Azərbaycan miLLİ elmlər akademiyasi


İstİfadə olunmuş arxİv materİalları



Yüklə 6,47 Mb.
səhifə100/232
tarix30.12.2021
ölçüsü6,47 Mb.
#20521
1   ...   96   97   98   99   100   101   102   103   ...   232
İstİfadə olunmuş arxİv materİalları:
ARDTA -fond № 290 təsvir 1 iş № 1508 ; № 1627

təsvir 2 iş № 2612


Şəfiqə Abdullayeva (Əlyazmalar İnstitutu)
İsmayıl bəy Nakamın əsərlərİndə klassİklərİn yerİ
XIX əsr Şəki ədəbi mühitinin yetirdiyi istedadlı şairlərdən biri də Mirzə İs­mayıl bəy Nakamdır. O, Dərviş Hacı Mə­həm­məd Ağanın oğlu, mayor Sədrəd­din­bəyzadənin isə nəvəsidir. Nakam 1839-1908 illərdə Nu­xada yaşayıb yaratmış, 3 bö­­yük ”Divan” yazmış, “Məcnun və Ley­li”, “Fərhad və Şirin” poe­ma­larını ”Hədisi- Lətif” və ”Niyaznamə” əsər­lərini, qəzəllər­dən ibarət “Şeirlər” kitabının müəllifidir. “Həyat” və “Ziya” qəzetlərində alovlu çıxışları və məktubları var­dır. M-375 şifrli “Divanı-bədii” əsərindəki (6. s.51) qəzəlində yazır:

Diyari-hicrdə, iqlimi-qəmdə, mülki-həsrətdə,

Nə dürlü kim, bəlavü dərdü qəm var, etmişəm hasil.

Fəğan kim, gülşəni-ümiddə nalan olub axır,

Güli-məqsudə vasil olmayıb, xar etmişəm hasil. (6. s.51b)

Yaradıcılığında Nəvai əlaqələri yüksək dərəcədə görünən şairlərdən biri də İs­­mayıl bəy Nakamdır. O, “Fərhad və Şirin” poemasında Nəvai yolu ilə getmiş, Fər­hadı böyük sənətkar kimi ilk plana çəkmişdir. Seç­diyi “gurqac”, “yakulur”, ”kəc”, ”hadis” və s. rədiflərdə ümumilik var­dır. Nakamın da naqabil katiblər haq­qın­da yazdığı qitəsi, Nəvainin ”Səbeyi-Səyyar”ı­nın sonundakı misralarda Füzuli­nin eyni məzmunlu qitəsi ilə nə qədər yaxındır. Nəvai qəzəllərinin birində yazır:

Zohid sanqa hur, manqa conona gerak,

Cannat sanqa bolsun, manqa mayxona gerak. (2. s. 760)

Nakamın “Gərək” qəzəlindəki ifadəyə baxaq:

Ver badə kim sədaqına gənci rəvan verib,

Düxti-rəz ilə könlümü damad edəm gərək.

Müğbəçə təəllül edib badə verməsən,

Bünyadi-dəhri-ah ilə bərbad edəm gərək. (8. s.388)

Nakam Nabinin əsərlərindən bəhrələnməklə bərabər, Nabi­yə məx­sus kəl­mələrdən istifadə etmiş, son misralarda olan qa­fiyə və rədifləri öz misralarında işlətmişdir, bu heç də Nabini təq­lid etmək deyil, əksinə, sevdiyi ustada cavabdır.

Nabi yazır:

Afət, çeşmin gönüldə olmayan halətmi var,

Çeşmi-fəttanın kibi aləmdə bir afətmi var?(1. s.9)

Nakamda isə:

Pay yarə düşməgə əğyardır növbətmi var,

Sayəsində nəxli-ümüdün məgər rahətmi var?(1. s. 9)

Nabinin qəzəlində:

Sənin rüxsarın alın kim, gülü həmrəyə qalıbdır,

Mənim naləmdə, ey gül, bülbüli-şeydayə dəyər. (1. s.10)

Nakam Nabınin qəzəlinə nəzirə olaraq yazır:

Dəm sərdi-ahım zülfi-ənbərsayə qalıbdır,

Ümüd vüsaliylə dildə həva sevdaya qalıbdır. (1. s.10)

Ə.Müznib (1. s.9) səhifədə “Nakam” adlı məqaləsində ya­zır: ”Na­kam Nabi­nin mütaliəsindən də lazımınca istifadə et­miş­dir. (İrəvan, Təş­mir, Keysivan,) Na­biyə məxsus olan kəl­mələr Nakamın da qəzəl­lə­rin­də görülür, həm də yazdığı nəzi­rələr daha çoxdur. Hala Nabiliyi an­latan bir vəzn, bir rədif, bir qa­fiyədə yazılan bir neçə qəzəllərin müta­liələri buraya nəql olunur”.

X.B.Natəvan oğlunun ölümü münasibətilə “Sənsiz” rədifli qə­­zəlini yaz­mış­dır. Nakam Natəvanın kədərinə öz münasibə­ti­ni bu “Sənsiz“ rədifli qəzələ nəzirə ola­raq “Sənsiz” qəzəlini yaz­­mışdır. Bu qəzəl D-379/7668 şifrli cüngdədir. Bu qə­zəl top­luda 157 b vərəqindədir (11. s.13/157). Bu qəzəl B-2708/ 4333 şifrli əl­yaz­manın 2-ci səhifəsində də verilmişdir. Bu qə­zələ S.Ə.Şirvani, Hüzni Baba Hacı Sa­leh, Ə.Ə.Səbur, Məşədi Azərin, və b.da nəzirə yazmışlar. Nakam yazır:

Nigarə aləm olmuşdur bana namehriban sənsiz ,

Günüm qarə, dilim sədparə, halimdir yaman sənsiz. (11. s.13/157)

X.B.Natəvanın qəzəlində isə bu ah-fəğan qəlbi yandıran və üzücü­dür:

Bahar ayamıdır açılıbdı güllər, ey cavan, sənsiz,

Təəssübdür nədən divanə olmaz Natəvan sənsiz.

(11. s. 13/157)

Nakam B-8007/11888 şifrli əlyazmada Nəsimi poeziyasının gözəl­li­yini öz qəzəllərində canlandırmış və B-4175 şifrli əl­yaz­mada (8. s.54a) vərəqindəki qəzə­lində bir qədər dəyişiklik edərək yazır:

Sən bana yar ol ki, könlüm bir dəxi yar istəməz,

Könlümün dildarı sənsən özgə dildar istəməz .(8. s.54a)

Nəsimidə isə bu qəzəl belə yazılmışdır:

Sən sana gər yar isən var, ey könül, yar istəmə,

Yarü dildar ol sana, sən yarü dildar istəmə. (10. s. 197)

Nakam “Eylədi”qəzəlində dəyişiklik etmiş olsa da, məz­mun­da ox­şar­lıq çoxdur:

Firqətin dərdi nigara bağrımı qan eylədi,

Rüzgar oldu müxalif vəsli hicran eylədi.(9. s. 54a)

Nəsiminin qəzəlində isə mənaca oxşarlıq olsa da şəkilcə ayrıdır:

Ayrılıqdan yar mənim bağrımı büryan eylədi,

Özünü bir yana saldı, məni bir yan eylədi. (10. s. 200)

Nakamın Füzuliyə nəzirələrini alimlərimiz F.Qasımzadə, M.Quluza­də, Ə.Müznib və b. epiqonçuluq kimi qiymətləndir­miş­lər. Nakam Füzu­li qəzəllərinə nə­zirə və təzminlər etmişsə də çox ləyaqətli, səliqəli, for­ma, dil, üslub və məzmun baxı­mın­dan öz məhsulunu yaratmış, ustadına olan sevgisini davam etdirməklə klassik ədəbiyyatın davamına nəhayət vermişdir. Professor M.Quluzadə Füzuli lirikasının özbək əlaqələrindən danışarkən yazır: ”Yarışa girişən şair ədəbi fikri irəliyə apar­ma­lı, ondan əvvəl yaradılmış əsərdən yüksəkdə və ya heç ol­maz­­sa onunla yanaşı durmağa layiq orijinal əsər yarat­malı­dır”.(4. s. 213)

Nakamin İbrahim Həqqi şeirlərindən təsirlənməyi də aş­kardır. Böyük sə­nət­karların təsiri Nakamın ədəbi tarixi sima kimi formalaş­ma­sına böyük təsir etmişdir. (M.Rafili) F.b.Kö­çər­li “Azərbaycan ədəbuy­yatı” adlı kitabında (3. 287 )-ci sə­hifə­də yazır: “Nakamın İ.Həqqi həz­rətlərinə bir misraını mütə­zəm­min inşa qıldığı tər­cibənd dəxi şayani-diqqəti-əhli-ürəfa və şüəra olduğundan burada eyni ilə təhrir olunur”:

Nə intizam bulmuş idi nəzmi-kainat,

Nə olmuş idi zatə əta kisveyi-sifat.

Nə gəlmiş idi zahirə eyni təəyyünat,

Nə kambəxş vəsl idi abayə ümməhat.

Nə kəşf idi nükati-müəmmayi-hadisat,

Nə əql idi məşvəşi-rəmzi-təəllüqat.

Nə dil səqimi-keşməkeşi-inü an idi,

Dəmlər o dəmlər idi, zaman ol zaman idi. (3. s. 287-288)

F.b.Köçərli fikrini belə bitirir: “Füzuli dəxi bu mətləb üstündə xeyli gözəl kəlami-bəlağətsənci-ilə rişteyi- nəzmə çəkib nəticeyi-kəlamda bu beyti demişdir”:

Əlqissə , vücud dami-qəmdir,

Azadələrin yeri ədəmdir. (3. s. 289)

Şair bu fikirlərini belə çatdırır:-“Ol zamanda intizami-aləm bir qay­da təhtinə gir­məmişdi, zatə kisveyi-sifat əta olunma­mış­dı, müəmmayi-hadisat kəşf olunma­mışdı, vücudi-insan nəf­si-əmmarə əlində əsirü sərgərdan deyildi, azadə idi. Hal bu üzrə ikən zillət və aşüftəlik zamanı irişdi və vücudi-insanı qeyd etmək üçün min cürə riştələr və zəncirlər tərkib olundu və şair Nakam dəxi aləmi-nasutə xa­rü zar gəlib, küdurət məh­bəsində əsir və muqəyyəd oldu”.(3.s. 289)

Nakamın Həbibi qəzəllərinə tutqunluğu nəzirə olaraq tən­zim qıldığı bu tərci­bəndində şairin nitq dərəcəsini və şeir fən­nində olan məharətini və qabiliyyətini göstərir. Bu kəlamda elə fərd­lər var ki, ən böyük türk şairlərinin kəlamından onları ayı­rıb kənar etmək mümkün deyil. Nakam da eynilə 7 bənddən iba­rət müsəddəs yazmışdır. Bu Həbibinin yaradı­cı­lığının zir­vəsi sayılan ”Dedim-dedi” müsəddəsinə cavabdır. Füzulinin Hə­bibiyə cavab olaraq yazdığı bu müsəddəsdə bədii surətlərin xeyli dərəcədə cilalandığı, sadələşdiyi nəzərə çarpır: Şeirə ba­xaq:

Şiddət bulub könüldə təəşşüq əsərləri,

Çevrəmdə huyü hay ilə ətfal ləşkəri,

Çəkdi hərimi-yarə məni eşq rəhbəri,

Əhvalımı xərab görüb dedi ol pəri:

Divanəsən, nəsən, nə olub sənə?-Dedim:

Məftuni-ceşmi-sahiri-fəttanınam sənin. (3. s.286)

B-4175/5800/ şifrli əlyazmada Nakamın şeirləri içərisində Füzuli­nin:

Sərvi-azad qəddinlə mənə yeksan görünür,

Nəyə sərgəştə olan baxsa xuraman görünür. (9. s.54)

Şair burada “qədinilə” və “eksan” (12. s.68) sözlərində də­yi­­şiklik et­miş və sonda adını dəyişmiş, görünür misraları sax­ta­laşdırmamış, şairin fikirlərinə şərik olduğu­nu bildirmişdir. Bundan əlavə ”Görünür“ rədifli bir neçə qəzəlində isə şair öz usta­lıq məharətini göstərə bilmişdir.

O,”Leyli və Məcnun “ əsərində verdiyi lirik ricətdə deyir:

Can vermə qəmi-eşqə ki, eşq sadiqi candır,

Eşq afəti-can olduğu məşhuri cahandır. (5. s. 68)

Nakam həmin qəzəlin təsiri ilə B-4175/5800 şifrli əlyaz­ma­da yazir:

Can vermə neyim eşqinə ki, eşq afəti candır,

Eşq afəti-can olduğu məşrəsi ruhi rəvandır .

Ey əbrui-xəm qətlinə bir xəncəri xövnəriz,

Hər zülfi-siyah, qəsdi-nigar, əfi ilandır. (9. s. 24)

Molla Pənah Vaqif “Görmədim” rədifli şeirində dövründən şikayət­çi kimi, ittihamçı, hücumçu kimi sözə başlayır:

Mən cahan mülkündə mütləq doğru halət görmədim,

Hər nə gördüm ,əyri gördüm, özgə babət görmədim.

(10. s.369)

Nakamda isə dövrandan və aşiqin şikayəti gözələ xitabən söylənil­mişdir.

Gəzmişəm gülşəndə bu bir sən kimi güli görmədim ,

Qamət mina kibi bir zülfi-sünbüli görmədim.

Oxuyur gülşəndə bülbüllər və xoş dili görmədim,

Fanidə eşq atəşindən üzü müşküli görmədim. (9. s .20 b)

Göründüyü kimi romantik ruhlu, maarifpərvər, saf düşün­cə­yə malik olan, savadlı və tələbkar çıxışları ilə ürəklərdə qorxu yaradan şairin əsər­lərinin üzə çıx­maması, sabahının bu günə qədər parlamadığının sə­bəbləri məhz budur.

Şirin dili, ləhcəsi, məzəli ifadələri ilə seçilən Nakamın D-831/ şifrli əlyaz­ma­sındakı bu maraqlı, məzmunlu misrası diq­qəti cəlb etməyə bil­məz:

Bəni məst eyləyən, bu gözləri xumar imiş, bilirəm,

Bəni nalan edən, bir də xalları gülnar imiş, bilirəm. (7. s.1)

Bu da Nakamı Füzuli ədəbi məktəbinin davamçısı sıralarına daxil etməyə haqq qazandırır. O, “dövrünün fəryadı, üsyan­karı olmuşdur”.


Yüklə 6,47 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   232




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin