AZƏrbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 3,95 Mb.
Pdf görüntüsü
səhifə8/49
tarix31.01.2017
ölçüsü3,95 Mb.
#7081
1   ...   4   5   6   7   8   9   10   11   ...   49

 

 

 

 

 

1812 

M.F.Axundzadə iyun ayının  30-da  Nuxa  (Indiki  Şəki) 

şəhərində  anadan  olmuşdur.  Atası  Mirzə  Məmmədtağı 

Təbrizin  yaxınlığındakı  Ximnə  kəndindəndir.  Anası  Nanə-

xanım Axund Hacı Ələsgərin qardaşı qızıdır. 

1814 

Ata-anası  ilə  birlikdə  Nuxa  şəhərindən  Təbrizin 

yaxınlığındakı Ximnə kəndinə köçür.  

 

1820 

Atası  Mirzə  Məmmədtağı  Mirzə  Fətəlini  Ximnədə 

mollaxanaya qoyur.  

 

1821 

Anası  Nanəxanımla  birgə  Qaradağda  (Cənubi  Azər-

baycan) Horanid  kəndində  yaşayan Molla Ələsgərin  yanına 

gəlir və onun himayəsində yaşayır.  



 

1823-1824 

Hacı  Ələsgərlə  El-ənkut  mahalına  köçən  Mirzə  Fətəli 

burada Vəlibəyli obasında yaşayır. 

 

1825 

M.F.Axundzadənin  ailəsi  Vəlibəylidən  Qafqaza    -  

Gəncəyə  köçür. 

1826-1831 


 

- 117 - 


Hacı Ələsgərlə Gəncədən – Nuxa şəhərinə köçür. Bu-

rada Mirzə Fətəli təhsilini davam etdirərək, Hacı Ələsgərdən 

ərəb və fars dillərində dərs almağa başlayır. 

 

1832 

Gəncəyə  gəlir,  Hacı  Ələsgərin  tanışlığı  ilə  Molla 

Hüseyn adlı bir müdərrisin yanında fiqh və məntiq elmlərinə 

yiyələnir. Burada o Mirzə Şəfi Vazehlə tanış olur və ondan 

nəstəliq xətti ilə yazmaq öyrənir.  

 

1833 

Nuxa  şəhərində  açılan  ―Rus-tatar‖  məktəbinə  daxil 

olur. Lakin  yaşı çox olduğu üçün bu məktəbdə yalnız bir il 

oxuyur. 


 

1834 

M.F.Axundzadə  Nuxadan  Tiflisə  gəlir.  Noyabr  ayının 

1-dən  Qafqaz  idarəsinin  baş  dəftərxanasında  müvəqqəti 

olaraq  mütərcim  şagirdi  vəzifəsinə  təyin  olunur.  O,  bu 

vəzifədə  üç  aya  qədər  maaşsız  çalışır.  Sonra  ona  10  manat 

maaş təyin edilir. 



 

1836 

Qafqaz  İdarəsinin  Baş  dəftərxanasında  çalışmaqla 

bərabər, M.F.Axundzadə Tiflis qəza məktəbinə Azərbaycan 

dili müəllimi təyin olunur. 



 

1837 

Böyük  rus  şairi  A.S.Puşkinin  xaincəsinə  öldürülməsi 

xəbərini  eşidərək,  Mirzə  Fətəli  qatillərə  nifrət  yağdıran 

―Puşkinin ölümü haqqında Şərq poeması‖nı yazır. 

May - Rusiya ordularının Qafqaz Baş Komandanı Ba-

ron Rozenin komandası altında Abxaziyaya göndərilən ordu 

hissəsində Şərq dilləri mütərcimi olaraq iştirak edir. 


 

- 118 - 


Ədibin ―Puşkinin öülümünə Şərq poeması‖  Bestujev – 

Marlinski tərəfindən nəsr şəklində ruscaya tərcümə edilir. 

10  aprel  -  Qafqaz  İdarəsinin  Baş  Dəftərxanasının 

mütərcimi təyin olunur. 

23  mart  -  Türkiyə  sərhəd  məsələsini  yoluna  quymaq 

üçün təyin olunan ştabs kapitan Nemiroviç – Dançenkonun 

mütərcimi sifətilə Quriyaya göndərilir. 

 Dekabr - kapitan Putyoninlə Astaraya gedir. 



 

1841 

M.F.Axundzadə  xidmət  işlərinin  çox  olmasına  bax-

mayaraq,  yaradıcılıqla  da  məşğul  olur,  ―Təcnis‖,  ―Təcnisi- 

digər‖, ―Molla Əli‖ (həcv) və ―Müxəmməs‖ sərlövhəli şeir-

lərini yazır. 

 

1842 

3 iyul - mülki praporşik rütbəsi alır.  

Rusiya ilə İran arasında olan danışıqlarda iştirak etdiyi 

üçün,  İran  şahı  tərəfindən  3-cü  dərəcəli    Şiri-  Xurşid 

nişanına layiq görülür. 

Hacı  Ələsgərin  vəfatından  sonra,  onun  qızı  Tubu  xa-

nımla evlənir və Hacı Ələsgərin ailəsini himayəyə götürür. 

1845 

M.F.Axundzadə    Qafqaz  İdarəsinin  Baş  Dəftərxana-

sındakı vəzifəsindən naməlum səbəbə görə azad edilir. İşsiz 

qaldığı bir il ərzində böyük ehtiyac içərisində yaşayır. 



1846 

3 iyul - M.F.Axundzadə podparuçik rütbəsilə işə qəbul 

edilir. 

 

1848 

4  noyabr  -  Nəsrəddin  şahın  taxta  çıxması  münasibəti 

ilə  Rusiya  çarı  I  Nikolayın  təbrik  məktubunu  Tehrana 

aparan general-leytenant Şillenqə mütərcim təyin edilir.  



 

- 119 - 


1849  -  cu  il  mart  ayının  7-  nə  kimi  Tehranda  qalır. 

İranın  bir  çox  bölgələrini    gəzərək  əhalinin  vəziyyəti  və 

ölkənin üsul-idarə sistemi ilə yaxından tanış olur. 

 

1849 

7 Mart - İrandan Tiflisə qayıdır. 



 

1850 

M.F.Axundzadəyə poruçik rütbəsi verilir. 

―Hekayəti-Molla  İbrahim Xəlil kimyagər‖, ―Hekayəti 

Musyö  Jordan  həkimi  nəbatat  və  dərviş  Məstəli  şah 

caduküni  –  məşhur‖  və  ―Sərgüzəşti  –  vəziri  –  xani  –  Lən-

kəran‖ komediyalarını yazır. 



 

1851 

―Hekayəti  Musyö  Jordan  və  Məstəli  şah‖  komediyası 

ilk  dəfə  Tbilisidə  ―Qafqaz‖  qəzetində  (№15,16,17),  rus  di-

lində hissə - hissə çap olunur. Əsər xülasə şəklində Peterbur-

qda nəşr olunan «Литературная летопись»də dərc edilir. 

―Musyö  Jordan‖  komediyası  ilk  dəfə  Peterburqda  rus 

dilində tamaşaya qoyulmuşdur. 

―Hekayəti  –  Molla  İbrahim  Xəlil  kimyagər‖  kome-

diyası ―Qafqaz‖ qəzetində (№44, 45) çap olunur. 

26 mart  -  İmperator Rus Coğrafiya  Cəmiyyəti Qafqaz 

şöbəsinə həqiqi üzv seçilir. 

 

1852 

―Hekayəti – xırs quldurbasan‖ və ―Sərgüzəşti – mərdi 

– xəsis‖ (Hacı Qara) komediyalarını yazır. 

M.F.Axundzadəyə ştabs kapitan rütbəsi verilir. 

Sərhəd  boyunda  olan  qaçaqçılıqla  mübarizə  etmək 

üçün  göndərilən  podpolkovnik  Meyerin  mütərcimi  təyin 

edildiyindən  Qarabağa  gedir.  Qarabağda  Cəfərquluxan  Nə-


 

- 120 - 


va, Qasımbəy Zakir və Xurşidbanu Natəvan ilə şəxsən tanış 

olur. 


31 yanvar - ―Hekayəti – xırs quldurbasan‖ komediyası 

Tiflis teatrında rus dilində tamaşaya qoyulur.  

16 aprel - M.F.Axundzadnin İmperator Rus Coğrafiya 

Cəmiyyətinə  üzv  -  əməkdaş  seçilməsi  xüsusunda  fərman 

verilir. 

 

1853 

Tiflisdən  Nuxaya  gedir.  Burada  şəhərə  su  çəkilmək 

üçün hökumət idarələrinə müraciət edir. 

Ədib  beş  komediyasını  rus  dilində  kitab  halında  cap 

etdirir. 

―1618-  ci  ildə  Bağdad  ətrafında  Türkiyə  ordusunun 

vəziyyəti‖  adlı  rus  dilində  yazdığı  məqaləsi  Tiflisdə  çıxan 

―Qafqaz‖  qəzetinin  25  və  29  iyul  tarixli  53  və  54-  cü 

nömrələrində çap etdirir. 

Tiflisdə  rusca  çap  olunan  əsərləri  haqqında  alman 

məcmuələrindən ―Maqazin Fur Dieliteratur des Auslandes‖- 

adlı alman məcmuəsində bir resenziya və ―Hekayəti-Musyo 

Jordan  həkimi  -  nəbatat  və  dərviş  Məstəli  şah  caduküni  -

məşhur‖ əsərlərinin almanca qısa xülasəsi dərc edilir. 



 

1854 

Kapitan rütbəsinə layiq görülür. 

―Qafqaz‖ qəzetinin katibi Verderevskinin dilindən İran 

Şahənşahına ―Mədhnamə‖ yazır. 



 

1855 

―Mürafiə vəkillərinin hekayəti‖ komediyasını yazır. 



 

1857 

―Aldanmış kəvakib‖ hekayətini tamamlayır. 



 

- 121 - 


―Əlifbai  cədidə‖  əsərini  yazır  və  onu  Türkiyə  Sədr  - 

əzəminə göndərir. 

Hökumətin icazəsilə öz əlifba lahiyəsini Peterburqa və 

Avropanın  qabaqcıl  ölkələrində  olan  elmi  mərkəzlərə  gön-

dərir. 

Əlifbanı  dəyişdirilməsinə  dair  Tehranda  Hüseyn  xan 



Nizamüddövləyə, İstanbulda olan Mirzə Melkum xana, Mir-

zə  Hacı  Molla  Məhəmmədə  və  başqa    nüfuzu  şəxslərə 

məktublar yazır. 

1857-ci ilin noyabr ayından 1858 ilin noyabr ayının 5-

ə    qədər  İrəvan  quberniya  və  uyezd  idarələrinin  təftişində 

iştirak edir. 



 

1858 

Qafqaz  Canişini  dəftərxanasının  yenidən  fəaliyyətə 

başlaması  ilə əlaqədar olaraq, baş idarənin  mütərcimi  təyin 

olunur. 


 

1859-1860 

Yanvar  -  Cəfərqulu  xana  nəzirə  yazdığı  məktub-

mənzumədə  yeni  əlifbanın  əleyhinə  çıxan  ruhanilərdən 

şikayətlənir: 

İstəmirik derlər xətti-cədidi, 

Əbəs yerə döymə soyuq hədidi, 

Üştüri-binoxta hərgiz budidi,  

Bizlərdə nöqtəsiz olmaz kitabət. 

Bilmirəm ki, nədir bu işə çarə, 

Gəlimmi mən Qarabağa dübarə, 

Olmasa gər Xandan cüzvi işarə, 

Əlifbey sarıdan olmanam rahət. 

25  noyabr-  Əsərlərinin  Azərbaycan  dilinə    tərcümə 

edilməsinə  icazə  verilir  və  ilk  dəfə  ―Təmsilat‖  adlı  pyeslər 

məcmuəsi Tiflisdə nəşr olunur. 

 


 

- 122 - 


1861 

Mayor rütbəsinə layiq görülür. 



 

1862 

May  -  Tiflis  yaxınlığındakı  Qocur  yaylağında  olduğu 

zaman  Hidayət  təxəllüslü  tarixçi  Rzaqulu  xanın  ―Röv-

zətüssəfai-nasiriyyə‖ tarixi kitabını oxuyub bu kitaba tənqid 

yazır  və  məqaləsini  Tehranda  nəşr  olunan  ―Darül  xilafə‖ 

qəzeti redaksiyasına göndərir. 



 

1863 – 1864 

Tərtib  etdiyi  yeni  əlifbanı  müzakirə  etdirmək  üçün 

İstanbula gedir. İstanbulda Mirzə Melkum xan ilə tanış olur 

və bu tanışlıq yaxın dostluğa çevrilir. 

Həmin  ildə  ―Çeşmə  kitabəsi‖,  ―Səidə  xitab‖,  ―Fuad 

paşanın  mədhində‖  adlı  mənzumələri  və  məşhur 

―Kəmalüddövlə məktublari‖nı yazır. 

 ―Kəmalüddövlə məktublari‖nı İran hökumətinin Tiflis 

konsulu  Mirzə  Yusif  xanın  köməyilə  fars  dilinə  tərcümə 

edir. 


Əlifbanı  dəyişdirmək  haqqında  Türkiyə  Cəmiyyəti-

elmiyyəsinə ərizə yazır. 

―Əlifbai  cədidə‖  haqqında  Türkiyə  Cəmiyyət  – 

elmiyyəsində qərar çıxarılır. 

Tiflis  yaxınlığındakı  Qocur  yaylağında  Şahmat  oyunu 

haqqında mənzumə yazır.  



 

1865 

İranın Tiflis konsulu Əli xanın evində görüşdüyü İran 

hökumət  adamlarından  bıri  haqqında  ―Həcvi-Əbdürrəsul 

xan‖ adlı əsərini yazır.  

Sentyabr  -  ―Məsəli  –  həkim  Sismond‖  adlı  hekayə 

M.F.Axundzadənin özü tərəfindən tərcümə edilir.  



 

 

- 123 - 


1866 - 1867 

İranın ―Millət‖ qəzeti münşisinə (redaktoruna) yazdığı 

məktubunda,  qəzetin  xətti-hərəkətini  şiddətli  surətdə  tənqid 

edir .  


Borjomidə  olduğu  zaman  ―Bakı  quberniyasında  kənd 

cəmiyyətləri  haqqında  qərardad‖  adlı  sənədi  Azərbaycan 

dilinə tərcümə edir. 

 

1868 

M.F.Axundzadənin  Cəfərquluxana  yazdığı  mənzum 

məktubu  Adolf-Berje  Leypsiqdə  almanca  nəşr  etdiyi  kitaba 

daxil etmişdir. 

―Həkimi-ingilis

 

Yuma



 

cavab‖  adlı  məqaləsində 

M.F.Axundov,  1768  –  ci  ildə  Yum  adlı  bir  ingilis 

filosofunun Hind və Bombey müsəlman alimlərinə, kainatın 

quruluşu haqqında verdiyi sualına cavab verir. 

Türkiyəli  Süavi  əfəndinin  ―Xəttimizin  islahi‖ 

sərlövhəsilə yazdığı əsərini tənqid edir. 

İranın  Tifıis  konsulu  Əli  xandan  İran  xariciyyə  vəziri 

Hacı Əli xanın və Pişaxanınşahın yaxın adamları olduqlarını 

eşidərək,  əlifbanı  dəyişdirmək  haqqında  şahdan  vəsatət 

almaq  üçün  onlara  məktub  yazır.  Əlifba  məsələsi  ilə 

əlaqədar  Mahmud  xana,  Mirzə  Hüseyn  xana,  Müstəfül-

məmalikə,  Hüseynəli  xana,  Mirzə  Yusif  xana,  Mirzə 

Melkum xana və s. məktublar yazır.  



 

1869 

―Yeni  əlifba  haqqında  mənzumə‖də  ədib  əlifba 

haqqında  çəkdiyi  əzabları  təsvir  edir.  Türkiyə  və  İran 

hökuməti vəzirlərinin cəhalətini ifşa edir. 

Aprel - Batumi qayimməqami ―Osman Şövqi əfəndiyə 

mədhiyyə‖ mənzuməsini yazır. 



 

- 124 - 


Mirzə  Yusif  xana  göndərdiyi  məktubda  Əbdürrəsul 

xan  ilə  arasında  olan  əhvalatı  xəbər  verir  və  Tehrana 

göndərdiyi əlifba layihəsindən cavab almadığını yazır. 

 

1870 

İranın  mütərəqqi  fikirli  adamlarından  şahzadə 

Cəlaləddin  Mirzə  ilə  tanış  olur.  Onların  aralarında  məktub-

laşma  davam  edir.  ―Təmsilat‖  kitabından  bir  nüsxə  ona 

göndərir.  Cəlaləddin  Mirzə  bu  əsərin  fars  dilinə  tərcümə 

edilməsini Mirzə Cəfər Qaracadağıya tapşırır. 

M.F.Axundov  əlifbanı  dəyişdirmək  məsələsi  ilə  əla-

qədar  Mirzə  Melkum  xana,  Münif  əfəndiyə,  sədr  əzəm  Əli 

paşaya,  konsul  Əli  xana,  Cəlaləddin  Mirzəyə,  Mirzə  Yusif 

xana  məktublar  yazır.  Cəlaləddin  Mirzəyə  göndərdiyi  mək-

tublarından  birində  əsərlərinin  farsca  İran  səhnəsində 

oynanılması xüsusunda təşəbbüsdə olmasını xahiş edir. 



 

1871 

25  mart  -  Mirzə  Məhəmməd  Cəfərə  yazdığı  mək-

tubunda ―Molla İbrahim Xəlil kimyagər‖ pyesini fars dilinə 

çox  düzgün  tərcümə  etdiyini  bildirir  və  Mirzə  Məhəmməd 

Cəfərin ―Təmsilat‖da rast gəldiyi bəzi adlar və adamlar haq-

qında izahat verir. 

―Hekayəti  -  Molla  İbrahim  Xəlil  kimyagər‖  kome-

diyasını Mirzə Məhəmməd Cəfər fars dilinə tərcümə edərək 

Tehranda kitab şəklində çap etdirir. 

M.F.Axundzadə  həmin  ildə  ―Bəcənab  (XXA,  XXB, 

XXS,  XXE,  XXD‖  şəklində  yazdığı  məktublarda  yeni 

əlifbanı dəyişdirmək məsələsindən bəhs edir. 

29 iyun  - Cəlaləddin  Mirzəyə  göndərdiyi  məktubunda 

İstanbulda əlifbanın ziddinə çıxış edən sarı üzlü adamlardan 

şikayət edir. 

12 oktyabr - Mirzə Melkum xana yazdığı məktubunda 

Osmanlı Cəmiyyəti-elmiyyəsində onun əlifbası haqqında üç 


 

- 125 - 


təklif: ―Nüqtələrin atılması, səsli hərflərin artırılması, ümum 

hərflərin yapışması‖ edilməsini qeyd edir. 

Müxtəlif  məsələlər,  xüsusilə,  əlifba  haqqında  bir  çox 

adamlara məktublar yazır.  



 

1872 

18 may  - Qafqaz Canişini Baş  İdarəsinin sərəncamına 

görə  Qafqaz  Senzor  Komitəsində  Şərq  dilləri  üzrə  senzor 

vəzifəsi müvəqqəti olaraq M.F.Axundzadəyə tapşırılır. 



 

1873 

M.F.Axundzadə  ―Əkinçi‖  qəzetinin  nəşri  üçün  Həsən 

bəy  Zərdabiyə  kömək  edir  və  H.Qayıbovu  Azərbaycan 

şairlərinin  əsərlərini  toplamağa  həvəsləndirir,  özü  isə 

Vaqiflə Zakirin divanını çapa hazırlayır. 

Lakin M.F.Axundzadə bu əsəri çap etdirə bilmir. 

―Əlifbayi-cədidə  üzrə  hürufati-samitənin  və  müsəvvə 

vətənin  şəkilləri  və  tərkibi-kəlimati  ərəbiyyə  və  farsiyyə‖ 

adlı əsərini yazır. 

―Molla  Ələkbərlə  mübahisə‖  adlanan  məktubunda 

Qafqaz Ruhani İdarəsinin üzvü Səlyanlı Axund Molla Ələk-

bərin oruc və namaz haqqında fikirlərinə etiraz edir. 

2  mart  -  ―Hekayəti-vəziri-xani  Lənkəran‖  komedi-

yasını tamaşaya qoymaq üçün bir qrup Azərbaycan ziyalısı 

Bakı valisi Staroselskiyə müraciət edir. Staroselski özü icazə 

verə bilməyib, Qafqaz canişininə yazılı məruzə ilə müraciət 

edib icazə istəyir. 

8  mart  -  ―Hekayəti-vəziri-xani  Lənkəran‖  tamaşaya 

qoyulmasına icazə verilir. 

İyun  -  M.F.Axundzadə  Təbrizdə  olan  Türkiyə  hö-

kumət  adamlarından  –  Ömər  Səbriyə  yeni  əlifba  haqqında 

məktub yazır. 

―Bir neçə kəlmənin fransızcaya tərcüməsi və yazılışda 

əlamətlərin göstərişi şəkilləri‖ adlı məqaləsini  yazır. 



 

- 126 - 


―Hekayəti-Musyo  Jordan‖  pyesini  Mirzə  Məhəmməd 

Cəfər Qaracadağı fars dilinə tərcümə edir. 

―Sərgüzəşti-Mərdi-Xəsis‖  (Hacı  Qara)  komediyası  ilk 

dəfə  Bakıda  tamaşaya  qoyulur.  Bu  pyesin  Bakıda  oyna-

nılması haqqında Həsənbəy Zərdabi – ―Müsəlman teatırının 

banisi‖  məqaləsində  (―Həyat‖  qəzeti,  №117,  13  dekabr, 

1905-ci il) geniş məlumat verir. 

 

1874 

―Əlamət‖  adlı  ―Əlifbai cədidə‖yə aid  və hüruf samitə 

müsəvvədənin  latın  və  ərəb  əlifbası  üzrə  quruluşunu  təsvir 

edən cədvəl düzəldir. 

24  fevral  -  Fransanın  Rəşt  konsulu  Müsyö  Nikolaiyə, 

ona göndərdiyi bir kitab haqqında məktub yazır. 

Bestujev-Marlinskinin  ruscaya  tərcümə  etdiyi  ―Puş-

kinin ölümü haqqında şərq poeması‖ Peterburqda «Русская 

старина» məcmuəsində nəşr edilir. 

―Hekayəti-Musyö  Jordan  həkimi  nəbatat  və  dərviş 

Məstəli  şah  cadukini-məşhur‖  və  ―Sərgüzəşti-vəziri-xani-

Lənkəran‖  əsərləri  Aleksandr  Yerifsov  tərəfindən  erməni 

dilinə tərcümə edilir. 

―Hekayəti-xırs quldurbasan‖, ―Sərgüzəşti-mərdi-xəsis‖ 

(Hacı  Qara),  ―Mürafiə  vəkillərinin  hekayəti‖  və  ―Aldanmış 

kəvakib‖ hekayəti farscaya tərcümə edilir. 



 

1875 

Parisdəki  dostu  Mirzə  Yusif  xandan  onun  yenicə 

çapdan  çıxmış  ―Yek  kəlmə‖  əsərini  alır  və  haqqında  rəy 

yazır. 


7  noyabr  -  Bəcənabi  (XXN)  şifrəli  məktubda 

M.F.Axundzadə  Mirzə  Məhəmməd  Cəfər  Qaracadağlının 

fars  dilinə  tərcümə  etdiyi  kitabı  aldığını  məktubu  yazdığı 

şəxsə  bildirərək,  ondan  xahiş  edir  ki,  bu  kitabı  öz  dost 



 

- 127 - 


aşnaları  arasında  yaysın  ki,  tərcüməçinin  zəhməti  hədər 

getməsin. 

Əlifbanı  dəyişmək  haqqında  İstanbulda  çıxan  ―Hə-

qayiq‖ qəzeti mühərririnə məktub yazır. 



 

1876 

May  -  dostu  Manikçiyə  yazdığı  məktubda  deyir: 

―Yaşım  altmış  beşə  çatıb,  başım  ağarıbdır,  amma  qüvvəm 

yerindədir.  Gözüm  işıqlıdır  ümid  edirəm  ki,  on  il  də 

yaşayam‖. 

İyul - Tiflis yaxınlığında Qocur yaylağında yaşayır. O 

burada  Mollayi-Ruminin  məşhur  ―Məsnəvi‖sini  oxuyur  və 

Tiflisdə olan Şeyxülislam Şeyx Əhməd Hüseynzadəyə mək-

tub  yazır. O, bu məktuba üç şeir: ―Hekayəti pota Kərim və 

Səfəri-dəllək‖,  ―Bədihəxani  –  Ərdəbili‖,  ―Məşədi  Buttan 

Səlyani‖,  ―Hekayəti Seyid Ələm Səlyani‖ əlavə edir. 

Adolf  Berjenin xahişi üzrə Varşavadan Tiflisə gəlmiş 

Vanda adlı bir polşalı qızı tərif edən qəsidə yazır. 

Rəşidbəy  Axundovun  fransızcadan  tərcümə  etdiyi 

böyük bir əsəri redaktə edib çapa hazırlayır. 

 

1877 

―Məktəb  və  tədris  məsələləri‖  sərlövhəsi  altında 

Vəkili-naməlumi-millət  imzasilə  Həsənbəy  Zərdabiyə  iki 

kiçik məktub yazır. Bu məktublar ―Əkinçi‖ qəzetinin yanvar 

və fevral (№ 2,3) aylarında çap olunur. 

 

1878 

26  fevral  -  M.F.Axundzadə  Tiflis  şəhərində  ürək 

xəstəliyindən vəfat etmişdir.  

 

 



 

 

- 128 - 


ƏDIBIN XATIRƏSININ ANIM TARIXLƏRI: 

 

 

1911- Anadan olmasının 100 illiyi 



1928- Vəfatının 50 illiyi 

1937- Anadan olmasının 125 iliyi   

1953 – Vəfatının  75 illiyi 

1958 -  Vəfatının 80 illiyi  

1957- Anadan olmasının 145 illiyi  

1962 – Anadan olmasının 150 illiyi  

1978- Vəfatının 100 illiyi  

1982- Anadan olmasının 170 illiyi  

1988 – Vəfatının 175 illiyi  

2012 - Anadan olmasının 200 illiyi 

 


 

- 129 - 


I   HİSSƏ 

 

 

 

1.1. KİTABLAR 

 

1.

 

Təmsilat.  -  Tiflis:  Sərkari-əşrəf  əmcəd  Canişini- 

Qafqazın  basmaxanası, 1859 (1276 hicri). - 285 s



/ərəb əlifbası ilə

Kitabın içindəkilər: Fehristi-kitab; Hekayəti-Molla 

İbrahim  Xəlil  kimyagər;  Hekayəti-Müsyö  Jordan 

həkimi-  nəbatat  və  dərviş  Məstəli  şah  caduküni-

məşhur;  Hekayəti-xırs  quldurbasan;  Hekayəti-və-

ziri-xani-Sərab;Hekayəti-mərdi-xəsis (Hacı Qara); 

Hekayəti-vükəlayi  mürafiə;  Aldanmış  kəvakib 

(povest). 

2.

 

Əsərləri: 3 cilddə: C  I. Şeirlər və komediyalar 

/Tərt.: H.Araslı; Red.: M.Arif /SSRİ EA Azər-

baycan filialı, Nizami adına Ədəbiyyat və Dil İns-

titutu.- Bakı: Azərnəşr, 1938.- 477s. 



Kitabın  içindəkilər:  F.Qasımzadə.  Mirzə  Fətəli 

Axundovun  poeziya  və  dramaturgiyası.  Mirzə  Fə-

təli Axundov haqqında bioqrafik məlumat.  Şeirlər 

-  Təcnis.  Təcnisi-digər;  Molla  Əli;  Müxəmməs; 

Hekayəti-Seyid Ələm Səlyani;Cəfərqulu xana mən-

zum məktublar (üç məktub);Zakirə məktub; Çeşmə 

kitabəsi;  Səidə  xitab;  Mədhiyyə;  Fuad  paşanın 

mədhinə;  Puşkinin  ölümü  haqqında  poema  (Azər-

baycan,  fars  və  rus  dillərində);  Onların  təqlidi 

elmi  bərbad  etdi  (Azərbaycan,  fars  dillərində); 

 

- 130 - 


Yenə  ünsü  cin  və  adamlar  arasında  bu  nə  qarı-

şıqlıqdır (Azərbaycan, fars dillərində); Mən ad və 

şöhrət  axtararaq  (Azərbaycan,  fars  dillərində);-

Yeni  əlifba  haqqında  mənzumə  (Azərbaycan,  fars 

dillərində);  Həcvi-Əbdürrəsul  xan  (Azərbaycan, 

fars  dillərində);  Vanda;  Mədhnamə;Qəsidə  (Azər-

baycan,  fars  dillərində).  Komeiyalar:  Hekayəti-

Molla  İbrahim  Xəlil  kimyagər;  Hekayəti-Müsyö 

jordan  həkimi-nəbatat  və  dərviş  Məstəli  şah 

caduküni-məşhur;Sərgüzəşti-vəziri-xani-Lənkəran; 

Hekayəti-xırs-quldurbasan;

 

Sərgüzəşti-Mərdi-Xə-

sis  (Hacı  Qara);  Mürafiə  vəkillərinin  hekayəti. 

Kommentariyalar, lüğət və adlar cədvəli. 

 

Yüklə 3,95 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin