ...   93
Çağdaş-Azərbaycan-postmodern-romanı

S
S
a
a
l
l
i
i
d
d
ə
ə
 
 
Ş
Ş
ə
ə
r
r
i
i
f
f
o
o
v
v
a
a
 
 
28 
maq üçün əlavə vasitələrdən (rəsm, musiqi, video) istifadə 
etməyə, mətnin içindən lazım olan informasiyanı tez axta-
rıb tapmağa imkan verir. Hipertekstin oxucuya sərbəstlik 
verdiyini və oxucunun mətni istədiyi ardıcıllıqla oxuduğu-
nun da şahidi oluruq. 
1976-cı ildə amerika yazıçısı Reymon Federmanın 
«Sizin ixtiyarınızda» adlı romanı oxuculara təqdim olunur. 
Əsərin özünəməxsusluğu onda idi ki, roman cildlənməmiş 
və nömrələnməmiş şəkildə oxucuya təqdim olunmuşdu. 
Oxucu da əsərin səhifələrini istənilən cür düzməklə oxuya 
bilirdi. R. Federmanın əsərini mütaliə edərkən görürük ki
sərhədlər yoxdur, oxucu əsərin finalını müəllifin istədiyi 
kimi deyil, öz istədiyi kimi təyin edir. 
1990-cı ildə Maykl Coys hiperromanı «Günorta»nı 
(«Afternoon») ilk dəfə beş disketdə topladır. 539 şərti sə-
hifədən 951 qısayoldan ibarət olan bu əsər ilk hiperədəbiy-
yat kimi dəyərləndirilir. Bu hiperromanı kompüterin ekra-
nından oxumaq mümkündür. Alternativ qiraət imkanları 
yaradan əsərin süjet xəttini oxucunun istəyi ilə dəyişdir-
mək mümkündür. 
R. Bart hipertekstin xüsusiyyətinə müxtəlif mənalı 
xassəyə malik oxşar alqoritmlər əlavə edir 
17
. Klassik nü-
munə kimi romanda mətnin oxunmasında müxtəlif alqo-
ritmlərin tətbiqi imkanlarına italyan yazıçısı İ. Kalvino 
«Çarpazlaşmız talelərin qəsri» (Il castello destini incrociati 
dei) əsərini misal çəkmək olar. Bədii «vasitə» kimi kart 
dəstindən istifadə edən müəllif beləliklə mətni strukturlaş-
dırır, oxucu mətnin daxili rabitə hissələrindən istifadə edə-
17
Барт Р. С/Z. – М., 1994. – C. 14; 



Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin