Ki, “Nüni-vəl-qələm” Qur`anda səbt etmiş bu fərmanı.
(10,104)
Belə ki, Allahın Rəsulu (s) “doğru təriqət”i izləyən təsəvvüf əhlinin bəyanında buyurur: “Allah-taala tərki dünyalığı bizim taleyimizə yazmamışdır. Mənim ümmətimin riyazətkeşliyi Allah yolunda mübarizə aparmaqdır”(4,29).
Allahın Rəsulundan(s) sonra bu “Təsəvvüf məktəbi”ni təsis edənin isə onun xas canişini və vəsisi Əli ibn Əbi Talib(ə) olması mərifət əhlinə bəllidir. Deməli, zahirdə tərkidünya kimi görünən, xəvas əhli olan həqiqi sufilərin əslində Peyğəmbərin(s) hikmət elminin varisi olan İmam Əlinin(ə) “Rəyazət məktəbi”nin xas ardıcılları (müridləri) olduğu şübhəsizdir.
Təsəvvüf aləmində “Kuntu kənzən” (“Mən gizli bir xəzinə idim...”) buyuran Allahın sirrinin faş olunma əsrarı isə, hələ Ələst aləmində Allahın öz Rəsuluna(s) xitabən buyurduğu “Lov lakə...” “Əgər sən olmasaydın aləmləri yaratmazdım, səni Əliyə xatir, hər ikinizi isə Fatiməyə xatir yaratdım”- ta ki, qiyamətə qədər Allahın nuru mərifəullahı kamilən təsdiqləyən bir nəsil ilə tamamlansın”(1,1b)-qüdsi hədisi ilə mənalandırılır. Buna görə də sufilər arasında İlahi Dərgahın mərhəmi olan Peyğəmbər(s) Əhli-beytinin izlənilməsi bəyanında Allahın “Ələstü birəbbikum?”-sorğusuna, Adəm nəslinin:“Bəla!” –cavabına (“Xatırla ki, bir zaman Rəbbin Adəm oğullarının bellərindən (gələcək) nəsillərini çıxardıb onların özlərinə (bir-birinə) şahid tutaraq: "Mən sizin Rəbbiniz deyiləmmi?" - soruşmuş, onlar da: "Bəli, Rəbbimizsən!" - deyə cavab vermişdilər. (Ki,) qiyamət günü: "Biz bundan qafil idik"-deyə bilməsinlər (7/172) və sonra “O vaxtı yadınıza gətirin ki, Allah peyğəmbərlərdən: "Sizə verdiyim kitab və hikmətdən sonra, sizdə olanı təsdiq edən bir peyğəmbər gəldikdə ona mütləq inanıb yardım edəcəksiniz", - deyə əhd almış və onlara: "Bunu təsdiq edib, ağır olan əhdimi qəbul etdinizmi? - demişdi. Onlar da: "Təsdiq etdik!" - deyə cavab vermişdilər. (Onda) Allah: "Elə isə (bir-birinizə) şahid olun! Mən də sizinlə bərabər şahidlərdənəm",-deyə buyurmuşdu! (3/81)) –sədaqət Allah ilə əhd-peyman sayılır ki, bu da İlahi mərifət əhli olanlardan gizlin deyil. Peyğəmbərinin (s) Pak Əhli-beytinə itaət edəcəkləri barədə Adəmzadələrdən “Bəli!” cavabı alan Allah, sonra buyurur: “Biz ona haqq yolu göstərdik. İstər (nemətlərimizə) minnətdar olar, istər nankor. (Bu onun öz işidir)”. (76/3).
Allahın Rəsulunun (s) da bu xüsusda bəyanı məlumdur: “Mən sizi açıq və aydın bir yоl üzərində qоymuşam, elə bir yоl ki, оnun gecəsi də gündüzü kimidir. (Hətta, gizli qalması vacib оlan cəhətlər belə haqqı tapmaq istəyənlərin həqbin nəzərində çоx aşkardır)”.
Peyğəmbərdən(s) sonra onun vəsiyyəti əsasında dininin pasibanı və xanədanınından olan İmam Әli (ə) buyurur: “Həqiqətən Allah-taala bəndələrinə öz əmri ilə yaxşı işlər görməyi əmr etmiş və onları öz nəhyləri ilə pis işlərdən çəkindirmişdir. Onun bəndələrin üzərinə qoyduğu vəzifələr çətin yox, asandır... Amma, vay olsun sənə (ey qəzavü qədəri mütləq bilən və Allahın işlərini cəbri sayan nadan!) Sən elə zənn edirsən ki, qəza mütləq (Allahın cəbri olaraq başa gətirdiyi) bir qədərdir? Әgər belə olarsa, o zaman (Allahın) savab və əzab vədələri (cənnət və cəhənnəm) batil, günahkarı tənqid etmək və xeyirxahı tərifləmək, ona təşəkkür etmək əbəs və mənasız olardı.”(12,481).
İmam Cəfər Sadiq (ə) buyurur: Әhli-beyt məktəbində Allaha aid olan hidayət və zəlalət məfhumları insanların ixtiyarını inkar etmək mənasında deyildir. Bu məktəbin nöqteyi-nəzərində insan həqiqi mənada ixtiyar və iradə sahibidir. Lakin Allah insana xeyir və şər yollarını Quran və Əhli-beyt ilə açıq-aydın bəyan etdiyindən, o, gördüyü bütün işlərdə məsuliyyət daşıyır. Amma, əfsus ki, Әhli-beyt (ə) məktəbini yıxmaq üçün hər bir dövrdə daimi olaraq Әhli-beytə yalan nisbətlər verən yalançılar mövcud olacaqdır.
Əlbəttə İmamların(ə) şərh etdiyi bu hikməti Rəbbani alimlərdən başqası dərk etməz. Necə ki, bu mətləb haqqında Azərbaycanlı xəlvətiyyə şeyxi Yusif Miskurinin AMEA M.Füzuli adına Əİ-da hifz olunan bir əlyazmasında yazılır: “(Əhdə sadiq) alimlər Allahın xas bəndələridir! (Doğru yolu izləyən) alimlər Peyğəmbərlərin vərəsələridir!” (1, 14a-15b).
Məhz sufi nəzəriyyəsinə görə də, “Hikməti xas alimlərdən başqası dərk etməz. Mürid Rəbbani bir mürşidsiz İlahi Dərgaha yol tapa bilməz. Çünki, salikin (yolçunun) övlüya silsiləsinə bağlanmayan bir hadiyə (bələdçiyə) uyması zənndir. Zənnə əsaslananın iman isə batildir. Çünki ayəyə görə: “İnanın ki, zənn (şəkkiyat) ilə Haqdan heç bir şey hasil olunmaz”(10/36).
Əhli-beyti tanımaq isə “gizli xəzinə”dən (“kuntu kənzən”dən) əsrar tanımaq deməkdir. Əlamə Məclisi “Biharül-ənvar”-da (c-2, s.236.) yazır: “Cabir Cofi nəql edir ki, həcc əməllərini qurtardıqdan sonra İmam Baqir(ə)ın hüzuruna gedib, bizə nəsihət etməsini istədik. Neçə nəsihətdən sonra buyurdu: “Bizim sirrlərimizi naxələf adamlardan gizlin saxlayın! ... Bizm tərəfimizdən sizə çatanlara diqqət edin... Əgər hər hansı bir şeydə şübhəyə düşdünüzsə, onun haqqında qəti qərara gəlməyin, onu bizə deyin, necə lazımdırsa sizə bəyan edək. Əgər hər kim dediyim kimi olub, hüduddan kənara çıxmasa, İmam Zaman (ə.f) zühur etməmiş ölsə şəhid kimi ölər. Amma hər kəs İmam Zamanı(ə.f) görsə və uğurunda öldürülsə iki şəhidin savabını qazanar. Hər kəs onun hüzurunda bir düşmən öldürsə iyirmi şəhidin səvabı ona çatar.” (2,70).
Bu xüsusda Azərbaycan klassik ədəbiyyatını İlahi eşq karvanının ərəbdilli və farsdilli ədəbi nümunələri səviyyəsinə qaldıran irfan şairlərindən biri, böyük İslam Peyğəmbərinin pak soyuna mənsub Seyyid İmadəddin Nəsimi deyir:
“Əlminnətilillah ki, bu gün yarımı buldum,
Dostları ilə paylaş: |