Ərənlərdən eşitsən açar könül ilini” (11,84).
Şübhə yoxdur ki, bu əzəmətli irşad və mərifət məktəbinin yetirməsi kimi:
“Ey kupeyi incidən edən, məndən eşit pənd..
Söz dürrünü tut lölöyi şəhvarə yapışma... (9,25)
–deyən Nəsiminin məfkurəsinin doğduğu inqilabi ruhiyyə islam əbasında maskalanmış və müsəlmanları “islami tiryək” ilə təriqət spektrlərində uydurmuş, batil ərəb və əcəm dünyagirləri kimi Türkiyə irticaçı hakimiyyətində də təşviş doğurmaya bilməzdi. Belə vəziyyət isə qara yaxmaqda çox əsrlik təcrübəsi olan hakimiyyət dəllallarının Nəsimini qərəzli təqiblərə hədəf etməsini labüd edirdi. Belə ki, “I Sultan Muradın zamanında Bursa və Anadoluda hürufilər ciddi şəkildə cəzalandırılırdı. İş o yerə çatır ki, Bursada Nizaminin “Xosrov və Şirin” poemasını türkcəyə tərcümə edən şair Şeyxi ilə görüşüb dost olan və az bir zamanda məşhurlaşıb dillərə düşən Nəsimini Bektaşilik təiqətinin başçısı Hacı Vəli Bektaşi qəbul etməkdən çəkinir. Demək, belə bir vaxtda Nəsimi orada çox qala bilməzdi. (6,5).
Bir tərəfdən ağır təqiblərə tuş gəldiyindən, digər tərfdən də İmam Hüseynin(ə) bəlağətdə atası İmam Əliyə oxşayan bacısı Zeyynəbin(s) Kərbəla faciəsindən sonra sürgün olunduğu Suriyaya gedib, orada təqiyyəvi fəaliyyət göstərən “Zeynəbiyyə” hövzəsi ilə əlaqə saxlamağın vacibliyini hiss edən İmadəddin Nəsimi “təqiblərdən yaxa qurtarmaq üçün ömrünün son çağlarında Hələb şəərinə gedib çıxır”(6,5) və tezliklə orada fəlsəfi-lirik qəzəlləri ilə çoxlu dost və tanışlar qazanır (7,266). Seyyid İshaqın (“Kaşifül-əsrar və dafiül-əşrar”, h-1291) araşdırmalarında bildirildiyinə görə “Hələbdə aşkar etiqad sərbəstliyini faş edən Nəsiminin təsəvvüfi-fəlsəfi görüşləri tezliklə islam kostyumunda maskalanmış mərkəzi irticaçı feodal dövlət qurumlarının maraqlarına toxunduğundan, şair orada da “mülhidlik və kafərlik yayan batil əqidə” daşıyıcısı kimi şantaj edilməyə başlanır (7,266).
Hüseyn Bayqaranın vəziri Əmir Kəmaləddin Hseyn öz “Məcalisül üşşaq”(“Aşiqlər məclisi”) əsərində (s-320-325) Əhli-beyt xanədanının, xüsusən də 12 İmamiyyə məzhəbinin sonuncu imamı Əbül Qasım Məhəmməd əl-Qaimin (Sahib-əz-Zaman Mehdinin) (ə.c) eşqinə tutulmuş Nəsimi haqqında yazdıqları by miskin şairn əsilliyini tanımaq üçün yetərlidir: “Nəimi nəfəsindən gələn nəsimləri qoxulayan Əmir Seyyid İmaməddin Nəsimi...qərib bir aşiq və xanəxərab idi. Cavanlıqda aşiq olmuşdu. Batindən zahirə çıxan nəfəs tufan kimi onun könül dənizini cüşü xüruşə gətirdi...,kəlmələri cəvahiri-əsrar kimi kənara töküldü. Zahirpərəstlərin nəzəri... ocəvahirlərə düşdükdə,... sözünü anlamadılar...Hələbdə bir zahiri üləmadan bir münkər ondan soruşdu: “Bu (şe`rlərindəı vəsf etdiyin-M.H) cavanda nə görürsən ki, bu qədər həyəcan və məstlik göstərirsən?” Cavab verdi ki, onun üzünün aynasında haqqın (Allahın) surətini müşahidə edirəm. Münkər dedi: “Biz də o cavanı görürük, bəs nə üçün o surət bizim gözümüzə görünmür?” Şair dedi: “Bu dövlətquşu sizin qabiliyyətinizi özünə yuva etmədi və bu səadət quşu sizin hümmətinizin başına kölgə salmadı.”... Şairin düşməni o münkər...valinin yanına gedib, bir neçə yalan da artıraraq xəbər verdi”( 7,267).
Beləliklə dərisi soyulmasına fitva verilən Nəsimi islam maskasında hökmranlıq edənlərin və onların ideoloji labirintinə düşənlərin nəzərində bir dinsiz, kafir; həqbin irfan və mərifət əhlinin nəzərində isə səmavi qərarla bəşəri dəyərlərin qoruunması yolunda qüdsi bir şəhiddir. Dərisi kövneyn bazarının mətahı olan Nəsiminin öz adabıınca deylərsə:
“Var razıni faş etmə, Nəsimi, bu avama,
Dostları ilə paylaş: |