Azərbaycan miLLİ elmlər akademiyasi nizami adina əDƏBİyyat institutu


Çağdaş Azərbaycan postmodern romanı



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə29/93
tarix18.03.2023
ölçüsü1,04 Mb.
#88717
1   ...   25   26   27   28   29   30   31   32   ...   93
Çağdaş-Azərbaycan-postmodern-romanı

Çağdaş Azərbaycan postmodern romanı 
33 
keçmişdir. Fərqli parçaları bir yerə yığmaq, birləşdirmək
calaq etmək kimi fəndlər vasitəsilə romanın təhkiyəsi içinə 
atılan parçalar mətni ənənəvi təhkiyədən uzaqlaşdırır. 
2008-ci ildə Bakıda Nurəddin Adiloğlunun döyüş 
meydanlarının «qaynar nöqtə»lərindəki əməliyyatlarından, 
keçən əsrin coşqun 90-ci illərinin Bakıda baş verən siyasi 
proseslərindən bəhs edən «Qara sarmaşıq» (2008) romanı 
nəşr edilmişdir. Müəllif dağıdılmış siyasi prosesin xrono-
logiyasına əsaslanır. Maraqlıdır ki, N. Adiloğlu siyasi in-
triqalardan əziyyət çəkən və mübarizə aparan xalq obrazını 
yaratmağa nail olur. 
Xalqın mübarizə problemi Аkif Əlinin «Dumanlı dağ-
lar» (2008) romanında da öz əksini tapmışdır. Müəllif əsə-
rin janr formasını kinopritça kimi müəyyən edir. Fikrimiz-
cə, «Dumanlı dağlar» əsərində kinoroman cizgiləri özünü 
aydın şəkildə göstərir. Eyni zamanda «Dumanlı dağlar» 
əsərinin roman təbiəti pritça janrının təsirinə məruz qalır, 
ancaq bu təsir nisbətən zəif xarakter daşıyır. Növlərarası 
janr qarışıqlığı janr xüsusiyyətlərinə daha mühüm təsir 
göstərir, halbuki növlərdaxili qarışıqlığın təsiri o qədər də 
geniş deyil. 
Romanın yuxarıda adı çəkilən variasiyalarını (hiper-
tekst, audioroman və kinoroman) bir qrupda birləşdirmək 
olar – kommunikasiya texniki vasitələrin vasitəsi ilə ret-
ranslyasiya edilən kreollaşmış roman. Bu əsərlər texniki 
kommunikasiya vasitələrinin retranslyasiya xüsusiyyətləri-
ni nəzərə alır. Kreollaşmış romanlarda verbal və qeyri-ver-
bal təhkiyə informasiya ötürülməsi üsulları ilə uyğunlaşır, 
janr forması isə yalnız kommunikasiya sosial aspektlərin 
deyil, həm də texniki təsirə məruz qalır. 


S
S
a

Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin