Bədii nəsri. M.F.Axundzadə dram əsərlərindən sonra
1857-ci ildə «Hekayəti-Yusif şah» – «Aldanmış kəvakib»
povestini yazmış, bu əsərlə Azərbaycan ədəbiyyatı tarixində
- 46 -
yeni tipli bədii nəsrin, müasir povest janrının əsasını
qoymuşdur.
Əsərin məzmunu Iran tarixçisi İsgəndər bəy Münşi-
nin I Şah Abbasın hakimiyyətindən bəhs edən «Tarixi-alə-
marayi-Abbasi» («Dünyanı bəzəyən Abbasinin tarixi») ki-
tabından götürülmüşdür. Həmin kitabda deyilir: «Münəc-
cim mövlana Cəmaləddin Yəzdi bir gün şaha xəbər verdi
ki, Mərrix ilə Əqrəb göydə bir-birinə yaxınlaşacaq və bun-
dan İrana və onun şahına böyük bir bədbəxtlik üz verə-
cəkdir. Gözlənilən bəladan salamat çıxmaq üçün hakimiy-
yətdən üç günlüyə əl çəkmək və cəzaya layiq olan bir
adamı səltənət başında oturtmaq lazımdır. Bu xüsusda çöp
atdılar, çöp Yusif Sərraca düşdü. odur ki, zati-aliləri (yəni I
Şah Abbas) özünü təxti-səltənətdən kənar etdi və öz yerinə
həmin adamın şah keçdiyini bildirdi. Onun başına tac qoy-
dular və şaha layiq paltar geydirdilər, dəvəyə mindirib
əmirlərin və ordunun müşayiəti ilə onu şahlıq məhəllinə
gətirdilər. Şah işə yaxın xidmətçiləri ilə xəlvət bir guşəyə
çəkildi. Üç gün keçdikdən sonra Yusifin evində axtarış
aparıb şərab tapdılar və onu bir dinsiz kimi edam edib cə-
zalandırdılar. Şah əvvəlki qərar üzrə yenə şahlıq başına
keçdi».
Yazıçı povestin mərkəzinə bu tarixi əhvalatı gətirsə
də, onu tamam yeni ruhda işləmiş, öz maarifçilik ideal-
larına, bədii dünyagörüşünə uyğun müasir bir əsər yarat-
mışdır. Povestin ideyası Şərq istibdad üsul-idarəsinin icti-
mai eybəcərliklərini açıb göstərmək, keçmiş vəzirlərin və
dövlət başçılarının ağılsızlığını ifşa etməklə gələcək nəsil-
lərə ibrət verməkdir.
Povestdə əsas tənqid hədəfi Şah Abbasdır. O, nadan,
qabiliyyətsiz bir padşahdır; ölkənin müqəddəratı, əhalinin
qayğıları ilə maraqlanmayıb, günlərini eyş-işrətlə keçirir.
Şahın bacarıqsızlığı və təqsiri üzündən İran dövləti ağır bir
vəziyyətə düşmüşdür: ticarət pozulmuş, körpülər, karvansa-
- 47 -
ralar uçulub dağılmış, şəhərlər, kəndlər viran olmuşdur. Öl-
kənin hər yerində nadan, ədalətsiz, rüşvətxor dövlət mə-
murları əhaliyə zülm edir, onu soyub talayırlar.
Şah Abbas rəhmsiz, qəddar bir dövlət başçısıdır. O,
hakimiyyəti əlində saxlamaq üçün hər cür zülmə və əda-
lətsizliyə yol verir: insanları dar ağacına çəkir, onları şaq-
qalatdırıb qala qapısından asdırır. Qəddar şah, hətta öz
övladlarını belə cəzalandırmaqdan çəkinmir; oğlanlarından
birini öldürür, ikisinin gözünü çıxartdırır.
Şah Abbas, eyni zamanda, nadan bir hökmdardır. O,
öz ətrafına yaltaq, ikiüzlü adamları toplamış, ölkənin idarə
işlərini bacarıqsız şəxslərə tapşırmışdır. İkiüzlü saray xa-
dimləri – vəzirlər, mollabaşılar, münəccimlər əhalinin və-
ziyyətini yaxşılaşdırmaqdan ötrü çalışmaq əvəzinə, öz rüt-
bələrini əllərində saxlamaq üçün şaha yaltaqlanır, onun
qəddar hərəkətlərinə bəraət qazandırırlar. Bunun nəticəsin-
də ölkə əhalisinin maddi yaşayış tərzi getdikcə pisləşir,
insanlar dilənçi vəziyyətinə düşürlər. Şahlıq xəzinəsi bom-
boş qalır.
Yazıçı Şah Abbasın nadanlığını və eybəcərliyini də-
rindən açmaq üçün onun saray xadimlərini təqdim edir. Bu
xadimlərdən biri vəzir Mirzə Möhsündür. Ölkənin maliyyə
işlərinə rəhbərlik edən Mirzə Möhsün xalqdan uzaq, rüş-
vətxor bir vəzifə sahibidir. O, saray xidmətçilərindən, hö-
kumət məmurlarından və ayrı-ayrı imtiyazlı təbəqələrdən
müxtəlif bəhanələrlə peşkəş alır və dövlət vəzifələrini varlı
adamlara satır. Bunun nəticəsində ölkədə rüşvətxorluq və
soygunçuluq artır.
Povestdə başqa saray xadimləri də ağılsız,
bacarıqsız
və gülünc adamlar kimi təsvir olunur. Mirzə Yəhya vəzirin
yaxın qohumu olduğu üçün sarayda müstövfi – xəzinədar
vəzifəsinə qoyulmuş, yüksək rütbə sahibi olmuşdur. O, döv-
lət xəzinəsini məmurların və ordunun maaşı hesabına dol-
durmaq istəyir. Bundan ötrü ikiüzlü bir siyasət yeridir: bir
- 48 -
tərəfdən kiçik məmurlara və qoşuna maaş verilməsini əmr
edir, ikinci tərəfdən vilayət hakimlərinə gizli məktub gön-
dərib tapşırır ki, onun icazəsi olmadan heç kəsə məvacib ve-
rilməsin.
Sərdar Zaman xan ordu başçısı olduğu halda, müdafiə
işləri haqqında təsəvvürü yoxdur. Osmanlı tayfası İrana hü-
cum edərkən Sərdar Zaman xan onların yolunu kəsmək, hü-
cumunu dayandırmaq üçün sərhəddən Azərbaycana qədər
yolları, körpüləri dağıtdırır. Düşmənin əlinə heç nə keçmə-
sin deyə, kəndlilərin əkinlərini və mal-qaranı tələf etdirir.
Sərkərdə bununla fəxr edir ki, yollar, körpülər xaraba qal-
dığından osmanlılar özləri ilə topxana gətirə bilməyib, Təb-
rizə yalnız atlı və piyadalarla daxil oldular. Əkin sahəsi da-
ğıldığı, mal-qara tələf edildiyi üçün onların əlinə heç nə keç-
mədi, buna görə də çarəsiz qalıb üç gündən sonra ac və zəif
halda Təbrizdən çıxıb getdilər. Zaman xanın sərdarlıq işini,
müdafiə tədbirlərini ürəkdən bəyənib təqdir edən İran ha-
kimləri belə qərara gəlirlər ki, ölkəni gələcəkdə müxtəlif xa-
rici basqınlardan qorumaq üçün orada abadlıq işləri apar-
maq, dağıdılmış yolları, körpüləri bərpa etmək lazım deyil.
Yollar, körpülər, keçidlər bərbad vəziyyətdə saxlanılmalıdır
ki, düşmənlər hücum etdikdə qarət üçün əllərinə heç nə keç-
məsin. Saray xadimlərindən biri də mollabaşı Axund Sə-
məddir. O, Allah və peyğəmbər adından istifadə edib min
cür fitnələr törədən, despotun zülmünə bəraət qazandıran ri-
yakar ruhanilərin tipik surətidir. İranın hakimləri içərisində
böyük nüfuzu olan Axund Səməd dövlət məsələlərinin mü-
zakirəsində fəal iştirak edir. Lakin o, həmişə öz mənafeyini
güdür. Axund Səməd şahın etimadını qazanmaq, sarayda öz
nüfuzunu daha da möhkəmləndirmək üçün islam dininin
müqəddəs qanunlarını təhrif etməkdən belə çəkinmir. O,
şaha yaltaqlanaraq Səfəvilər sülaləsinin müqəddəs peyğəm-
bər nəslindən olduğunu uydurur.
- 49 -
Mollabaşı paxıl, kinli və intiqamçı adamdır. Saraydakı
mövqeyindən istifadə edərək, xoşlamadığı adamları aradan
götürür, onların bədbəxtliyinə və ölümünə bais olur. Onun bu
xüsusiyyəti münəccimbaşı Mirzə Sədrəddinlə münasibətində
görünür. Keçmişdən bəri münəccimbaşı ilə ədavət aparan
Axund Səməd yaranmış vəziyyətdən istifadə edib ondan
intiqam almaq istəyir: əvvəlcə Mirzə Sədrəddini şahın yanın-
da pisləyərək, hökmdarda ona qarşı qəzəb oyadır. Sonra isə
şahı qızışdırır ki, Mirzə Sədrəddinin özünü çağırsın, ulduz-
ların toqquşmasından əmələ gələcək bəlanı kənarlaşdırmaq
üçün «onun özündən əlac istəsin, əgər üzr gətirsə, boynunu
vurdursun».
Axund Səməd eyni qərəzlə Yusif Sərracın da məhvinə
çalışır: onu şahın yanında lənətləyərək, «nabəkar», yəni
yaramaz, mərdümazar adlandırır. Deyir ki, yer üzündə
ondan günahkar və ölümə layiq bir kimsənə yoxdur.
Beləliklə, yazıçı Axund Səmədin simasında Yaxın Şərq
ölkələrində dövlət işlərinə qarışaraq, hökmdarların fə-
aliyyətinə müəyyən istiqamət verən mürtəce ruhanilərin
qorxunc xarakterlərini səciyyələndirmişdir.
Povestdə təsvir olunan münəccimbaşı Mirzə Sədrəd-
din və onun ustadı Mövlana Cəmaləddin də yazıçının tənqid
hədəfləridir. Onların hər ikisi mənsəbpərəst və qorxaq ada-
mdır. Şahın yanında öz nüfuzlarını artırmaq üçün ona yal-
taqlanır, qulluq göstərməyə çalışırlar. Mövlana Cəmaləddin
hökmdara sədaqətini bildirrnək, etibar qazanmaq üçün onun
yanına dəvət gözləmədən gəlir və şaha bəladan xilas olmaq
yolunu göstərir. Mirzə Sədrəddin isə sarayda öz rütbəsini
saxlamaq üçün ulduzların toqquşacağı və bundan şahın
vücuduna böyük bəla yetişəcəyi xəbərini tələsik şaha çatdı-
rır. Sonralar o, bu xəbəri şaha çatdırmaqdan əsl məqsədini
izah edib deyir: «Mən qorxdum ki, əgər bu xəbəri şaha
birinci yetirməsəm, özgə münəccimlər onu yetirərlər; mən
- 50 -
şahın nəzərində nadan, qanmaz qələminə gedərəm,
mənsəbdən kənar ollam».
Beləliklə, M.F.Axundzadə saray xadimlərini təsvir
etməklə Şah Abbasın dövlət aparatının gülünclüyünü, onun
hakimiyyətinin başında duran adamların nadanlığını əks
etdirir. Yazıçı vəzir Mirzə Möhsün, Sərdar Zaman xan,
mollabaşı Axund Səməd, münəccimbaşı Mirzə Sədrəddin
kimi ali mənsəb sahiblərinin fəaliyyəti barədə konkret söh-
bət açmaqla, əslində, Şah Abbas hakimiyyətinin daxili ma-
hiyyətini canlandırır. Onlar ümumi halda Şah Abbasın sə-
ciyyələnməsinə, nadan hökmdarın despot xarakterinin hər-
tərəfli açılmasına xidmət edirlər.
«Aldanmış kəvakib» povestində feodal hakimlərinin
əksinə olaraq Yusif Sərrac surəti yaradılmışdır. Əsərdəki
başqa surətlərdən fərqli olaraq onun haqqında geniş məlu-
mat verilir. Yazıçı Yusif Sərracın simasında öz maarifçi
ideallarına uyğun olan ağıllı, uzaqgörən və ədalətli şah su-
rəti yaratmışdır.
Yusif Sərrac dindar və mömin bir kəndli ailəsində bö-
yümüşdür. Uşaqlığında atası onu ruhani etmək istəmiş, buna
görə Qəzvin şəhərində məktəbə qoyub oxutdurmuşdur. Yu-
sif Sərrac Qəzvində məktəbi qurtardıqdan sonra İsfahanda
və Kərbəlada təhsil alıb dini elmləri öyrənmiş, lakin ruha-
nilərin əksəriyyətinin kələkbaz olduğunu görüb, «özünü on-
ların zümrəsinə daxil etmək» fikrindən uzaqlaşmışdır. O,
Həmədana gəlib Xəlil adlı bir ustanın yanında sərraclıq (at
yəhəri düzəltmək) sənətini öyrənmiş, bundan sonra işləmək
üçün Qəzvinə qayıtmışdır.
Qəzvində olarkən o, sadə, zəhmətkeş adamların dərin
hörmətini qazanır: Dostları onu sevir, inanır və ondan
məsləhət alırlar. Yusif qorxub-çəkinmədən hər yerdə öz
fikrini açıq söyləyir. O, Şah Abbasın zülmkarlığını, dövlət
məmurlarının özbaşınalığını, ruhanilərin fırıldaqçılığını
zəhmətkeş kütlələrə başa salır. Buna görə hakim təbəqələr,
- 51 -
saray xadimləri Yusif Sərracı qətiyyən xoşlamır, ona nifrət
edirlər. Mollabaşı Axund Səməd onun haqqında deyir: «Bu
Qəzvin şəhərində bir nəfər yaramaz peyda olubdur ki,
bütün yer üzündə ondan günahlı və qətlə layiq bir kimsənə
tapılmaz, adına Yusif Sərrac deyirlər... Lotu-potu
adamlardan özünə mürid cəm edib, həmişə hörmətli
ruhaniləri və şəriət xadimlərini həcv edib alçaltmaq üçün
danışır».
Bu xasiyyətinə görə saray xadimləri Yusif Sərracı
Şah Abbasın əvəzinə taxt–tac sahibi seçirlər ki, ulduzlar-
dan gələcək xəta ona dəysin. Yusif Sərracı təntənəli su-
rətdə gətirib taxta əyləşdirirlər. O, taxta çıxan kimi mühüm
islahat işləri aparır. Əvvəlcə rüşvətxor, yaltaq, satqın və-
zirləri saraydan qovub zindana saldırır. Onların vəzifəsini
xalq içərisindən çıxmış ağıllı, namuslu adamlara tapşırır.
Münəccimbaşı mənsəbini dövlətə və millətə heç bir fay-
dası olmadığı üçün tamam ləğv edir.
Yusif şah vilayət hakimlərinə tapşırır ki, xalqla yaxşı
rəftar etsinlər, öz şəxsi mənafelərindən ötrü heç kəsi cərimə
etməsinlər, nahaq cəza verməsinlər. O, hər vilayətə xüsusi
baxıcılar göndərir ki, onlar xalqın yaşayış səviyyəsini, maddi
vəziyyətini, ehtiyaclarını öyrənib şaha məlumat versinlər.
Xalqı ağır vergilərdən azad etmək və dövlət gəlirini
nizama salmaq üçün Yusif şah yeni vergi qanunları elan
edir. O, kəndlilərlə və şəhər əhalisi ilə bərabər, hakim tə-
bəqələrdən – şahzadələrdən, tacirlərdən, ruhanilərdən də
vergi alınması barədə qərar çıxardır. Vergilərin məbləğini
orta miqdara qədər azaldır: şəhər əhalisi üçün gəlirlərinin
ondan biri, kəndlilər üçün isə iyirmidən biri miqdarında ver-
gi qoyur. Dini vergiləri isə tamam aradan götürür və ölkənin
kasıb adamlarına bərabər paylanmasını tapşırır. Yusif şah
ruhanilərə xəzinədən maaş təyin edir, məhkəmə işlərini
ruhanilərdən alıb doğruçul mənsəb sahiblərinə tapşırır.
- 52 -
Ölkəni abadlaşdırmaq, milləti maarifləndirmək üçün
Yusif şah dağılmış yolları, körpüləri düzəltdirmək, karvan-
saralar tikdirmək, hər vilayətdə məktəblər, xəstəxanalar aç-
dırmaq barədə sərəncam verir, köhnə ərəb əlifbasının tək-
milləşdirilməsi fikrini irəli sürür, susuz yerlərə su çəkdirir,
yetimlərə, şikəst və korlara ianə verdirir. Qəzvin şəhərinin
küçələrini çirkli saxladığı üçün yaramaz kəndxudaları
vəzifədən qovub yerinə namuslu adamlar təyin edir.
Xiyabanların genişləndirilməsi və səliqəyə salınması haqda
göstəriş verir.
Yusif Sərracın iki həftəlik şahlıq dövrü İran üçün «sə-
adət əyyamı» olur. Hər tərəfdə abadlıq işləri başlanır, səliqə-
səhman, ədalət, azadlıq görünür. Lakin həmişə zülm altında
yaşayan əhali «yaxşı günə dözmür». Rəhmli padşahın hi-
mayəsində yaşamaq kütlə üçün çətin, kədərli olur. Əhalinin
bu əhval-ruhiyyəsindən istifadə edən fitnəkarlar xalqı üsya-
na qaldırıb Yusif Sərracı taxtdan salır.
Şərq despotizminin tənqidinə həsr olunmuş «Aldanmış
kəvakib» povesti özünün bədii xüsusiyyətləri, fabula, süjet
və kompozisiyası baxımından yüksək sənət əsəridir. Po-
vestdə tarixi əhvalat müasir həyatla, mifik təfəkkür real ha-
disələrlə əlaqələndirilmiş, orijinal bədii sənət nümunəsi
yaradılmışdır. Əsərdə ideya, məzmun aydın bir təhkiyə yolu
ilə açılır. Orada sənətkarlıqla ümıımiləşdirilmiş insan su-
rətləri yeni xarakterlər və canlı həyat lövhələri vardır. Ob-
razların səciyyəsi, özünəməxsus keyfiyyətləri onların qarşı-
lıqlı münasibətlərində və söhbətlərində açılır.
Povestin fabulasını təşkil edən hadisələr silsiləsi ar-
dıcıl və bir-biri ilə möhkəm əlaqədə təqdim edilir. Əhva-
latların bir qismi Şah Abbas, ikinci qismi Yusif Sərracla
bağlı cərəyan edir. Buna əsasən povestin fabulası iki hissəyə
bölünür: birinci hissə Mirzə Sədrəddinin novruzdan on beş
gün keçmiş ulduzların toqquşacağı və bu toqquşmadan ölkə
padşahına xətər toxunacağı barədə Şah Abbasa xəbər ver-
- 53 -
məsi ilə başlayıb, hakimiyyət başına Yusif Sərracın gətiril-
məsi ilə tamamlanır. İkinci hissə isə mollabaşı Axund Sə-
mədin Yusif Sərrac haqqında məlumatı ilə başlanıb, fitnə-
karların qiyamı nəticəsində onun taxtdan salınması, itkin
düşməsi və köhnə şahın öz yerinə qayıtması ilə sona çatır.
«Aldanmış kəvakib» povestinin dili qəliz və çətindir.
Onun leksik tərkibində ərəb-fars sözləri, ifadə və birləş-
mələri çoxdur. Əsərdə hekayəçinin və personajların əksə-
riyyətinin savadlı olması, saray mühitində yaşayıb fəaliyyət
göstərməsi onların dilini mürəkkəbləşdirmişdir. Bununla
bərabər, orta əsrlərin nəsr dili ilə müqayisədə M.F.Axund-
zadənin əsərinin dilində, xüsusilə qrammatik quruluşunda
müəyyən sadələşmə müşahidə etmək mümkündür; burada
cümlələr nisbətən qısa və yığcamdır.
Povest epik üslubda yazılmışdır. İnsan xarakterlərinin
geniş əhvalatlar, hadisələr fonunda təqdimi onun üslubunun
əlamətdar cəhətidir. Əsərin bəzi yerlərində, xüsusilə Şah
Abbasın saray xadimləri ilə müşavirəsini təsvir edən
səhifələrində güclü dramatizm də nəzərə çarpır. Ancaq bu
dramatizm povestdə epik vüsəti zəiflətmir, əksinə,
təhkiyənin dinamizmini gücləndirir.
Azərbaycan ədəbiyyatı tarixində iri həcmli realist
bədii nəsrin – povest janrının ilk nümunəsi olan «Aldan-
mış kəvakib» özünün ideya-məzmunu və sənətkarlıq key-
fiyyətləri ilə XIX–XX əsrlərdə milli ədəbiyyatın inkişafına
güclü təsir göstərmiş, Z.Marağayi, M.Ə.Talıbov, S.M.Qə-
nizadə kimi yazıçılar bu hekayətdən bəhrələnərək yeni bə-
dii əsərlər yaratmışlar.
Ədəbi-tənqidi görüşləri. M.F.Axundzadə yenə də
təkcə Azərbaycanda deyil, onun cənub qonşusu olan öl-
kələrdə də ilk peşəkar ədəbiyyat nəzəriyyəçisi və tənqid-
çisi kimi tanınmışdır. Elə buradan başlayaq ki, tənqidi
məqalələrini yazarkən M.F.Axundzadə bu sahədə birin-
ciliyin çox ciddi çətinliklərilə qarşılaşmalı olmuşdu. Onun
- 54 -
bəzi məqalələrinin əvvəlindəki fikirləri oxuyanda görürsən
ki, bir çox hallarda tənqidçi mətləbə, necə deyərlər, işin
əlifbasından başlamalı olmuşdur. Elə birinci tənqidi əsəri
olan «Fihristi-kitab»ı götürək. Məlum olduğu kimi, bu
məqalə ədibin 1859-cu ildə Tiflisdə nəşr edilmiş «Təm-
silat» kitabına yazdığı müqəddimədir. Bizim ədəbi fikir
tariximizdə bu da birinci dəfə idi ki, çap kitabında bədii
əsər müəllifi ilə nəzəriyyəçi, tənqidçi müəllif bir nəfərin
şəxsində çıxış edirdi. Öz mühitinin mədəni geriliyini, az
qala barmaqla sayıla biləcək oxucularının və onların din-
ləyicilərinin səviyyəsini yaxşı bilən M.F.Axundzadə
həmin müqəddimədə insan əhval-ruhiyyəsinin ikili xa-
rakteri, dram əsərlərinin növləri, komediya və tragediyanın
xüsusiyyətləri, teatrın mahiyyəti haqqında onlara, həqiqə-
tən də, heç bir zaman eşitmədikləri məlumatı verməli
olmuşdu. Məqalədən nümunə: «Faciə və komediyanın fay-
dası insanların əxlaq və xasiyyətini söyləməkdir, göstər-
məkdir ki, eşidənlər (görənlər) bunların yaxşılarına rəğbət
bəsləyib meyl göstərsin, yamanlarından uzaq olub əzabını
görməsin… Firəngistan ölkəsində sağlam ağıl sahibləri bu
işin faydasını bilib, qədim zamanlardan böyük şəhərlərin
hər birində «teatr» adı ilə yüksək imarətlər tikdiriblər ki,
həmin imarətlərdə gah komediyalar, gah da faciələr oyun
vasitəsilə izhar olunur».
«Mirzə Ağanın pyesləri haqqında kritika» əsərində
M.F.Axundzadə teatra dair məlumatı bir qədər də geniş-
ləndirərək, onun daha əyani və aydın şərhini vermişdi:
«Teatr uca və geniş bir salondan ibarətdir ki, içərisi üç
tərəfdən divarlarla bitişmiş olur, altlı-üstlü lojaların üzü
salonun dördüncü tərəfinə baxır. Ölkənin əhalisi əşrafdan,
tacirlərdən tutmuş kasıblaradək hər sinif adamlar kefi
istəyəndə kişili-qadınlı giriş haqqı vermək şərtilə gecələr
bu salona daxil olub – bəziləri lojalarda, bəziləri isə
parterdə oturub tamaşa edirlər… O vaxt drama sənətinin
- 55 -
ustaları ki, fransızca onlara aktyor deyirlər, hər birisi
xüsusi bir paltarda səhnəyə daxil olub, qabaqcadan təyin
edilmiş bir əhvalatın oxşatmasını göstərirlər, tamaşaçılar
isə onların danışıqlarına qulaq asırlar…»
Bundan sonra Axundzadə Mirzə Ağanın əsərlərinin
təhlili əsasında dram sənətinin vacib şərtlərindən danışır,
onun məqsəd və qayəsini açıb göstərir, «drama sənətinin
məqsədi insanların əxlaqını yaxşılaşdırmaq və qulaq asanları
ibrətləndirməkdir» deyir. Fəaliyyətinin bir çox sahələrində
başqalarına, özünün dediyi kimi, «əndazə və nümunə gös-
tərmək» vəzifəsi M.F.Axundzadənin ilk məqaləsinin katibə,
əsərinin üzünü köçürəcək savadlı adamlara, (eləcə də naqilə,
komediyaları başqaları üçün oxuyacaq, danışacaq insanlara)
müraciətlə yazdığı bölmələrində, bir növ təlitmat səciyyəsi
daşıyan məsləhətlərində də özünü büruzə verir. Dediyimiz
xüsusiyyəti biz Azərbaycan ictimai fikir tarixində ilk resen-
ziya hesab edilən «Tənqid risaləsi»ndə görürük. Rzaqulu
xan Hidayətin «Rövzətüs-səfayi-Nasiriyyə» əsəri barəsində
Tehranda çıxan «Darülxilafə» qəzeti üçün yazdığı bu mü-
fəssəl resenziyasında M.F.Axundzadə vacib bilmişdi ki,
oxucularına «tənqid» və «tənqidçi» anlayışları haqqında
labüd ilkin məlumat versin: «…bu qayda Avropada mə-
lumdur və onun böyük faydaları vardır; məsələn, bir şəxs bir
kitab yazdığı zaman başqa bir şəxs onun əsərinin mətləbləri
xüsusunda kritika yazır, bu şərtlə ki, onun yazısında müəllif
haqqında ədəbsiz və könül incidən bir söz belə olmasın. Hər
nə deyilsə, incəliklə deyilsin».
M.F.Axundzadənin tənqidi məqalələrindən gətirdiyi-
miz nümunələr bu günün bəzi oxucularına bir qədər lüzum-
suz görünə bilər. Lakin məqalənin mahiyyətinə tarixilik
prinsipinin tələbləri əsasında yanaşanda aydın olur ki, böyük
tənqidçinin dramaturgiya (komediya, faciə) teatr, tənqid və
s. haqqında həmvətənlərinə öyrətmək istədiyi mətləblər
onların həyatında, həqiqətən, əsl mədəni inqilaba bərabər
- 56 -
mətləblər idi. Fanatizmin, ətalətin hökm sürdüyü, tək-tük
oxumuşları çıxmaq şərtilə başdan-başa savadsızlar ölkəsi
kimi tanınmış Azərbaycanda (eləcə də qonşu müsəlman öl-
kələrində) Axundzadənin verdiyi bu məlumat çox böyük
idrak əhəmiyyətinə malik idi. Bu gün astronomiya elmin-
dən, nüvə-raket texnikasından, internet rabitəsindən xəbəri
olmayan dinləyicilərə kosmik tədqiqatların perspektivindən
danışmaq faydasız olduğu kimi, XIX əsrin ortalarında
dramaturgiya, teatr, tənqid və digər estetik biliklər haqqında
elementar məlumatı olmayan oxucu da dram əsərini, yaxud
resenziyanı lazımınca qavraya bilməzdi. Bu vəziyyəti bildiyi
üçün M.F.Axundzadə bir «baniyi-kar» (işin əsasını qoyan)
kimi dramaturgiya, teatr, ədəbi tənqid sahəsində yuxarıda
nümunələrini verdiyimiz bilikləri öz həmvətənlərinə aşıla-
maq istəyirdi. M.F.Axundzadənin yeni əlifba sahəsində on
illər boyu sarsılmaz iradə və ardıcıllıqla gördüyü titanik işin
özü də əslində onun daha böyük məqsədə çatmaq, xalqı
fanatizm, ətalət və ictimai zülm boyunduruğundan xilas edib
maarifə, mədəniyyətə, elmə, azadlığa qovuşdurmaq idealı
yolunda ilk və minimum biliklərin məcmusu idi ki, yenə də
«baniyi-kar» həmvətənlərinə, eləcə də qonşu ölkələrin han-
sında yaşadıqlarından asılı olmayaraq, ehtiyacı olan müa-
sirlərinin hamısına öyrətmək istəyirdi. Ədibin «Fehristi-ki-
tab», «Tənqid risaləsi», «Kritika. Yüksək İranın «Millət»
qəzetinin münşisinə», «Mirzə Ağanın pyesləri haqqında
kritika», «Mollayi-Rumi və onun təsnifinin babında»,
«Nəzm və nəsr haqqında» əsərləri, «Təmsilat»ı farscaya
tərcümə edən Tehran sakini Mirzə Məhəmməd Cəfər xana
məktubu Azərbaycan ədəbi tənqidinin ilk qaranquşları ol-
maqla yanaşı, həm də bizim tənqid tariximizdə bu janrın
klassik nümunələri hesab edilirlər. M.F.Axundzadənin ədəbi
tənqid sahəsindəki irsini küll halında nəzərdən keçirdikdə
zəmanəsinin son dərəcədə aktual elmi-nəzəri problemlərini
əhatə edən bütöv bir estetik sistem olduğu aşkar görünür.
- 57 -
Ədəbi əsərin əhəmiyyəti xalqın ictimai həyatında mü-
tərəqqi rolu, tərbiyəvi mənası, həmişə M.F.Axundzadənin
diqqət mərkəzində durmuşdur. O, istər klassik poeziya nü-
munələrini şərh edəndə, istərsə də müasiri olan sənətkarların
əsərlərini təhlil edəndə həyat həqiqətinə sədaqət, sənətdə
novatorluq, forma ilə məzmunun vəhdəti və ahəngdarlığı ki-
mi çox vacib ideya-estetik tələblərdən çıxış edirdi.
Məzmunu nəzərə almayıb məqsədi yalnız gəlişigözəl
sözlər, çoxmərtəbəli ibarələr olan qafiyəpərdazları M.F.Ax-
undzadənin görməyə gözü yox idi. «Rövzətüs-səfayi-Na-
siriyə»də yol verilmiş bu ciddi qüsurla əlaqədar o, «Tənqid
risaləsi»ndə bizim ədəbi fikir tariximizdə ilk dəfə olaraq
maraqlı bir üsuldan (ədəbi priyomdan) istifadə etmiş-
dir.Ədib təhlil etdiyi əsərin mahiyyətinə xələl gətirmədən
müəlliflə özü arasında canlı bir mükalimə qurmuş, həmin
mükalimə vasitəsilə şeirin kəsirlərini, xüsusən onun məz-
munu qafiyəyə qurban vermək kimi nöqsanlarını kəskin
surətdə pisləmişdi. Bununla əlaqədar olaraq tənqidçi diqqəti
erkən orta əsrlərdən bəri dəb halını almış bir məsələyə də
cəlb edir, o cümlədən də tarixi əsərləri, bəzən hətta lüğətləri
nəzmlə yazmağa öz etirazlarını bildirir, bu sahədəki
ənənənin köklərini müəyyən edib yanlışlığını təkidlə sübut
edirdi: «Rzaqulu xan, inan ki, nəsrdə qafiyə kəlamı çiy edir
və zəiflədir. Bu qayda bizə ərəblərdən qalmışdır, səkkiz yüz
ilə yaxındır ki, İranda işlənməkdədir; lakin mütləq səhvdir.
İndi bu qaydanı tərk etməyimizin və bu uşaq oyunundan əl
çəkməyimizin vaxtıdır; çünki qafiyə xatirinə (nəzmdə)
rədiflənən ləfzlər və çoxlu təkrarlar əmələ gəlir, gərəksiz
mənalar meydana çıxır, kəlamın aydınlığı itir, zövq
sahiblərində nifrət oyadır…».
«Rövzətüssəfayi-Nasiriyyə»də görüb tənqid etdiyi bəzi
qüsurların və digər daha ciddi ideya-sənətkarlıq kəsirlərinin
İranda və xarici ölkələrdə oxunan bir qəzet vasitəsilə o
zaman üçün böyük tirajla çap olunub yayılması peşəkar bir
- 58 -
tənqidçi kimi M.F.Axundzadənin böyük narahatlığına səbəb
olmuşdu. Doğrudur, bu məqalənin yazılması «Sürüş» təxəl-
lüslü, «Şəmsüş-şüəra» ləqəbli İran şairinin «Millət» qəzetin-
də dərc edilmiş tərcümeyi-halı, «əsil-nəsəbi», bir qəsidəsi və
bir qəzəli ilə bağlıdır. Lakin, «Kritika» sərlövhəsilə yazıb
həmin qəzetin redaktoruna ünvanladığı bu məqalədə M.F.
-
Axundzadənin ədəbiyyatın tarixinə, müasiri olan poeziyaya,
mətbuata münasibəti, bədii yaradıcılığın təbiəti, bey-
nəlmiləlçilik mahiyyəti, sənətkarlığın sirləri və s. məsələlərə
dair baxışları özünün yığcam surətdə əsaslandırılmış inika-
sını tapmışdır.
Sənətdə xəlqilik prinsiplərinin ardıcıl müdafiəçisi olan
M.F.Axundzadəni Sürüşün və onun kimi digər məddahların
yaradıcılığında ən çox narazı salan o idi ki, belələrinin cız-
maqaraları xalqın həyatını, onun acı güzəranını, avamlıq və
geriliyini təsvir etməkdən, məzlumlara nicat yolu göstər-
məkdən uzaq idi. Xüsusən Sürüş ona görə tənqidçinin sinə-
sindən qopan qəzəb oduna hədəf olmuşdu ki, onun qəsidəsi
xalqın fəryad edən ehtiyaclarının yox, zamanın ən zülmkar
şahlarından birinin qüvvət və qüdrətinin, olmayan ədalətinin
təsvirinə, daha doğrusu, hakimi-mütləqin (despotun) heç bir
ölçüyə gəlməyən əsassız tərifinə həsr edilmişdi. Axı, despot
şahlarla məzlum kütlənin münasibətləri barədə M.F.Axund-
zadənin qəti surətdə müəyyənləşmiş aydın inqilabçı-demo-
krat qənaəti vardı. O deyirdi: «…zülmü aradan qaldırmaq
üçün əsla zalıma müraciət etmək lazım deyildir və bəlkə, ək-
sinə, məzluma demək lazımdır ki, ey nadan, sən ki qüdrət,
say və bacarıq cəhətdən zalımdan qat-qat artıqsan, bəs nə
üçün zülmə qatlaşırsan? Qəflət yuxusundan oyan və zalımın
atasının goruna od vur!».
İkrah doğuracaq dərəcədə yaltaqlıq nümunəsi göstərən
Sürüş (Mirzə Məmmədəli xan İsfəhani) «atasının goruna od
vurulmalı» olan Nasirəddin şah Qacarı şit-şit təriflərə qərq
elədiyi üçün şah ona «Şəmsüş-şüəra» ləqəbini əta etmiş,
- 59 -
başabəla şair də təriflərində daha heç bir əndazə gözləmədən
qəsidə-mədhnamələr yazmışdı ki, onlardan «Millət» qəze-
tində dərc olunan bir nümunə M.F.Axundzadənin amansız
tənqidinə məruz qalmışdı.
Qəzəl və qəsidəsindən aldığı ümumi təəssürat və
gətirdiyi konkret faktlar əsasında tənqidçi, Sürüşün, ümu-
miyyətlə, şeir yazmaq qabiliyyətindən məhrum, ən aşağı də-
rəcəli bir şair olduğunu sübuta yetirir, onun ancaq hökmdar-
dan mümkün olduqca çoxlu ənam qoparmaq məqsədi güd-
düyünü göstərirdi. Bununla belə, məqalə ancaq Sürüşün
əsərlərinin təhlilindən ibarət olmayıb, bədii yaradıcılığın,
poetik sözün bir sıra vacib məsələləri barəsində M.F.Axund-
zadənin məqalədən-məqaləyə inkişaf edib daha da büllur-
laşan qənaətlərini əks etdirməkdədir. Bu qənaətlərin birin-
cisi məzmunla formanın münasibəti məsələsilə əlaqədardır.
«İki şey şeirin əsas şərtlərindəndir: məzmun gözəlliyi
və ifadə gözəlliyi» - deyən Axundzadənin nəzərində
məzmunca gözəl olub ifadə gözəlliyinə malik olmayan əsər
«məqbul nəzmdir, amma şeiriyyətində nöqsan var…» İfadə
formaları (vəzni, qafiyəsi, təşbehləri) mükəmməl olub
məzmun gözəlliyindən məhrum olan əsərləri isə tənqidçi
zəif, «kəsalət artıran nəzm» hesab edir; hərçənd ifadə
gözəlliyinin özünü də müəllifin hünəri kimi qiymətləndirir.
Məqalədə birinci tezisə Mollayi-Ruminin məşhur
məsnəvisi, ikinci tezisə isə İran şairi Qaaninin şeirləri nümu-
nə gətirilir. Lakin M.F.Axundzadə üçün ideal poeziya
nümunəsi o əsərdir ki, həm məzmunca gözəl olsun, həm də
ifadə gözəlliyinə malik olsun. O, Firdovsinin «Şahnamə»si-
ni, Nizaminin «Xəmsə»sini, Hafizin divanını nəşə artırmaq
və həyəcanlandırmaq iqtidarına malik bu cür mükəmməl
poeziya nümunələri kimi təqdir edən M.F.Axundzadə «bə-
şər növünün fövqündə duran xəyal və ilham sahibləri» kimi
həmin müəllifləri çox yüksək qiymətləndirir. Qüdrətli şair-
ləri peyğəmbərlərdən sonra ən yüksək məxluq hesab edən
- 60 -
ulu babası Nizamini (eləcə də Firdovsini və Hafizi) Axund-
zadə peyğəmbərlərə bərabər tutur.
Zəmanəsinin ədəbi hadisələrini məhz bu cür ölməz
sənət zirvələri əsasında qiymətləndirən M.F.Axundzadə təzə
fikir və qayələrdən, təsvir və ifadə vasitələrindən məhrum
olub, başqalarını təkrar edən, milli və dini təəssübkeşlik
mövqelərindən yazıılmış əsərlərə qarşı publisist-tənqidçi
sözünün bütün kəsəri ilə çıxış edirdi. Sürüşün qəsidəsindəki
bir beyt bu cəhətdən M.F.Axundzadəni xüsusilə qəzəblən-
dirmişdi. Beytin məzmunu belədir: «Ona (peyğəmbərə) tabe
olanlar və əyalının ardınca gedənlər həqiqətən adamdırlar,
başqaları (isə) həşərat».
Zəmanəsinin böyük humanisti, bütün millətlərdən və
dinlərdən olan insanların dostluğu əqidəsinə xidmət edən
Axundzadə bu beytin üstündə Sürüşü, xalq arasında de-
yildiyi kimi, «ağ yuyub qara sərmişdi»: «Vay Sürüş, vay
Sürüş, vay evi yıxılmış Sürüş! Bu nə rüsvayçılıqdır ki, sən
bizim başımıza gətirmisən? Axı, bu ağzıyavalığın sənə nə
faydası var ki, öz həmməzhəblərini xarici ölkələrdə bəla və
qaxıınc oxuna hədəf edirsən?.. Siz bizim başımıza nə bəla
oldunuz?! …Dünyanın bütün xalqlarını murdar və həşərat
hesab edib… bizdə onlara qarşı kin oyadırsınız. Elə bil, bü-
tün dünya tikanlıqdır, təkcə siz bir dəstə qızıl gülsünüz ki,
tikanlığın ortasında bitmişsiniz! Sizin əlinizdən dünyanın
hansı tərəfinə baş götürüb qaçaq?! Sizin bu cür əqidənizin
nəticəsi o olacaqdıır ki, get-gedə dünyanın bütün millətləri
bizimlə ədavət edib zəlil və məhv olmağımızı istəyəcəklər».
Mirzə Ağanın pyeslərinin təhlilinə həsr etdiyi əsərinin
sonunda M.F.Axundzadə «Gülüstan» və «Zinətül-məcalis»
kimi Şərqdə çox yayılmış əsərlərin vaxtının keçdiyini,
onların artıq xalqın işinə yaramadığını etiraf etmiş və göstər-
mişdir ki, «Bu gün millət üçün faydalı və oxucuların zövqü
üçün rəğbətli olan əsər drama və romandır». M.F.Axund-
zadənin bu mülahizəsində diqqəti cəlb edən iki məsələni ay-
- 61 -
rıca qeyd etmək lazımdıır. Birincisi budur ki, tənqidçi ya-
şadığı dövrdə Avropada çox geniş intişar tapmış dram və
romana diqqəti xüsusi cəlb edir və istedadlı qələm sahib-
lərini məhz bu sahədə fəaliyyət göstərməyə çağırırdı. Xalq
həyatının geniş lövhələrini canlı insan taleləri, mükəmməl
xarakterlər vasitəsilə əks etdirmək, ictimai tərəqqiyə kömək
etmək, oxuyanların, görənlərin və dinləyənlərin xasiyyətinə,
fikir və duyğular aləminə saflaşdırıcı təsir göstərmək baxı-
mından drama və roman çox böyük imkanlara malik oldu-
ğundan, eləcə də şərq ədəbiyyatları üçün tamamilə yeni
olduğundan Axundzadə xüsusi bir ehtirasla təbliğ edirdi.
İkinci məsələ isə yenə Sürüşün tənqidilə bağlıdır. Neçə yüz
ildən bəri təkcə İranda deyil, Türkiyədə, Azərbaycanda, Da-
ğıstanda və s. yerlərdə məktəblərdə dərslik əvəzinə işlədilən
Sədi «Gülüstan»ını, ondakı qiymətli nəsihətamiz şeirləri də
Axundzadə millətin müasir inkişaf ehtiyaclarını ödəmək ba-
xımından vaxtı keçmiş hesab edirdisə, Sürüş kimi istedad-
sız, formalist və məddah bir nazimin yazdıqları onun nə-
zərində, əlbəttə, yalnız cəfəngiyat ola bilərdi.
M.P.Vaqiflə Q.Zakirin şeirlər məcmuəsinə müqəddimə
kimi yazılan məqaləsində M.F.Axundzadə şeirdə sənətkar-
lııq, poetik təsir probleminin şərhini vermişdir. Onun fikricə,
hər nəzmə şeir demək olmaz. Bir sıra mətləbləri yadda sax-
lamaq asan, söyləmək gözəl olsun deyə nəzmlə yazırlar.
«Əlbəttə, belə nəzmlərə şeir, naziminə şair demək xətadır».
Onların əksər nəzmlərində doğru bir məzmun da tapılmaz. Bu
cür nəzmi tərtib etmək o dərəcədə asandır ki, təhsil görmüş-
lərdən hər biri azacıq məşq etməklə onun öhdəsindən gələ
bilər. Amma «belə kimsənələrə şair demək qələtdir».
Oxucusunda və dinləyicissində «şövq və vəcd» əmələ
gətirib, onu mütəəssir etmək iqtidarına malik olan şeir
nümunələrini M.F.Axundzadə Qarabağa səyahəti zamanı
Molla Pənah Vaqifin və Qasım bəy Zakirin yaradıcılığında
görmüşdü. Xüsusən Zakirin əsərlərilə əlaqədar dediyi müla-
- 62 -
hizələrə diqqət yetirilsə, görmək çətin deyil ki, M.F.Axund-
zadənin yüksək dərəcədə bəyəndiyi, onun «heyrətinə bais
olan» əsərlər, əslində XIX əsr Azərbaycan realist poeziya-
sının gözəl nümunələridir: «Qasımbəy qafiyatında öz məh-
bubəsilə bir növ ilə müxatibə və mükalimə edir ki, adam
valeh olur». Bu tərif Q.Zakirin məhəbbət lirikasına aiddir.
Lakin tənqidçinin digər bir qənaəti bilavasitə Zakirin satirik
əsərlərinə, mənzum hekayə və təmsillərinə aiddir. Axund-
zadəyə görə Zakir hadisə və əhvalatları müasiri olan qocala-
rın, cavanların davranışını elə təsvir edir ki, insan heyran qa-
lır. Yalnız bu cür heyranlıq duyğusunun ifadəsidir ki,
M.F.Axundzadə öz böyük müasiri və sonralar yaxıından
dostluq etdiyi Q.Zakirin poeziyası haqqında demişdir: «Bu-
nun xəyalatı binəzirdir. Oxuyanda müstəme inana bilir ki,
şeir vaqeən ləzzətə bais olurmuş».
Beləliklə də bütün şüurlu ömrü boyu əleyhinə mübari-
zə apardığı mədhiyyəçi, mistik, mürtəce nəzmə qarşı
M.F.Axundzadə məhz konkret təsir gücünə, bədii təsir im-
kanlarına malik olan mütərəqqi, realist poeziyanı qoyurdu.
Azərbaycan ədəbiyyatı və ictimai-fəlsəfi fikri tari-
xində dramaturgiyanın, realist bədii nəsrin, ədəbi tənqidin
və
elmi-fəlsəfi
publisistikanın
banisi
kimi
tanınan
M.F.Axundzadə
Azərbaycanda (bəlkə bütün Yaxın Şərq-
də) yubileyi geniş miqyasda, bayram kimi, böyük təntənə
ilə keçirilən birinci ədəbi şəxsiyyətdir. Azərbaycan mədəni
ictimaiyyətinin adına böyük iftixar və təntənə ilə yubiley
keçirdiyi birinci ədib M.F.Axundzadədir; bu ədəbi-mədəni
hadisə 1911-ci ilin oktyabrında Bakıda və Tiflisdə keçiril-
miş, sonralar yazıçının doğum, bəzən də ölüm gününün
yuvarlaq tarixlərinin təntənəli qeyd olunması ədəbi-ictimai
ənənəyə çevrilmiş, müxtəlif illərdə yazıçının anadan
olmasının 150 (1962), 170 (1982), 175 (1987), 180 (1992),
190 (2002) illiyi böyük təntənə ilə keçirilmiş, vəfatının isə 50
(1928), 80 (1958), 100 (1978) illiyi anılmışdır.
- 63 -
Yazıçının anadan olmasının 200 illiyi münasibətilə
hazırlanmış ―M.F.Axundzadə – 200‖ kitabına ədibin ömür
yolunun, ədəbi və ictimai fəaliyyətinin əsas tarixləri gös-
tərilmiş, çap olunan kitablarının, habelə haqqında yazılan
əsərlərin çap ili, yeri, həcmi haqqında konkret məlumat
verilmişdir. Səhifələrində indiyəqədərki axundzadəşünas-
lığın nailiyyətlərini əks etdirən bu kitab onun perspektiv-
lərinin də müəyyənləşdirilməsinə yardımçı olacaqdır.
Bəkir Nəbiyev,
Zaman Əsgərli
- 64 -
Мирза Фатали Ахундзаде - один из самых
выдающихся деятелей азербайджанской литературы
XIX века, его творчество ознаменовало
новый этап в
истории литературно-философской и художественно-
эстетической мысли Азербайджана. Он является родо-
начальником национальной драматургии , реалисти-
ческой художественной прозы, великим новатором и
идеологом просветительского движения всего
Ближнего и Среднего Востока .
Несмотря на то, что как писатель-мыслитель и
художник, М.Ф. Ахундзаде сформировался на богатых
древних традициях, исследуя значение многогранной
титанической деятельности писателя, приходится
часто употреблять такие слова, как «впервые»,
«первый».
Иными словами, на плечи обладателя этого
пламенного сердца и редкостного творческого
мышления, безвозмездно посвятившего всю свою
сознательную жизнь развитию народа, были возложены
тяжкие и непосильные для большинства его
современников задачи. С большой гордостью можно
констатировать, что М. Ф. Ахундзаде был первым
представителем материалистической философии
не
только Азербайджана, но и всего Ближнего Восто-
ка. Именно ему выпала честь стать первым и
крупнейшим драматургом данного региона. И именно
М.Ф.Ахундзаде прославился во всех странах Ближнего
Востока как первый и самый последовательный
реформатор арабского алфавита.
Dostları ilə paylaş: |