Ədəbİyyat:
-
Azərbaycan tarixi. Yeddi cilddə. IV cild (XIX əsr), Bakı “Elm” 2007
-
B–1391 ساغرى ، ديوان (حيات و ممات)، اليازمالار انستيتوتو،
-
Darabadi Q. A. Kalliqrafiya, Bakı, ADU nəşri 1953
-
XIX əsrin birinci yarısında Azərbaycan ədəbiyyatı (Azərbaycan klassik ədəbiyyatı kitabxanası, 20 cilddə, səkkizinci cild), Bakı, Elm, 1988
-
Sağəri Qarabaği. Divan (Həyatü məmat) , Nəşrə hazırlayan: Əmirəhmədova G., Bakı – Nurlan – 2006
-
Фр-327/7592, Sağəri şeirlər (18 vər. )
Yaqub Mütəllİbİ
(Əlyazmalar İnstitutu)
İSLAMDA UŞAQLARIN TƏLİM-TƏRBİYƏSİ HAQQINDA
Təlim-tərbiyə haqqı uşağın əsas hüquqlarındandır. İslam dinində təlim-tərbiyə mövzusuna diqqətlə yanaşılmış və bu məsələyə çox ciddi əməl edilmişdir. Təlim-tərbiyə adətən kompleks şəkildə, birlikdə həyata keçirilir. Hər biri ayrıca məna kəsb etsə də, hər ikisinin məqsədi eynidir. Məqsədin aydınlaşdırılması üçün bu iki ifadənin burada şərhini qeyd etmək yerinə düşərdi:
Tərbiyə – tərbiyə olunan şəxsə kömək, onun üçün vacib amil və şərtlərin yaradılmasından ibarətdir ki, həmin şəxs öz bacarığını bütün istiqamətlərdə inkişaf etdirə bilsin, həmçinin öz məqsədinə doğru tədricən irəliləsin. Ağacı bəsləyib böyüdən bağbanın işi tərbiyə əməli üçün yaxşı bir misaldır (1, s.192-193).
Təlim – elm və sənətin yeni nəslə ötürülməsi, ümumiyyətlə biliklərin daha geniş şəkildə mənimsənilməsindən ibarətdir. Daha aydın şəkildə şərh etsək, təlim söz demək, mənalı sözlər söyləmək, həmin mənalı sözləri öyrənməyə davam edərək, bu qayda ilə öz qazandığı biliyi fəaliyyətə tətbiq etməkdən ibarətdir. Buradan aydın olur ki, təlim də tərbiyənin bir növü hesab olunur (2, s.11-14).
Mütəxəssislər qeyd edirlər ki, uşaq həyatının ilk dövrlərində, hələ formalaşmamışkən onda xoşbəxtlik və bədbəxtlik əlamətləri özünü büruzə verir, o, həm kamil, həm də aşağı səviyyəli insan da ola bilər. Hər bir insanın gələcək xoşbəxtliyi və ya bədbəxtliyi onun tərbiyə olunma səviyyəsi ilə sıx bağlıdır (3, s.11). Ustad Şəhid M.Məthəri buyurmuşdur: “İnsanda tərbiyə ruhu çiçəkləndirən bir vasitə olmalıdır”. Sual olunur: müxtəlif dövrlərdə bu baxışda fərq olmuşdurmu? Şübhəsiz ki, fərq olmuşdur. Bəzi dövrlərdə istedadların çiçəklənməsi üçün ən yaxşı məqam olur. Həmin dövr yeddi yaşdan sonrakı dövrdür. (2, s.63). Tərbiyə insan həyatının ən canlı meyarlarındandır və onun sayəsində insan nail olmaq istədiyi xoşbəxtliyə qovuşur. İmam Əli (ə) öz hikmətli kəlamlarında övlad tərbiyəsinin müsbət məqamlarını və həmçinin onun mənfi fəsadları barədə bildirmişdir. Həzrət Əli (ə) övladı valideynlərin fəxarət mənbəyi hesab etmişdir. O, düzgün tərbiyənin məhsuldar və səmərəli olduğunu, saleh övlad yetişdirdiyini, diqqətsiz qurulan tərbiyənin isə təhlükəli olduğunu, fərsiz övlad yetişdirdiyini qeyd edir. O həzrətin fikrincə, saleh övlad ünsiyyətin cövhəri, valideynin rahatlığıdır. Buna görə də o, buyurmuşdur: “Ünsiyyət və rahatlıq üç şeydədir: Saleh övladda, ərlə yola gedən qadında və bir fikrə gələn qardaşda”.
Dostları ilə paylaş: |