Azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 6,47 Mb.
səhifə137/232
tarix30.12.2021
ölçüsü6,47 Mb.
#20521
1   ...   133   134   135   136   137   138   139   140   ...   232
Xırıt (Culfa) // xırt (Ordubad) – baramaqurdunun birinci yuxusu. Etimoloji baxımdan çox qədim olan bu türk mənşəli söz ad kimi işlənsə də, hərəkətlə, yəni yatmaq mənasında işlənən fellə bağlı olsa da, səs təqlidi → hərəkət → ad isti­qamətində formalaşmışdır. Yumşaq damaq­da, qırtlaqda yara­nan təqlidi söz (xı//xo//xi//qı və s. + r) xorultu, xırıltı, xirtdəx', xirttavık (Qax şivəsində “xirtdək” mənasında), qırtdax (qırt­laq), xırxızdamax (boğmaq, xirtdəyindən yapışmaq), xo­rul­damaq, xırıl­damaq və s. sözlərin yaranmasında kök mor­fem rolu oynamışdır. Müx­təlif türk dillərində işlənən və meta­tezaya uğrayan yuxu // uyku sözünün də kök əsasında həmin təqlidi söz durur.

Şahbuz şivəsində “baramaqurdunun üçüncü yuxusu” mə­na­sında ki­çik xırt, “baramaqurdunun dördüncü yuxusu” məna­sın­da isə böyük xırt ifadəsi işlənir (5, 110). Birinci növ təyini söz birləşməsinin əsas tərəfi kimi çıxış edən xırt sözü burada da diqqəti cəlb edir. Görünür, xırt sözü yuxu sözünün sinonimi olsa da, kök əsasda bir yaxınlaşma vardır. Uyumaq felinə feldən isim düzəldən – xu//-qu//k'u şəkilçi morfeminin qoşul­ması ilə uyqu//uyk'u//yuxu sözləri yaranmışdır. “Yorulub möh­kəm yatmaq” mənasında xırp düşmək//xıp düşmək felinin işlənməsi və bu bir­ləşmənin birinci tərəfinin də xı- kök mor­femi ilə əlaqəli olması tə­biidir.

Koru (Ağdam) – baramaqurdunun birinci yuxusu. –Mənim bir qutu qurdum var, koruya yatıf. Koru sözü ko-//k'o-//xo-//xı- səs axarında xırt//xirt sözləri ilə əlaqələnmiş olur. Həm –ıt/-it//-ıd//-id//-t.., həm –ı, -i, -u, -ü şəkilçi morfeminin feldən isim düzəldən şəkilçi olması səs təqlidi → hərəkət morfeminin ad-morfem yaratmasına gətirib çıxarır.

Xı//xi+r+ feldən ad düzəldən şəkilçi morfem baramaqur­dunun dör­düncü yuxusu anlamında da işlənmişdir: xirix' (Şəki) //xırix' (Şəki) (6,192, 193) // xirə (Kürdəmir) //xirix' (Ağdam, Cəbrayıl, Goranboy) //xi­rik (Cəbrayıl, Goranboy, Göyçay, Mingəçevir, Tovuz).

Xirix' sözünün x→h səs əvəzlənməsi ilə hərix' variantına da dialekt və şivələrdə rast gəlirik. Hərix' sözü Meğri şivəsində “baramaqurdunun dördüncü yuxusu” mənasında işlənir.

“Baramaqurdunun birinci yuxusu” mənasında Şahbuz şivələrində qarışqa yuxusu//qərişqə yuxusu ifadəsi də işlən­miş­dir (5, 110). Qərişqə yuxusu ifadəsi Zəngilan rayonu şivələrində də eyni mənada qələmə alınmışdır (7, 265). Baramaqurdunun birinci yuxusuna bu adın veril­məsi birləşmənin asılı tərəfində işlənmiş “qarışqa” sözü ilə bağlıdır.



Qarışqa//qərişqə Şahbuz şivələrində “toxumdan təzəcə əmələ gələn xırda qurd” mənasında işlənir: -Bizdər qarışqa də:rix' dınqılı qurtdara, ata-babadan (5, 110).

Məlumdur ki, qarışqa sözünün “kiçiklik, balacalıq” mənası Azər­baycan dilində geniş şəkildə işlənir. Hətta bu mənada “qarışqa kimi”, “elə bil qarışqadır” bənzətmələrinin işlənməsi də səbəbsiz deyil. To­xum­dan təzəcə əmələ gələn xırda qurdlara qarışqa deyilməsi də bu sə­bəbdəndir. Odur ki, ikinci növ təyini söz birləşməsi kimi çıxış edən qarışqa yuxusu//qərişqə yuxusu ifadələri toxumdan əmələ gələn qarış­qaya bənzər xırda qurdun yuxusu kimi anlaşılmalıdır.



Cünsaz (Ağdam, Cəbrayıl, Füzuli, Zəngilan) //cümşaz (Bərdə, Kür­dəmir) – baramaqurdunun ikinci yuxusu. –Baramaqurdunun ikinci yuxusuna cümsaz deyirix' (Ağdam). –Cümsazdan durannan so:ra qurdu yaydıx (Zəngilan). –Qurdumuz düz iki günə cümsazı yatıb durdu (Cəbrayıl). –Baramaqurdunun ikinci yuxusuna cumşaz di:rix' (Bərdə).

Şümşürüt yuxusu//düyuxusu (Şahbuz) //dünyuxusu sözləri də “bara­ma­qur-dunun ikinci yuxusu” mənasında işlənir. İkinci yuxudan sonra baramaqurdunin hərəkəti artır, fəallığı hiss olunur.

Cümsaz, cumşaz, şümşürüt, o cümlədən dü- sözləri bənzətmə əsa­sın­da yaranmış addır. Şümşürüt (Ağcabədi) //şümşürüx' (Ağcabədi, Bərdə, Culfa, Tərtər) //sümşülüt (İmişli) “ildırım” mənasında dialekt və şivələrimizdə geniş şəkildə işlənir.

Naxçıvan qrupu dialekt və şivələrində şümşürüx'//şümşürüt sözləri “göy gurultusu eşidilməmişdən qabax ildırımın işığı” mənasında işlənir: “Şümşürüy atır” deməklə bunun ardınca bir azdan göy guruldayacağına və ildırım çaxacağına işarə olunur. Məhz bu mənada şümşürüt yuxusu ifadəsi işlənir. Cümsaz//cümşaz sözləri də bu əsasdan götürülüb. Azər­baycan dilinin dialekt və şivələrində gurşad (Qazax)//gürşad (Göyçay, Qazax, Sabirabad, Salyan)//gürşəd (Gədəbəy) sözləri də “ildırım, şüm­şək” mənasında işlənir. Həmçinin bu sözü şimşək sözünün fonetik va­riantı hesab etmək olar.




Yüklə 6,47 Mb.

Dostları ilə paylaş:
1   ...   133   134   135   136   137   138   139   140   ...   232




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin