AZƏrbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 3,95 Mb.
Pdf görüntüsü
səhifə4/49
tarix31.01.2017
ölçüsü3,95 Mb.
#7081
1   2   3   4   5   6   7   8   9   ...   49

Bədii  nəsri.  M.F.Axundzadə  dram  əsərlərindən  sonra 

1857-ci  ildə      «Hekayəti-Yusif şah»  –  «Aldanmış kəvakib» 

povestini yazmış, bu əsərlə Azərbaycan ədəbiyyatı tarixində  


 

- 46 - 


yeni  tipli  bədii  nəsrin,  müasir  povest  janrının      əsasını   

qoymuşdur. 

Əsərin  məzmunu  Iran  tarixçisi  İsgəndər  bəy  Münşi-

nin I Şah Abbasın hakimiyyətindən bəhs edən «Tarixi-alə-

marayi-Abbasi»  («Dünyanı  bəzəyən  Abbasinin  tarixi»)  ki-

tabından  götürülmüşdür.  Həmin  kitabda  deyilir:  «Münəc-

cim  mövlana  Cəmaləddin  Yəzdi  bir  gün  şaha  xəbər  verdi 

ki, Mərrix ilə Əqrəb göydə bir-birinə yaxınlaşacaq və bun-

dan  İrana  və  onun  şahına  böyük  bir  bədbəxtlik  üz  verə-

cəkdir.  Gözlənilən  bəladan  salamat  çıxmaq  üçün  hakimiy-

yətdən  üç  günlüyə  əl  çəkmək  və  cəzaya  layiq  olan  bir 

adamı səltənət başında oturtmaq lazımdır. Bu xüsusda çöp 

atdılar, çöp Yusif Sərraca düşdü. odur ki, zati-aliləri (yəni I 

Şah Abbas) özünü təxti-səltənətdən kənar etdi və öz yerinə 

həmin adamın şah keçdiyini bildirdi. Onun başına tac qoy-

dular  və  şaha  layiq  paltar  geydirdilər,  dəvəyə  mindirib 

əmirlərin  və  ordunun  müşayiəti  ilə  onu  şahlıq  məhəllinə 

gətirdilər.  Şah  işə  yaxın  xidmətçiləri  ilə  xəlvət  bir  guşəyə 

çəkildi.  Üç  gün  keçdikdən  sonra  Yusifin  evində  axtarış 

aparıb şərab tapdılar və  onu bir dinsiz kimi  edam  edib  cə-

zalandırdılar.  Şah  əvvəlki  qərar  üzrə  yenə  şahlıq  başına   

keçdi». 


Yazıçı  povestin  mərkəzinə  bu  tarixi  əhvalatı  gətirsə 

də,  onu  tamam  yeni  ruhda  işləmiş,  öz  maarifçilik  ideal-

larına,  bədii  dünyagörüşünə  uyğun  müasir  bir  əsər  yarat-

mışdır.  Povestin  ideyası  Şərq  istibdad  üsul-idarəsinin  icti-

mai  eybəcərliklərini  açıb  göstərmək,  keçmiş  vəzirlərin  və 

dövlət  başçılarının  ağılsızlığını  ifşa  etməklə  gələcək  nəsil-

lərə ibrət verməkdir. 

Povestdə əsas tənqid hədəfi Şah Abbasdır. O, nadan, 

qabiliyyətsiz  bir  padşahdır;  ölkənin  müqəddəratı,  əhalinin 

qayğıları  ilə  maraqlanmayıb,  günlərini  eyş-işrətlə  keçirir. 

Şahın bacarıqsızlığı və təqsiri üzündən İran dövləti ağır bir 

vəziyyətə düşmüşdür: ticarət pozulmuş, körpülər, karvansa-



 

- 47 - 


ralar uçulub dağılmış, şəhərlər, kəndlər viran olmuşdur. Öl-

kənin  hər  yerində  nadan,  ədalətsiz,  rüşvətxor  dövlət  mə-

murları əhaliyə zülm edir,   onu   soyub   talayırlar. 

Şah  Abbas  rəhmsiz,  qəddar  bir  dövlət  başçısıdır.  O, 

hakimiyyəti  əlində  saxlamaq  üçün  hər  cür  zülmə  və  əda-

lətsizliyə  yol  verir:  insanları  dar  ağacına  çəkir,  onları  şaq-

qalatdırıb  qala  qapısından  asdırır.  Qəddar  şah,  hətta  öz 

övladlarını belə cəzalandırmaqdan çəkinmir; oğlanlarından 

birini öldürür, ikisinin  gözünü   çıxartdırır. 

Şah Abbas, eyni zamanda, nadan bir hökmdardır. O, 

öz ətrafına yaltaq, ikiüzlü adamları toplamış, ölkənin idarə 

işlərini  bacarıqsız  şəxslərə  tapşırmışdır.  İkiüzlü  saray  xa-

dimləri  –  vəzirlər,  mollabaşılar,  münəccimlər  əhalinin  və-

ziyyətini  yaxşılaşdırmaqdan ötrü çalışmaq əvəzinə, öz rüt-

bələrini  əllərində  saxlamaq  üçün  şaha  yaltaqlanır,  onun 

qəddar hərəkətlərinə bəraət qazandırırlar. Bunun nəticəsin-

də  ölkə  əhalisinin  maddi  yaşayış  tərzi  getdikcə  pisləşir, 

insanlar dilənçi vəziyyətinə düşürlər. Şahlıq xəzinəsi  bom-

boş qalır. 

Yazıçı Şah Abbasın nadanlığını və eybəcərliyini də-

rindən açmaq üçün onun saray xadimlərini təqdim edir. Bu 

xadimlərdən biri vəzir Mirzə Möhsündür. Ölkənin maliyyə 

işlərinə  rəhbərlik  edən  Mirzə  Möhsün  xalqdan  uzaq,  rüş-

vətxor  bir  vəzifə  sahibidir.  O,  saray  xidmətçilərindən,  hö-

kumət  məmurlarından  və  ayrı-ayrı  imtiyazlı  təbəqələrdən 

müxtəlif bəhanələrlə peşkəş alır və dövlət vəzifələrini varlı 

adamlara  satır.  Bunun  nəticəsində  ölkədə  rüşvətxorluq  və 

soygunçuluq artır. 

Povestdə  başqa  saray  xadimləri  də  ağılsız,

 

bacarıqsız 



və gülünc adamlar kimi  təsvir olunur. Mirzə  Yəhya vəzirin 

yaxın  qohumu  olduğu  üçün  sarayda  müstövfi  –  xəzinədar 

vəzifəsinə qoyulmuş, yüksək rütbə sahibi olmuşdur. O, döv-

lət  xəzinəsini  məmurların  və  ordunun  maaşı  hesabına  dol-

durmaq  istəyir.  Bundan  ötrü  ikiüzlü  bir  siyasət  yeridir:  bir 


 

- 48 - 


tərəfdən  kiçik  məmurlara  və  qoşuna  maaş  verilməsini  əmr 

edir,  ikinci  tərəfdən  vilayət  hakimlərinə  gizli  məktub  gön-

dərib tapşırır ki, onun icazəsi olmadan heç kəsə məvacib ve-

rilməsin. 

Sərdar Zaman xan ordu başçısı olduğu halda, müdafiə 

işləri haqqında təsəvvürü yoxdur. Osmanlı tayfası İrana hü-

cum edərkən Sərdar Zaman xan onların yolunu kəsmək, hü-

cumunu  dayandırmaq  üçün  sərhəddən  Azərbaycana  qədər 

yolları,  körpüləri  dağıtdırır.  Düşmənin  əlinə  heç  nə  keçmə-

sin  deyə,  kəndlilərin  əkinlərini  və  mal-qaranı  tələf  etdirir. 

Sərkərdə  bununla  fəxr  edir  ki,  yollar,  körpülər  xaraba  qal-

dığından osmanlılar özləri ilə topxana gətirə bilməyib, Təb-

rizə  yalnız  atlı  və  piyadalarla  daxil  oldular. Əkin  sahəsi da-

ğıldığı, mal-qara tələf edildiyi üçün onların əlinə heç nə keç-

mədi,  buna görə də çarəsiz  qalıb üç gündən sonra ac və zəif  

halda  Təbrizdən  çıxıb  getdilər.  Zaman  xanın  sərdarlıq  işini, 

müdafiə  tədbirlərini  ürəkdən  bəyənib  təqdir  edən  İran  ha-

kimləri belə qərara gəlirlər ki, ölkəni gələcəkdə müxtəlif xa-

rici  basqınlardan  qorumaq  üçün  orada  abadlıq  işləri  apar-

maq, dağıdılmış  yolları, körpüləri bərpa etmək lazım deyil. 

Yollar, körpülər, keçidlər bərbad vəziyyətdə saxlanılmalıdır 

ki, düşmənlər hücum etdikdə qarət üçün əllərinə heç nə keç-

məsin.  Saray  xadimlərindən  biri  də  mollabaşı  Axund  Sə-

məddir.  O,  Allah  və  peyğəmbər  adından  istifadə  edib  min 

cür fitnələr törədən, despotun zülmünə bəraət qazandıran ri-

yakar  ruhanilərin  tipik  surətidir.  İranın  hakimləri  içərisində 

böyük nüfuzu olan Axund Səməd dövlət məsələlərinin mü-

zakirəsində fəal iştirak edir. Lakin o, həmişə öz mənafeyini 

güdür. Axund Səməd şahın etimadını qazanmaq, sarayda öz 

nüfuzunu  daha  da  möhkəmləndirmək  üçün  islam  dininin 

müqəddəs  qanunlarını  təhrif  etməkdən  belə  çəkinmir.  O, 

şaha yaltaqlanaraq Səfəvilər sülaləsinin müqəddəs peyğəm-

bər nəslindən olduğunu uydurur. 


 

- 49 - 


Mollabaşı paxıl, kinli və intiqamçı adamdır. Saraydakı 

mövqeyindən  istifadə  edərək,  xoşlamadığı  adamları  aradan 

götürür, onların bədbəxtliyinə və ölümünə bais olur. Onun bu 

xüsusiyyəti münəccimbaşı Mirzə Sədrəddinlə münasibətində 

görünür.  Keçmişdən  bəri  münəccimbaşı  ilə  ədavət  aparan 

Axund  Səməd  yaranmış  vəziyyətdən  istifadə  edib  ondan 

intiqam almaq istəyir: əvvəlcə Mirzə Sədrəddini şahın yanın-

da  pisləyərək,  hökmdarda  ona  qarşı  qəzəb  oyadır.  Sonra  isə 

şahı  qızışdırır  ki,  Mirzə  Sədrəddinin  özünü  çağırsın,  ulduz-

ların  toqquşmasından  əmələ  gələcək  bəlanı  kənarlaşdırmaq 

üçün  «onun  özündən  əlac  istəsin,  əgər  üzr  gətirsə,  boynunu 

vurdursun». 

Axund Səməd eyni qərəzlə Yusif Sərracın da məhvinə 

çalışır:  onu  şahın  yanında  lənətləyərək,  «nabəkar»,  yəni 

yaramaz,  mərdümazar  adlandırır.  Deyir  ki,  yer  üzündə 

ondan  günahkar  və  ölümə  layiq  bir  kimsənə  yoxdur. 

Beləliklə,  yazıçı  Axund  Səmədin  simasında  Yaxın  Şərq 

ölkələrində  dövlət  işlərinə  qarışaraq,  hökmdarların  fə-

aliyyətinə  müəyyən  istiqamət  verən  mürtəce  ruhanilərin 

qorxunc xarakterlərini   səciyyələndirmişdir. 

Povestdə    təsvir olunan münəccimbaşı  Mirzə  Sədrəd-

din və onun ustadı Mövlana Cəmaləddin də yazıçının tənqid 

hədəfləridir. Onların hər ikisi  mənsəbpərəst  və qorxaq ada-

mdır. Şahın  yanında  öz nüfuzlarını artırmaq üçün ona yal-

taqlanır, qulluq göstərməyə çalışırlar. Mövlana Cəmaləddin 

hökmdara sədaqətini bildirrnək, etibar qazanmaq üçün onun 

yanına dəvət gözləmədən gəlir və şaha bəladan xilas olmaq 

yolunu  göstərir.  Mirzə  Sədrəddin  isə  sarayda  öz  rütbəsini 

saxlamaq  üçün  ulduzların  toqquşacağı  və  bundan  şahın 

vücuduna böyük bəla yetişəcəyi xəbərini tələsik şaha çatdı-

rır.  Sonralar  o,  bu  xəbəri  şaha  çatdırmaqdan  əsl  məqsədini 

izah  edib  deyir:  «Mən    qorxdum  ki,  əgər  bu  xəbəri  şaha 

birinci  yetirməsəm,  özgə  münəccimlər  onu  yetirərlər;  mən 


 

- 50 - 


şahın  nəzərində  nadan,  qanmaz  qələminə  gedərəm, 

mənsəbdən   kənar   ollam». 

Beləliklə,  M.F.Axundzadə  saray  xadimlərini  təsvir 

etməklə Şah Abbasın dövlət aparatının gülünclüyünü, onun 

hakimiyyətinin  başında  duran  adamların  nadanlığını  əks 

etdirir.  Yazıçı  vəzir  Mirzə  Möhsün,  Sərdar  Zaman  xan, 

mollabaşı  Axund  Səməd,  münəccimbaşı  Mirzə  Sədrəddin 

kimi ali mənsəb sahiblərinin fəaliyyəti barədə konkret  söh-

bət  açmaqla,  əslində, Şah Abbas  hakimiyyətinin  daxili  ma-

hiyyətini  canlandırır.  Onlar  ümumi  halda  Şah  Abbasın  sə-

ciyyələnməsinə,  nadan  hökmdarın  despot  xarakterinin  hər-

tərəfli açılmasına xidmət edirlər. 

«Aldanmış  kəvakib»  povestində  feodal  hakimlərinin 

əksinə  olaraq  Yusif  Sərrac  surəti  yaradılmışdır.  Əsərdəki 

başqa  surətlərdən  fərqli  olaraq  onun  haqqında  geniş  məlu-

mat  verilir.  Yazıçı  Yusif  Sərracın  simasında  öz  maarifçi 

ideallarına uyğun olan ağıllı, uzaqgörən və ədalətli şah   su-

rəti  yaratmışdır. 

Yusif Sərrac dindar və mömin bir kəndli ailəsində bö-

yümüşdür. Uşaqlığında atası onu ruhani etmək istəmiş, buna 

görə Qəzvin şəhərində məktəbə qoyub oxutdurmuşdur. Yu-

sif  Sərrac  Qəzvində  məktəbi  qurtardıqdan  sonra  İsfahanda 

və  Kərbəlada  təhsil  alıb  dini  elmləri  öyrənmiş,  lakin  ruha-

nilərin əksəriyyətinin kələkbaz olduğunu görüb, «özünü on-

ların  zümrəsinə  daxil  etmək»  fikrindən  uzaqlaşmışdır.  O, 

Həmədana  gəlib  Xəlil  adlı  bir  ustanın  yanında  sərraclıq  (at 

yəhəri düzəltmək) sənətini öyrənmiş, bundan sonra işləmək 

üçün Qəzvinə qayıtmışdır. 

Qəzvində olarkən o, sadə, zəhmətkeş adamların dərin 

hörmətini  qazanır:  Dostları  onu  sevir,  inanır  və  ondan 

məsləhət  alırlar.  Yusif  qorxub-çəkinmədən  hər  yerdə  öz 

fikrini açıq söyləyir. O, Şah Abbasın zülmkarlığını, dövlət 

məmurlarının  özbaşınalığını,  ruhanilərin  fırıldaqçılığını 

zəhmətkeş kütlələrə başa salır. Buna görə hakim təbəqələr, 



 

- 51 - 


saray xadimləri Yusif Sərracı qətiyyən xoşlamır, ona nifrət 

edirlər. Mollabaşı Axund Səməd onun haqqında deyir: «Bu 

Qəzvin  şəhərində  bir  nəfər  yaramaz  peyda  olubdur  ki, 

bütün yer üzündə ondan günahlı və qətlə layiq bir kimsənə 

tapılmaz,  adına  Yusif  Sərrac  deyirlər...  Lotu-potu 

adamlardan  özünə  mürid  cəm  edib,  həmişə  hörmətli 

ruhaniləri  və  şəriət  xadimlərini  həcv  edib  alçaltmaq      üçün   

danışır». 

Bu  xasiyyətinə  görə  saray  xadimləri  Yusif  Sərracı 

Şah  Abbasın  əvəzinə  taxt–tac  sahibi  seçirlər  ki,  ulduzlar-

dan  gələcək  xəta  ona  dəysin.  Yusif  Sərracı  təntənəli  su-

rətdə gətirib taxta əyləşdirirlər. O, taxta çıxan kimi mühüm 

islahat  işləri  aparır.  Əvvəlcə  rüşvətxor,  yaltaq,  satqın  və-

zirləri  saraydan  qovub  zindana  saldırır.  Onların  vəzifəsini 

xalq  içərisindən  çıxmış  ağıllı,  namuslu  adamlara  tapşırır. 

Münəccimbaşı  mənsəbini  dövlətə  və  millətə  heç  bir  fay-

dası olmadığı üçün tamam ləğv edir.  

Yusif  şah  vilayət  hakimlərinə  tapşırır  ki,  xalqla  yaxşı 

rəftar  etsinlər, öz şəxsi mənafelərindən ötrü heç  kəsi  cərimə 

etməsinlər,  nahaq  cəza  verməsinlər.  O,  hər  vilayətə  xüsusi 

baxıcılar göndərir ki, onlar xalqın yaşayış səviyyəsini, maddi 

vəziyyətini, ehtiyaclarını öyrənib şaha məlumat versinlər. 

Xalqı  ağır  vergilərdən  azad  etmək  və  dövlət  gəlirini 

nizama  salmaq  üçün  Yusif  şah  yeni  vergi  qanunları  elan 

edir.  O,  kəndlilərlə  və  şəhər  əhalisi  ilə  bərabər,  hakim  tə-

bəqələrdən  –  şahzadələrdən,  tacirlərdən,  ruhanilərdən  də 

vergi  alınması  barədə  qərar  çıxardır.  Vergilərin  məbləğini 

orta    miqdara  qədər  azaldır:  şəhər  əhalisi  üçün  gəlirlərinin 

ondan biri, kəndlilər üçün isə iyirmidən biri miqdarında ver-

gi qoyur. Dini vergiləri isə tamam aradan götürür və ölkənin 

kasıb  adamlarına  bərabər  paylanmasını  tapşırır.  Yusif  şah 

ruhanilərə  xəzinədən  maaş  təyin  edir,  məhkəmə  işlərini 

ruhanilərdən alıb doğruçul mənsəb sahiblərinə tapşırır. 


 

- 52 - 


Ölkəni  abadlaşdırmaq,  milləti  maarifləndirmək  üçün 

Yusif  şah  dağılmış  yolları,  körpüləri  düzəltdirmək,  karvan-

saralar  tikdirmək,  hər  vilayətdə  məktəblər,  xəstəxanalar  aç-

dırmaq  barədə  sərəncam  verir,  köhnə  ərəb  əlifbasının  tək-

milləşdirilməsi  fikrini  irəli  sürür,  susuz  yerlərə  su  çəkdirir, 

yetimlərə,  şikəst  və  korlara  ianə  verdirir.  Qəzvin  şəhərinin 

küçələrini  çirkli  saxladığı  üçün  yaramaz  kəndxudaları 

vəzifədən  qovub  yerinə  namuslu  adamlar  təyin  edir. 

Xiyabanların genişləndirilməsi və səliqəyə salınması   haqda 

göstəriş verir. 

Yusif Sərracın iki həftəlik şahlıq dövrü İran üçün «sə-

adət əyyamı» olur. Hər tərəfdə abadlıq işləri başlanır, səliqə-

səhman, ədalət, azadlıq görünür. Lakin həmişə zülm altında 

yaşayan  əhali  «yaxşı  günə  dözmür».  Rəhmli  padşahın  hi-

mayəsində  yaşamaq kütlə üçün çətin, kədərli olur. Əhalinin 

bu əhval-ruhiyyəsindən istifadə  edən fitnəkarlar xalqı üsya-

na qaldırıb Yusif Sərracı taxtdan salır. 

Şərq despotizminin tənqidinə həsr olunmuş «Aldanmış 

kəvakib»  povesti  özünün  bədii  xüsusiyyətləri,  fabula,  süjet 

və  kompozisiyası  baxımından  yüksək  sənət  əsəridir.  Po-

vestdə tarixi əhvalat müasir həyatla, mifik təfəkkür real ha-

disələrlə əlaqələndirilmiş, orijinal   bədii   sənət   nümunəsi   

yaradılmışdır. Əsərdə ideya, məzmun aydın bir təhkiyə yolu 

ilə  açılır.  Orada  sənətkarlıqla  ümıımiləşdirilmiş  insan  su-

rətləri  yeni  xarakterlər  və  canlı  həyat  lövhələri  vardır.  Ob-

razların  səciyyəsi,  özünəməxsus  keyfiyyətləri  onların  qarşı-

lıqlı münasibətlərində   və   söhbətlərində   açılır. 

Povestin  fabulasını  təşkil  edən  hadisələr  silsiləsi  ar-

dıcıl  və  bir-biri  ilə  möhkəm  əlaqədə  təqdim  edilir.  Əhva-

latların  bir  qismi  Şah  Abbas,  ikinci  qismi  Yusif  Sərracla 

bağlı cərəyan edir. Buna əsasən povestin fabulası iki hissəyə 

bölünür: birinci  hissə Mirzə Sədrəddinin novruzdan on beş 

gün keçmiş ulduzların toqquşacağı və bu toqquşmadan ölkə 

padşahına  xətər  toxunacağı  barədə  Şah  Abbasa  xəbər  ver-



 

- 53 - 


məsi  ilə  başlayıb,  hakimiyyət  başına  Yusif  Sərracın  gətiril-

məsi  ilə  tamamlanır.  İkinci  hissə  isə  mollabaşı  Axund  Sə-

mədin  Yusif  Sərrac  haqqında  məlumatı  ilə  başlanıb,  fitnə-

karların  qiyamı  nəticəsində  onun  taxtdan  salınması,  itkin 

düşməsi və köhnə şahın öz  yerinə   qayıtması ilə sona çatır. 

«Aldanmış kəvakib» povestinin dili qəliz və çətindir. 

Onun  leksik  tərkibində  ərəb-fars  sözləri,  ifadə  və  birləş-

mələri  çoxdur.  Əsərdə  hekayəçinin  və  personajların  əksə-

riyyətinin savadlı olması, saray mühitində yaşayıb fəaliyyət 

göstərməsi  onların  dilini  mürəkkəbləşdirmişdir.  Bununla 

bərabər,  orta  əsrlərin  nəsr  dili  ilə  müqayisədə  M.F.Axund-

zadənin  əsərinin  dilində,  xüsusilə  qrammatik  quruluşunda 

müəyyən  sadələşmə  müşahidə  etmək  mümkündür;  burada 

cümlələr nisbətən qısa və yığcamdır. 

Povest epik üslubda yazılmışdır. İnsan xarakterlərinin 

geniş əhvalatlar, hadisələr fonunda təqdimi onun üslubunun 

əlamətdar  cəhətidir.  Əsərin  bəzi  yerlərində,  xüsusilə  Şah 

Abbasın  saray  xadimləri  ilə  müşavirəsini  təsvir  edən 

səhifələrində  güclü  dramatizm  də  nəzərə  çarpır.  Ancaq  bu 

dramatizm  povestdə  epik  vüsəti  zəiflətmir,      əksinə, 

təhkiyənin dinamizmini gücləndirir. 

Azərbaycan  ədəbiyyatı  tarixində  iri  həcmli  realist 

bədii  nəsrin  –  povest  janrının  ilk  nümunəsi  olan  «Aldan-

mış kəvakib» özünün ideya-məzmunu və sənətkarlıq key-

fiyyətləri ilə XIX–XX əsrlərdə milli ədəbiyyatın inkişafına 

güclü təsir göstərmiş, Z.Marağayi, M.Ə.Talıbov, S.M.Qə-

nizadə kimi yazıçılar bu hekayətdən  bəhrələnərək yeni bə-

dii əsərlər yaratmışlar.  



Ədəbi-tənqidi  görüşləri.  M.F.Axundzadə  yenə  də 

təkcə  Azərbaycanda  deyil,  onun  cənub  qonşusu  olan  öl-

kələrdə  də  ilk  peşəkar  ədəbiyyat  nəzəriyyəçisi  və  tənqid-

çisi  kimi  tanınmışdır.  Elə  buradan  başlayaq  ki,  tənqidi 

məqalələrini  yazarkən  M.F.Axundzadə  bu  sahədə  birin-

ciliyin çox ciddi çətinliklərilə qarşılaşmalı olmuşdu. Onun 



 

- 54 - 


bəzi məqalələrinin əvvəlindəki fikirləri oxuyanda görürsən 

ki,  bir  çox  hallarda  tənqidçi  mətləbə,  necə  deyərlər,  işin 

əlifbasından  başlamalı  olmuşdur.  Elə  birinci  tənqidi  əsəri 

olan  «Fihristi-kitab»ı  götürək.    Məlum  olduğu  kimi,    bu 

məqalə  ədibin  1859-cu  ildə  Tiflisdə  nəşr  edilmiş  «Təm-

silat»  kitabına  yazdığı  müqəddimədir.  Bizim  ədəbi    fikir 

tariximizdə  bu  da  birinci  dəfə  idi  ki,  çap  kitabında  bədii 

əsər  müəllifi  ilə  nəzəriyyəçi,  tənqidçi  müəllif  bir  nəfərin 

şəxsində  çıxış  edirdi.  Öz  mühitinin  mədəni  geriliyini,  az 

qala  barmaqla  sayıla  biləcək  oxucularının  və  onların  din-

ləyicilərinin  səviyyəsini  yaxşı  bilən  M.F.Axundzadə 

həmin  müqəddimədə  insan  əhval-ruhiyyəsinin  ikili  xa-

rakteri, dram əsərlərinin növləri, komediya və tragediyanın 

xüsusiyyətləri, teatrın mahiyyəti haqqında onlara, həqiqə-

tən  də,  heç  bir  zaman  eşitmədikləri    məlumatı  verməli 

olmuşdu. Məqalədən nümunə: «Faciə və komediyanın fay-

dası  insanların  əxlaq  və  xasiyyətini  söyləməkdir,  göstər-

məkdir ki, eşidənlər (görənlər) bunların yaxşılarına rəğbət 

bəsləyib meyl göstərsin, yamanlarından uzaq olub əzabını  

görməsin… Firəngistan ölkəsində sağlam ağıl sahibləri bu 

işin  faydasını bilib, qədim zamanlardan böyük şəhərlərin 

hər  birində  «teatr»  adı  ilə  yüksək  imarətlər  tikdiriblər  ki, 

həmin  imarətlərdə  gah  komediyalar,  gah  da  faciələr  oyun 

vasitəsilə izhar olunur».   

«Mirzə  Ağanın  pyesləri  haqqında  kritika»  əsərində 

M.F.Axundzadə  teatra  dair  məlumatı  bir    qədər  də  geniş-

ləndirərək,  onun  daha  əyani  və  aydın  şərhini  vermişdi: 

«Teatr  uca  və  geniş  bir  salondan  ibarətdir  ki,  içərisi  üç 

tərəfdən  divarlarla  bitişmiş  olur,  altlı-üstlü  lojaların  üzü 

salonun dördüncü tərəfinə baxır. Ölkənin əhalisi əşrafdan, 

tacirlərdən  tutmuş  kasıblaradək  hər  sinif  adamlar  kefi 

istəyəndə  kişili-qadınlı  giriş  haqqı  vermək  şərtilə  gecələr 

bu  salona  daxil  olub  –  bəziləri  lojalarda,  bəziləri  isə 

parterdə    oturub  tamaşa  edirlər…  O  vaxt  drama  sənətinin 



 

- 55 - 


ustaları  ki,  fransızca  onlara  aktyor  deyirlər,  hər  birisi 

xüsusi  bir  paltarda  səhnəyə  daxil  olub,  qabaqcadan  təyin 

edilmiş  bir  əhvalatın  oxşatmasını  göstərirlər,  tamaşaçılar 

isə onların danışıqlarına qulaq asırlar…»  

Bundan  sonra  Axundzadə  Mirzə  Ağanın  əsərlərinin 

təhlili  əsasında  dram  sənətinin  vacib  şərtlərindən  danışır, 

onun  məqsəd  və  qayəsini  açıb  göstərir,  «drama  sənətinin 

məqsədi insanların əxlaqını yaxşılaşdırmaq və qulaq asanları 

ibrətləndirməkdir»  deyir.  Fəaliyyətinin  bir  çox  sahələrində 

başqalarına,  özünün  dediyi  kimi,  «əndazə  və  nümunə  gös-

tərmək» vəzifəsi M.F.Axundzadənin ilk məqaləsinin katibə, 

əsərinin üzünü köçürəcək savadlı adamlara, (eləcə də naqilə, 

komediyaları başqaları üçün oxuyacaq, danışacaq insanlara) 

müraciətlə  yazdığı  bölmələrində,  bir  növ  təlitmat  səciyyəsi  

daşıyan  məsləhətlərində  də  özünü  büruzə  verir.  Dediyimiz 

xüsusiyyəti biz Azərbaycan ictimai fikir tarixində ilk resen-

ziya  hesab  edilən  «Tənqid  risaləsi»ndə  görürük.  Rzaqulu 

xan  Hidayətin  «Rövzətüs-səfayi-Nasiriyyə»  əsəri  barəsində 

Tehranda  çıxan  «Darülxilafə»  qəzeti  üçün  yazdığı  bu  mü-

fəssəl  resenziyasında  M.F.Axundzadə  vacib  bilmişdi  ki, 

oxucularına  «tənqid»  və  «tənqidçi»  anlayışları  haqqında 

labüd  ilkin  məlumat  versin:  «…bu  qayda  Avropada  mə-

lumdur və onun böyük faydaları vardır; məsələn, bir şəxs bir 

kitab yazdığı zaman başqa bir şəxs onun əsərinin mətləbləri 

xüsusunda kritika yazır, bu şərtlə ki, onun yazısında müəllif 

haqqında ədəbsiz və könül incidən bir söz belə olmasın. Hər 

nə deyilsə, incəliklə deyilsin».  

M.F.Axundzadənin  tənqidi  məqalələrindən  gətirdiyi-

miz nümunələr bu günün bəzi oxucularına bir qədər lüzum-

suz  görünə  bilər.  Lakin  məqalənin  mahiyyətinə  tarixilik 

prinsipinin tələbləri əsasında yanaşanda aydın olur ki, böyük 

tənqidçinin  dramaturgiya  (komediya,  faciə)  teatr,  tənqid  və 

s.  haqqında  həmvətənlərinə  öyrətmək  istədiyi  mətləblər 

onların  həyatında,  həqiqətən,  əsl  mədəni  inqilaba  bərabər 



 

- 56 - 


mətləblər  idi.  Fanatizmin,  ətalətin  hökm  sürdüyü,  tək-tük 

oxumuşları  çıxmaq  şərtilə  başdan-başa  savadsızlar  ölkəsi 

kimi tanınmış Azərbaycanda (eləcə də qonşu müsəlman öl-

kələrində)  Axundzadənin  verdiyi  bu  məlumat  çox  böyük 

idrak  əhəmiyyətinə  malik  idi.  Bu  gün  astronomiya  elmin-

dən,  nüvə-raket  texnikasından,  internet  rabitəsindən  xəbəri 

olmayan  dinləyicilərə  kosmik  tədqiqatların  perspektivindən 

danışmaq  faydasız  olduğu  kimi,  XIX  əsrin  ortalarında 

dramaturgiya, teatr, tənqid və digər estetik biliklər haqqında 

elementar məlumatı olmayan oxucu da dram əsərini, yaxud 

resenziyanı lazımınca qavraya bilməzdi. Bu vəziyyəti bildiyi 

üçün  M.F.Axundzadə bir «baniyi-kar» (işin əsasını qoyan) 

kimi  dramaturgiya,  teatr,  ədəbi  tənqid  sahəsində  yuxarıda 

nümunələrini  verdiyimiz  bilikləri  öz  həmvətənlərinə  aşıla-

maq  istəyirdi.  M.F.Axundzadənin  yeni  əlifba  sahəsində  on 

illər boyu sarsılmaz iradə və  ardıcıllıqla gördüyü titanik işin 

özü  də  əslində  onun  daha  böyük  məqsədə  çatmaq,  xalqı 

fanatizm, ətalət və ictimai zülm boyunduruğundan xilas edib 

maarifə,  mədəniyyətə,  elmə,  azadlığa  qovuşdurmaq  idealı 

yolunda ilk və minimum biliklərin məcmusu idi ki, yenə də  

«baniyi-kar» həmvətənlərinə, eləcə də qonşu ölkələrin han-

sında  yaşadıqlarından  asılı  olmayaraq,  ehtiyacı  olan  müa-

sirlərinin  hamısına  öyrətmək  istəyirdi.  Ədibin  «Fehristi-ki-

tab»,  «Tənqid  risaləsi»,  «Kritika.  Yüksək  İranın  «Millət» 

qəzetinin    münşisinə»,  «Mirzə  Ağanın  pyesləri  haqqında  

kritika»,  «Mollayi-Rumi  və  onun  təsnifinin  babında», 

«Nəzm  və    nəsr  haqqında»  əsərləri,  «Təmsilat»ı  farscaya 

tərcümə  edən  Tehran  sakini  Mirzə  Məhəmməd  Cəfər  xana 

məktubu  Azərbaycan  ədəbi  tənqidinin  ilk  qaranquşları  ol-

maqla  yanaşı,  həm  də  bizim  tənqid  tariximizdə  bu  janrın 

klassik nümunələri hesab edilirlər. M.F.Axundzadənin ədəbi 

tənqid  sahəsindəki  irsini  küll  halında  nəzərdən  keçirdikdə 

zəmanəsinin  son  dərəcədə  aktual  elmi-nəzəri  problemlərini 

əhatə edən bütöv bir estetik sistem olduğu aşkar görünür.  



 

- 57 - 


Ədəbi əsərin əhəmiyyəti xalqın ictimai həyatında mü-

tərəqqi  rolu,  tərbiyəvi    mənası,    həmişə  M.F.Axundzadənin 

diqqət  mərkəzində  durmuşdur.  O,  istər  klassik  poeziya  nü-

munələrini şərh edəndə, istərsə də müasiri olan sənətkarların 

əsərlərini  təhlil  edəndə  həyat  həqiqətinə  sədaqət,  sənətdə 

novatorluq, forma ilə məzmunun vəhdəti və ahəngdarlığı ki-

mi çox vacib ideya-estetik tələblərdən çıxış edirdi.  

Məzmunu  nəzərə  almayıb  məqsədi  yalnız  gəlişigözəl  

sözlər, çoxmərtəbəli ibarələr olan qafiyəpərdazları M.F.Ax-

undzadənin  görməyə  gözü  yox  idi.  «Rövzətüs-səfayi-Na-

siriyə»də yol verilmiş bu ciddi qüsurla əlaqədar o, «Tənqid 

risaləsi»ndə  bizim  ədəbi  fikir  tariximizdə  ilk  dəfə  olaraq 

maraqlı  bir  üsuldan  (ədəbi  priyomdan)  istifadə  etmiş-

dir.Ədib  təhlil  etdiyi  əsərin  mahiyyətinə  xələl  gətirmədən 

müəlliflə  özü  arasında  canlı  bir  mükalimə  qurmuş,  həmin 

mükalimə  vasitəsilə  şeirin  kəsirlərini,  xüsusən  onun  məz-

munu  qafiyəyə  qurban  vermək    kimi  nöqsanlarını  kəskin 

surətdə pisləmişdi. Bununla əlaqədar olaraq tənqidçi diqqəti 

erkən  orta  əsrlərdən  bəri  dəb  halını  almış  bir  məsələyə  də 

cəlb edir, o cümlədən də tarixi əsərləri, bəzən hətta lüğətləri 

nəzmlə  yazmağa  öz  etirazlarını  bildirir,  bu  sahədəki 

ənənənin  köklərini  müəyyən  edib  yanlışlığını  təkidlə  sübut 

edirdi: «Rzaqulu xan, inan ki, nəsrdə qafiyə kəlamı çiy edir 

və zəiflədir. Bu qayda bizə ərəblərdən qalmışdır, səkkiz yüz 

ilə  yaxındır ki,  İranda işlənməkdədir; lakin mütləq səhvdir. 

İndi bu qaydanı tərk etməyimizin və bu uşaq oyunundan əl 

çəkməyimizin  vaxtıdır;  çünki  qafiyə  xatirinə  (nəzmdə) 

rədiflənən  ləfzlər  və  çoxlu  təkrarlar  əmələ  gəlir,  gərəksiz 

mənalar  meydana  çıxır,  kəlamın  aydınlığı  itir,  zövq 

sahiblərində nifrət oyadır…».  

«Rövzətüssəfayi-Nasiriyyə»də görüb tənqid etdiyi bəzi 

qüsurların və digər daha ciddi ideya-sənətkarlıq kəsirlərinin 

İranda  və  xarici  ölkələrdə  oxunan  bir  qəzet  vasitəsilə  o 

zaman üçün böyük tirajla çap olunub  yayılması peşəkar bir 



 

- 58 - 


tənqidçi kimi M.F.Axundzadənin böyük narahatlığına səbəb 

olmuşdu. Doğrudur, bu məqalənin yazılması «Sürüş» təxəl-

lüslü, «Şəmsüş-şüəra» ləqəbli İran şairinin «Millət» qəzetin-

də dərc edilmiş tərcümeyi-halı, «əsil-nəsəbi», bir qəsidəsi və 

bir  qəzəli  ilə  bağlıdır.  Lakin,  «Kritika»  sərlövhəsilə  yazıb 

həmin  qəzetin  redaktoruna  ünvanladığı  bu  məqalədə  M.F.

-

Axundzadənin ədəbiyyatın tarixinə, müasiri olan poeziyaya, 



mətbuata  münasibəti,  bədii  yaradıcılığın  təbiəti,    bey-

nəlmiləlçilik mahiyyəti, sənətkarlığın sirləri və s. məsələlərə 

dair baxışları özünün yığcam surətdə  əsaslandırılmış inika-

sını tapmışdır.  

Sənətdə xəlqilik prinsiplərinin ardıcıl müdafiəçisi olan 

M.F.Axundzadəni Sürüşün və onun kimi digər məddahların 

yaradıcılığında ən çox narazı salan o idi ki, belələrinin cız-

maqaraları xalqın həyatını, onun acı güzəranını, avamlıq və 

geriliyini  təsvir  etməkdən,  məzlumlara  nicat  yolu  göstər-

məkdən uzaq idi. Xüsusən Sürüş ona görə tənqidçinin sinə-

sindən qopan qəzəb oduna hədəf olmuşdu ki, onun qəsidəsi 

xalqın fəryad edən ehtiyaclarının  yox, zamanın  ən zülmkar 

şahlarından birinin qüvvət və qüdrətinin, olmayan ədalətinin 

təsvirinə, daha doğrusu, hakimi-mütləqin (despotun) heç bir 

ölçüyə gəlməyən əsassız tərifinə həsr edilmişdi. Axı, despot 

şahlarla məzlum kütlənin münasibətləri barədə M.F.Axund-

zadənin  qəti  surətdə  müəyyənləşmiş  aydın  inqilabçı-demo-

krat  qənaəti  vardı.  O  deyirdi:  «…zülmü  aradan  qaldırmaq 

üçün əsla zalıma müraciət etmək lazım deyildir və bəlkə, ək-

sinə,  məzluma  demək  lazımdır  ki,  ey  nadan,  sən  ki  qüdrət, 

say  və  bacarıq  cəhətdən  zalımdan  qat-qat  artıqsan,  bəs  nə 

üçün zülmə qatlaşırsan? Qəflət yuxusundan oyan və zalımın 

atasının goruna od vur!». 

İkrah doğuracaq dərəcədə yaltaqlıq nümunəsi göstərən 

Sürüş (Mirzə Məmmədəli xan İsfəhani) «atasının goruna od 

vurulmalı»  olan  Nasirəddin  şah  Qacarı  şit-şit  təriflərə  qərq 

elədiyi  üçün  şah  ona  «Şəmsüş-şüəra»  ləqəbini  əta  etmiş, 


 

- 59 - 


başabəla şair də təriflərində daha heç bir əndazə gözləmədən 

qəsidə-mədhnamələr  yazmışdı  ki,  onlardan  «Millət»  qəze-

tində  dərc  olunan  bir  nümunə  M.F.Axundzadənin  amansız 

tənqidinə məruz qalmışdı.  

Qəzəl  və  qəsidəsindən  aldığı  ümumi  təəssürat  və 

gətirdiyi  konkret  faktlar  əsasında  tənqidçi,  Sürüşün,  ümu-

miyyətlə, şeir yazmaq qabiliyyətindən məhrum, ən aşağı də-

rəcəli bir şair olduğunu sübuta yetirir, onun ancaq hökmdar-

dan  mümkün  olduqca  çoxlu  ənam  qoparmaq  məqsədi  güd-

düyünü  göstərirdi.  Bununla  belə,  məqalə  ancaq  Sürüşün 

əsərlərinin  təhlilindən  ibarət  olmayıb,    bədii  yaradıcılığın, 

poetik sözün bir sıra vacib məsələləri barəsində M.F.Axund-

zadənin  məqalədən-məqaləyə  inkişaf  edib  daha    da  büllur-

laşan  qənaətlərini  əks  etdirməkdədir.  Bu  qənaətlərin  birin-

cisi məzmunla formanın münasibəti məsələsilə əlaqədardır.  

«İki  şey  şeirin  əsas  şərtlərindəndir:  məzmun  gözəlliyi 

və  ifadə  gözəlliyi»  -  deyən  Axundzadənin  nəzərində 

məzmunca gözəl olub ifadə gözəlliyinə malik olmayan əsər 

«məqbul nəzmdir, amma şeiriyyətində nöqsan var…» İfadə 

formaları  (vəzni,  qafiyəsi,  təşbehləri)  mükəmməl  olub 

məzmun  gözəlliyindən  məhrum  olan  əsərləri  isə  tənqidçi 

zəif,  «kəsalət  artıran  nəzm»  hesab  edir;  hərçənd  ifadə 

gözəlliyinin özünü də müəllifin hünəri kimi qiymətləndirir.  

Məqalədə  birinci  tezisə  Mollayi-Ruminin  məşhur 

məsnəvisi, ikinci tezisə isə İran şairi Qaaninin şeirləri nümu-

nə  gətirilir.  Lakin  M.F.Axundzadə  üçün  ideal  poeziya 

nümunəsi o əsərdir ki, həm məzmunca gözəl olsun, həm də 

ifadə gözəlliyinə malik olsun. O, Firdovsinin  «Şahnamə»si-

ni,  Nizaminin  «Xəmsə»sini, Hafizin  divanını  nəşə artırmaq 

və  həyəcanlandırmaq  iqtidarına  malik  bu  cür  mükəmməl 

poeziya nümunələri kimi  təqdir edən M.F.Axundzadə  «bə-

şər növünün fövqündə duran xəyal və ilham sahibləri» kimi 

həmin  müəllifləri  çox  yüksək  qiymətləndirir.  Qüdrətli  şair-

ləri  peyğəmbərlərdən  sonra  ən  yüksək  məxluq  hesab  edən 



 

- 60 - 


ulu babası Nizamini (eləcə də Firdovsini və Hafizi) Axund-

zadə peyğəmbərlərə bərabər tutur.  

Zəmanəsinin  ədəbi  hadisələrini  məhz  bu  cür  ölməz 

sənət zirvələri əsasında qiymətləndirən M.F.Axundzadə təzə 

fikir  və  qayələrdən,  təsvir  və  ifadə  vasitələrindən  məhrum 

olub,  başqalarını  təkrar  edən,  milli  və  dini  təəssübkeşlik 

mövqelərindən  yazıılmış  əsərlərə  qarşı  publisist-tənqidçi 

sözünün bütün kəsəri ilə çıxış edirdi. Sürüşün qəsidəsindəki 

bir  beyt  bu  cəhətdən  M.F.Axundzadəni  xüsusilə  qəzəblən-

dirmişdi. Beytin məzmunu belədir: «Ona (peyğəmbərə) tabe 

olanlar  və  əyalının  ardınca  gedənlər  həqiqətən    adamdırlar, 

başqaları (isə) həşərat».  

Zəmanəsinin  böyük  humanisti,  bütün  millətlərdən  və 

dinlərdən  olan  insanların  dostluğu  əqidəsinə  xidmət  edən 

Axundzadə  bu  beytin  üstündə  Sürüşü,  xalq  arasında  de-

yildiyi  kimi,  «ağ  yuyub  qara  sərmişdi»:  «Vay  Sürüş,  vay 

Sürüş, vay evi  yıxılmış Sürüş! Bu nə rüsvayçılıqdır ki,  sən 

bizim  başımıza  gətirmisən?  Axı,  bu  ağzıyavalığın  sənə  nə 

faydası var ki, öz həmməzhəblərini xarici ölkələrdə bəla və 

qaxıınc  oxuna  hədəf  edirsən?..  Siz  bizim  başımıza  nə  bəla 

oldunuz?!  …Dünyanın  bütün  xalqlarını  murdar  və  həşərat 

hesab edib… bizdə onlara qarşı kin oyadırsınız. Elə bil, bü-

tün dünya  tikanlıqdır, təkcə siz bir dəstə qızıl gülsünüz ki,  

tikanlığın  ortasında  bitmişsiniz!  Sizin  əlinizdən  dünyanın 

hansı  tərəfinə  baş  götürüb  qaçaq?!  Sizin  bu  cür  əqidənizin 

nəticəsi  o  olacaqdıır  ki,  get-gedə  dünyanın  bütün  millətləri 

bizimlə ədavət edib zəlil və məhv olmağımızı istəyəcəklər».  

Mirzə Ağanın pyeslərinin təhlilinə həsr etdiyi əsərinin 

sonunda  M.F.Axundzadə  «Gülüstan»  və  «Zinətül-məcalis» 

kimi  Şərqdə  çox  yayılmış  əsərlərin  vaxtının  keçdiyini, 

onların artıq xalqın işinə yaramadığını etiraf etmiş və göstər-

mişdir ki, «Bu gün millət üçün faydalı və oxucuların zövqü 

üçün  rəğbətli  olan  əsər  drama  və  romandır».  M.F.Axund-

zadənin bu mülahizəsində diqqəti cəlb edən iki məsələni ay-



 

- 61 - 


rıca qeyd   etmək lazımdıır. Birincisi  budur ki,  tənqidçi  ya-

şadığı  dövrdə  Avropada  çox  geniş  intişar  tapmış  dram  və 

romana  diqqəti  xüsusi  cəlb  edir  və  istedadlı  qələm  sahib-

lərini  məhz  bu  sahədə  fəaliyyət  göstərməyə  çağırırdı.  Xalq 

həyatının  geniş  lövhələrini  canlı  insan  taleləri,  mükəmməl 

xarakterlər vasitəsilə əks etdirmək, ictimai tərəqqiyə kömək 

etmək, oxuyanların, görənlərin və dinləyənlərin xasiyyətinə, 

fikir  və  duyğular  aləminə  saflaşdırıcı  təsir  göstərmək  baxı-

mından  drama  və  roman  çox  böyük  imkanlara  malik  oldu-

ğundan,  eləcə  də  şərq  ədəbiyyatları  üçün  tamamilə  yeni 

olduğundan  Axundzadə  xüsusi  bir  ehtirasla  təbliğ  edirdi. 

İkinci məsələ isə yenə Sürüşün tənqidilə bağlıdır. Neçə yüz 

ildən  bəri  təkcə  İranda  deyil,  Türkiyədə,  Azərbaycanda,  Da-

ğıstanda və s. yerlərdə məktəblərdə dərslik əvəzinə işlədilən 

Sədi  «Gülüstan»ını,  ondakı  qiymətli  nəsihətamiz  şeirləri  də 

Axundzadə millətin müasir inkişaf ehtiyaclarını ödəmək ba-

xımından vaxtı keçmiş hesab edirdisə, Sürüş kimi  istedad-

sız,  formalist  və  məddah  bir  nazimin  yazdıqları  onun  nə-

zərində, əlbəttə, yalnız cəfəngiyat ola bilərdi.  

M.P.Vaqiflə Q.Zakirin şeirlər məcmuəsinə müqəddimə 

kimi  yazılan  məqaləsində  M.F.Axundzadə  şeirdə  sənətkar-

lııq, poetik təsir probleminin şərhini vermişdir. Onun fikricə, 

hər nəzmə şeir demək olmaz. Bir sıra mətləbləri yadda sax-

lamaq  asan,  söyləmək  gözəl  olsun  deyə  nəzmlə  yazırlar. 

«Əlbəttə, belə nəzmlərə şeir, naziminə şair demək xətadır». 

Onların əksər nəzmlərində doğru bir məzmun da tapılmaz. Bu 

cür nəzmi tərtib etmək o dərəcədə asandır ki, təhsil görmüş-

lərdən  hər  biri    azacıq  məşq  etməklə  onun  öhdəsindən  gələ 

bilər. Amma «belə kimsənələrə şair demək qələtdir».  

Oxucusunda və  dinləyicissində  «şövq və  vəcd»  əmələ 

gətirib,  onu  mütəəssir  etmək  iqtidarına  malik  olan  şeir 

nümunələrini  M.F.Axundzadə    Qarabağa  səyahəti  zamanı 

Molla  Pənah  Vaqifin  və  Qasım  bəy  Zakirin  yaradıcılığında 

görmüşdü. Xüsusən Zakirin əsərlərilə əlaqədar dediyi müla-



 

- 62 - 


hizələrə diqqət yetirilsə, görmək çətin deyil ki, M.F.Axund-

zadənin  yüksək  dərəcədə  bəyəndiyi,  onun  «heyrətinə  bais 

olan»  əsərlər,  əslində  XIX  əsr  Azərbaycan  realist  poeziya-

sının  gözəl  nümunələridir:  «Qasımbəy  qafiyatında  öz  məh-

bubəsilə  bir  növ  ilə  müxatibə  və    mükalimə  edir  ki,  adam  

valeh  olur».  Bu  tərif  Q.Zakirin  məhəbbət  lirikasına  aiddir. 

Lakin tənqidçinin digər bir qənaəti bilavasitə Zakirin satirik 

əsərlərinə,    mənzum  hekayə  və  təmsillərinə  aiddir.  Axund-

zadəyə görə Zakir hadisə və əhvalatları müasiri olan qocala-

rın, cavanların davranışını elə təsvir edir ki, insan heyran qa-

lır.  Yalnız  bu  cür  heyranlıq  duyğusunun  ifadəsidir  ki, 

M.F.Axundzadə  öz  böyük  müasiri  və  sonralar  yaxıından 

dostluq etdiyi Q.Zakirin poeziyası haqqında demişdir: «Bu-

nun  xəyalatı  binəzirdir.  Oxuyanda  müstəme  inana  bilir  ki, 

şeir vaqeən ləzzətə bais olurmuş».  

Beləliklə də bütün şüurlu ömrü boyu əleyhinə mübari-

zə  apardığı  mədhiyyəçi,  mistik,  mürtəce  nəzmə  qarşı 

M.F.Axundzadə  məhz  konkret  təsir  gücünə,  bədii  təsir  im-

kanlarına malik olan  mütərəqqi, realist poeziyanı qoyurdu.  

Azərbaycan  ədəbiyyatı  və  ictimai-fəlsəfi  fikri  tari-

xində dramaturgiyanın, realist bədii nəsrin, ədəbi tənqidin 

 



elmi-fəlsəfi

 

publisistikanın



 

banisi


 

kimi


 

tanınan 


M.F.Axundzadə

 

Azərbaycanda  (bəlkə  bütün  Yaxın  Şərq-



də)  yubileyi  geniş  miqyasda, bayram  kimi,  böyük təntənə 

ilə keçirilən birinci ədəbi şəxsiyyətdir. Azərbaycan mədəni 

ictimaiyyətinin  adına  böyük  iftixar  və  təntənə  ilə  yubiley 

keçirdiyi birinci ədib M.F.Axundzadədir; bu ədəbi-mədəni 

hadisə 1911-ci ilin oktyabrında Bakıda və Tiflisdə keçiril-

miş,  sonralar  yazıçının  doğum,  bəzən  də  ölüm  gününün 

yuvarlaq tarixlərinin təntənəli qeyd olunması ədəbi-ictimai 

ənənəyə  çevrilmiş,  müxtəlif  illərdə  yazıçının  anadan 

olmasının 150 (1962), 170 (1982), 175 (1987), 180 (1992), 

190 (2002) illiyi böyük təntənə ilə keçirilmiş, vəfatının isə 50 

(1928), 80 (1958), 100 (1978) illiyi anılmışdır. 


 

- 63 - 


Yazıçının  anadan  olmasının  200  illiyi  münasibətilə 

hazırlanmış ―M.F.Axundzadə – 200‖ kitabına ədibin ömür 

yolunun,  ədəbi  və  ictimai  fəaliyyətinin  əsas  tarixləri  gös-

tərilmiş,  çap  olunan  kitablarının,  habelə  haqqında  yazılan 

əsərlərin  çap  ili,  yeri,  həcmi  haqqında  konkret  məlumat 

verilmişdir.  Səhifələrində  indiyəqədərki  axundzadəşünas-

lığın  nailiyyətlərini  əks etdirən  bu  kitab  onun  perspektiv-

lərinin də müəyyənləşdirilməsinə yardımçı olacaqdır. 

 

Bəkir Nəbiyev, 

Zaman Əsgərli 

 

 



 

 


 

- 64 - 


 

 

 



Мирза  Фатали  Ахундзаде    -  один  из  самых 

выдающихся  деятелей    азербайджанской  литературы  

XIX  века,  его    творчество  ознаменовало 

 

новый  этап  в 



истории  литературно-философской  и  художественно-

эстетической  мысли  Азербайджана. Он  является  родо-

начальником    национальной      драматургии  ,  реалисти-

ческой  художественной  прозы,    великим  новатором  и 

идеологом      просветительского  движения      всего 

Ближнего и Среднего Востока . 

Несмотря  на  то,  что  как  писатель-мыслитель  и  

художник, М.Ф. Ахундзаде сформировался на   богатых 

древних  традициях,  исследуя    значение  многогранной 

титанической  деятельности  писателя,    приходится  

часто  употреблять    такие  слова,  как    «впервые»,  

«первый».

 

Иными  словами,  на  плечи  обладателя  этого 



пламенного  сердца  и  редкостного  творческого 

мышления,  безвозмездно  посвятившего  всю  свою 

сознательную жизнь развитию народа, были возложены 

тяжкие  и  непосильные  для  большинства  его 

современников  задачи. С  большой  гордостью  можно 

констатировать,      что  М.  Ф.  Ахундзаде    был  первым 

представителем  материалистической  философии   

   


не 

только    Азербайджана,  но  и  всего  Ближнего  Восто-

ка. Именно  ему  выпала    честь    стать  первым  и 

крупнейшим  драматургом  данного региона. И именно 

М.Ф.Ахундзаде прославился во всех странах Ближнего 

Востока  как  первый  и  самый    последовательный 

реформатор  арабского алфавита. 


Yüklə 3,95 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin