Azərbaycan miLLİ elmlər akademiyasi


Şahi-Mərdan eşqinə,mərdanə gəlmişlərdənüz



Yüklə 6,47 Mb.
səhifə176/232
tarix30.12.2021
ölçüsü6,47 Mb.
#20521
1   ...   172   173   174   175   176   177   178   179   ...   232
Şahi-Mərdan eşqinə,mərdanə gəlmişlərdənüz

Yazmaqa “Həqdən kəlamüllahi-natiq şərhi”ni,

Kim bəyani- elm ilən Quranə gəlmişlərdənüz” (5,190).

Əhli-beytin maarifləndirmə məktəbində təlim almış Fəzlüllah Nəi­mi­nin müridi, XIV əsrin axırları XV əsrin əvvəllərində yaşayıb-yarat­mış və irfani- rəmzi ibarələrlə incə dini mətləblər və ifadə edən böyük təsəvvüf şairi Seyid Əli İmadəddin Nəsimi (1369-1417) deyir:

Həqbin nəzəri bayəd, ta ruye-məra binəd;

Çeşmi ki, xudbin bovəd, key ruye-Xoda binəd?”

(Ta çöhrəmi görmək üçün haqqı görən bir göz gərək,

Bir göz ki xudbin ola, Allahı da görməyəcək!-M.H) (6,5).

Qəstəmonili Lətifi və Qınalızadə Həsən Çələbi İlahi mərifətini Əhli-beyt məktəbinin ədəbi mənaqiblərindən əxz edən və yaradıcı irsini Əhli-beyt sevər Azərbaycan xalqının mənəvi sərvətinə çevirən Seyyid Nəsiminin mənsubluğunu Bağdadın Nəsim nahiyyəsinə işarə etsələr də, Salman Mümtazın 1926-cı ilə qədərki araşdırmalarından və digər tədqiqatlardan şairin Şamaxıda Peyğəmbər(s) soyuna mənsub bir seyyid ailəsində təvəllüd tapması qənaəti daha məşhurdur (94a,264). Həsənoğ­lu­dan və Qazi Bürhanəddindən sonra yaşadığı ərazidə Əhli-beyt maari­finin intişarına böyük ehtiyyac duyulduğunu nəzərə alaraq ilk əvvəllər Peyğəmbərin (s) şəhid nəvəsi, Seyyidü-şühəda İmam Hüseynə(ə) aşiq­li­yi­nə nəzərən “Hüseyniyyə” və Kərbəla faciəsinin əcəmə yayılmasının aş­kar bürhanı Həllac Mənsurun təqiyyəvi təriqəti əqidəsinə bağlılığına rəğmən “Həllaciyyə” təxəllüsü ilə çıxış edən və əsərlərini əsasən dün­yada Əhli-beyt aşiqləri kimi çıxış edən Azərbaycanlıların dilində yaz­mış Seyyid Nəsimi(7,265) əslində VIII əsrdən başlayaraq təqiyyəvi fəa­liyyət göstərən Cəfəri məzhəbinə xidmət edən bir sufi şairidir.

Amma müsəlman Şərqinin ictimai fikir tarixində zülmə qarşı müba­rizə aparmaqda və üsyankarlıqda bənzərsiz olan Nəsimi təəssüf ki, mə­lum və bəzi mübhəm səbəblərdən sovet dönəmində öz vətənində “pan­teist və “hürufi” olaraq islam dininə qarşı müxalifətçi ruhda çıxış edən” (7,267) bir şair kimi təbliğ olunmuşdur və bu təqdimat çoxları tərə­fin­dən də qəbul olunmuşdur. Yəni, həqiqətən də “Hər kimin aləmdə miq­darıncadır təbində meyl” (3,43)-deyən Füzuli yanılmır. Yəni, Də­də Ömər Rövşəni demişkən: “Susuz suyun aşiqidir, su dəxi, təşnə olan aşiqidir, ey əxi (8,276;).

Halbuki, Nəsiminin eyni zamanda fars və ərəb dilli yaradıcılığı za­man-zaman haqqı qəsb olunmuş və üstü fitnəkarlıqla ört-basdır edlmiş Peyğəmbər xanədanının sirrinin faş edilməsi ilə bağlı idi və ədəbi-fəl­səfi araşdırmalar da bu həqbin və arif şairin bəlkə də Zəmanə İmamı (ə.f) ilə görüşdüyünü ehtimal etməyə əsas verir.. Belə ki, şairin “Jilu­dəm” ləqəbli Şah Xəndan adlı şair qardaşı sanki bu sirrin faş olunması ilə başına gələ biləcək müsibətləri qabaqcadan görərək, yalvarışla Nəsi­miyə yazırdı:

Gəl bu sirri kimsəyə faş eyləmə,


Yüklə 6,47 Mb.

Dostları ilə paylaş:
1   ...   172   173   174   175   176   177   178   179   ...   232




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin