Azərbaycan miLLİ elmlər akademiyasi nizami adina əDƏBİyyat institutu


Çağdaş Azərbaycan postmodern romanı



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə35/93
tarix18.03.2023
ölçüsü1,04 Mb.
#88717
1   ...   31   32   33   34   35   36   37   38   ...   93
Çağdaş-Azərbaycan-postmodern-romanı

Çağdaş Azərbaycan postmodern romanı 
39 
munə gətirmək olar. «Yarımçıq əlyazma» nadir roman-an-
timif janr formasında yaradılmışdır. «Yarımçıq əlyazma» 
romanında «Kitabi-Dədə Qorqud» dastanının dekonstruk-
siyası buna imkan vermişdir. 
«Yarımçıq əlyazma» əsərini tarixi romana da aid edən 
tədqiqatçılarımız olmuşdur. «Yarımçıq əlyazma» əsərinə 
belə bir qiymət verilməsi digər qrup alimlər arasında mü-
bahisə doğurmuşdur. Qeyd etmək yerinə düşərdi ki, «Ya-
rımçıq əlyazma» əsərini roman-mif janrına da aid edən 
tədqiqatçılarımız olmuşdur. Kamal Abdullanın «Yarımçıq 
əlyazma« romanı ironiya ilə yazılmış romandır. Qeyd et-
mək lazımdır ki, Kamal Abdulla «Kitabi Dədə Qorqud» 
dastanının mətnini manipulyasiya edir, mifoloji qəhrəman-
ları ironiya və sarkazmla təsvir edərək nüfuzdan salır (mə-
sələn, mifdə Dədə Qorqud müdrik «ağsaqqal» arxetipidir-
sə, əsərdə – Bayandur xanın sadiq qulluqçusudur), mifoloji 
dünyagörüşün əsasını məhv edir (məsələn, Tanrıçılığın 
başlanğıcında «Nur»un («Müqəddəs») daşa dönməsi), 
eposdan süjetlər sarkazmla yenidən işlənilir. Məhz bunlara 
nəzər yetirən tədqiqatçılar müəllifin sarkazmlı interpretasi-
yası ilə tarixi hadisələri qarışdırırlar (məsələn, Şah İsmayıl 
Xətainin qaçışı və onun təsadüf nəticəsində mənasız öldü-
rülməsi ) və s. Bizim fikrimizcə, «Yarımçıq əlyazma» ro-
manı müəllif təxəyyülünün novatorluğu baxımından fərq-
lənir. Unutmaq olmaz ki, antimif əsərin yaranması zamanı 
müəllif kulturologiya, mifologiya, tarixi və psixologiya sa-
hələrinə dərindən bələd olmalıdır ki, roman-antimif yarada 
bilsin. Kamal Abdullanın «Yarımçıq əlyazma» əsəri Azər-
baycan milli ədəbiyyatında nadir roman-antimif nümunə-
lərindən biridir. 


S
S
a

Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin