Tərcibənd:
Tərkibənd:
-
Bir gönüldən sevinci Allahi,
Fəqr iqliminin şahənşahi. (230b-231b; 231b-233b; R., I, 357-359)
Ya bənəfşə qoxulu xətti, qədi-sərvvəsi. (235a; R., I, 396)
Gönlüm bilur anı ki, gözüm andə nə gördi. (235a; R., I, 398)
-
Gün toğub tutdu cahan yüzini hüsnün günəşi,
Kim olə sevmiyə bu vəch ilə bu mahvəşi. (236a; R., I, 395)
Kimsənəm sənsən bənin, ey kimsəsizlər kimsəsi. (236b; R., I, 397)
Universitet nüsxəsində türk dilində 82 dördlük vardır (205b-210a). Bu dördlük tuyuğlar Rövşəninin elmi-tənqidi mətnindəki 109 tuyuğun bir qismidir, deyə bilərik. Fəqət sıra ardıcıllığı müşahidə olunmur (R., I, 402-417). Bu dördlüklərin bir sırasında Rövşəninin adı belə keçməkdədir. Bir də vərəq 234b-nin sonunda bir dördlük yazılıb ki, bu da Rövşəninindir:
Pir əlindən çün yedim nanü nəmək,
Əhli-pirə pəs yenə hörmət gərək.
Xanədani-şeyxə saqın bəd demə,
Uyuz olur ininə ürən köpək. (R., I, 408)
Əlyazmadakı maraqlı şeirlərdən biri də Şeyx Gülşəninin İstanbula gəlişi münasibətilə yazılmış 9 beytlik tarixdir.
Dostları ilə paylaş: |