Miftah budur, məcmu` -muxtarə yapışma...” (9,25).
Məhz bunun nəticəsidir ki: “türkiyəli şair Rəfii “Bəşarətnamə” adlı əsərində Nəsimini özünün ustadı kimi vəsf edir.”(7,266). Təbii ki, təqib olunan gəzərgi bir şairin kamil xəlvəti idarə edici bir məktəblə rabitəsi olmadan qərib bir şəhərdə teziklə belə nüfuz sahibi olması mümkün deyildi. Digər tərəfdən də Mahmud Kaşğarinin hələ 300 il əvvəl:
“Ayət, hədis anlamı türkcə olsa duyarlar,
Anlamına ərənlər başın əyib uyarlar...”(11,84)
-deyə surətpərəst islamçılıqla hakimiyyət sürənlərin iç üzünü göstərmişdi. Əhli-beyt məktəbinin təqiyyəvi şeyxi Mahmud Kaşğarinin “Lüğatüt-türk” divanında yazdıqları isə sanki, islamı batilə qərq etmiş bu dünyagir xilafətə qarşı üsyna qalxacaq xələfi Nəsimi haqqında imiş:
“Sevmiyorlar bilginlər sizin türk dilini,
Dostları ilə paylaş: |