Azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 6,47 Mb.
səhifə111/232
tarix30.12.2021
ölçüsü6,47 Mb.
#20521
1   ...   107   108   109   110   111   112   113   114   ...   232
Mir Firidun RİYAZİ

(İİR, Təbriz)
NİZAMİ GƏNCƏVİNİN «XOSROV VƏ ŞİRİN» POEMASINDA FƏRHAD SURƏTİ
Yaxın və Orta Şərq xalqları ədəbiyyatının ən məşhur surət­lərindən biri də Fərhaddır. Onun adı neçə əsrdir ki, zövq əhli­nin dilində əzbərdir. Hicri VI əsrdən günümüzə qədər Fərhadın dastanını qələmə almayan və ya onu yad etməyən, şeirlərində onun nakam eşqinə toxunmayan şair az tapılar. Cəsarətlə deyə bi­­lərik ki, Fərhadı bu şöhrətə çatdıran böyük şair Nizami Gən­cəvinin qüdrətli sənəti olmuşdur. Daha öncəki mənbələrdə Fər­hadın adına rast gəlinsə də, nakam eşqinə sədaqət rəmzi olan Fərhad surətini yaradan, onun sonrakı dövr sənətkarlarına nümunə olmuş dasta­nını yazan Nizami olmuşdur. Nizamidən son­ra bir çox şairlər onun yolunu davam etdirərək Fərhadın nakam eşqindən bəhs edən əsərlər yaz­salar da, bu təqlidlərin heç biri Nizaminin əsərinin şöhrətini qazana bilməmişdir (1).

Fərhad surətinin farsdilli ədəbiyyata nə zamandan gəlməsi barədə dəqiq məlumatımız yoxdur. «Tarixi-Təbəri», «Seyfəl­mü­lük», «Qorər-əxbar» kimi kitablarda onun adına rast gəl­mirik. «Müstəməlüt-təvarix vəl qisəs» əsərinin bir neçə ye­rin­də Xosrovun ordusunun sərkərdəsi kimi Fərhadın adı çəkilir. Lakin onun Şirinə aşiqliyi barədə bir söz de­yilmir. Belə nəticə­yə gəlmək olar ki, Fərhadın surəti Nizamidən öncə ədəbiyyat­da geniş işlənməmişdir (2).

Nizami «Xosrov və Şirin» dastanına aşiqanə mövzusu sala­raq onu ətraflı işləmiş, aşiq olan şəxsin psixoloji durumunu, hə­yəcanlarını ona qədərki orta əsrlər ədəbiyyatında mövcud olmayan bir dəqiqliklə şərh etmişdir. O, mənzuməsində İbn Həşm və İbn Qəyyumun eşqə dair nə­zəriyyələrini poetik şəkil­də şərh etmiş, bir sıra hallarda eşqə irfani nöq­teyi-nəzərdən ya­naşmış, məqsədinə uyğun olaraq Fərhadın özünə­məx­sus xa­rak­terini təsvir etmişdir (3).

«Xosrov və Şirin» poemasında Şapur Fərhadı Şirinə bir mü­­həndis kimi tanıtdırır və əlavə edir ki, bu mühəndis bəzək için­də də mütəxəs­sis­dir. Bu mənzumədə Fərhadın işi ancaq mü­­həndislikdən ibarət olmuş­dur. Şirin onu ilk dəfə ona görə çağırtdırır ki, daşdan bir arx düzəlt­dir­sin. Çünki o süd içməyi se­vir, lakin onun yaşadığı vadidə zəhərli bitki­lər çox olduğu üçün mal-qara oradan kənar gəzir (4).




Yüklə 6,47 Mb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   232




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin