7. Topqapı Sarayı muzeyində E.H.1620 - ى şifrli nüsxənin həcmi 195 vərəqdən ibarətdir. Ölçüsü 23,3x17,3 sm., sətir sayı 21, təliq xəttlə yazılmışdır. Cildinin arxası və kənarları meşin, ortası parçadandır. H.15 rəcəb 1204-cü ildə (31 mart 1790) Nazifzadə Əhməd Yüsri tərəfindən köçürülmüşdür. Əvvəlindəki 2 vərəq tamamilə zər və nəbati naxışla, 1, 65, 79, 144, 157-ci vərəqlər isə türk işi sayılan naxışla bəzədilib. Əlyazmada Seyid Yəhya İhya tərəfindən təshih edildiyi qeydi də var.
Başlanır:
Xoşa, fərxundəəxtər leyleyi-mümtazü müstəsna,
Ki ünvani-bərat qədridir sərsurəyi-İsra.
خوشا فرخنده اختر ليله ممتاز مستثنا
كه عنوان برات قدريدر سر سورﮤ اسرا
Bitir:
Şəb degil bəxtü əsr gunəsidir,
Sehri Ədhəmin nümunəsidir.
شب ركل بخت و اثر كونسيدر
سحر ادهمك نمونسيدر
Bu nüsxədə 1 meracnamə, 2 nət, Abdülqədir Ceylaniyə və Şeyx Misriyə yazılmış mədhiyyələr, 30 qəsidə, 3 təxmis, 43 tarix, 324 qəzəl, 2 tərcibənd, 58 qitə, 159 beyt, 5 lüğəz və “Bərbərnamə”, “Xaceyi-Fəsad”, “Əmrülleys”, “Səlim Gəray adına məsnəvi”, “Ədhəm və Hüma” mənzuməsi yer alır (12).
Dostları ilə paylaş: |