Azərbaycan miLLİ elmlər akademiyasi nizami adina əDƏBİyyat institutu


Çağdaş Azərbaycan postmodern romanı



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə27/93
tarix18.03.2023
ölçüsü1,04 Mb.
#88717
1   ...   23   24   25   26   27   28   29   30   ...   93
Çağdaş-Azərbaycan-postmodern-romanı

Çağdaş Azərbaycan postmodern romanı 
31 
Audioromanda məlumatların ötürülməsinin verbal (şi-
fahi) forması ilə yanaşı, oxucu səslərin bütün spektrlərin-
dən istifadə edir (ifaçıların səsləri, səs tembri və bu səslə-
rin tonallığı, musiqi, səs, təbiət səsləri, hadisələrin səsləri 
və s.). Səs tərtibatı paralel olaraq süjet xəttinin inkişaf aləti 
kimi çıxış edir: verbal (şifahi) informasiya bu və ya digər 
səslərlə müşayiət olunur (qəhrəmanın gedişi – nəqliyyat 
səsi, əsərdə münaqişənin gərginləşməsi – həyəcanlı musiqi 
və s.). Səs montajı səs obrazını yaratmaqda xüsusi əhəmiy-
yət kəsb edir. 
Audiodisk şəklində buraxılmış ilk Azərbaycan romanı 
Elxan Xanəlizadənin «Yol» (2009) əsəridir. Təhkiyə öz 
həyatını nəql edən ağsaqqal İbrahim İmanov adından apa-
rılır. Süjet xətti «yol motivi» əsasında qurulub. Baş qəhrə-
manın taleyində nəsillərin taleyi cəmləşir: epik başlanğıc 
baş personajın uzun monoloqunda dəyişdirilir. Roman mu-
siqi ilə müşayiət olunur. (bəstəkar Gövhər Həsənzadə və 
Ülviyyə Vəliyeva) Musiqi vasitəsi ilə baş qəhrəmanın da-
xili vəziyyəti vurğulanır, əlavə olaraq, romanın fabulasının 
əsas hadisələri ətrafında emosional mühit yaradılır. Ro-
manda vokal-əlavələr də iştirak edir ki, romanı yalnız vo-
kal-musiqi janrları ilə yaxınlaşdırmır, həm də romanda 
gücləndirilmiş lirik başlanğıcı əks etdirir. 
Hafiz Mirzənin «Son və başlanğıc» (2010) romanı 
özünəməxsusluğu ilə seçilir. Bu romanı audioroman janrı-
na aid etmək olmaz. Belə ki, roman ilk dəfə mətbuatda his-
sə-hissə dərc olunub. Lakin sonradan müəllif romanı ayrı-
ca kitab şəklində nəşr etdirir. Maraqlıdır ki, kitaba musiqi 
parçaları yazılmış CD diski əlavə olunur. Müəllifin fikrin-
cə, oxucunun müəllif əsərini qavramasını təmin etmək 
üçün musiqi müşayiəti mütləqdir. 



Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin