1812
M.F.Axundzadə iyun ayının 30-da Nuxa (Indiki Şəki)
şəhərində anadan olmuşdur. Atası Mirzə Məmmədtağı
Təbrizin yaxınlığındakı Ximnə kəndindəndir. Anası Nanə-
xanım Axund Hacı Ələsgərin qardaşı qızıdır.
1814
Ata-anası ilə birlikdə Nuxa şəhərindən Təbrizin
yaxınlığındakı Ximnə kəndinə köçür.
1820
Atası Mirzə Məmmədtağı Mirzə Fətəlini Ximnədə
mollaxanaya qoyur.
1821
Anası Nanəxanımla birgə Qaradağda (Cənubi Azər-
baycan) Horanid kəndində yaşayan Molla Ələsgərin yanına
gəlir və onun himayəsində yaşayır.
1823-1824
Hacı Ələsgərlə El-ənkut mahalına köçən Mirzə Fətəli
burada Vəlibəyli obasında yaşayır.
1825
M.F.Axundzadənin ailəsi Vəlibəylidən Qafqaza -
Gəncəyə köçür.
1826-1831
- 117 -
Hacı Ələsgərlə Gəncədən – Nuxa şəhərinə köçür. Bu-
rada Mirzə Fətəli təhsilini davam etdirərək, Hacı Ələsgərdən
ərəb və fars dillərində dərs almağa başlayır.
1832
Gəncəyə gəlir, Hacı Ələsgərin tanışlığı ilə Molla
Hüseyn adlı bir müdərrisin yanında fiqh və məntiq elmlərinə
yiyələnir. Burada o Mirzə Şəfi Vazehlə tanış olur və ondan
nəstəliq xətti ilə yazmaq öyrənir.
1833
Nuxa şəhərində açılan ―Rus-tatar‖ məktəbinə daxil
olur. Lakin yaşı çox olduğu üçün bu məktəbdə yalnız bir il
oxuyur.
1834
M.F.Axundzadə Nuxadan Tiflisə gəlir. Noyabr ayının
1-dən Qafqaz idarəsinin baş dəftərxanasında müvəqqəti
olaraq mütərcim şagirdi vəzifəsinə təyin olunur. O, bu
vəzifədə üç aya qədər maaşsız çalışır. Sonra ona 10 manat
maaş təyin edilir.
1836
Qafqaz İdarəsinin Baş dəftərxanasında çalışmaqla
bərabər, M.F.Axundzadə Tiflis qəza məktəbinə Azərbaycan
dili müəllimi təyin olunur.
1837
Böyük rus şairi A.S.Puşkinin xaincəsinə öldürülməsi
xəbərini eşidərək, Mirzə Fətəli qatillərə nifrət yağdıran
―Puşkinin ölümü haqqında Şərq poeması‖nı yazır.
May - Rusiya ordularının Qafqaz Baş Komandanı Ba-
ron Rozenin komandası altında Abxaziyaya göndərilən ordu
hissəsində Şərq dilləri mütərcimi olaraq iştirak edir.
- 118 -
Ədibin ―Puşkinin öülümünə Şərq poeması‖ Bestujev –
Marlinski tərəfindən nəsr şəklində ruscaya tərcümə edilir.
10 aprel - Qafqaz İdarəsinin Baş Dəftərxanasının
mütərcimi təyin olunur.
23 mart - Türkiyə sərhəd məsələsini yoluna quymaq
üçün təyin olunan ştabs kapitan Nemiroviç – Dançenkonun
mütərcimi sifətilə Quriyaya göndərilir.
Dekabr - kapitan Putyoninlə Astaraya gedir.
1841
M.F.Axundzadə xidmət işlərinin çox olmasına bax-
mayaraq, yaradıcılıqla da məşğul olur, ―Təcnis‖, ―Təcnisi-
digər‖, ―Molla Əli‖ (həcv) və ―Müxəmməs‖ sərlövhəli şeir-
lərini yazır.
1842
3 iyul - mülki praporşik rütbəsi alır.
Rusiya ilə İran arasında olan danışıqlarda iştirak etdiyi
üçün, İran şahı tərəfindən 3-cü dərəcəli Şiri- Xurşid
nişanına layiq görülür.
Hacı Ələsgərin vəfatından sonra, onun qızı Tubu xa-
nımla evlənir və Hacı Ələsgərin ailəsini himayəyə götürür.
1845
M.F.Axundzadə Qafqaz İdarəsinin Baş Dəftərxana-
sındakı vəzifəsindən naməlum səbəbə görə azad edilir. İşsiz
qaldığı bir il ərzində böyük ehtiyac içərisində yaşayır.
1846
3 iyul - M.F.Axundzadə podparuçik rütbəsilə işə qəbul
edilir.
1848
4 noyabr - Nəsrəddin şahın taxta çıxması münasibəti
ilə Rusiya çarı I Nikolayın təbrik məktubunu Tehrana
aparan general-leytenant Şillenqə mütərcim təyin edilir.
- 119 -
1849 - cu il mart ayının 7- nə kimi Tehranda qalır.
İranın bir çox bölgələrini gəzərək əhalinin vəziyyəti və
ölkənin üsul-idarə sistemi ilə yaxından tanış olur.
1849
7 Mart - İrandan Tiflisə qayıdır.
1850
M.F.Axundzadəyə poruçik rütbəsi verilir.
―Hekayəti-Molla İbrahim Xəlil kimyagər‖, ―Hekayəti
Musyö Jordan həkimi nəbatat və dərviş Məstəli şah
caduküni – məşhur‖ və ―Sərgüzəşti – vəziri – xani – Lən-
kəran‖ komediyalarını yazır.
1851
―Hekayəti Musyö Jordan və Məstəli şah‖ komediyası
ilk dəfə Tbilisidə ―Qafqaz‖ qəzetində (№15,16,17), rus di-
lində hissə - hissə çap olunur. Əsər xülasə şəklində Peterbur-
qda nəşr olunan «Литературная летопись»də dərc edilir.
―Musyö Jordan‖ komediyası ilk dəfə Peterburqda rus
dilində tamaşaya qoyulmuşdur.
―Hekayəti – Molla İbrahim Xəlil kimyagər‖ kome-
diyası ―Qafqaz‖ qəzetində (№44, 45) çap olunur.
26 mart - İmperator Rus Coğrafiya Cəmiyyəti Qafqaz
şöbəsinə həqiqi üzv seçilir.
1852
―Hekayəti – xırs quldurbasan‖ və ―Sərgüzəşti – mərdi
– xəsis‖ (Hacı Qara) komediyalarını yazır.
M.F.Axundzadəyə ştabs kapitan rütbəsi verilir.
Sərhəd boyunda olan qaçaqçılıqla mübarizə etmək
üçün göndərilən podpolkovnik Meyerin mütərcimi təyin
edildiyindən Qarabağa gedir. Qarabağda Cəfərquluxan Nə-
- 120 -
va, Qasımbəy Zakir və Xurşidbanu Natəvan ilə şəxsən tanış
olur.
31 yanvar - ―Hekayəti – xırs quldurbasan‖ komediyası
Tiflis teatrında rus dilində tamaşaya qoyulur.
16 aprel - M.F.Axundzadnin İmperator Rus Coğrafiya
Cəmiyyətinə üzv - əməkdaş seçilməsi xüsusunda fərman
verilir.
1853
Tiflisdən Nuxaya gedir. Burada şəhərə su çəkilmək
üçün hökumət idarələrinə müraciət edir.
Ədib beş komediyasını rus dilində kitab halında cap
etdirir.
―1618- ci ildə Bağdad ətrafında Türkiyə ordusunun
vəziyyəti‖ adlı rus dilində yazdığı məqaləsi Tiflisdə çıxan
―Qafqaz‖ qəzetinin 25 və 29 iyul tarixli 53 və 54- cü
nömrələrində çap etdirir.
Tiflisdə rusca çap olunan əsərləri haqqında alman
məcmuələrindən ―Maqazin Fur Dieliteratur des Auslandes‖-
adlı alman məcmuəsində bir resenziya və ―Hekayəti-Musyo
Jordan həkimi - nəbatat və dərviş Məstəli şah caduküni -
məşhur‖ əsərlərinin almanca qısa xülasəsi dərc edilir.
1854
Kapitan rütbəsinə layiq görülür.
―Qafqaz‖ qəzetinin katibi Verderevskinin dilindən İran
Şahənşahına ―Mədhnamə‖ yazır.
1855
―Mürafiə vəkillərinin hekayəti‖ komediyasını yazır.
1857
―Aldanmış kəvakib‖ hekayətini tamamlayır.
- 121 -
―Əlifbai cədidə‖ əsərini yazır və onu Türkiyə Sədr -
əzəminə göndərir.
Hökumətin icazəsilə öz əlifba lahiyəsini Peterburqa və
Avropanın qabaqcıl ölkələrində olan elmi mərkəzlərə gön-
dərir.
Əlifbanı dəyişdirilməsinə dair Tehranda Hüseyn xan
Nizamüddövləyə, İstanbulda olan Mirzə Melkum xana, Mir-
zə Hacı Molla Məhəmmədə və başqa nüfuzu şəxslərə
məktublar yazır.
1857-ci ilin noyabr ayından 1858 ilin noyabr ayının 5-
ə qədər İrəvan quberniya və uyezd idarələrinin təftişində
iştirak edir.
1858
Qafqaz Canişini dəftərxanasının yenidən fəaliyyətə
başlaması ilə əlaqədar olaraq, baş idarənin mütərcimi təyin
olunur.
1859-1860
Yanvar - Cəfərqulu xana nəzirə yazdığı məktub-
mənzumədə yeni əlifbanın əleyhinə çıxan ruhanilərdən
şikayətlənir:
İstəmirik derlər xətti-cədidi,
Əbəs yerə döymə soyuq hədidi,
Üştüri-binoxta hərgiz budidi,
Bizlərdə nöqtəsiz olmaz kitabət.
Bilmirəm ki, nədir bu işə çarə,
Gəlimmi mən Qarabağa dübarə,
Olmasa gər Xandan cüzvi işarə,
Əlifbey sarıdan olmanam rahət.
25 noyabr- Əsərlərinin Azərbaycan dilinə tərcümə
edilməsinə icazə verilir və ilk dəfə ―Təmsilat‖ adlı pyeslər
məcmuəsi Tiflisdə nəşr olunur.
- 122 -
1861
Mayor rütbəsinə layiq görülür.
1862
May - Tiflis yaxınlığındakı Qocur yaylağında olduğu
zaman Hidayət təxəllüslü tarixçi Rzaqulu xanın ―Röv-
zətüssəfai-nasiriyyə‖ tarixi kitabını oxuyub bu kitaba tənqid
yazır və məqaləsini Tehranda nəşr olunan ―Darül xilafə‖
qəzeti redaksiyasına göndərir.
1863 – 1864
Tərtib etdiyi yeni əlifbanı müzakirə etdirmək üçün
İstanbula gedir. İstanbulda Mirzə Melkum xan ilə tanış olur
və bu tanışlıq yaxın dostluğa çevrilir.
Həmin ildə ―Çeşmə kitabəsi‖, ―Səidə xitab‖, ―Fuad
paşanın mədhində‖ adlı mənzumələri və məşhur
―Kəmalüddövlə məktublari‖nı yazır.
―Kəmalüddövlə məktublari‖nı İran hökumətinin Tiflis
konsulu Mirzə Yusif xanın köməyilə fars dilinə tərcümə
edir.
Əlifbanı dəyişdirmək haqqında Türkiyə Cəmiyyəti-
elmiyyəsinə ərizə yazır.
―Əlifbai cədidə‖ haqqında Türkiyə Cəmiyyət –
elmiyyəsində qərar çıxarılır.
Tiflis yaxınlığındakı Qocur yaylağında Şahmat oyunu
haqqında mənzumə yazır.
1865
İranın Tiflis konsulu Əli xanın evində görüşdüyü İran
hökumət adamlarından bıri haqqında ―Həcvi-Əbdürrəsul
xan‖ adlı əsərini yazır.
Sentyabr - ―Məsəli – həkim Sismond‖ adlı hekayə
M.F.Axundzadənin özü tərəfindən tərcümə edilir.
- 123 -
1866 - 1867
İranın ―Millət‖ qəzeti münşisinə (redaktoruna) yazdığı
məktubunda, qəzetin xətti-hərəkətini şiddətli surətdə tənqid
edir .
Borjomidə olduğu zaman ―Bakı quberniyasında kənd
cəmiyyətləri haqqında qərardad‖ adlı sənədi Azərbaycan
dilinə tərcümə edir.
1868
M.F.Axundzadənin Cəfərquluxana yazdığı mənzum
məktubu Adolf-Berje Leypsiqdə almanca nəşr etdiyi kitaba
daxil etmişdir.
―Həkimi-ingilis
Yuma
cavab‖ adlı məqaləsində
M.F.Axundov, 1768 – ci ildə Yum adlı bir ingilis
filosofunun Hind və Bombey müsəlman alimlərinə, kainatın
quruluşu haqqında verdiyi sualına cavab verir.
Türkiyəli Süavi əfəndinin ―Xəttimizin islahi‖
sərlövhəsilə yazdığı əsərini tənqid edir.
İranın Tifıis konsulu Əli xandan İran xariciyyə vəziri
Hacı Əli xanın və Pişaxanınşahın yaxın adamları olduqlarını
eşidərək, əlifbanı dəyişdirmək haqqında şahdan vəsatət
almaq üçün onlara məktub yazır. Əlifba məsələsi ilə
əlaqədar Mahmud xana, Mirzə Hüseyn xana, Müstəfül-
məmalikə, Hüseynəli xana, Mirzə Yusif xana, Mirzə
Melkum xana və s. məktublar yazır.
1869
―Yeni əlifba haqqında mənzumə‖də ədib əlifba
haqqında çəkdiyi əzabları təsvir edir. Türkiyə və İran
hökuməti vəzirlərinin cəhalətini ifşa edir.
Aprel - Batumi qayimməqami ―Osman Şövqi əfəndiyə
mədhiyyə‖ mənzuməsini yazır.
- 124 -
Mirzə Yusif xana göndərdiyi məktubda Əbdürrəsul
xan ilə arasında olan əhvalatı xəbər verir və Tehrana
göndərdiyi əlifba layihəsindən cavab almadığını yazır.
1870
İranın mütərəqqi fikirli adamlarından şahzadə
Cəlaləddin Mirzə ilə tanış olur. Onların aralarında məktub-
laşma davam edir. ―Təmsilat‖ kitabından bir nüsxə ona
göndərir. Cəlaləddin Mirzə bu əsərin fars dilinə tərcümə
edilməsini Mirzə Cəfər Qaracadağıya tapşırır.
M.F.Axundov əlifbanı dəyişdirmək məsələsi ilə əla-
qədar Mirzə Melkum xana, Münif əfəndiyə, sədr əzəm Əli
paşaya, konsul Əli xana, Cəlaləddin Mirzəyə, Mirzə Yusif
xana məktublar yazır. Cəlaləddin Mirzəyə göndərdiyi mək-
tublarından birində əsərlərinin farsca İran səhnəsində
oynanılması xüsusunda təşəbbüsdə olmasını xahiş edir.
1871
25 mart - Mirzə Məhəmməd Cəfərə yazdığı mək-
tubunda ―Molla İbrahim Xəlil kimyagər‖ pyesini fars dilinə
çox düzgün tərcümə etdiyini bildirir və Mirzə Məhəmməd
Cəfərin ―Təmsilat‖da rast gəldiyi bəzi adlar və adamlar haq-
qında izahat verir.
―Hekayəti - Molla İbrahim Xəlil kimyagər‖ kome-
diyasını Mirzə Məhəmməd Cəfər fars dilinə tərcümə edərək
Tehranda kitab şəklində çap etdirir.
M.F.Axundzadə həmin ildə ―Bəcənab (XXA, XXB,
XXS, XXE, XXD‖ şəklində yazdığı məktublarda yeni
əlifbanı dəyişdirmək məsələsindən bəhs edir.
29 iyun - Cəlaləddin Mirzəyə göndərdiyi məktubunda
İstanbulda əlifbanın ziddinə çıxış edən sarı üzlü adamlardan
şikayət edir.
12 oktyabr - Mirzə Melkum xana yazdığı məktubunda
Osmanlı Cəmiyyəti-elmiyyəsində onun əlifbası haqqında üç
- 125 -
təklif: ―Nüqtələrin atılması, səsli hərflərin artırılması, ümum
hərflərin yapışması‖ edilməsini qeyd edir.
Müxtəlif məsələlər, xüsusilə, əlifba haqqında bir çox
adamlara məktublar yazır.
1872
18 may - Qafqaz Canişini Baş İdarəsinin sərəncamına
görə Qafqaz Senzor Komitəsində Şərq dilləri üzrə senzor
vəzifəsi müvəqqəti olaraq M.F.Axundzadəyə tapşırılır.
1873
M.F.Axundzadə ―Əkinçi‖ qəzetinin nəşri üçün Həsən
bəy Zərdabiyə kömək edir və H.Qayıbovu Azərbaycan
şairlərinin əsərlərini toplamağa həvəsləndirir, özü isə
Vaqiflə Zakirin divanını çapa hazırlayır.
Lakin M.F.Axundzadə bu əsəri çap etdirə bilmir.
―Əlifbayi-cədidə üzrə hürufati-samitənin və müsəvvə
vətənin şəkilləri və tərkibi-kəlimati ərəbiyyə və farsiyyə‖
adlı əsərini yazır.
―Molla Ələkbərlə mübahisə‖ adlanan məktubunda
Qafqaz Ruhani İdarəsinin üzvü Səlyanlı Axund Molla Ələk-
bərin oruc və namaz haqqında fikirlərinə etiraz edir.
2 mart - ―Hekayəti-vəziri-xani Lənkəran‖ komedi-
yasını tamaşaya qoymaq üçün bir qrup Azərbaycan ziyalısı
Bakı valisi Staroselskiyə müraciət edir. Staroselski özü icazə
verə bilməyib, Qafqaz canişininə yazılı məruzə ilə müraciət
edib icazə istəyir.
8 mart - ―Hekayəti-vəziri-xani Lənkəran‖ tamaşaya
qoyulmasına icazə verilir.
İyun - M.F.Axundzadə Təbrizdə olan Türkiyə hö-
kumət adamlarından – Ömər Səbriyə yeni əlifba haqqında
məktub yazır.
―Bir neçə kəlmənin fransızcaya tərcüməsi və yazılışda
əlamətlərin göstərişi şəkilləri‖ adlı məqaləsini yazır.
- 126 -
―Hekayəti-Musyo Jordan‖ pyesini Mirzə Məhəmməd
Cəfər Qaracadağı fars dilinə tərcümə edir.
―Sərgüzəşti-Mərdi-Xəsis‖ (Hacı Qara) komediyası ilk
dəfə Bakıda tamaşaya qoyulur. Bu pyesin Bakıda oyna-
nılması haqqında Həsənbəy Zərdabi – ―Müsəlman teatırının
banisi‖ məqaləsində (―Həyat‖ qəzeti, №117, 13 dekabr,
1905-ci il) geniş məlumat verir.
1874
―Əlamət‖ adlı ―Əlifbai cədidə‖yə aid və hüruf samitə
müsəvvədənin latın və ərəb əlifbası üzrə quruluşunu təsvir
edən cədvəl düzəldir.
24 fevral - Fransanın Rəşt konsulu Müsyö Nikolaiyə,
ona göndərdiyi bir kitab haqqında məktub yazır.
Bestujev-Marlinskinin ruscaya tərcümə etdiyi ―Puş-
kinin ölümü haqqında şərq poeması‖ Peterburqda «Русская
старина» məcmuəsində nəşr edilir.
―Hekayəti-Musyö Jordan həkimi nəbatat və dərviş
Məstəli şah cadukini-məşhur‖ və ―Sərgüzəşti-vəziri-xani-
Lənkəran‖ əsərləri Aleksandr Yerifsov tərəfindən erməni
dilinə tərcümə edilir.
―Hekayəti-xırs quldurbasan‖, ―Sərgüzəşti-mərdi-xəsis‖
(Hacı Qara), ―Mürafiə vəkillərinin hekayəti‖ və ―Aldanmış
kəvakib‖ hekayəti farscaya tərcümə edilir.
1875
Parisdəki dostu Mirzə Yusif xandan onun yenicə
çapdan çıxmış ―Yek kəlmə‖ əsərini alır və haqqında rəy
yazır.
7 noyabr - Bəcənabi (XXN) şifrəli məktubda
M.F.Axundzadə Mirzə Məhəmməd Cəfər Qaracadağlının
fars dilinə tərcümə etdiyi kitabı aldığını məktubu yazdığı
şəxsə bildirərək, ondan xahiş edir ki, bu kitabı öz dost
- 127 -
aşnaları arasında yaysın ki, tərcüməçinin zəhməti hədər
getməsin.
Əlifbanı dəyişmək haqqında İstanbulda çıxan ―Hə-
qayiq‖ qəzeti mühərririnə məktub yazır.
1876
May - dostu Manikçiyə yazdığı məktubda deyir:
―Yaşım altmış beşə çatıb, başım ağarıbdır, amma qüvvəm
yerindədir. Gözüm işıqlıdır ümid edirəm ki, on il də
yaşayam‖.
İyul - Tiflis yaxınlığında Qocur yaylağında yaşayır. O
burada Mollayi-Ruminin məşhur ―Məsnəvi‖sini oxuyur və
Tiflisdə olan Şeyxülislam Şeyx Əhməd Hüseynzadəyə mək-
tub yazır. O, bu məktuba üç şeir: ―Hekayəti pota Kərim və
Səfəri-dəllək‖, ―Bədihəxani – Ərdəbili‖, ―Məşədi Buttan
Səlyani‖, ―Hekayəti Seyid Ələm Səlyani‖ əlavə edir.
Adolf Berjenin xahişi üzrə Varşavadan Tiflisə gəlmiş
Vanda adlı bir polşalı qızı tərif edən qəsidə yazır.
Rəşidbəy Axundovun fransızcadan tərcümə etdiyi
böyük bir əsəri redaktə edib çapa hazırlayır.
1877
―Məktəb və tədris məsələləri‖ sərlövhəsi altında
Vəkili-naməlumi-millət imzasilə Həsənbəy Zərdabiyə iki
kiçik məktub yazır. Bu məktublar ―Əkinçi‖ qəzetinin yanvar
və fevral (№ 2,3) aylarında çap olunur.
1878
26 fevral - M.F.Axundzadə Tiflis şəhərində ürək
xəstəliyindən vəfat etmişdir.
- 128 -
ƏDIBIN XATIRƏSININ ANIM TARIXLƏRI:
1911- Anadan olmasının 100 illiyi
1928- Vəfatının 50 illiyi
1937- Anadan olmasının 125 iliyi
1953 – Vəfatının 75 illiyi
1958 - Vəfatının 80 illiyi
1957- Anadan olmasının 145 illiyi
1962 – Anadan olmasının 150 illiyi
1978- Vəfatının 100 illiyi
1982- Anadan olmasının 170 illiyi
1988 – Vəfatının 175 illiyi
2012 - Anadan olmasının 200 illiyi
- 129 -
I HİSSƏ
1.1. KİTABLAR
1.
Təmsilat. - Tiflis: Sərkari-əşrəf əmcəd Canişini-
Qafqazın basmaxanası, 1859 (1276 hicri). - 285 s.
/ərəb əlifbası ilə/
Kitabın içindəkilər: Fehristi-kitab; Hekayəti-Molla
İbrahim Xəlil kimyagər; Hekayəti-Müsyö Jordan
həkimi- nəbatat və dərviş Məstəli şah caduküni-
məşhur; Hekayəti-xırs quldurbasan; Hekayəti-və-
ziri-xani-Sərab;Hekayəti-mərdi-xəsis (Hacı Qara);
Hekayəti-vükəlayi mürafiə; Aldanmış kəvakib
(povest).
2.
Əsərləri: 3 cilddə: C I. Şeirlər və komediyalar
/Tərt.: H.Araslı; Red.: M.Arif /SSRİ EA Azər-
baycan filialı, Nizami adına Ədəbiyyat və Dil İns-
titutu.- Bakı: Azərnəşr, 1938.- 477s.
Kitabın içindəkilər: F.Qasımzadə. Mirzə Fətəli
Axundovun poeziya və dramaturgiyası. Mirzə Fə-
təli Axundov haqqında bioqrafik məlumat. Şeirlər
- Təcnis. Təcnisi-digər; Molla Əli; Müxəmməs;
Hekayəti-Seyid Ələm Səlyani;Cəfərqulu xana mən-
zum məktublar (üç məktub);Zakirə məktub; Çeşmə
kitabəsi; Səidə xitab; Mədhiyyə; Fuad paşanın
mədhinə; Puşkinin ölümü haqqında poema (Azər-
baycan, fars və rus dillərində); Onların təqlidi
elmi bərbad etdi (Azərbaycan, fars dillərində);
- 130 -
Yenə ünsü cin və adamlar arasında bu nə qarı-
şıqlıqdır (Azərbaycan, fars dillərində); Mən ad və
şöhrət axtararaq (Azərbaycan, fars dillərində);-
Yeni əlifba haqqında mənzumə (Azərbaycan, fars
dillərində); Həcvi-Əbdürrəsul xan (Azərbaycan,
fars dillərində); Vanda; Mədhnamə;Qəsidə (Azər-
baycan, fars dillərində). Komeiyalar: Hekayəti-
Molla İbrahim Xəlil kimyagər; Hekayəti-Müsyö
jordan həkimi-nəbatat və dərviş Məstəli şah
caduküni-məşhur;Sərgüzəşti-vəziri-xani-Lənkəran;
Hekayəti-xırs-quldurbasan;
Sərgüzəşti-Mərdi-Xə-
sis (Hacı Qara); Mürafiə vəkillərinin hekayəti.
Kommentariyalar, lüğət və adlar cədvəli.
Dostları ilə paylaş: |