خوشا فرخنده اختر ليله ممتاز مستثنا
كه عنوان برات قدريدر سر سورﮤ اسرا
Bitir:
Bana memar isən əğyar yıqılsın getsin
Dili-viranım yanmaq isə qəsdin yab yab
بكا معمار ايسك اغيار يقيلسك كتسك
دل ويرانم يانمق ايسه قصرك ياب ياب
Divan meracnamə ilə başlayır, arxasınca 2 ədəd nət yazılmışdır. Divanda Ziya Paşanın “Xərabat” əsərində qeyd olunan Sabitin ölümünə yazılmış beyt və “Xərabat”ın müqəddiməsində Sabit haqqında yazılmış beytlər vardır. Həmçinin Nabinin Sabitə təriflə yazdığı beytlər də yer almışdır.
Divanın içində 1 meracnamə, 2 nət, 40 ədəd qəsidə, 339 qəzəl, 36 tarix, 1 müsəmmən, 1 mürəşşər, 32 qitə, 18 rübai, 110 mətlə, 5 lüğəz, 3 təxmis vardır. Bunlardan başqa divanın içində “Dasitane-Ədhəmü Hüma”, “Şövqəngiz”, “Zəfərnamə”, “Bərbərnamə”, “Xaceyi-Fəsad”, “Mənqəbeyi-Əmrülleys” adlı mənzumələr də vardır (4).
ƏDƏBİYYAT:
-
Adilov M. Azərbaycan paleoqrafiyası və tarixi orfoqrafiya məsələləri. Bakı: 2002, 200s.
-
Adilov M. Türk mətninin transfoneliterasiyası problemləri. Bakı: 2003, 120s.
-
Ankara Milli Kitabxana A.1949.
-
Ankara Milli Kitabxana A.550.
-
Kayseri, Raşit Əfəndi Kitabxanası.
-
Musayeva A. Üziçeli Alaəddin Sabit və əlyazmaları ilə bağlı ilkin sistemləşdirilmiş bilgilər // Orta əsr əlyazmaları və Azərbaycan mədəniyyəti tarixi problemləri. XI cild. Bakı: Nurlan, 2008, səh. 108-145.
-
Sabit. Divan. (hazırlayan: Turqut Karacan). Sivas: 1991. 633 s.
-
Sabit. Külliyyat. Azərbaycan Milli Elmlər Akademiyası M.Füzuli adına Əlyazmaları İnstitutu, M-25.
-
Topqapı sarayı kitabxanası H.878.
-
Topqapı sarayı kitabxanası H.901.
-
Topqapı sarayı kitabxanası H.902.
-
Topqapı sarayı kitabxanası H.1620.
Dostları ilə paylaş: |