3. Topqapı Sarayı muzeyində H.901 م - şifrəli nüsxə 158 vərəqdən ibarətdir. H. 1148-ci ildə (1735-36) Əbdülqədir b. Mahmud tərəfindən köçürülmüşdür. Xətti təliqdir. Hər səhifəsində 21 sətir var. Mətn qara, başlıqlar qırmızı mürəkkəblə yazılmışdır, haşiyəsizdir. Cildi qara rəngli dəridir. Cildin kənarlari zərlə haşiyələnmişdir.
Başlanır:
Xoşa, fərxundəəxtər leyleyi-mümtazü müstəsna,
Ki ünvani-bərat qədridir sərsurəyi-İsra.
خوشا فرخنده اختر ليله ممتاز مستثنا
كه عنوان برات قدريدر سر سورﮤ اسرا
Bitir:
Yüz iki mədh edicək devirən Həllac toqmağına,
Yay kirişi gibi pat-pat üz amanə bürün.
يوزيكى مدح ايديجك دويرن حلاج طوقمغن
ﭘاب ﭘاث اوز ﺁمانه بورون ياى كريشى كبى
Divan 1 meracnamə, 2 nət, 30 qəsidə, 33 tarix, 352 qəzəl, 2 qitə, 3 təxmis, 46 əbyat, 114 mətlədən və “Zəfərnamə”, “Bərbərnamə”, “Dərənamə”, “Əmrülleys” mənzumələrindən ibarətdir (10).
Dostları ilə paylaş: |